Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-77/2021 05.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, eyni zamanda Zərərçəkmiş şəxs2 qızının nümayəndəsi Zərərçəkmiş şəxs1, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Xaçmaz şəhəri, Vağzal küçəsi ev 48-də qeydiyyatda olmaqla M.F.Axundov küçəsi ev 26-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 18 fevral 2021ci il tarixdə, saat 07 radələrində kirayədə yaşadığı ünvan 1 26 nömrəli evin həyətinə gəlmiş ev sahibi Zərərçəkmiş şəxs1 məxsus “MİTSUBİSHİ L200” markalı, ** FO *** qeydiyyat nişanlı avtomobilin ön sağ qapısını açmaqla salonda olan saxlanc yerindən (bardaçokdan) sonuncunun arvadı Zərərçəkmiş şəxs2 qızının adına Beynəlxal Bank ASCdən verilmiş ******************** nömrəli əmək haqqı kartını oğurlayıb Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Mərkəzi poçtun qarşısında quraşdırılmış “Kapital” banka aid bankomata daxil edib identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə 203,50 manat, 203,50 manat, 203,50 manat və 96,50 manat olmaqla ümumilikdə 707 manat pulu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, o, təkrarən 21 fevral 2021-ci il tarixdə, saat 07:30 radələrində kirayədə yaşadığı ünvan 1 26 nömrəli evin həyətinə gəlmiş ev sahibi Zərərçəkmiş şəxs1 məxsus “MİTSUBİSHİ L200” markalı, ** FO *** qeydiyyat nişanlı avtomobilin ön sağ qapısını açmaqla salonda olan saxlanc yerindən (bardaçokdan) xeyli miqdarda, yəni 25000 manat pul vəsaitini, 8 manat dəyərində süni dəridən olan pul kisəsini, sonuncunun digər mühüm şəxsi sənədi olan ******* nömrəli əmək kitabçasını və A00066181 nömrəli hərbi bileti gizli olaraq talamaqla oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını və digər mühüm şəxsi sənədləri talamaqla, oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, anası Bahar və qardaşı Orxanla birlikdə ünvan 1 ev 26-da kirayədə yaşamışdır. Təxminən 5 il olar ki, Xaçmaz şəhər sakini X6 ilə evlənmişdir. Aytacla olan nigahından 2018-ci il təvəllüdlü Zeynəb və 2020-ci il təvəllüdlü Zəhra adlı uşaqları var. Kirayədə yaşadıqları ev iş üzrə Zərərçəkmiş şəxs1 məxsusdur və Zərərçəkmiş şəxs1 kəsilmiş toyuq alıb-satmaqla məşğul olur. Demək olar ki, Nurlan hər gün səhər saat 07-08 radələrində idarə etdiyi “MİTSUBİSHİ L200” markalı, ** FO *** qeydiyyat nişanlı avtomobillə onlara kirayəyə verdiyi evin həyətinə gəlib gah tikilidə olan toyuq ətlərini aparmış, gah da ki, gətirib evin arxa tərəfində olan tikiliyə toyuq ətləri yığmışdır. 18 fevral 2021-ci il tarixdə, təxminən saat 07 radələrində həyətdə olarkən görmüşdür ki, Nurlanın idarə etdiyi “MİTSUBİSHİ L200” markalı, ** FO *** qeydiyyat nişanlı avtomobil onların yaşadığı həmin evin qarşısında dayanmışdır. Həmin anda fikirləşmişdir ki, Nurlan avtomobildən düşüb getdikdən sonra avtomobilin salonuna baxsın, orada pul və ya başqa qiymətli əşya olsa, oğurlayıb aparsın. Nurlanın hər gün idarə etdiyi avtomobillə onların qaldığı evin həyətinə gəldiyini və avtomobildən düşdükdən sonra evin sol yan tərəfindən keçib arxa tərəfə gedərək orada olan tikilidən toyuq ətləri götürdüyünü bildiyi üçün evlə üzbəüz dayandıqda evin sağ yan tərəfinə gedib orada dayanmışdır ki, Nurlan onu görməsin. Həmişə olduğu kimi, yenə də Nurlan həyət qapısını açıdıqdan sonra avtomobilinə əyləşib idarə edərək həyətə gəlib evin qarşısında avtomobili saxlamış və mühərriki söndürdükdən sonra yerə düşüb avtomobilin qapısını bağlamadan evin sol yan tərəfindən keçərək arxa tərəfə getmişdir. O, yaxınlaşıb avtomobilin sağ yan qapısını açıb salona baxanda görmüşdür ki, avtomobilin açarı üzərindədir. Avtomobilin üzərində olan açarı götürüb salonda ön sağ tərəfdə olan saxlanc yerinin (bardaçokun) qapağını açıb baxanda görmüşdür ki, orada tünd qəhvəyi rəngdə pul kisəsi var. O, saxlanc yerində (bardaçokda) olan pul kisəsini götürdükdən sonra açıb içinə baxmış və orada bir ədəd hərbi biletin, bir ədəd əmək kitabçasının və bir ədəd bank kartının olduğunu görmüşdür. Kartın üzərində olan yazıları oxuyanda bilmişdir ki, həmin kart “Beynəlxalq Bank”a aid əmək haqqı kartıdır. Əmək haqqı kartının yanında başqa bir kağız parçası olmuşdur və həmin kağızın üzərinə 0351 rəqəmləri yazılmışdır. Kağıza yazılmış rəqəmlərin əmək haqqı kartına aid kod olduğunu fikirləşmiş və əmək haqqı kartını yanında olan kağızla birlikdə götürdükdən sonra pul kisəsini geri - yerinə qoyub saxlanc yerinin qapağını bağlayaraq açarı çıxarıb öz yerinə, yəni götürdüyü yerə keçdirdikdən sonra astaca avtomobilin qapısını örtüb evin sağ yan tərəfinə gəlmişdir. Nurlan qayıdıb avtomobilin yanına gələndə o, evin arxa tərəfinə gedib hasarın üstündən keçərək Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Mərkəzi poçtun qarşısına gəlib kartı orada olan “Kapital” banka aid bankomata salaraq kağıza yazılmış rəqəmləri yığanda görmüşdür ki, kağıza yazılmış rəqəmlər kartın kodudur və kartda 709 manat 75 qəpik pul var. O, üç dəfə 200 manat, bir dəfə isə 93 manat olmaqla dörd dəfəyə ümumilikdə 693 manat pul çıxarmış, “Beynəlxalq Bank”a aid olmayan bankomatdan pul çıxardığı üçün 14 manat xidmət haqqı tutulmuş, hesabda 2 manat 75 qəpik pul qalmış və o, kartı özündə saxlamışdır ki, sonradan imkan olanda qaytarıb yerinə qoysun. Həmin gün və sonrakı günləri o, evə gəlməyib kartdan çıxardığı 693 manat pulu xərcləmişdir. 20 fevral 2021-ci il tarixdə o bütün günü Xaçmaz şəhərində ayrı-ayrı yerləri gəzib evə gəlməmiş, 21 fevral 2021-ci il tarixdə, təxminən saat 03 radələrində kirayədə yaşadığı ünvan 1 26 nömrəli evin həyətin gəlib içəri getməyərək hamamda oturmuşdur. 21 fevral 2021-ci il tarixdə, təxminən saat 07:25 radələrində kirayədə yaşadığı evin həyət qapısı açılmış və küçədə dayanmış avtomobilin səsindən başa düşmüşdür ki, gələn Nurlandır. Həmin anda fikirləşmişdir ki, Nurlan avtomobildən düşüb getdikdən sonra onun heç nədən şübhələnməməsi üçün oğurladığı kartı qaytarıb geri - yerinə qoysun. O, hamamdan çıxıb evin sağ yan tərəfinə gəlmişdir ki, Nurlan onu görməsin. Həmişə olduğu kimi, yenə də Nurlan həyət qapısını açıdıqdan sonra avtomobilinə əyləşib idarə edərək həyətə gəlib evin qarşısında avtomobili saxlamış və mühərriki söndürdükdən sonra yerə düşüb avtomobilin qapısını bağlamadan evin sol yan tərəfindən keçərək arxa tərəfə getmişdir. O, yaxınlaşıb avtomobilin sağ yan qapısını açıb salona baxanda görmüşdür ki, yenə də avtomobilin açarı üzərindədir. O, avtomobilin üzərində olan açarı götürüb salonda ön sağ tərəfdə olan saxlanc yerinin (bardaçokun) qapağını açıb baxanda tünd qəhvəyi rəngdə olan pul kisəsinin orada olduğunu görmüş və pul kisəsini götürüb kartı yerinə qoymaq istəyəndə görmüşdür ki, içərisində başqa üç ədəd kağız büküm var. Kağız bükümləri əllə yoxlamış, hər üç kağız bükümdə pul olduğunu bilib oğurlamaq qərarına gəlmiş və pul kisəsini yerinə qoymayaraq götürüb gödəkçəsinin sol iç cibinə qoyduqdan sonra saxlanc yerinin qapağını bağlayaraq açarı çıxarıb öz yerinə, yəni götürdüyü yerə keçirdikdən sonra astaca avtomobilin qapısını örtüb evin sağ yan tərəfinə gəlmişdir. Nurlan qayıdıb avtomobilin yanına gələndə o, evin arxa tərəfinə gedib hasarın üstündən keçərək Xaçmaz şəhər dəmiryol vağzalına gəlmişdir. Dəmiryol vağzalında Nurlanın idarə etdiyi avtomobilin salonundan oğurladığı pul kisəsini açıb baxanda görmüşdür ki, içərisində kağız bükümlərdən əlavə bir ədəd hərbi bilet, bir ədəd əmək kitabçası, hərbi biletin və əmək kitabçasının kserosurətləri var. O, kağız bükümləri sıra ilə açıb baxanda görmüşdür ki, bükümlərdən birinin içərisində 100 və 200 manatlıq əsginaslar, digər iki bükümün içərisində isə 100 manatlıq əsginaslar var. Sonra o, bükümlərdə olan pulları saymış və iki ədəd kağız bükümlərin hər birində 10000 manat, digər kağız bükümdə isə 5000 manat olmaqla ümumilikdə 25000 manat pul olduğunu bilmişdir. O, oğurladığı 25000 manat pulu götürüb cibinə qoymuş, əmək haqqı kartını sındırıb atmış, pul kisəsini isə içərisində olan hərbi bilet və əmək kitabçası ilə birlikdə Xaçmaz şəhər dəmiryol vağzalının yaxınlığında yerləşən köhnə çörək bişirmə sexinin içərisində gizəltdikdən sonra piyada Xaçmaz şəhəri, H.Əliyev prospektinə gəlmiş və orada olan “Mercedes” markalı taksi avtomobilinə əyləşib Bakı şəhərinə getmişdir. Çörəkbişirmə sexində gizlətdiyi pul kisəsini isə istintaqa təqdim etmişdir. Onu Bakı şəhərinə aparmış taksi avtomobilinin qeydiyyat nömrə nişanını baxmadığına görə bilməmiş, sürücünü isə tanımamışdır. Bakı şəhəri, Nərimanov rayonu ərazisində avtomobildən düşdükdən sonra gün ərzində Bakı şəhərində gəzmiş və ayrı-ayrı kafelərdə yemək yemişdir. Həmin gün axşam o, Bakı şəhəri, Türkan qəsəbəsində yaşayan əmisi Məhərrəmin evinə getmişdir. Əmisi onun Bakı şəhərinə nə məqsədlə gəldiyini bilməmiş və o, özü də əmisinə heç bir söz deməmişdir. Gecəni əmisi Məhərrəmin evində qalmış, səhəri gün, yəni 22 fevral 2021ci il tarixdə əmisinin evindən çıxıb gedərkən, oğurladığı pulun 2100 manatını cibindən çıxarıb sayaraq otağın pəncərəsinin qarşısına qoymuş və heç bir söz demədən evdən çıxıb getmişdir. Bakı şəhərində olan mağazaların birinə daxil olarkən orada ödəmə terminalı olduğunu görmüş və ödəmə terminalı vasitəsilə 2500, 1200 və 100 manat olmaqla ümumilikdə 3800 manat pulu anasının aldığı kreditə görə “Unibank”a ödəmişdir. “Unibank”a 3800 manat pul ödəməsi ilə bağlı qəbzləri isə istintaqa təqdim etmişdir. Bundan sonra Bakı şəhərində ayr-ayrı mağazaları gəzmiş və mağazaların birindən bir ədəd qızıl qolbağı, digər mağazadan isə bir ədəd qadın qol saatı və bir ədəd gümüş boyunbağı almış və tanımadığı qadının idarə etdiyi markasını və qeydiyyat nömrə nişanını xatırlamadığı taksi avtomobilinə əyləşib Binəqədi rayonuna gedərək baldızı Laləyə zəng vurub demişdir ki, qaldıqları binanın yanına gəlir, küçəyə çıxsın onunla işi vardır. Lalənin yaşadığı evin yaxınlığına gələndə görmüşdür ki, Lalə küçədə dayanıb onu gözləyir. Lalənin yanına çatanda sürücüyə avtomobili saxlamasını bildirmiş və sürücü avtomobili saxladıqda o, qapını açıb Laləyə demişdir ki, gəlib avtomobildə əyləşsin. Lalə gəlib avtomobildə arxa oturcaqda əyləşmiş və o, sürücüyə onları 20 Yanvar metrostansiyasına aparmasını demiş, sürücü də avtomobili hərəkətə gətirib 20 Yanvar metrostansiyası istiqamətində getmişdir. Avtomobilin salonunda olarkən, oğurladığı pulun 5000 manatını, mağazadan aldığı qızıl qolbağını, gümüş boyunbağını, qol saatını Laləyə verib demişdir ki, evə gedəndə arvadı Aytaca verər. Laləyə pulu haradan əldə etdiyini bildirməmiş və Lalə özü də ondan heç bir söz soruşmamışdır. 20 Yanvar metrostansiyasının yaxınlığında avtomobili saxlatdırıb Laləni düşürmüş, özü isə taksi avtomobili ilə Xaçmaz şəhərinə gəlmişdir. Xaçmaz şəhərində sürücüyə 200 manat pul vermiş və avtomobildən düşüb Xaçmaz şəhərində gəzərək qalması üçün yer axtarmışdır. Lakin Xaçmaz şəhərində qalması üçün yer tapa bilməmiş və Xaçmaz şəhəri, Bakı prospektinə gəlib taksi avtomobillərindən birinə əyləşib Şabran rayonu, Şahnəzərli kəndində yaşayan qardaşı Ayxanın evinə getmişdir. Ayxanın evində olarkən polis əməkdaşları gəlmiş və o, evdən çıxıb qaçaraq gecəni çöldə qalmışdır. 23 fevral 2021-ci il tarixdə, təxminən saat 12:30 radələrində qayıdıb qardaşı Ayxanın evinə gəlmişdir ki, yemək yesin. Təxminən saat 12:40 radələrində Ayxanın evində olarkən polis əməkdaşları gəlmişlər və onu avtomobilə əyləşdirib Xaçmaz RPŞ-nə aparmışlar. Nurlanın avtomobilindən oğurladığı 25000 manat pulun 7000 manatı özündə qalmışdır və o həmin 7000 manat pulu da istintaqa təqdim etmişdir. O, Zərərçəkmiş şəxs1 məxsus “MİTSUBİSHİ L200” markalı, ** FO *** qeydiyyat nişanlı avtomobilin salonundan oğurladığı puldan 2100 manat pulu əmisi Məhərrəmin evində qoyarkən başqa məqsədi olmamışdır. Gecəni əmisinin evində qalmış, səhəri gün evdən çıxıb gedərkən 2100 manat pulu otaqda pəncərənin qarşısına qoymuşdur ki, sonradan əmisi götürüb xərcləsin. 2100 manat pulu pəncərənin qarşısına qoyduğunu əmisi və sonuncunun ailə üzvlərindən kimsə görməmişdir. O, pulu onlardan xəbərsiz pəncərənin qarşısına qoymuşdur. Həmin vaxt əmisi Məhərrəm onun pulu oğurluq yolu ilə əldə etdiyini və buna görə onu polis əməkdaşlarının axtardığını bilməmişdir. Xaçmaz RPŞnin əməkdaşlarının onu axtardıqlarını bildiyi üçün qorxumuşdur ki, evə gedib arvadı Aytacla görüşsə polis əməkdaşları onu tutarlar. Ona görə də o, zəng vurub Laləni yaşadığı evin yaxınlığına çağırmış və 5000 manat pulu ona verib demişdir ki, evə gedəndə arvadı Aytaca versin. Verdiyi 5000 manat pulu onun oğurluq yolu ilə əldə etdiyini Lalə bilməmiş, özü də sonuncuya heç bir söz deməmişdir. Zərərçəkmiş şəxs1 məxsus “MİTSUBİSHİ L200” markalı, ** FO *** qeydiyyat nişanlı avtomobilin salonundan oğurladığı 25000 manat pulun 7000 manatını özü istintaqa təqdim etmiş, 3800 manatını “Unibank”a köçürmüş, 5000 manatını baldızı Laləyə vermiş, 2100 manatını əmisi Məhərrəmin evində qoymuş, 1100 manatına bir ədəd qızıl qolbağı, bir ədəd gümüş boyunbağı, bir ədəd qadın qol saatı, 200 manatına özü üçün şalvar, ayaqqabı və gödəkçə almış, qalan pulu isə kafelərdə yemək yeyərkən və taksi avtomobilləri ilə ora-bura gedərkən xərcləmişdir. Zərərçəkmiş şəxs1 məxsus “MİTSUBİSHİ L200” markalı, ** FO *** qeydiyyat nişanlı avtomobilin salonundan oğurladığı pul kisəsini isə içərisində olan hərbi bilet və əmək kitabçası ilə birlikdə Xaçmaz şəhər dəmiryol vağzalının yaxınlığında yerləşən köhnə çörəkbişirmə sexinin içərisində gizlətmişdir ki, onu sonradan heç kim tapa bilməsin. Törətdiyi cinayət əməllərindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs, eyni zamanda Zərərçəkmiş şəxs2 qızının nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, H.Aslanov küçəsi ev 57-də yaşayır. 2004-cü ildən başlayaraq ayrı-aryrı şəxslərdən kəsilmiş toyuqları alır və idarə etdiyi “MİTSUBİSHİ L200” markalı, ** FO *** qeydiyyat nişanlı avtomobillə Qusar rayonuna aparıb satır. ünvan 1 26 nömrəli ev ona məxsusdur və təxminən 5-6 il olar ki, Bahar adlı qadın oğlanları Orxan və Tərxanla birlikdə ünvan 1ndə yerləşən ona məxsus həmin evdə kirayədə qalırlar. Tərxan əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuşdur. O, aldığı toyuq ətlərini M.F.Axundov küçəsində yerləşən həmin evində saxlamış, ona görə də hər gün həmin evə gedib-gəlmişdir. O, toyuq əti satışından və arvadı Tünzalənin əmək haqqından 25000 manat pul yığıb evdə saxlamışdır. 19 fevral 2021-ci il tarixdə arvadı Tünzalə Bakı şəhərinə valideyinlərinin yanına getmiş, bu səbəbdən də o, evdə olan 25000 manat pulu üç ədəd kağıza büküb 20 manata aldığı süni dəridən olan pul kisəsinin içərisinə, pul kisəsini isə idarə etdiyi “MİTSUBİSHİ L200” markalı, ** FO *** qeydiyyat nişanlı avtomobilin salonunda olan saxlanc yerinə (bardaçoka) qoyub saxlamışdır. İki ədəd kağız bükümün hər birində ayrıayrılıqda 10000 manat, digər kağız bükümdə isə 5000 manat pul olmuşdur. Pul kisəsini gündüz avtomobilinin salonunda olan saxlanc yerində (bardaçokda) saxlamış, axşam isə özü ilə evə aparmışdır. Pul kisəsinin içərisində puldan əlavə hərbi bileti, əmək kitabçası və arvadı Tünzaləyə aid əmək haqqı kartı da olmuşdur. 20 fevral 2021-ci il tarixdə evə gedərkən pul kisəsini avtomobilinin salonunda olan saxlanc yerindən (bardaçokdan) götürüb evə aparmış, 21 fevral 2021-ci il tarixdə, təxminən saat 07 radələrində isə evdən çıxarkən gətirib avtomobilinin salonunda ön sağ tərəfdə olan saxlanc yerinə qoymuş və avtomobili idarə edib ünvan 1ndə yerləşən evinin qarşısına gəlmişdir. Təxminən saat 07:25 radələrində həmin evinin qarşısına çatmış və avtomobildən düşüb həyət qapısını açdıqdan sonra yenidən sükan arxasında əyləşib avtomobili idarə etmiş və həyətdə avtomobili saxlayıb düşərək evin arxa tərəfinə getmişdir ki, orada olan tikilidən toyuq ətlərini götürsün. O, tikilidə olan toyuq ətlərini götürüb avtomobilinin yanına gələndə görmüşdür ki, avtomobilinin ön sağ qapısı açıq vəziyyətdədir. O tez avtomobilinin salonuna baxmış və görmüşdür ki, salonda sağ tərəfdə olan saxlac yerinin (bardaçokun) qapağı açıqdır, orada saxladığı pul kisəsi isə qoyduğu yerdə yoxdur. O, içərisində 25000 manat pul, hərbi bileti, əmək kitabçası və arvadı Tünzalənin əmək haqqı kartı olan pul kisəsinin oğurlandığını bilmiş və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Arvadı Tünzalənin əmək haqqı kartı “Beynəlxalq Bank” tərəfindən verilmişdir, iki-üç ay olardı ki, o həmin kartı pul kisəsində saxlamışdır, kartda isə 709 manat 75 qəpik pul olmuşdur. 19 fevral 2021-ci il tarixdə evində saxladığı 25000 manat pulu üç ədəd kağıza büküb pul kisəsinə qoyarkən o, pul kisəsinə diqqətlə baxmamış, ona görə də həmin vaxt əmək haqqı kartının pul kisəsində olub-olmadığını bilməmişdir. O, əmək kitabçasına və hərbi biletə görə pul ödəməmişdir. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin ondan oğurladığı pul ilə aldığı və hazırda maddi sübut kimi Xaçmaz RPŞ-də saxlanılan 01 ədəd qızıl qolbağının, 01 ədəd gümüş boyunbağının və 01 ədəd qadın qol saatının zərərçəkmiş şəxslərə, yəni ona və arvadı Zərərçəkmiş şəxs2 verilməsini xahiş etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmadığını bildirmiş, barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs2 qızının ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, H.Aslanov küçəsi ev 57-də yaşayır. Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd tam orta məktəbində ədəbiyyat müəllimi işləyir. ünvan 1 26 nömrəli ev onlara məxsus olmaqla əri Nurlanın adınadır. Nurlan M.F.Axundov küçəsində olan evi Bahar adlı qadına kirayə vermiş və həmin evdə Bahar oğlanları Orxan və Tərxanla birlikdə yaşamışdır. O, Baharı tanısa da, onun oğlanlarını tanımamışdır. Nurlan rəsmi olaraq heç bir yerdə işləməmiş, ancaq ayrı-aryrı şəxslərdən kəsilmiş toyuqları almış və idarə etdiyi “MİTSUBİSHİ L200” markalı, ** FO *** qeydiyyat nişanlı avtomobillə Qusar rayonuna aparıb satmışdır. Nurlan aldığı toyuq ətlərini M.F.Axundov küçəsində yerləşən evdə saxlamış, ona görə də hər gün Axundov küçəsində olan evə gedib- gəlmişdir. Nurlan toyuq əti satışından və onun əmək haqqından 25000 manat pul yığıb evdə saxlamışdır. Onun “Beynəlxalq Bank” tərəfindən verilmiş əmək haqqı kartı həmişə Nurlanın pul kisəsində olmuş və ehtiyac olanda Nurlan özü onun əmək haqqı kartından pul çıxarmışdır. Onun əmək haqqı kartının kodu 0351 olmuş və yaddan çıxmasın deyə Nurlan kodu kağız parçasına yazıb kartın yanında saxlamışdır. 19 fevral 2021-ci il tarixdə o, Bakı şəhərinə valideyinlərinin yanına getməyə hazırlaşarkən Nurlan ona demişdir ki, pulu evdə saxlamaqdan ehtiyat edir, o, gələnədək pulu avtomobilində saxlayacaqdır. O etiraz etməmiş və Nurlan evdə olan 25000 manat pulu üç ədəd kağıza büküb özünə məxsus pul kisəsinin içərisinə qoyaraq getmişdir. Sonrakı günləri o, Bakı şəhərində olmuş və 21 fevral 2021-ci il tarixdə Nurlan ona zəng vurub demişdir ki, avtomobilini özlərinə məxsus ünvan 1 26 nömrəli evin həyətində saxlayıb qapılarını bağlamadan evin arxa tərəfinə getmişdir, qayıdıb gələndə isə görmüşdür ki, kimsə onun avtomobilinin qapısını açıb salonda olan saxlanc yerindən içərisində 25000 manat pul və onun əmək haqqı kartı olan pul kisəsini oğurlayıb. Həmin gün o, qayıdıb Xaçmaz şəhərinə yaşadığı evə gəlmişdir. Sonradan bilmişdir ki, onlara məxsus ünvan 1 26 nömrəli evdə kirayədə qalan Baharın oğlu Tərxan 18 fevral 2021-ci il tarixdə Nurlanın avtomobilinin salonundan onun əmək haqqı kartını oğurlayıb hesabda olan 709 manat 50 qəpik pulun 707 manatını çıxarmışdır, 21 fevral 2021-ci il tarixdə isə Nurlanın avtomobilinin salonundan içərisində 25000 manat pul, Nurlanın əmək kitabçası və hərbi bileti olan pul kisəsini oğurlamışdır. 23 fevral 2021-ci il tarixdə Tərxan tutulduqdan sonra onun özündən 7000 manat, baldızından 5000 manat, əmisindən isə 2100 manat pul götürələrək onlara təhvil vermişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, anası Bahar və qardaşı Tərxanla birlikdə ünvan 1 ev 26-da kirayədə yaşamışdır. O, "xxxx" MMC-də fəhlə işləmişdir. Qardaşı Tərxan təxminən 5 il əvvəl Xaçmaz şəhər sakini X6 ilə evlənmişdir. Tərxanın Aytacla olan nikahından 2018-ci il təvəllüdlü Zeynəb və 2020-ci il təvəllüdlü Zəhra adlı uşaqları var. 2020-ci ilin sentyabr və ya oktyabr ayı olardı Aytac Tərxandan ayrılıb Bakı şəhərinə gedərək valideyinləri ilə birlikdə yaşamışdır. Kirayədə yaşadıqları həmin ev Zərərçəkmiş şəxs1 məxsusdur. Nurlan kəsilmiş toyuq alıb-satmaqla məşğul olur, aldığı toyuq ətlərini isə gətirib kirayədə yaşadıqları evin arxa tərəfində olan tiklidə saxlamış, sonradan isə gəlib aparmışdır. Demək olar ki, Nurlan hər gün səhər saat 07-08 radələrində idarə etdiyi “MİTSUBİSHİ L200” markalı, ** FO *** qeydiyyat nişanlı avtomobillə onlara kirayə verdiyi evin həyətinə gəlib gah tikilidə olan toyuq ətlərini aparmış, gah da ki, gətirib evin arxa tərəfində olan tikiliyə toyuq ətləri yığmışdır. 2020-ci ilin dekabr ayının əvvəllərindən başlayaraq o hiss etmişdir ki, Tərxan dəyişilib. Tərxan ona və anasına heç bir söz demədən evdən çıxıb getmiş, elə vaxtlar da olmuşdur ki, Tərxan 3-4 gün evə gəlməmişdir. Onlar Tərxanın hara getdiyini bilməmişlər, soruşduqda isə sonuncu onlara heç bir söz deməmişdir. 17 fevral 2021-ci il tarixdə, təxminən saat 17-18 radələrində Tərxan onlara heç bir söz demədən evdən çıxıb getmişdir. Sonrakı günlərdə Tərxan evə gəlməmiş və onlar onun harada olduğunu bilməmişlər. Anası aradabir Tərxana zəng vurmuşdur ki, onun harada olduğunu öyrənsin, Tərxan isə gah anasının etdiyi zənglərə cavab verməmiş, gah da ki, telefona cavab verib evə gələcəyini desə də, axşamlar evə gəlməmişdir. 20 fevral 2021-ci il tarixdə, təxminən saat 10 radələrində o, evdən çıxıb iş yerinə getmiş, axşam saat 21 radələrində isə qayıdıb evə gəlmişdir. Tərxanın evdə olmadığını görüb anasından Tərxanın evə gəlib-gəlmədiyini soruşmuş, anası da Tərxanın evə gəlmədiyini bildirmiş və o, Tərxanı axtarmayaraq evdən çıxıb çayxanaya getmişdir. Təxminən saat 23 radələrində çayxanadan çıxıb evə gələrkən görmüşdür ki, kirayə qaldıqları evin qarşısında qeydiyyat nömrə nişanını xatırlamadığı albalı rəngli “Priora” markalı avtomobil dayanıb. O, avtomobilə yaxınlaşanda Tərxanın avtomobildə ön sol oturacaqda oturduğunu görüb sürücüdən burada nə etdiklərini soruşmuş, sürücü isə ona cavab verməyərək tez avtomobili hərəkətə gətirib oradan uzaqlaşmışdır. O, evə gəlib anasına heç bir söz demədən gedib yatmışdır. 21 fevral 2021ci il tarixdə, təxminən saat 08 radələrində evin qapısı döyülmüş və o, yerindən durub qapını açanda görmüşdür ki, qapını döyən ev sahibi Nurlandır. Nurlanın həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşduqda Nurlan demişdir ki, apardılar. O, əvvəlcə, nəyin aparıldığını başa düşməmiş və Nurlandan bir daha nə aparıldığını soruşduqda sonuncu həyətdə saxladığı “MİTSUBİSHİ L200” markalı, ** FO *** qeydiyyat nişanlı avtomobilini ona göstərərək demişdir ki, avtomobilinin salonunda olan saxlanc yerində (bardaçokda) saxladığı 25000 manat pulu oğurlanmışdır. Nurlanın avtomobilindən pulu Tərxanın oğurlaya biləcəyini fikirləşdiyi üçün Nurlana demişdir ki, onların həyətinə başqa adam girməz, Tərxan gecə evə gəlməyib, ona elə gəlir ki, avtomobildən pulu Tərxan oğurlayıb. Onun sözündən sonra Nurlan Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub avtomobilindən 25000 manat pulun oğurlanması barədə məlumat vermişdir. Sonra yaşadığı evin həyətinə polis əməkdaşları gəlib Nurlanın avtomobilinə baxış keçirmişlər. Sonradan bilmişdir ki, 18 fevral 2021-ci ildə Tərxan Nurlanın idarə etdiyi avtomobilin saxlanc yerindən (bardaçokundan) Nurlanın arvadına aid əmək haqqı kartını oğurlayıb 707 manat pul çıxarmış, 21 fevral 2021-ci il tarixdə də Nurlan avtomobilini onların yaşadığı evin həyətində saxlayıb evin arxasına gedərkən Tərxan avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobilin saxlanc yerindən (bardaçokdan) içərisində 25000 manat pul, hərbi bilet və əmək kitabçası olan pul kisəsini oğurlayaraq Bakı şəhərinə gedib oğurladığı pulun 5000 manatını baldızı Laləyə, 2100 manatını əmisi Məhərrəmə vermişdir, 7000 manatını özündə saxlamışdır, 3800 manatını isə anasının aldığı kreditlə bağlı “Unibank”a ödəmişdir. O, Tərxanın qalan pulu nə etdyini və ya hara xərclədiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, anası Pərvanə, bacıları Aydan, Aytac və Aytacın azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonuda kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs bacısı Aytacın əridir. X5 nikahından 2018-ci il təvəllüdlü Zeynəb və 2020-ci il təvəllüdlü Zəhra adlı uşaqları var. X9 əvvəllər Xaçmaz şəhərində kirayədə yaşamışlar. Tərxan heç bir yerdə işləmədiyinə görə onların kirayə pulunu xalası Sevinc vermişdir. Xalası kirayə pulunu verməkdə çətinlik çəkdiyinə görə Aytaca təklif etmişdir ki, Bakı şəhərinə gəlib onlarla kirayədə qalsın. Aytac da xalası ilə razılaşmış və hazırkı cinayət hadisəsi baş verənədək təxminən 6 ay olardı ki, Aytac Bakı şəhərinə gəlib onlarla birlikdə yaşamışdır. Tərxan özü də aradabir Bakı şəhərinə gəlmiş və iki-üç gün Bakı şəhərində qaldıqdan sonra qayıdıb Xaçmaz şəhərinə getmişdir. 22 fevral 2021-ci il tarixdə, təxminən saat 14 radələrində mobil telefonuna zəng gəlmiş və cavab verdikdə görmüşdür ki, zəng vuran Tərxandır. Tərxan ona demişdir ki, qaldıqları binanın yaxınlığına gəlir, küçəyə çıxıb onunla görüşsün. O, evdən küçəyə çıxmış və bir qədər keçdikdən sonra Tərxan tanımadığı qadının idarə etdiyi taksi avtomobili ilə onun olduğu yerə gəlmişdir. Tərxan avtomobilin qapısını açıb ona demişdir ki, gəlib avtomobilə əyləşsin. O, Tərxanın gəldiyi avtomobilə əyləşmiş və onlar 20 Yanvar metrostansiyası istiqamətində getmişlər. Avtomobilin salonunda olarkən Tərxan ona 5000 manat pul, bir ədəd qızıl qolbağı, bir ədəd gümüş boyunbağı və bir ədəd qol saatı verib demişdir ki, evə gedəndə arvadı Aytaca versin. O da Tərxandan heç nə soruşmadan sonuncunun verdiyi 5000 manat pulu, qızıl qolbağını, gümüş boyunbağını və qol saatını götürüb cibinə qoymuşdur. 20 Yanvar metrostansiyasının yaxınlığında Tərxan avtomobili saxlatdırıb ona demişdir ki, düşüb evə getsin. O da avtomobildən düşüb evə getmişdir. Evdə Tərxanın verdiyi 5000 manat pulu, qızıl qolbağını, gümüş boyunbağını, qol saatını bacısı Aytaca vermək istədikdə sonuncu pulu və digər əşyaları götürməyib ona demişdir ki, Tərxan işləmir, bu qədər pul onda ola bilməz, yəqin ki o həmin pulu haradansa oğurlamışdır, özündə saxlasın, sonradan Tərxanın həmin pulu haradan əldə etdiyini öyrənib qaytararlar. O da Tərxanın verdiyi 5000 manat pulu, qızıl qolbağını, gümüş boyunbağını, qol saatını özündə saxlamışdır. 23 fevral 2021-ci il tarixdə yaşadığı evə Xaçmaz RPŞ-nin əməkdaşları gəlmişlər və o, etiraf edərək bildirmişdir ki, 22 fevral 2021-ci il tarixdə Tərxan ona 5000 manat pul, bir ədəd qızıl qolbağı, bir ədəd gümüş boyunbağı və bir ədəd qol saatı vermişdir. Polis əməkdaşları Tərxanın ona verdiyi pulu oğurluq yolu ilə əldə etdiyini bildirmişlər və onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə getmişdir. Tərxanın verdiyi 5000 manat pulu, qızıl qolbağını, gümüş boyunbağını, qol saatını isə istintaqa təqdim etmişdir. O, Tərxanın pulu haradan əldə etdiyini bilməmiş və sonuncu özü də bu barədə ona heç bir söz deməmişdir. Tərxanın pulu oğurluq yolu ilə əldə etdiyini bilsəydi heç vaxt onun verdiyi pulu, qızıl qolbağını, gümüş boyunbağını, qol saatını götürməzdi. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Türkan qəsəbəsində kirayədə yaşayır. Təqsirləndirilən şəxs qardaşı oğludur. 2021ci ilin fevral ayının 21-dən 22-nə keçən gecə mobil telefonuna zəng gəlmiş, cavab verdikdə görmüşdür ki, zəng vuran Tərxandır. Tərxandan nə lazım olduğunu soruşduqda demişdir ki, Bakı şəhərindədir, qaldığı evin üvanını desin, o, taksi ilə onun qaldığı evə gəlir. O, kirayədə qaldığı evin yerləşdiyi yeri Tərxana izah etmiş və sonuncu, taksi avtomobili ilə onun kirayədə qaldığı evə gəlmişdir. Tərxandan gecə Bakı şəhərinə gəlməsinin səbəbini soruşmuş, sonuncu da ona demişdir ki, ailəsini görmək üçün Bakı şəhərinə gəlmişdir, gecəni qayınanasının evində qalmayıb gəlmişdir ki, onun yanında qalsın. O, Tərxana inanmış və gecəni onun evində qalmışdır. 22 fevral 2021-ci il tarixdə, saat 09 radələrində Tərxan arvadının yanına gedəcəyini deyərək onun qaldığı evdən çıxıb getmişdir. Tərxan gedəndən sonra gəlib sonuncunun yatdığı otağa baxanda görmüşdür ki, pəncərədə pul var. O, pəncərəyə qoyulmuş pulu götürüb sayanda görmüşdür ki, 2100 manatdır. Pulu Tərxanın qoyub getdiyini bilmiş və ona zəng vurmuşdur ki, yatdığı otağın pəncərəsinə 2100 manat pul qoyub getməsinin səbəbini soruşsun. Tərxanın mobil telefonu sönülü olduğu üçün o, Tərxanla danışa bilməmiş və qoyub getdiyi 2100 manat pul otağın pəncərəsinin qarşısında qalmışdır. Üç-dörd gün keçdikdən sonra yaşadığı evə polis əməkdaşları gəlib Tərxanın ona pul verib-vermədiyini soruşmuşlar, o da onlara demişdir ki, 2021-ci ilin fevral ayının 21-dən 22-nə keçən gecə Tərxan gəlib onun evində qalmışdır, səhəri gün çıxıb gedəndə isə yatdığı otağın pəncərəsinə 2100 manat pul qoyub getmişdir. Polis əməkdaşları Tərxanın onun evində qoyub getdiyi pulu oğurluq yolu ilə əldə etdiyini bildirmişlər, o da Tərxanın onun evində qoyub getdiyi 2100 manat pulu götürüb polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə getmişdir. Tərxanın onun evində qoyub getdiyi 2100 manat pulu istintaqa təqdim etmişdir. O, Tərxanın pulu haradan əldə etdiyini bilməmiş və ondan pul istəməmişdir. Tərxan qaldığı evdən çıxıb gedərkən ondan xəbərsiz 2100 manat pulu yatdığı otağın pəncərəsinin qarşısına qoyaraq getmişdir. İş materiallarında olan 21 fevral 2021-ci il tarixli raportdan və 23 fevral 2021-ci il tarixli ərizədən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat verərək, Xaçmaz RPŞ-yə müraciət edərək 21 fevral 2021-ci il tarixdə, saat 07:30 radələrində ünvan 1 ünvanında yerləşən evinin qarşısında saxladığı avtomobilinin salonundan 25000 manat pulun, özünə məxsus hərbi biletin pul kisəsi ilə birlikdə naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. İş materiallarında olan 21 fevral 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yerinə baxış keçirilərək təqsirləndirilən şəxs tərəfindən pulun, əmək haqqı kartının, hərbi biletin, əmək kitabçasının talandığı yerin “MİTSUBİSHİ L200” MARKALİ, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisi olması müəyyən edilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin təsdiqlənmiş surətindən müəyyən edilir ki, “MİTSUBİSHİ L200” MARKALİ, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1dur. İş materiallarında olan 23 fevral 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən oğurladığı “100” və “200” manatlıq pul əsginaslarından ibarət olmaqla 25000 manat məbləğində puldan Şahid3 verdiyi 34 ədəd “100” manatlıq, 8 ədəd “200” manatlıq əsginaslardan ibarət olmaqla ümumilikdə 5000 manat pul, həmçinin təqsirləndirilən şəxsin oğurladığı həmin 25000 manat pul vasitəsilə alaraq Şahid3 verdiyi 01 ədəd qızıl qolbağı, 01 ədəd gümüş boyunbağı və 01 ədəd qol saatı Şahid3 tərəfindən ibtidai istintaq orqanına təhvil verilmişdir. İş materiallarında olan 26 fevral 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən oğurladığı “100” və “200” manatlıq pul əsginaslarından ibarət olmaqla 25000 manat məbləğində puldan Şahid4 verdiyi 21 ədəd “100” manatlıq əsginaslardan ibarət olmaqla ümumilikdə 2100 manat pul Şahid4 tərəfindən ibtidai istintaq orqanına təhvil verilmişdir. İş materiallarında olan 26 fevral 2021-ci il tarixli “Maddi sübutun tanınması barədə” qərardan müəyyən edilir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 7000 manat pul, Şahid3 təqdim etdiyi 5000 manat pul və Şahid4 təqdim etdiyi 2100 manat pul iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli “Maddi sübutun tanınması barədə” qərardan müəyyən edilir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd pul kisəsi, Şahid3 təqdim etdiyi 01 ədəd qızıl qolbağı, 01 ədəd gümüş boyunbağı və 01 ədəd qol saatı iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan “Beynəlxalq Bank” tərəfindən verilmiş 24 fevral 2021-ci il tarixli hesab-çıxarışdan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs2 qızının adına olan əmək haqqı kartından 18 fevral 2021-ci il tarixdə 707 manat pul çıxarılmışdır. İş materiallarında olan Azərbaycan “Beynəlxalq Bankı” tərəfindən verilmiş 01 may 2021-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 qızının çalışdığı təşkilat üçün əmək haqqı kartlarının dəyəri pulsuzdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2021-ci il tarixli, 6/1328-9/1921 nömrəli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilimiş 01 ədəd sarı rəngli metaldan qolbağı – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,67 qramdır; 01 ədəd gümüşü rəngli metaldan, üzərində dairə formalı, üzəri yazılı kulonu olan boyunbağı – üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlıgümüşə uyğundur, çəkisi 3,77 qramdır; 01 ədəd qara rəngli metaldan, istifadədə olmamışüzərində ağ şəffaf qaşları, sverpladı üzərində “Chopard” yazısı olan qol saatı – metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 63,13 qramdır. Həmin məmulatların 2021-ci ilin fevral ayına olan satış qiyməti ilə ümumi dəyəri 242,0 manat müəyyən edilir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 01 may 2021-ci il tarixli qərardan müəyyən edilir ki, Şahid3 və Şahid4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.5-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibi başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti təkrar, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə, həmin Məcəllənin müvafiq olaraq 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı məbləğ başa düşülür. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Həmin qərarın 19-cu bəndinə görə, avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama həmin Məcəllənin 326.2-ci maddəsinin tərkibini yaradır. Belə ki, həmin cinayətin (326.2-ci m.) predmeti dənizçinin şəxsiyyət sənədi, vətəndaşın şəxsiyyət vəsiqəsi, pasportu və ya digər mühüm şəxsi sənədi ola bilər. Digər mühüm şəxsi sənəd dedikdə, hərbi bilet, əmək kitabçası, sürücülük vəsiqəsi, təhsil haqqında attestat, diplom, mühafizə olunan obyektlərə buraxılış vəsiqəsi və s. başa düşülür. Bu cinayət obyektiv cəhətdən rəsmi sənədləri, ştampları, möhürləri, şəxsiyyət vəsiqəsini, pasportu və ya digər mühüm şəxsi sənədləri oğurlamada, məhv etmədə, zədələmədə və ya gizlətmədə ifadə olunur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdə, saat 07 radələrində kirayədə yaşadığı ünvan 1 26 nömrəli evin həyətinə gəlmiş ev sahibi Zərərçəkmiş şəxs1 Sədrəddin oğluna məxsus “MİTSUBİSHİ L200” markalı, ** FO *** qeydiyyat nişanlı avtomobilin ön sağ qapısını açmaqla salonda olan saxlanc yerindən (bardaçokdan) sonuncunun arvadı Zərərçəkmiş şəxs2 qızının adına Beynəlxal Bank ASC-dən verilmiş ******************** nömrəli əmək haqqı kartını oğurlayıb Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən Mərkəzi poçtun qarşısında quraşdırılmış “Kapital” banka aid bankomata daxil edib identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə 203,50 manat, 203,50 manat, 203,50 manat və 96,50 manat olmaqla ümumilikdə 707 manat pulu gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa, o, təkrarən 21 fevral 2021-ci il tarixdə, saat 07:30 radələrində kirayədə yaşadığı ünvan 1 26 nömrəli evin həyətinə gəlmiş ev sahibi Zərərçəkmiş şəxs1 məxsus “MİTSUBİSHİ L200” markalı, ** FO *** qeydiyyat nişanlı avtomobilin ön sağ qapısını açmaqla salonda olan saxlanc yerindən (bardaçokdan) xeyli miqdarda, yəni 25000 manat pul vəsaitini, 8 manat dəyərində süni dəridən olan pul kisəsini, sonuncunun digər mühüm şəxsi sənədi olan ******* nömrəli əmək kitabçasını və A00066181 nömrəli hərbi bileti gizli olaraq talamaqla oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4-cü və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3- 1, 177.2.4-cü və 326.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 07 dekabr 2020-ci il tarixdə cəzaçəkmə müddəti başa çatmışdır. İş materiallarında olan Xaçmaz rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz MKTİ-yə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı vardır. İş materiallarında olan 09 aprel 2021-ci il tarixli ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs anası tərəfindən Zərərçəkmiş şəxs1 3700 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 05 oktyabr 2021-ci il tarixli ərizəsindən müəyyən edilir ki, o, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmamasını bildirmiş və təqsirləndirilən şəxsin həbs edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs iki azyaşlı uşağının olmasını, cinayət əməli nəticəsində vurduğu maddi ziyanın qismən ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və zərərçəkmiş şəxs, həmçinin digər zərərçəkmişin nümayəndəsinin ona qarşı şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 27 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 07 dekabr 2020-ci il tarixdə isə cəzaçəkmə müddəti başa çatmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməllərinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza, eləcə də Cinayət Məcəlləsinin 326.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə ona azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə, azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 23 fevral 2021-ci il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin 25 fevral 2021-ci il tarixli 4(067)- 27/2021 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan qəbzlərdən müəyyən edilir ki, iş üzrə maddi sübutlar olan - Zərərçəkmiş şəxs1 məxsus hərbi bilet və əmək kitabçası, pul kisəsi, 7000, 5000 və 2100 manat məbləğlərində olmaqla ümumilikdə 14100 manat pul ibtidai istintaq zamanı onun özünə təhvil verilmişdir. Odur ki, iş üzrə maddi sübutlardan Zərərçəkmiş şəxs1 məxsus hərbi biletin və əmək kitabçasının, pul kisəsinin, 7000, 5000 və 2100 manat məbləğlərində olmaqla ümumilikdə 14100 manat pulun zərərçəkmiş şəxsin özünə təhvil verilməsi nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən oğurladığı 25000 manat pul vəsaiti ilə alaraq arvadına çatdırması üçün baldızı Şahid3 verdiyi 01 ədəd qızıl qolbağı, 01 ədəd gümüş boyunbağı, 01 ədəd qol saatı Xaçmaz RPŞdə saxlanılır. İş materiallarında olan ekspertiza rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 oğurladığı 25000 manat pul vəsaiti ilə aldığı 01 ədəd qızıl qolbağının, 01 ədəd gümüş boyunbağının və 01 ədəd qol saatının 2021-ci ilin fevral ayına olan satış qiyməti ilə ümumi dəyəri 242 manat müəyyən edilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və eyni zamanda digər zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin ondan oğurladığı pul ilə aldığı və hazırda maddi sübut kimi Xaçmaz RPŞ-də saxlanılan 01 ədəd qızıl qolbağının, 01 ədəd gümüş boyunbağının və 01 ədəd qol saatının ona vurulmuş maddi zərərin tam ödənilməməsinin nəzərə alınaraq, ona verilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş maddi ziyandan 17808 manat (7000, 5000, 2100, 8, 3700) məbləğində pul zərərçəkmiş şəxsə qaytarılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlardan olan – Xaçmaz RPŞ-də saxlanılan üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,67 qram olan 01 ədəd sarı rəngli metaldan qolbaq; üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 3,77 qram olan, üzərində dairə formalı, üzəri yazılı kulonu olan 01 ədəd gümüşü rəngli metaldan boyunbağı; qara rəngli metaldan, istifadədə olunmamış, üzərində ağ şəffaf qaşları, sverpladı üzərində “Chopard” yazısı olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 63,13 qram olan 01 ədəd qol saatı hökm qanuni qüvvəsini aldıqdan sonra həmin əşyalar zərərçəkmiş şəxslərə (qaytarılmalıdır) təhvil verilməlidir. Zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 50 qəpik məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlardan Zərərçəkmiş şəxs1 məxsus hərbi biletin və əmək kitabçasının, pul kisəsinin, 7000, 5000 və 2100 manat məbləğlərində olmaqla ümumilikdə 14100 manat pulun zərərçəkmiş şəxsin özünə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlardan Xaçmaz RPŞ-də saxlanılan üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,67 qram olan 01 ədəd sarı rəngli metaldan qolbağı; üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 3,77 qram olan, üzərində dairə formalı, üzəri yazılı kulonu olan 01 ədəd gümüşü rəngli metaldan boyunbağı; qara rəngli metaldan, istifadədə olunmamış, üzərində ağ şəffaf qaşları, sverpladı üzərində “Chopard” yazısı olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 63,13 qram olan 01 ədəd qol saatı hökm qanuni qüvvəsini aldıqdan sonra həmin əşyalar zərərçəkmiş şəxslərə (qaytarılsın) təhvil verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 50 qəpik məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilsin. Zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-77/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-77/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver