Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-79/2025 17.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştirakı ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyənetdi: X1 Yaqub Nəbi oğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs ifadəsində bildirdi ki, o, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs Yaqub Nəsurovla barışmaq istəyir. O, mülki iş üzrə Yaqub Nəsurovun qarşı tərəfinin vəkili olaraq müdafiə etmək onun vəzifəsidir. O, istəyir ki, Yaqub Nəsurov onun barəsində kifayət qədər əsası olmayan şikayətlərlə dövlət orqanlarına şikayət etməsin. O və Yaqub Nəsurov aralarında danışaraq razılığa gəlmişlər və o, xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina edir. Məhkəmə iclasında, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs ifadəsində bildirdi ki, onun xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Şahin Mütəllimovun şərəf və ləyaqətini alçaltmaq niyyəti olmamış və o, bu əməli törətməmiş, o yalnız hüququndan istifadə edərək, həqiqətin müəyyən edilməsi üçün şikayət ərizələri ilə dövlət orqanlarına müraciət etmişdir. Aralarındakı mülki iş üzrə mübahisə hələ də davam edir və o, həmin iş üzrə şikayət edəcəyi təqdirdə həmin şikayətlərində qarşı tərəfin vəkili olaraq Ş.Mütəllimovun adının da qeyd edilməsi qaçılmazdır. Lakin o, şikayətlərini hüquqi müstəvidə edir. O, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin barışıq təklifi ilə, xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina etməsi ilə razıdır. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, şikayəti vermiş şəxs şikayətindən imtina etdiyindən və barəsində şikayət verdiyi şəxslə barışdığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə görə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi və hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə görə, şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Odur ki, xüsusi ittiham qaydasında şikayəti vermiş şəxs şikayətindən imtina etdiyindən və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslə barışdığını bildirdiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-79/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-79/2025
17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver