Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-79/2022 14.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1992-ci ildə ünvan 2az şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 2az şəhəri, Ş.Şamil küçəsi, ev 26-da qeydiyyatda olmaqla yaşamış, hazırki cinayət işi üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, ünvan 2az rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(067)-26/2022 saylı qərarı ilə ilkin hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək hal hazırda azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və tərkibində sintetik narkotik vasitə olan metadon həblərini üzərində saxlamaqla daşımış, bu fakt 19 fevral 2022-ci il tarixdə o, ünvan 2az şəhəri, Ş.Şamil küçəsində saxlanılaraq ünvan 2az rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən ünvan 2az rayon polis şöbəsinin inzibati binasında onun üstünə saat 17:15-17:30 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibində 01 ədəd kağız bükümdə 0,535 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd koıivalyut kəsiyində olmaqla tərkibində 0,08 qram çəkidə sintetik narkotik vasitə olan 02 ədəd metadon həbləri aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, valideyinləri ilə birlikdə ünvan 2az şəhəri, Ş.Şamil küçəsi, 26-da yaşayır. Bir ildən çox olarkı o, narkotik vasitə olan heroindən və metadon həblərindən istifadə edir. Təxminən bir ay əvvəl yaşadığı Ş.Şamil küçəsinin qonşuluğunda olan küçə ilə gedərkən yerdə bir ədəd konvalyut kəsiyi olduğunu görmüş və o, həmin konvalyut kəsiyini əlinə götürüb baxanda görmüşdür ki, içərisində iki ədəd metadon həbləri var. Tapdığı metadon həblərini atmayıb özündə saxlamışdır ki, sonradan özü istifadə edsin. Metadon həblərini tapdığı vaxtdan iki-üç gün keçdikdən sonra axşam saatlarında evdən çıxıb yaşadığı ünvan 2az şəhəri, Ş.Şamil küçəsi ilə gedərkən yerdə bir ədəd kağız büküm olduğunu görmüş və həmin kağız bükümü əlinə götürüb açanda görmüşdür ki, içərisində olan sellofan bükümdə narkotik vasitə hesab edilən heroin var. Özüdə narkotik vasitədən istifadə etdiyi üçün tapdığı heroini atmayaraq əynində olan gödəkçənin cibinə qoyub yaşadığı evə gətirmişdir. Anasının görməməsi üçün tapdığı konvalyut kəsiyində olan metadon həblərini və kağız bükümdə olan heroini evdə gizlədib saxlamışdır ki, sonradan özü istifadə etsin. 19 fevral 2022-ci il tarixdə təxminən saat 16 radələrində evdə gizlədib saxladığı konvalyut kəsiyində olan metadon həblərini, kağız bükümdə olan heroini və evdə olan elektron tərəzini götürüb gödəkçəsinin sağ yan cibinə qoymuş və evdən çıxıb yaşadığı Ş.Şamil küçəsi ilə gedərkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu ünvan 2az RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə ünvan 2az RPŞ-nə gəlmişdir. ünvan 2az RPŞ-nin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan gödəkçənin sağ yan cibində saxladığı bir ədəd elektron tərəzini, bir ədəd konvalyut kəsiyində olan iki ədəd metadon həblərini, bir ədəd göy rəngli kağız bükümü, gödəkçəsinin sol yan cibindən isə qara rəngli pul kisəsini çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən onun üstünə şəxsi axtarış keçirilmiş və üstiinda başqa heç nə aşkar olunmamışdır. Müstəntiq tərəfindən əvvəlcə pul kisəsi açılmış və pul kisəsinin içərisində özünə aid sürücülük vəsiqəsi, «Kapital Banka» aid kart, 01 ədəd on manatlıq, 04 ədəd beş manatlıq, 07 ədəd bir manatlıq əskinaslar, 02 ədəd 20 və 01 ədəd 10 qəpik pullar aşkar edilmişdir. Bundan sonra müstəntiq ondan konvalyut kəsiyində olan həblərin nə olduğunu və haradan əldə etdiyini soruşmuş, o, da ona konvalyut kəsiyində olan həblərin metadon həbləri olduğunu və bir ay əvvəl yaşadığı küçənin qonşuluğunda olan küçədə yerdən tapdığını bildirmişdir. Müstəntiq kağız bükümü onun və müdafiəçinin iştirakı ilə açıb içərisindəki sellofan bükümdə olan qəhvəyi rəngli maddəni, yəni heroini görüb ondan həmin maddənin nə olduğunu, haradan aldığını soruşduqda o, hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, kağız bükümün içərisindəki sellofan bükümdə olan qəhvəyi rəngli maddə narkotik vasitə olan heroindir, özünə məxsusdur, bir ay əvvəl ünvan 2az şəhəri, Ş.Şamil küçəsində yerdən tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Sonra üstündə aşkar olunmuş heroin, konvalyut kəsiyində olan metadon həbləri və tərəzi müstəntiq tərəfindən ayrı-ayrılıqda ağ rəngli zərfələrə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o, da üstündə aşkar olunmuş heroinin, metadon həblərinin və tərəzinin qablaşdırıldığı zərflərin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş pul kisəsi, sürücülük vəsiqəsi, «Kapital Banka» aid kart, 01 ədəd on manatlıq, 04 ədəd beş manatlıq, 07 ədəd bir manatlıq əskinaslar, 02 ədəd 20 və 01 ədəd 10 qəpik pullar isə götürülməyərək onun özünə qaytarılmışdır. O, heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Üstündə aşkar olunmuş metadon həblərini bir ay əvvəl yaşadığı ünvan 2az şəhəri, Ş.Şamil küçəsinin qonşuluğunda olan küçədən, heroini isə metadon həblərini tapdığı vaxtdan iki-üç gün sonra yaşadığı ünvan 2az şəhəri, Ş.Şamil küçəsində yerdən tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün üstündə saxlamışdır. Elektron tərəzini isə təxminən iki il əvvəl anası alıb evə gətirmişdir və onlar həmin tərəzi ilə çəkib evdə saxladıqları cücələrə dərman vermişlər. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qisimində dindirilən ünvan 2az RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 2az RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 2az RPŞ-nin CAB-nə ünvan 2az şəhəri, Ş.Şamil küçəsi, ev 26-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. CAB-nə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 19 fevral 2022-ci il tarixdə onun tərəfindən əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiq, polis baş leytenantı Şəhriyar Kərimliyə həvalə olunmuşdur. Həmin gün təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs ünvan 2az şəhəri, Ş.Şamil küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu ünvan 2az RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən ünvan 2az RPŞnə gəlməyə razılaşmış və onlar onu polis şöbəsinə gətirmişlər. ünvan 2az RPŞ-də X4 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. X4 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə varsa özü təqdim etsin. X3 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd elektron tərəzini, bir ədəd konvalyut kəsiyində olan iki ədəd həbləri, bir ədəd göy rəngli kağız bükümü, gödəkçəsinin sol yan cibindən isə qara rəngli pul kisəsini çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsədə onun üzərində başqa heç nə aşkar olunmamışdır. X4 əvvəlcə pul kisəsini açmış və pul kisəsinin içərisində Təqsirləndirilən şəxs aid sürücülük vəsiqəsi, «Kapital Banka» aid kart, 01 ədəd on manatlıq, 04 ədəd beş manatlıq, 07 ədəd bir manatlıq əskinaslar, 02 ədəd 20 və 01 ədəd 10 qəpik pullar aşkar edilmişdir. X4 konvalyut kəsiyində olan həbləri Təqsirləndirilən şəxs göstərib nə olduğunu və haradan əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs konvalyut kəsiyində olan həblərin metadon həbləri olduğunu və bir ay əvvəl yaşadığı küçənin qonşuluğunda olan küçədə yerdən tapdığını bildirmişdir. Bundan sonra X4 kağız bükümü açıb içərisindəki sellofan bükümdə olan qəhvəyi rəngli maddənin nə olduğunu, haradan aldığını soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, kağız bükümün içərisindəki sellofan bükümdə olan qəhvəyi rəngli maddə narkotik vasitə olan heroindir, özünə məxsusdur, bir ay əvvəl ünvan 2az şəhəri, Ş.Şamil küçəsində yerdən tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. X4 Təqsirləndirilən şəxs narkotik istifadəçisi olub- olmadığını, narkotik vasitə və metadon həblərinin satışı ilə məşğul olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs keçmişdə narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitə satışı ilə məşğul olmadığını bildirmişdir. X4 Təqsirləndirilən şəxs elektron tərəzini nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda isə Təqsirləndirilən şəxs «tərəzi qalmışdı evdə, çoxdan qalmışdı, cücələr saxlayırdım, cücələr üçün dərman ölçüb verirdim» deməklə cavab vermişdir. Təqsirləndirilən şəxs üstündə aşkar olunmuş qəhvəyi rəngli maddə, konvalyut kəsiyində olan iki ədəd həblər və elektron tərəzi X4 tərəfindən Təqsirləndirilən şəxs, vəkilin və onların iştirakı ilə ayrı-ayrılıqda iki ədəd ağ rəngli zərflərə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərflərin üstünə və protokola imza etmişlər, pul kisəsi, sürücülük vəsiqəsi, «Kapital Banka» aid kart, 01 ədəd on manatlıq, 04 ədəd beş manatlıq, 07 ədəd bir manatlıq əskinaslar, 02 ədəd 20 və 01 ədəd 10 qəpik pullar isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin görüntüləri ünvan 2az RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən ünvan 2az rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 və ünvan 2az rayon X5 Mübarizə Qrupunun əməliyyat müvəkkili, Şahid3 məhkəmə istintaqında şahid qismində dindirilən ünvan 2az rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdirlər. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq olunan məhkəmə Ekspertiza Mərkəzinin kimyəvi ekspertizalar şöbəsinin 20 fevral 2022-ci il tarixli 6/1050 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №58» möhür əksi olan iki ədəd zərfdə; -üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,535 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Methadone-40» göstəricisi olan 2 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,08 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahıİİ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahıl) daxildir. -üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 22 aprel 2022-ci il tarixli 2011 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq olunan şəxsi axtarış aparılması haqqında 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibində bir ədəd elektron tərəzi, bir ədəd konvalyut kəsiyində olmaqla iki ədəd metadon həbləri və bir ədəd göy rəngli kağız bükümün içərisində olan sellofan bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «CD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə tərəfimdən 20 fevral 2022-ci il tarixdə baxış keçirilərkən ünvan 2az RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və sonuncunun əynində olan gödəkçənin sağ yan cibində bir ədəd elektron tərəzi, bir ədəd konvalyut kəsiyində olmaqla iki ədəd metadon həbləri və bir ədəd göy rəngli kağız bükümün içərisində olan sellofan bükümdə narkotik vasitə olan heroin aşkar edilməsinin görüntüləri əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 0,535 qram çəkidə heroin, 02 ədəd metadon həbləri 20 fevral 2022-ci il tarixli qərar ilə maddi sübut hesab olunmuş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,485 qram olan heroin, 01 ədəd metadon həbi saxlanmasından ötrü ünvan 2az RPŞ-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən 20 fevral 2022ci il tarixli qərar ilə maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, ünvan 2az rayon məhkməsinin 12 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq olunan ünvan 2az rayon məhkəməsinin 7(067)-26/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2az rayon məhkəməsinin 1(067)-123/2021 saylı 12 oktyabr 2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 03 ay 24 gün hissəsi,, 7 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və o məhkəmə iclas zalında həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və tərkibində sintetik narkotik vasitə olan metadon həblərini üzərində saxlamaqla daşımış, bu fakt 19 fevral 2022-ci il tarixdə o, ünvan 2az şəhəri, Ş.Şamil küçəsində saxlanılaraq ünvan 2az rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən ünvan 2az rayon polis şöbəsinin inzibati binasında onun üstünə saat 17:15-17:30 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibində 01 ədəd kağız bükümdə 0,535 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd koıivalyut kəsiyində olmaqla tərkibində 0,08 qram çəkidə sintetik narkotik vasitə olan 02 ədəd metadon həbləri aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayər əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 19 fevral 2022-ci il tarixli protokoldan və müstəntiqin 21 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 gün həbsə qalmışdır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ünvan 2az rayon məhkəməsinin 7(067)-26/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə ona 07 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və o, 05 may 2022-ci il tarixdən həbsdə saxlanılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq ünvan 2az rayon məhkəməsinin 05 may 2022-ci il tarixli 7(067)26/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 07 ay 27 gün azadlıqdan məhrum etmə cəzası ona hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmək yolu ilə ona hökmələrin məcmusu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2022-ci -ci il tarixdən 21 fevral 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 02 gün müddət ona təyin ediləcək azadlıqda məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli ünvan 2az rayon məhkəməsinin 05 may 2022-ci il tarixli 7(067)26/2022 saylı qərarına əsasən həbsə alındığı gündən, yəni 05 may 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, ünvan 2az rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,485 qram olan heroin, 01 ədəd metadon həbi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1.3-cü maddəsinə əsasən iş üzrə maddı sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən 20 fevral 2022-ci il tarixli qərar ilə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq ünvan 2az rayon məhkəməsinin 05 may 2022-ci il tarixli 7(067)26/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 07 ay 27 gün azadlıqdan məhrum etmə cəzası ona hazırki hökmlə təyin olunmuş 2 (iki) il azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmək ona hökmələrin məcmusu ilə 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdən 21 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət ona təyin edilmiş 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasından bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 05 may 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ünvan 2az rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,485 qram olan heroin, 01 ədəd metadon həbi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə ünvan 2az rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-79/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-79/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver