Məhkəmə qərarları › İş №1(067)-8/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-8/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-8/2025 17.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xaçmaz rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxx 1970-ci ildə Xaçmaz rayonu, Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Armudpadar kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 229.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının sonlarında Xaçmaz rayonu,^Armudpadar kəndində, mərhum babası X2 məxsus evin həyətində sonuncudan qalmış, keçmiş SSRİ-də 1963-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla “TOZ-BM” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, Xİ3152-63 nömrəli, hamar (yivsiz) qoşa-lüləli odlu ov tüfənginin lüləsini və qundağını kəsməklə ilkin təyinatını dəyişdirib qanunsuz olaraq odlu silah hazırlayaraq üzərində saxlamaqla gəzdirmiş, bu fakt 21 dekabr 2022-ci il tarixdə o, Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində saxlanılıb ünvan 2 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasında saat 13:10-13:25 müddətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində gəzdirdiyi göy rəngli çantanın içərisində gizlədib saxladığı bir ədəd konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmaqla ilkin təyinatı dəyişdirilmiş, 16 kalibrli “TOZ- BM” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ-də 1963-cü ildə zavod üsulu ilə istehsal edilmiş Xİ3152-63 nömrəli, hamar (yivsiz) qoşa- lüləli odlu silah hesab edilən hər iki lüləsindən atəş açmaq üçün yararlı ov tüfənginin kəsiyi aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq odlu silah hazırlamış və qanunsuz olaraq odlu silahı əldə edib saxlamaqla gəzdirmişdir. Bununla da, o Azərbaycan Respublikası CM-nin 228.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri aşağıdakı sübutlarla tam sübuta yetirilmişdir: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Həzrətqulu ilə 2011-ci ildən soyuducu anbar tikdirməklə biznes şərikliyi vardır. Əvvəllər soyuducu anbarı o özü idarə edərək işlətmiş daha sonra isə anbarları Həzrətqulu idarə etməyə başlamışdır. 2018-ci ildə onlar öz aralarında razılığa gələrək anbarların binasını və onların yerləşdiyi torpaq sahəsini Həzrətqulunun adına sənədləşdirmişlər. Həmin dövrdən sonra Həzrətqulu hər dəfəsində ziyan etdiklərini bildirib illik gəlirdən ona verməməyə başlamışdır. Buna görə də o, Həzrətqulu ilə haqq- hesab etmək üçün tez-tez Bakı şəhərindən Xaçmaz rayonuna gəlmiş, ancaq, imkan tapıb Həzrətqulu ilə haqq-hesab edə bilməmişdir. O, hər dəfə Xaçmaz rayonuna gələndə Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən ata evində qalmışdır. Onun babası X5 dünyasını dəyişmişdir, ancaq babasından onlara yadigar bir ədəd qoşa lüləli ov tüfəngi qalmışdır. Həmin tüfəng uzun illərdir ki, həmin evin həyətində sintetik torbaya bükülüb saxlanılmış və həmin tüfəngə heç kim toxunmamışdır. O, yenə də 2022-ci ilin sentyabr ayının sonlarında Həzrəqulu ilə söhbət etmək üçün Bakı şəhərindən Xaçmaz rayonuna gələndə, həmişəki kimi gedib həmin evdə qalmış və ona maraqlı olmuşdur deyə babasından yadigar qalan tüfəngi saxlanıldığı yerdən götürüb büküldüyü sintetik kisəni açıb tüfəngi əlinə götürmüşdür. O, özü ov həvəskarıdır və düşünmüşdür ki, onsuz bu tüfəng heç kimə lazım deyildir, ona görə də götürüb istifadə etsin. Lakin tüfəngi əlinə götürəndə görmüşdür ki, tüfəng uzundur və onu rahatlıqla daşıya bilməyəcəkdir. Ona görə də həmin vaxt, yəni, 2022-ci ilin sentyabr ayının sonlarında evdə olan laqonda ilə mərhum babası X4 məxsus tüfəngin lüləsini həmin evin həyətində kəsmişdir. O, tüfəngin lülələrini kəsməyin cinayət olduğunu bilsə də, bundan heç kimin xəbərinin olmayacağmı düşünmüş və bu əməli etmişdir. Tüfəngi kəsdikdən sonra artıq onun paltarını yığdığı çantaya yerləşmişdir, ona görə də bir neçə gün sonra Bakı şəhərinə qayıdarkən tüfəngi də özü ilə birlikdə Bakı şəhərinə aparmışdır. Bundan sonra 20 dekabr 2022-ci il tarixdə Həzrətqulu ilə mobil telefonla əlaqə saxladığı zaman sonuncu ilə haqqhesab etmək üçün görüşmək barədə yenidən vaxt müəyyənləşdirmişlər. Belə ki, onlar qərarlaşdırmışlar ki, 21 dekabr 2022-ci il tarixdə Həzrətqulu ilə görüşüb haqq-hesab etsinlər. Bu dəfə də Bakı şəhərindən Xaçmaz rayonuna gələrkən lüləsini kəsdiyi tüfəngi də özü ilə birlikdə Xaçmaz rayonuna gətirmişdir. O, silahı yaşadığı evdə çantasında saxlamışdır. Çünki Bakı şəhərində yaşadığı evdə gənc uşaqları vardır, ona görə də hər hansı bir xoşa gəlməz hadisə olmasın deyə silahı özü ilə götürüb Xaçmaz rayonuna gətirmişdir. O, tüfəng ilə Xaçmaz rayonuna gəlmişkən ov edər deyə, Bakı şəhərindən həmin tüfəngə uyğun 04 ədəd patron da almışdır. Fikirləşmişdir ki, Xaçmaz rayonuna gəlmişkən dənizin kənarına gedib orada bir az ov edib həvəsini öldürsün. O, həmin vaxt Xaçmaz rayonuna gəlib gecəni Armudpadar kəndində yerləşən ata evində qalmışdır. Həmin gün axşam saatlarında gəlib Xaçmaz rayonuna çatmışdır. 21 dekabr 2022-ci il tarixdə səhər saat 10 radələrində Həzrətqulu ona zəng edərək Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən soyuducu anbara gəlməsini və görüşmələrini bildirmişdir. O, həmin vaxt içərisində sənədlərin və paltarları olan çantalarını da özü ilə birlikdə götürmüşdür. Çünki, çantalardan birinin içərisində haqq hesab etmək üçün sənədlər, digərinin içərisində isə silah və patronlar olmuşdur. Soyuducu anbarın ətrafı ağaclıq sahə olmuşdur, orada olan quşlardan ovlamaq məqsədi ilə soyuducu anbara gedən zaman üzərində olan patronlardan iki ədədini silahın içərisinə yerləşdirmiş, digər ikisini isə əynindəki gödəkçənin sol yan cibinə qoymuşdur. O, 21 dekabr 2022-ci il tarixdə saat 11 radələrində Xaçmaz rayonu Armudpadar kəndində yerləşən soyuducu anbara getmiş, orada Həzrətqulu ilə görüşərək çantalarını Həzrətqulunun otağına qoymuşdur. Bundan sonra Həzrətqulu ona soyuducu anbarda saxlanılan almaları qızarmasını bildirib həmin meyvələrə baxıb məsləhət verməsini istəmişdir. Onlar birlikdə otaqdan çıxıb almalara baxmağa getmişlər. Bir qədər söhbət etdikdən sonra otağa geri qayıtmışlar. Həmin vaxt Həzrətqulu ona yanma adam gəldiyini bildirib adamları yola saldıqdan sonra haqq-hesab edəcəklərini demiş və onu gözləməsini bildirmişdir. O, çantalarını götürərək anbarın həyətində Həzrətqulunu gözləmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq onun qanunsuz olaraq silah əldə etməkdə şübhəli olduğunu bildirmişlər və onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞdə ona hüquq və vəzifələri izah olunmuşdur. Ona təqdim edilmiş müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, özü könüllü olaraq kəsib hazırladığı silahı və patronları polis əməkdaşlarına təqdim etmişdir. Həmin predmetlər polis əməkdaşları tərəfindən götürülərək bir ədəd torbada qablaşdırılmışdır. O və digər iştirakçılar həmin torbanın üzərini imzalarla təsdiq etmişlər. O, həmin silahı özünün kəsdiyini etiraf etmişdir. Onun çantasından aşkar edilmiş silahın sənədləri yoxdur. Həmin silah mərhum babası X2 məxsus olmuş, daha sonra onlara qalmışdır. O, həmin silahdan istifadə etməmişdir, kəsib hazırlamışdır ki, ova getsin. O, 2022-ci ilin sentyabr ayının sonlarında həmin silahı kəsib hazırlamışdır və silahı kəsməkdə məqsədi ov etmək olmuşdur. Silah kəsilməmiş böyük olduğuna görə daşımaq rahat olsun deyə lüləsini kəsmişdir. Həmin silahla hər hansı bir şəxsi öldürmək niyyəti olmamışdır. O evlidir, üç övladı vardır, övladlarının ən böyüyünün 20, ortancılın 18, ən kiçiyinin isə 14 yaşı vardır. Həzrətqulu Vəliyevin onun üzərində silah olmasından ümumiyyətlə xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 dekabr 2022-ci il tarixdə Xaçmaz rayonu, Armudpadar kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edib saxlamaqla gəzdirməsi barədə etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, dərhal bu məlumatı Xaçmaz rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və işlədiyi şöbənin CAB- nin əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni, onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. Bundan sonra həmin gün, yəni, 21 dekabr 2022-ci il tarixdə onlar Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşəmSoyuducu anbarda olduğunu müəyyən etmişlər və sonuncunu üzərinə şəxsi axtarış keçirilməsi üçün Xaçmaz rayon polis şöbəsinə dəvət etmək üçün həmin soyuducu anbara getmişlər. Onlar soyuducu anbara çatdıqdan sonra görmüşlər ki, Təqsirləndirilən şəxs anbarın həyətindədir. Onlar Azərə yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını, Xaçmaz RPŞ-nə onun qanunsuz olaraq odlu silahı əldə edib saxlamaqla gəzdirməsi barədə məlumat daxil olduğunu, ona görə də onlarla birlikdə Xaçmaz RPŞ-nə gəlməsini bildirmişlər. Onların təklifindən sonra Azər hər hansı bir etiraz bildirməyib onlarla birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Həmin vaxt Azərin əlində çantaları olmuşdur. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, dövlət hesabına müdafiəçi təqdim edildikdən sonra, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan çantanın içərisindən bir ədəd lüləsi kəsilmiş qoşa lüləli öv tüfəngi, tüfəngin içrisindən iki ədəd patron və Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sol yan cibindən də iki ədəd patron aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs silahın mərhum babasına məxsus olduğunu, həmin silahı babasına məxsus Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən evin həyətində kəsib düzəltdiyini, silahı ov etmək məqsədi ilə kəsib hazırladığını, hər hansı bir şəxsi öldürmək niyyətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunanlar müstəntiq tərəfindən bir ədəd sellofan torbada qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış prosesi əvvəldən axıradək videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilərək ifadəsi alınmış və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 21 dekabr 2022ci il saat 13:10-dan 13:25-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan göy rəngli paltar çantasının içərisindən bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «DVD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və Müdafiəçi1 iştirakları ilə xx.xx.2023-cü il tarixdə baxış keçirilərkən Təqsirləndirilən şəxs əlində olan göy rəngli paltar çantasının içərisindən bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəngin aşkar edilərək götürülməsinin öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir Cinayət işinə əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 22 dekabr 2022-ci il tarixli 3/1792 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 16 kalibrli olmaqla, “TOZ-BM” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ-də 1963-cü ildə zavod üsulu ilə istehsal edilmiş Xİ3152-63 №-li, hamar (yivsiz) qoşa-lüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişiklilklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir, hər iki lüləsindən atəş açmaq üçün yararlıdır, zavod işarələrinin üzərində hər hansı pozuntu, əlavə və dəyişiklik edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmaqla ilkin təyinatı dəyişdirilmiş, 16 kalibrli “TOZ-BM” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ-də 1963-cü ildə zavod üsulu ilə istehsal edilmiş X13152-63 №-li, hamar (yivsiz) qoşa-lüləli odlu silah hesab edilən hər iki lüləsindən atəş açmaq üçün yararlı ov tüfənginin kəsiyi 24 dekabr 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tüfəng kəsiyi saxlanmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən bir ədəd 01 ədəd DVD formatlı disk Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə tərəfimdən qəbul edilmiş 28 yanvar 2023-cü il tarixli qərar ilə cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Həsəfıpaşa oğlunun məhkumluğu yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X6 adında övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddələrinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddələrinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddələrində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması, habelə cinayət törətməsini səmimi etiraf etməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddələri, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 229.1-ci maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddələrinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan təbdiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 21 dekabr 2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan, habelə müstəntiqin 23 dekabr 2022-ci il tarixli qərarından görünür ki, 23 dekabr 2022-ci il tarixdə həbsdən azad edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdən 23 dekabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 17 mart 2025-ci il tarixdən hesablanmalıdır. Maddi sübutlar olan Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş bir ədəd konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmaqla ilkin təyinatı dəyişdirilmiş, 16 kalibrli “TOZ-BM” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ-də 1963-cü ildə zavod üsulu ilə istehsal edilmiş X13152-63 №-li, hamar (yivsiz) qoşa-lüləli odlu silah hesab edilən hər iki lüləsindən atəş açmaq üçün yararlı ov tüfənginin kəsiyi hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin bir ədəd diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci ildən 23 dekabr 2022-ci ilədək həbsdə saxlandığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Maddi sübut olan Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş bir ədəd konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmaqla ilkin təyinatı dəyişdirilmiş, 16 kalibrli “TOZ-BM” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ-də 1963-cü ildə zavod üsulu ilə istehsal edilmiş X13152-63 №-li, hamar (yivsiz) qoşa-lüləli odlu silah hesab edilən hər iki lüləsindən atəş açmaq üçün yararlı ov tüfənginin kəsiyi hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, şəxsi axtarış zamanı aparılmış videoçəkilişin bir ədəd diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar