Məhkəmə qərarları › İş №1(067)-79/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-79/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-79/2024 27.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, subay, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, həmin cəzanın Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 11 ay 05 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 25 gün cəza çəkməkdən vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus Xaçmaz şəhəri, M.K.Atatürk küçəsində, dəmir yol keçidi istiqamətində yolun sol kənarındakı təkər təmiri sexinin yanında yerləşən kafedən oğurluq etmək qərarına gələrək, bu məqsədlə 15 oktyabr 2023-cü il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs məxsus Xaçmaz şəhəri, M.K.Atatürk küçəsində yerləşən kafenin qarşısına gəlmiş, həmin yerdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan aşıb, kafenin pəncərəsinin şüşəsini sındırıb saxlanc yerinə qanunsuz daxil olmaqla kafenin zalından Zərərçəkmiş şəxs məxsus olan bir ədəd qara rəngli 850 manat dəyərində “ Yoşiro” markalı 165 diaqonallı televizor və bir ədəd 80 manat dəyərində “İmou Life” markalı internet şəbəkəsi ilə istifadə edilən video-müşahidə kamerasını qanunsuz olaraq götürüb apararaq ümumilikdə 930 manat dəyərində ziyan vurmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, yol ilə getdiyi zaman obyektin arxa hissəsindən qapısının açıq olduğunu görmüş, içəri keçmişdir. Sonra isə sınıq pəncərədən içəri daxil olaraq oradan televizoru və kameranı götürərək çıxıb getmişdir. Sonradan oğurladığı televizoru və kameranı yiyesinə qaytardığını bildirmişdir.Ogurluğun törətdiyi tarix dəqiq yadında deyil.Törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs tanımamış, onunla bu səbəbdən hərhansı ədavət və ya düşmənçiliyi olmamışdır. Əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan xeyli miqdarda əldə edib, istifadə etdiyi üçün məhkumluğu olmuş, lakin oğurluqla əlaqədar hər-hansı məhkumluğu olmamışdır. O, Xaçmaz şəhəri, M.K.Atatürk küçəsində yerləşən Turab adlı şəxsin işlətdiyi kafenin təxminən 3 il olar ki, işlədiyini bilmiş, bir neçə dəfə həmin kafedə tək oturub pivə içmiş, lakin həmin vaxtlar oradan hər hansı əşyanı talamaq fikri olmamışdır. O, 15 oktyabr 2023-cü il tarixdə səhər saatlarında evdə yata bilmədiyi üçün Xaçmaz şəhəri, M.K.Atatürk prospektində gəzməyə çıxmış, həmin tarixdə saat 06 radələrində Xaçmaz şəhəri, M.K.Atatürk prospektində yerləşən Turab adlı şəxsə məxsus kafenin önündən keçərkən əvvəllər orada oturub bir neçə dəfə pivə içməyinin səbəbindən içərini rahat tanımış, oranın elədə güclü mühafizə olunmadığını bilmişdir. Oradan keçən zaman maddi imkanı zəif olması səbəbindən həmin kafeyə girərək oradan oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən o,Xaçmaz şəhəri, M.K.Atatürk prospektində yerləşən Turab adlı şəxsə məxsus kafenin girişinə baxdıqda sol tərəfindən taxta hasarı aşıb kafenin yan divarı sayılan yerdə quraşdırılan üst pəncərənin çatlamış vəziyyətdə olmasını və üzərinin şəffaf incə sellafon ilə örtülməsini görüb sol əli ilə pəncərə şüşəsini sındırıb çıxarmış, sonra oradan kafenin içərisinə daxil olmuşdur. Kafenin içərisində ətrafa baxdıqda kafenin divarında bərkidilən bir ədəd “Yoşiro” markalı 165 diaqonallı televizoru və onun üstündə olan “İmou Life” yazılı videomüşahidə kamerasını görmüş, onları yerindən sökərək satmaq məqsədilə özü tək götürmüş və kafeyə daxil olduğu yerdən onları çıxara bilməyəcəyini anladığı üçün kafenin giriş qapısının kilidini içəridən açıb, bir ədəd “Yoşiro” markalı 165 diaqonallı televizoru və “İmou Life” yazılı videomüşahidə kamerasını oradan çıxarmış, həmin kamera balaca olduğu üçün onu üstündəki gödəkçənin sağ yan cibinə qoyub, televizoru götürərək yaşadığı ünvan 2 ünvanına getmişdir. Evə çatdıqda anası Şahid ondan həmin televizoru haradan əldə etdiyini soruşduqda, o anasına sadəcə televizorun satıldığını bildirmişdir. Anası isə bundan sonra ona heçnə deməmiş, o oğurladığı əşyaları yaşadığı evin birinci mərtəbəsində yaşayış olmayan otaqa qoyub, qapını kilidləyib, açarı özündə saxlamışdır. Həmin vaxtdan oğurladığı əşyaları satmaq üçün çalışsa da, onları heç kimə sata bilməmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu törətdiyi hadisə ilə bağlı Xaçmaz RPŞ-nin inzibati binansına dəvət etmişdir. Oğurluq etməkdə ona kömək edən başqa şəxs olmamış, həmin hadisəni tək törətmişdir. Məhkəmə istintaqında xx.xx.2024-cü il tarixdə dindirilən Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsi tanımadığını onu ilk dəfə gördüyünü, onunla ədavəti olmadığını bildirmişdir. 15 oktyabr 2023-cü il tarixdə səhər saat 09 radələrində kafeni açmaq üçün gələrkən kafenin qapısının açıq olduğunu, pencərənin şüşəsinin sınıq olduğunu görmüşdür. Kafedən ona məxsus olan televizor və müşahidə kamerasının oğurlandığını görmüşdür. Həmin əşyaların Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını, sonra həmin şəxs tərəfindən televizor və müşahidə kameranın ona qaytarıldığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxsə münasibətdə heç bir şikayəti və tələbi olmadığını məhkəmə iclasında bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, indiyə kimi onun hər-hansı şəxs və ya şəxslərlə düşmənçiliyi olmamışdır. Xaçmaz şəhəri, Atatürk küçəsindən Xaçmaz şəhəri, Z.Əliyeva küçəsinə gedən istiqamətdə yolun sol kənarında yerləşən özünə məxsus kafe vardır. Kafeni özü işlədir, kafeni hər gün saat 09 radələrində açıb, axşam saat 23:30 radələrində də müştərilər getdikdən sonra bağlayır. Eyni qaydada o, xx.xx.2023-cü il tarixdə də saat 23:30 radələrində o, müştərilər getdikdən sonra kafeni bağlayıb, yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində yaşadığı ünvan 3 ünvanından çıxıb işlətdiyi Xaçmaz şəhəri, M.K.Atatürk küçəsində yerləşən kafeyə onu xidmət etmək üçün açmaq məqsədilə gələndə kafenin qapısının açıq olmasını, pəncərələrin birinin şüşəsini sınmasını, kafenin içərisinə baxdıqda isə divara asdığı qara rəngli 165 diaqonallı “Yoşiro” markalı bir ədəd televizor və “İmou Life” markalı internet şəbəkəsi ilə işləyən bir ədəd video-müşahidə kamerasının yerində olmamasını görmüş, o zaman anlamışdır ki, həmin televizor və video-müşahidə kamerası naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Birinci kimsədən şübhələnməsə də, sonradan oğurluq edilməsi qərarına gəldiyi üçün baş vermiş hadisə ilə bağlı ərizə ilə polis şöbəsinə müraciət etmişdir. O baş vermiş oğurluq hadisəsi zamanı həmin əşyaların dəyərini təxmini olaraq bildirmişdir. Kafenin pəncərəsini özü bərpa etdiyi üçün ona bu barədə maddi ziyan dəyməmişdir. Həmin əşyalar bir müddət öncə alınmışdır. Həmin əşyaların ekspertizada göstərilən dəyərləri ilə razıdır. Ona ümumilikdə 930 manat ziyan dəymişdir, lakin ona vurulan ziyan tam ödənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid, səhər işə getmək üçün hazırlaşdığı zaman, Elnurun əlində televizor ilə evə gəldiyini görmüş, və o, evlərində televizorun artıq olduğunu, yeni televizora ehtiyac olmadığını Elnura bildirmişdir. Elnur həmin televizoru bacılarının birinə verəcəyini demişdir. Züleyxa onunla razılaşmış, televizoru həyətdə balaca otağa qoyduğunu bildirmişdir. İki ay orda qaldıqdan sonra polislər gəlib televizoru götürmüşlər.Polis əməkdaşları gələnə kimi televizorun oğurluq olduğunu bilməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, heç bir yerdə işləmir,dolanışığını xadiməçilik yolu ilə təmin edir.Yaşadığı evdə o, yoldaşı, nəvəsi və oğlu ilə birlikdə qalır. Zərərçəkmiş şəxs tanımamış, Zərərçəkmiş şəxs ilə səbəbdən hər-hansı ədavət və ya düşmənçiliyi olmamışdır.Təqsirləndirilən şəxs onun doğma oğludur,Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan xeyli miqdarda əldə edib, istifadə etdiyi üçün məhkumluğu olmuş, lakın oğurluqla əlaqədar hər-hansı məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs 15 oktyabr 2023-cü il tarixdə saat 07 radələrində yaşadığı ünvan 5 ünvanına gəlmiş, o həmin tarixdə işə getmək üçün evdən çıxmaq istədikdə Elnurun əlində bir ədəd “Yoşiro” markalı televizoru görüb, həmin televizoru haradan tapdığını soruşduqda, Təqsirləndirilən şəxs ona sadəcə televizorun satıldığını bildirmişdir. Ondan sonra o, Elnura heçnə deməmiş və həmin əşyaların oğurluq olmasını bilməmişdir. İş materiallarında olan Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Vüqar Mirzəyev tərəfindən hadisə yerinə keçirilmiş xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, baxış zamanı, hadisə yeri Xaçmaz şəhəri, M.K.Atatürk küçəsindən dəmir yol keçidi istiqamətində yolun sol kənarındakı təkər təmiri sexinin yanında yerləşən Zərərçəkmiş şəxs məxsus kafedir. Kafenin giriş qapısı dəmir məmulatındandır, kafenin həyətində dəmir və taxtadan hörülmə oturacaqlar vardır. Kafe ətrafı üzəri yaşıl rəngli boya ilə rənglənmiş taxta materialı ilə hasara alınmışdır. Kafenin içərisinə divarda quraşdırılan pəncərəni sındırmaq yolu ilə daxil olmuşdurlar. Həmin kafe mühafizə olunmur və ətrafda video-müşahidə kameraları yoxdur. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs əli ilə kafenin içərisində divarda quraşdırılan televizorun və kameranın yerini göstərərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər tərəfindən kafenin içərisindən televizorun və kameranın oğurlandığını bildirmişdir. Baxış saat 09:00 dəqiqədə başlamış və saat 09:30 dəqiqədə başa çatmışdır. Hadisə yerindən heç bir əl-barmaq izi və digər predmet götürülməmişdir. İş materiallarında olan əşyaya baxış keçirilməsi haqqında 22 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yaşayış olmayan otağın qıfılını açaraq oradan «YOŞİRO» yazılan televizoru və ağ rəngli video-müşahidə kamerasını 15 oktyabr 2023-cü il tarixdə Xaçmaz şəhəri, M.K.Atatürk küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus kafedən oğurladığını və onu polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd televizor və kamera maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan əşyanın maddi sübutun tanınması barədə 24 noyabr 2023cü il tarixli qərarından görünür ki,iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli üzərində «YOŞİRO» yazılan televizor və ağ rəngli video-müşahidə kamerası Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və sonuncu tərfindən tanındıqdan sonra, maddi sübut hesab edilmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan 24 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə ona məxsus kafedən oğurlanan bir ədəd «YOŞİRO» markalı işlək vəziyyətdə qara televizoru və bir ədəd «İmou Life» markalı video-müşahidə kamerasını tam təchizatı vəziyyətdə Xaçmaz rayon Polis Şöbəsinin müstəntiqi Nurlan Əliyevdən təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2023-cü il tarixli 9/9060 nömrəli ekspert rəyindən görünür ki, bir ədəd “Yoşiro” markalı, “ PY-65US8821G” model, 165 diaqonallı, istifadəyə yaralı televizorun qiyməti 850 manat və “İmou Life” yazılı videomüşahidə kamerasının qiyməti 80 manat olması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəza Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 11 ay 05 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 25 gün cəza çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Mənzil Komunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli, 34 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 04 fanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 02 il 02 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, həmin cəzanın Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 11 ay 05 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 25 gün cəza çəkməkdən vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus Xaçmaz şəhəri, M.K.Atatürk küçəsində, dəmir yol keçidi istiqamətində yolun sol kənarındakı təkər təmiri sexinin yanında yerləşən kafedən oğurluq etmək qərarına gələrək, bu məqsədlə 15 oktyabr 2023-cü il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs məxsus Xaçmaz şəhəri, M.K.Atatürk küçəsində yerləşən kafenin qarşısına gəlmiş, həmin yerdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan aşıb, kafenin pəncərəsinin şüşəsini sındırıb saxlanc yerinə qanunsuz daxil olmaqla kafenin zalından Zərərçəkmiş şəxs məxsus olan bir ədəd qara rəngli 850 manat dəyərində “ Yoşiro” markalı 165 diaqonallı televizor və bir ədəd 80 manat dəyərində “İmou Life” markalı internet şəbəkəsi ilə istifadə edilən video-müşahidə kamerasını qanunsuz olaraq götürüb apararaq ümumilikdə 930 manat dəyərində ziyan vurmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməllərində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübut olunduğundan onun törətdikləri əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunundan görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi qəsdən az ağır cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi halı cinayətin residivini yaratmadığından həmin məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq barələrində təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri tədbiri dəyişdirilərək “həbs”növündə qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza çəkmələrinin əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan bir ədəd «YOŞİRO» markalı qara televizor və bir ədəd «İmou Life» markalı video-müşahidə kamerasının qəbz əsasında Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 50 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 27 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə maddi sübut olan bir ədəd «YOŞİRO» markalı qara televizor və bir ədəd «İmou Life» markalı video-müşahidə kamerasının qəbz əsasında Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar