Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-80/2020 14.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə ildə Xaçmaz rayonunun Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Ərəb kəndində qeydiyyatda olan və yaşayan, xx xxxx 2020-ci tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 23 radələrində Xaçmaz şəhəri Vağzal küçəsiində, vətəndaş X1 icarə əsasında işlətdiyi “Retro” kafesində müştəri kimi əyləşərək pivə içdikdən sonra yenidən sifariş etdiyi zaman Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 pivə içkisi qalmadığını bildirdikdə alkoqol sərxoşluğu vəziyyətində pivənin verilməməsini əsas gətirib, Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər söyərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozaraq şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək sonuncunun yaxasından tutub kafenin qapısına tərəf itələmklə ona fiziki zor tətbiq etdikdə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs1 münaqişəni sakitləşdirmək məqsədi ilə araya girərkən Təqsirləndirilən şəxs yumruq zərbəsi ilə bir dəfə qəsdən sonuncunun alın nahiyəsinə vuraraq ona alınından solda qançır ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Daha sonra isə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan hərəkətlər edərək, Zərərçəkmiş şəxs1 məxsus 300 manat dəyərində Samsunq J-5 markalı mobil telefonunu yerə salaraq, ekranın, 200 manat dəyərində masa üzərində olan şüşələri, stəkan və pivə bakallarını götürərək ətrafa atmaqla sındırmış, ümumilikdə 500 manat ziyan vurmaqla 30 dəqiqə ərzində kafenin iş rejimini və orada istirahət edən şəxslərin rahatlığını pozulması ilə müşayiət olunan qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə həmkəndlisi Şahid6t oğlu ilə birlikdə axşam saat 23 radələrində Xaçmaz şəhəri dəmir yolu vağzalının yaxınlığında, Vağzal küçəsində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi “Retro” adlı kafesinə gəlmişlər. Kafeyə daxil olduqdan sonra yanında olan dostu Rizvan bir stəkan kofe, o da bir bakal pivə sifariş vermiş və bundan sonra daha 2 bakal pivə içərək Rizvanla birgə evə getməyə hazırlaşmışlar. Bu zaman onlar içdikləri kofe və pivənin hesabını istəyərkən 8 manat pul ödəməli olduqlarını bildirmişlər. O da cibindən 8 manat pul çıxardaraq hesabı ödəmişdir. Kafenin qapsından çıxan zaman Rizvana əlavə olaraq daha bir bakal pivə içmək istədiyini bildirmişdir. Onlar yenidən masaya oturmuş və bir bakal pivə sifariş etmişdir. Sifariş etdiyi pivəni içdikdən sonra yenidən bir bakal pivə istədikdə Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 pivənin qurtardığını bildirmişdir. Bundan sonra onlar VAZ 21014 markalı avtomobilə əyləşmiş və getmək istədikləri zaman Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 onlara yaxınlaşaraq bir manat borclu qaldıqlarını bildirmişdir. Bu zaman Rizvan avtomobildən aşağı düşərək kafeyə daxil olub onların sonucu dəfə əyləşdiyi masaya 5 manat pul ataraq geriyə qayıtmışdır. Rizvan qayıdıb avtomobilə əyləşən zaman Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 Rizvanın verdiyi 5 manat pulu əlində əzilmiş vəziyyətdə kafenin qapısından küçəyə tullamışdır. O, da Xalisin pulu tulladığından əsəbiləşərək ona iradını bildirmiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 kafedən çölə çıxaraq onlara oğlundan nə istədiklərini soruşub onların üzərinə qışqıraraq kafenin içərisindəki stəkanları, bakalları onlara tərəf atmağa başlamışdır. Lakin o, yaxud Rizvan Zərərçəkmiş şəxs1, yaxud Günelin oğlu Zərərçəkmiş şəxs2 yaxasından tutaraq qapıya doğru itələməmişdir. Baş vermiş hadisədən peşmançılıq hissi keçirir və barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, 2017-ci ilin təxminən iyun ayından Xaçmaz şəhəri, Dəmir yolu vağzalının, Xaçmaz st. Xətt Polis şöbəsinin yaxınlığında yerləşən Adil Quliyevə məxsus “Retro” adlı kafeni fərdi sahiblkar kimi icarə əsasında işlədir. Həmin kafedə ancaq çay, kofe, pivə və digər spirtli içkilər satılır. xx xxxxxx 2019-cu il tarixdə, axşam saat 23 radərlərində işlətdiyi kafedə 3 masada ayrı-ayrı müştərilər- Xaçmaz rayonununun Ərəb kənd sakinləri Rəfail və Rizvan ayrı masada, Elvin və yanında 3 nəfər adlarını bilmədiyi dostları başqa masada, digər masada isə xatırlamadağı 2 nəfər şəxs oturub çay-kofe, pivə içərək istirahət etmişlər. Həmin vaxt kafedə masa xidmətçisi Səbuhə olmuş, oğlu Zərərçəkmiş şəxs2 da Səbuhəyə köməklik etmiş, rəfiqəsi Nargilə ilə başqa bir masada oturub söhbət etmişdir. O, oturduğu masadan bütün masalar görünmüşdür. Həmin vaxt Rəfail bir bakal pivə sifariş etmiş, oğlu Xalis Rəfailə pivə qalmadığını bildirdikdə Rəfail və Rizvan ilə birlikdə masadan qalxaraq oğluna ucadan yalan danışmamasını deyərək kafenin qapısını çırpıb çölə çıxmışdır. O, həmin vaxt bu söhbəti eşidib oğlundan nə baş veriyini soruşduqda, Xalis bildirmişdir ki, Rəfail və Rizvan borclu qaldıqları 9 manat hesabın 8 manatını verib, lakin 1 manatı verməmişlər. Belə olduqda, o da masa xidmətçisi Səbuhəyə demişdir ki, gedib Rəfail və Rizvandan borclu qaldıqları 1 manat pulu onlardan alsın. Səbuhə çölə çıxıb qayıdaraq demişdir ki, qalan 1 manat borclarını verməmişlər. Səbuhənin arxası ilə kafeyə yenidən daxil olan Rəfail 5 manat pulu qapının ağzına tullamış, bu vaxt oğlu Xalis Rəfailə niyə belə etdiyini dedikdə, Rəfail Xalisin ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra oğlunun yaxasından tutaraq nalayiq söyüşlər söyməyə başlamışdır. O, tez ayağa durub oğlunu Rəfailin əlindən alarkən sonucu onun ünvanına nalayiq ifadələr işlədərək onu söymüş, alnından yumruqla vuraraq kafenin qapısına tərəf itələmişdir. Bu vaxt baş nahiyəsi qapıya dəymiş, əlindəki “Samsunq J-5” markalı telefonu yerə düşərək ekranı sınmış, hətta qapının şüşəsi də çatlamışdır. Onu itələyən vaxt oğlu Xalis gəlib onları ayırmaq istəyərkən Rəfail masa üzərində olan stəkanı oğluna tərəf atmış, amma stəkan oğluna dəyməyərək yerə düşüb sınmışdır. Həmin vaxt Rizvan Rəfaili ayırıb çölə çıxarmış, avtomobilə mindirib aparmışdır. Rəfail ilə Rizvan çıxan kimi kafedə olan müştərilər də onların arxası ilə çıxıb getmişdir. Rəfail onu itələyib yıxan zaman taksi sürücüsü kimi tanıdığı Qorxmaz kafeyə daxil olmuş və hadisənin şahidi olmuşdur. Hadisə təxminən 20- 25 dəqiqə davam etmiş, baş vermiş hadisə zamanı ona ümumilikdə 500 manat dəyərində ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və onlar barışmışlar. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs bu barədə ərizəsinin məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Zərərçəkmiş şəxs1 onun doğma anasıdır. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində anası Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Retro” kafesində olduğu zaman, anasının işlətdiyi kafeyə Təqsirləndirilən şəxs və Şahid6 gəlmiş və masada əyləşərək bir fincan kofe və bir bakal pivə sifariş vermişlər. Bir müddət sonra Rəfail yenidən bir bakal pivə sifariş etmiş, bu zaman anası Zərərçəkmiş şəxs1 işi olduğundan o, həmin şəxslərin masasına yaxınlaşaraq pivənin qalmadığını demişdir. Rəfail və Rizvan ondan hesabı istəmiş, o da həmin şəxslərə 10 manat borcları olduğunu, onun 9 manatını ofisiant Səbuhə adlı xanıma verdiklərindən qalıq 1 manat borcların olduğunu söyləmişdir. Bundan sonra Rəfailgil stoldan ayağa qalxaraq kafedən çölə çıxmış, Rizvan isə kafenin yerinə 5 manat pulu tullayaraq “buda sizin hesabınız” söyləmişdir. O. yerdən 5 manat pulu götürərək kafedən çölə çıxıb Rizvana 5 manat yox 1 manat borcları olduğunu söyləmişdir. Həmin vaxt Rizvan artıq avtomobildə əyləşmiş və 5 manat pulu alması üçün Rizvana verdikdə Rizvan yenə də pulu yerə atmışdır. O, yenidən kafeyə qayıtmış, onun arxasınca Rəfail kafeyə girmiş və bu zaman arxaya çevrilərkən Rəfail ucadan onun ünvanına nalayiq ifadələr işlədərək 5 manatı niyə yerə atdığını soruşmuş, ona qarşı əl-qol atmağa başlamış, həmin vaxt anası araya girib onları ayırarkən Rəfail anasını yumruqla vurub kənara itələmişdir. Bu zaman anasının əlində tutduğu mobil telefonu yerə düşmüşdür. Bundan sonra Rizvan Rəfaili ayıraraq maşına mindirib aparmışdır. Hadisədən sonra onlar barışmışlar, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 göstərdi ki, xx xxxxxx 2019cu il tarixdə, axşam saat 18 radələrində Sərxan, Pərviz, Rəşad adlı həmkəndliləri ilə birlikdə Sərxanın idarə etdiyi “Vaz 2106” markalı avtomobillə Xaçmaz şəhəri dəmir yolu vağzalı yaxınlığında yrləşən “Retro” kafesinə getmişlər. Kafeyə daxil olduqda giriş qapısından sağ tərəfdə yerləşən 6-cı masada 2 nəfər, giriş qapısından sol tərəfdəki bir masada da tanımadığı 2 nəfər şəxs oturmuşlar. Onlar da giriş qapısından sağ tərəfdəki 1ci masada oturub çay-kofe sifariş etmişlər. Gəlib-getdiyi yer olduğu üçün həmin kafeni işlədən şəxsin Zərərçəkmiş şəxs1 olduğunu bilmiş, həmin gün Günelin oğlu Zərərçəkmiş şəxs2 da kafedə olmuş, ondan başqa Səbuhə adlı masa xidmətçisi də kafedə olmuşdur. Axşam saat 23 radələrində kafedə olduqları zaman Rəfail və Rizvan masadan qalxıb hesabı Səbuhəyə verməklə kafenin qapısından çölə çıxmışlar, Səbuhə də həmin hesabı aparıb Xalisə göstərərək hesabın düzgün verilmədiyini demişdir. Xalis kafenin qapısını açaraq çölə çıxmadan həmin şəxslərə hesabı düz vermədiklərini dedikdə Rəfail kafeyə qayıdıb Xalisin ünvanına nalayiq ifadələr işlətmiş və əlində olan 5 manatı əzib Xalisin üstünə tullamışdır. Xalis onu təhqir etməsinin səbəbini soruşduqda, Rəfail Xalisin üstünə gələrək yaxasından tutmuş, bu zaman Zərərçəkmiş şəxs1 araya girərək Xalisi həmin şəxsin əlindən alarkən Rəfail Günelin ünvanına nalayiq küçə söyüşləri söyüb onu kafenin qapısına tərəf itələmişdir. Həmin vaxt Günelin baş nahiyəsi qapıya dəyərək yerə yıxılmış, əlindəki mobil telefon da yerə düşərək ekranı sınmış, hətta Günelin baş nahiyəsinin dəydiyi qapının şüşəsi də çatlamışdır. Rəfailin yanında olan Rizvan Rəfaili tutub çölə çıxarmış, Rəfail çölə çıxmasına baxmayaraq uca səslə nalayiq küçə söyüşləri söymüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2, X3 və Şahid4 eyni məzmunlu ifadə verərək X4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6t oğlu göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ilə birlikdə axşam saat təxminən 23 radələrində Xaçmaz şəhəri dəmir yolu vağzalının yaxınlığında, Xaçmaz şəhəri vağzal küçəsində yerləşən “Retro” kafesinə gəlmiş və bir stəkan kofe, Rəfail isə bir bakal pivə sifariş etmişdir. Bundan sonra Rəfail daha 2 bakal pivə içmiş və onlar evə getməyi qərarlaşdırmışlar. Bu zaman onlar içdikləri kofe və pivənin hesabını istəyərkən 8 manat pul ödəməli olduqlarını bildirmişlər. Rəfail də cibindən 8 manat pul çıxardaraq hesabı ödəmişdir. Kafenin qapısından çıxan zaman Rəfail ona əlavə olaraq daha bir bakal pivə içmək istədiyindən onlar qayıdaraq yenidən masaya oturmuş və Rəfail bir bakal pivə sifariş etmişdir. Sifariş etdiyi pivəni içdikdən sonra yenidən bir bakal pivə istədikdə Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 pivənin qurtardığını bildirmişdir. Bu zaman Xalis onlara yaxınlaşaraq bir manat borclu qaldıqlarını bildirmişdir. O, avtomobildən aşağı düşərək kafeyə daxil olub onların sonucu dəfə əyləşdikləri masaya 5 manat pul ataraq geriyə qayıtmışdır. O, avtomobilə əyləşən zaman Zərərçəkmiş şəxs2 onun verdiyi 5 manat pulu əlində əzmiş vəziyyətdə kafenin qapısından küçəyə tullamışdır. Rəafil də Xalisə “patsan” pulu niyə yerə atırsan deyə iradını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 kafedən çölə çıxaraq onlara “oğlumdan nə istəyirsiz” deyərək onların üzərinə qışqıraraq kafenin içərisindəki stəkanları, bakalları onların üzərinə atmağa başlamışdır. Onlar oradan uzaqlaşmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu Vaz 2106 markalı ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Xaçmaz şəhər avtovağzal küçəsində yerləşən “Retro” kafesinin qarşısına gəlmiş, kafenin qarşısında avtomobilini saxladıqdan sonra kafenin içərisinə daxil olmuşdur. Bu zaman tanımadığı bir xanım ofisiant dağılmış şüşə qırıntılarını yerdən yığmışdır. Kafeni işlədən Zərərçəkmiş şəxs1 isə başını tutaraq stolda əyləşmişdir. O, Güneldən nə baş verdiyini suruşduqda ona Rəfail və Rizvan adlı şəxslərin kafeyə gələrək kofe, pivə içdiklərini, sonra Rəfailin yenidən pivə sifariş etdiyini, lakin oğlu Xalis ona pivənin qutarmasını bildirdikdə oğluna və ona nalayiq söyüşlər söyməsini, oğlunun yaxasından tutaraq onun başını qapının şüşəsinə vurmasını, onu da yumruqla vurub kənara itələməsini nəticədə əlindəki Samsunq J-5 markalı mobil telefonun sındığını bildirmişdir. İş materiallarında olan baxış keçirilməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Xaçmaz şəhəri, H.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1ı qızının işlətdiyi kafeyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin kafe dəmir yolu vağzalından 250 metr məsafədə yerləşir. Kafenin girişində bir laylı qapı yerləşir. Kafeyə daxil olduqda daxilinə girişdə sol və sağ tərəfdə masalar və oturacaqlar yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs1 əlində olan ekranı sınmış Samsunq J-5 markalı mobil telefonu göstərərək bildirmişdir ki, kafeyə gəlmiş Rəfail adlı şəxs tərəfindən döyülmüş və əlində olan “Samsunq” markalı mobil telefonu sınmışdır. İş materiallarında Azərbayсan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli, 1361 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 tibbi müayinəsi zamanı alnında solda qançır küt əşyanın təsirindən törənməklə xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan Azərbayсan Respublikası Səhiyyə Nazirliyinin məhkəmətibbi ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli, 1360 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 bədən səthində hər hansı bir xəsarət və onun işi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş mteriallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, AZ-İV seriyalı, 234296 saylı, xx xxxxxx 2019-cu il tarixli, AZ-İV seriyalı, 234295 saylı və xx xxxxxx 2019-cu il tarixli, AZ-İV seriyalı, 234290 saylı doğum haqqında şəahdıtnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X2 ilə birgə nikahlarından xx xxxxxx 2013-cü idə Gülay, xx xxxxxx 2015-ci ildə Əfrahim və xx xxxxxx 2017-ci ildə Elag adlı 3 nəfər uşaqları anadan olmuşdur. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 23 radələrində Xaçmaz şəhəri Vağzal küçəsiində, vətəndaş X1 icarə əsasında işlətdiyi “Retro” kafesində müştəri kimi əyləşərək pivə içdikdən sonra yenidən sifariş etdiyi zaman Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs2 pivə içkisi qalmadığını bildirdikdə alkoqol sərxoşluğu vəziyyətində pivənin verilməməsini əsas gətirib, Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər söyərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozaraq şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək sonuncunun yaxasından tutub kafenin qapısına tərəf itələmklə ona fiziki zor tətbiq etdikdə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs1 münaqişəni sakitləşdirmək məqsədi ilə araya girərək Təqsirləndirilən şəxs yumruq zərbəsi ilə bir dəfə qəsdən sonuncunun alın nahiyəsinə vuraraq ona alınından solda qançır ilə nəticələnən dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Daha sonra isə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan hərəkətlər edərək, Zərərçəkmiş şəxs1 məxsus 300 manat dəyərində Samsunq J-5 markalı mobil telefonunu yerə salaraq, ekranın, 200 manat dəyərində masa üzərində olan şüşələri, stəkan və pivə bakallarını götürərək ətrafa atmaqla sındırmış, ümumilikdə 500 manat ziyan vurmaqla 30 dəqiqə ərzində kafenin iş rejimini və orada istirahət edən şəxslərin rahatlığını pozulması ilə müşayiət olunan qərəzli xuliqanlıq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünün qismən təqsirli bilməsinin əsası kimi ibtidai istintaq və məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərə qarşı hər hansı zor tətbiq etməməsi və bu kimi onun, iş üzrə şahid qismində dindirilmiş həmkəndlisi Şahid6t oğlunun ifadələrində irəli sürdükləri dəlillər təqsirləndirilən şəxsin özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşımaqla aparılmış məhkəmə araşdırması zamanı hər hansı mötəbər sübutla öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Ona görə də məhkəmə hessab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini qismən etiraf etməklə əməlindən peşman olmasını, himayəsində 3 nəfər azyaşlı uşaqları olmaqla ailənin yeganə qazanc gətirəni olmasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməklə, həmçinin dəymiş zərəri ödəməklə sonuncuların ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məсəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin ediliş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək;n 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsüzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmazrayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqındai ltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb iсraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərсləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbayсan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-сi maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki)il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması сəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmazrayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmazrayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb iсraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-80/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-80/2020
14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver