Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-79/2023 18.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, 11 avqust 1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası, vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri. Rəvan Şahmuradov küçəsində saxlanılaraq Xaçmaz rayon X7 polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 27 yanvar 2023-cü il tarixdə saat 21:55-22:05 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı “LD” markalı siqaret qutusunun içərisində 02 ədəd sellofan bükümdə 0,318 qram və 0,280 qram çəkilərdə olmaqla ümumilikdə 0,598 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, valideyinləri birlikdə Xaçmaz şəhəri, Rəvan Şahmuradov küçəsi, ev 17-də yaşayır. Bir il olarkı narkotik vasitə olan heroindən istifadə edir. 26 yanvar 2023-ci'ı il tarixdə təxminən saat 17 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospekti ilə piyada gedərkən yerdə bir ədəd «LD» markalı siqaret qutusu olduğunu görmüş və həmin siqaret qutusunu əlinə götürüb açanda görmüşdür ki, içərisində 12 ədəd siqaret dənəsi və 02 ədəd sellofan bükümlər var. O, sellofan bükümləri tək-tək açıb baxanda görmüşdür ki, hər iki sellofan bükümün içərisində narkotik vasitə olan heroiıı var. Özüdə narkotik vasitədən istifadə etdiyi üçün «LD» markalı siqaret qutusunun içərisində tapdığı heroini atmayaraq əynində olan şalvarın sol yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Həmin gün o, tapdığı sellofan bükümlərdən birini açıb içərisində olan heroindən bir qədər götürüb istifadə etdikdən sonra qalan hissəsini həmin sellofan bükümdə saxlamış, sellofan bükümün baş hissəsini alışqan vasitəsi ilə əridib yapışdırdıqdan sonra «LD» markalı siqaret qutusunun içərisinə, siqaret qutusunu isə əynində olan şalvarın sol yan cibinə qoymuşdur. 27 yanvar 2023-cü il tarixdə təxminən saat 21 radələrində evdən çıxıb Xaçmaz şəhəri. Rəvan Şahmuradov küçəsi ilə gedərkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan şalvarın sol yan cibindən bir ədəd «LD» markalı siqaret qutusunu, 01 ədəd alışqanı, şalvarının sağ yan cibindən 02 ədəd 10 manatlıq, 03 ədəd 5 manatlıq, 01 ədəd bir manatlıq əskinasları çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra müstəntiq tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa heç nə aşkar olunmamışdır. O, özü təqdim etdiyi «LD» markalı siqaret qutusunu açdıqda içərisində olan 02 ədəd sellofan büküm masanın üzərinə düşmüşdür. Bundan sonra müstəntiq siqaret qutusunu açıb içərisində olan siqaret dənələrini sayaraq 12 ədəd olduğunu bildirmiş və sellofan bükümləri əlinə götürüb içərisində olan qəhvəyi rəngli toz şəkilli maddənin nə olduğunu, haradan əldə etdiyini soruşmuş, o, da hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, təqdim etdiyi siqaret qutusunda olan 02 ədəd sellofan bükümlərdəki qəhvəyi rəngli maddə «kakos», yəni narkotik vasitə olan heroindir, özünə məxsusdur, yerdən tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Üzərində aşkar olunmuş 02 ədəd sellofan bükümlərdəki heroin müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o, da üzərində aşkar olunmuş heroinin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş 02 ədəd 10 manatlıq, 03 ədəd 5 manatlıq, 01 ədəd bir manatlıq əskinaslar, 01 ədəd alışqan,-içərisində 12 ədəd siqaret dənələri olan bir ədəd «LD» markalı siqaret qutusu isə götürülməyərək özünə qaytarılmışdır. O, heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Üzərində aşkar olunmuş heroini isə 26 yanvar 2023-cü il tarixdə Xaçmaz şəhəri, H.Əliyev prospektində yerdən tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X8 Polis Bölməsinin sahə rəisi Şahid2 ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayon X7 polis bölməsinin sahə rəisi vəzifəsində xidmət edir. Xaçmaz rayon X7 polis bölməsinə Xaçmaz şəhəri, Rəvan Şahmuradov küçəsi, ev 17-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Yalama polis bölməsinə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 27 yanvar 2023-cü il tarixdə bölmənin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, Yalama polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiq, polis baş leytenantı Mətləb İsmayılova həvalə olunmuşdur. Həmin gün təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri. Rəvan Şahmuradov küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Xaçmaz RPŞ-nə gəlməyə razılaşmış və onlar onu polis şöbəsinə gətirmişlər. Xaçmaz RPŞ-də X4 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra X4 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa özü təqdim etsin. X3 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 ədəd «LD» markalı siqaret qutusunu, 01 ədəd alışqanı, şalvarının sağ yan cibindən 02 ədəd 10 manatlıq, 03 ədəd 5 manatlıq, 01 ədəd bir manatlıq əskinasları çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra X4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs özü təqdim etdiyi «LD» markalı siqaret qutusunu açdıqda içərisində olan 02 ədəd sellofan büküm masanın üzərinə düşmüşdür. X4 siqaret qutusunu açıb içərisində olan siqaret dənələrini sayaraq 12 ədəd olduğunu bildirmiş və sellofan bükümləri əlinə götürüb içərisində olan qəhvəyi rəngli toz şəkilli maddənin nə olduğunu, haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, 02 ədəd sellofan bükümlərdə olan qəhvəyi rəngli maddə «kakos», yəni narkotik vasitə olan heroindir, özünə məxsusdur, yerdən tapmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 02 ədəd sellofan bükümlərdə olan qəhvəyi rəngli toz şəkilli maddə X4 tərəifndən bir ədəd ağ rəngli zərfin içərisinə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər, içərisində 12 ədəd siqaret dənəsi olan «LD» markalı siqaret qutusu, 01 ədəd alışqan, 02 ədəd 10 manatlıq, 03 ədəd 5 manatlıq, 01 ədəd bir manatlıq əskinaslar isa götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Yalama PB-nin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X8 Polis Bölməsinin əməkdaşı Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək, göstərilən xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Xaçmaz rayon X7 Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsindən müəyyən edilmişdir ki, o, Şahid2 ifadəsinə uyğun ifadə verərək, göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Məhkəmə Ekspertiza Mərkəzinin kimyəvi ekspertizalar şöbəsinin 28 yanvar 2023-cü il tarixli 6/509 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «.. .Vat.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm....» yazı və imzalar olan zəridə 2 ədəd bükümdə hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 0,318 qr və 0,280 qram olmaqla, ümumi çəkisi 0,598 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin 10 fevral 2023-cü il tarixli 730 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsi axtarış aparılması haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı “LD" markalı siqaret qutusunun içərisində olan 02 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair protokoldan görünür ki, qeydə alınmış video görüntülər bir ədəd «DVD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə 31 yanvar 2023-cü il tarixdə baxış keçirilərkən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və sonuncunun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən çıxarıb təqdim etdiyi "LD” markalı siqaret qutusunun içərisində olan 02 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin olmasının görüntüləri əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, Xaçmaz rayon məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon icra və Probasiya Şöbəsinin 03 may 2023-cü il tarixli 355 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan hökm Xaçmaz rayon icra və probasiya şöbəsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və məhkum xx.xx.2022-ci il tarixdə qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs barəsində yeni cinayət işi olduğuna görə xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasının 01 ay 29 gün hissəsini çəkmiş 02 il 02 ay 02 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz şəhər İƏDdən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, subaydır. ünvan 1 ünvanda yaşayır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri. Rəvan Şahmuradov küçəsində saxlanılaraq Xaçmaz rayon X7 polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanda yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında onun üzərinə 27 yanvar 2023-cü il tarixdə saat 21:55-22:05 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı “LD” markalı siqaret qutusunun içərisində 02 ədəd sellofan bükümdə 0,318 qram və 0,280 qram çəkilərdə olmaqla ümumilikdə 0,598 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər analoji cinayətə görə məhkum olmasını və hal-hazırda da azadlığın məhdudlaşdırılması cəzasının çəkib qurtarmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi qəsdən az ağır cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi halı cinayətin residivini yaratmadığından həmin məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.3 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə uyğun olaraq Xaçmaz rayon məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 1(067)-142/2022 saylı hökmü ilə ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırki günə çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay 02 (iki) gün hissəsinin hazırki hökm üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla qismən birləşdirilərək üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş materiallarında olan 27 yanvar 2023-cü il tarixdən 29 yanvar 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli (cəzaçəkmə müddəti) həbsə alındığı gündən, yəni 30 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 0,498 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 88 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 03 may 2022-ci il tarixli, 1(067)142/2022 saylı hökmü ilə təyin edilmiş 02 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırki günə çəkilməmiş qalan 02 il 02 ay 02 gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü bir gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla, 01 il 01 ay 01 gün azadlıqdan məhrumetmə cəzası hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasına tam toplanaraq ona qəti olaraq 02 il 01 ay 01 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 yanvar 2023-cü il tarixdən 29 yanvar 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə qalsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,498 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 88 (səksən səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, DövlətXəzinədarlığıAgentliyi, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-79/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-79/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver