Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-76/2025 04.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi İzzətli Anar İzzət oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1986-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, özünün deməsinə görə fərdi əməklə məşğul olmuş, evli, Xaçmaz rayonu, Hacıəhmədoba kəndində qeydiyyatda olan, barəsində hazırkı cinayət işi üzrə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Xaçmaz Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(067)- 166/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində olan həmin hökm üzrə cəzaçəkmə müəssisəsində cəza çəkən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda 24 may 2024-cü il tarixdə, saat 18 radələrində tanışı X1 Xaçmaz şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən ”Al” marketin yanında 13 manat pul vəsaiti müqabilində təmiz çəkisi 0.211 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 24 may 2024-cü il tarixdə Xaçmaz rayonu, Z.Əliyeva küçəsində saxlanılıb Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib 24 may 2024-cü il tarixdə, saat 19:40-dan saat 19:55-dək olan müddət ərzində onun üzərinə aparılmış şəxsi axtarış zamanı əynindəki cins şalvarın arxa sağ cibindən 1 ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0.211 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırkı cinayət işi ilə əlaqədar saxlanılan ərəfələrdə onun barəsində CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmənin icraatında iş olmuş, o, həmin vaxt Xaçmaz rayonunda özünün torpaq sahəsindən gələrkən dəmiryolunun yaxınlığında, avtomobil yolunun kənarında tanıdığı şəxsin avtomobilini əl ilə işarə edərək saxlatmış və həmin avtomobilə əyləşmiş, bir qədər getdikdən sonra həmin avtomobil yolun kənarında saxlamış və elə avtomobilin içərisində həmin şəxsdən narkotik vasitəni almışdır. O, narkotik vasitə istifadəçisidir. O, narkotik vasitəni aldıqdan sonra həmin şəxsdən ayrılaraq dəmiryolunun yaxınlığında olan qənd sexi deyilən yerdə polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar. O, Elxan Şahgəldiyevi sonradan, CM-nin 306.1-ci maddəsi ilə məhkum olunub cəza çəkərkən hazırkı işlə bağlı MSY-yə keçiriləndə görmüş, yəni müstəntiq narkotik vasitəni ona satan şəxsin Elxan olduğunu göstərərək soruşmuş, o isə narkotik vasitəni həmin şəxsdən, yəni Elxandan almadığını, başqa bir şəxsdən aldığını bildirmişdir. Həmçinin bildirdi ki, polis şöbəsində onun üzərinə videoçəkiliş vasitəsilə axtarış keçirilmiş, üzərində saxladığı heroin narkotik vasitəsi aşkar edilmişdir. O özünü təqsirli bilir, üzərində narkotik vasitə saxlamışdır, lakin o, həmin narkotik vasitəni Elxandan almamışdır. O, narkotik vasitəni hazırkı iş üzrə saxlananadək təxminən 7-8 ay olardı ki, istifadə etməyə başlamışdır. O, narkotik vasitə satışı ilə məşğul olmamış, üzərindəki heroini özünün şəxsi istehlakı üçün saxlamışdır. O, Elxanı əvvəldən Xaçmaz rayon sakini kimi tanımışdır. O, narkotik vasitəni aldığı şəxsin adını bilmir, lakin üzdən tanıyır, həmin şəxs əvvəllər onunla birlikdə tikintidə işləmişdir. Polis şöbəsində o, məcbur edilərək narkotik vasitəni Elxandan aldığını bildirmiş, Elxan da onu polis şöbəsində görərkən ona bildirmişdir ki, onu da narkotik vasitəni ona satmasını deməyə məcbur etmişlər. O, törətdiyi cinayət əməlindən peşmandır, iki azyaşlı uşağının və yaşlı anasının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı elan edilmiş Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Hacıəhmədoba kəndində ailəsi ilə birlikdə yaşayır. Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. İzahatının onun sözləri ilə Azərbaycan dilində latın qrafikası ilə, kompüter vasitəsilə yazılmasına etiraz etmir. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub dolanışığını təmin edir. Evlidir, iki azyaşlı övladı vardır, belə ki, övladlarının birinin 9 yaşı, digərinin isə 7 yaşı vardır. O, 6-7 ay olar ki, tapanda "kakosdan", yəni narkotik vasitə olan heroindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Xaçmaz şəhərində Elxan adlı tanışı yaşayır və X6 da narkotik vasitə istifadəçisidir. 24 may 2024-cü il tarixdə, saat 17:30 radələrində istifadəsində olan mobil telefon nömrəsi ilə tanışı X2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib sonuncu ilə hal-əhval tutduqdan sonra bədənində ağrılar olduğunu, 13 manat pulunun olduğunu, əgər varıdırsa ona 13 manat pula kifayət edən narkotik vasitə olan heroin satmasını təklif etmişdir. Elxan da ona demişdir ki, hər hansı bir problem yoxdur, pulu götürüb gəlsin yanına, ona heroin satacaqdır. O da yaşadığı evdən çıxıb Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində yerləşən "Al" marketin yanına gəlib Elxana zəng etmiş və marketin yanında olduğunu bildirmişdir. Bir qədər sonra Elxan onun yanına gəlmişdir. Həmin vaxt saat 18 radələri olardı. O, Elxana 13 manat pul vermiş, Elxan da ona bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroin satmışdır. O, Elxandan aldığı heroini əynində olan cins şalvarın arxa sağ cibinə qoymuş və Xaçmaz şəhəri, Z.Əliyeva küçəsi ilə piyada hərəkət edib oradan uzaqlaşmağa başlamışdır. O, heroini alıb təxminən 300 metr gəlmişdir ki, iki nəfər mülki geyimli tanımadığı şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər, daha sonra üzərində narkotik vasitə olması barədə məlumat əldə etdiklərini deyib üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşlarının təklif ilə Xaçmaz RPŞ-yə gəlib, rayon polis şöbəsində şübhəli şəxs kimi tutulmuş, dövlət hesabına ona müdafəçi dəvət edilmiş və bundan sonra üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış başlamazdan müstəntiq özünü və şəxsi axtarışda iştirak edən şəxsləri ona təqdim etmişdir və bundan sonra ondan Azərbaycan dilini bilib-bilməməsini və videoçəkiliş aparılmaqla üzərinə həmin şəxslərin iştirakı ilə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, o da Azərbaycan dilində sərbəst danışa və başa düşə bildiyini, üzərinə isə şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra o, üzərində narkotik vasitə olmasını bildirmiş, bu zaman müstəntiq ona üzərində olan bütün əşyaları otaqda olan masanın üzərinə qoymağını təklif etmişdir. Bu təklifdən sonra o, əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd gümüşü rəngli kağız bükümü, həmin şalvarın arxa sol cibindən dörd ədəd 1 manatlıq əskinaslar və iki ədəd 20 qəpik pulları, əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd kağız parçası, həmin gödəkçənin sol yan cibindən bir ədəd alışqan, daha sonra yenə də əynində olan cins şalvarın arxa sağ cibindən bir ədəd sim kart (mobil telefon nömrəsi) çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, ancaq üzərindən hər hansı bir başqa əşya aşkar olunmamışdır. Daha sonra müstəntiq tərəfindən təqdim etdiyi gümüşü rəngli kağız büküm açılaraq içərisinə baxıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli toz şəkilli maddə olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı o, bükümün içərisində olan maddənin "kakos", yəni narkotik vasitə olan heroin olduğunu, həmin maddəni şəxsi istifadə üçün üzərində daşıdığını, 24 may 2024cü il tarixdə şəxsi axtarış keçirilən vaxtdan təxminən bir saat əvvəl Xaçmaz şəhəri, dəmir yolu tərəfdə Elxan adlı şəxsdən 13 manat pula aldığını, özünün narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra içərisində heroinə bənzər maddə olan gümüşü rəngli kağız büküm müstəntiq tərəfindən elektron tərəzidə çəkilən zaman çəkisinin ümumilikdə 0.3 qram olması müəyyən olunmuşdur. Bundan sonra üzərindən aşkar olunmuş içərisində heroinə bənzər maddə olan bir ədəd kağız büküm müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün möhürlənərək götürülmüşdür. Həmin zərfin üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazılmış, həmin şəxslər zərfin üzərinə adlarının qarşısından imza etmişlər, həmçinin o da imza etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən aşkar olunmuş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyi üçün müstəntiq tərəfindən götürülmüş, üzərindən aşkar olunmuş digər əşyalar özünə geri qaytarılmışdır. Şəxsi axtarış prosesi videoçəkiliş vasitəsilə əvvəldən axıradək qeydə alınmış və həmin videogörüntü bir ədəd DVD formatlı diskə köçürülüb şəxsi axtarış protokoluna əlavə edilmişdir. Öz adına qeydiyyatda olan **********29 mobil nömrəsi ilə X2 adına qeydiyyatda olan **********75 mobil nömrəsi arasında xx.xx.2024-cü il tarixdə müxtəlif saatlarda 8 dəfə əlaqə yaradılmaqla müxtəlif müddətlərdə danışılması ilə bağlı həmin zəngləri xatırlamadığını, özünün Elxan Şahgəldiyevlə aralarında narkotik vasitə alışı və satışı ilə bağlı heç bir danışıq, razılaşma olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində daşıması barədə Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, bundan sonra onlar tərəfindən əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs Xaçmaz şəhərində yerini müəyyən etmişlər və sonuncuya narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər, Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək üzərindən heroin narkotik vasitəsi aşkar edilərək götürülmüş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Elxan Şahgəldiyevdən aldığını bildirmişdir. Həmçinin bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şəxsi axtarış prosesi videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Şəxsi axtarış prosesində o da iştirak etmiş, həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi soruşulmuş, sonuncu da həmin narkotik vasitəni Elxan Şahgəldiyevdən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində olmaqla polis mayoru rütbəsindədir. 24 may 2024-cü il tarixdə Xaçmaz rayonu, Hacıəhmədoba kəndində qeydiyyatda olamaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması va istifadə etməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 24 may 2024-cü il tarixdə, saat 18:30-da onlar Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində olmasını müəyyən etmişlər və həmin yerdə ona yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən sonuncunu Xaçmaz RPŞ-yə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xaçmaz RPŞ-yə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X13 tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirmiş və əynində olan cins şalvarın arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd gümüşü rəngli kağız bükümü, həmin şalvarın arxa sol cibindən dörd ədəd 1 manatlıq əskinaslar və iki ədəd 20 qəpik pulları, əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd kağız parçası, həmin gödəkçənin sol yan cibindən bir ədəd alışqan, daha sonra yenə də əynində olan cins şalvarın arxa sağ cibindən bir ədəd sim kart (mobil telefon nömrəsi) çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən hər hansı bir başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız büküm açılaraq içərisinə baxıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli toz şəkilli maddə olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün üzərində daşıdığını, 24 may 2024-cü il tarixdə şəxsi axtarış keçirilən vaxtdan təxminən bir saat əvvəl Xaçmaz şəhəri, dəmir yolu tərəfdə Elxan adlı şəxsdən 13 manat pul müqabilində aldığını, özünün narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra içərisində heroinə bənzər maddə olan gümüşü rəngli kağız büküm elektron tərəzidə çəkilən zaman çəkisinin ümumilikdə 0,3 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində heroinə bənzər maddə olan bir ədəd kağız büküm bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün möhürlənərək götürülmüşdür. Həmin zərfin üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazılmış, həmin şəxslər zərfin üzərinə adlarının qarşısından imza etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyi üçün müstəntiq tərəfindən götürülmüş, üzərindən aşkar olunmuş digər əşyalar onun özünə geri qaytarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni 24 may 2024-cü il tarixdə Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində yerləşən "Al" market yaxınlığında X1 13 manat müqabilində almasını bildirmişdir. Verilmiş əməliyyat tapşırığına uyğun olaraq 24 may 2024-cü il tarixdə, saat 20:35-də X2 Xaçmaz şəhəri, Atatürk küçəsində olması onlar tərəfindən müəyyən edilmiş, Elxan Şahgəldiyevə yaxınlaşaraq Xaçmaz RPŞ-yə dəvət etmişlər. Bundan sonra Elxan Şahgəldiyev onlarla Xaçmaz RPŞ-yə gəlmişdir. Polis şöbəsində Elxan Şahgəldiyevə hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X13 tərəfindən videoçəkilişlə Elxan Şahgəldiyevə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Elxan Şahgəldiyev buna etiraz etməmişdir. Elxan Şahgəldiyevdən Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə bağlı soruşulduqda Elxan Şahgəldiyev 24 may 2024-cü il tarixdə, saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs 13 manat pula narkotik vasitə olan heroin satdığını və hazırda da üzərində narkotik vasitə olmasını bildirmişdir. Elxan Şahgəldiyevin sözlərindən sonra müstəntiq tərəfindən üzərində olan bütün əşyaları otaqda olan masanın üzərinə qoyması təklif olunmuşdur. Bu təklifdən sonra Elxan Şahgəldiyev əynində olan tünd göy rəngli pencəyin sağ yan cibindən bir ədəd "Prima" markalı siqaret qutusunu, həmin pencəyin sol yan cibindən iki ədəd alışqan, əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd 50 qəpik, iki ədəd 10 qəpik və bir ədəd 20 qəpik pul, pencəyinin sol tərəf içəri cibindən isə bir ədəd eynək çıxarıb otaqda olan masanın üzərinə qoymuş və narkotik vasitənin siqaret qutusunun içərisində olduğunu bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən Elxan Şahgəldiyevin üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən hər hansı başqa qanunsuz predmet aşkar edilməmişdir, bundan sonra müstəntiq tərəfindən Elxan Şahgəldiyevin təqdim etdiyi “Prima” markalı siqaret qutusunun içərisinə baxılan zaman qutunun içərisindən 09 ədəd siqaret dənələri və bir ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuşdur. Həmin kağız büküm müstəntiq tərəfindən açılıb baxılan zaman içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Elxan Şahgəldiyev verilən suallara cavab olaraq həmin maddənin də narkotik vasitə olan heroin olduğunu və Bakı şəhərində olarkən tapdığını bildirmişdir. Bundan sonra verilən suallara cavab olaraq Elxan Şahgəldiyev 13 manat pula 24 may 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin satdığını və əldə etdiyi həmin pulun çox hissəsini xərclədiyini, üzərindən aşkar olunmuş 0.90 manat pulun da həmin 13 manat puldan qalan pul olduğunu bildirmişdir. Bundan sonra içərisində heroinə bənzər maddə olan büküm müstəntiq tərəfindən elektron tərəzidə çəkilən zaman tərəzidə bükümün çəkisini göstərmək mümkün olmamışdır. Daha sonra isə X2 üzərindən aşkar olunmuş içərisində heroinə bənzər maddə olan bir ədəd kağız büküm müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün möhürlənərək götürülmüşdür. Həmin zərfin üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazılmış, həmin şəxslər zərfin üzərinə adlarının qarşısından imza etmişlər. X10 narkotik vasitənin satışından əldə edib xərclədikdən sonra qalan bir ədəd 50 qəpik, iki ədəd 10 qəpik və bir ədəd 20 qəpik pul cinayət yolu ilə əldə olunmuş pul vəsaiti olduğuna görə müstəntiq tərəfindən götürülmüş, üzərindən aşkar olunmuş digər əşyalar özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs şifahi olaraq, heç bir şəxsə narkotik vasitə və psixotrop maddə satmadığını, Elxan Şahgəldiyev isə Təqsirləndirilən şəxs narkotik vasitə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 13 manat müqabilində X1 aldığını bildirmişdir, Elxan Şahgəldiyev isə üzərindən aşkar edilmiş narkotik vasitəni Bakı şəhərindən tapmasını, həmin narkotik vasitənin bir qismini Təqsirləndirilən şəxs satmasını bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 24 may 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X5 RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1, həmin NMQ-nin əməliyyat müvəkkili Şahid2, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri X4 Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vəsitə olmasını bildirmiş, ona görə də müstəntiq tərəfindən ona üzərində olan bütün əşyaları otaqda olan masanın üzərinə qoyması təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və bir ədəd gümüşü rəngli kağız bükümü, həmin şalvarın arxa sol cibindən dörd ədəd 1 manatlıq əskinaslar və iki ədəd 20 qəpik pulları, əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd kağız parçası, həmin gödəkçənin sol yan cibindən bir ədəd alışqan, daha sonra yenə də əynində olan cins şalvarın arxa sağ cibindən bir ədəd sim kart (mobil telefon nömrəsi) çıxarıb otaqda olan masanın üzərinə qoyur. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin onun üzərindən hər hansı başqa əşya aşkar olunmur. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız büküm açılaraq içərisinə baxıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər, qəhvəyi rəngli, toz şəkilli maddə olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün üzərində daşıdığını, 24 may 2024-cü il tarixdə şəxsi axtarış keçirilən vaxtdan təxminən bir saat əvvəl Xaçmaz şəhəri, dəmir yolu tərəfdə Elxan adlı şəxsdən 13 manat pula aldığını, özünün narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra içərisində heroinə bənzər maddə olan gümüşü rəngli kağız büküm müstəntiq tərəfindən elektron tərəzidə çəkilən zaman çəkisinin ümumilikdə 0,3 qram olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində heroinə bənzər maddə olan bir ədəd kağız büküm müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün möhürlənərək götürülür. Həmin zərfin üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazılmış, həmin şəxslər zərfin üzərinə adlarının qarşısından imza etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyi üçün müstəntiq tərəfindən götürülmüş, üzərindən aşkar olunmuş digər əşyalar onun özünə geri qaytarılmışdır. Şəxsi axtarış prosesinin videoçəkilişi Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri X11 tərəfindən aparılmışdır. İş materiallarında olan 24 may 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin köçürüldüyü DVD diskə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X5 RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1, həmin NMQ-nin əməliyyat müvəkkili Şahid2, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri X4 Rayon Vəkil Bürosunun vəkili X12 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında X2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl X3 bildirilir ki, Xaçmaz rayonu, Hacıəhmədoba kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və üzərində daşıması barədə Xaçmaz RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən 24 may 2024-cü il tarixdə Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsi üçün Xaçmaz RPŞ-yə dəvət edilmiş, Xaçmaz RPŞ-nin inzibati binasında yerləşən xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuş, araşdırma zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu və onu 24 may 2024-cü il tarixdə tanışı X1 Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində 13 manat pula aldığını bildirməsinə görə o, 24 may 2024-cü il tarixdə Xaçmaz şəhəri, Atatürk küçəsində saxlanılaraq Xaçmaz RPŞ-yə dəvət olunmuşdur. Bundan sonra müstəntiq tərəfindən Elxan Şahgəldiyevdən bu barədə soruşulduqda sonuncu Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək 24 may 2024-cü il tarixdə, saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs 13 manat pula narkotik vasitə olan heroin satdığını və hazırda da üzərində narkotik vasitə olmasını bildirdi. Elxan Şahgəldiyevin sözlərindən sonra müstəntiq tərəfindən ona üzərində olan bütün əşyaları otaqda olan masanın üzərinə qoyması təklif olundu, bu təklifdən sonra Elxan Şahgəldiyev əynində olan tünd göy rəngli pencəyin sağ yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunu, həmin pencəyin sol yan cibindən iki ədəd alışqan, əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd 50 qəpik, iki ədəd 10 qəpik və bir ədəd 20 qəpik pul, pencəyinin sol tərəf içəri cibindən isə bir ədəd eynək çıxarıb otaqda olan masanın üzərinə qoyur və narkotik vasitənin siqaret qutusunun içərisində olduğunu bildirir. Bundan sonra müstəntiq tərəfindən Elxan Şahgəldiyevin üzərinə şəxsi axtarış keçirilir, onun əynində olan şalvarın arxa sol cibindən bir ədəd qəbz aşkar olunsa da, həmin qəbz iş üçün əhəmiyyət kəsb etmədiyindən aşkar olunan vaxt özünə qaytarılmışdır. Bundan sonra müstəntiq tərəfindən Elxan Şahgəldiyevin təqdim etdiyi “Prima” markalı siqaret qutusunun içərisinə baxılan zaman qutunun içərisindən 09 ədəd siqaret dənələri və bir ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuşdur. Həmin kağız büküm müstəntiq tərəfindən açılıb baxılan zaman içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuş, Elxan Şahgəldiyev verilən suallara cavab olaraq həmin maddənin də narkotik vasitə olan heroin olduğunu və onu Bakı şəhərində olarkən tapdığını bildirir. Bundan sonra verilən suallara cavab olaraq Elxan Şahgəldiyev bir daha bildirmişdir ki, o, 13 manat pula 24 may 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxsa narkotik vasitə olan heroin satmış və əldə etdiyi həmin pulun çox hissəsini xərcləmiş, üzərindən aşkar olunmuş bir ədəd 50 qəpik, iki ədəd 10 qəpik və bir ədəd 20 qəpik pul olmaqla ümumilikdə 0,90 manat pulun da həmin 13 manat puldan qalan pul olduğunu bildirmişdir. Bundan sonra içərisində heroinə bənzər maddə olan büküm müstəntiq tərəfindən elektron tərəzidə çəkilən zaman tərəzidə bükümün çəkisini göstərmək mümkün olmamışdır. Daha sonra isə X2 üzərindən aşkar olunmuş içərisində heroinə bənzər maddə olan bir ədəd kağız büküm müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün möhürlənərək götürülmüşdür. Həmin zərfin üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazılmış, həmin şəxslər zərfin üzərinə adlarının qarşısından imza etmişlər, X10 narkotik vasitənin satışından əldə edib xərclədikdən sonra qalan bir ədəd 50 qəpik, iki ədəd 10 qəpik və bir ədəd 20 qəpik pul cinayət yolu ilə əldə olunmuş pul vəsaiti olduğuna görə müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarış prosesinin videoçəkilişi Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri X11 tərəfindən aparılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2024-cü il tarixli, 3-16-16/2-6/2963 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş: - üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm....” və s. yazılar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,211 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; -üzərində “X2 üzərindən aşkar olunmuş büküm....” və s. yazılar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,183 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; Təqsirləndirilən şəxs və X1 aşkar olunmuş heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 0,211 qram heroindən tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,161 qram təşkil etmişdir. İş materiallarında olan 28 may 2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,211 qram təşkil etmiş heroin narkotik vasitəsi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 0,161 qram çəkidə qalıq qalmış həmin narkotik vasitə Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 03 iyul 2024-cü il tarixli, 4551 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya- Kommunikasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 20/1-8116m nömrəli məktubla daxil olmuş bir ədəd disk daşıyıcıdan və həmin diskə baxış protokolundan müəyyən edilir ki, X2 Təqsirləndirilən şəxs narkotik vasitə satdığı gün, yəni xx.xx.2024-cü il tarixdə aralarında telefon danışıqları olmuşdur. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X2 narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumatlar əldə edilmişdir. Lakin sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satması və onun başqa cinayət əməli törətməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 5(067)- 140/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə əməliyyat tədbirinin keçirilməsi haqqında 24 may 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 10 dekabr 2024-cü il tarixli qərardan müəyyən edilir ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli (hazırkı) cinayət işi ayrılmışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi köçürülmüş 02 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 0,211 qram, yəni xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 16-cı bəndində izah edilir ki, satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmlərin surətlərindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X7 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(067)-39/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə həmin cəzasının sonu ilə azad edilmiş; bundan başqa, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(067)-166/2024 saylı hökmünə əsasən CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İHB-nın Əhmədoba İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs oğlunun himayəsində (ikinci evlilikdən) azyaşlı uşağı var. İş materiallarında olan Xaçmaz Rayon İHB-nın Əhmədoba İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ailəlidir, tam orta təhsillidir. Hərbi xidmət keçmiş, fərdi işlərlə məşğul olmuş, 2014-2015-ci illərdən Xaçmaz rayonunun Hacıəhmədoba kəndində ailə üzvləri ilə birgə yaşayıb. Barəsində Nümayəndəliyə şifahi və yazılı şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarında olan hökmün surətindən və tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(067)- 39/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə həmin cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayətə görə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının sonu ilə xx.xx.2022-ci il tarixdə azad edilməsinə baxmayaraq, iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 25-ci bəndində izah edilir ki,məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halı, barəsində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(067)-166/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair “ 22 fevral 2012ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəzanı Xaçmaz Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(067)-166/2024 saylı hökmü ilə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 24 may 2024-cü il tarixli protokoldan, tutmadan azad edilmə və qətimkan tədbirinin seçilməsi barədə 26 may 2024cü il tarixli qərardan və xx.xx.2024-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(067)- 166/2024 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs hazırkı hökm üzrə cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. İş materiallarından müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,211 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,161 qram təşkil edən heroin narkotik vasitəsi, həmçinin X2 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,183 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,133 qram təşkil edən heroin narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılır. İş materiallarından müəyyən edilir ki, hazırkı cinayət işindən X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır. Odur ki, iş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,161 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə və X2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin (hər diskdə 01 ədəd videofayl) köçürüldüyü 02 (iki) ədəd DVD disk maddi sübut kimi cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ilə X6 arasında xx.xx.2024-cü il tarixdə olmuş telefon danışıqlarının (zənglərin) əks olunduğu 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində ekspertiza xərcinin 55 (əlli beş) manat məbləğində olan hissəsi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. Ekspertiza xərcinin 55 (əlli beş) manat məbləğində olan hissəsinin isə X3 aid edilməsi (barəsində olan cinayət işi üzrə) nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Xaçmaz Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 1(067)- 166/2024 saylı hökmü ilə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla Təqsirləndirilən şəxs barəsində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq ona hazırkı hökmlə qəti olaraq təyin olunmuş 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,161 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə və X2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin (hər diskdə 01 ədəd videofayl) köçürüldüyü 02 (iki) ədəd DVD disk maddi sübut kimi cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ilə X6 arasında xx.xx.2024-cü il tarixdə olmuş telefon danışıqlarının (zənglərin) əks olunduğu 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində ekspertiza xərcinin 55 (əlli beş) manat məbləğində olan hissəsi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. Ekspertiza xərcinin 55 (əlli beş) manat məbləğində olan hissəsinin isə X3 aid edilməsi (barəsində olan cinayət işi üzrə) nəzərə alınsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə hökm təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-76/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-76/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver