Məhkəmə qərarları › İş №1(067)-8/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-8/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-8/2023 15.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1984-cü ildə Xaçmaz rayonunun Rəhimoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, yetkinlik yaşına çatmayan üç uşağı olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Rəhimoba kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özünə məxsus olmayan “Belarus MTZ 82” markalı traktorun fotoşəklini “Lalafo.az” internet saytında yerləşdirməklə guya həmin avtomobili satması barədə yalandan verdiyi elana əsasən onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış Masallı rayonunun Həsənli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə qeyd olunan traktoru 14000 manata satmaq barədə razılaşdırdıqdan sonra, ilkin olaraq 5000 manat, qalan məbləğin isə 3 il ərzində hissə-hissə ödənilməli olduğuna inandırdıqdan sonra, sonuncunu aldadıb vəd etdiyi nəqliyyat vasitəsinə görə sənədləşmə işlərinin aparılması üçün ilkin ödəniş lazım olduğunu bildirmiş, daha sonra bu məqsədlə xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən poçt vasitəsi ilə göndərilmiş 400 manat pul vəsaitini ünvan 1 ünvanda yerləşən X3 filialından götürməklə, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən X3 filialında Zərərçəkmiş şəxs tərəfindən eyni məqsədlə göndərilmiş 200 manat pul vəsaitini götürməklə, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən X3 filialında Zərərçəkmiş şəxs tərəfindən eyni məqsədlə göndərilmiş 600 manat pul vəsaitini götürməklə, xx.xx.2021- ci il tarixdə ünvan 3 ünvanda yerləşən X3 filialında Zərərçəkmiş şəxs tərəfindən eyni məqsədlə göndərilmiş 150 manat pul vəsaitini götürməklə, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən X3 filialında Zərərçəkmiş şəxs tərəfindən eyni məqsədlə göndərilmiş 100 manat pul vəsaitini götürməklə, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən X3 filialında 1250 manat pul vəsaitini götürməklə, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən X3 filialında Zərərçəkmiş şəxs tərəfindən eyni məqsədlə göndərilmiş 500 manat pul vəsaitini götürməklə, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən X3 filialında Zərərçəkmiş şəxs tərəfindən eyni məqsədlə göndərilmiş 500 manat pul vəsaitini götürməklə və xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən X3 filialında Zərərçəkmiş şəxs tərəfindən eyni məqsədlə göndərilmiş 150 manat pul vəsaitini götürməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə aldatma yolu ilə 3850 manat dəyərində Zərərçəkmiş şəxs əmlakını ələ keçirmiş, habelə sonuncunun 14000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə yönəlmiş bilavasitə əməlini öz iradəsindən asılı olmayan səbəblərdən, yəni Zərərçəkmiş şəxs ona pul göndərməkdən imtina etməsi səbəbindən başa çatdıra bilməyərək xeyli miqdar təşkil edən 14000 manat məbləğində dələduzluq etməyə cəhd etmiş, bununla da o, aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməyə cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünə məxsus olmayan, tanımadığı şəxsin ona satmaq üçün bildirdiyi “Belarus MTZ 82” markalı traktorun fotoşəklini “Lalafo.az” internet saytında satdığı barədə elan yerləşdirmiş və özünün istifadəsində olan mobil telefon nömrəsini də alıcı olarsa onunla əlaqə saxlamaq üçün həmin elana əlavə etmişdir. 2021-ci ilin təxminən yay aylarında Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək telefon nömrəsini “Lalafo.az” saytındakı traktorun satışı ilə bağlı elandan götürdüyünü, özünün Masallı rayonunda yaşadığını və həmin traktoru almaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs həmin traktorun onun özünə aid olduğunu, 14000 manata satdığını, ilkin olaraq 5000 manat ödəməli olduğunu, qalan məbləği isə üç il ərzində hissə-hissə ödəmək lazım olduğunu bildirmiş, zərərçəkmiş onunla razılaşmışdır. Bu məqsədlə o, zərərçəkmişin mobil telefonuna özünə məxsus şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərmiş və pulu Xaçmaz şəhərindəki poçt filialına göndərməli olduğunu bildirmiş, bundan sonra zərərçəkmiş 2021-ci ilin yay aylarında ona hissə-hissə olmaqla ümumilikdə 3850 manat pul göndərmişdir. Həmçinin bildirmişdir ki, o, hissə-hissə aldığı 3850 manat pulu zərərçəkmişdən traktorun sənədlərinin düzəldilməsi, traktorun zərərçəkmişin adına rəsmiləşdirilməsi adı ilə almış, zərərçəkmişə hər dəfə sənədlərin düzəlmək üzrə olduğunu, rəsmiləşdirmədə müəyyən çətinliklərin yarandığını bildirmişdir. Lakin həmin traktor faktiki olaraq onda olmamış, zərərçəkmişdən aldığı pulları nə traktorun sənədləşdirilməsinə, nə də traktorun sahibinə vermiş, traktorun sahibinə ona həmin traktora görə pul göndərildiyini bildirməmişdir. O, zərərçəkmişdən aldığı həmin 3850 manat məbləğində pulu özünün şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra isə o, telefonu söndürmüş və zərərçəkmişin zənglərinə cavab verməmişdir. O, zərərçəkmişdən aldığı 3850 manat pulla bağlı ibtidai istintaq zamanı zərərçəkmişə 950 manat pul qaytarmış, məhkəmə istintaqı zamanı qalan məbləği isə onun yaxın qohumları zərərçəkmişə tamamilə ödəmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirərək, himayəsində yaşlı anasının və üç yetkinlik yaşına çatmayan uşağının olmasının, ailəsinə qazanc aparan yeganə ailə üzvü olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, alverlə məşğul olur. Belə ki, o, müxtəlif insanların satığı traktorlar, dəmir və s. digər satdıqları əşyaları həmin əmlakların sahibinin adından üzərinə öz qazancını qoyaraq satışa çıxarır. Bir gün, ona məlumat gəlmişdir ki, Xudat şəhərində bir nəfər tanımadığı şəxs özünə məxsus olan “Belarus MTZ 82” markalı traktoru qoşquları ilə bir yerdə satır. O, həmin tanımadığı şəxsin əlaqə nömrəsini tapıb əlaqə saxlayıb traktor satıb-satmadığını soruşduqda, həmin şəxs bildirmişdir ki, həqiqətən, özünə məxsus olan “Belarus MTZ 82” markalı traktor və həmin traktora məxsus qoşquları satır. O, həmin şəxsdən traktor və qoşquları hansı qiymətə satdığını soruşduqda, həmin şəxs cavab vermişdir ki, ümumilikdə 14000 (on dörd min) manata satır. O da demişdir ki, “sənin traktorunu və qoşquları 14000 manata satacam, ancaq həmin puldan mənə pay verəcəksən”. Bundan əlavə, traktorun sahibi ona demişdir ki, kim traktoru və qoşquları alsa ona əvvəlcədən 1500 manat məbləğində pul verər, qalan hissəsini də aylığa bölərlər, aybaay ödəyər. Həmin şəxs əvvəlcədən ona demişdir ki, traktorun sənədləri yoxdur və aldığı ilkin ödəniş 1500 manatı, traktorun sənədlərini düzəltməyə xərcləyəcək. Beləliklə aralarında razılaşma olduqdan sonra, o, həmin şəxsdən traktorun və qoşquların şəkillərini istəmişdir. Həmin şəxs də ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə traktorun və qoşquların şəkillərini göndərmişdir. O da traktorun şəkillərini öz adından “Lalafo.az” internet satış saytına yerləşdirmiş və traktor və qoşquların ümumi satış qiymətini 14000 (on dörd min) manat qoymuşdur. Saytda yerləşdirdikdən bir müddət sonra, yəni təxminən 2021-ci ilin iyun ayının ortalarında Masallı rayon sakini Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək satmaq üçün “Lalafo.az” satış saytına yerləşdirdiyi traktorla maraqlandığını bildirmişdir. O, Eldənizə satmaq üçün yerləşdirdiyi traktorun özünə məxsus olduğunu bildirmişdir. Eldəniz traktoru almaq istədiyini bildirdikdə, o, Eldənizin Masallı rayonunda yaşadığını öyrəndiyi üçün sonuncuya demişdir ki, “traktorun sənin adına sənədləri olmasa, onu heç bir evakuator Masallı rayonuna aparmaz, ona gör də sənin adına sənədləşdirdikdən sonra Masallı rayonuna apara bilərsən”. Əgər traktoru almaq istəyirsə, sənədləşmə işlərinə xərcinin çıxacağını, həmin xərcdən əlavə də ilkin ödəniş olaraq 5000 manat pul verməli olduğunu, qalan pulu isə üç il ərzində tam ödəməli olduğunu bildirmişdir. Eldəniz traktor almaq istədiyini bildirmişdir. Aralarında razılıq olandan sonra o, Eldənizə bildirmişdir ki, traktorun sənədlərinin düzəlməsi üçün 400 manat pul göndərsin. Eldəniz də bir müddət sonra onunla əlaqə saxlayıb 400 manat pulu hazır etdiyini bildirmişdir. O, Eldənizə şəxsiyyət vəsiqəsinin şəklini göndərərək 400 manat pulu poçt vasitəsi ilə onun adına göndərməsini bildirmişdir. Eldəniz də 28 iyun 2021-ci il tarixdə poçt vasitəsi ilə onun adına 400 manat pul göndərmişdir. O, pulu elə həmin tarixdə X3 şöbəsində ələ keçirib bu barədə Eldənizə məlumat vermişdir. Eldənizin göndərdiyi 400 manat pulu öz ehtiyaclarına xərclədikdən sonra onun yenidən pula ehtiyacı olduğu üçün 29 iyun 2021-ci il tarixdə yenidən Eldənizlə əlaqə saxlayıb sənədləşmə üçün əlavə 200 manat pul lazım olduğunu bildirmişdir. Eldəniz də onunla razılaşaraq 30 iyun 2021-ci il tarixdə poçt vasitəsi ilə onun adına 200 manat pul göndərmişdir. O da həmin 200 manatı xx.xx.2021-ci il tarixdə X3 şöbəsində ələ keçirmiş və yenə də öz ehtiyaclarına xərcləmiş və həmin pullardan traktorun sənədləri üçün xərcləməmişdir. Bundan bir gün sonra o yenə də Eldənizə zəng edərək traktorun sənədləşmə işinin mürəkkəb olduğunu, əlavə pul lazım olduğunu, buna görə də yenidən 600 manat pul göndərməsini bildirmişdir. Eldəniz də onunla razılşaraq 02 iyul 2021-ci il tarixdə yenidən poçt vasitəsi ilə onun adına 600 manat pul göndərmişdir. O, həmin 600 manat pulu elə həmin tarixdə X3 şöbəsində ələ keçirmiş və xərcləmişdir. Bir neçə gün sonra o, yenidən Eldənizə zəng edərək sənədlərin yaxın vaxtda düzələcəyini, ancaq əlavə olaraq 250 manat da pul lazım olduğunu bildirmişdir. Eldəniz də onunla razılaşaraq xx.xx.2021-ci il tarixdə əvvəlcə 150 manat, bir az sonra da 100 manat olmaqla, həmin gün ümumilikdə 250 manat pul göndərmişdir. O, həmin 250 manat pulu da xx.xx.2021-ci il tarixdə X3 şöbəsində ələ keçirmişdir. 07 iyul 2021-ci il tarixdə o, Eldənizin göndərdiyi 250 manat pulu ələ keçirdikdən sonra pula ehtiyacı olduğu üçün yenidən Eldənizə zəng edib sənədlərin demək olar ki, düzəldiyini, yekun işlərin getdiyini, lakin əlavə olaraq 1250 manat pul lazım olduğunu, həmin pulu göndərməsə əvvəlki göndərdiyi pulların batacağını bildirmişdir. Eldəniz də onunla razılaşaraq pulu göndərəcəyini, ancaq həmin vaxt əlində o qədər pulun olmadığını, buna görə də bir az vaxt istədiyini bildirmişdir. Bundan sonra, xx.xx.2021-ci il tarixdə Eldəniz onun adına poçt vasitəsi ilə 1250 manat pul göndərmişdir. O da, həmin pulu 08 iyul 2021-ci il tarixdə X3 şöbəsində ələ keçirmiş və ehtiyacları üçün xərcləməyə başlamışdır. 1250 manat pulu götürdükdən sonra o, Eldənizə zəng edərək sənədləşmə işlərinin yekunlaşdığını, 10 gün müddətində sənədlərin hazır olacağını, traktorun 10 gün sonra onun adına rəsmiləşəcəyini bildirmişdir. O artıq Eldənizdən ard-arda çox pul almışdır deyə 10 gün müddətində Eldənizlə əlaqə saxlamamışdır. Təxminən 10 gün sonra Eldənizlə yenidən əlaqə saxlayıb sənədləşmə işlərinin yubandığını, buna görə də əlavə 500 manat pul lazım olduğunu bildirmişdir. Eldəniz bu dəfə də ona inanaraq 17 iyul 2021-ci il tarixdə onun adına poçt vasitəsi ilə 500 manat pul göndərmişdir. O, elə həmin tarixdə X3 şöbəsində pulu ələ keçirib, Eldənizlə əlaqə saxlayıb pulu götürdüyünü, ay sonuna kimi prosesin gedəcəyini, kənd təsərrüfatı texnikalarının sənədləşmə işinin mürəkkəb olduğunu demişdir. Eldənizin də bu işlərdən başı çıxmadığı üçün ona inanmış və buna görə də bir söz deməmişdir. 2021-ci ilin iyul ayının sonlarında o, yenidən Eldənizlə əlaqə saxlayıb sənədləşmə işinin artıq yekunlaşdığını, lakin dövlət rüsumu olaraq 500 manat pul lazım olduğunu, həmin pulu ödədikdən sonra sənədlərin ona veriləcəyini bildirmiş, Eldəniz bu dəfə də ona inananıb 31 iyul 2021-ci il tarixdə poçt vasitəsi ilə ona 500 manat pul göndərmişdir. O, elə həmin tarixdə 500 manat pulu Xaçmaz reginal poçt şöbəsində ələ keçirmiş və xərcləmişdir. 06 avqust 2021-ci il tarixdə o, Eldənizə zəng edərək sənədləşmə işlərinin demək olar ki hazır olduğunu, lakin bəzi xırda xərclərə görə əlavə 150 manat pul lazım olduğunu bildirmişdir. Eldəniz bu dəfə də ona inanıb pulunun olmadığını, lakin pulun ona göndəriləcəyini bildirmişdir. Eldənizin dediyi kimi, 06 avqust 2021-ci il tarixdə Şahid adından ona 150 manat pul gəlmişdir. O, həmin pulu da xx.xx.2021-ci il tarixdə X3 şöbəsində ələ keçirmişdir. O, həmin pulların hər birini göstərilən tarixlərdə X3 şöbəsində ələ keçirmişdir. O, hər dəfəsində Eldənizin göndərdiyi pulları öz ehtiyaclarına xərcləmiş və həmin pullar barəsində traktorun əsl sahibinə bir söz deməmişdir. O, ümumilikdə traktora sənəd düzəltmək adı ilə Eldənizdən 3850 manat pul almışdır. Eldənizdən ümumilikdə 1500 manat pul aldıqdan sonra, həmin pulu xərclədiyi üçün, traktorun əsl sahibinə vermək məqsədi ilə yenə də Eldənizdən sənədləşmə adı ilə pul istəməyə davam etmişdir. Ancaq Eldənizin yenə də göndərdiyi pulların hamısını öz ehtiyaclarına xərcləmiş və traktorun əsl sahibinə bir söz deməmişdir. Zərərçəkmiş şəxs həmin pulları ona göndərdikdən sonra, traktoru istəmiş, o da, sonuncudan onu gözləməsi üçün bir az vaxt istəmişdir. Zərərçəkmiş şəxs Masallı rayonundan həmin pulları ona göndərən zaman, o, traktorun sahibinə Elədizin pul göndərməsini deməmişdir. Çünki həmin pula onun ehtiyacı olduğu üçün özü xərcləmişdir. O fikirləşmişdir ki, Eldənizin ona göndərdiyi pulu yaxın günlərdə tapıb traktorun sahibinə verər, traktor və qoşquları da götürüb Eldənizə verər. Ancaq onun həmin vaxtlar maddi imkanı zəif olduğundan Eldənizin göndərdiyi pulları xərcləmiş, həmçinin pul tapıb traktorun sahibinə verə bilməmişdir. Daha sonra Eldəniz ondan pulunu geri istəmiş, o da Eldənizə demişdir ki, yaxın günlərdə traktor və qoşquları ona verə bilməsə, o zaman pulunu geri qaytaracaqdır. Eldəniz pul göndərdikdən sonra ondan traktoru və qoşquları tələb etsə də, pulu xərclədiyinə görə hər dəfə bir bəhanə tapıb işi yubatmışdır. Daha sonra Eldəniz ondan israrla pulunu tələb edəndə, o, pul tapa bilmədiyini görüb telefonu söndürmüş və demək olar ki, Eldənizin zənglərinə cavab verməmişdir. O, traktora müştərinin tapılması barədə traktorun sahibinə bildirsə də, Zərərçəkmiş şəxs tərəfindən göndərilən pullar barədə bir söz deməmişdir. O, Zərərçəkmiş şəxs traktorun başqasına məxsus olduğunu deməmişdir. Onun satmaq üçün “lalafo.az” internet satış saytına yerləşdirdiyi traktor “Belarus MTZ 82” markalı traktor olmuş, lakin dövlət qeydiyyat nömrəsi yadında qalmamışdır. Həmçinin o, traktorun sahibinin kim olmasını da xatırlamır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2021-ci ildə “Lalafo.az” internet saytında Təqsirləndirilən şəxs satmaq üçün yerləşdirdiyi “Belarus” markalı traktorun fotoşəklini görmüş və həmin traktoru almaq qərarına gəlmişdir. Bu məqsədlə o, təqsirləndirilən şəxsin həmin saytdakı qeyd olunan elanının altında əlaqə saxlamaq üçün yerləşdirdiyi mobil telefon nömrəsinə zəng etmiş və təqsirləndirilənlə traktor barədə danışmışlar, ödəniş barədə razılığa gələndən sonra təqsirləndirilənin adına poçt vasitəsilə pul vəsaitləri göndərmişdir. Həmçinin bildirmişdir ki, o, təqsirləndirilən şəxslə “Lalafo.az” saytı vasitəsilə, traktorun alış-satışı ilə bağlı tanış olmuşdur. O, təqsirləndirilənin telefonuna zəng edərək danışanda sonuncu, traktoru 14000 manata satdığını bildirmiş, daha sonra isə ona traktorun sənədlərinin düzəldilməsi, yəni traktorun onun adına rəsmiləşdirilməsi üçün pul göndərmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən ona demişdir ki, traktoru evakuatorla göndərmək üçün traktorun sənədləri olmalıdır. O, təqsirləndirilən şəxslə heç vaxt görüşməmiş, həmin traktoru əyani olaraq heç vaxt görməmişdir, o, təqsirləndiriləni yalnız hazırkı işlə bağlı polis şöbəsində görmüşdür. Təqsirləndirilən traktorun sənədlərinin üç aya hazır olacağını bildirmiş, lakin həmin müddətdə hazır olmadıqda, təqsirləndirilən ona sənədlərin düzəldilməsində problemlərin olduğunu və buna görə yenə pul lazım olduğunu bildirmişdir. O, traktorun sənədləri hazır olduqdan sonra 14000 manat məbləği hissə-hissə olaraq tam ödəyəcəkdi, lakin traktorun sənədləri hazır olandan sonra qalan məbləği ödəyəcəyinin təminatı kimi təqsirləndirilənlə aralarında rəsmi heç bir şey mövcud olmamış, şifahi olaraq razılaşmışlar. Təqsirləndirilən hər dəfə onu inandıraraq traktorun sənədlərinin tezliklə hazır olacağını bildirmiş, sonra isə təqsirləndirilən onun zənglərinə cavab verməmiş, telefonuna zəng çatmamış, bir müddətdən sonra isə o, polisə şikayət etmişdir. O, təqsirləndirilənə traktorla bağlı pul vəsaitlərini 2021-ci ilin yay aylarında poçt vasitəsilə göndərmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3850 manat ziyandan 950 manatı ibtidai istintaq zamanı ödənilmiş, qalan məbləğ isə təqsirləndirilənin qohumları tərəfindən məhkəmə istintaqı zamanı – 08 fevral 2023-cü il tarixdə ona tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, onun təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, əkin sahələrində traktor sürüb çörək pulunu qazanır. Onun istifadəsində olan traktor köhnə olduğundan daha təzə model traktor almaq niyyətində olmuşdur. Bu səbəbdən internet şəbəkəsi üzərindən saytlarda satışda olan traktorlarla maraqlanmağa başlamış, 2021-ci ilin iyun ayının ortalarında “lalafo” adlanan saytda 14000 manat dəyərində olan traktorun satıldığını görmüşdür. Həmin yerə daxil olub traktorun şəkillərinə baxıb bəyəndikdən sonra traktor sahibi kimi qeyd edilən Bayram adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək həmin şəxsə tanışlıq verdikdən sonra sayta qoyduğu traktorla maraqlandığını demişdir. Bir xeyli söhbətdən sonra Bayram adlı şəxsə 14000 manat məbləğdə pulunun olmadığını, kredit yolu ilə almaq imkanının olduğunu demişdir. Bayram traktorun onun adına sənədləşdirilməsi üçün ilkin xərclərinin çıxacağını, daha sonra təxminən 5000 manat əvvəlcədən ödəniş edib qalan məbləği 3 il müddətinə aybaay ödəyə biləcəyini demişdir. O, Bayram adlı şəxslə razılaşdıqdan sonra sənədləşmə üçün ilkin olaraq 400 manat pul istəmişdir. O, qısa müddət ərzində həmin pulu düzəldib Bayramla əlaqə saxlamış, sonuncu şəxsiyyət vəsiqəsinin şəklini ona göndərəcəyini və poçt vasitəsi ilə adına pul göndərməsini bildirmişdir. O, razılaşdıqdan sonra ilk dəfə 28 iyun 2021-ci il tarixdə poçtla Təqsirləndirilən şəxs adına 400 manat pul göndərmiş, 7.80 manat isə əlavə rüsum alınmışdır. Bayram pulu götürdüyünü dedikdən bir gün sonra təkrar onunla əlaqə saxlayıb sənədləşmə üçün 200 manat da lazım olduğunu demişdir. O, xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə Bayramın adına təkrar 200 manat pul göndərmiş, 4.70 manat əlavə rüsum alınmışdır. Növbəti gün Bayram yenə onunla əlaqə saxlayaraq müxtəlif yalan sözlərlə onu aldadıb sənədləşmə işinin mürəkkəb olduğunu, əlavə pula ehtiyac yarandığını deyib 600 manat da göndərməsini istəmişdir. O da Bayramın hər sözünə inandığından razılıq vermişdir. xx.xx.2021-ci il tarixdə təkrar poçt vasitəsilə Bayramın adına 600 manat göndərmiş, 9.60 manat əlavə rüsum alınmışdır. Bir neçə gün Bayram ondan pul istəməyib sənədlərin hazırlandığını, yaxın vaxtlarda yekunlaşdırılacağını və s. oxşar yalanlarla başını aldatmağa davam etmişdir. O da özlüyündə 14000 manatlıq traktorun sənədləşməsinin çətin olduğunu düşünüb Bayramın sözlərinə inanmışdır. Bayram onunla təkrar əlaqə saxlayaraq, 250 manat lazım olduğunu demişdir. O, yenə nəyə lazım olduğunu soruşduqda Bayram sənədləşmə işlərinə xərcinin çıxdığını deyib başını aldatmışdır. O, təkrar xx.xx.2021-ci il tarixdə 250 manat pulu düzəldib poçt vasitəsi ilə iki dəfəyə 150 və 100 manat şəklində Təqsirləndirilən şəxs adına göndərmiş, 4,70 manat və 2,70 manat əlavə rüsum da alınmışdır. Bayram həmin gün onunla danışaraq pulu aldığını, sənədləşmə işinin artıq yekunlaşdığını və tamamlama işlərinə görə 1250 manat lazım olduğunu demişdir. O, pulunun olmadığını bildirdikdə Bayram, deyilən pulu verməsə, sənədləşmə işinin alınmayacağını, verdiyi pulların isə batacağını demişdir. O, Bayramdan möhlət istəyib bankdan öz adına kredit götürüb xx.xx.2021-ci il tarixdə təkrar poçt vasitəsilə Bayramın hesabına 1250 manat pul göndərmiş, 13 manat isə əlavə rüsum alınmışdır. Həmin pulu göndərdikdən sonra Bayram onunla əlaqə saxlayaraq pulu götürdüyünü və sənədləşmə işlərinə verdiyini, təxminən 10 gün müddətinə traktorun onun adıına rəsmiləşdiriləcəyini demişdir. O da təxminən on günə yaxın gözlədikdən sonra Bayram yenə onunla əlaqə saxlayıb sənədləşmənin yubandığını, müəyyən sənədlərdə problem yarandığını və s. bəhanə edərək ondan əlavə 500 manat istəmişdir. O, yenə Bayrama inanıb borc-xərc edərək 500 manat pulu düzəldib xx.xx.2021-ci il tarixdə Bayramın hesabına poçt vasitəsilə göndərmiş, 9.60 manat ondan əlavə rüsum alınmışdır. Bayram onunla əlaqə saxlayaraq, pulu götürdüyünü və sənədləşmə işini aparan şəxsə ödədiyini demişdir. Bayram ay sonuna kimi prosesin gedəcəyini, kənd təsərrüfatı texnikalarının sənədləşmə işinin mürəkkəb olduğunu və s. deyərək başını aldatmağa davam etmişdir. 2021-ci ilin iyul ayının axırlarında Bayram onunla əlaqə saxlayaraq traktorla bağlı sənədləşmələrin artıq həll olunduğunu, 500 manat dövlət rüsumunu da ödədikdən sonra artıq işin yekunlaşacağını demişdir. O, yenə Bayrama inanıb 500 manat düzəltdikdən sonra xx.xx.2021-ci il tarixdə Bayramın hesabına poçt vasitəsilə göndərmiş, 9.60 manat əlavə rüsum tutulmuşdur. xx.xx.2021-ci il tarixdə Bayram ona zəng edərək traktoru onun adına keçirdiyini və əlavə 150 manat xırda-para xərclərinin çıxacağını deyib təcili pul lazım olduğunu demişdir. Onun üzərində həmin vaxt pul olmadığından bankda işləyən bibisi oğlu Şahid zəng edib Bayramın hesabına 150 manat göndərməsini, kəndə gəldikdə pulunu verəcəyini demişdir. Bibisi oğlu Elçin də poçt vasitəsilə Bayramın hesabına 150 manat pul göndərmiş, 4.70 manat isə əlavə rüsum alınmışdır. Həmin vaxtdan sonra isə Təqsirləndirilən şəxs bir daha pul göndərməmişdir. Bayram hər dəfə onunla danışanda müxtəlif bəhanələr işlətməklə sənədləşmə işinin alınmadığını demişdir. O, pulunu tələb etdikdə isə Bayram müxtəlif yalanlarla ondan möhlət istəmişdir. Son bir neçə gün ərzində isə zənglərinə cavab verməyib istifadəsində olan nömrəsini işlətməmişdir. O da Təqsirləndirilən şəxs ona qarşı dələduzluq əməlləri ilə bağlı polis şöbəsinə şikayət etmişdir. O, ümumilikdə 3850 manat pul göndərmiş, 63,40 manat isə əlavə rüsum alınmışdır. O, Təqsirləndirilən şəxs traktorun onun adına sənədləşdirilməsi üçün həmin pulları vermişdir. Lakin Bayram ona nə traktoru satmış, nə də ki pulunu geri qaytarmışdır. Təqsirləndirilən şəxs satmaq üçün elana yerləşdirdiyi traktor “Belarus MTZ 82” markalı olmuş, lakin dövlət qeydiyyat nömrəsi onun yadında qalmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid ifadəsindən müəyyən edilir ki, Masallı rayonu, Həsənli kənd sakini Zərərçəkmiş şəxs onun dayısının oğludur. 2021-ci ilin avqust ayının əvvəllərində dayısı oğlu Eldəniz ona kreditlə traktor alacağı, yaxın günlərdə traktorun onun adına sənədləşdiriləcəyi, artıq buna görə də müəyyən məbləğdə pul verməsi barədə danışmışdır. Hətta dayısı oğlu Eldəniz həmin işə görə bankdan kreditə pul da götürmüşdür. Ancaq 2021-ci ilin avqust ayının 6-da dayısı oğlu Eldəniz onunla telefon əlaqəsi saxlayaraq ona təcili 150 manat pul lazım olduğunu, bir həftə ərzində həmin pulu geri qaytaracağını bildirib ondan 150 manat pul istəmişdir. O da Eldənizin xətrini çox istədiyi üçün sonuncuya 150 manat pul verə biləcəyini demişdir. Bu zaman Eldəniz ona demişdir ki, həmin pulu poçt vasitəsi ilə Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs adına göndərsin. O da Eldənizin dediyi kimi xx.xx.2021-ci il tarixdə poçt vasitəsi ilə 150 manat pulu Təqsirləndirilən şəxs adına göndərib qəbzini də Eldənizin özünə vermişdir. Həmin vaxtdan bir neçə gün sonra Eldəniz onun 150 manat pulunu qaytarıb vermişdir. Bundan bir neçə gün sonra öyrənmişdir ki. Bayram adlı şəxs verdiyi vədə əməl etməyib Eldənizə məxsus ümumilikdə 3850 manat pulu dələduzluq edərək ələ keçirmişdir. Zərərçəkmiş şəxs 150 manat pulu Təqsirləndirilən şəxs traktor almaq istədiyini və həmin traktorun onun adına sənədləşdirilməsi üçün göndərdiyini demişdir. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli ərizədən və izahatdan müəyyən olunur ki, zərərçəkmiş şəxs Ağayev X2 RPŞ-yə müraciət edərək özünə traktor nəqliyyatı almaq məqsədilə “lalafo” adlanan internet saytında 14000 manata traktor satdıldığı elanı yerləşdirmiş Təqsirləndirilən şəxs ilə tanış olduğunu, sonuncu ilə telefon əlaqəsi saxlayaraq bir qədər danışdıqdan sonra həmin traktorun qiyməti 14000 manata olmaqla, lakin həmin məbləği üç il müddətinə hissə-hissə ödəmək şərtilə razılaşdıqlarını, bundan sonra Təqsirləndirilən şəxs həmin traktoru onun adına sənədləşdirmək üçün ondan xx.xx.2021 ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində doqquz dəfə olmaqla, ümumilikdə 3850 manat pulunu onu aldadaraq ələ keçirdiyini bildirmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini, dəymiş ziyanın qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan “Sənədə baxış keçirilməsi haqqında” 17 sentyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş poçt qəbzlərinin surətlərindən, həmçinin "xxxx" MMC-nin X3 filialının 15 dekabr 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs adına 2021-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək aşağıdakı şəkildə pul köçürmələri olmuşdur: xx.xx.2021 – 400 manat (rüsum 7,80 manat); xx.xx.2021 – 200 manat (rüsum 4,70 manat); xx.xx.2021 – 600 manat (rüsum 9,60 manat); xx.xx.2021 – 100 manat (rüsum 2,70 manat); xx.xx.2021 - 150 manat (rüsum 4,70 manat); xx.xx.2021 – 1250 manat (rüsum 13 manat); xx.xx.2021 – 500 manat (rüsum 9,60 manat); xx.xx.2021 – 500 manat (rüsum 9,60 manat); həmçinin Şahid adından Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixdə 150 manat (rüsum 4,70 manat) məbləğində pul köçürməsi edilmişdir. Bundan başqa, 2021-ci ilin yanvar ayından dekabr ayınadək isə Təqsirləndirilən şəxs tərəfindən heç bir pul baratı göndərilməmişdir. İş materiallarında olan BDYPİ-nin 13 dekabr 2021-ci il tarixli məktubundan müəyyən edilir ki, Xaçmaz RQİ və TBŞ-nin kompüter bazasına olan məlumata əsasən Təqsirləndirilən şəxs adına nəqliyyat vasitələri qeydiyyata alınmamışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarın 4-cü bəndinə görə, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarın 33-cü bəndinə görə, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin təsdiqlənmiş surətlərindən və Xaçmaz RİHB-nın Hülövlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Hülövlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində Nümayəndəliyə heç vaxt heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini bildirməsinə məhkəmə tənqidi yanaşaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə görə, şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanı ödəməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşiman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasına dəlalət edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsi isə şəxsin könüllü gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsini; 59.1.13-cü maddəsi cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını cəzanı yüngülləşdirən hal kimi təsbit etmişdir. Lakin iş materiallarından göründüyü kimi, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hərəkətlərində könüllü gələrək təqsirini boynuna alması kimi yüngülləşdirici hal olmamış, o, cinayətin üstünün açılmasında köməklik etməmiş, ibtidai istintaq orqanı tərəfindən toplanmış təkzib olunmaz mötəbər sübutlarla ifşa olunduqdan sonra törətdiyi cinayət əməlini etiraf etmiş, məhkəmə istintaqı zamanı isə səmimiyyət görünüşü yaratmaqla cəzasını yüngülləşdirmək məqsədi ilə əməlindən peşman olduğunu bildirmiş, həmçinin hazırkı cinayət işi məhkəmənin icraatına xx.xx.2022-ci il tarixdən daxil olmasına baxmayaraq, iş üzrə zərərçəkmişə vurduğu ziyan onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildikdən və o, həbsə alındıqdan sonra ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş ziyan təqsirləndirilən tərəfindən tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bir neçə dəfə Xaçmaz RPŞ-yə dəvət olunsa da, gəlməkdən boyun qaçırdığından barəsində xx.xx.2021-ci il tarixdə “Məcburi gətirilmə haqqında” qərar qəbul olunmuşdur. İş materiallarında olan qərarlardan və protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı çağırışlara gəlməkdən boyun qaçırdığından, istintaqdan gizlənərək yayındığına görə xx.xx.2022-ci il tarixli qərarlarla barəsində axtarış elan edilməklə tutulması qərara alınmış və cinayət işinin icraatı dayandırılmış, xx.xx.2022ci il tarixdə əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. İş materiallarında olan qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı məhkəmənin çağırışına heç bir üzrlü səbəb olmadan gəlmədiyindən barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmişdir. İş materiallarında olan qərardan və protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı məhkəmənin çağırışlarına heç bir səbəb göstərmədən gəlmədiyindən, məcburi qaydada gətirilməsi təmin edilmədiyindən məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı dayandırılmış, xx.xx.2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq həbs edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını bildirməsinə baxmayaraq, bu hal onun ibtidai istintaq və məhkəmə istintaqı dövrü ərzində davranışları ilə öz təsdiqini tapmamışdır. Bununla da məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını bildirməsinin formal xarakter daşıdığını hesab edərək bu qənaətə gəlir ki, bu hal onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü (29, 178.2.4-cü maddəsi) maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 14 fevral 2022-ci il tarixli protokoldan, şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 1(067)-53/2022 saylı qərarından və Xaçmaz RPŞ-nin “Axtarışda olan şəxsin tutulması barədə” 18 yanvar 2023-cü il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, 18 yanvar 2023-cü il tarixdə tutularaq həbs edilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş – zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs pul göndərilməsinə dair "xxxx" MMC-yə məxsus xx.xx.2021-ci il tarixli ********* nömrəli; xx.xx.2021-ci il tarixli ********* nömrəli; xx.xx.2021-ci il tarixli ********* nömrəli; xx.xx.2021-ci il tarixli ********* nömrəli; xx.xx.2021-ci il tarixli ********* nömrəli; xx.xx.2021-ci il tarixli ********* nömrəli; xx.xx.2021-ci il tarixli ********* nömrəli; xx.xx.2021-ci il tarixli ********* nömrəli və xx.xx.2021-ci il tarixli ********* nömrəli qəbzlərin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş – zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs pul göndərilməsinə dair "xxxx" MMC-yə məxsus xx.xx.2021-ci il tarixli ********* nömrəli; xx.xx.2021-ci il tarixli ********* nömrəli; xx.xx.2021-ci il tarixli ********* nömrəli; xx.xx.2021-ci il tarixli ********* nömrəli; xx.xx.2021-ci il tarixli ********* nömrəli; xx.xx.2021-ci il tarixli ********* nömrəli; xx.xx.2021-ci il tarixli ********* nömrəli; xx.xx.2021-ci il tarixli ********* nömrəli və xx.xx.2021-ci il tarixli ********* nömrəli qəbzlərin surətləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar