Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-8/2021 30.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə xx xxxx 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, 2 övladı olan, natamam orta təhsilli, müvəqqəti işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri H.Aslanov küçəsi dalan 3, ev 5-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxxx 1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, müvəqqəti işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 5-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : İbtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 06 oktyabr 2019-cu il tarixdə saat 22 radələrində Xaçmaz şəhəri Heydər Əliyev prospektində satış məqsədi olmadan qanunsuz olaraq, tanışı Şahid1 vasitəsi ilə Təqsirləndirilən şəxs2 60 (altımış) manata əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 0,416 qram çəkidə narkotik vasitə olan heroini üstündə saxlamış, 07 oktyabr 2019-cu il tarixdə saat 12 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Xaçmaz şəhəri H.Aslanov küçəsində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli falqa kağızı bükümündə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 0,453 qram çəkidə narkotik vasitə olan heroin və 1,054 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edib onlardan bir büküm 0,416 qram çəkidə narkotik vasitə olan heroini 06 oktyabr 2019-cu il tarixdə saat 21:30 radələrində Xaçmaz şəhəri H.Əliyev prospektində tanışı Şahid1 vasitəsi ilə Təqsirləndirilən şəxs1 60 manata sataraq qalan hissəsini özündə saxlamış, Təqsirləndirilən şəxs1 30 yanvar 2020-ci il tarixdə saat 18 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçəsinin sol yan cibində üzərinə «vazelin» sözü yazılmış dəmir qutunun içərisində bir ədəd kağız bükümdə 0,037 qram çəkidə narkotik vasitə olan heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram, 0,123 qram, 0,121 qram, 0,120 qram, 0,137 qram, 0,119 qram, 0,116 qram, 0,085 qram və 0,115 qram olmaqla umumilikdə 1,054 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə, yəni, anası Rəhilə, bacısı Elmira və azyaşlı uşaqları ilə birlikdə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Ancaq qeyri rəsmi olaraq icarə əsasında kafe işlətmiş və ya idarə etdiyi avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş ailəsini dolandırmışdır. O, 4 ildir ki, narkotik vasitə olan heroindən istifadə etmiş, lakin, narkotik vasitələrin qanunsuz istifadəsi ilə bağlı əvvəllər məhkumluğu olmamış, nə də ki, narkoloji qeydiyyatda alınmamışdır. O, Şahid1 əvvəllər icarə əsasında işlətdiyi kafedə tanımış və onunla münasibəti yaxşı olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar göstərmişdir ki, 06 oktyabr 2019-cu il tarixdə saat 21 radələrində evdə olmuş və həmin vaxt öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1lə telefon əlaqəsi saxlamışdır. O, Samirə narkotik vasitə olan heroin lazım olduğunu bildirmiş lakin Samir onda narkotik vasitə olmadığını demişdir. Hikmət onun özünə narkotik vasitə vermədiyini dediyindən o, Samirdən xahiş etmişdir ki, Hikmət adlı şəxsdən onun üçün narkotik vasitə alsın. Bir neçə dəqiqə sonra Samir ona zəng etmiş və Hikmətlə danışdığını, narkotik vasitə alıb ona verəcəyini demişdir. O, təxminən saat 21:30 da Samirin yaşadığı, Xaçmaz şəhəri H.Əliyev küçəsinə gedib evlərinin yaxınlığında görüşmüş və Samirə narkotik vasitə almaq üçün 60 manat pul vermişdir. Samir pulu alıb aralanmış və 1-2 dəqiqə keçməmiş gətirib 60 manat müqabilində ona 1 (bir) büküm qara rəngli siqaret falqasından olan bükümdə narkotik vasitə verib sonra çıxıb getmişdir. O, da evinə qayıdıb getmiş və həmin narkotik vasitənin bir qismini istifadə etmişdir. O, 1 qram narkotik vasitə heroini təxminən 2-3 gün ərizində istifadə edir. Səhəri gün təxminən saat 12 radələrində narkotik vasitəni əynində olmuş idman gödəkçəsinin sağ cibinə qoyub evdən çıxmış və bu zaman rayon polis şöbəsinin əməkdaşları yaşadığı küçədə evinin qarşısında ona yaxınlaşmış və onun narkotik vasitənin istifadəsində və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilindiyini deyərək rayon polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Rayon polis şöbəsinə iki nəfər qadın hal şahidi dəvət olunmuş, ona hüquq və vəzifələri izah olunandan sonra üzərinə baxış keçirilmiş və əynində olmuş tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə qara rəngli siqaret falqasına bükülmüş tünd rəngli, kəskin iyili kütləni çıxarmış və istintaqa təqdim etmişdir. Tərtib edilmiş protokolun və üzərindən aşkar olunaraq götürülüb qablaşdırılan zərfin tamlığını imzası ilə təsdiq etmişdir.Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Latın qrafikalı azərbaycan əlifbası ilə sərbəst oxumağı bacarır lakin yazmaqda çətinlik çəkir və ifadəsinin müstəntiq tərəfindən latın qrafikalı azərbaycan əlifbası ilə kompyuter vasitəsi ilə yazılmasına etiraz etməmişdir. Rəsmi olaraq heç yerdə işləməmiş, fərdi qaydada harada iş düşsə işləyib ailəsini dolandırmışdır. O, təxminən 2 ildir ki, narkotik vasitə olan heroindən iynə vurma üsulu ilə istifadə etmişdir. O, əvvəllər narkotik vasitələrin qanunsuz istifadəsi ilə bağlı məhkumluğu olmadığından ona görə narkoloji qeydiyyatda olmamışdır. O, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs1 Xaçmaz şəhər sakini kimi qiyabi olaraq tanımış, aralarında heç bir ədavət və ya qərəzli münasibətləri olmamışdır. Şahid1 da Xaçmaz şəhər sakini kimi tanımışdır. Onunla da aralarında ədavət və düşmənçiliyi olmamışdır. 06 oktyabr 2019-cu il tarixdə saat 21 radələrində Samir, onun istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş və narkotik vasitə lazım olduğunu demişdir. O, Samirə etiraz etməmiş və bir neçə dəqiqə sonra Xaçmaz şəhəri Heydər Əliyev prospektində görüşmələrini demişdir. Sonra da o, Heydər Əliyev prospektində Samirlə görüşmüş və Samir ona 60 (altımış) manat pul verib narkotik vasitə verməyini demişdir. O, üstündəki narkotik vasitədən bir hissəsini ayırmış və 60 manatlıq narkotik vasitəni Samirə vermişdir. Sonra da oradan uzaqlaşıb getmişdir. Səhəri gün Samirgilin tutulmağı ona məlum olmuşdur. Belə ki, Samirin ondan narkotik vasitəni tanışı Aygün adlı şəxs üçün aldığını əvvəlcədən bilməmişdir. Bunu biləndən sonra o, telefon nömrəsini dəyişmiş və Bakı şəhərinə getmişdir. O, bir müddət Bakı şəhərində müxtəlif ünvanlarda qalmışdır. 30 yanvar 2020-ci il tarixdə təxminən saat 18 radələrində evinə getmək üçün Xaçmaz şəhəri N.Nərimanov küçəsi ilə gəlmiş Mərkəzi poçt binasının qarşısından H.Z.Tağıyev küçəsinə tərəf keçəndə mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış və saxlamışlar. Polis əməkdaşları onlarla Xaçmaz RPŞ-nə gəlməyimi təklif etmişlər. O, etiraz etməmiş və Xaçmaz RPŞ-nə getmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında ona hüquq və vəzifələri izah olunmuş və dəvət olunmuş müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Sonra üstünə şəxsi axtarış keçiriləcəyini bildirmiş və üstündə nə varsa təqdim etməyini təklif etmişlər. O, video çəkilişlə əynindəki gödəkçənin sol yan cibindən bir ədəd vazelin qabında saxladığı 09 ədəd bükümdə narkotik vasitə «şüşə» və bir ədəd bükümdə isə narkotik vasitə olan «heroin»i təqdim etmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş lakin başqa heç nə aşkar olunmamışdır. Bu barədə tərtib edilən protokolun və narkotik vasitə qablaşdırılan kağız zərfin tamlığını imzası ilə təsdiq etmişdir. O, istifadə etdiyi narkotik vasitəni müxtəlif vaxtlarda Bakı şəhərində tanımadığı şəxslərdən əldə etdiyini göstərmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o Təqsirləndirilən şəxs1 verməsi üçün və ya özünə alması üçün Şahid1 60 manata narkotik vasitə satmamışdır. O, ibtidai istintaqda müstəntiq tərəfindən komputerdə yazılmış ifadəni oxumadan imza etmiş, lakin müstəntiqin onun adından Şahid1 60 manata narkotik satması sözlərini yazmasından xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən aşkar olunmuş narkotik vasitələr ona məxsus olmuşdur. Həmin narkotik vasitələri özü istifadə etmişdir. Şahid1 dəfələrlə ifadə verməsi üçün məhkəmə istintaqına dəvət olunmasına və barəsində məcburi gətirilmə barədə qərar çıxarılmasına baxmayaraq gəlməmiş və 17 may 2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə teleqramla müraciət edərək bildirmişdir ki, 18.05.2021-ci il tarixli məhkəmə prosesində səhhətimlə əlaqədar olaraq iştirak edə bilməyəcəkdir. Babayeva Aygündən aldığı 45 manat pul müqabilində Hikmət adlı şəxsdən 1 qram narkotik maddə alıb təkrar Aygünə vermişdir. İştirak edə bilməyəcəyinin üzrlü sayılmasını xahiş etmişdir. Həmin teleqram məhkəmə iclasında tərəflərə elan olunmuşdur. 29 iyun 2021-ci il tarixli məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs1 həqiqəti demək istəməsini, Təqsirləndirilən şəxs2 narkotik vasitə alaraq ona verməsi üçün Şahid1 60 manat pul verməsini bildirdi, Təqsirləndirilən şəxs2 də Şahid1 ondan pul ilə narkotik vasitə almasını, lakin həmin narkotik vasitəni almaq üçün 60 manat deyil ona 45 manat pul verməsini dedi. Həmin prosesdə Təqsirləndirilən şəxs1 vəkili iştirak etsə də, Təqsirləndirilən şəxs2 vəkili iştirak etmədiyindən bu nəzərə alınmadı və onlara növbəti prosesdə təkrar ifadə vermələri bildirildi. 30 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında hər iki təqsirləndirilən şəxslərin vəkillərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 icazə alaraq ayağa durub cinayət işi üzrə həqiqəti demək istəməsini, Təqsirləndirilən şəxs2 narkotik vasitə alaraq ona verməsi üçün Şahid1 60 manat pul verməsini bildirdi. Təqsirləndirilən şəxs2 də icazə alaraq ayağa durub həqiqəti demək istəməsini, Şahid1 Təqsirləndirilən şəxs1 verməsi üçün ondan pul ilə narkotik vasitə almasını, lakin həmin narkotik vasitəni almaq üçün ona 60 manat pul deyil, 45 manat pul əskinası verməsini, həmin narkotik vasitəni Şahid1 45 manat pula satmasını və Şahid1 ondan narkotik alıb Təqsirləndirilən şəxs1 satmasına görə 15 manat pul gəliri əldə etməsini, həmçinin narkotik vasitənin üzərindən özünün istifadəsi üçün götürərək qalanını Aygünə verməsini bildirdi. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, ailə üzvləri ilə, yəni, faktiki nikah münasibətlərində olduğu X5 və onun azyaşlı uşağı ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada icarə əsasında kafe işlətməklə ailəsini dolandırır. O, 3 aya yaxındır ki, narkotik vasitə olan heroindən və marixuanadan istifadə etməyə başlamışdır. Lakin, o, narkotik vasitəyə aludəçisi olmamış, narkotik vasitələrin qanunsuz istifadəsi ilə bağlı əvvəllər məhkum olunmamışdır. O, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs1 təxminən bir ildir ki, tanımış və onunla münasibəti yaxşı olmuşdur. Aygünün də narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Xaçmaz şəhər sakini Hikmət adlı şəxsin narkotik vasitə satmasını eşitmiş, lakin ondan özünə narkotik vasitə almamışdır. X10 narkotik vasitə aldığını eşitmişdir. 06 oktyabr 2019cu il tarixdə saat 21 radələrində o, işlətdiyi kafedə olduğu zaman Aygün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə zəng vurmuşdur. Aygün ona demişdir ki, özü üçün narkotik vasitə almaq məqsədi ilə Hikmətlə əlaqə saxlamaq istəmiş, lakin alınmadığını demişdir. O, Aygünə demişdir ki, Hikmətdən heç vaxt narkotik vasitə almamışdır. Aygün təkidlə xahiş etdiyi üçün Hikmətlə danışıb razılaşsa ona bir söz deyəcəyini bildirmişdir. X11 telefon nömrəsini götürmüş, bundan sonra işlədiyi kafedə səs-küy olduğu üçün kafedən çölə çıxmış və Hikmətin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurmuşdur. O, Hikmətlə danışıb razılaşmış və narkotik vasitə olan heroin almaq istədiyini demişdir. Hikmət etiraz etməmiş və 10-15 dəqiqə ərizində gəlib götürə biləcəyini bildirmişdir. O, Hikməti Xaçmaz şəhəri H.Əliyev prospektində yaşadığı evin yaxınlığına dəvət etmiş, sonra Aygünə zəng vurmuş və Hikmətlə görüşəcəyini demiş və onun gəlib pulu Hikmətə verməsini bildirmişdir. Bir neçə dəqiqə sonra, təxminən saat 21:30 radələrində əvvəlcə Hikmət, sonra da Aygün tanımadığı bir maşınla gəlmiş və evinin yanında dayanmışdır. Aygün gəldiyi maşından düşmüş və o, özü də Aygünə yaxınlaşmışdır. Aygünün verdiyi 60 manat pulu alıb Hikmətə vermiş, bir büküm qara siqaret falqasında narkotik vasitə olan heroini almışdır. Hikmət çıxıb gedən kimi həmin bükümü aparıb Aygünə vermişdir. Aygün isə gəldiyi avtomobilə minib çıxıb getmişdir. Səhəri gün, yəni 07 oktyabr 2019-cu il tarixdə, saat 13 radələrində idarə etdiyi avtomobil ilə işlətdiyi kafeyə gedib yaxınlıqdakı avtoyuma yerində avtomobili yumaq üçün təmizləyiciyə verəcəyi üçün maşında olan və bir neçə gün əvvəl işlədiyi kafenin yaxınlığından tapdığı, narkotik vasitə olduğunu bildiyi üçün üstündə saxladığı siqaret kağızı bükümündən olan bir ədəd bükümdəki kütləni götürmüş və əynində olan qara-boz rəng qarışıqları olan, qabağı sepli gödəkçənin sağ cibinə qoymüşdur. O, evdən çıxmış və bu zaman rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı küçədə evinin qarşısında ona yaxınlaşmış, onun narkotik vasitənin istifadəsində və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilindiyini demiş və rayon polis şöbəsinə dəvət etmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis şöbəsində üzərinə baxış keçirilən zaman əynində olan qara-boz rəng qarışıqları olan qabağı sepli gödəkçənin sağ cibindən bir ədəd siqaret folqasına bükülmüş tünd rəngli kəskin iyili kütləni çıxarmış və istintaqa təqdim etmişdir. O, Aygün üçün narkotik vasitəni sadəcə tanıdığı üçün aldığını, heç bir təmənnası olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 bildirdi ki, hazırda Xaçmaz RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması üçün tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid4 və polis leytenantı İsmət Niftəliyevlə birlikdə Təqsirləndirilən şəxs1 07 oktyabr 2019-cu il tarixdə saat 13 radələrində Xaçmaz şəhəri H.Aslanov küçəsində tərəflərindən saxlanılmış və rayon polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində dəvət olunmuş qadın hal şahidlərinin iştirakları ilə ona hüquq və vəzifələri izah olunmuş sonra üzərinə baxış keçiriləcəyi bildirildirmiş, üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər nə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızından olan büküm çıxarmış və təqdim etmişdir. Həmin kağız büküm hal şahidlərinin və iştirakçıların yanında açılmış və onun içərisinə baxış zamanı içərisində narkotik vasitə olan heroinə oxşar qəhvəyi rəngli, toz şəkilli maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üstündə aşkar olunmuş maddənin narkotk vasitə olan heroin olduğunu etiraf etmiş və bildirmişdir ki, həmin narkotik vasitəni 06 oktyabr 2019-cu il tarixdə Xaçmaz şəhərində Samir adlı tanışının vasitəsi ilə Hikmət adlı şəxsdən 60 manata öz istifadəsi üçün almışdır. Bundan əlavə dəvət olunmuş qadın hal şahidləri tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirlmiş, lakin başqa heç nə aşkar edilməmişdir. Müstəntiq polis baş leytenantı Cavid Kərimli tərəfindən tərtib olunmuş protokolun və narkotik vasitə qablaşdırmış zərfin tamlığını imzalarla təsdiq etmişlər. Bundan sonra tərəflərindən əməliyyat tədbirləri davam etdirilmiş və ünvan 3 ünvanda yaşayan Əliyev X8 şəhəri Heydər Əliyev prospektində yaşadığı evin yaxınlığında saxlanılmış və tərəflərindən Xaçmaz RPŞ-nə gətirilmişdir. Rayon Polis Şöbəsinin inzibati binasında dəvət olunmuş hal şahidlərinin yanında ona hüquq və vəzifələri izah olunmuş sonra isə üzərində nə varsa çıxarıb təqdim etməsi təklif olunmuşdur. Şahid1 əynindəki gödəkçənin sağ cibindən bir ədəd siqaret kağızından olan bükümü təqdim etmişdir. Həmin büküm hal şahidlərinin və iştirakçıların yanında açılmış və içərisinə baxış zamanı bükümdə narkotik vasitə olan heroinə oxşar qəhvəyi rəngli, toz şəkilli maddə olması müəyyən edilmişdir. Şahid1 bildirmişdir ki, həmin narkotik vasitəni bir neçə gün əvvəl işlədiyi kafenin qarşısından tapmış, narkotik vasitə olduğunu bildiyi üçün özü istifadə etmək məqsədi ilə üstündə saxlamışdır. Bundan sonra protokol tərtib olunmuş və Şahid1 götürülən narkotik vasitə bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. O, bununla bağlı tərtib edilmiş protokolun düzgünlüyünü və narkotik vasitə qablaşdırılmış zərfin tamlığını imzası ilə təsdiq etmişdir. Bundan sonra Şahid1 üstündə şəxsi axtarış keçirilmiş lakin başqa heç nə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Şahid1 06 oktyabr 2019-cu il tarixdə təxminən 20 radələrində Təqsirləndirilən şəxs1 ilə telefon əlaqəsi saxladığını, Aygünün xahişi ilə təmənnasız olaraq Xaçmaz şəhər sakini kimi tanıdığı Hikmət adlı şəxsdən 60 manat müqabilində bir büküm narkotik vasitə alıb ona verdiyini etiraf etmişdir. Bundan sonra Hikmət adlı şəxsin müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər keçirrmişlər. Həmin şəxsin Xaçmaz şəhəri S.Vurğun küçəsi 40 №-li evdə yaşayan Təqsirləndirilən şəxs2 olması tərəflərindən müəyyən edilmiş, lakin o, həmin-vaxt yaşadığı ünvanda olmamış və buna görə də tapılaraq istintaqa gətirilmsəsi mümkün olmamışdır. Məhkəmədə ifadə vermiş şahid Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid4 Şahid3 ifadəsi ilə analoci ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 Xanbala oğlu bildirdi ki, o, hazırda Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, lakin barəsində daxil olmuş əməliyyat tapşırığı əsasında tərəfilərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməyə başlanmışdır. Sonradan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, saxlaması və satması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat tədbirləri davam etdirilmişdir. 30 yanvar 2020-ci il tarixdə saat 18 radələrində Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilli, polis leytenantı Şahid6 ilə birlikdə Təqsirləndirilən şəxs2 Xaçmaz şəhəri Mərkəzi Poçtun inzibati binasının qarşısında olduğunu müəyyən etmiş və həmin əraziyə getmişlər. Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanılmış və rayon polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində ona narkotik vasitələrin alqı-satqısında şübhəli şəxs qismində saxlanıldığı bildirilərək hüquq və vəzifələri izah olunmuş, sonra isə üzərinə baxış keçiriləcəyi bildirmiş və üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər nə varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd üzərində «vazelin» sözləri yazılmış dəmir qutunu təqdim etmiş və bildirmişdir ki, həmin qutunun içərisində narkotik vasitə var. Həmin qutu açıldıqda içərisində 9 ədəd ayrı-ayrı bükümlərin olduğu müəyyən edilmişdir. Həmin bükümlərə baxılmış və içərisində narkotik vasitə olan heroinə oxşar qəhvəyi rəngli, toz şəkilli maddələr olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümlərdəki maddələrin bir hissəsinin narkotk vasitə olan şüşə, bir bükümünün də heroin olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni bir neçə gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Belə ki, o, əldə etdiyi narkotik vasitənin bir hissəsini satdığını və bunun müqabilində qalan narkotik vasitəni də öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs2 götürülən narkotik vasitə bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Hətta sorğu zamanı Təqsirləndirilən şəxs2 06 oktyabr 2019-cu il tarixdə Xaçmaz şəhərində Samir adlı tanışına da 60 manat müqabilində narkotik vasitə heroin satdığını etiraf etmişdir. Sonradan tərəflərindən bir sıra əməliyyat tədbirləri keçirilmiş lakin Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid6 Şahid5 ifadəsi ilə anoloji ifadə vermişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, hal-hazırda rəsmi olaraq heç yerdə işləmir, lakin fərdi qaydada harada iş düşsə işləyərək ailəsini dolandırır. 07 oktyabr 2019-cu il tarixdə Xaçmaz RPŞ-də olarkən polis əməkdaşları onu inzibati binadakı otaqlardan birinə dəvət etmiş, orada hüquq və vəzifələri ona izah olunmuş və sonradan şəxsiyyəti ona Təqsirləndirilən şəxs1 kimi məlum olan şəxs təqdim olunmuş və narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlandığını bilmişdir. Həmin vaxt ondan başqa əvvəllər də tanıdığı Cəmilə Qocayeva da hal şahidi qismində yanında olmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 hüquq və vəziyfələrini izah edəndən sonra üstünə şəxsi axtarış keçiriləcəyini demiş və üzərində nə varsa çıxarıb təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs1 onların yanında əynindəki idman caketinin cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə olduğunu demişdir. Bundan sonra həmin büküm polis əməkdaşları tərəfindən açılaraq içərisinə baxılanda orada qəhvəyi rəngli maddə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 onun üzərində olan narkotik vasitəni 06 oktyabr 2019-cu il tarixdə Samir adlı tanışının vasitəsi ilə Hikmət adlı şəxsdən 60 manat müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra ondan Təqsirləndirilən şəxs1 üzərinə axtarış aparmasını xahiş etmişlər. O, yanında olan Cəmilə Qocayevanın iştirakı ilə Aygünün üzərinə axtarış keçirsə də başqa heç nə aşkar olumamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş və o, protokolun doğruluğunu və Təqsirləndirilən şəxs1 götürülərək bir ədəd kağız zərfdə qablaşdırılan narkotik vasitə olan zərfin tamlığını imzası ilə təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 analoci məzmunda ifadə verərək Şahid2 bildirdiklərini təsdiq etmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayon Məhkəməsinin 16.09.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə 04 il AME ilə cəzalandırılmış, 16.05.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 11 iyul 1997-ci il 1 №-li qərarının 18-ci bəndində göstərilmişdir ki, bu məddələrin müəyyən edilməsi xüsusi bilik tələb etdiyi üçün onların qanunsuz dövriyyəsi ilə əlaqədar işlərin istintaqı və məhkəmə baxışı zamanı bu və ya digər obyektlərin narkotik vasitələrə, yaxud psixotrop maddələrə aid edilməsi haqqında bioloci və ya kimyəvi ekspertizanın rəyi olmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının 07 oktyabr 2019-cu il tarixli, 25209 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlə» sözləri hal şahidlərinin imzaları Azərbaycan Respublikası DİN-nin zərflər üçün №59 dairəvi möhür əksləri olan bir ədəd zərfin içərisində bir ədəd falqa kağızı bükümündə təmiz çəkisi 0,416 qr olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-nin zərflər üçün №59 möhür əksi və «Şahid1 əynində olan gödəkçəsindən aşkar olunmuş…» əl yazısı olan 01 ədəd bükümdə təmiz çəkisi 0,044 qr maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının 30 yanvar 2020-ci il tarixli, 2603 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «..Vəliyev (imza)…» sözləri olan zərfdəki 9 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qr.., 0,123 qr.., 0,121 qr.., 0,120 qr.., 0,137 qr.., 0,119 qr.., 0,116 qr.., 0,085 qr.., 0,115 qr.., ümumi təmiz çəkisi 1,054 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 0,037 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə – heroindir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloci X4–X12 Ekspert Komissiyasının 05.02.2020-ci il tarixli, 306 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloci X4–X12 Ekspert Komissiyasının 27.02.2020-ci il tarixli, 535 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil İstismar İdarəsindən tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil İstismar İdarəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə, digər Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, digər Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Belə ki, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkətlər başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin öz ixtiyarında saxlanılması ilə əlaqədar olan hər hansı bir qəsdən edilən hərəkətlərin saxlama kimi başa düşülməlidir (məsələn, üstündə, güclü saxlanc yerlərində, binalarda və s.). Satma dedikdə, narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla yayılması başa düşülməlidir (satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc olaraq vermə, başqa şəxsə iynə vurmaq və s.) Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə, təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1nun qadın olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə köməklik göstərməsini, törətdiyi əməli səmimi olaraq etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməlidir. Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 oktyabr 2019-cu il tarixdən 09 oktyabr 2019-cu il tarixədək, 27 dekabr 2019-cu il tarixdən 28 dekabr 2019-cu il tarixədək, 29 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək və 07 sentyabr 2020-ci il tarixdən 11 sentyabr 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 09 (doqquz) gün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1nun cəza çəkmə müddətinin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1nun barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ona təyin edilmiş cəza müddəti başa çatanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 ərazi narkoloci dispanserində qeydiyyata alınmalıdır və Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, cəzasını çəkib qurtardıqdan sonra isə müalicəsini davam etdirmək üçün üzərinə narkomaniyadan məcburi müalicə olunmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə köməklik göstərməsini, törətdiyi əməli səmimi olaraq etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2n barəsində seçilmiş «həbs» qəti imkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 30 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır və Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Şahid1 Təqsirləndirilən şəxs1 üçün narkotik vasitə alması üçün Təqsirləndirilən şəxs1 60 manat pul alması, həmin pulun 45 manatını Təqsirləndirilən şəxs2 verərək ondan narkotik vasitə olan heroin alaraq üzərindən özü üçün götürərək qalanını isə Təqsirləndirilən şəxs1 verməsi, Şahid1 həmin narkotik alışı və satışından 15 manat gəlir əldə etməsi ilə bağlı Şahid1 haqqında xüsusi qərar çıxarılmalı və onun barəsində araşdırma aparılması üçün xüsusi qərar və məhkəmə iclas protokollarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroruna göndərilməlidir. İş üzrə maddi sübut, ayrı-ayrılıqda 03 (üç) ədəd kağız zərflərə qablaşdırılan və Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs1 götürülmüş 0,416 qram çəkidə narkotik vasitə olan heroin, Şahid1 götürülmüş 0,044 qram çəkidə narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs2 götürülmüş 0,964 qram metamfetamin və 0,020 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 251,82 (iki yüz əlli bir manat səksən iki qəpik) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 07 oktyabr 2019-cu il tarixdən 09 oktyabr 2019-cu il tarixədək, 27 dekabr 2019-cu il tarixdən 28 dekabr 2019-cu il tarixədək, 29 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək və 07 sentyabr 2020-ci il tarixdən 11 sentyabr 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 09 (doqquz) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti cəza 08 (səkkiz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, cəzaçəkmə müddəti bitdikdən sonra üzərinə narkomaniyadan məcburi müalicəsini davam etdirməsi üçün vəzifələr qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddəti bitdikdən sonra narkomaniyadan məcburi müalicəsini davam etdirməsinə nəzarət Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 30 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Şahid1 haqqında xüsusi qərar çıxarılsın və onun barəsində araşdırma aparılması üçün xüsusi qərar və məhkəmə iclas protokollarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroruna göndərilsin. İş üzrə maddi sübut, ayrı-ayrılıqda 03 (üç) ədəd kağız zərflərə qablaşdırılan və Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs1 götürülmüş 0,416 qram çəkidə narkotik vasitə olan heroin, Şahid1 götürülmüş 0,044 qram çəkidə narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs2 götürülmüş 0,964 qram metamfetamin və 0,020 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 251,82 (iki yüz əlli bir manat səksən iki qəpik) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən, elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə məhkumlar apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-8/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-8/2021
30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver