Məhkəmə qərarları › İş №1(067)-77/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-77/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-77/2024 23.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Quba rayonu, Zərdabi kəndində anadan olmuş, Azərbaycan Respublikasi vətəndaşı, orta təhsilli,subay, əməlində cinayətllərin residivi olan, Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il ıl tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməyən 2(iki) ay 14(on dörd) gününü cəza çəkməkdən şərti azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan, qanunsuz olaraq tərkibində narkotik vasitə olan metadon həbini xeyli miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 10.11,2023-cü il tarixdə o, Xaçmaz rayonu, Qaraqurtlu kəndində saxlanılıb 10.11,2023-cü il tarixdə saat 18:50-dən 19:00-dək olan müddətdə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli dəri gödəkçənin sol döş cibindən üzərində “M-40” göstəricisi olan tərkibində təsiredıci maddəsinin ümumi miqdarı 0,04 qram narkotik vasitə metadon olan 01 ədəd həb aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, tutulan günü evdə xəstəsi olduğu üçün dərman almış və Xaçmaz şəhəri, N.Nərimanov prospekti ilə idarə etdiyi avtomaşınla hərəkətdə olduğu zaman tanımadığı ağ rəngli 06 markalı avtomaşın onun avtomaşının qarşısını kəsmək istəmiş, lakin o, saxlamammış və yoluna davam etdirmiş. Həmin vaxt onun avtomaşını qarşısını kəsmək istəyən 06 markalı avtomaşınınada dəymişdir.Polislər onun arxasınca gələrək Qaraqurtlu kəndində saxlayaraq əllərin bağlayaraq Xaçmaz rayon polis şöbəsinə gətirmişlər.Üzərinə baxış keçirsələrdə üstündən heçnə çıxmamış, sonra isə polis əməkdaşı Cahangir onu döymüş və üç ədəd metadonu gətirərək onların onun üstündən çıxdığını və onu içəri göndərəcəyini demişdir.O, özünü onda təqsirli bilir ki, Cahangirin sözünə aldanıb sənədlərə qol çəkmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, evlidir, özü rəsmi olaraq heç bir yerdə işləmir. Quba rayonu Zərdabi kəndində ailəsi ilə birlikdə yaşayır. O, bədənində ağrılar olan zaman narkotik vasitələrdən ara-sıra istifadə edirmiş. 2021-ci il tarixdə narkotik vasitələrin dövriyyəsinə görə tutulmuş və 2023-cü ilin avqust ayında azad edilmişdir. 10 noyabr 2023-cü il tarixdə səhər saatlarında Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən Zəfər parkında olduğu zaman yerdən 1 ədəd siqaret qutusu tapmışdır. O həmin qutunu açdıqda əvvəllər narkotik vasitə istifadə etdiyi üçün içində 1 ədəd metadon həbi olduğunu bilmiş və istifadə etmək məqsədilə həmin həbi əyinindəki qara rəngli dəri gödəkçənin sol döş cibinə qoymuşdur. 10 noyabr 2023-cü il tarixdə saat 17:30 radələrində Xaçmaz rayonu, Qaraqurdlu kəndi ərazisində olduğu zaman 2-3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərinin Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirib və onu RPŞ-nə dəvət etdilər. O da polis əməkdaşlarına etiraz etməyərək onların təklifi ilə razılaşıb və polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə getmişdir. Xaçmaz RPŞ-də müstəntiq tərəfindən hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. O etiraz etmədikdən sonra Xaçmaz rayon polis şöbəsində onun üzərinə Xaçmaz rayon vəkil bürosunun vəkili Yusif Talıbovun iştirakı ilə keçirilən şəxsi axtarış zamanı o könüllü olaraq əyinindəki qara rəngli dəri gödəkçənin sol döş cibindən 01 ədəd metadon həbini çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan başqa boz rəngli cins şalvarının arxa sol cibindən 01 ədəd cib dəsmalını masanın üzərinə qoymuşdur. Polis əməkdaşları onun üzərindən aşkar edilmiş 01 ədəd həbin nə olmasını soruşduqda o həmin həbin onun özünə məxsus narkotik vasitə metodon həbi olduğunu və taparaq istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin 01 ədəd həb 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və həmin zərfdə imza etmişlər. Onun üzərindən aşkar edilmiş 01 ədəd cib dəsmalı özünə qaytarılmışdır. Bundan sonra onun üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edildikdən sonra həmin protokolu imzaları ilə təsdiq etmişlər. O heç kimə narkotik vasitə satmamışdır. Ona qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs barədə Xaçmaz rayon Polis Şöbəsinə onun qanunsuz narkotik vasitələrin istifadəsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur.Bundan sonra əməliyyat qrupu yaradıldı və o, Şahid1lə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz rayonunun, Qaraqurtlu kəndində hərəkətdə olduğunu müəyyənləşdirərək ona yaxınlaşaraq özlərini təqdim edərək Xaçmaz rayon Polis Şöbəsinə dəvət etmişlər.Poliş Şöbəsində onun üzərinə baxış keçirərkən qanunla qadağan edilən bir ədəd narkotik tərkibli metadon həbi aşkar edilərək götürülmüşdür. Şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, hal-hazırda Xaçmaz RPŞ-nın NMQ-nun əməliyyat müvəkkili olmaqla, polis leytenantı rütbəsindədır. xx.xx.2023-cü il tarixdə ona əməliyyat yolu ilə Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Onun tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nın NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 10.11,2023-cü il tarixdə saat 17:30-da onlar Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində olmasını müəyyən etmiş və həmin yerdə ona yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişdirlər. Lakin həmin ərazidə vətəndaşların çox olması avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlar ilə Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, şəxsi axtarış keçrilməzdən əvvəl ona üzərindəkiləri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o könüllü olaraq əynində olan dəri gödəkçənin sol döş cibindən bir ədəd dərman həbi çıxarıb təqdim etmiş, həmin dərman həbinə baxan zaman üzərində M-40 göstəricisi yazılan içərisində təsir maddəsi narkotik vasitə metadon olan bır ədəd həb olması müşahidə edilmişdir. Daha sonradan həmin həbin içərisində təsir maddəsi narkotik vasitəmetadon olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin həbi 10.11,2023-cü il tarixdə səhər saatlarında Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən “Zəfər” parkında gəzərkən yerdə olan kibrit qutusunu alıb içinə baxdıqda tapmasını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə üzərindən qanunsuz başqa əşya aşkar edilməmişdir. Həmin içərisində təsir maddəsi narkotik vasitə-metadon olan bir ədəd həb ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Ardıncada aşkar edilmiş həbin tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədilə ekspetizaya göndərilməsi üçün müstəntiq tərəfindən qablaşdırılmış və protokol tərtib edilərək tərəflərindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 bildirdi ki,Xaçmaz rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Quba rayon sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddələri gəzdirməkdə şübhəli bilindiyi üçün onların müşahidələrinə götütürülmüş və Təqsirləndirilən şəxs Xaçmaz rayonunun, Qaraqurtlu kəndində saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirilmişdir. X8 Nurullahinin üzərinə baxış keçirilən zaman üzərindən metadon həbi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış video çəkiliş vasitəsi ilə aparılmış və üzərindən aşkar olunan metadon həbi qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, hal-hazırda Xaçmaz RPŞ-nın NMQ-nun əməliyyat müvəkkili olmaqla, polis kapitanı rütbəsindədır. 10.11,2023-cü il tarixdə ona əməliyyat yolu ilə Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Onun tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nın NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 10.11,2023-cü il tarixdə saat 17:30-da onlar Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində olmasını müəyyən etmiş və həmin yerdə ona yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişdirlər. Lakin həmin ərazidə vətəndaşların çox olması avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlar ilə Xaçmaz RPŞ-nə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, şəxsi axtarış keçrilməzdən əvvəl ona üzərindəkiləri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o könüllü olaraq əynində olan dəri gödəkçənin sol döş cibindən bir ədəd dərman həbi çıxarıb təqdim etmiş, həmin dərman həbinə baxan zaman üzərində M-40 göstəricisi yazılan içərisində təsir maddəsi narkotik vasitə metadon olan bır ədəd həb olması müşahidə edilmişdir. Daha sonradan həmin həbin içərisində təsir maddəsi narkotik vasitə- metadon olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin həbi 10.11,2023-cü il tarixdə səhər saatlarında Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən “Zəfər” parkında gəzərkən yerdə olan kibrit qutusunu alıb içinə baxdıqda tapmasını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə üzərindən qanunsuz başqa əşya aşkar edilməmişdir. Həmin içərisində təsir maddəsi narkotik vasitə-metadon olan bir ədəd həb ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Ardıncada aşkar edilmiş həbin tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədilə ekspetizaya göndərilməsi üçün müstəntiq tərəfindən qablaşdırılmış və protokol tərtib edilərək tərəflərindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon Məhkəməsi tərəfindən Xaçmaz rayon Prokurorluğuna ünvanlanmış 28 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaq zamanı Xaçmaz Rayon Polis İdarəsində saxlanıldığı vaxt ona qarşı fiziki və ya psixoloji təsirlərin olub-olmamasının araşdırılması, belə bir təsirlərin olduğu halda isə bunu törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması və yuxarıda göstərilən xüsusatların qanunvericiliklə müəyyən olunmuş mümkün qısa müddət ərzində tam, hərtərəfli və obyektiv araşdırma aparılması və qəbul ediləcək qərarın surətinin Xaçmaz Rayon Məhkəməsinə göndərilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Xaçmaz rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 2-2-110/2- 053109/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən fiziki və psixoloji təsirlərə məruz qalması barədə məhkəmyə verdiyi məlumatla bağlı xx.xx.2024-cü il tarixli, 1(067)-77/2024 saylı məktubunuzla əlaqədar bildilir ki, həmin xüsusat üzrə Baş Prokurorluğun Xidməti araşdırılmalar idarəsində araşdırma aparılmış, göstərilən xüsusatlar təstiqini tapmadığından toplanmış material üzrə xx.xx.2024-cü il tarixdə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasınn rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materillarında olan şəxsi axtarış aparılması haqqında 10 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs üzərinə Xaçmaz rayon X4 Bölməsinin müstəntiqi, polis mayoru X5 inzibati binasında yerləşən xidməti iş otağında şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli dəri gödəkçəsinin sol döş cibindən 01 ədəd olan narkotik vasitə metodon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 14 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış aparılması haqqında 10 noyabr 2023-cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəməkimyəvi ekspertizasının 11 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5972 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən..» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzərində «M-40» göstəricisi olan bir ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbbində metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 13 noyabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalan ½ hissəsi metadon tableti saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 5(067)-264/2023 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 10 noyabr 2023cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 8146 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Xızı rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə vaxtından əvvəl azad edilmiş, Quba rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəs ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə 03 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2012-ci ildə şərti cəzasını tam çəkmişdir.Quba rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılıb və 1 il 5 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməyən 2(iki) ay 14(on dörd) gününü cəza çəkməkdən şərti azad edilmiş, xx.xx.2023cü ildə cəzasını tam qaydada çəkib qurtardığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır.Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1977-ci ildə Quba rayonu, Zərdabi qəsəbəsində anadan olmuşdur. Qəsəbə sakinlərindən və ya başqa şəxslərdən onun barəsində nümayəndəliyə heç bir narazılıq və şikayət daxil olmamışdır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Xəzər Rayon Məhkəməsinin 11,08.2023-cü il ıl tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməyən 2(iki) ay 14(on dörd) gününü cəza çəkməkdən şərti azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan, qanunsuz olaraq tərkibində narkotik vasitə olan metadon həbini xeyli miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə o, Xaçmaz rayonu,Qaraqurtlu kəndində saxlanılıb xx.xx.2023-cü il tarixdə saat 18:50-dən 19:00-dək olan müddətdə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli dəri gödəkçənin sol döş cibindən üzərində “M-40” göstəricisi olan tərkibində təsiredıci maddəsinin ümumi miqdarı 0,04 qram narkotik vasitə metadon olan 01 ədəd həb aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar metadon üçün 0,02 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilərkən, özünü ona elan olunmuş ittihamla təqsirli bilməsə də, məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və o, məsuliyyətdən yaxa qurtarmaq istəyir. Məhkəmə onun bu ifadəsinə tənqidi yanaşaraq, onu iş üzrə toplanmış digər sübutlarla: şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə yanaşı qiymətləndirərək, uydurulmuş dəlil kimi rədd edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsiə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal müəyyən etmədi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin residivini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 19 sentyabr 2024cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi ½ hissəsi narkotik vasitə olan metadon məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142593 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdən 12 noyabr 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təhqiqata sərfdən sonra qalıq çəkisi ½ hissəsi narkotik vasitə olan metadon məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar