Məhkəmə qərarları › İş №1(067)-77/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-77/2025

28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-77/2025 28.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X4 Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili Nümayəndə Təqsirləndirilən şəxs Müdafiəçi iştirakları ilə, xx xxx 1978-cı ildə Qusar rayonu, Nəcəfkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonu, Zuxuloba kəndində qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində qaranlıq və quru hava şəraitində özünə məxsus “Mercedes Benz C180 MİNİK” markalı **-CT-*** qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla idarə edib, Samur-Yalama avtomobil yolu ilə Qusar rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçısı qismində yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamaqla, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmaqla və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməməklə ehtiyatsızlıqdan həmin yolun 41,740567°N (şimal enliyi), 48,550873°E (şərq uzunluğu) koordinatlarında yerləşən Xaçmaz rayonu, Düztahiroba kəndindən keçən hissəsində onunla eyni istiqamətdə hərəkətdə olan Şahid2 idarə etdiyi qoşqulu motoblokun qoşqusu ilə arxadan toqquşmuş, nəticədə ehtiyatsızlıqdan qoşquda sərnişin qismində əyləşmiş X7 ağır dərəcəli baş beyin əzilməsi və koma ilə müşaiyət olunmuş baş beyinin ödemi, təpə sümüyünün sınığı, təpə-ənsə nahiyəsinin əzilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb 07 dekabr 2024-cü il tarixdə X16 Mərkəzində “baş beyin toxumasının ödemi” səbəbindən ölməsi ilə nəticələnən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, “Mercedes Benz C180” markalı “**-CT-***” d.q.n-lı avtomobilin sahibidir, həmin avtomobili idarə etmək hüququ və avtomobilin sığortası olmuş, avtomobil texniki cəhətdən saz olmuşdur. Nəbi Misrixanov və Şahid2 keçmiş qayınları olmuşlar. O, əri ilə boşandıqdan sonra Misrixanovlar ailəsi ilə münasibəti pisləşmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Xaçmaz rayonu, Yalama- Düztahiroba yolu il idarə etdiyi avotmobil ilə hərəkət edirdi. Həmin vaxtı yanında qardaşı oğlu Amin də oturmuşdur. İdarə etdiyi avtomobil ilə 60 km/saatla həmin yolda sağ zolaqda hərəkət etmişdir. Avtomobilin yaxın işıqları yandırılmış vəziyyətdə olmuş, həmin vaxtı spirtli içki və ya psixotrop maddə istifadə etməmişdir. Xaçmaz rayonu, Düztahiroba kəndinin yaxınlığından keçərkən, “Yalama Aquapark”ın qarşısı ilə hərəkətdə olan zaman Aminlə söhbət edərkən, bir an Aminə tərəf baxaraq qızının toyu ilə bağlı danışanda, Amin də üzünü çevirib söhbət edəndə qəflətən avtomobili hansısa maneəyə dəymişdir. Zərbənin təsirindən maşının təhlükəsizlik yastıqları açılmış, buna görə heçnə görməmişdir. Bundan sonra dərhal avtomobili saxlayıb, yerə enmişdir. Yerə enəndə vurduğu maneənin motoblokun qoşqusu olmasını və bir nəfər kişinin yıxılmasını gördüyündən dərhal yıxılan adama kömək etmişdir. Yıxılan şəxsin keçmiş qaynı Nəbi olmasını görmüş, lakin Nəbi huşunu itirdiyindən və vəziyyətinin pis olmasını səbəbindən ətrafda olan tanımadığı şəxsdən xahiş etmişdir ki, 103 xidmətinə zəng etsin. TTY-ın gec gələcəyini düşündüyündən, Nəbini tez xəstəxanaya çatdırmaq üçün adını bildiyi Paşa adlı şəxsin avtomobili ilə Nəbini avtomobilə qoyub, aparmışdır. Xaçmaz rayonu, Ləcət kəndinin girişində TTY-ın avtomobili qarşısına çıxıdığı üçün Nəbini həmin avtomobilə mindirib, xəstəxanaya yola salmışdır. Diqqətsiziliyi ucbatından həmin nəqliyyat vasitəsini görməmişdir. Əməlindən peşmandır, hadisəni səmimi etiraf etmişdir. Hadisəni törətdikdən sonra, Nəbini dərhal təcili tibbi yardıma çatdırmış, ilkin tibbi yardım etmiş, Nəbi Misrixanovun sağ olan zaman müalicə xərclərini də çəkmiş, bu barədə müvafiq ödəniş çeklərini təqdim etmişdir. İbtidai istintaq zamanı sübuta yetirilmişdir ki, motobloku idarə edən Yüzbek Misrixanov özü də sərxoş vəziyyətdə olmuşdur, bundan başqa Yüzbük Misrixanov “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq, motoblokla qaranlıq vaxtı, arxa işıqları yanmayan halda asfalt yoluna çıxmışdır. Bu səbəbdən də, hadisə baş vermişdir. Məhkəmə istintaqında zərəçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, X13 doğma qardaşı olmuş, Xaçmaz rayonu, Zuxuloba kəndində ailəsi ilə yaşamışdır. Nəbi usta kimi işləyib, ailəsini dolandırmışdır. Camaat içində Nəbi müsbət qiymətləndirilmiş, həmişə hörmət edilən şəxs olmuşdur. 28 sentyabr 2024-cü il tarixdə qardaşı Yuzbek əlaqə saxlayaraq, avtoqəza olmasını, nəticədə qardaşı Nəbinin xəsarət almasını, qardaşının təcili tibbi yardımla xəstəxanaya yola salınmasını bildirmişdir. Dərhal Xaçmaz RMX-ya gəlmiş, oradan qardaşının vəziyyətinin ağır olması səbəbindən Nəbini Quba RDM-nə göndərmişdirlər. xx.xx.2024-cü il tarixdə Qubada qardaşı aldığı xəsarətlərdən vəfat etmişdir. X17 hüquqi varisi kimi tanınmışdır. Hazırda hesab edir ki, Nailə cinayəti qəsdən törətmişdir, belə ki, Nailənin onların ailələri ilə şəxsi ədavətləri var, Nailənin səs yazıları var ki, onların nəslini qıracaq. Buna görə də, Nailənin qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, Xaçmaz RMX-nın X12 X22 böyük həkimi vəzifəsində işləmişdir. X8 və Təqsirləndirilən şəxs tanımamış, ədavəti və ya düşmənçiliyi və ya dostluğu olmamışdır. 28 sentyabr 2024cü il tarixdə saat 19:23-də Xudat TTTYB-də xidmətdə olarkən, qaynar xətt olan 103 xidmətinə hadisə olması barədə zəng gəlmişdir. Həmin zəng ərazi üzrə Xudat TTTYB-nə yönləndirilmiş, Xaçmaz rayonu, Düztahiroba kənd yolunda yol nəqliyyat hadisəsi olması, xəsarət alanların olması bildirilmişdir. Hadisə barədə məlumat verilən zaman hava qaranlıq olmuşdur. Buna görə xidməti avtomobillə dərhal çağırış olan ünvana gedəndə Xaçmaz rayonu, Ləcət kəndinin giriş hissəsində tanımadığı qırmızı rəngli Vaz 2106 markalı avtomobil xidməti maşını dayandırmış və xəstənin maşında olmasını bildirmişdir. Avtomobilə yaxınlaşmış, avtomobilin qapısını açanda adını sonradan bildiyi Nailə adlı qadının adını sonradan bildiyi xəsarət alan Nəbini başını qucağına qoyub Nəbinin üzünü təmizləməsini, imkanı çatdıqca ilkin zəruri yardım etməsini görmüşdür. Nailə köməklik edərək, xəstəni TTY avtomobilinə mindirmiş, bundan sonra Nailə Xaçmaz RMX-nin Acil şöbəsinə gəlmişdir, həmin qadın hadisədən yayınmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımış, onunla arasında münasibət yaxşı olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə 19 radələrində qardaşı Nəbi ilə Yalama kəndində usta və fəhlə kimi işləyib, yaşadığı Zuxuloba kəndinə istifadəsində olan motoblok ilə qayıtmışdır. Həmin vaxtı işlədikləri evdə biraz yemək yedikdən sonra, ikisi də spirtli içki qəbul etmişdirlər. Həmin motoblokun idarə edilməsi üçün heç bir sənədə ehtiyac olmamışdır. Həmin vaxtı idarəsində olan motobloka arxasında yük və digər əşyaları aparmaq üçün qoşqu taxmışdır. Qardaşı Nəbi motoblokun qoşqusunda əyləşmiş, özü isə motobloku idarə etmişdir. Yalama kəndindən işlədikləri evdən çıxıb asfalt yol ilə 20 km/saatla, Xaçmaz rayonu, Düztahiroba kəndi tərəfə getmişdirlər. Yolda gedərkən Yalama kəndinin çıxacağında sağ tərəfdə olan bankomatın yanında Nailənin idarə etdiyi avtomobilin yolun kənarında saxlamasını görmüşdür. 500 metr irəli getdikdən sonra eyni sürətlə yolun sağ kənarında hərəkətdə olarkən, zərbə ilə nəyinsə motoblokun arxasında olan qoşquya dəyməsini bilmiş, qəflətən motoblokun arxasında olan qoşqu yuxarı qalxıb motobloka qoşulduğu yerdən qırılaraq sağa düşmüş, motoblok isə üstünə aşıb, kənara düşmüşdür. Ayağa qalxdıqdan sonra dərhal qardaşı Nəbi üçün qoşqu tərəfə baxmış, lakin orada heç kimi görməmiş, sonradan qardaşı Nəbinin kənarda daşlıq yerdə başının arxasından xəsarət almış formada uzanmasını bilmişdir. Oraya yaxınlaşanda Nailənin su ilə gəlib, qardaşı Nəbinin üzünə su vurmasını görmüş, bundan sonra Nailənin idarə etdiyi Mersedes markalı avtomobil ilə idarə etdiyi motoblokun qoşqusunu arxadan vurmasını bilmişdir. İş üzrə Şahid3 ifadəsində bildirmişdir ki, Xaçmaz rayonu, Yalama Aquaparkda fəhlə kimi işləmişdir. X8 və Təqsirləndirilən şəxs tanımamış, ədavəti və ya düşmənçiliyi və ya dostluğu olmamışdır. 28 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində istifadəsində olan “Vaz 2106” **-EJ-*** d.q.n.-lı avtomobili ilə yaşadığı evdən çıxıb, Xaçmaz rayonu, Xudat şəhərinə gedərkən yolun kənarında yerləşən Düztahiroba kəndinin yaxınlığında avtonəqliyyat hadisəsinin baş verməsini görmüş, dərhal avtomobili saxlamışdır. Həmin vaxtı hava qaranlıq olmuş, buna görə avtomobilinin yaxın fara işıqlarını yanılı qoyub dərhal hadisə yerinə yaxınlaşmışdır. Həmin yerdə bir motoblokun və mersedes markalı avtomobilin toqquşmasını, bir nəfər adını sonradan bildiyi Nailə adlı qadının adını sonradan bildiyi Nəbi adlı şəxsi qucağında saxladığını, qışqırıb kömək çağırmasını, ətrafda olan şəxslərdən həmin şəxsi xəstəxanaya çatdırmaq istəməsini görmüşdür. Nailəyə yaxınlaşanda sonuncu “kömək elə, xahiş edirəm kimin maşını varsa, xəstəni həkimə çatdıraq” deyərək ağlamışdır. Buna görə Nailəyə kömək etmiş, həmin xəstəni avtomobilin arxa hissəsinə uzatmış, Nailə xəstənin başını dizlərinin üstə qoyub, Nəbinin üzünü təmizləmiş, gücü çatdıqca ilkin tibbi yardım göstərmişdir. İdarəsində olan avtomobil ilə Xudata tərəf gedəndə, artıq Ləcət kəndinin girişində TTY avtomobili qarşılamış, Nailənin köməyi ilə xəstəni avtomobilə yerləşdirib, xəstəxanaya yola salmışdır. Nailə hadisə yerindən yayınmamış, hadisə baş verən zaman isə hava qaranlıq olmuşdur. Avtomobilinin sənədlərini təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Təqsirləndirilən şəxs verdiyi ifadəyə uyğun ifadə verərək eyni xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Xaçmaz rayon şöbəsinin 17 dekabr 2024-cü il tarixli, 55 nömrəli ekspert rəyindən görünür ki, 1981 -ci il təvəllüdlü, mərhum X7 meyitinin məhkəmə-tibb müayinəsinə və adına tərtib edilmiş tibbi sənəddə qeyd olunanalara əsaslanaraq aşağıdakı nəticəyə gəlinir: 1. N.B.Misrixanovun meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər - ağır dərəcəli baş beyin əzilməsi və koma ilə müşaiyət olunmuş baş beyinin ödemi, təpə sümüyünün sınığı, təpə-ənsə nahiyəsinin əzilmiş yarası - aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi xx.xx.2024-cü il traixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. 2. N.B.Misrixanovun ölümünə səbəb baş beyin toxumasının ödemi olmuşdur. Ölümün baş vermə müddəti xəstəlik tarixində xx.xx.2024-cü il saat 18:40 qeyd edilmişdir. 3. N.B.Misrixanovun meyitində alkoqolun təyininə görə qanın təhqiqatı aparılmadı, beləki xəstəxanada müalicə məqsədi ilə zərərçəkmişə vurulmuş bəzi preparatların (dərmanların) tərkibində etil spirti olduğundan alkoqolun təyininə görə qanın tədqiqatı aparılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2024-cü il tarixli 8/3008 nömrəli rəyinə əsasən:

1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz C180 markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Vəlibəy qızının hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin'qarşısını almağa texniki imkanı olmuşdur.

2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən motoblokun sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Sürücü Şahid2 motobloku sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Şahid2 motobloku sutkanın qaranlıq vaxtı işıqları olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddənin 3-cü hissəsinin maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Şahid2 motoblokun arxa qoşqusunda sərnişin daşıdığından onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cu bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və sxemdən görünür ki, hadisə yeri Samur-Yalama avtomobil yolunun Xaçmaz rayonu, Düztahiroba kəndindən keçən hissəsində 41,740567°N (şimal enliyi), 48,550873°E (şərq uzunluğu) koordinatlarında yerləşən hissəsidir. Hadisə yerinin baxışı şərti olaraq Xaçmaz rayonu, Yalama kəndindən Düztahiroba kəndi istiqamətində aparılmışdır. Hadisə yolun hərəkət hissəsində baş vermiş, yolun hərəkət hissəsi asfaltbeton örtüklü, düzünə, quru, hamar vəziyyətdə olmaqla nəqliyyat vasitələrinin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuş, dörd hərəkət zolağından ibarətdir, hadisə havanın qaranlıq vaxtı baş vermişdir. Yolda olan hərəkət zolaqlarını ayırmaq üçün yerdə 1.5, əks istiqamətli hərəkət zolaqlarını ayırmaq üçün 1.3 bütöv qoşa xətt nişanlanma xətləri vardır. Yolun hərəkət hissəsinin hər iki kənarlarında 1 metr daşlıq, nahamar yol çiyini vardır. Yolun ümumi hərəkət hissəsi 13,6 metrdir, bir hərəkət zolağının eni 3,40 metrdir. Hadisə zamanı X2 ayıq vəziyyətdə, idarə etdiyi “Mercedes Benz C180” markalı “**-CT-***” d.q.n-lı avtomobil yüksüz, içərisində 1 nəfər 2004-cü il təvəllüdlü sərnişin olmuş, həmin avtomobil Xaçmaz rayonu, Yalama kəndindən Düztahiroba kəndi tərəfə 60 km/saat sürətlə, yolun sağ kənarı ilə hərəkətdə olmuşdur. Həmin yolda eyni istiqamətdə yolun sağ kənarı ilə X9 sərxoş vəziyyətdə arxa işıq sistemi və ya işıqqaytarıcıları olmadan arxada qoşqusu olan motobloku 20 km/saat sürətlə idarə etmişdir, həmin arxa qoşquda bir nəfər 1981 -ci il təvəllüdlü sərnişin əyləşmişdir. “Mercedes Benz C180” markalı “**-CT-***” d.q.n-lı avtomobil Xaçmaz rayonu, Yalama kəndindən Düztahiroba kəndi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən yolun sağ kənarında hərəkətdə olan avtomobil arxasında qoşqu olan motoblokun qoşqusunu arxa tərəfindən vurmuş, nəticədə qoşquda əyləşən sərnişin xəsarət almışdır. Qoşqunun vurulduğu yer yolun hərəkət hissəsindən sağ kənarındakı yol çiyninə qədər 3 metr, sol kənarından qoşa xəttə kimi 3,80 metr məsafədə olmuşdur. “Mercedes Benz C180” markalı “**-CT-***” d.q.n-lı avtomobil qoşqunu vurduqdan sonra əyləc yolu olmadan 10 metr irəli gedərək, dayanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2024-cü il tarixli 174 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2024-cü il tarixli 173 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X10 orta dərəcəli sərxoşluq vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs adına xx.xx.2019-cu il tarixdə AE 626740 seriya nömrəli “B” dərəcəli sürücülük vəsiqəsi verilmiş. Sürücülük vəsiqəsinin etibarlıq müddəti xx.xx.2029-cu il tarixədəkdir. İş materiallarında olan AD №034292 seriya nömrəli Nəqliyyat vasitələrinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, ** CT *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz C180 minik” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Təqsirləndirilən şəxsdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyət Başçısının Yalama İƏD tərəfindən verilmiş xasiyyətnamadən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xaraketrizə olunur. EMİS-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki övladı var. Onlardan biri yetkinlik yaşına çatmış, digəri isə xx.xx.2007-ci il təvəllüdlü, yəni yetkinlik yaşına çatmayan X3r. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ərizədən görünür ki, vəfat etmiş X7 arvadı X1 Misrixanovadan 2000 manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Nofəl Misrixanovun vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə Təqsirləndirilən şəxs Nofəl Misrixanovun ailə üzvlərinə ləzgi dilində göndərdiyi səs yazılarını məhkəməyə təqdim edərək həmin səs yazılarında Nailənin real hədə-qorxu və ölümlə hədələməsi faktların mövcud olmasını, həmin səs yazılarını Təqsirləndirilən şəxs cinayəti qəsdən törətməsində mötəbər sübut kimi qəbul edilməsini xahiş etmişdir. Sözügedən səs yazıları məhkəmə istintaqında tərcüməçinin kömyi ilə tərcümə edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs gərgin və əsəbi tərzdə Nofəl Misrixanovun ailə üzvlərinə səs göndərsə də, həmin səslərdə hər hansı real ölümlə hədələmə faktı mövcud deyil. Səs yazıları şəxsi münasibətlərin pozulması nəticəsində gərgin və əsəbi formada göndərilmiş səslərdi. Bundan başqa, məhkəmə qeyd edir ki, iş materiallarında olan toplanmış sübutların hüquqi qiymətləndirilməsi haqqında qərarın 11-ci bəndində Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 120-ci maddəsinin tərkib əlamətlərinin olmamasına hüquqi qiymət verilməsi nəzərə alınmalıdır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində qaranlıq və quru hava şəraitində özünə məxsus “Mercedes Benz C180 MİNİK” markalı **-CT-*** qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla idarə edib, Samur-Yalama avtomobil yolu ilə Qusar rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçısı qismində yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamaqla, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmaqla və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməməklə ehtiyatsızlıqdan həmin yolun 41,740567°N (şimal enliyi), 48,550873°E (şərq uzunluğu) koordinatlarında yerləşən Xaçmaz rayonu, Düztahiroba kəndindən keçən hissəsində onunla eyni istiqamətdə hərəkətdə olan Şahid2 idarə etdiyi qoşqulu motoblokun qoşqusu ilə arxadan toqquşmuş, nəticədə ehtiyatsızlıqdan qoşquda sərnişin qismində əyləşmiş X7 ağır dərəcəli baş beyin əzilməsi və koma ilə müşaiyət olunmuş baş beyinin ödemi, təpə sümüyünün sınığı, təpəənsə nahiyəsinin əzilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb 07 dekabr 2024-cü il tarixdə X16 Mərkəzində “baş beyin toxumasının ödemi” səbəbindən ölməsi ilə nəticələnən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olması, habelə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi (vəfat etmiş Nofəl Misrixanovun arvadına 2000 manat verməsi) Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzası təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Azərbaycan Respublikası CM-nin 56.1.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 85 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X6, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X6, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar