Məhkəmə qərarları › İş №1(067)-77/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-77/2023

27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-77/2023 27.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, S.Qurbanov küçəsi, binə 36, mənzil 1-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 fevral 2023-cü il tarixdə, saat 20:40 radələrində ünvan 1 ünvanında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə qəsdən bir sillə vurub sonuncuya sol göz ətrafının qançır və sol göz almasına qansızına ilə müşayiət olunan sağlamlığa qəsdən yüngül zərər vurmaya səbəb olan xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 ünvanında anası ilə birlikdə yaşayır. Rəsmi olaraq işləməsə də, fərdi əməklə məşğuldur, subaydır, bir övladı vardır. Belə ki, 2017-cı ıl tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq boşanmışdır və məhkəmə qərarına əsasən o, Zərərçəkmiş şəxs aylıq 100 manat aliment olaraq ödəməlidir. Aliment təyin olunduqdan bir müddət sonra, o, işsiz olduğu üçün aliment borcunu ödəyə bilməmişdir. Buna baxmayaraq o, aliment borcunu bütövlüklə olmasa da, bir qismini ödəmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, mütəmadi olaraq az yaşlı oğlu Nihad ilə görüşür və Zalbikənin mobil nömrəsinə zəng edərək oğlu ilə əlaqə saxlamışdır. O, bu səbəbdən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə mobil nömrəsinə zəng edərək, oğlunun haləhvalını maraqlanmaq istəmişdir. Lakin təxminən 10 dəqiqə ərzində Zalbikəyə bir neçə dəfə zəng etsə də, Zalbikənin telefonla kiminlə isə danışmasına şahid olmuşdur. Daha sonra o, Zalbikəyə təkrar zəng etmiş və Zalbikədən kiminlə danışdığını soruşduqda, Zalbikə ona ürəyi kiminlə istəyirsə onunla danışdığını bildirmişdir. O, Zalbikəyə evinə gələrək danışacağını bildirmişdir. Təxminən saat 20:40 radələrində o, Zalbikənin yaşadığı ünvana getmiş, Zalbikəni çağırmışdır. Zalbikə, ona qapını gec açması səbəbi ilə o, əsəbiləşərək Zalbikənin saçından tutmuş və Zalbikənin onun əlindən çıxdığını görüb üz nahiyəsindən bir sillə vurmuşdur. Belə ki, o, Zalbikəni şillə ilə vuran zaman Şahid bunu görərək onları ayırmış və o, yaşadığı ünvana qayıtmışdır. O, Zərərçəkmiş şəxs evin içərisində vurduğu üçün, kənar şəxsiərin onların səsinə gəlmədiyini və hadisəyə şahid olmadığını bildirmişdir. Daha sonra Zalbikənin onun barəsində Xaçmaz RPŞ-nə şikayət ərizəsi ilə müraciət etməsi barədə məlumat almışdır. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat material üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, anası və az yaşlı övladı ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Rəsmi olaraq işləməsə də, fərdi əmək fəaliyyəti ilə məşğuldur. Belə ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun keçmiş əridir, Bəhruzla 2017-ci il tarixdə rəsmi olaraq boşanmışdır. Boşanmaqlarına səbəb Bəhruzun həddindən artıq spirtli içki qəbul etməyi olmuşdur. Məhkəmə yolu ilə boşandıqdan sonra Bəhruza aylıq ödəniş olaraq 100 manat aliment borcu təyin olunmuşdur. Onların rəsmi olaraq boşanmaqlarına baxmayaraq Bəhruz mütəmadi olaraq onu narahat etmişdir. O, aliment borcunun təyin olunmasına baxmayaraq Bəhruzun, mütəmadi olaraq pulu ödəmədiyini, ödədiyi halda isə təyin olunmuş miqdardan az ödəməsini bildirmişdir. O, buna baxmayaraq Bəhruza heç-bir söz deməmişdir. Lakin maddi sıxıntılar yaranan zaman o, İcra və Probasiya xidmətinə müraciət edərək Bəhruzdan müəyyən qədər pul almışdır. O, maddi sıxıntılarının yaranmasında səbəb az yaşlı oğlu Nihadın dərman və böyütmək üçün çəkdiyi xərclərin olmasını bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bəhruz onun mobil telefonuna zəng edərək onu təhqir etmiş və onun yaşadığı ünvana gələrək döyəcəyini bildirmişdir, belə ki buna səbəb Bəhruzun, ona zəng etmədən öncə, onun telefonla danışması. Bəhruzun isə ona zəng edə bilməməsi olmuşdur. Belə ki, telefon danışığı zamanı, Bəhruz ondan kiminlə danışmasını soruşmuş və ona ‘'danışmaqdan doydun" deyə bildirmişdir. Daha sonra Bəhruz təhqirlərinə davam etmiş, o, Bəhruza cavabında, Bənıuzun ona dediyi sözləri demişdir. O, təxminən saat 20:40 radələrində, Bəhruzun, onun yaşadığı ünvana gələrək onu çağırmağa başladığını bildirmişdir. O, Bəhruza qapını açdıqdan sonra Bəhruz, yaşadığı evin daxilində, heç bir səbəb olmadan, onun saçından tutaraq dartmağa başlamış, o saçlarını Bəhruzun əlindən çıxarmaq istədikdə isə Bəhruz onun sol sifət nahiyəsinə qəsdən sillə ilə vurmuşdur. Həmin vaxt evdə olan anası Qıztamam onları ayırmışdır. Hadisə yaşadığı evin daxilində baş verdiyi üçün, bunu kənar şəxslər görməmiş və səs küyə gəlməmişlər. Daha sonra o. məcbur qalıb DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışdıqlarını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmədə iclasında Şahid ifadə verərək göstərmişdir ki, ünvan 4 ünvanında yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Mahiyyəti üzrə bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs 2016-cı il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq, 2017-ci il tarixdə məhkəmə qərarı ilə boşanmışdır. Boşanmalarına baxmayaraq Bəhruz mütəmadi olaraq qızına zəng edərək onları narahat edir. xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində qızı, o və nəvəsi Nihad evdə olarkən, Bəhruzun yaşadıqları ünvanın qarşısında, qapıdan Zalbikəni çağırdığını eşitmişdir.O,Zalbikənin giriş qapısını açaraq Bəhruzla danışmaq istəyərkən, Bəhruzun anidən Zalbikənin saçından yapışaraq söyməyə başladığını bildirmişdir. O, Zalbikənin, Bəhruzun əlindən qaçmaq istəyərkən, Bəhruzun anidən evin içərisində Zalbikənin sifət nahiyəsinə bir dəfə qəsdən sillə ilə vurduğunu bildirmişdir. Qeyd etdiyi hadisə qəfil baş verdiyi üçün o, Bəhruzun qızını vurmasının qarşısım ala bilməmiş, bundan başqa Bəhruzun qızını vuracağını gözləməmişdir. O, qeyd etdiyi hadisənin evin daxilində baş verməsi səbəbi ilə, kənar şəxslərin hadisəyə şahid olmadığını bildirmişdir. Daha sonra o, Bəhruz ilə Zalbikəni ayırmış və Bəhruz evdən çıxaraq getmişdir. Bu səbəbdən qızı məcbur qalıb DİN-nin 102 xidmətinə zəng edərək və Xaçmaz RPŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. İş materiallarında olan 19 fevral 2023-cü il tarixli raportdan, həmin tarixli şifahi ərizə protokolundan, izahatdan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən DİN-nin “102” xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edilərək, xx.xx.2023-cü il tarixdə, saat 20:49 radələrində yaşadığı ünvan 4 ünvanında həyat yoldaşı Təqsirləndirilən şəxs sol sifət nahiyəsinə qəsdən bir sillə vuraraq ona xəsarət yetirdiyi barədə məlumat vermiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli rəyindən müəyyən edilir ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və rentgenoloji müayinələri zamanı aşkar edilmiş xəsarətlər – sol göz ətrafının qançır və sol göz almasına qansızma bərk küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu xx.xx.2023-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına sabəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, 19 fevral 2023-cü il tarixdə, saat 20:40 radələrində ünvan 1 ünvanında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə qəsdən bir sillə vurub sonuncuya sol göz ətrafının qançır və sol göz almasına qansızına ilə müşayiət olunan sağlamlığa qəsdən yüngül zərər vurmaya səbəb olan xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində onu tanıyanlardan, yaxın qohumlarından, ailə üzvlərindən heç bir yazılı və şikayət daxil olmamışdır. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs notarial qaydada tərtib edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxsin barışdıqlarını bildirərək sonuncunun barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişlər. Həmçinin bu barədə məhkəməyə ərizə təqdim edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar