Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-78/2023 11.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1995-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,222 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt 09 oktyabr 2022-ci il tarixdə o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhər ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirildikdən sonra həmin gün şöbənin əməkdaşları tərəfindən saat 16:10-dan 16:25-dək olan vaxt müddətində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindəki “Kent” markalı siqaret qutusunun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 0,222 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir ildən çoxdur ki, narkotik vasitələrdən istifadə edir. 08 oktyabr 2022-ci il tarixdə yaşadığı evin yaxınlığındakı Heydər Əliyev prospektində yerləşən “Zəfər” parkının ətrafında piyada gəzərkən yerdən bir ədəd “Kent” siqaret qutusu tapmış, qutunu açıb baxarkən içərisində 04 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin narkotik vasitələri yenidən siqaret qutusunun içərisinə qoyub istifadə etmək üçün cibinə qoymuş və yoluna davam etmişdir. Həmin gün bir ədəd bir manatlıq pul əskinasından bir ədəd borucuq hazırlayıb həmin borucuq vasitəsi ilə bir qədər heroin qəbul etmiş, qalan hissəsini də sonra istifadə etmək üçün əynində olan şalvarın cibinə qoymuşdur. 09 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində müayinə olunmaq üçün Xaçmaz rayon Mərkəzi Xəstəxanasının inzibati binasının yaxınlığında olarkən polis əməkdaşları yaxınlaşıb üzərində narkotik vasitə daşıması barədə Xaçmaz rayon Polis Şöbəsinə məlumat daxil olduğunu bildirməklə onu polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulmuş və ona dövlət büdcəsi hesabına müdafiəçi təqdim edildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı şalvarının sağ cibindəki üzərinə “Kent” yazılmış siqaret qutusunun içərisindən 04 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd bükümdə narkotik vasitə olan heroin və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Bundan başqa həmin siqaret qutusunun içərisindən nakotik vasitə istifadə etmək üçün bir ədəd bir manatlıq pul əskinasından hazırladığı borucuq və bir ədəd daxilində üzərində narkotik vasitə heroin izləri olan falqa kəsiyi, narkotik vasitə qurudulmuş marixuana doldurub çəkmək üçün borucuq formasında hazırladığı iki ədəd, içərisi boş olan kağız bükümlər, bir ədəd qara rəngli dəri pul qabı, pul qabının içərisindən özünə məxsus əşyalar və pul əskinasları aşkar edilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitələr qablaşdırılaraq götürülməklə bu barədə müvafiq sənədləşmə aparılmışdır. Əməlindən peşmandır, ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 09 oktyabr 2022ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamaqla, daşıması barədə Xaçmaz rayon Polis Şöbəsinə daxil olmuş məlumat raportla işlədiyi şöbənin rəisinə məruzə edildikdən sonra, Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilərək işlədiyi şöbənin rəisi tərəfindən təsdiq edilmiş, bundan sonra Təqsirləndirilən şəxs və Xaçmaz rayon X5 Partul Xidməti Bölməsinin polis nəfəri Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvlərinə əməliyyat tədbiri zamanı davaranış xətti izah edilmişdir. 09 oktyabr 2022-ci il tarixdə onlar Təqsirləndirilən şəxs Xaçmaz rayon Mərkəzi Xəstəxanasının inzibati binasının yaxınlığında olduğunu müəyyən edib, həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlayaraq daşıması barədə Xaçmaz rayon Polis Şöbəsinə məlumat daxil olduğunu bildirməklə həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinin inzibati binasında müstəntiq Mətləb İsmayılov xidməti iş otağında onun, digər polis əməkdaşı Şahid2 və müdafiəçi Rəşid Novruzəliyevin iştirakları ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinə başlamışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa çıxarıb təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusunu, həmin şalvarın sol yan cibindən isə bir ədəd “Kent” markalı siqaret qutusunu, arxa sol cibindən 01 ədəd qara rəngli dəri pul qabını, arxa sol cibindən 01 ədəd 05 AZN, 02 ədəd 01 AZN pul əskinaslarını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən aşkar olunmuş bir ədəd “Kent” markalı siqaret qutusunun içərisindən 14 ədəd “Kent” markalı siqaret dənələri, şalvarın sağ yan cibindən aşkar olunmuş, bir ədəd “Kent” markalı siqaret qutusunun içərisindən isə bir ədəd kağız bükümündə narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli maddə, bir ədəd kağız bükümündə psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kristalşəkilli maddə, dörd ədəd kağız bükümlərində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi, iki ədəd borucuq formasında içərisi boş olan kağızlar, üzərində qəhvəyi rəngli izlər olan 01 AZN pul əskinasından hazırlanmış 01 ədəd borucuq, 01 ədəd üzərində qəhvəyi rəngli izlər olan falqa kağızı kəsiyi aşkar edilmiş, Təqsirləndirilən şəxs qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin, ağ rəngli maddənin psixotrop maddə olan metamfetamin, qurudulmuş bitki kütlələrinin isə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş pul əskinasları, eləcə də pul qabı içərisində olan 01 cüt qıfıl açarı, 01 ədəd bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd sürücülük vəsiqəsi müstəntiq tərəfindən götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmış. aşkar olunmuş içərisində qəhvəyi rəngli maddə olan 01 ədəd büküm, içərisində ağ rəngli kristalşəkilli maddə olan 01 ədəd büküm, içərisində qurudulmuş bitki kütləsi olan 04 ədəd büküm, 01 ədəd borucuq formasında qatlanmış 01 AZN pul əskinası və 01 ədəd üzərində qəhvəyi rəngli izlər olan falqa kağızı kəsiyi 01 ədəd “Kent” markalı siqaret qutusuna qoyulduqdan sonra müstəntiq tərəfindən 01 ədəd ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd borucuq vəziyyətdində olan içərisi boş kağız iş üçün əhəmiyyət kəsb etmədiyindən götürülməmişdir. Daha sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, o və şəxsi axtarışda iştirak edən digər şəxslər protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə ictintaqında şahid qismində dindirilmiş Xaçmaz rayon X5 Partul Xidməti Bölməsinin polis nəfəri Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan şəxsi axtarış aparılması haqqında 09 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon polis şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs üzərinə polis şöbəsinin inzibati binasında şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən üzərində “Kent” yazılmış 01 ədəd siqaret qutusunu, həmin şalvarın sol yan cibindən üzərində “Kent” yazılmış 01 ədəd siqaret qutusunu, arxa sol cibindən 01 ədəd qara rəngli dəri pul qabını, arxa sol cibindən 01 ədəd 05 AZN, 02 ədəd 01 AZN pul əskinaslarını çıxarıb otaqda olan masanın üzərinə qoymuşdur. Aşkar olunmuş siqaret qutusu açılarkən qutunun içərisində 14 ədəd “Kent” markalı siqaret dənələrinin olması, daha sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən aşkar olunmuş, üzərində “Kent” yazılmış siqaret qutusu açılarkən həmin qutunun içərisində 01 ədəd kağız bükümündə narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli maddə, 01 ədəd kağız bükümündə psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli kristalşəkilli maddə, 04 ədəd kağız bükümlərində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi, 02 ədəd borucuq formasında içərisi boş olan kağızlar, üzərində qəhvəyi rəngli izlər olan 01 AZN pul əskinasından hazırlanmış 01 ədəd borucuq, 01 ədəd üzərində qəhvəyi rəngli izlər olan falqa kağızı kəsiyi olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin olduğunu, ağ rəngli maddənin psixotrop maddə olan metamfetamin olduğunu, qurudulmuş bitki kütlələrinin isə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, onları öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş pul əskinasları, eləcə də pul qabı içərisində olan 01 cüt qıfıl açarı, 01 ədəd bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd sürücülük vəsiqəsi götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində qəhvəyi rəngli maddə olan 01 ədəd büküm, içərisində ağ rəngli kristalşəkilli maddə olan 01 ədəd büküm, içərisində qurudulmuş bitki kütləsi olan 04 ədəd büküm, 01 ədəd borucuq formasında qatlanmış 01 AZN pul əskinası və 01 ədəd üzərində qəhvəyi rəngli izlər olan falqa kağızı kəsiyi aşkar olunduğu vəziyyətdə, yəni 01 ədəd üzərində “Kent” yazılmış siqaret qutusunun içərisinə qoyulduqdan sonra 01 ədəd ağ rəngli zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd borucuq vəziyyətində olan içərisi boş kağız iş üçün əhəmiyyət kəsb etmədiyindən götürülməmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilməsi barədə 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış aparılması haqqında 09 oktyabr 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli, 6/5832 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N58” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən....” və s. yazılar, imzalar olan zərfdəki “KENT” markalı siqaret qutusuna yerləşdirilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,222 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, folqa kəsiyinin üzərində və borucuq formasına salınmış 1 manatlıq əskinazın daxilində heroinin izləri müəyyən edilmişdir. Həmin predmetlərdə heroin iz şəkilində olduğundan çəkisini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata sərfdən sonra heroinin qalıq çəkisi 0,172 qram, metamfetaminin qalıq çəkisi 0,020 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli, 7/1159 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunanlar” yazılar və imzalar olan zərfdə “KENT” markalı siqaret qutusundakı 4 ədəd gümüşü rəndli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,453 qram, 0,499 qram, 0,503 qram və 0,536 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəksi 1,991 qramdır. Tədqiqata sərfdən sonra marixuanaların ümumi qalıq çəkisi 1,911 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 03 fevral 2023-cü il tarixli, 567 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 5(067)-164/2022 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 09 oktyabr 2022ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 02 noyabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,222 qram narkotik vasitə heroin, üzərində heroinin izləri olan folqa kəsiyi, daxilində heroinin izləri olan borucuq formasına salınmış 1 manatlıq əskinası, 01 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, aşkar olunaraq götürülmüş 0,035 qram psixotrop maddə metamfetamin və 1,991 qram narkotik vasitə marixuana maddi sübut kimi tanınmamış, narkotik vasitə- heroinin ekspertiza tədqiqatından sonra qalan 0,172 qram qalığı, metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,020 qram qalığı, qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumi 1,911 qram qalığı, üzərində heroinin izləri olan folqa kəsiyi saxlanılmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd disk və daxilində heroinin izləri olan borucuq formasına salınmış 1 manatlıq əskinas isə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Xaçmaz rayon məhkəməsinin 02 dekabr 2013-cü il tarixli, 1(067)-132/2013 saylı hökmündən və Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 19 fevral 2023-cü il tarixli, 225 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 02 dekabr 2013-cü il tarixli, 1(067)-132/2013 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində 01 il sınaq müddəti müəyyən edilmiş, şərti sınaq müddəti 24 dekabr 2014-cü il tarixdə bitdiyi üçün Xaçmaz rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X1 28 yanvar 2023-cü il tarixli, 103 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tibb müəssisəsinə müraciət etməmişdir. İş materiallarında olan “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 28 yanvar 2023-cü il tarixli, PHŞ-6- 43/2-269/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tibb müəssisəsində 2020-ci il tarixdən “Xr.Narkomaniya” diaqnozu ilə Xaçmaz RMX-da həkim narkoloqun qeydiyyatındadır, həkim psixiatrın qeydiyyatında yoxdur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,222 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu fakt 09 oktyabr 2022-ci il tarixdə o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhər ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirildikdən sonra həmin gün şöbənin əməkdaşları tərəfindən saat 16:10-dan 16:25-dək olan vaxt müddətində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindəki “Kent” markalı siqaret qutusunun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 0,222 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə hərəkətlərindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında müstəntiqin 09 oktyabr 2022-ci il tarixli qərarından və həmin tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 4(067)-180/2022 saylı qərarından, həmçinin müstəntiqin təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən həbsdən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 11 oktyabr 2022-ci il tarixli qərarından və həmin tarixli “Başqa yerə getməmək haqqında iltizam”dan, eləcə də müstəntiqin 26 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 11 oktyabr 2022-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməklə o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş və qeyd olunan tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, 26 yanvar 2023-cü il tarixdə isə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 11 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, narkotik vasitə- heroinin ekspertiza tədqiqatından sonra qalan 0,172 qram qalığı, üzərində heroinin izləri olan folqa kəsiyi, maddi sübut kimi tanınmamış metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,020 qram qalığı, qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 1,911 qram qalığı məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd DVD disk və daxilində heroinin izləri olan borucuq formasına salınmış 1 manatlıq əskinas cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 182 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 11 may 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, narkotik vasitə- heroinin ekspertiza tədqiqatından sonra qalan 0,172 qram qalığı, üzərində heroinin izləri olan folqa kəsiyi, maddi sübut kimi tanınmamış metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,020 qram qalığı, qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 1,911 qram qalığı məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd DVD disk və daxilində heroinin izləri olan borucuq formasına salınmış 01 ədəd 1 manatlıq əskinas cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 182 (bir yüz səksən iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-78/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-78/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver