Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-79/2021 08.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin səlahiyyətli nümayəndəsi Şahid3 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1963-cü ildə, Quba rayonunun Aşağı Zeyid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Aşağı Zeyid kənd bələdiyyəsinin sədri işləmiş, Xaçmaz rayonunun Aşağı Zeyid kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1, 313 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02.11.2010-cu il tarixli, 4062 saylı qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Xaçmaz rayonunun Aşağı Zeyid bələdiyyəsinin 20.11.2017-ci il tarixli 13 saylı iclas protokoluna əsasən bələdiyyə sədri seçilməklə, həmin tarixdən bələdiyyə sədri vəzifəsində işləyərkən sair şəxsi niyyətlə, yəni özünün təmsil etdiyi bələdiyyədə mütləq hakimiyyətə sahib olması, bələdiyyyə üzvləri ilə hesablaşmaması, bələdiyyənin adından istənilən qərarı təkbaşına qəbul etməsi səlahiyyətinin olmasını göstərmək niyyəti ilə, “Xaçmaz rayonu Aşağı Zeyid bələdiyyəsinin Nizamnaməsi”nə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “X3”nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının bələdiyyə tərəfindən qəbul edilmiş qərarla açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə icarəyə verilməli olmasına baxmayaraq, 20.11.2017-ci il tarixdən hazıradək olan müddətdə bələdiyyə üzvlərinin məlumatı olmadan və bələdiyyə üzvlərinin iclasını keçirmədən kollegial qurumun qəbul etməli olduğu qərarı təkbaşına çıxararaq, yəni həmyerliləri qarşısında özünü qayğıkeş rəhbər, təmsil etdiyi bələdiyyədə mütləq hakimiyyətə sahib olması, bələdiyyyə üzvləri ilə hesablaşmaması, bələdiyyənin adından istənilən qərarı təkbaşına qəbul etmək səlahiyyətlərinə malik olmasını göstərmək kimi şəxsi niyyətlə 01.10.2019-cu il tarixdə Xaçmaz rayonu Aşağı Zeyid kəndində yerləşən Aşağı Zeyid bələdiyyəsinin inzibati binasında həmin kənd sakini Şahid4 ilə özü arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında kompüterdə çap edilərək içərisində olan boş sətirlərə əlyazma ilə bilə-bilə yalan məlumatlar daxil edib 01.10.2019-cu il tarixli müqavilə bağlamaqla icarəyə verən qismində özü, icarədar qismində isə Şahid4 tərəfindən imzalanmasına nail olub sədri olduğu bələdiyyənin möhürü ilə təsdiq etməklə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin mülkiyyətində olmaqla Xaçmaz rayonunun Aşağı Zeyid kəndi ərazisində x=314328.675 y=4583461.873, 314597.324 y=4583645.945, x=314546.183 y=4583542.690, x=314365.728 y=4583413.939 kordinatlarda yerləşən cəmi 1.52 ha torpaq sahəsini 9 ay müddətinə Şahid4 icarəyə verib müəssisənin qeyd olunan torpaq üzərindəki hüquqlarını məhdudlaşdırmaqla, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq Müəssisənin mülkiyyətində olan torpaq sahəsini qanunsuz icarəyə verməklə hüquqi şəxslər, yəni Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin əmlak hüquqlarına və qanuni mənafelərinə, eləcə də qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət yaradılan kollegial orqan olan Xaçmaz rayonu Aşağı Zeyid bələdiyyəsinin idarə edilməsi sahəsində qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış və rəsmi sənəd hesab edilən torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin məzmununa sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən sair şəxsi niyyətlə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib 2000-2010-cu illərdə Xaçmaz rayonu Aşağı Zeyid bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə bələdiyyənin iş fəaliyyəti nəticəsində toplanmış rəsmi sənədləri 2010-cu ildə yeni seçilmiş bələdiyyə sədrinə və ya Xaçmaz rayon Dövlət Arxiv idarəsinə təhvil verməyərək istintaqa məlum olmayan şəraitdə və ünvanda gizlətmiş, 11.01.2021-ci il tarixdə istintaq tərəfindən rəsmi qaydada Xaçmaz rayonu Aşağı Zeyid bələdiyyəsinin 2000-2010-cu il tarixli arxiv sənədləri tələb edildikdə, guya həmin sənədləri arxivə təhvil vermək məqsədi ilə Aşağı Zeyid kəndində yerləşən şəxsi evinin yardımçı tikilisində saxlayarkən 2012-ci ilin may ayında həmin tikilidə baş vermiş yanğın hadisəsi nəticəsində yanması görüntüsü yaradaraq hüquqi əhəmiyyətə malik olan rəsmi sənədə yanğın hadisəsinin məzmununu təhrif edən bilə-bilə yalan məlumatlar daxil edib 03.05.2012-ci il tarixli akt tərtib etməklə və 2017-ci ilin yanvar ayından etibarən Aşağı Zeyid bələdiyyəsinin sədri vəzifəsinə yenidən seçildikdən sonra əldə etdiyi bələdiyyəyə məxsus möhürlə istintaqa məlum olmayan şəraitdə və müddətdə həmin aktı təsdiq edib istintaqa təqdim etməklə, Xaçmaz rayonunun Aşağı Zeyid bələdiyyəsini nüfuzdan salan, idarəçilik qaydalarını kobud şəkildə pozan xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib təkrarən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməklə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub vəzifə səlahiyyətlərini aşmış və rəsmi sənədləri gizlətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2000-ci ildən 2010-cu ilə qədər olan müddətdə Xaçmaz rayonunun Aşağı Zeyid bələdiyyəsinin sədri işləmiş, 2010-cu ildən 2017-ci ilə qədər olan müddətdə isə bələdiyyə sədri Şahid5 olmuş, həmin dövrdə o isə bələdiyyə üzvü olmuşdur. Onun tərəfindən Şahid4 hər hansı ölçüdə torpaq sahəsi satılmamışdır. Müəssisə və bələdiyyə arasındakı mübahisəli torpaq sahəsinin planı onun tərəfindən Aşağı Zeyid kəndinin baş planından çıxardılıb araşdırılması üçün məktubla Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmişdir. Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Xaçmaz Layihə Tədqiqat idarəsinin mütəxəssisi Mübariz Kərimovun iştirakı ilə həmin əraziyə baxış keçirilmiş və tərtib edilmiş akta əsasən qeyd olunan torpaq sahəsinin bələdiyyənin ərazisi olması təsdiq edilmişdir. Həmin mübahisəli torpaq sahəsi iki zolaqdan ibarət olmaqla 90 və 60 sot təşkil etməklə, müəssisəyə aid torpaq sahələrinin daxilində yerləşmişdir. Müəssisə və onun arasında bağlanmış 03.02.2020-ci il tarixli müqaviləyə əsasən həmin mübahisəli torpaq sahəsini mühahisə həll edilənə qədər müəssisəyə vermiş, müəssisə isə 1.5 ha torpaq sahəsini istifadə üçün bələdiyyəyə vermişdir. O da həmin torpaq sahəsini Şahid4 mövsümü icarəyə vermişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, 01 oktyabr 2019-cu il tarixdə Xaçmaz rayonunun Aşağı Zeyid kəndində yerləşən Aşağı Zeyid bələdiyyəsinin inzibati binasında həmin kənd sakini Şahid4lə onun arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında kompüterdə çap edilərək içərisində olan boş xanalara əlyazma ilə məlumatlar daxil edilməklə, 01.10.2019-cu il tarixli müqavilə bağlanılaraq torpaq sahəsi sonuncuya icarəyə verilmiş, həmin torpaq sahəsi cəmi 1.52 ha təşkil etməklə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin mülkiyyətində olmuşdur. X12 satılmış torpaq sahəsi Aşağı Zeyid kəndində yerləşməklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmuşdur. O, Aşağı Zeyid bələdiyyəsinin sədri olduğu müddət ərzində Torpaq şöbəsinə müraciət etmiş, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu bildirildikdən sonra 26.06.2002-ci il tarixli, 06 saylı qərarla qeyd olunan torpaq sahəsini X1. Həmin qərar onun tərəfindən tərtib edilərək imzası ilə təsdiq edilmiş və onun tərəfindən həmin sənədə bələdiyyə möhürü vurulmuşdur. Azad Nəsrullayev qeyd olunan torpaq sahəsinə dair dövlət aktı almış, həmin akt 20.02.2006-cı ildə 775 nömrəsi ilə qeydiyyata salınmışdır. Həmin aktda bələdiyyə tərəfindən X13 Zeyid kəndi ərazisində yerləşən 11.22 ha ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinin satılması göstərilmişdir. Bundan sonra qeyd olunan torpaq sahəsinin planı çəkilmişdir. 08 avqust 2017-ci ildə qeyd olunan torpaq sahəsi Azad Nəsrullayev tərəfindən Ayla Nəsrullayevə satılmış, Dövlət Reyestr Xidmətindən 28.08.2017-ci il tarixdə ******* nömrəli çıxarış alınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərdi ki, 2000-ci ildən 2010-cu ilə qədər müddətdə tərtib edilmiş Aşağı Zeyid bələdiyyəsinə aid sənədlər ona məxsus evin köməkçi tikilisində saxlanarkən 2012-ci ilin may ayında evdə baş vermiş yanğın hadisəsi zamanı məhv olmuşdur. Rəsmi sənədlər bələdiyyənin inzibati binasında saxlanılmalı olduğu halda, bələdiyyədə sənədlərin saxlanılması üçün müvafiq şərait olmadığı üçün və arxivə təhvil verilməsi məqsədi ilə yanğın hadisəsi baş verməmişdən bir neçə ay əvvəl evin köməkçi tikilisinə qoyulmuşdur. Baş vermiş yanğın hadisəsi nəticəsində həmin sənədlər məhv olmuşdur. Bununla bağlı 03 may 2012-ci il tarixdə akt tərtib etmiş, həmin aktı Şahid6, Telman Məlikov, Valeh Mütəlimov və Məmmədəli Həzrətov təsdiq etmişdir. Həmin şəxslər yanğın hadisəsini və bələdiyyə sənədlərinin yanmasını görməmiş, sadəcə onun tərtib etdiyi aktı imzaları ilə təsdiq etmişlər. 20 noyabr 2017-ci il tarixdə yenidən bələdiyyə sədri seçildikdən və bələdiyyə möhrü ona təhvil verildikdən sonra həmin möhürdən istifadə edərək aktın üzərinə möhür vurmuşdur. Yanğın hadisəsi ilə bağlı hər hansı dövlət orqanına məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş hüquqi şəxs Xaçmaz rayonunun Aşağı Zeyid bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Aşağı Zeyid bələdiyyəsinin 20.11.2017-ci il tarixli 13 saylı iclas protokoluna əsasən bələdiyyə sədri seçilməklə, həmin tarixdən bələdiyyə sədri vəzifəsində işləyərkən sair şəxsi niyyətlə, yəni özünün təmsil etdiyi bələdiyyədə mütləq hakimiyyətə sahib olması, bələdiyyyə üzvləri ilə hesablaşmaması, bələdiyyənin adından istənilən qərarı təkbaşına qəbul etməsi səlahiyyətinin olmasını göstərmək niyyəti ilə, “Xaçmaz rayonu Aşağı Zeyid bələdiyyəsinin Nizamnaməsi”nə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “X3”nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının bələdiyyə tərəfindən qəbul edilmiş qərarla açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə icarəyə verilməli olmasına baxmayaraq, 20 noyabr 2017-ci il tarixdən hazıradək olan müddətdə bələdiyyə üzvlərinin məlumatı olmadan və bələdiyyə üzvlərinin iclasını keçirmədən kollegial qurumun qəbul etməli olduğu qərarı təkbaşına çıxararaq, yəni həmyerliləri qarşısında özünü qayğıkeş rəhbər, təmsil etdiyi bələdiyyədə mütləq hakimiyyətə sahib olması, bələdiyyyə üzvləri ilə hesablaşmaması, bələdiyyənin adından istənilən qərarı təkbaşına qəbul etmək səlahiyyətlərinə malik olmasını göstərmək kimi şəxsi niyyətlə 01 oktyabr 2019-cu il tarixdə Xaçmaz rayonunun Aşağı Zeyid kəndində yerləşən Aşağı Zeyid bələdiyyəsinin inzibati binasında həmin kənd sakini Şahid4 ilə özü arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında kompüterdə çap edilərək içərisində olan boş sətirlərə əlyazma ilə bilə-bilə yalan məlumatlar daxil edib 01 oktyabr 2019-cu il tarixli müqavilə bağlamaqla icarəyə verən qismində özü, icarədar qismində isə Şahid4 tərəfindən imzalanmasına nail olub sədri olduğu bələdiyyənin möhürü ilə təsdiq etməklə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin mülkiyyətində olmaqla Xaçmaz rayonunun Aşağı Zeyid kəndi ərazisində yerləşən cəmi 1.52 ha torpaq sahəsini 9 ay müddətinə Şahid4 icarəyə verib müəssisənin qeyd olunan torpaq üzərindəki hüquqlarını məhdudlaşdıraraq, Müəssisənin mülkiyyətində olan torpaq sahəsini qanunsuz icarəyə verməklə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin əmlak hüquqlarına və qanuni mənafelərinə, eləcə də qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət yaradılan kollegial orqan olan Xaçmaz rayonu Aşağı Zeyid bələdiyyəsinin idarə edilməsi sahəsində qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış və rəsmi sənəd hesab edilən torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin məzmununa sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən sair şəxsi niyyətlə xidməti 2000-2010-cu illərdə Xaçmaz rayonu Aşağı Zeyid bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə bələdiyyənin iş fəaliyyəti nəticəsində toplanmış rəsmi sənədləri 2010-cu ildə yeni seçilmiş bələdiyyə sədrinə və ya Xaçmaz rayon Dövlət Arxiv idarəsinə təhvil verməyərək istintaqa məlum olmayan şəraitdə və ünvanda gizlətmiş, 11 yanvar 2021-ci il tarixdə istintaq tərəfindən rəsmi qaydada Xaçmaz rayonu Aşağı Zeyid bələdiyyəsinin 2000-2010-cu il tarixli arxiv sənədləri tələb edildikdə, guya həmin sənədləri arxivə təhvil vermək məqsədi ilə Aşağı Zeyid kəndində yerləşən şəxsi evinin yardımçı tikilisində saxlayarkən 2012-ci ilin may ayında həmin tikilidə baş vermiş yanğın hadisəsi nəticəsində yanması görüntüsü yaradaraq hüquqi əhəmiyyətə malik olan rəsmi sənədə yanğın hadisəsinin məzmununu təhrif edən bilə-bilə yalan məlumatlar daxil edib 03 may 2012-ci il tarixli akt tərtib etməklə və 2017-ci ilin yanvar ayından etibarən Aşağı Zeyid bələdiyyəsinin sədri vəzifəsinə yenidən seçildikdən sonra əldə etdiyi bələdiyyəyə məxsus möhürlə istintaqa məlum olmayan şəraitdə və müddətdə həmin aktı təsdiq edib istintaqa təqdim etməklə, Xaçmaz rayonunun Aşağı Zeyid bələdiyyəsini nüfuzdan salan, idarəçilik qaydalarını kobud şəkildə pozan xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib təkrarən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməklə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub vəzifə səlahiyyətlərini aşmış və rəsmi sənədləri gizlətmişdir. Zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi olaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı)- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin nümayəndəsi Şahid3 göstərdi ki, Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 30 aprel 1999-cu il tarixli 04 saylı və 21 iyun 2000-ci il tarixli 7 saylı qərarları əsasında 721,3659 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin (əvvəlki adı 28 X2muş) daimi istifadəsinə verilmişdir. Bu barədə Müəssisəyə 10.03.2001-ci il tarixdə JN-0450, 30200001 kodlu "xxxx" dövlət aktı verilmişdir. Müəssisənin Xaçmaz rayonu ərazisində yerləşən torpaq sahələrinə baxış keçirilərkən 45.51 ha torpaq sahəsinin bələdiyyələr tərəfindən ayrı-ayrı şəxslərə satılması və ya icarəyə verilməsi, eləcə də ayrıayrı şəxslərin istifadə etməsi müəyyən edilmişdir. O cümlədən Xaçmaz rayonunun Aşağı Zeyid bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs qeyri-qanuni yolla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin mülkiyyətində olmaqla Xaçmaz rayonu Aşağı Zeyid kəndi ərazisində x=314328.675 y=4583461.873, 314597.324 y=4583645.945, x=314546.183 y=4583542.690, x=314365.728 y=4583413.939 kordinatlarda yerləşən cəmi 1.52 ha torpaq sahəsini 9 ay müddətinə kənd sakini Şahid4 icarəyə vermişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli nəticəsində Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsi öz əmlakından məhrum olmuş, faktiki olaraq öz əmlakından istifadə edə bilməyərək nəticədə müəssisəyə 15.066 manat məbləğində maddi zərər dəymişdir. Qeyd olunan torpaq sahəsi qanunsuz olaraq 2020-ci ilin mart ayından zəbt edilmiş və müəssisə 2000-2021-ci illər ərzində mülkiyyətinə aid torpaq sahəsində heç bir əkin işləri apara bilməmişdir. Qeyd olunan torpaq sahəsi zəbt olunmasaydı 1,66 ha ölçüdən ibarət torpaq sahəsində taxıl əkini həyata keçirilməklə 2000- 2021-ci illər ərzində oradan 5810 kq taxıl əldə edilərək hər bir kq-mı 35 qəpikdən satılmaqla ümumilikdə 4066 manat gəlir əldə oluna bilərdi. Təqsirləndirilən şəxs təqsirli hərəkətləri nəticəsində müəssisə həmin gəlirdən məhrum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən müəssisəyə vurulmuş ümumilikdə 20666 manat maddi zərərin tutlaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin xeyrinə ödənilməsi və müəssisəyə məxsus 1,66 ha torpaq sahəsinin geri qaytarılması barədə gələcəkdə ümumi əsaslarla məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin direktoru Şahid1, müəssisənin direktor müavini Şahid2 Tofiq oğlu eyni məzmunlu ifadə verərək zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı)- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin nümayəndəsi Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 göstərdi ki, Xaçmaz rayonunun Aşağı Zeyid bələdiyyəsinə məxsus 1.50 ha torpaq sahəsi həmin bələdiyyənin sədri Təqsirləndirilən şəxs tərəfindən 01.10.2019-cu il tarixli icarə müqaviləsi əsasında ona verilmişdir. O, torpaq sahəsini icarəyə götürməsi müqabilində Təqsirləndirilən şəxs 75 manat pul vermiş, sonuncu isə ona pulun ödənilməsi ilə bağlı çek vermişdir. Bildiyinə görə onun tərəfindən istifadə edilən həmin torpaq sahəsi müəssisə tərəfindən mübahisələndirilən bələdiyyəyə məxsus 90 və 60 sot torpaq sahələrinin əvəzində müqavilə əsasında bələdiyyəyə verilmişdir. Prokurorluqda araşdırma aparılarkən bələdiyyə tərəfindən ona verilmiş 1.50 ha torpaq sahəsinin müəssisəyə məxsus olması məlum olmuşdur. Onun bu məsələdən heç bir məlumatı olmamış, icarə haqqını ödəyib torpaqdan istifadə etmişdir. Qeyd olunan torpaq sahəsi ona satılmamış, icarə müqaviləsi əsasında icarəyə götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 göstərdi ki, 2000-ci ildən 2010-cu ilədək Xaçmaz rayonu Çılqır kənd bələdiyyəsinin sədri işləmiş, qeyd olunan kəndin bələdiyyəsi ilə Aşağı-Zeyid bələdiyyəsi birləşdikdən sonra 2010-cu il tarixdən 2017ci ilədək olan müddətdə həmin kəndin bələdiyyə sədri işləmişdir. 2017-ci ildən Aşağı-Zeyid kənd icra nümayəndəsi vəzifəsinə təyin olunmuşdur. 2010-cu ildə Təqsirləndirilən şəxs bələdiyyə sədri vəzifəsindən azad olunduqdan sonra 2000-2010-cu il tarixlərdə bələdiyyənin fəaliyyəti nəticəsində toplanmış rəsmi sənədləri ona təhvil verməmiş, sonuncu yalnız 2010-cu ildə bələdiyyənin inzibati binasında aktla bələdiyyənin möhrünü ona təhvil vermişdir. 03 may 2012-ci il tarixli aktda əks olunmuş möhür əksi onun tərəfindən vurulmamış, eləcə də həmin aktın tərtib edilməsində və iştirakçılar tərəfindən imzalanmasında iştirak etməmişdir. O, ümumiyyətlə həmin aktın tərtib edilməsi barədə heç bir məlumatı olmamışdır. 20 noyabr 2017-ci il tarixdə bələdiyyə sədri vəzifəsindən azad edildikdə bələdiyyənin möhrünü Təqsirləndirilən şəxs təhvil vermiş, 20 nayabr 2017-ci il tarixdən sonrakı dövrlərdə Təqsirləndirilən şəxs bələdiyyəyə aid möhürlə aktı təsdiq etməsini ehtimal etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 göstərdi ki, 2010-cu ildən Xaçmaz rayonu Aşağı Zeyid bələdiyyəsinin xəzinədarı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs isə həmin bələdiyyənin sədridir. 2000-ci ildən 2010-cu il tarixədək müddətdə tərtib edilmiş Aşağı Zeyid bələdiyyəsinə aid sənədlər Təqsirləndirilən şəxs məxsus evin köməkçi tikilisində saxlanılarkən 2012-ci ilin may ayında evdə baş vermiş yanğın hadisəsi zamanı məhv olmuşdur. Yanğın hadisəsinin şahidi olmasa da, kənd sakinlərindən Təqsirləndirilən şəxs evində baş vermiş yanğınla bağlı məlumat eşitmiş, Telman Məlikovla birlikdə Təqsirləndirilən şəxs evlərinə getmişdir. O sonuncunun evinə getdikdə artıq yanğın söndürülmüşdür. Yanğın evin yanındakı yarımçıq tikilidə olmuş, nəticədə sayını xatırlamadığı cücə və kağız qovluqlarda müxtəlif kağız hissələrinin yanmış hissələrini görmüş, lakin kağızların üzərində nə yazılmasını görməmişdir. Onun və orada olan bir neçə nəfərin iştirakı ilə akt tərtib edilmişdir. O da aktda adının qarşısından imza çəkmişdir. Lakin yanğın hadisəsində yanmış sənədlərin bələdiyyə sənədləri olubolmamasını bilməmişdir. İş materiallarında olan "xxxx" JN-0450 kod 30200001 dövlət aktından görünür ki, 10 mart 2001-ci il tarixdə Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 30 aprel 1999-cu il tarixli 04 saylı və 21 iyun 2000-ci il tarixli 7 saylı qərarları əsasında 721,3659 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin nizamnaməsindən görünür ki, Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 27 noyabr 2001-ci il tarixdə 702 nömrə ilə qeydiyyata alınmışdır. Həmin nizamnamədə fəaliyyət sahəsi toxumçuluq sahəsində xidmətlər göstərilməsi, respublikanın toxum məhsulları ilə daxili tələbatının təmin edilməsi və sairdən ibarət olması qeyd edilmişdir. İş materiallarında olan 19 mart 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, 19 mart 2021-ci il tarixdə Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsi tərəfindən mübahisələndirilən Xaçmaz rayonu Aşağı Zeyid kəndi ərazisində yerləşən və Şahid4 istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, mübahisəli torpaq sahəsinin x=314328.675 y=4583461.873, 314597.324 y=4583645.945, x=314546.183 y=4583542.690, x=314365.728 y=4583413.939 koordinatlarda yerləşməsi müəyyən edilmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 30 mart 2021-ci il tarixli protokoldan görünür ki, 30 mart 2021-ci il tarixdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-də saxlanılan mərkəzləşdirilmiş elektron baza məlumatlarına baxış keçirilərkən x=314328.675 y=4583461.873, 314597.324 y=4583645.945, x=314546.183 y=4583542.690, x=314365.728 y=4583413.939 koordinatlar bazaya daxil edilərkən mübahisəli torpaq sahəsinin Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin mülkiyyətində olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 19.04.2021-ci il tarixli, 10/529 nömrəli məhkəmə tikinti texniki obyektlərinin tədqiqi ekspertizasının rəyindən görünür ki, Şahid4 istifadəsində olan yuxarıda x=314328.675 y=4583461.873, 314597.324 y=4583645.945, x=314546.183 y=4583542.690, x=314365.728 y=4583413.939 koordinatlar daxilindəki 1,52 ha torpaq sahəsi Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinə ayrılmış torpaq sahəsidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 30.12.2020-ci il tarixli **********12 nömrəli məktubla daxil olmuş sxem və məlumatlardan müəyyən olunur ki, mübahisələndirilən ərazi 1.62 ha təşkil etməklə Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin balansındandır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 21.04.2021-ci il tarixli 4/157 nömrəli məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Xaçmaz rayonunun Aşağı-Zeyid kəndi 28 May təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yer quruluşuna dair layihəsinin “razılaşdırılmışdır” hissəsində “5.Təqsirləndirilən şəxs” qrafasındakı imza; Şahid4 icarəyə verilmiş torpaq sahəsin aid 01.10.2019-cu il tarixli müqavilənin kserosurətində “Təqsirləndirilən şəxs” qrafasındakı imza, Qaraçay-Cek bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarışın kserosurətində “Təqsirləndirilən şəxs” soyadı önündəki imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan 11.01.2021-ci il tarixdə rəsmi sorğudan müəyyən olunur ki, Xaçmaz rayon Prokurorluğu tərəfindən rəsmi sorğu ilə müraciət edilərək Xaçmaz rayonunun Aşağı Zeyid bələdiyyəsinin 2000-2010-cu illərə aid bələdiyyə sənədlərinin istintaqa təqdim edilməsi istənilmiş, lakin Aşağı Zeyid bələdiyyəsinin sədri eyni tarixli 25 nömrəli məktubla cavab verərərək Aşağı Zeyid bələdiyyəsinin 2000-2010-cu il tarixli sənədlərinin 2012-ci ilin may ayında baş vermiş yanğın hadisəsi zamanı məhv olmasını və bununla bağlı 03.05.2012-ci il tarixli akt tərtib olunduöunu bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş 03.05.2012-ci il tarixli aktdan görünür ki, Aşağı Zeyid kəndində yerləşən və Təqsirləndirilən şəxs məxsus evin yardımçı tikilisində baş vermiş yanğın hadisəsi zamanı 90 ədəd cücə və Aşağı Zeyid bələdiyyəsinin 2000-2010-cu il tarixli sənədləri məhv olmuşdur. İş materiallarında olan Xaçmaz RİH-nin Aşağı Zeyid İƏD üzrə nümayəndəliyindən daxil olmuş 09.04.2021-ci il tarixli 12 nömrəli məktubdan görünür ki, 2012-ci ildə Aşağı Zeyid kəndində yerləşən və Təqsirləndirilən şəxs məxsus evdə yanğın hadisəsinin baş verməsi ilə bağlı nümayəndəliyə hər hansı məlumat daxil olmamışdır. İş materiallarında olan Xaçmaz rayon DYMH-dən daxil olmuş 13.04.2021-ci il tarixli 37/36-244 nömrəli məktubdan görünür ki, 2012-ci ildə Aşağı Zeyid kəndində yerləşən və Təqsirləndirilən şəxs məxsus evdə yanğın hadisəsinin baş verməsi ilə bağlı X10 Hissəsinə məlumat daxil olmamış və yanğın qeydə alınmamışdır. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin 22.04.2021-ci il tarixli, 160- 11074-1221 nömrəli məktubundan görünür ki, 2012-ci ildə Aşağı Zeyid kəndində yerləşən və Təqsirləndirilən şəxs məxsus evdə yanğın hadisəsinin baş verməsi ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə hər hansı məlumat daxil olmamışdır. İş materiallarında olan 25 yanvar 2010-cu il tarixli və 20 noyabr 2010-cu il tarixli aktlardan aktdan görünür ki, 25 yanvar 2010-cu il tarixli akta əsasən Aşağı Zeyid bələdiyyəsinin möhrü Təqsirləndirilən şəxs tərəfindən Şahid5, 20.11.2017-ci il tarixli akta əsasən isə həmin möhür sonuncu tərəfindən yenidən Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarında olan Xaçmaz rayonu Aşağı Zeyid bələdiyyəsinin 20 noyabr 2017ci il tarixli 13 saylı iclas protokolundan müəyyən olunur ki, bələdiyyənin qeyd olunan protokolu ilə “Xaçmaz rayonu Aşağı Zeyid bələdiyyəsinin Nizamnaməsi”i təsdiq edilmişdir. Həmin nizamnamələrə əsasən, bələdiyyə sədri əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxsdir. İş materiallarında olan 02.11.2010-cu il tarixli, 4062 saylı qeydiyyat şəhadətnaməsindən görünür ki, Xaçmaz rayonunun Aşağı Zeyid bələdiyyəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan DİN-nin BƏSİİ-dən göndərilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə hər hansı məlumat yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 056467 nömrəli vəsiqənin surətindən görünür ki, təqsirləndirilən şəxs Paşayev X9 müharibəsi veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin 17 iyul 2021-ci il rarixli, 201 saylı arayışından görünür ki, 1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən Azərbaycan Respublikasının Müharibə veteranıdır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 02.11.2010-cu il tarixli, 4062 saylı qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Xaçmaz rayonunun Aşağı Zeyid bələdiyyəsinin 20.11.2017-ci il tarixli 13 saylı iclas protokoluna əsasən bələdiyyə sədri seçilməklə, həmin tarixdən bələdiyyə sədri vəzifəsində işləyərkən sair şəxsi niyyətlə, yəni özünün təmsil etdiyi bələdiyyədə mütləq hakimiyyətə sahib olması, bələdiyyyə üzvləri ilə hesablaşmaması, bələdiyyənin adından istənilən qərarı təkbaşına qəbul etməsi səlahiyyətinin olmasını göstərmək niyyəti ilə, “Xaçmaz rayonu Aşağı Zeyid bələdiyyəsinin Nizamnaməsi”nə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “X3”nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının bələdiyyə tərəfindən qəbul edilmiş qərarla açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə icarəyə verilməli olmasına baxmayaraq, 20.11.2017-ci il tarixdən hazıradək olan müddətdə bələdiyyə üzvlərinin məlumatı olmadan və bələdiyyə üzvlərinin iclasını keçirmədən kollegial qurumun qəbul etməli olduğu qərarı təkbaşına çıxararaq, yəni həmyerliləri qarşısında özünü qayğıkeş rəhbər, təmsil etdiyi bələdiyyədə mütləq hakimiyyətə sahib olması, bələdiyyyə üzvləri ilə hesablaşmaması, bələdiyyənin adından istənilən qərarı təkbaşına qəbul etmək səlahiyyətlərinə malik olmasını göstərmək kimi şəxsi niyyətlə 01.10.2019-cu il tarixdə Xaçmaz rayonu Aşağı Zeyid kəndində yerləşən Aşağı Zeyid bələdiyyəsinin inzibati binasında həmin kənd sakini Şahid4 ilə özü arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında kompüterdə çap edilərək içərisində olan boş sətirlərə əlyazma ilə bilə-bilə yalan məlumatlar daxil edib 01.10.2019-cu il tarixli müqavilə bağlamaqla icarəyə verən qismində özü, icarədar qismində isə Şahid4 tərəfindən imzalanmasına nail olub sədri olduğu bələdiyyənin möhürü ilə təsdiq etməklə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin mülkiyyətində olmaqla Xaçmaz rayonunun Aşağı Zeyid kəndi ərazisində x=314328.675 y=4583461.873, 314597.324 y=4583645.945, x=314546.183 y=4583542.690, x=314365.728 y=4583413.939 kordinatlarda yerləşən cəmi 1.52 ha torpaq sahəsini 9 ay müddətinə Şahid4 icarəyə verib müəssisənin qeyd olunan torpaq üzərindəki hüquqlarını məhdudlaşdırmaqla, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq Müəssisənin mülkiyyətində olan torpaq sahəsini qanunsuz icarəyə verməklə hüquqi şəxslər, yəni Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin əmlak hüquqlarına və qanuni mənafelərinə, eləcə də qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət yaradılan kollegial orqan olan Xaçmaz rayonu Aşağı Zeyid bələdiyyəsinin idarə edilməsi sahəsində qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış və rəsmi sənəd hesab edilən torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin məzmununa sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, təkrarən sair şəxsi niyyətlə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib 2000-2010-cu illərdə Xaçmaz rayonu Aşağı Zeyid bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə bələdiyyənin iş fəaliyyəti nəticəsində toplanmış rəsmi sənədləri 2010-cu ildə yeni seçilmiş bələdiyyə sədrinə və ya Xaçmaz rayon Dövlət Arxiv idarəsinə təhvil verməyərək istintaqa məlum olmayan şəraitdə və ünvanda gizlətmiş, 11.01.2021-ci il tarixdə istintaq tərəfindən rəsmi qaydada Xaçmaz rayonu Aşağı Zeyid bələdiyyəsinin 2000-2010-cu il tarixli arxiv sənədləri tələb edildikdə, guya həmin sənədləri arxivə təhvil vermək məqsədi ilə Aşağı Zeyid kəndində yerləşən şəxsi evinin yardımçı tikilisində saxlayarkən 2012-ci ilin may ayında həmin tikilidə baş vermiş yanğın hadisəsi nəticəsində yanması görüntüsü yaradaraq hüquqi əhəmiyyətə malik olan rəsmi sənədə yanğın hadisəsinin məzmununu təhrif edən bilə-bilə yalan məlumatlar daxil edib 03.05.2012-ci il tarixli akt tərtib etməklə və 2017-ci ilin yanvar ayından etibarən Aşağı Zeyid bələdiyyəsinin sədri vəzifəsinə yenidən seçildikdən sonra əldə etdiyi bələdiyyəyə məxsus möhürlə istintaqa məlum olmayan şəraitdə və müddətdə həmin aktı təsdiq edib istintaqa təqdim etməklə, Xaçmaz rayonunun Aşağı Zeyid bələdiyyəsini nüfuzdan salan, idarəçilik qaydalarını kobud şəkildə pozan xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib təkrarən rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməklə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub vəzifə səlahiyyətlərini aşmış və rəsmi sənədləri gizlətmişdir. Təqsirləndiriıən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1, 313 və 326.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tamamilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1, 313 və 326.1-ci maddələri ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, zərərçəkmiş hüquqi şəxslərlə razılıq əldə etməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, Qarabağ müharibəsi veteranı olmasını və ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayəti qulluq mövqeyinə göstərilən etimaddan istifadə etməklə törətməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən va ağırlaşdıran halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1, 313 və 326.1-ci maddələrinin sanksiyasnda nəzərdə tutulan cəzalardan müəyyən müddətə yerli özünüidarəetmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin ediləcək əsas cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmasını, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini və üzərində sınaq müddətinin müəyyən edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutlar saxlanılan otağında saxlanılan 2 ədəd Azərbaycan Respublikası Xaçmaz rayonunun Aşağı Zeyid kəndi, 28 May təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yer quruluşuna dair layihəsi Xaçmaz rayonunun Aşağı Zeyid bələdiyyəsinə qaytarılmalı, maddi sübut kimi cinayət işinə əlavə edilmiş torpaq sahəsinin Şahid4 icarəyə verilməsi haqqında Aşağı Zeyid bələdiyyəsinin 01.10.2019-cu il tarixli müqaviləsi və 03.05.2012-ci il tarixli akt cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş hüquqi şəxs şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsi direktoru mülki iddiaçı kimi iddia ərizəsi ilə müraciət edərək mülki iddia tələbləri təmin edilməklə Təqsirləndirilən şəxs tərəfindən müəssisəyə vurulmuş ümumilikdə 20666 manat maddi zərərin tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin xeyrinə ödənilməsi və müəssisəyə məxsus 1,5 ha torpaq sahəsinin geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin mülki iddia tələbinə münasibətdə hesab edir ki, hal-hazırda dəymiş maddi zərərin ödənilməsi və torpaq sahəsinin geri qaytarılması ilə bağlı təqsirləndirilən şəxslə zərərçəkmiş hüquqi şəxs arasında ümumi razılıq olmadığından, cinayət mühakimə icraatı zamanı zərərlə və torpaq sahəsinin geri qaytarılması ilə bağlı araşdırılma aparılması mümkünsüz olduğundan cinayət mühakimə icraatı üzrə verilmiş həmin mülki iddia baxılmamış saxlanılmalı, mülki iddia vermiş zərərçəkmiş hüquqi şəxs Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi və digər tələblərlə bağlı iddia ərizəsi ilə ümumi əsaslarla mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, zərərçəkmiş hüquqi şəxs Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinin cinayət əməli nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi və torpaq mübahisəsi ilə bağlı bağlı iddia ərizəsi ilə ümumi əsaslarla mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə ekspertiza xərci olan 461 manat 52 qəpik pul Təqsirləndirilən şəxs alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1, 313 və 326.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə yerli özünüidarəetmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay maddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə yerli özünüidarəetmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplama yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə yerli özünüidarəetmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə, ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilsin. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutlar saxlanılan otağında saxlanılan 2 ədəd Azərbaycan Respublikası Xaçmaz rayonunun Aşağı Zeyid kəndi, 28 May təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yer quruluşuna dair layihəsi Xaçmaz rayonunun Aşağı Zeyid bələdiyyəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş torpaq sahəsinin Şahid4 icarəyə verilməsi haqqında Xaçmaz rayonunun Aşağı Zeyid bələdiyyəsinin 01 oktyabr 2019-cu il tarixli müqaviləsi və 03 may 2012-ci il tarixli akt cinayət işinin materiallarında saxlanılsın. Cinayət mühakimə icraatı üzrə verilmiş mülki iddia baxılmamış saxlanılsın və zərərçəkmiş hüquqi şəxs Azərbaycan-Türkiyə Toxumçuluq və X7 Müəssisəsinə cinayət əməli nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi və torpaq mübahisəsi ilə bağlı iddia ərizəsi ilə ümumi əsaslarla mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə ekspertiza xərci olan 461 (dörd yüz altmış bir) manat 52 (əlli iki) qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-79/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-79/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver