Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-76/2022 07.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi –Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1986-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Xaçmaz şəhəri, Müşkür küçəsi ev 14-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 01 ay 14 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda əməlində cinayətlərin residivi yaranmaqla satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq, yəni 475,0 qram miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Belə ki, 17 fevral 2022-ci il tarixdə Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Y.Müşküri küçəsində saxlanılıb ünvan 1 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında saat 20:50-21:05 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində olan sellofan torbanın içərisindən təmiz çəkisi 475,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı ifadəsində ilk olaraq göstərdi ki, o, özünü ona elan edilmiş ittihamda təqsirli bilir. O, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni, yəni qurudulmuş marixuananı Xaçmaz şəhərində yerləşən “avtobaza” adlanan yerin həyətindən sellofan torbada tapmışdır. Tapdığı həmin narkotik vasitənin çəkisi təxminən 300 qrama yaxın olmuş, o, həmin narkotik vasitənin təxminən həmin miqdarda olmasını sellofan torbanı taparaq əlinə götürərək nəzər yetirməklə təxmin etmişdir. O, tapdığı həmin narkotik vasitəni elə həmin sellofan torbada olmaqla özündə saxlamış, 2022-ci ilin fevral ayında həmin narkotik vasitəni üzərində daşıyan zaman yaşadığı Xaçmaz şəhəri Müşkür küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz RPŞ-yə aparılmış və orada üzərində keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik vasitə ondan aşkar edilərək götürülmüşdür. Daha sonra isə ifadəsində bildirmişdir ki, o, narkotik vasitə istifadəçisi olsa da, onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Belə ki, polis şöbəsində ona əgər üzərində narkotik vasitə olmasını etiraf etməzsə, ona CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunmasını dediklərindən o, ifadə verərək üzərindən həmin miqdarda narkotik vasitənin aşkar olunmasını bildirmişdir. Bundan başqa, o, marixuana istifadə etmir, heroin istifadəçisidir. Onun üzərindən aşkar olunmuş narkotik vasitə 475 qram deyil, 300 qram olardı. Ona görə də o, özünü təqsirli bilmir. Polis şöbəsində onun üzərində axtarış müdafiəçinin iştirakı ilə aparmış, ibtidai istintaqda ifadəsini də müdafiəçinin iştirakı ilə vermişdir. Himayəsində iki azyaşlı uşağının olmasının, anasının təqaüdçü, həyat yoldaşının xəstə olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailə üzvləri ilə birlikdə Xaçmaz şəhəri, Y.Müşküri küçəsi ev 14-də yaşayır. O, 3 ildir ki, narkotik vasitələrdən istifadə etmişdir. 2020-ci ildə narkotik vasitə heroindən istifadə etməsi ilə bağlı Xaçmaz rayon məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2021-ci ilin avqust ayında azadlığa çıxmışdır. O, həmçinin narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Təxminən 2 həftə bundan əvvəl Xaçmaz şəhərində yerləşən “avtobaza” adlanan ərazidə olan zaman, saat təxminən 18-19 radələrində orada olan ağacın dibində sellofan torbanın olmasını görmüşdür. Həmin sellofan torba onun diqqətini cəlb etdiyi üçün o, ətrafda heç kimin olmadığından əmin olduqdan sonra sellofan torbanın içərisinə baxmaq qərarına gəlmişdir. Torbanı götürüb içərisinə baxdığı zaman orada narkotik vasitə qurudulmuş marixuananın olmasını görmüşdür. O özü narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğundan torbanın içərisindəki bitki kütləsini görən kimi bilmişdir ki, həmin bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuanadır. O düşünmüşdür ki, həmin sellofan torbanı götürsün və gələcəkdə istifadə etsin. O, narkotik vasitə heroin istifadə etməyi tərgizdiyindən marixuanadan istifadə etməsinin ağrılarını azaldacağını düşünmüşdür. O, həmin sellofan torbanı özü ilə birlikdə yaşadığı evə gətirmişdir. Torbanı evdə olan təmirsiz otaqda gizlətmiş, ailə üzvlərinin bundan xəbəri olmamışdır. O, tapdığı həmin torbadakı qurudulmuş marixuanadan gündəlik olaraq istifadə etmişdir. Bir müddət sonra həmin narkotik vasitəni ailəsinin görə biləcəyindən qorxaraq evdə gizlətməmək qərarına gəlmişdir. Düşünmüşdür ki, tapdığı narkotik vasitə qurudulmuş marixuananı başqa bir yerdə gizlətsin. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı evdən çıxmışdır ki, torbanı hər hansı bir yerdə gizlətsin və lazım olduqca oradan götürərək istifadə etsin. Lakin yaşadığı evin yerləşdiyi Y.Müşküri küçəsində olduğu zaman 2 nəfər tanımadığı şəxs ona yaxınlaşaraq özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını, onun narkotik vasitəni qanunsuz əldə etməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları ətrafda çoxlu avtomobil keçdiyini və azyaşlı uşaqların olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O, həmin vaxt polis əməkdaşları yanında olduğundan əlində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan torbanı ata bilməmişdir. O, Xaçmaz RPŞ-yə gəldikdən sonra ona müdafiəçi təqdim edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərində olan sellofan torbadakı narkotik vasitə aşkar edilmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuana müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 17 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, dərhal bu məlumatı Xaçmaz rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və işlədiyi şöbənin NMQ-nin əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 17 fevral 2022-ci il tarixdə o və Şahid2 Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Y.Müşküri küçəsində olduğunu müəyyən etmişlər və həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Onlar Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xaçmaz RPŞ-yə gəlmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra müstəntiq tərəfindən videoçəkilişlə müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən edilmişdir. Həmin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan sellofan torba qablaşdırılıb möhürlənərək ekspertizaya təqdim edilməsi üçün müstəntiq tərəfindən götürülmüşdür. Həmçinin bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxsin barəsində olan əməliyyat məlumatı onun narkotik vasitə saxlaması, istifadə etməsindən ibarət olmuş, saxlanılarkən tək olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili işləməklə, polis baş leytenantı rütbəsindədir. 17 fevral 2022-ci il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 dərhal bu məlumatı Xaçmaz rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o, və Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 17 fevral 2022-ci il tarixdə o və Şahid1 Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Y.Müşküri küçəsində olduğunu müəyyən etmişlər və həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞyə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xaçmaz RPŞ-yə gəlmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra müstəntiq tərəfindən videoçəkilişlə müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin sellofan torbanın içərisindən aşkar edilən bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Bundan sonra içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan sellofan torba qablaşdırılıb möhürlənərək ekspertizaya təqdim edilməsi üçün müstəntiq tərəfindən götürülmüşdür. İştirakçılar tərəfindən həmin sellofan torbanın üzərinə yapışdırılmış kağız imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış barədə protokol tərtib edilmiş, hamıya ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs özü də digər iştirakçılar kimi protokolun doğru yazılmasını və qablaşdırılmış zərflərin tamlığını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 17 fevral 2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskə məhkəmə iclasında kompüter vasitəsilə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X6, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Xaçmaz rayon Vəkil Bürosunun vəkili X5 və iş üzrə Təqsirləndirilən şəxs iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasında sonuncunun üzərinə, müstəntiq N.Xasayevin xidməti iş otağında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl şəxsi axtarış prosesində iştirak edən şəxslər özlərini təqdim edir. Bundan sonra müstəntiq Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarışın göstərilən şəxslərin iştirakı ilə keçirilməsinə etirazının olub-olmaması soruşulur və Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. Daha sonra müstəntiq X10 Siracova qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması barədə Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olduğunu və bu səbəbdən üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir. N.Xasayev, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq gəzdirdiyi narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan jiletin ciblərindən bir ədəd siqaret qutusu, əynində olan cins şalvarın ciblərindən pul əskinasları və plastik bank kartları, bir ədəd qəbz çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Müstəntiq Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisinə baxan zaman, sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən olunmuşdur. Müstəntiq Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və onu Xaçmaz şəhərində “avtobaza” adlanan ərazidə tapdığını bildirmişdir. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs cibindən çıxararaq təqdim etdiyi siqaret qutusunun içərisinə baxmışdır. Siqaret qutusunun içərisində əhəmiyyət kəsb edən hər hansı bir kütlə aşkar olunmamışdır. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd siqaret qutusunu, qəpik pulları, bir ədəd plastik bank kartını, digər pul əskinasları, alışqanı və qəbzləri Təqsirləndirilən şəxs özünə qaytarır. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində bitki kütləsi olan sellofan torbanı aşkar olunduğu kimi qablaşdırır və möhürləyir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2022-ci il tarixli, 7/153 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş təmiz çəkisi 475,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına həmin qurudulmuş marixuandan 0,02 qram sərf edildikdən sonra qalıq çəkisi 474,98 qram təşkil etmişdir. İş materiallarında olan 11 aprel 2022-ci il tarixli “Maddi sübut kimi tanınmaq haqqında” qərardan və 21 aprel 2022-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 475,0 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana maddi sübut kimi tanınmış və həmin narkotik vasitənin 0,02 qramı ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 474,98 qram qurudulmuş marixuana Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 04 mart 2022-ci il tarixli, 1102 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə - marixuananı tapmış və şəxsi istifadəsi üçün üzərində daşımışdır. Lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 21 aprel 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət işinin məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirdiyi xüsusata tənqidi yanaşaraq onun özünü müdafiə xarakteri daşıyan xüsusat kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 475 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 25 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1 və 68.1-1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 27 sentyabr 2017ci il tarixli hökmü ilə təyin edilmiş 3200 manat cərimə cəzasının Xaçmaz rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərarı ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilərək çəkilməməiş qalan 02 ay 01 günü ona təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə tamamilə birləşdirilərək üzərində qəti cəza 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış; Bakı şəhəri Xəzər rayon məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 ay 14 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Xaçmaz RİH Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş arayışdan, şəxsiyyət vəsiqələrinin təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı var. İş materiallarında olan Xaçmaz RİH Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailəlidir, iki övladı var. O, ailədə və cəmiyyətdə hörmət qazanmağa səy göstərmişdir. Onun barəsində həmin İdarəyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 25 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 ay 14 gün cəza müddətindən Təqsirləndirilən şəxs şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 06 avqust 2021-ci il tarixdə məhkəmənin qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilsə də, onun həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən o, 17 fevral 2022-ci il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bununla da o, məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə isə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı, aşkar olunmuş narkotik vasitənin (qurudulmuş marixuana) 475 qram olmasını, həmçinin barəsində cəzanı ağırlaşdıran cinayətlərin residivi halını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 17 fevral 2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 19 fevral 2022-ci il tarixli qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə tutularaq həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 1(067)-76/2022 saylı qərarından və Xaçmaz RPŞ-nin “Axtarışda olan şəxsin tutulması barədə” 05 noyabr 2022-ci il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, 05 noyabr 2022-ci il tarixdə tutularaq həbs edilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 474,98 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 474,98 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 474,98 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-76/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-76/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver