Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-8/2022 22.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X5 iştirakları ilə, 23 avqust 1958-ci ildə Dəvəçi rayonu, Dağbilici kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Xaçmaz şəhəri, Müşküri küçəsi, ev 23-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdə saat 11 radələrində işıqlı və quru hava şəraitində Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin balansında olan «MTZ-80 XL» markalı AZ 27K293 qeydiyyat nişanlı qoşqulu traktoru Xaçmaz şəhəri, Bakı prospektində yerləşən "xxxx" ASC-nin Xaçmaz regional idarəsinin inzibati binasının yaxınlığında yolun sağ hərəkət zolağında saxlamış və həmin idarədə fəhlə işləyən X4 yolun kənarına yığılmış məişət tullantılarını traktorun qoşqusunun yük yerinə atdıqdan sonra o, traktoru hərəkətə gətirməklə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlamazdan əvvəl manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riyayət etməyib yol hərəkəti qaydalarını pozaraq traktorun qoşqusunun ön sağ tin hissəsi ilə Böyükağa Nəzərovu vurmuş, nəticədə ehtiyatsızlıqdan Böyükağa Nəzərov yıxılaraq qoşqunun ön sağ təkəri altında qalıb sağ ağ ciyər paylarının zədələnməsi ilə sağ tərəf İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların sınıqları, sağ incik sümüyünün sınığı, alın nahiyəsinin sıyrığı, döş qəfəsi nahiyəsinin qançırı, sağ diz oynağı nahiyəsinin əzilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq posttravmatik pnevmoniyadan 28 fevral 2021-ci il tarixdə Xaçmaz RMX-da ölmüş, bununla da o, digər mexaniki nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, arvadı Təranə, oğlu Əflatun, gəlini Xəyalə və üç azyaşlı nəvəsi ilə birlikdə Xaçmaz şəhəri, Müşküri küçəsi, ev 23-də yaşayır. O, 2016-cı ildə Xaçmaz rayon İcra Hakimiyyətinin Xaçmaz Yaşıllaşdırma idarəsində sürücü işinə qəbul olunmuş, 2020-ci ildə işlədiyi idarənin adı dəyişdirilərək Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı idarəsi adlandırılmış, 15 yanvar 2020-ci il tarixdə isə idarə rəisi tərəfindən onunla yenidən əmək müqaviləsi bağlanmışdır. Təxminən 5 il olarkı o, keçmiş Xaçmaz Yaşıllaşdırma idarəsinin, indi ki. Mənzil Kommunal Təsərrüfatı idarəsinin balansında olan MTZ-82.1 markalı AZ 27K293 qeydiyyat nişanlı traktoru idarə edir. Həmin nəqliyyat vasitəsini idarə etmək üçün onun SV seriyalı 005022 nömrəli traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi var. O, həftənin altı günü səhər saat 06 radələrindən saat 17 radələrinədək, həftənin bazar günü isə saat 07 radələrindən 14 radələrinə kimi işləyir. İşdən sonra isə o, traktoru aparıb yaşadığı evin qarşısında saxlayır. İşə qəbul olunduğu gündən bu günədək o, idarə etdiyi traktorla Xaçmaz şəhəri, Bakı prospektində yolun kənarına yığılmış məişət tullantılarını yığır. O, əsasən traktoru aşağı sürətlə yolun kənarı ilə hərəkət etdirmiş, briqadir Hacıbaba tərəfindən göndərilmiş fəhlə isə süpürgəçilər tərəfindən yolun kənarına koma halda yığılmış məişət tullantılarını idarə etdiyi traktorun qoşqusuna yükləmiş, sonra isə o, traktorun qoşqusuna yığılmış məişət tullantılarını aparıb Xaçmaz-Niyazabad kənd yolunun kənarında olan məişət tullantılarının yığılması üçün nəzərdə tutulmuş yerə boşaltmışdır. Əvvəllər onunla Alim, Məhəmməd və Vahid adlı şəxslər işləmişlər. Mənzil Kommunal Təsərrüfatı idarəsində işləmiş Böyükağa Nəzərov isə araba ilə Bakı prospektində yolun kənarı ilə gəzib məişət tullantılarını arabaya yığaraq böyük koma şəklində toplamış, bundan sonra onlar gəlib onun yığdığı məişət tullantılarını traktorun qoşqusuna yükləyib aparmışlar. Həmişə olduğu kimi, 14 fevral 2021-ci il tarixdə təxminən saat 06:30 radələrində o, özünə məxsus MTZ-80XL markalı AZ 27K293 qeydiyyat nişanlı traktoru idarə edərək Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığına gəlib Məhəmmədlə görüşmüşdür. Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığında yolun kənarına yığılmış məişət tullantılarını Məhəmməd traktorun qoşqusuna yüklədikdən sonra onlar Könə avtovağzala gəlmişlər və Məhəmməd oradakı məişət tullantılarımda traktorun qoşqusuna yığdıqdan sonra ona demişdir ki, gedən yeri var. Hacıbabadan icazə almışdır. Bundan sonra Məhəmməd ondan ayrılıb getmiş, o, özü isə Hacıbabaya zəng vurub demişdir ki. Məhəmməd getdi, məişət tullantılarını yığmaq üçün ona fəhlə versin. Hacıbabada ona demişdir ki, başqa fəhlə yoxdur, qalan işi Böyükağa ilə davam etdirsin. O, ona Böyükağanın şikəst olunduğunu, işləyə bilmədiyini dedikdə Hacıbaba başqa fəhləsi olmadığını bildirmiş, o. Köhnə avtovağzal ərazisində dayanıb gözləmiş və təxminən 10-15 dəqiqə keçdikdən sonra Böyükağa onun yanma gəlmişdir. Bundan sonra o, traktoru hərəkətə gətirib təxminən saatda 5 km sürətlə idarə edərək Bakı prospekti ilə Xudat şəhəri istiqamətində getmiş, Böyükağada traktorun qoşqusunun sağ yan tərəfi ilə gələrək yolun kənarına koma halda yığılmış məişət tullantılarını traktorun qoşqusuna yükləmişdir. Böyükağanın sağ ayağı axsadığı üçün o, məişət tullantılarının yığıldığı yerdə traktoru saxlamışdır ki, Böyükağa rahat şəkildə məişət tullantılarını traktorun qoşqusuna yığsın. Onlar əvvəlcə Bakı prospekti ilə Xudat şəhəri istiqamətində gedib Qudyalçayadək yolun sağ kənarına yığılmış məişət tullantılarını yığmışlar, sonra isə geri qayıdıb Bakı şəhəri istiqamətində götürdük yolun sağ kənarına yığılmış məişət tullantılarını yığa-yığa gəlmişlər. Bakı prospektində yolun sağ kənarında yerləşən "xxxx" ASC-nin Xaçmaz regional idarəsinin inzibati binasını keçib traktoru saxlasa da, mühərrki söndürməmiş və Böyükağa gəlib həmin yerdə olan məişət tullantılarını traktorun qoşqusuna yükləmişdir. O, bir qədər aralıda olan işıqforun yaxınlığına məişət tullantıları yığıldığını görüb Böyükağaya demişdir ki, «sən səki ilə gəl, işıqforun yaxınlığında traktoru saxlayacam, ora yığılmış məişət tullantılarında qoşquya yükləyərsən». Böyükağanın səki ilə gələcəyini fikirləşmiş və traktoru hərəkətə gətirib gedərkən arxaya baxanda görmüşdür ki, Böyükağa yolun kənarında üzü "xxxx" ASC-nin Xaçmaz regional idarəsinin inzibati binası istiqamətində dayanıb. Traktorun qoşqusu traktora nisbətən enli olduğu üçün qoşqunun Böyükağaya dəyəcəyini hiss edib əyləci basaraq traktoru saxlamağa çalışmış, həmin anda qoşqunun ön sağ tərəfi Böyükağanın sağ çiyninə dəymiş və o, yerə yıxılmışdır. O, traktoru saxlayıb yerə düşəndə görmüşdür ki, Böyükağa baş nahiyəsi Bakı şəhəri istiqamətində olmaqla qoşqunun iki təkəri arasında qoşquya paralel yerdə uzanıb. O, tez yaxınlaşıb Böyükağanın başını qaldırıb adını çəkərək özünü necə hiss etdiyini soruşmuş, Böyükağa gözlərini açıbbağlasa da, danışa bilməmişdir. O, Böyükağanın özünü yaxşı hiss etmədiyini başa düşmüş və tez təcili-tibbi yardıma zəng vururub hadisə barədə məlumat vermişdir. Sonra olduqları yerə tanımadığı adamlar gəlmişlər və onlar Böyükağanı yolun kənarından götürüb səkinin üstünə uzatmışlar. Bir qədər keçdikdən sonra təcili-tibbi yardım avtomobili gəlib Böyükağanı Xaçmaz RMX-na aparmış, o, özü isə hadisə yerində dayanıb gözləmişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Sonrakı günlərdə Böyükağa Xaçmaz RMX-da müalicəsini davam etdirmiş, 28 fevral 2021-ci il tarixdə isə o, Böyükağanın xəstəxanada öldüyünü eşitmişdir. Məhkəmə istintaqında iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, oğlu Seymurla birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsi. Yataqxana, ev 68B-də yaşayır. Təxminən bir il olar ki, Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı idarəsində süpürgəçi işləyir. 10 fevral 1972-ci il təvəllüdlü X4 onun əri idi. O, təxminən 27-28 il əvvəl Böyükağa ilə evlənmişdir. Böyükağa ilə olan nigahından Seymur və Teymur adlı oğlanları var. Seymur onunla bir evdə qalır, Teymur isə hal-hazırda cəzaçəkmə müəssisəsindədir. Böyükağa özüdə Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı idarəsində fəhlə işləmişdir. Böyükağa hər gün səhər saat 05 radələrində evdən çıxıb işə getmiş, axşam saat 18-19 radələrində isə qayıdıb evə gəlmişdir. Həmişə olduğu kimi, 14 fevral 2021-ci il tarixdə təxminən saat 05 radələrində Böyükağa işə gedəcəyini deyərək evdən çıxıb getmişdir. Təxminən saat 11 radələrində mobil telefonuna zəng gəlmiş və o, telefona cavab verəndə görmüşdür ki, zəng vuran qardaşı Elxandır. Elxan ondan harada olduğunu soruşmuş, o, ona evdə olduğunu bildirdikdə demişdir ki, «sən xəstəxanaya getməmisən, Böyükağanı avtomobil vurub». O, tez evdən çıxıb Xaçmaz RMX-na getmiş və görmüşdür ki. Böyükağa xəstəxanadadır. Həmin vaxt Böyükağa komada olduğu üçün o, ondan heç nə soruşa bilməmiş və maraqlananda bilmişdir ki. Xaçmaz şəhəri, Bakı prospektində Böyükağanı Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı idarəsində sürücü işləyən Təqsirləndirilən şəxs idarə etdiyi traktorla vurmuşdur. Həmin gün axşam saatlarında Böyükağa bir qədər özünə gəlmiş və o, ondan hadisənin necə baş verdiyini soruşduqda demişdir ki, yolun kənarında olan məişət tullantılarını yığarkən arxadan onu nəsə vurub yerə çırpmışdır, sonra huşunu itirdiyi üçün heç nəyi xatırlamır. Sonrakı günlərdə Böyükağa xəstəxanada qalıb müalicəsini davam etdirmiş və o, bilmişdir ki, hadisənin baş verdiyi gün Böyükağa Bakı prospektində yolun kənarına toplanmış məişət tullantılarını Əhmədin idarə etdiyi traktorun qoşqusuna yığarkən Əhıuət traktoru hərəkətə gətirib qoşqu ilə Böyükağanı vurmuşdur. 28 fevral 2021-ci il tarixdə Böyükağa yol-nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərindən Xaçmaz RMX-da ölmüş və həmin gün Böyükağanın meyiti tibbi ekspertizadan keçirildikdən sonra onlara təhvil verlilmiş, onlarda onun meyitini aparıb Şabran rayonu. Söhbətli kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Padar kəndində yaşayır. O, 2015-ci ildən 2019-cu ilin dekabr ayının axııiarınadək Xaçmaz şəhər parklar və işıqlandırma idarəsində sürücü işləmiş, 07 yanvar 2020-ci il tarixdən isə o. Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı idarəsində təmizlik sahəsi üzrə mühəndis vəzifəsində işləyir. Onun vəzifəsi idarənin texnikalarının təmirinə və ərazinin təmizlənməsinə nəzarət etməkdən ibarətdir. O, Böyükağa Nəzərovu təxminən 9 il olarkı tanımışdır. Əvvəllər işlədiyi idarə Xaçmaz Yaşıllaşdırma idarəsi adlanmış. Böyükağada Yaşıllaşdırma idarəsində fəhlə işləmişdir. Təqsirləndirilən şəxs isə 2020-ci ilin yanvar ayından tanıyır. Əhməd Mənzil Kommunal Təsərrüfatı idarəsinin balansında olan MTZ-80XL markalı AZ 27K293 qeydiyyat nişanlı traktoru idarə edir. Mənzil Kommunal Təsərrüfatı idarəsində işləyən fəhlələr həftənin altı günü səhər saat 08 radələrindən saat 17 radələrinədək, həftənin bazar günü isə saat 08 radələrindən 12 radalərinə kimi işləyirlər. Fəhlələrin Xaçmaz şəhərində hansı küçədə təmizlik işləri aparmaları idarənin nəzarətçisi Hacıbaba tərəfindən tənzimlənir. Hər gün fəhlələr idarəyə gəlmədən təmizlik işləri apardıqları yerlərə gedirlər. Hacıbaba da gedib onların işlərinə nəzarət edir. Məişət tullantılarının yığılmasında istifadə olunan nəqliyyat vasitələrinin sürücülərinin bəzilərinin yanında bir, bəzilərinin yanında isə iki fəhlə olur. Sürücülər onlar üçün ayrılmış ərazidə nəqliyyat vasitəsini asta sürətlə hərəkət etdirirlər, fəhlələr isə koma halda yolun kənarına yığılmış məişət tullantılarını nəqliyyat vasitələrin yük yerinə yığırlar. Əhməddə idarə etdiyi traktorla Xaçmaz şəhəri. Bakı prospektində onun üçün ayrılmış hissədə yolun kənarına yığılmış məişət tulantılarını yığır. Əhməd əsasən Alim və Məhəmməd adlı fəhlələrlə işləmişdir. 2021-ci ilin fevral ayında Alim məzuniyyətə buraxılmış, bu səbəbdən də Əhəmdlə Məhəmməd və Vahid adlı fəhlələr işləmişlər. Həmin ərəfədə Böyükağa Nəzərovda araba ilə Bakı prospektində yolun kənarı ilə gəzib məişət tullantılarını arabaya yığaraq böyük koma şəklində toplamış, bundan sonra onun yığdığı məişət tullantıları traktorun qoşqusuna yüklənib aparılmışdır. 14 fevral 2021-ci il tarixdə təxminən saat 11 radələrinda Mənzil Kommunal Təsərrüfatı idarəsinin inzibati binasının qarşısında olduğu zaman idarədə sürücü işləyən Əhməd ona zəng vurub demişdir ki, "xxxx" ASC-nin Xaçmaz regional idarəsinin inzibati binasının qarşısındadır, Böyükağa yıxılıb. Hacıbabaya desin ona fəhlə versin. O, bu barədə Hacıbabaya bildirmiş və onlar birlikdə onun idarə etdiyi «Qaz-3110» markalı avtomobilə əyləşib Xaçmaz şəhəri, Bakı prospektinə gələndə görmüşlər ki. "xxxx" ASC-nin Xaçmaz regional idarəsinin inzibati binasının qarşısında Əhmədin idarə etdiyi traktor, onun yaxınlığında isə təcili-tibbi yardım avtomobili dayanıb. O, gəlib Əhmədin idarə etdiyi traktorun yaxınlığında avtomobili saxlamış və yerə düşəndə görmüşdür ki. təcili-tibbi yardım avtomobili ilə gələn tibb işçiləri Böyükağanı xərəklə götürüb təcili- tibbi yardım avtomobilinə qoyurlar. Həmin vaxt Əhməd özüdə orada olmuş, traktorun arxasında olan qoşqu isə məişət tullantıları ilə dolu olmuşdur. Təcili-tibbi yardım avtomobili Böyükağanı xəstəxanaya apardıqdan sonra Hacıbaba Əhməddən nə baş verdiyini soruşduqda sonuncu demişdir ki, özü traktoru asta sürətlə idarə edib getmiş, Böyükağada traktorun sağ yan tərəfi ilə gəlmiş, birdən Böyükağanın ayağı səkiyə ilişib yerə yıxılmışdır. Onlar Əhmədə inanmışlar və Böyükağanın vəziyyəti ilə maraqlanmaq üçün qayıdıb Xaçmaz RMX-na gəlmişlər. Xəstəxanada Böyükağanın arvadı Gülnarə ilə görüşüb söhbət edərkən sonuncu onlara demişdir ki, həkimlərin deməsinə görə Böyükağanın sağ qolu və qabırğaları sınmışdır. Böyükağanın sağ qolu və qabırğalarının sındığını bildikdən sonra başa düşmüşlər ki, Böyükağa yıxılmamışdır. Çünki yıxılma nəticəsində sağ tərəfdə olan bütün qabırğaların sınması mümkün deyildir. Sonrakı günlərdə o, xəstəxanya gəlsədə Böyükağanı görə bilməmiş, ancaq həkim tərəfindən yazılmış resept əsasında müəyyən dərmanları alıb Böyükağanın arvadı Gülnarəyə vermişdir. Böyükağa xəstəxanada müalicə olunarkən arvadı Gülnarə onun yanında qalmışdır. 28 fevral 2021-ci il tarixdə Gülnarə ona zəng vurub Böyükağanın öldüyünü bildirmiş, o, da bu barədə Mənzil Kommunal Təsərrüfatı İdarənin rəisi Kamil müəllimə məlumat vermişdir. Bir həftəyə yaxın vaxt keçdikdən sonra idarədə Əhmədlə görüşərkən sonuncu ona demişdir ki, Xaçmaz rayon prokurorluğunda ifadə verərkən traktorun qoşqusunun təkərinin Böyükağanın üstündən keçdiyini göstərmişdir. O, da Əhmədə demişdir ki, traktorun qoşqusunun 2,5 ton çəkisi var, hadisə zamanı qoşquda 3 tona yaxın məişət tullantısı olmuşdur, qoşqunun təkəri Böyükağanın üstündən keçsəydi o, dərhal ölərdi. O, Əhmədin yalan danışdığını başa düşüb ona başqa heç bir söz deməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Mehrəli-qışlaq kəndində yaşayır. O. 2005-ci ildən 2012-ci ilədək Xaçmaz şəhər parklar və işıqlandırma idarəsinin nəzdində olan "xxxx" MMC-nin müdiri vəzifəsində işləmiş, 2012-ci ildə işlədiyi idarənin adı dəyişdirilərək Xaçmaz Yaşıllaşdırma idarəsi adlandırılmış və o, həmin idarədə nəzarətçi işləmişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində işlədiyi idarənin adı bir daha dəyişdirilərək Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı idarəsi adlandırılmış və idarə rəisi tərəfindən onunla yenidən əmək müqaviləsi bağlanmışdır. Həmin vaxtdan bu günədək o, Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı idarəsində nəzarətçi işləyir. Onun vəzifəsi küçələri gəzib işçilərin gördüyü təmizlik işlərinə nəzarət etməkdən ibarətdir. O, Böyükağa Nəzərovu təxminən 10 il olarkı tanımış, sonuncu onunla Xaçmaz Yaşıllaşdırma idarəsində də fəhlə işləmişdir. Əhməd Rəhmaııovu isə təxminən 4-5 il olarkı tanıyır. Əhməd Mənzil Kommunal Təsərrüfatı idarəsinin balansında olan MTZ-80XL markalı AZ 27K293 qeydiyyat nişanlı traktoru idarə edir. Mənzil Kommunal Təsərrüfatı idarəsində işləyən fəhlələr həftənin altı günü səhər saat 08 radələrindən saat 17 radələrinədək, həftənin bazar günü isə saat 08 radələrindən saat 12 radələrinə kimi işləmişlər. Hər gün fəhlələr idarəyə gəlmədən təmizlik işləri apardıqları yerlərə getmişlər, o, da gəzib onların işlərinə nəzarət etmişdir. Məişət tullantılarının yığılmasında istifadə olunan nəqliyyat vasitələrinin sürücülərinin bəzilərinin yanında bir, bəzilərinin yanında isa iki fəhlə olmuş, sürücülər onlar üçün ayrılmış ərazidə nəqliyyat vasitəsini asta sürətlə hərəkət etdirmişlər, fəhlələr isə koma halda yolun kənarına yığılmış məişət tullantılarını nəqliyyat vasitələrinin yük yerinə yığmışlar. Əhməddə idarə etdiyi traktorla Xaçmaz şəhəri, Bakı prospektində onun üçün ayrılmış hissədə yolun kənarına yığılmış məişət tulantılarım yığmışdır. Əhməd əsasən Alim və Məhəmməd adlı fəhlələrlə işləmişdir. 2021-ci ilin fevral ayında Alim məzuniyyətə buraxılmış, bu səbəbdən də Əhəmdlə Məhəmməd və Vahid adlı fəhlələr işləmişlər. Həmin ərəfədə Böyükağa Nəzərovda araba ilə Bakı prospektində yolun kənarı ilə gəzib məişət tullantılarını arabaya yığaraq böyük koma şəklində toplamış, bundan sonra onun yığdığı məişət tullantıları traktorun qoşqusuna yüklənib aparılmışdır. 14 fevral 2021-ci il tarixdə təxminən saat 09-10 radələrində Məhəmməd ona zəng vurub demişdir ki, işi vardır, getmək istəyir, getməsi üçün ona icazə versin. O, da Məhəmmədə demişdir ki. bu gün bazar günüdür, özü bilər, işləmək istəmirsə getsin. Çünki bazar günləri fəhlələr özləri könüllü işə gəlmişlər və buna görə onlara əlavə əmək haqqı verilmişdir. Sonra Əhməd ona zəng vurub Məhəmmədin getdiyini, işləməsi üçün fəhlə olmadığını bildirmiş, o, da ona demişdir ki. bazar günüdür, başqa fəhlə yoxdur, özü kiminlə istəyirsə işləsin. Həmin gün təxminən saat 11 radələrində Mənzil Kommunal Təsərrüfatı idarəsinin inzibati binasının qarşısında olduğu zaman idarədə mühəndis işləyən Mais ona demişdir ki. Əhməd zəng vurub onu Xaçmaz şəhəri, Bakı prospektinə çağırmışdır. Maisin sözündən sonra onlar Maisin idarə etdiyi «Qaz-3110» markalı avtomobilə əyləşib Xaçmaz şəhəri, Bakı prospektinə gələndə görmüşdür ki, "xxxx" ASC-nin Xaçmaz regional idarəsinin inzibati binasının qarşısında Əhmədin idarə etdiyi traktor, onun yaxınlığında isə təcili-tibbi yardım avtomobili dayanıb. Mais gəlib Əhmədin idarə etdiyi traktorun yaxınlığında avtomobili saxlamış və o, yerə düşəndə görmüşdür ki, təcili-tibbi yardım avtomobili ilə gələn tibb işçiləri Böyükağanı xərəklə götürüb təcili-tibbi yardım avtomobilinə qoyurlar. Həmin vaxt Əhməd özüdə orada olmuş, traktorun arxasında olan qoşqu isə məişət tullantıları ilə dolu olmuşdur. Təcili-tibbi yardım avtomobili Böyükağanı xəstəxanaya apardıqdan sonra o, Əhməddən nə baş verdiyini soruşduqda demişdir ki, özü traktoru asta sürətlə idarə edib gedərkən yan tərəfdən gələn avtomobil ona yaxın hərəkət etdiyinə görə o, traktoru bir qədər sağa hərəkət etdirmiş və həmin anda traktorun qoşqusu Böyükağaya dəyərək yerə yıxmışdır. Əhməddən Böyükağanın qoşqunun təkəri altında qalıb-qalmadığını soruşduqda isə demişdir ki, Böyükağa təkərin altında qalmamışdır. O, Əhmədə inanmış və Böyükağanın vəziyyəti ilə maraqlanmaq üçün Maislə birlikdə qayıdıb Xaçmaz RMX-na gəlmişdir. Xəstəxanada Böyükağanın arvadı Gülnarə ilə görüşüb söhbət edərkən sonuncu onlara demişdir ki. həkimlərin deməsinə görə Böyükağanın sağ qolu və qabırğaları sınmışdır. Sonrakı günlərdə o, xəstəxanya gəlsədə Böyükağanı görə bilməmiş, ancaq aradabir yemək gətirib Böyükağanın arvadı Gülnarəyə vermişdir. Böyükağa xəstəxanada müalicə olunarkən arvadı Gülnarə onun yanında qalmışdır. 28 fevral 2021-ci il tarixdə Mais ona zəng vurub Böyükağanın öldüyünü bildirmiş və o. Xaçmaz RMX-na gəlmişdir. Həmin gün Böyükağanın meyiti ailəsinə təhvil verilmiş və onlar onu aparıb Şabran rayonu. Söhbətli kənd qəbirstanlığında dəfn etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, 2020-ci ilin yanvar ayından Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı idarəsində sahə rəisi vəzifəsində işləyir. Vəzifəsi təmizlik sahəsinə nəzarət etməkdən ibarətdir. 14 fevral 2021-ci il tarixdə, saat 11 radələrində işdə olan zaman mühəndis Şahid2 ona zəng edərək fəhlə Böyükağa Nəzərovun iş vaxtı yıxılaraq xəsarət aldığını deyib onu hadisə olan yerə, yəni Xaçmaz şəhəri. Bakı prospektində yerləşən "xxxx" ASCnin Xaçmaz idarəsinin qarşısına çağırmış, bundan sonra o, idarə rəisi Şahid4 bu barədə məlumat verərək onunla birlikdə hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda Böyükağa Nəzərov orada olmamış, onunla birlikdə işləyən sürücü Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduqda. Əhməd ona demişdir ki, Böyükağa Nəzərov səki ilə qoşqunun arasına yıxılaraq xəsarət almışdır, təcili tibbi yardım xidməti oraya gələrək Böyükağa Nəzərovu xəstəxanaya aparmışdır. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid4 Ələmdar oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yanvar ayından Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı idarəsinin rəisi vəzifəsində işləyir. Həmin idarənin işi Xaçmaz şəhəri üzrə təmizlik işlərinin görülməsindən ibarətdir. 14 fevral 2021-ci il tarixdə, saat 11 radələrində xidməti ərazidə olan zaman idarənin fəhləsi Böyükağa Nəzərovun yerə yıxılaraq xəsarət alması barədə ona məlumat verilmişdir. İdarənin təmizlik sahəsinin rəisi Şahid3 ilə birlikdə hadisə olan yerə, yəni Xaçmaz şəhəri. Bakı prospektində yerləşən "xxxx" ASC-nin Xaçmaz idarəsinin qarşısına getmişdir. Ora çatdıqda Böyükağa Nəzərov orada olmamış, onunla birlikdə işləyən sürücü Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduqda, Əhməd ona demişdir ki, Böyükağa Nəzərov səki ilə qoşqunun arasına yıxılaraq xəsarət almışdır və təcili tibbi yardım xidməti oraya gələrək Böyükağa Nəzərovu xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs ona Böyükağa Nəzərovun yalnız səki ilə traktorun qoşqusunun arasına yıxıldığını demiş, lakin traktorun altına yıxılmağını deməmişdir. Hadisədən iki gündən sonra xəstəxanada Böyükağa Nəzərova baş çəkmiş, ondan hadisənin nə cür baş verməsi barədə soruşduqda. Böyükağa “bilmirəm, eləcə yıxıldım” demişdir. Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsi üç- sahədən ibarətdir, yaşıllaşdırma, təmizlik və mənzil istismar sahəsi. Hər bir sahə üzrə sahə rəsiləri öz tabeçiliyində olan işçilərin təhlükəsizliyinə, davamiyyətinə və nizam intizamına nəzarət edirlər. Sahə rəisləri rəsmi və şifahi olaraq işçiləri mütəmadi olaraq təhlükəsizlik qaydaları barədə təlimatlandırıb bununla əlaqədar təlimat jurnalında onlara qol çəkdirirlər, həmin qaydalar sahə rəisləri tərəfindən tərtib edilmiş “Təhlükəsizlik kitab’Marında göstərilmişdir. Böyükağa Nəzərovun iş günləri onun əmək müqaviləsində qeyd olunmuşdur, bundan başqa əmək müqaviləsinə əsasən əmək haqqı vaxtamuzd hesablandığından işçilər iş qrafikindən kənar da əlavə gördükləri işə görə onun əmrinə əsasən əlavə əmək haqqı ala bilərlər. Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsinin balansında məişət tullantılarının yığılması üçiin nəzərdə tutulmuş ümumi nəqliyyat vasitələri 3 ədəd traktor, 1 ədəd “Kamaz" markalı yük maşını. 1 ədəd “Zoomlyon” markalı yük maşını, 2 ədəd “Jag" markalı xüsusi təyinatlı texnika və 1 ədəd “Maz” markalı xüsusi təyinatlı texnikadan ibarətdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Xaçmaz rayon şöbəsinin 24 fevral 2021-ci il tarixli 103 nömrəli ekspert rəyindən görünür ki, 1972-ci il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı onun üzərində aşkar edilmiş xəsarətlər- travmatik şokla müşayiət olunmuş sağdan İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların və sağ incik sümüyünün sınıqları, alın nahiyəsinin sağdan sıyrılmış yarası, sağ diz oynağının əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə qərarda qeyd olunduğu kimi 14.02.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Xaçmaz rayon şöbəsinin 28 fevral 2021-ci il tarixli 09 nömrəli ekspert rəyindən görünür ki, 1972-ci il təvəllüdlü X1 meyitinin məhkəmə-tibbi müayinəsinə əsaslanaraq aşağıdakı nəticəyə gəlinmişdir.
1. .B.T.Nəzərovun meyitinin müayinəsi zamanı aşağıdakı xəsarətlər-sağ ağ ciyər paylarının zədələnməsi ilə sağ tərəf İİ,İİİ,İV,V.Vİ,Vİİ,Vİİİ qabırğaların sınıqları, sağ incik sümüyünün sınığı, alın nahiyəsinin sıyrığı, döş qəfəsi nahiyəsinin qançırı, sağ diz oynağı nahiyəsinin əzilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sağ ağ ciyər paylarının zədələnməsi ilə sağ tərəf İİ,İİİ,İV,V.Vİ.Vİİ,Vİİİ qabırğaların sınıqları ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sağ incik sümüyünün sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığı az ağır zərər vurmaya aiddir, sağ diz oynağının əzilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir.
2. Göstərilən xəsarətlər həyatı olub, qərarda qeyd olunduğu kimi 14.02.2021 -ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi.
3. B.T.Nəzərovun ölümünə səbəb posttravmatik pnevmoniya olmuşdur. Ölümün baş vermə müddəti xəstəlik tarixində 28.02.2021 -ci il saat 05:10 qeyd olunmuşdur.
4. B.T.Nəzərovun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2021 -ci il tarixli 8/946 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən MTZ-80XL markalı 27K293 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42ci maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan hadisənin baş verdiyi yer Xaçmaz şəhəri, Bakı prospektidir. Hadisə yerinin baxışı şərti olaraq Bakı şəhəri istiqamətində aparılmışdır. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt-beton örtüklü, quru, hamar, çala-çuxursuz olmaqla nəqliyyat vasitələrinin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur. Həmin yerdə yolun hərəkət hissəsinin eni 12 metrdir. Yolun sağ kənarında "xxxx" ASC-nin Xaçmaz regional idarəsinin inzibati binası yerləşir. Hadisə ərəfəsində MTZ-80XL markalı 27K293 dövlət qeydiyyat nişanlı traktor Xaçmaz şəhəri, Bakı prospekti ilə hərəkətdə olarkən qoşqusu ilə piyada X3 vurmuşdur. Traktorun qoşqusu məişət tullantıları ilə dolu olmuşdur. Hadisənin baş verdiyi yer yaşayış məntəqəsidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RİHB-nm Xaçmaz şəhər İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, orta təhsillidir, evlidir. Xaçmaz şəhəri, Müşküri küçəsi, ev 23-də qeydiyyatdadır və yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs mərhum Böyükağa Nəzərovun qəbirdaşını düzəltmək üçün ona 2000 manat pul ödəmiş və bununla bağlı onun təqsirləndirilən şəxsdən heç bir şikayəti yoxdur, gələcəkdə hər hansı bir tələbi olmayacaq. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, 14 fevral 2021-ci il tarixdə saat 11 radələrində işıqlı və quru hava şəraitində Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin balansında olan «MTZ-80 XL» markalı AZ 27K293 qeydiyyat nişanlı qoşqulu traktoru Xaçmaz şəhəri. Bakı prospektində yerləşən "xxxx" ASCnin Xaçmaz regional idarəsinin inzibati binasının yaxınlığında yolun sağ hərəkət zolağında saxlamış və həmin idarədə fəhlə işləyən X4 yolun kənarına yığılmış məişət tullantılarını traktorun qoşqusunun yük yerinə atdıqdan sonra o, traktoru hərəkətə gətirməklə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətə başlamazdan əvvəl manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riyayət etməyib yol hərəkəti qaydalarını pozaraq traktorun qoşqusunun ön sağ tin hissəsi ilə Böyükağa Nəzərovu vurmuş, nəticədə ehtiyatsızlıqdan Böyükağa Nəzərov yıxılaraq qoşqunun ön sağ təkəri altında qalıb sağ ağ ciyər paylarının zədələnməsi ilə sağ tərəf İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların sınıqları, sağ incik sümüyünün sınığı, alın nahiyəsinin sıyrığı, döş qəfəsi nahiyəsinin qançırı, sağ diz oynağı nahiyəsinin əzilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq posttravmatik pnevmoniyadan 28 fevral 2021-ci il tarixdə Xaçmaz RMX-da ölmüş, bununla da o, digər mexaniki nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ailənin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzası təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını Məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci olan 400 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasın təyin edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan 400 (dörd yüz) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
HAKİM SƏRXAN SƏMƏDZADƏ