Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-78/2025 04.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, massiv D, Kristal ünvan 10 üvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1; xx.xx.1975-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Rusiya Federasiyaı, Xantı-Mansiysk muxtar dairəsi, Surqut şəhəri, 8-ci Kedrovıy küçəsi ev 51 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 üvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmə məqsədilə X2 əlilliyi ilə əlaqədar əmək pensiyası düzəldəcəyinə dair yalan vəd verib aldadaraq qəsdən Zərərçəkmiş şəxs6 17 avqust 2022ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimf rayonunda yerləşən "xxxx" ASC-nin qarşısında 3.000 (üç min) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə dələduzluq etmiş, yəni, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə X1 övladı X6 C.Naxçıvanski adına Hərbi Liseyə kursant kimi qəbul etdirəcəyini dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 17 avqust 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "xxxx" ASC-nin qarşısında nağd qaydada 2.200 (iki min iki yüz) manat, 2022-ci ilin avqust ayının sonlarında ünvan 3 ünvanın qarşısında nağd qaydada 1.300 (min üç yüz) manat və 2022-ci ilin sentyabr ayının əvvəllərində günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “8 Noyabr” metrostansiyasının yaxınlığında Gülnarə Yarbalayevanın övladı Şahid2 vasitəsilə nağd qaydada 1.000 (min) manat pul vəsaitini alıb ələ keçirməklə ümumilikdə 4.500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş, yəni, təkrar etibardən suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə tanışları X14 və soyadı və ata adı istintaqa məlum olmayan Ramil adlı şəxslə qabaqcadən əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 övladı X18 barəsində Şirvan Apellyasiya Məhkəməsinin 27 aprel 2021ci il tarixli qərarını (Azərbaycan Respublikası CM-nin 120.2.3 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 15 il 06 ay) Azərbaycan Respublikası Ali Məhkəməsində Elşad Muradlının xeyrinə dəyişdirərək ona təyin edilmiş cəzanı azaldacaqlarına dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs7 2022-ci ilin avqust ayının sonlarında günorta saatlarında ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Ali Məhkəməsinin yaxınlığında nağd qaydada X14 və Ramil adlı şəxslərin vasitəsilə 25.000 (iyirmi beş min) manat və 2022-ci ilin sentyabr ayının əvvəllərində saat 16 radələrində İmişli rayonu, Çaxırlı kəndində nağd qaydada 20.000 (iyirmi min) manat pul vəsaitini S.S.Mehdiyevin vasitəsilə alıb ələ keçirməklə ümumilikdə 45.000 (qırx beş min) manat məbləğində maddi ziyan vurmaqla təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni, təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə X1 tanışı ata adı və soyadı istintaqa məlum olmayan Sona adlı xanımı Mərkəzi Hərbi Hospitalda Kargüzarlıq şöbəsinə kargüzar vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq qəsdən Zərərçəkmiş şəxs6 2022-ci ilin sentyabr ayının əvvəllərində günorta saatlarında Bakı şəhəri Nəsimi rayonunda yerləşən “8 Noyabr” metrostansiyasının yaxınlığında 4.000 (dörd min) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə təkrar dələduzluq etmiş, yəni, təkrar etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə tanışı Zərərçəkmiş şəxs2 FHN- nin Ağcabədi Rayon Dövlət X5 işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq qəsdən 2023-cü ilin aprel ayının ortalarında günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən Heydər Əliyev adına Hərbi İnstitutun yaxınlığında Zərərçəkmiş şəxs2 3.500 (üç min beş yüz) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə təkrar dələduzluq etmiş, yəni, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 "xxxx" QSC-nə işə yenidən bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq qəsdən 06 iyun 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs4 5.500 (beş min beş yüz) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni, təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs5 "xxxx" QSC-nə işə yenidən bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq qəsdən 06 iyun 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs5 5.500 (beş min beş yüz) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni, təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs3 sonuncunun tanışı Şahid5 övladı Şahid6 Xaçmaz şəhərində yerləşən Azərbaycan Respublikası FHN-nin Şimal Regional İdarəsində Xüsusi Riskli Qrupunun Xilasedici Bölməsinə işə düzəldəcəyinə dair yalan vəd verib’ aldadaraq qəsdən 18 iyul 2023-cü il tarixdə günorta saat 12 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Paşa sığorta” idarəsinin əks tərəfində avtomobil yolunun kənarında Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs3 4500 (dörd min beş yüz) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmiş, yəni, təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 sonuncunun qohumu Şahid7 övladı Şahid8 Xaçmaz şəhərində yerləşən Azərbaycan Respublikası FHN-nin Şimal Regional İdarəsində Xüsusi Riskli Qrupunun Xilasedici Bölməsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq qəsdən 24 iyul 2023-cü il tarixdə saat 17 radələrində ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs3 4000 (dörd min) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmiş, yəni, təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 almaq istədiyi Şahid14 və sonuncunun ailəsinə məxsus Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü Şöbə adlanan ərazidə yerləşən kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin üzərində həbs olduğunu yalandan söyləyərək həmin torpağın üzərində olan həbsi götürəcəyinə dair yalan vəd verib aldadaraq qəsdən 11 avqust 2023-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Çənlibel” parkının yaxınlığında Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs1 3.000 (üç min) manat nağd pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmiş, yəni, təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 sonuncunun tanışı Şahid9 övladı Şahid10 Xaçmaz şəhərində yerləşən Azərbaycan Respublikası FHN-nin Şimal Regional İdarəsində Xüsusi Riskli Qrupunun Xilasedici Bölməsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq qəsdən 04 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən «Paşa sığorta» idarəsinin yaxınlığındakı çayxanada Zərərçəkmiş şəxs3 məxsus 4350 (dörd min üç yüz əlli) manat məbləğində nağd pul vəsaitini Şahid9 və Təqsirləndirilən şəxs2 vasitəsi ilə alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmiş, yəni, təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs4 "xxxx" QSC-nə işə yenidən bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq qəsdən 06 iyun 2023-cü il tarixdə axşam saatlarında özünün yaşadığı ünvan 5 ünvanında yerləşən evində Zərərçəkmiş şəxs4 5.500 (beş min beş yüz) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 "xxxx" QSC-nə işə yenidən bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq qəsdən 06 iyun 2023-cü il tarixdə axşam saatlarında özünün yaşadığı ünvan 5 ünvanında yerləşən evində Zərərçəkmiş şəxs5 5.500 (beş min beş yüz) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni, təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs3 sonuncunun tanışı Şahid5 övladı Şahid6 Xaçmaz şəhərində yerləşən Azərbaycan Respublikası FHN-nin Şimal Regional İdarəsində Xüsusi Riskli Qrupunun Xilasedici Bölməsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq qəsdən 18 iyul 2023-cü il tarixdə günorta saat 12 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Paşa sığorta” idarəsinin əks tərəfində avtomobil yolunun kənarında Zərərçəkmiş şəxs3 4.500 (dörd min beş yüz) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmiş, yəni, təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs3 sonuncunun qohumu Şahid7 övladı Şahid8 Xaçmaz şəhərində yerləşən Azərbaycan Respublikası FHN-nin Şimal Regional İdarəsində Xüsusi Riskli Qrupunun Xilasedici Bölməsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq qəsdən 24 iyul 2023-cü il tarixdə saat 17 radələrində ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs3 4000 (dörd min) manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmiş, yəni, təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 almaq istədiyi Şahid14 və sonuncunun ailəsinə məxsus Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü Şöbə adlanan ərazidə yerləşən kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin üzərində həbs olduğunu yalandan söyləyərək həmin torpağın üzərində olan həbsi götürəcəyinə dair yalan vəd verib aldadaraq qəsdən 11 avqust 2023-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Çənlibel” parkının yaxınlığında Zərərçəkmiş şəxs1 3.000 (üç min) manat nağd pul vəsaitini alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmiş, yəni, təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Zərərçəkmiş şəxs3 sonuncunun tanışı Şahid9 övladı Şahid10 Xaçmaz şəhərində yerləşən Azərbaycan Respublikası FHN-nin Şimal Regional İdarəsində Xüsusi Riskli Qrupunun Xilasedici Bölməsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq qəsdən 04 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən «Paşa sığorta» idarəsinin yaxınlığındakı çayxanada Zərərçəkmiş şəxs3 məxsus 4.350 (dörd min üç yüz əlli) manat məbləğində nağd pul vəsaitini Şahid9 vasitəsi ilə alıb ələ keçirməklə təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmiş, yəni, təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamlarda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həqiqətən də, ittihamda qeyd olunan cinayət əməllərini törətmiş, ittiham aktında qeyd olunan zərərçəkmiş şəxlərə məxsus pul vəsaitlərini etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxlərə vurduğu maddi zərərlərin hamısını tam şəkildə ödəmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Himayəsində bir nəfər yetkinlik yaşına çatmayan övladı vardır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının müvafiq bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 həmçinin ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamlarda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən də, ona elan olunmuş ittihamda qeyd olunan cinayət əməllərini törətmiş, ittiham aktında qeyd olunan zərərçəkmiş şəxlərə məxsus pul vəsaitlərini etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxlərə vurduğu maddi zərərlərin hamısını tam şəkildə ödəmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Himayəsində bir nəfər yetkinlik yaşına çatmayan övladı vardır. O da barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının müvafiq bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs3 göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də etibardan sui-istifadə və aldatma yolu ilə müxtəlif tarixlərdə 4500, 4000 və 4350 manat pul vəsaitlərini ələ keçirməklə ona maddi zərər vurmuşlar. Təqsirləndirilən şəxslər ona vurduqları həmin maddi zərəri tam şəkildə ödəmişlər. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 bu barədə ərizəsini təqdim etmişdir. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs5 göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də etibardan sui-istifadə və aldatma yolu ilə müxtəlif tarixlərdə 5500 manat pul vəsaitini ələ keçirməklə ona maddi zərər vurmuşlar. Təqsirləndirilən şəxslər ona vurduqları həmin maddi zərəri tam şəkildə ödəmişlər. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 bu barədə ərizəsini təqdim etmişdir. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs4 göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də etibardan sui-istifadə və aldatma yolu ilə müxtəlif tarixlərdə 5500 manat pul vəsaitini ələ keçirməklə ona maddi zərər vurmuşlar. Təqsirləndirilən şəxslər ona vurduqları həmin maddi zərəri tam şəkildə ödəmişlər və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 bu barədə ərizəsini təqdim etmişdir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X4 və Zərərçəkmiş şəxs7 iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə digər proses iştirakçılarının fikrini dinləyib gəlməyən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X4 və Zərərçəkmiş şəxs7 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, Xaçmaz rayonu, Xudat şəhər sakinləri Şahid15 Məmmədsəfa oğlunu və arvadı Şahid14 uzun müddətdir ki, tanımışdır. Belə ki, təxminən 6-7 il bundan əvvəl o, Şahid14 özlərinə məxsus, yəni Fəridənin anası, qardaşı və özünə məxsus Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü şöbə ərazisində yerləşən 1.76 ha torpaq sahəsini satması barədə eşidib onun yaşadığı ünvana getmişlər. Həmin vaxt Fəridənin qardaşı Aslan adlı şəxs onu qarşılamış və onunla söhbət əsnasında Aslan torpaq sahəsinin qiymətini baha dediyi üçün onunla razılaşa bilməmiş, ona görə də həmin torpaq sahəsini almamışdır. Bundan bir müddət sonra Fəridə maddi ehtiyacları olduğunu bildirib yenə də həmin torpaq sahəsini ona satmağı təklif etmiş, lakin həmin vaxt da qiyməti baha dedikləri üçün həmin torpaq sahəsini almaqdan imtina etmişdir. Bundan sonra 2023-cü ilin avqust ayınadək onlardan bir xəbər almamışdır. 2023-cü ilin avqust ayının əvvəllərində Fəridənin əri Şahid15 o, işdə olarkən yanına gəlib ona arvadı Fəridə və ailəsinə məxsus 1.76 ha torpaq sahəsini satmaq istədiklərini deyərək ondan həmin torpaq sahəsini almaq istəyibistəmədiyini soruşmuş, o da İdayətə qiymətini münasib etsələr ala biləcəyini demişdir. İdayət ona qiymət barədə razılaşacaqlarını dedikdə o, İdayətdən torpaq sahəsinin sənədini, yəni dövlət aktını istəmiş, bu zaman İdayət ona demişdir ki, torpaq sahəsinin sənəd işlərini tanışı Elçin adlı şəxs həli edəcəkdir. O, həmin vaxt İdayətə demişdir ki, onda Elçin adlı şəxsi onların yanına dəvət etsin, Elçin gətirib sənədləri ona göstərsin. İdayət onun yanında Elçin adlı şəxsə zəng etmiş, qısa müddət sonra Elçin onların yanına gəlmiş və orada Elçin ona həmin 1.76 ha torpaq sahəsinin dövlət aktını göstərmiş və əlavə olaraq bildirmişdir ki, Fəridənin qardaşı Aslanın borclarına görə həmin torpaq sahəsinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuş, həmin həbsin götürülməsinə görə ilkin olaraq 8000 manat pul lazımdır. İdayət də ona demişdir ki, o, ilkin olaraq həbsin götürülməsi üçün onlara 8000 manat pul versin, sənədlər düzəldikdən sonra da qalan pulu verərlər. Bundan sonrakı günlərin birində o, Fəridə və İdayətlə danışıb torpaq sahəsinin ümumi qiymətini son olaraq 37000 manata satmaları barədə razılaşmışlar. Onlar aralarında razılaşdıqdan sonra İdayət ona demişdir ki, onda həbsin götürülməsi üçün lazım olan 8000 manat pulu onlara versin, onlar da Elçin adlı şəxsin vasitəsi ilə torpaq sahəsinin üzərində olan həbsi götüzdürüb torpaq sahəsini ona satsınlar. Həmin 8.000 manat pulu da sonra öz aralarında haqq-hesab edərlər. O, isə onlara 8000 manat pulu verə bilməyəcəyini, çünki o qədər pulunun olmadığını bildirmişdir. Bundan sonrakı günlərdə İdayət ona zəng edib Elçinin onlarla əlaqə saxladığını, torpaq sahəsinin üzərində olan həbsin götürülməsi üçün ilkin olaraq 3000 manat pulun kifayət edəcəyini demiş, o da fikirləşmişdir ki, 3000 manatı verə bilər. Ona görə də onlar danışıb qərara almışlar ki, 11 avqust 2023-cü il tarixdə Bank Respublika ASC-nin Xaçmaz filialının qarşısında görüşsünlər. Orada Fəridə, Elçin və o görüşmüş, bundan sonra onlar Fəridə və Elçinlə birlikdə Fəridənin əri İdayətin işlədiyi Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Çənlibel parkının yaxınlığına getmiş və orada oturub söhbət etməyə başlamışlar. Söhbət zamanı Elçin bir daha ona vəd vermişdir ki, 3.000 manat qarşılığında həmin torpağın üzərindən həbsi götürəcəkdir. O da Fəridəyə inanaraq pulu əvvəl Fəridəyə vermişdir. Fəridəyə verməkdə də məqsədi o olmuşdur ki, o, Elçini tanıyırdı. Fəridə də onun yanında pulu Elçinə vermişdir. Qeyd edir ki, Elçin ona demişdir ki, Sumqayıt məhkəməsində tanışı var və onun əli ilə Fəridəgilin torpağının üzərindən həbsi götürəcəkdir. O da ortada Fəridə və İdayət olduğuna görə Elçinə inanmışdır. Ancaq sonradan öyrənmişdir ki, Fəridəgilin torpağının üzərində heç bir həbs qoyulmamışdır, Elçin onu aldadaraq 3.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan sonra Elçindən pulunu istəməyinə baxmayaraq sonuncu onun pulunu qaytarmaqdan imtina etmiş və o da məcbur olub bu barədə şikayət etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiq olunmuç ərizəsini göndərərək ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı heç bir iddiası, şikayət və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. FHN-nin Ağcabədi rayon X5 işə qəbul olmaq istəmişdir. Buna görə də ətrafındakı bir çox şəxslərə bu haqda məlumat vermişdir. Elə olmuşdur ki, 2023-cü ilin aprel ayının əvvəllərində təsadüfən Bakı şəhərində olarkən Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, həmin şəxslə danışıq zamanı sonuncu ona vaxtılə FHN-də kapitan rütbəsində çalışdığını söyləmişdir. O da Qədirlə söhbət edərkən işsiz olduğunu, özünə dövlət işi axtardığını, xüsusilə də FHN-nin Ağcabədi rayon X5 işə qəbul olmaq istədiyini bildirmişdir. Bu zaman isə Qədir ona 3.500 manat müqabilində onu FHN-nin Ağcabədi rayon X5 işə düzəldə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs1 onunla elə danışmışdır ki, ona güvəni yaranmış, həm də fikirləşmişdir ki, vaxtılə orada çalışıb yəqin yalan danışmaz. Buna görə də onunla razılaşmışdır. Beləcə 2023-cü ilin aprel ayının ortalarında o, Qədirlə tək başına Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən Heydər Əliyev adına Hərbi İnstitutun yaxınlığında görüşmüş, görüş zamanı da 3.500 manat pulu ona təqdim etmişdir. Qədir ona söz vermişdir ki, pulu ona çatdırdıqdan qısa müddət sonra onun iş məsələsi həll olunacaqdır. Ancaq pulu Qədirə tam şəkildə verdikdən sonra sonuncu onunla əlaqəni kəsmiş və onun telefonlarına cavab verməməyə başlamışdır. Buna görə də anlamışdır ki, Qədir onu aldatmışdır. Bu səbəbdən məcbur olub bu barədə Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə müxtəlif tarixlərdə 2 dəfə poçt vasitəsilə teleqramlar göndərərək ona dəymiş 3500 manat maddi ziyanın təqsirləndirilən şəs Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını, barışdıqlarını, gələcəkdə də heç bir şikayəti olmayacağını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 göstərmişdir ki, səhhətində yaranmış problemlərlə əlaqədar olaraq 2005-ci ildən 2020-ci ilədək 08 dəfə cərrahi-tibbi əməliyyat olunmuşdur. Buna görə ona əlillik dərəcəsi verilməli və dövlətdən rəsmi qaydada təqaüd almalı idi. Lakin təqaüd ayrılması prosesində gecikmələr yaranmış və maddi durumu ağır olduğuna görə o, bu prosesi tezləşdirmək istəmişdir. Bu məqsədlə dayısı oğlu Şahid1 vasitəsi ilə təxminən 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, aralarında olan söhbət əsnasında Qədir yüksək vəzifəli tanışlarının vasitəsi ilə ona qısa bir müddət ərzində təqaüd düzəldə biləcəyini, lakin bunun qarşılığında ona 3000 manat pul verməli olduğunu bildirmiş, o da bu barədə fikirləşib ona cavab verəcəyini Qədirə bildirmişdir. Bir neçə gün aralarında olan danışıqlar nəticəsində Qədir hər işin öhdəsindən gələ biləcəyinə ona inandırmağa nail olmuşdur. Buna görə o, təxminən 2022-ci ilin avqust ayının əvvəllərində aralarında olan danışıq zamanı oğlu X6 C.Naxçıvanski adına Hərbi Liseyə tələbə kimi qəbul etdirmək istədiyini Qədirə bildirmiş, həmin vaxt Qədir ölkənin hər yerində yüksək vəzifəli tanışları olduğunu, oğlu Baqiri C.Naxçıvanski adına Hərbi Liseyə tələbə kimi qəbul etdirməyin onun üçün çox sadə bir proses olduğunu, oğlunu imtahansız C.Naxçıvanski adına Hərbi Liseyə tələbə kimi qəbul etdirəcəyini, lakin bunun qarşılığında ona 4000 manat pul verməli olduğunu bildirmişdir. O da razılaşaraq tələb etdiyi ümumilikdə 7000 manat pulu verəcəyini Qədirə bildirmiş, bundan sonra 17 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə gedərək oradan öz adına kredit yolu ilə 5200 manat nağd pul götürmüş, həmin 5200 manat pulu elə orada bankın qarşısında günorta saatlarında Qədirə vermiş və qalan 1800 manat pulu isə bir neçə gün ərzində verəcəyini bildirmişdir. Həmin vaxt aralarında olan söhbət zamanı Qədir vəziyyətin dəyişdiyini demiş, ona 1800 deyil, əlavə 500 manat da olmaqla ümumilikdə 2300 manat pul verməli olduğunu bildirmişdir. O, əvvəl etiraz etsə də, lakin artıq Qədirə 5200 manat pul verdiyi üçün məcbur olub razılaşaraq ona əlavə 2300 manat pul verəcəyini bildirmiş və oradan sağollaşıb ayrılmışlar. Ancaq həmin ərəfədə o, 2.300 manat yox, 1300 manat pul tapa bilmişdir. Buna görə də Qədirə zəng edərək görüşüb 1300 manat pulu da ona vermək istədiyini bildirmiş, beləliklə, həmin gün təyin etdikləri kimi Qədirlə ünvan 3 ünvanın qarşısında görüşmüş və o, üzərində olan 1300 manat pulu orada Qədirə vermişdir. Həmin vaxt Qədir ən qısa müddət ərzində oğlunu C.Naxçıvanski adına Hərbi Liseyə qəbul məsələsini həll edəcəyini bildirmişdir. O da Qədirin sözlərinə inanmış, qalan 1000 manat pulu da qısa müddət ərzində düzəldib Qədirə verəcəyini bildirmiş və oradan sağollaşıb ayrılmışlar. Bundan sonra o, mütəmadi olaraq Qədirə zəng edib işlərin nə yerdə olması ilə bağlı maraqlanmış, Qədir də hər dəfə onu arxayın edərək işlərin qısa müddətdə düzələcəyini bildirirmişdir. O da hər dəfə Qədirin sözlərinə inanıb gözləmişdir. Həmin ərəfələrdə Qədirlə aralarında olan telefon danışığı zamanı sonuncu onun işlədiyi Mərkəzi Hərbi Hospitalda Kargüzarlıq şöbəsində kargüzar vəzifəsinə vakant yer olduğunu bildirmiş və ondan xahiş etmişdir ki, əgər oraya işə düzəlmək istəyən tanışı və ya qohumu olsa ona məlumat versin. O da qonşusu Fəxrəddinin qızı Sona ilə görüşüb bu barədə məlumat vermiş, çünki, Sona Mərkəzi Hərbi Hospitala işə düzəlmək istədiyini ona həmişə demişdir. Beləliklə, o, Qədirlə əlaqə saxlayaraq onunla qonşuluqda yaşayan Sona adlı qızın Mərkəzi Hərbi Hospitala işə düzəlmək istədiyini bildirmiş və mümkünsə Sonanı həmin işə düzəltməsini xahiş etmişdir. Qədir də heç bir etiraz etmədən 4000 manat pul qarşılığında Sonanı Mərkəzi Hərbi Hospitalda Kargüzarlıq şöbəsinə işə düzəldə biləcəyini demişdir. O da Qədirin sözlərinə inanıb yenidən bu barədə Sona ilə danışmış və Sona razı olduqdan sonra 2022-ci ilin sentyabr ayının əvvəllərində onun yaşadığı evə gedərək 4000 manat pulu Qədirə vermək üçün götürmüşdür. Daha sonra həmin gün Qədirə zəng edərək sonadan götürdüyü 4000 manat pulu ona vermək istədiyini bildirmiş, onlar həmin gün təyin etdikləri kimi Qədirlə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “8 Noyabr” metrostansiyasının qarşısında görüşmüşlər. O, Sonadan aldığı və üzərində saxladığı 4000 manat pulu orada Qədirin idarə etdiyi avtomobilin içərisində vermişdir. Orada aralarında olan söhbət zamanı Qədir onu arxayın edərək qonşusu Sonanı qısa müddətdə Mərkəzi Hərbi Hospitalda Kargüzarlıq şöbəsinə işə düzəldəcəyini bildirmişdir. O, yenə də Qədirin sözlərinə inanmış və oradan sağollaşıb ayrılmışlar. Bundan sonra o, öz işləri ilə əlaqədar Qədirə verməli olduğu, qalan 1000 manat pulu 2022-ci ilin sentyabr ayının əvvəllərində düzəltmiş və Qədirə zəng edərək qalan 1000 manat pulu da ona vermək istədiyini bildirmişdir. Bir qədər sonra Qədir ona zəng edərək idarə etdiyi avtomobillə “8 Noyabr” metrostansiyasının qarşısında olduğunu bildirmiş və pulu ona çatdırmağını xahiş etmişdir. Buna görə o, 1000 manat pulu elə həmin günü günorta saatlarında böyük oğlu Şahid2 vermiş, Qədirin idarə etdiyi avtomobilin və özünün zahiri görünüşünü oğluna izah etmiş və aparıb 1000 manat pulu Qədirə verməsini xahiş etmişdir. Oğlu Sadiq də evdən çıxıb pulu Qədirə vermək üçün getmiş, qısa müddət sonra Qədir yenidən ona zəng edərək 1000 manat pulu oğlu Sadiqdən götürdüyünü bildirmişdir. Onların yaşadığı evlə “8 Noyabr” metrostansiyasının arasında qısa məsafə olduğuna görə oğlu Sadiq də qısa müddət sonra evə qayıdaraq pulu Qədirə verdiyini bildirmişdir. Beləliklə, o, özünə pensiya düzəltmək və oğlu Baqiri C.Naxçıvanski adına Hərbi Liseyə qəbul etdirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ümumilikdə 7500 manat vermiş, qonşusu Sonanı isə Mərkəzi Hərbi Hospitala işə düzəltmək üçün Qədirə 4000 manat pul vermişdir. O, Qədirə sonuncu dəfə 1000 manat pulu verdikdən bir müddət sonra Qədir ona zəng edərək Sonanı da götürüb “8 Noyabr” metro-stansiyasının qarşısına gəlmələrini bildirmiş, o da Sonanı götürüb Qədirin dediyi kimi “8 Noyabr” metrostansiyasının qarşısına getmişdir. Orada Qədir onları qarşılayıb Sonanın işə düzəlmə prosesi ilə əlaqədar onları idarə etdiyi avtomobillə Fövqəladə Hallar Nazirliyinin inzibati binasının yanına aparmışdır. Orada Qədir avtomobildən yerə düşüb mobil telefonla danışmış, daha sonra geri qayıdıb iş düzəldən adamın iş yerində olmadığını bildirmiş və onları geri qaytarmışdır. Lakin iş barədə, kiminlə danışması barədə, Sonanı kimin vasitəsi ilə işə düzəldəcəyi barədə onlara heç nə deməmişdir. Onlar Qədirdən nəsə soruşmağa çalışsalar da, söhbəti dəyişib onlara cavab verməkdən yayınmışdır. Onlar yenə də bir müddət gözləmiş, lakin xeyli müddət keçməsinə baxmayaraq Qədir onların işlərinin düzəlməsi üçün heç bir addım atmamışdır. 15 sentyabr 2022-ci il tarixdə dərslər başlayanda oğlu C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmadığına görə dərsə getməmişdir. Buna görə o, aldadıldığını anlamış, Qədirlə əlaqə saxlayıb pulları geri qaytarmasını tələb etməyə başlamışdır. Bundan sonra Qədir hissəhissə olmaqla ona ümumilikdə 2467 manat pul qaytarmışdır. Lakin bundan sonra Qədir müxtəlif bəhanələr gətirib nə ona, nə də qonşusu Sonaya hər hansı bir məbləğdə pul qaytarmamışdır. Hətta bir müddət sonra o, ümumiyyətlə onun zənglərinə cavab verməmiş və ondan qaçıb gizlənməyə başlamışdır. Buna görə Sona işə düzəlmək üçün verdiyi 4000 manat pulu ondan tələb etməyə başlamışdır. X21 heç bir əlaqəsi olmamış, Sonadan pulu o götürüb Qədirə verdiyi üçün məcbur olub Sonanın 4000 manat pulunu özü geri qaytarmışdır. Buna görə hazırda ona ümumilikdə 11.500 (on bir min beş üç) manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X4 məhkəməyə teleqramma, eləcə də notarial qaydada təsdiq olunmuş ərizəsini göndərərək Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, barışdıqlarını, heç bir şikayət və tələbinin olmadığı, gələcəkdə də olmayacağını bildirməklə ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 göstərmişdir ki, oğlu X18 xx.xx.2020-ci ildə yaşadığı Fizuli rayonunun, Mahmudlu-2 kəndində qətl hadisəsi törətmiş və bunun üçün o, Lənkəran rayon Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra verilmiş hökmdən Apellyasiya şikayəti verilmiş və oğlu Elşadın təqsirləndirildiyi cinayət işinə Şirvan Apellyasiya məhkəməsində 27 aprel 2021-ci ildə baxılmış və cəzası 15 il 6 aya endirilmişdir. Bundan sonra ona təyin olunmuş cəza ilə yenidən razılaşmadığı üçün yenidən onun işinə Azərbaycan Respubikası Ali Məhəkəməsinə kassasiya şikayəti vermiş və kassasiya şikayətinə baxılmış və Şirvan Apellyasiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılmışdır. Oğlunun təqsirləndirildiyi cinayət işi Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan ərəfədə yaşadığı Fizuli rayonun Mahmudlu-2 kəndinə qonşuluqda yerləşən Yuxarı Kürmahmudlu kəndində yaşayan tanışı Akif Qayıbov adlı şəxslə oğlu Elşadın cinayət hadisəsi törətməsi barədə söhbət edərkən oğlu X13 məhkəməsinin çıxardığı cəza ilə razılaşmadığını və yenidən Ali Məhkəməyə müraciət etdiyini bildirmişdir. Bu zaman isə Akif ona bildirmişdir ki, bacısı oğlu olan X15 Bakı şəhərində yaşayır və onun vəzifədə işləyən tanışları var və onunla tanış olsalar sonuncu ona bəlkə bu işdə köməklik edər. Daha sonra o, Akifə bacısı oğlu ilə tanış etməsini istəmiş və bu barədə qardaşı Şahid3 bildirmişdir. Onlar 2022-ci ilin avqust ayının əvvəllərində dəqiq tarixi yadında qalmayan vaxtı o, qardaşı Ənvər və qonşu kənd sakini Akif Qayıbovla birlikdə Bakı şəhərinə yollanmışlar. Bakı şəhərində olarkən isə Akif Qayıbov bacısı oğlu İlham Bəylərovla əlaqə saxlayıb birlikdə onunla Bakı şəhəri, Nərimanov rayonu ərazisində Ayna Sultanovanın yaxınlığında yerləşən “Qəbələ” restoranının yaxınlığındakı çayxanada görüşmüşlər. X24 ilə söhbət edərkən o, onlara onun tanıdığı sonradan adı, ata adı və soyadını öyrənib bildiyi X14 və Təqsirləndirilən şəxs1 adlı tanışlarının olduğunu və onun işində onların köməklik edə biləcəklərini bildirmiş və həmin şəxsləri onların olduğu yerə çağırmışdır və orada onlarla tanışlıqları yaranmışdır. Orada Qədir və X7 oğlu Elşadın barəsində Ali Məhkəmədə cinayət işinə baxıldığını və onun törətdiyi hadisə ilə bağlı nə kimi köməklik edə bilib-bilməməsini soruşmuş, Samir isə bildirmişdir ki, bu işi ona 45000 manata həll edə bilər və uzağı oğlu X11 verilmiş cəza aşağı 6 və ya 7 ilə endirilər və ya da ki, açıb buraxarlar. O, görmüşdür ki, oğluna təyin olunan cəza endirilər və ya həbsdən azad ola bilər. Bundan əlavə Samir bununla bağlı ona heç kəslə əlaqə saxlamamağı dediyi üçün O, Samirgilə inanmış və razılaşmışdır. Orada bir-birlərinin mobil telefonlarını götürmüşdür. O, bundan sonra pul axtarışına düşmüş və 17 avqust 2022-ci ildə «Kapital Bankın» Beyləqan rayon filalına müraciət etmiş və həmin bankdan 30000 manat pulu öz adına kredit götürmüşdür. Götürdüyü kredit pulunun 25000 manatını kənara qoymuş və 5000 manatını isə digər işlərinə sərf etmişdir. Bundan 1 həftə sonra Samir qardaşı Ənvərə zəng vurub bildirmişdir ki, artıq adam tapıblar və pulu götürüb gəlsinlər. Samir qardaşı Ənvərlə zəngləşərkən pulu Bakı şəhəri, Xətai rayonunda yerləşən Ali Məhkəmənin qarşısına gətirib gəlmələrini istəmişdir. Beləcə 2022-ci ilin avqust ayının sonlarında yaşadıqları Fizuli rayonundan yol maşınları ilə çıxıb Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Ali Məhkəmənin qarşısına gəlmiş və orada Samirlə zəngləşmiş və Samir onları Ali Məhkəmənin yaxınlığında olan Xocalı parkının yanında avtomobildə olduğunu bildirmişdir. Qardaşı Ənvərlə birlikdə onların bildirdiyi yerə gedib orada Samir Mehdiyevlə və Qədirlə görüşmüş və onların gəldiyi qara rəngli modelini bilmədiyi və orta seriyalarını düzgün xatırlamadığı 77— 710 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına əyləşmişlər. Qeyd edir ki, onlar görüşən zaman artıq günorta saatları olmuşdur. Qədir avtomobildə sürücü qoltuğunda, Samir isə qabaq sərnişin qoltuğunda əyləşmişdir. Söhbət zamanı Samir bildirmişdir ki, işdə onlara köməklik edən Ali Məhəkəmənin işçisi Ramil adlı şəxs olacaqdır. Həmin vaxtı Samir sonradan onları Ramil kimi təqdim edən şəxsə zəng vurub onu olduqları yerə dəvət etmişdir. Təxminən 5 dəqiqə sonra görmüşdür ki, Ramil adlı şəxs Ali Məhkəmənin inzibati binasından çıxır və olduqları yerə gəlir, həmin vaxtı Samir qabaq oturacaqdan düşüb arxa oturacağa onların yanlarında əyləşmiş, Ramil isə gəlib qabaq oturacaqda əyləşmişdir. Orada söhbət zamanı Ramil bildirmişdir ki, onların işindən xəbəri var və ona bu barədə Samir deyib. Onlara lazımı köməkliyini edəcəkdir. Oğluna 6 və ya 7 il cəza təyin ediləcəkdir. Bu vaxtı Samir ondan pulu istəmiş, o da Samirə əvvəlcədən 45000 manat pulun 25000 manatını hazır olduğunu bildirmiş və Samir ondan 25000 manat pulu götürüb saymış və Ramilə vermişdir, Ramil də pulu onların yanlarında sayıb cibinə qoymuş və avtomobildən düşüb Ali Məhəkəmənin binasına keçmişdir. Avtomobildə olduqları zaman isə Ramil əynində olan kostyumun içəri döş cibindən cənab X17 birlikdə olan qol güləşdirmə fotoşəkilini də çıxarıb onlara göstərmişdir ki, ona etibar edə bilərlər. Bundan sonra həmin fotoşəkili gördükdə artıq Ramilə tam inanmışlar və söhbət zamanı o, cənab Prezidentin göstərişi ilə Ali Məhkəmədə hakim köməkçisi vəzifəsində işlədiyini demişdir. Bununla da Ramil onlara özünə qarşı inam yaratmışdır. Qeyd edir ki, onların avtomobildə söhbətləri təxminən 15-20 dəqiqə çəkmişdir. Ramildə avtomobildən düşüb məhkəməyə girdikdən sonra Qədirgil onu və qardaşını Bakı şəhəri, Binəqədi rayonunda yerləşən avtovağzalın yaxınlığında düşürtmüş və bir-birləri ilə sağollaşaraq ayrılmışlar və qardaşı ilə birlikdə yaşadıqları Fizuli rayonuna qayıtmışlar. Bundan sonra o, 20000 manat pulun axtarışında olmuş və özünə məxsus iri buynuzlu heyvanlarını 12000 manata satmış və 8000 min manat pulu da qardaşı Ənvərdən borca almışdır. Artıq qardaşının da borcunu ödəmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərində 20000 manatı düzəltmiş və 20000 min manat pul düzələndən sonra qardaşı Ənvər Samirlə əlaqə saxlamış və Samir də ona bildirmişdir ki, Qədirlə birlikdə Biləsuvar rayonundadır və pulu götürüb İmişli rayonuna dörd yol ayrıcına gəlmələrini demişdir. O, qardaşı Ənvərlə birlikdə 20000 manatı götürüb qardaşı Ənvərin idarə etdiyi “Chevrolet Cruze” markalı **-XY-*** markalı avtomobillə İmişli rayonuna gəlmiş və 2022-ci ilin sentyabr ayının əvvəllərində saat təxminən 16 radələrində Samir və Qədirlə görüşmüş və 20000 manat pulu qardaşı Ənvər dörd yol ayrıcında Samirə vermişdir. Orada Samir və Qədir bildirmişlər ki, bu pulu aparıb Ramilə verəcəklər və oğlu Elşad bu ilin yanvar ayında həbsdən azad olunacaq, ya da ki, cəzası 6 və ya 7 ilə endiriləcək və sonda təyin olunan cəzanın dörddə üçünü çəkdikdən sonra cəzadan azad olunacaqdır. Lakin, 2023-cü ilin yanvar ayı keçmiş və oğluna təyin olunan cəza qüvvədə saxlanılmış və bundan sonra Samirə və Qədirə verdikləri pulu onlardan geri tələb etməyə başlamışlar. Onlara verdikləri pulu almaq üçün bir neçə dəfə Sumqayıt şəhərinə getmiş, orada Samirlə görüşmüş və ondan müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 5000 manat pulunu qeri qaytara bilmişdir. Lakin, Samir və Qədirin onun pulunu qaytarmadığını və pulunu dələduzluq yolu ilə ələ keçirdiklərini görüb onlar barəsində məcbur qalıb şikayət etmişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs1 da istintaq dövrü ərzində onun 11.000 manat pulu qaytarmışdır. Zərərçəkmiş şəxs7 məhkəməyə teleqramma, eləcə də notarial qaydada təsdiq olunmuş ərizə göndərərək Təqsirləndirilən şəxs1 tərəfindən onlara dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, barışdıqlarını, heç bir şikayət və tələblərinin olmadığı və məhkəmədə üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı, polis leytenantı Məzahir Məmmədli tərəfindən tərtib edilmiş 29 yanvar 2023cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, X4 təhqiqat orqanına verdiyi izahatını bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 pulu verdiyi yeri, yəni Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən “8 Noyabr” metrostansiyasının yaxınlığını göstərmişdir. İş materiallarında olan 24 may 2024-cü il tarixli ərizələrə əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs7 vurduğu maddi ziyandan ayrı-ayrılıqda 2.800 (iki min səkkiz yüz) manat və 1.200 (min iki yüz) manat olmaqla ümumilikdə 4.000 (dörd min) manat ödəmişdir. İş materiallarında olan 27 may 2024-cü il tarixli ərizəyə əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs7 vurduğu maddi ziyandan ümumilikdə 4.000 (dörd min) manat, Təqsirləndirilən şəxs1 qohumu X3 7.000 (yeddi min) manat və cinayət işi üzrə digər təqsirləndirilən şəxs cəlb edilmiş X16 isə 5.000 (beş min) manat ödəməklə, Zərərçəkmiş şəxs7 vurulmuş maddi ziyandan ümumilikdə 16.000 (on altı min) manat ödənmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 32 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 22 noyabr 2024-cü il tarixli 878 nömrəli məktubdanda görsəndiyi kimi Təqsirləndirilən şəxs1 ünvan 9 ünvanında qeydiyyatda və Bakı şəhəri, Suraxanı rayonu, massiv D, Kristal ünvan 10 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AZ-İİİ seruiyalı, 107845 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2012-ci ildə anadan olmuş İsgəndər adlı 1 nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli məktubdandan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanda yaşayır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, AZ-İİİ seruiyalı, 039547 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2010-cu ildə anadan olmuş Anar adlı 1 nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları təqsirləndirilən şəxslərin özlərinin səmimi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin iş materiallarında olan ifadələri və cinayət işində toplanmış istintaq sənədləri ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibini yaradır. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərin əməllərini Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə icraatı zamanı zərərçəkmiş şəxslərə vurduqları maddi zərəri ödəyətək barışıq əldə etdiklərindən, eləcə də himayələrində yetkinlik yaşına çatmayan uşaqların olmaqla “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının təsiri altına düşdüyündən onlar cinayət məsuliyyətindən azad olunmalı və barələrində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə görə, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulur. İş materiallarında olan təqsirləndirilən şəxslər tərəfindən təqdim olunmuş doğum haqqında şəhadətnamələrdən də göründüyü kimi müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2012-ci ildə anadan olmuş İsgəndər adlı 1 nəfər, həmçinin digər Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2010-cu ildə anadan olmuş Anar adlı 1 nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət həmin Qərarın 6-cı və 7-ci hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər sırasına aid deyildir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyə ərizələrini təqdim etməklə özlərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamlarda təqsirli bildiklərini, əməllərində səmimi peşman olduqlarını bildimiş, barələrində 19 dekabr 2025-ci il tarixli Amnistiya Qərarının tətbiq edilməsini xahiş etmişlər. Eyni zamanda, onların müdafiəçiləri hüquqlarını müdafiə etdikləri təqsirləndirilən şəxslərin barəsində qeyd olunan amnistiya qərarının tətbiq edilməsinə etirazlarının olmadığını bildirmişlər. Bununla da müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin təsiri altına düşməklə, onlar cinayət məsuliyyətindən azad olunmalı və barələrində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayəyət-Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 132 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-78/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-78/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver