Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-78/2022 06.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcə hüquqşünas Dövlət ittihamçısı4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1993-cü ildə ünvan 3az şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Gəncə hərbi məhkəməsinin 05 fevral 2016-cı il tarixli, 1- 1(095)-025/2016 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 332.2.1 və 332.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali məhkəməsinin 09 fevral 2017-ci il tarixli qərarı ilə Gəncə hərbi məhkəməsinin 05 fevral 2016-cı il tarixli hökmü dəyişdirilərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, 14 fevral 2022-ci il tarixdə o, ünvan 3az şəhəri, Ə.Şıxlinski küçəsində saxlanılaraq ünvan 3az rayon Polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən ünvan 3az rayon polis şöbəsinin inzibati binasında onun üstünə saat 17:00-17:20 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı baş hissəsi sınmış dərman ampulunun içərisində olan 01 ədəd sellofan bükümdə 1,439 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. 13 fevral 2022-ci il tarixdə axşam saatlarında evdən çıxıb yaşadığı ünvan 3az şəhəri, Atatürk küçəsi ilə gedərkən yerdən bir ədəd sellofan büküm tapmış, bükümü götürüb baxdıqda içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Tapdığı heroini atmamış və şəxsi istifadəsi üçün şalvarının sağ yan cibinə qoyub yaşadığı evə gəlmişdir. Həmin gün tapdığı heroindən bir qədər götürüb baş hissəsi sınmış şüşə dərman ampulunun içərisinə tökərək limon duzu ilə qarışdırıb hazırladıqdan sonra bir qramlıq şpris vasitəsi ilə qoluna vurmuş, qalan heroini isə sellofan bükümdə baş hissəsi sınmış şüşə dərman ampulunun içərisinə, dərman ampulunu isə əynində olan şalvarın sağ yan cibinə qoyub saxlamışdır. 14 fevral 2022-ci il tarixdə saat 15 radələrində evdən çıxıb piyada ünvan 3az şəhəri, Əliağa Şıxlinski küçəsinə getmiş, saat 16 radələrində həmin küçədə olarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu ünvan 3az rayon Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Şöbənin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. O, şalvarının sağ yan cibində saxladığı bir ədəd baş hissəsi sınmış dərman ampulunu, şalvarının sol yan cibindəki bir ədəd «KİNG» markalı siqaret qutusunu, bir ədəd alışqanı, şalvarının sağ yan cibinin üst hissəsində olan balaca cibdən isə bir ədəd kağız bükümü çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən onun üstünə şəxsi axtarış keçirilmiş və üstündə başqa heç nə aşkar olunmamışdır. Müstəntiq təqdim etdiyi baş hissəsi sınmış dərman ampulunun içərisində olan sellofan bükümü çıxarıb onun və müdafiəçisinin iştirakı ilə açıb içində olan qəhvəyi rəngli kütləni, yəni heroini görmüş və ondan həmin kütlənin nə olduğunu, haradan aldığını soruşduqda o, hər şeyi könüllü olaraq etiraf edib bildirmişdir ki, sellofan bükümdə olan qəhvəyi rəngli kütlə narkotik vasitə olan heroindir, özünə məxsusdur, ünvan 3az şəhəri, Atatürk küçəsində yerdən taparaq üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Bundan sonra müstəntiq tərəfindən kağız büküm açılaraq içərisində olan ağ rəngli kristallşəkilli maddənin nə olduğu ondan soruşulmuş, o, da həmin kristallşəkilli maddənin limon duzu olduğunu bildirmişdir. Aşkar olunmuş heroin və limon duzu müstəntiq tərəfindən ayrı-ayrılıqda ağ vərəqlərə büküldükdən sonra dərman ampulu ilə birlikdə bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o, da heroinin, limon duzunun və baş hissəsi sınmış dərman ampulunun qablaşdırıldığı zərfin üzərinə və bununla bağlı yazılmış protokola imza etmişdir. Əməlindən peşmandır, ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən ünvan 3az rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 göstərdi ki, ünvan 3az rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna ünvan 3az şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 14 fevral 2022-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, NMQ-nun əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi Şəhriyar Kərimliyə həvalə olunmuşdur. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs ünvan 3az şəhəri, Ə.Şıxlinski küçəsində olduğunu müəyyənləşdirərək yaxınlaşıb özlərini təqdim edib onu ünvan 3az rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində X2 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunmuş vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. X2 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə varsa təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin təklifindən sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd baş hissəsi sınmış dərman ampulunu, şalvarının sol yan cibindən bir ədəd «KİNG» markalı siqaret qutusunu, bir ədəd alışqanı, şalvarının sağ yan cibinin üst hissəsində olan balaca cibdən isə bir ədəd kağız bükümü çıxarıb masanın üstünə qoymuşdur. X2 şüşə ampulun içərisində olan sellofan bükümü çıxarıb Təqsirləndirilən şəxs və vəkil Hacıbala Məlikovun iştirakı ilə açdıqda bükümdə narkotik vasitə olan heroinə oxşar qəhvəyi rəngli maddə olduğunu görmüşlər. X2 sellofan bükümdə olan qəhvəyi rəngli kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs «kakos» olduğunu demişdir. Sonra X2 kağız bükümü açdıqda içərisində kristalşəkilli maddə olduğunu görmüş və Təqsirləndirilən şəxs bildirmişdir ki, kağız bükümdə olan kristalşəkilli maddə limon duzudur. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi, narkotik vasitənin satışı ilə məşğul olub-olmaması soruşulduqda o, narkotik vasitəni yaşadığı məhəllənin tinindən tapdığını, narkotik vasitə istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirmişdir. Aşkar olunmuş sellofan bükümdə olan qəhvəyi rəngli maddə və kağız bükümdə olan kristalşəkilli maddə X2 tərəfindən ayrı-ayrılıqda ağ vərəqlərə büküldükdən sonra həmin maddələr və baş hissəsi sınmış dərman ampulu Təqsirləndirilən şəxs, vəkilin və onların iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üzərinə və protokola imza etmişlər, bir ədəd «KİNG» markalı siqaret qutusu və alışqan isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin görüntüləri baş inspektor-kriminalist Şahid3 tərəfindən video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə ictintaqında şahid qismində dindirilmiş ünvan 3az rayon Polis Şöbəsinin baş inspektor-kriminalisti Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış ünvan 3az rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, ünvan 3az rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna ünvan 3az şəhəri, Atatürk küçəsi, dalan 1, ev 10-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 14 fevral 2022-ci il tarixdə şöbənin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi Şəhriyar Kərimliyə həvalə olunmuşdur. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs ünvan 3az şəhəri, Ə.Şıxlinski küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim edib onu ünvan 3az rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində X2 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunmuş vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. X2 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə varsa təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin təklifindən sonra Təqsirləndirilən şəxs şalvarın sağ yan cibindən bir ədəd baş hissəsi sınmış dərman ampulunu, şalvarının sol yan cibindən bir ədəd «KİNG» markalı siqaret qutusunu, bir ədəd alışqanı, şalvarının sağ yan cibinin üst hissəsində olan balaca cibdən isə bir ədəd kağız bükümü çıxarıb masanın üstünə qoymuşdur. X2 şüşə ampulun içərisində olan sellofan bükümü çıxarıb Təqsirləndirilən şəxs və vəkil Hacıbala Məlikovun iştirakı ilə açdıqda görmüşlər ki, bükümdə narkotik vasitə olan heroinə oxşar qəhvəyi rəngli maddə var. X2 sellofan bükümdə olan qəhvəyi rəngli kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs «kakos» deməklə cavab vermişdir. Sonra X2 kağız bükümü açdıqda içərisində kristalşəkilli maddə olduğunu görmüş və Təqsirləndirilən şəxs bildirmişdir ki, kağız bükümdə olan kristalşəkilli maddə limon duzudur. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi, narkotik vasitənin satışı ilə məşğul olub-olmaması soruşulduqda o, narkotik vasitəni yaşadığı məhəllənin tinindən tapdığını, narkotik vasitə istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirmişdir. Aşkar olunmuş sellofan bükümdə olan qəhvəyi rəngli maddə və kağız bükümdə olan kristalşəkilli maddə X2 tərəfindən ayrı-ayrılıqda ağ vərəqlərə büküldükdən sonra həmin maddələr və baş hissəsi sınmış dərman ampulu Təqsirləndirilən şəxs, vəkilin və onların iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üzərinə və protokola imza etmişlər, bir ədəd «KİNG» markalı siqaret qutusu və alışqan isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin görüntüləri baş inspektor-kriminalist Şahid3 tərəfindən video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. İş materillarında olan şəxsi axtarış aparılması haqqında 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə ünvan 3az rayon Polis Şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs üzərinə şöbəsinin inzibati binasında şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibində saxladığı baş hissəsi sınmış dərman ampulunun içərisində 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 15 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış aparılması haqqında 14 fevral 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2022-ci il tarixli 6/930 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN «Zərflər üçün №53» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən...» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,439 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,408 qram şəffaf, rəngsiz kristallardan ibarət maddə kütləsi limon turşusudur, baş hissəsi sınmış dərman ampulunda heroin izləri müəyyən edilmişdir. Həmin predmetdə heroin iz şəklində olduğundan təmiz çəkisinin və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı 1) daxildir. Limon turşusu Azərbaycan Respublikasında nəzarətdə olan maddələrin siyahılarına daxil deyildir. Tədqiqata sərfdən sonra heroinin qalıq çəkisi 1,389 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 10 mart 2022-ci il tarixli 1203 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 15 fevral 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,389 qram təşkil edən heroin, 1 ədəd baş hissəsi sınmış dərman ampulu və şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə 1,389 qram heroin, 01 ədəd baş hissəsi sınmış dərman ampulu və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,308 qram çəkidə limon turşusu saxlanmasından ötrü ünvan 3az rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan ünvan 3az rayon məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 5(067)-27/2022 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən ünvan 3az rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 14 fevral 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Gəncə hərbi məhkəməsinin 05 fevral 2016-cı il tarixli, 1-1(095)-025/2016 saylı hökmündən və Azərbaycan Respublikası Ali məhkəməsinin 09 fevral 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə hərbi məhkəməsinin 05 fevral 2016-cı il tarixli, 1-1(095)- 025/2016 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 332.2.1 və 332.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali məhkəməsinin 09 fevral 2017-ci il tarixli qərarı ilə Gəncə hərbi məhkəməsinin 05 fevral 2016-cı il tarixli hökmü dəyişdirilərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, 14 fevral 2022-ci il tarixdə o, ünvan 3az şəhəri, Ə. Şıxlinski küçəsində saxlanılaraq ünvan 3az rayon Polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 2 ünvanda yerləşən ünvan 3az rayon polis şöbəsinin inzibati binasında onun üstünə saat 17:00-17:20 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı baş hissəsi sınmış dərman ampulunun içərisində olan 01 ədəd sellofan bükümdə 1,439 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsiə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə hərəkətlərindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin residivini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 14 fevral 2022-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, ünvan 3az rayon məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 4(067)-29/2022-ci il tarixli qərarından, həmçinin müstəntiqin təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 14 aprel 2022-ci il tarixli qərarından və həmin tarixli “Başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, ünvan 3az rayon məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 4(067)-29/2022-ci il tarixli qərarı ilə həbsin əvvəli 14 fevral 2022-ci il tarixdən hesablanmaqla 02 ay həddində həbs növündə qətimkan tədbiri seçilmiş, müstəntiqin 14 aprel 2022-ci il tarixli qərarı ilə qeyd olunan tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək həbsdə olduğu 02 ay müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan ünvan 3az rayon məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 1(067)-78/2022 saylı qərarından və axtarışda olan şəxsin tutulması haqqında 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağrışlarına üzürlü səbəb olmadan gəlməməklə məhkəmədən gizləndiyindən məhkəmənin 30 iyun 2022-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin müvafiq axtarış qərarı əsasında o, 23 iyul 2022-ci il tarixdə tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 23 iyul 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi ünvan 3az rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 1,389 qram təşkil edən heroin, 01 ədəd baş hissəsi sınmış dərman ampulu və 0,308 qram çəkidə limon turşusu məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 110 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) ay müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 23 iyul 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi ünvan 3az rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 1,389 qram təşkil edən heroin, 01 ədəd baş hissəsi sınmış dərman ampulu və 0,308 qram çəkidə limon turşusu məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd “CD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 110 (bir yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə ünvan 3az rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-78/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-78/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver