Məhkəmə qərarları › İş №1(067)-80/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-80/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-80/2021 29.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnın, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1980-cu Xaçmaz rayonun rayonunun Xanlıq-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, Xaçmaz rayonunun Xanlıq-oba kəndində yaşayan–Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, 21 aprel 2021-ci il tarixdə saat 11 radələrində Xaçmaz rayonunun, Xanlıq-oba kəndi ərazisində yerləşən sahəlikdə Təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı Zərərçəkmiş şəxs təpə nahiyyəsindən bir dəfə daşla vurması və onunla əlbəyaxa olması nəticəsində sonuncuya təpə nahiyyəsinin əzilmiş yarası və sol əlin İİ barmağının sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun Zərərçəkmiş şəxsla münasibətləri son hadisəyə kimi normal olmuşdur. Lakin 18.04.2021-ci il tarixdə axşam saatlarında evə gələn oğlu Təyyar İlyasov ona atın yüyəninin götürüldüyünü və Təqsirləndirilən şəxs oğlu Sərdar İsmayılovdan şübhələndiyini bildirmişdir. Bu zaman o, bu məsələyə əsəbləşmiş və Zərərçəkmiş şəxs yaşadığı evə gedərək baş verən hadisəni aydınlaşdırmaq istəmişdir. Həmin vaxt yolda Zərərçəkmiş şəxs oğlu Sərdar İsmayılovu görmüş və ondan bu məsələni soruşmuşdur. Sərdarla aralarında yüngül söz mübahisəsi yaşamışdır. Sonradan bu mübahisəyə Sərdarın atası Zərərçəkmiş şəxs və babası İsa İsmayılov gəlmişdir. Həmin vaxt Sərdar İsmayılov ona yüyəni vermiş və həmkəndliəri Şahid oğlu Heydər Qurbanovun sahəlikdə tapdığını bildirmişdir. Biraz aralarında söz mübahisə davam etdikdən sonra o, evə qayıtmışdır. Evə qayıtdıqdan sonra isə bu dəfə Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlmişdir. Bu vaxt aralarında yenidən söz mübahisəsi düşmüş və bir qədər davam etdikdən sonra Zərərçəkmiş şəxs çıxıb getmişdir. Lakin Pərvizin bu hərəkəti ona pis təsir etmiş və ona qarşı əsəbi olmuşdur. 21.04.2021-ci il tarixdə saat 11:00 radələrində yaşadığı kənddə mal-qara otarmaq üçün sahəsinə gedirmiş. Bu zaman sahəlikdə Zərərçəkmiş şəxs görmüşdür. Zərərçəkmiş şəxs yanında Şahid da olmuşdur. Bu zaman o, Zərərçəkmiş şəxs 3 gün əvvəlki hərəkətlərinin səbəbini soruşmuş və aralarında mübahisə düşmüşdür. Buna görə də o, ilk öncə Pərvizə 3-4 ədəd daş atmışdır. Ancaq daşlar Pərvizə dəyməmişdir. Sonradan daşı əlinə alaraq Pərvizin başına vurmuşdur. Bu zaman Pərvizlə arasına Qurbanəli girmiş və onları ayırmışdır. Şahid onları ayıran zaman onun sağ əlinin dırnağı Zərərçəkmiş şəxs sol əlinin 2-ci barmağını cızmışdır. Daha sonra isə o, oradan ayrılaraq mal-qarasını öz sahəsinə apardığını bildirmişdir. Hazırda o, törətmiş olduğu cinayət əməlinə görə özünü tam təqsirli bilir və peşmançılıq çəkir. Hadisədən sonra o, Zərərçəkmiş şəxs üzr istəmiş və onlar barışmışlar. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmə baxışında bildirdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onun Təqsirləndirilən şəxsla mübahisə etməyinə səbəb 18 aprel 2021-ci il tarixdə baş verən hadisəyə görə olmuşdur. Belə ki, həmin tarixdə onun oğlu Sərdar İsmayılov ilə Azərin oğlu Təyyar İlyasov yaşadıqları kəndin sahəlik ərazisində mal-qara otarırmışlar. Onlar orada olarkən Təyyarın at yüyəni itmişdir. Ancaq Təyyar yüyənin itirməsilə bağlı Sərdarı günahlandırmışdır. Sonradan həmin günün axşam saatlarında isə Azər onun yaşadığı evin yaxınlığındakı yolda oğlu Sərdarla qarşılaşmış və Sərdarı təhqir etmişdir. O, səsə çölə çıxmışdır. Bu zaman burada aralarında mübahisə düşmüşdür və yüyən tapıldıqdan sonra ara sakitləşmişdir. Daha sonra isə o, Azərin yaşadığı ünvana getmiş və orada etdiyi hərəkətin səbəbini soruşaraq onunla sözlü mübahisə etmişdir. Bu mübahisədən 3 gün sonra yəni, 21.04.2021-ci il tarixdə saat 11:00 radələrində yaşadığı kəndin ərazisində həmkəndlisi Şahid ilə mal-qara otaran zaman Təqsirləndirilən şəxs ona yaxınlaşmışdır. Burada səbəbsiz yerə onunla mübahisə etmiş və ona 3-4 dəfə daş atmışdır. Ancaq həmin daşlar yan keçmişdir. Daha sonra əlinin içərisinə daş alan Azər həmin daşı yumruqla onun baş nahiyyəsinə bir dəfə vurmuşdur. Daha sonra onunla birlikdə olan digər həmkəndlisi Şahid onları ayırmışdır. Həmçinin Şahid onları ayıran zaman Təqsirləndirilən şəxs dırnağı onun sol əlinin 2-ci barmağını zədələmişdir. Bu zaman başından qan açıldığı üçün özünü pis hiss edərək evə getdiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə ondan üzr istəmişdir və onlar barışmışlar. Məhkəmədə şahid qismində ifadə verən Şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. 18.04.2021-ci il tarixdə onların arasında söz mübahisəsi olmasından xəbəri var. Belə ki, həmin tarixdə Təqsirləndirilən şəxs oğlu Təyyar İlyasov sahəlikdə mal-qaranı otaran zaman atmın yüyənini itirmişdir. Sonradan isə həmin yüyəni həmkəndlisi İsmət adlı şəxs taparaq evi yaxın olduğu üçün onun oğlu Heydər Qurbanova vermişdir. Bundan sonra Heydər Zərərçəkmiş şəxs oğlu Sərdar İsmayılovla birlikdə olan zaman yolda Təqsirləndirilən şəxs ilə qarşılaşmışlar. Bu vaxt Azərlə Sərdar arasında mübahisə yaranmış və sonradan bu mübahisəyə Zərərçəkmiş şəxs və onun atası İsa İsmayılov da qatılmışdır. Lakin yüyən ortalığa çıxandan sonra mübahisə sakitləşmişdir. 21.04.2021-ci il tarixdə saat 11:00 radələrində yaşadığı kəndin sahəliyində mal-qara otarırmış. Bu zaman Zərərçəkmiş şəxs da onunla birlikdə olmuşdur. Bir müddət sonra Təqsirləndirilən şəxs da öz mal-qarasını gətirmiş və bu vaxt Pərvizlə Azər arasında 3 gün əvvəlki məsələyə görə mübahisə düşmüşdür. Azər Pərvizə 3-4 dəfə daş atsa da daşlar Pərvizdən yan keçmişdir. Daha sonra Azər əlinə daş alaraq Pərvizin başına vurmuşdur. Bundan sonra o, Azərlə Pərvizi aralamışdır. Pərviz xəsarət aldığı üçün evinə tərəf, Azər isə mal-qarasını götürərək öz sahəsinə getdiyini bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 22.04.2021-ci il tarixli 205 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs təpə nahiyyəsinin əzilmiş yarası və sol əlin İİ barmağının sıyrığıbərk küt əşya təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 21.04.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığından, sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə prosesində verdiyi etirafedici ifadəsindən başqa, zərər çəkmiş şəxsin, şahidlər ifadəsi, məhkəmə-tibbi ekspertizasının 21.04.2021-ci il tarixli 205 saylı rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə prosesində müəyyən olundu ki, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşimançılıq keçirir, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizələrindən müəyyən olunur ki, tərəflər barışıq əldə etmişlər və cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verib, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşimançılığını, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilsin. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar