Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-80/2025 06.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1986-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında İltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 17 yanvar 2012-ci il tarixli, 11/5-k nömrəli əmrlə Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin mütəxəssisi və digər müxtəlif vəzifələrə, sonuncu dəfə 30 mart 2023-cü il tarixli, 10/182-k nömrəli əmrlə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin baş mütəxəssisi (böyük inspektor) vəzifəsinə təyin edilib, 14 avqust 2024-cü il tarixədək həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə özgə əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin noyabr ayında işə düzəlməsində köməklik göstərilməsi üçün cinayətdən xəbərsiz Şahid2 vasitəsilə özünə müraciət. etmiş Şahid1 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui- istifadə edərək sonuncunu Azərbaycan Respublikasının Baş Prokurorluğunda mütəxəssis vəzifəsinə təyin etdirəcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 30.000 (otuz min) manat məbləğdə pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 və sonuncunun atası Zərərçəkmiş şəxs həmin ərəfədə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən kafelərin birində bildirib, sonuncularla razılaşmaqla sövdələşib, həmin niyyətlə 4 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Hüseyn Cavid” parkının yaxınlığında Şahid1 Zərərçəkmiş şəxs məxsus 23.000 (iyirmi üç min) manat pul vəsaitini nağd qaydada, 7 dekabr 2023-cü il tarixdə Şahid1 tərəfindən Zərərçəkmiş şəxs məxsus 7.000 manat pul vəsaitini Şahid1 məxsus “Leobank” kart hesabı vasitəsilə sonuncunun yaşadığı ünvan 3 ünvandan internet bankçılıq proqramı vasitəsilə iki dəfəyə, yəni 2000 (iki min) manat və 5.000 (beş min) manat olmaqla özünə məxsus "xxxx" ASC-yə məxsus 4098-58******5185 nömrəli “Leobank” kart hesabına köçürülməsinə nail olub həmin pul vəsaitlərini həmin tarixdə "xxxx" ASC-nin ünvan 4 ünvanında yerləşən “İçərişəhər” filialında olan bankomat vasitəsilə məxaric edib nağdlaşdırmaqla şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 30.000 (otuz min) manat məbləğində pul vəsaitini ələ keçirməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq zamanı dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 14 ildir ki, Baş Prokurorluqda Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsində müxtəlif vəzifələrdə, son 2 ildir ki, həmin idarədə baş mütəxəssis - böyük inspektor vəzifəsində işləyir, 2024-cü ilin sentyabr ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmuşdur. 3 övladı var, kirayədə yaşayır, dolanışığı çətin olduğu üçün adına çoxlu borc yığılmışdır. Artıq borclarını qaytara bilmədiyindən çıxış yolu axtarmış, bu məqsədlə 2023-cü ilin noyabr ayında Xaçmaz rayonunda yaşayan tanışı Şahid2 zəng edərək ona Baş Prokurorluqda baş mütəxəssis vəzifəsi üzrə vakansiya olduğunu, onu həmin vəzifəyə düzəldə biləcəyini demişdir. Sərxana bunun qarşılığında guya Baş Prokurorluğun Kadrlar idarəsinə verilməsi üçün 30.000 manat pul verməli olduğunu bildirmiş, Şahid2 razılıq verməsə də, Şahid1 adlı dostunun Baş Prokurorluqda işləmək istədiyini bildirib, onun razılıq verəcəyini qeyd etmişdir. Bundan sonra həm Şahid2 vasitəsilə, həm də birbaşa Şahid1 özü ilə bu məsələ barədə əlaqə saxlamış, Şahid1 ali təhsilli olduğu üçün baş məsləhətçi vəzifəsinə düzəldə biləcəyini demiş və həmin vəzifə üçün 30.000 manat pul verməli olduğunu bildirmişdir. Bundan əlavə, Sərxana işə qəbul üçün sənədlərini hazırlamağı, həmin sənədlər əsasında onun fəaliyyətinin yoxlanacağını, daha sonra işə qəbul olunacağını bildirmişdir. Şahid1 2023-cü ilin noyabr ayında ona zəng edərək sənədlərin hazır olduğunu bildirib, onu Xudata çağırmış, o, da Xudata gedib Şahid2, Şahid1 və Zərərçəkmiş şəxsla Xudatdakı kafelərdən birində görüşmüşdür. Həmin görüşdə o, bir daha Sərxanı Baş Prokurorluqda baş mütəxəssis vəzifəsinə düzəldəcəyini və bunun qarşılığında sonuncudan 30.000 manat alacağını bildirmişdir. Şahid1 və atası Zərərçəkmiş şəxs ona öz razılıqlarını bildirib, Sərxanın topladığı sənədləri, məqalələri və digər sənədləri təqdim etmişlər. Bir neçə gün sonra Şahid1 zəng edib sənədlərinin Baş Prokurorluğun Kadrlar idarəsi tərəfindən yoxlandığını, işə qəbuluna razılıq verildiyini bildirib, ondan tələb etdiyi 30.000 manatı verməyini istəmişdir. Sərxan da 23.000 manat düzəltdiyini bildirib, geridə qalan məbləği isə bir neçə günə verəcəyini qeyd etmiş, o da razılıq vermişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə Sərxan Şahid1 Qəribovla birlikdə Cəfərova məxsus avtomobil ilə Bakıya onun yaşadığı ünvanın yaxınlığına, Hüseyn Cavid parkı tərəfə gəlmiş, Şahid1 pulun kartda olduğunu bildirib bankomatdan çıxartmalı olduğunu bildirmiş, bu məqsədlə yaxınlıqda yerləşən "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşmışlar. Şahid1 kartdan 23.000 manat məxaric edib ona təqdim etmişdir. Pulu sonuncuya məxsus avtomobilin içində almışdır. Bundan bir neçə gün sonra Şahid1 zəng edib geridə qalan pulu, yəni 7000 manatı özünə məxsus 4098-5844-6874-5185 nömrəli “Leobank” hesabına göndərməyini istəmişdir. Şahid1 da bir neçə saata pulu düzəldib qeyd edilən karta göndərmişdir. Təqsirləndirilən şəxs həm 23.000 manatı, həm də sonradan aldığı 7.000 manatı əvvəlcədən yaranmış borclarını bağlamağa xərclədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilərkən ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bir daha ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı zərərçəkmişə ödədiyi 14900 manat məbləğindən əlavə məhkəmə istintaqı zamanı da zərərçəkmiş şəxsə 6100 manat pul ödədiyini bildirmişdir. İbtidai istintaq zamanı dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023cü ilin noyabr ayının sonlarında oğlu Sərxan ona müraciət edərək tanışı Şahid2 Baş Prokurorluqda işləyən qohumu Təqsirləndirilən şəxs Baş Prokurorluqda işə qəbul etməyi təklif etdiyini bildirərək, bu barədə onun da fikrini soruşmuş, o da razılıq vermişdir. Bundan sonra Nəsimi özü Xudata gəlmiş, Xudatda görüşləri zamanı sonuncu bir daha Baş Prokurorluqda baş mütəxəssis vəzifəsi üzrə vakansiyanın olduğunu, Sərxanı da həmin vəzifəyə düzəldəcəyini bildirmişdir. Nəsimi Sərxanın sənədlərini istəmiş və həmin sənədləri yoxlamaq üçün Baş Prokurorluğun Kadrlar idarəsinə təqdim edəcəyini bildirmişdir. Həmin görüşdə Nəsimi onları inandırmaq məqsədi ilə öz xidməti vəsiqəsini də təqdim etmişdir. Təxminən 2023-cü ilin dekabr ayının 2-də Nəsimi ona və oğlu Sərxana zəng edərək həmin işin alınması üçün 30.000 manat pul lazım olduğunu bildirmiş, belə ki, sonuncu, ali təhsilli olanların işə qəbulu üçün 30.000 manat, orta təhsilli şəxslərin isə 25.000 manat verməli olduqarını bildirərək, Sərxanın ali təhsilli olduğu üçün 30.000 manat verməli olduğunu qeyd edib, aylıq 2400 manat maaş alacağını bildirmişdir. O, da bunun üçün pul yığmaq qərarına gəlmiş, bu məqsədlə mal- qarasını satıb və qohumlarından borc alıb cəmi 23.000 manat pul yığmışdır. Bu barədə zəng edib Nəsimiyə məlumat vermiş, Nəsimi ona həmin pulu göndərməyi, bəlkə də həmin məbləğə işin həll olunacağını bildirmiş, bu məqsədlə ümumilikdə 23.000 manat pulu xx.xx.2024-cü il tarixdə oğlu Sərxanın "xxxx" ASC-də olan 409809******2207 nömrəli kart hesabına köçürmüşdür. 2023-cü ilin dekabr ayının 4-də özü, oğlu və Şahid2la birlikdə Nəsimi ilə görüşmək üçün Bakıya getmişlər. Nəsimi işdən gec çıxdığı üçün onu gözləyə bilməmiş və rayona geri qayıtmışdır. Axşam təxminən 23 radələrində oğlu ona zəng edərək Nəsimi ilə görüşərək 23.000 manat pulu ona verdiyini bildirmişdir. Bundan 3 gün sonra Nəsimi yenidən, ona və oğluna zəng edib, geridə qalan 7000 manat pulu da tələb etmiş və təcili pulu ona məxsus 4098-5844-6874-5185 nömrəli “Leobank” hesabına göndərməyi bildirmişdir. O, da tanışlarından borc yığaraq 5000 manat düzəltmiş və pulun geridə qalan 2000 manat hissəsini oğlu dostu Şahid2 borc almışdır. Oğlu Sərxandan aldığı pulu və digər 5000 manat pulu Nəsiminin “Whatsapp” proqramı ilə göndərdiyi kart nömrəsi üzrə göndərmiş və bundan sonra o, mesaj yazaraq pulun gəldiyini bildirmişdir. Bundan bir müddət keçməyinə baxmayaraq, Nəsimidən xəbər çıxmamış, sonuncu sənədlərin yoxlanıldığını bildirərək oğlunu tərcümeyi hal və digər sənədləri yazmağı üçün Bakı şəhərinə dəvət etmişdir. 2024-cü ilin yanvar ayında birlikdə Bakı şəhərinə gələrək, Bakı şəhərində Elmlər Akademiyası metro stansiyasının yaxınlığında “Qoçət” restoranında Nəsimi ilə görüşüb, gecə saat 1-ə kimi həmin restoranda Nəsiminin təqdim etdiyi sənədləri, o cümlədən tərcümeyi-hal vərəqini doldurub Nəsimiyə təqdim etmişlər. Lakin, bundan sonra da Nəsimidən xəbər çıxmamışdır. 2024-cü ilin may ayında Nəsimi oğluna zəng edərək işin həll olunduğunu bildirərək oğlunu təbrik etmiş və ondan 3x4 ölçülü şəkil istəmişdir. Oğlu da ona şəkili göndərmiş, l^kin, yenə bundan sonra ondan xəbər çıxmamışdır. Bundan sonra pulunu Nəsimidən geri tələb etməyə başlamış, sonuncu isə müxtəlif bəhanələrlə pulu qaytarmağı uzatmış, Nəsimi pulu Baş Prokurorluqda Kadrlar idarəsinə verdiyini, yaxın vaxtlarda İnəmin pulu alıb qaytaracağını bildirmişdir. 2024-cü ilin avqust ayında Nəsimi ilə Nabranda yerləşən “Fortuna” istirahət mərkəzində görüşləri zamanı sonuncu onlardan aldığı 30.000 manat pulu Baş Prokurorluğun yüksək vəzifəli şəxslərinə verdiyini, yaxın vaxtlarda həmin pulu geri qaytaracaqlarını bildirmiş, o, da həmin söhbət zamanı Nəsiminin səsini özünə məxsus mobil telefon vasitəsilə qeydə almışdır. Lakin, Nəsiminin vədləri boş çıxdığı üçün 2024-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edib, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə məlumat vermişdir. xx.xx.2024- cü il tarixdə Nəsiminin oğlu Şahid1 bank kartına 1900 manat pul göndərdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı dindirilərkən ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək eyniməzmunlu ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istinaq zamanı ona dəymiş maddi ziyanın 14900 manat hissəsini, məhkəmə istintaqı zamanı isə 6100 manat hissəsini ödəmişdir. Hazırda Nəsiminin ona 9000 manat məbləğində qalıq borcu qalmışdır. Uzun müddət keçməsinə baxmayaraq Nəsimi həmin pulu tam şəkildə ona ödəmədiyi üçün, barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istitnaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Zərərçəkmiş şəxsla oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs Şahid1 Azərbaycan Respublikasının Baş Prokurorluğunda işə düzəltmək üçün Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinə verilməsi adı ilə xx.xx.2023-cü il tarixdə Yasamal rayonunda yerləşən Hüseyn Cavid parkında əlbəəl formada 23.000- manat, xx.xx.2023-cü il tarixdə isə sonuncuya məxsus bank kartına 7.000 manat olmaqla, ümumilikdə 30.000 manat pul verdiklərini bildirmişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən üzləşdirmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs və Şahid1 ifadələrində qeyd etdiklərini Təqsirləndirilən şəxs ilə üzləşdirmə aparılan zamanı da təsdiq edərək bir daha sonuncunun onlardan Şahid1 Azərbaycan Respublikasının Baş Prokurorluğunda işə düzəltmək üçün 30.000 manat pul aldığını bildirib Təqsirləndirilən şəxs ifşa etmişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Zərərçəkmiş şəxs tərəfindən 04.11,2024-cü il tarixli izahatına əlavə edilmiş fləşkartda olan 1 (bir) ədəd səs yazısına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, səs yazısında Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda söhbət mövcuddur: Nəsimi: İşimizə görə məcburuq şey eləməyə. Deməli dayı bugün məni kadrların rəisi çağırdı yanına ki, nolubdu nə problem var? Mən axı o köməkçisini müavinini şey eliyirdim. Şahismayıl: Bəli Nəsimi: Dedim bəs belə-belə. Mənim bu qohumlarımı nə işə düzəltmədiniz, ki, bunları 1 ildir gözləhagözlə indi də şey eləmədiniz Şahismayıl: Düzəltmədiniz Nəsimi: Hə, dedim bəs ,bunların haqq-hesab məsələsini bəs istəyirlər. Vermək lazımdır. Hə yanı düzəlmir. Dediniz ki, belə filan, yəni onlar da indi də istəmirlər. Heç düzəlsə də mümkün deyil. Dedim yəni istəmirlər konkret deyirlər ki bizim haqq hesabımızı qaytar. Şahismayıl: Hə canın sağ olsun. Nəsimi: Allaha and olsun mən sənə deyim ki, mənə indiyənədək o köməkçisi cavab verirdi həmişə. Ondan sözü gətirirdi mənə deyirdi yola salırdı çıxıb gedirdim. Bir də müavin mənə cavab verirdi. Məni bugün çağırdı otağına özü şəxsən. Elə ikimiz otaqa mənə qayıtdı dedi ki... Mən açığı bir şey deyim ki sənə, Allaha and olsun mən bax bugünə kimi mən özüm də narahat idim ki, mənim özümü də bunlar işdən çıxararlar, məni sıxışdırarlar. Məni həqiqi uje sıxırdırmışdılar açığı, mən görürdüm ki, uje mənimlə prinsip aparırlar. Yəni görürdüm köməkçi çıxıb deyir qəbul eləmir, belə aqressiyayla, elə bil ki, mənim bunun dədəsinə borcum var. Sənin mənə borcun var, sənin mənim yanımda başı aşağılığın var. Mənim sənin yanında başı aşağılığım yoxdur. Allaha and olsun ki, əmi axırı ora-bura, dedi ki, bəs gəlməli idilər, onları neynədin sən, dedim onlar 2 dəfə yox 3 dəfə gəliblər Bakıya pullarının dalıyca. Mən onlardan xahiş eləmişəm, demişəm ki, narahat olmuyun. Ora-bura nəsə şey elədi, dedi ki, narahat olma Nəsimi sənin puluvu 1 həftəyə, 10 günə kimi düzəldib verəcəm. Bircə sənin 5000 manatın hərbidədi, o adama da, bu qəndin tamı haqqı, mənim yanımda yığdı dedi ki, qardaş sənə amanat vermişdim, o durur səndə? O da dedi ki, yoxam burda, mən 15-20 günə gələcəm. Amma dedi bu 30 mini, 1 həftə 10 günə kimi mən verəcəm sənə aparıb çatdırarsan yeyəsinə. Mən də əmi, bundan oyanası da yoxdur. Bu dediyi vaxt yoxdur? Demir ki, 1 həftə 10 günə sənin pulunu verəcəm apar çatdır? Allaha and olsun ki, verməsə o pulu 1 həftə 10 günə Sərxan da pis adam olar, bu Sərxan da pis adam olar ki, ikisi də mən də bunlarla bir yerdə, çünki bu kişilərdən mən pulu almışam, mənimlə üçümüz də bir yerdə gedib prokurorluğun qabağında oturmasaq bizdən pis adam yoxdur. Amma əmi, bu qəndin tamı haqqı, o verəcək. O, özü dedi mənə şəxsən ki, sən narahat olma, 1 həftə 10 günə qohumlarına de ki, pulunu götürsün. Bir dənə o, 5000 bir 15 gün zad ləngiyə bilər, o da gəlsin alıb verəcəm dedi. Sərxan: Mən qorxurdum o 5000-dən ki, desin.... Nəsimi: Yox yox zəng elədi mənim yanımda Allaha and olsun, Sərxan mənim yanımda şəxsən danışdı, dedi o 5 mini, dedi sənə amanat vermişdim, iş alınmadı, yəni o amanatı şey elə. O, da dedi ki, qardaş mən burda yoxam, məzuniyyətdədir, istirahətdədir, dedi qayıdan kimi narahat olma. O, da yəqin ki 15 günə zada qayıdıb gələcək. O, qayıdıb gələn kimi də, əmi, o 5 minini alıb sənə verəcəm. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Şahid1 məxsus bank hesabından çıxarışdan görünür ki, sonuncu tərəfindən özünə məxsus AZ09UBAZ**********1010AZN006 bank hesabına xx.xx.2023-cü il tarixdə 25.000 manat mədaxil edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Təqsirləndirilən şəxs məxsus AZ23UBAZ**********010AZN002 nömrəli bank hesabından çıxarışdan görünür ki, Şahid1 tərəfov tərəfindən xx.xx.2023-cü il tarixdə saat 13:11- də 2.000 manat, saat 13:44-də isə 5.000 manat pul vəsaiti Təqsirləndirilən şəxs məxsus qeyd edilən bank hesabına köçürülmüşdür. Hər iki pul vəsaiti sonuncu tərəfindən bankın “İçərişəhər” filialındakı bankomatdan məxaric edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Şahid1 məxsus ***-***-**-** mobil nömrəsində qeydiyyatda olan “Whasapp” proqramına baxış keçirilməsi haqqında protokoldan görünür ki, sonuncu tərəfindən Təqsirləndirilən şəxs məxsus ***-***- **-** mobil nömrəsində olan “Whasapp” proqramına xx.xx.2023-cü il tarixdə əvvəl 2.000 manat, daha sonra isə 5.000 manat pulun ödənişi ilə əlaqədar qəbz göndərilir. Sonuncu ödənişdən sonra Təqsirləndirilən şəxs “Hə gəldi qardaş. Çox sağol qardaş” yazaraq pul vəsaitini qəbul etdiyini bildirir. Bundan əlavə, yazışmalarda Şahid1 işə düzəldilməsi ilə əlaqədar çoxlu sayda söhbət mövcuddur. xx.xx.2024- cü il tarixli yazışmada aşağıdakı məzmunda söhbət mövcuddur: Şahid1: Salam necəsiz? Demisdiz nese siyahiya baxacam nese alindi? Təqsirləndirilən şəxs: Salam qardaş. Baxdım yoxdur götürüb həmən sənədi. Amma qaqa variydi sənin adın da Şahid1: Gözləyirəm çağırsınlar mən də gəlim Təqsirləndirilən şəxs: Mən də onu istəyirəm xx.xx.2024-cü il tarixli yazışmada aşağıdakı məzmunda söhbət mövcuddur: Şahid1: Yenə imkan olanda size yaxin olanından, bu isin icinde olandan bir sorusarsiz. Ne deyirler ise goturmek barede Təqsirləndirilən şəxs: Qardaş işə götürmək söhbəti getmir ey səni uje götürüblər. Qardaş narahat olma. Mən də çalışıram nəsə örgənəm 12 avqust 2024-cü il tarixli yazışmada aşağıdakı məzmunda söhbət mövcuddur: Şahid1: Salam ne xeberler? Danisdinizmi? Təqsirləndirilən şəxs: Qaqa qurana andolsun yoxuydu çıxıbdı oturub işdə gözdüyürəm dedilər ola bilsin qayıtsın. Gəlməsə səhər tezdən görəcəm. Səhər tezdən girəcəm yanına. Sənə dərhal xəbər edəcəm. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorunun xx.xx.2012-ci il tarixli 11/5-k saylı əmri ilə Təqsirləndirilən şəxs 3 ay sınaq müddəti müəyyən edilməklə Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin mütəxəssisi, xx.xx.2023-cü il tarixli 10/182-k saylı əmrlə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin baş mütəxəssisi (böyük inspektor) dövlət qulluğuna təyin edilmiş, xx.xx.2024-cü il tarixli 2- 2- 100/438-k saylı əmrlə isə o, tutduğu vəzifədən azad edilməklə öz arzusu ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən sənədlərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 18 dekabr 2024-cü il tarixdə ərizə ilə müraciət edərək, Zərərçəkmiş şəxs dəymiş ziyandan xx.xx.2024-cü il tarixdə 9.000 manat, xx.xx.2024-cü il tarixdə 4.000 manat Şahid1 bank hesabına ödənildiyini bildirib, ödəniş qəbzlərini ərizəsinə əlavə etmişdir. Bundan əlavə, cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 bank hesabına 1.900 manat ödənilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Zərərçəkmiş şəxs 05 may 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 05 may 2025-ci il tarixdə 5100 manat, 04 aprel 2025-ci il tarixdə isə 1000 manat məbləğində pul ödəmiş və hazırda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 21 000 manat məbləğində ödənişi olmuş, 9000 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şahid1 işə qəbulla əlaqədar Kardlar idarəsinə hər hansı müraciəti olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, habelə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 1 (bir) ədəd flaşkart, eləcə də Şahid1 məxsus “Whatapp” proqramından çıxarışlar, habelə xx.xx.2023-cü il tarixli ödəniş qəbzləri maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən AZE № 18351713 seriya nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X1 adında övladı var. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən AZE № 11641019 seriya nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 adında övladı var. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən AZE № 11641018 seriya nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X3 adında övladı var. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsini , zərərçəkmiş şəxslərin və şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 17 yanvar 2012-ci il tarixli, 11/5-k nömrəli əmrlə Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin mütəxəssisi və digər müxtəlif vəzifələrə, sonuncu dəfə 30 mart 2023-cü il tarixli, 10/182-k nömrəli əmrlə Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin baş mütəxəssisi (böyük inspektor) vəzifəsinə təyin edilib, 14 avqust 2024-cü il tarixədək həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə özgə əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin noyabr ayında işə düzəlməsində köməklik göstərilməsi üçün cinayətdən xəbərsiz Şahid2 vasitəsilə özünə müraciət. etmiş Şahid1 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui- istifadə edərək sonuncunu Azərbaycan Respublikasının Baş Prokurorluğunda mütəxəssis vəzifəsinə təyin etdirəcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 30.000 (otuz min) manat məbləğdə pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 və sonuncunun atası Zərərçəkmiş şəxs həmin ərəfədə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən kafelərin birində bildirib, sonuncularla razılaşmaqla sövdələşib, həmin niyyətlə 4 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Hüseyn Cavid” parkının yaxınlığında Şahid1 Zərərçəkmiş şəxs məxsus 23.000 (iyirmi üç min) manat pul vəsaitini nağd qaydada, 7 dekabr 2023-cü il tarixdə Şahid1 tərəfindən Zərərçəkmiş şəxs məxsus 7.000 manat pul vəsaitini Şahid1 məxsus “Leobank” kart hesabı vasitəsilə sonuncunun yaşadığı ünvan 3 ünvandan internet bankçılıq proqramı vasitəsilə iki dəfəyə, yəni 2000 (iki min) manat və 5.000 (beş min) manat olmaqla özünə məxsus "xxxx" ASC-yə məxsus 4098-58******5185 nömrəli “Leobank” kart hesabına köçürülməsinə nail olub həmin pul vəsaitlərini həmin tarixdə "xxxx" ASC-nin ünvan 4 ünvanında yerləşən “İçərişəhər” filialında olan bankomat vasitəsilə məxaric edib nağdlaşdırmaqla şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 30.000 (otuz min) manat məbləğində pul vəsaitini ələ keçirməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üç azyaşlı uşağının olması (xx.xx.2018-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3), habelə 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın tam şəkildə ödənilməməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddəini təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə bu qənaətə ona görə gəlir ki, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vuraraq dələduzluq cinayətini törətsə də, onun himayəsində 3 azyaşlı uşağın olması və ziyanın bir qismini ödənilməsi, habelə ağırlaşdırıcı halların olmaması əsas verir ki, barəsində azadlıqdan məhrum etmə cəzasının minimum həddi tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməklə, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə qalmalıdır. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbs olunmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın tam ödənilmədiyini və Təqsirləndirilən şəxs ziyan tələb etdiyini bildirsə də, cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə maddi sübut qismində tanınmış 1 (bir) ədəd flaşkart, Şahid1 məxsus “Whatapp” proqramından çıxarışlar, habelə xx.xx.2023-cü il tarixli ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə qalsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə mülki iddianın, ekspertiza xərcinin və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Zərər çəkmiş şəxs Şahid1 Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-80/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-80/2025
06.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver