Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-81/2025 12.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Xaçmaz rayonun, Qaracəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasi vətəndaşı, subay, fərdi əməklə məşqul olan, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonun, Qaracəlli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı daşıyaraq yaşadığı evdə saxlamış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 05 dekabr 2024-cü il tarixdə saat 00:40-dan 01:00-dək olan vaxt ərzində onun yaşadığı Xaçmaz rayonu, Qaracəlli-Xəzərli avtomobil yolunun Qaracəlli kəndi hissəsində yolun sol kənarında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı yataq otağındakı stolun üzərindən 04 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,41 qram, 0,80 qram, 9,30 qram və 4,48 qram olmaqla ümumi təmiz çəkisi 18,99 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib, saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki,məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, hadisə ilə bağlı onu deyə bilərki, polis əməkdaşları qardaşı ilə bağlı onun yaşadığı Xaçmaz rayonu, Qaracəlli kəndindəki evə gəlmişlər. Polis əməkdaşları ona təzyiq etmədən videoçəkilişdən istifadə edərək ondan yaşadığı evdə narkotik vasitə olub-olmadığını soruşduqda o, yaşadığı evdə narkotik vasitə olmasını və “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuananı ağrıları olduğu zaman dəmləyərək icdiyini demişdir. Narkotik vasitənin yanında yemişən və it burnu olmuşdur. Aşkar edilmiş narkotik vasitəni o, yaşadığı evin həyətyani torpaq sahəsinin yaxınlığında kolların icində hündürlüyü 50-60 santimetr olan yabanı halda bitən bir ədəd narkotik vasitə sayılan marixuana kolu tapmışdır.Tapdığı marixuana kolunu dərhal dərməmiş, bir müddət sonra onları dərmiş, iki dəfə istifadə etmişdir. Marixuana kolu quruyandan sonra onu yığmış, yığdıqdan sonra həmin marixuana bir ovuc təşkil etmiş və onu balaca selofan torbaya tökərək yaşadığı evə gətirmişdir ki, ağrıları olan zaman dəmləyib içsin. Tapdığı marixuana kolunun üzərində 10-15 ədəd baş olmuşdu.Dəmləyən zaman çaydanın içərisinə 1-2 ədəd narkotik kolunun üzərindən yığdığı başdan,sonra isə üç ədəd it burnu, beş ədəd yemişan atırdı. Yaşadığı evdən bir büküm marixuana olub, digər bükümdə toz olub, onu da gətirib əlavə ediblər ora.Bitki özü orda 9 qram olub. 18 qram orda yazılan əlavədi. Orda bir büküm olduğunu, digər 3-4 büküm olmadığını bildirmişdir. O, narkotik vasitəni dörd yerə bölməmişdir. Orda toz şəklində olanı saxlamışdır ki, marixuana olmayanda ondan dəmləyib içsin ağrılarını kəssin. O, marixuanadan ağrı kəsiçi kimi istifadə etdiyini narkotik bitki kimi istifadə eləmədiyini demişdir. Onda bir büküm olduğunu, üç büküm isə ora əlavə olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Qaracəlli kəndində qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayırmış. Subaydır və əvvəllər məhkum olunmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub dolanışığını təmin edirmiş. Uzun müddətdir ki, “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuananı qaynadıb suyunu içirmiş və bədənində ağrılar olduğu üçün içdiyi həmin mayenin ağrılarını sakitləşdirdiyini düşünürmü. Yaşadığı Qaracəlli kəndi meşə sahəsinin yanında yerləşdiyi üçün bir neçə ay bundan əvvəl meşə sahəsində yabanı halda bitmiş 02 ədəd çətənə bitkisinin hissələrini yığıb yaşadığı evdə qurudub şəxsi istifadəsi üçün bir neçə bükümdə saxlayırmış. 04 dekabr 2024-cü il tarixdə içərisində marixuana olan bükümləri yaşadığı evin otağındakı masanın üzərinə qoyub saxlayırmış. 05 dekabr 2024-cü il tarixdə gecə saat 01 radələrində yaşadığı evdə olan zaman evin həyət qapısından onu kiminsə çağırmasını eşidib həyət qapısının yanına getmiş, həyət qapısının yanına çatanda görmüşdür ki, onu orada dörd nəfər şəxs gözləyir. Həmin şəxslərdən biri polis formasında olduğuna görə o, bir söz deməmiş, onların yanına yaxınlaşanda həmin şəxslər Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını, yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumat daxil olduğunu bildirmişlər və bu zaman videoçəkiliş başlan, çəkiliş başlandıqdan sonra həmin şəxslər ona təqdim olunmuş, o da özünü təqdim etdikdən sonra verilən suala cavab olaraq yaşadığı evdə narkotik vasitə olmasını və onu təqdim edə biləcəyini demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı evə daxil olmuş, evdə masanın üzərində saxladığı marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt masanın üzərində 02 ədəd salfet kağızında, 01 ədəd dəftər vərəqində və 01 ədəd sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd sellofan bükümdə isə toz var imiş. Həmin toz masanın üzərindəki kasanın içərisində olan daşın tozu imiş. Bundan sonra içərisində marixuana olan salfet kağızlar, dəftər vərəqi və sellofan paket polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, bu zaman görmüşdür ki, içərisində marixuana olan salfet kağızının biri 7,40 qram, digəri isə 2,35 qram, içərisində marixuana olan sellofan paket 12,74 qram, içərisində marixuana olan dəftər vərəqi 6,30 qram, içərisində daş tozu olan sellofan büküm isə 6,88 qram çəkidə olmuşdur. Bundan sonra içərisində marixuana olan bükümlər bir ədəd zərfdə, içərisində toz olan sellofan büküm isə başqa bir zərfdə qablaşdırılmış, həmin zərfin üzərini baxışda iştirak edən şəxslər imzalamışlar, qeyd olunan zərflər möhürlənərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Baxış keçirilməsinin görüntüləri videoçəkiliş vasitəsi ilə əvvəldən axıradək qeydə alınmış və görüntülərin köçürüldüyü disk protokola əlavə edilmişdir. Bundan əlavə özü narkotik vasitələrin satışı ilə məşğul deyildir. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin CAB-nin Axtarış Üzrə baş əməliyyat müvəkkili Şahid1 bildirdi ki, Xaçmaz rayonun Qaracəlli kənd sakini Gülağa adlı şəxsin narkotik vasitələrdən istifadə etməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Şöbə rəhbərliyinə məruzə olunandan sonra əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupuna o, Xaçmaz RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Xaçmaz RPŞ-nin müstəntiqi, polis kapitanı X3 iştirakı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qaracəlli kəndində yerləşən yaşayış evinin getmişlər. Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı oradan iki selofan büküm, bir ədəd dəftər vərəqində və bir ədəd sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi,birdə orada toz şəklində heroinə bənzər kütlə aşkar olunmuşdur. Gülağa özü demişdir ki, daşı ovub tökmüşdü ora. O biri bükümlərin nəşə olduğunu Gülağa bildirmişdir. Həkim məsləhət gördüyü üçün dəmləyib içdiyni bildirmişdir. Şahid Xaçmaz RPŞ-nin CAB-nin Axtarış Üzrə baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Xaspoladoba kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evlidir və Xaçmaz RPŞ-nin CAB-nin Axtarış Üzrə baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində işləyirmiş. Xaçmaz rayonu, Qaracəlli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən də onun yaşadığı evə baxış keçirmək qərarına gəlmişlər. Buna görə də 05 dekabr 2024-cü il tarixdə, saat 00 ilə 01 radələri arasında Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Xaçmaz RPŞnin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Xaçmaz RPŞ-nin müstəntiqi, polis kapitanı X3 iştirakı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qaracəlli kəndində yerləşən fərdi yaşayış evinin qarşısına getmişlər. Evin qarşısında olarkən Təqsirləndirilən şəxs çağırmış, bu zaman Gülağa səsə cavab verərək evin qarşısına gəlmişdir. Təqsirləndirilən şəxs da evin qarşısına gəldikdən sonra ona özlərini təqdim etdikdən sonra müstəntiq tərəfindən RPŞ-nə onun yaşadığı evdə narkotik vasitələrin qanunsuz olaraq saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu və buna görə də videoçəkiliş vasitəsi ilə yaşadığı fərdi yaşayış evinə baxış keçiriləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs bununla bağlı heç bir bir etirazının olmadığını bildirmiş və yaşadığı evdə narkotik vasitə olduğunu bildirib həmin narkotik vasitəni təqdim edə biləcəyini söyləmişdir. Bundan sonra müstəntiq, o və digər polis əməkdaşları Təqsirləndirilən şəxs icazəsi ilə əvvəlcə evin həyətinə, daha sonra isə onun yaşadığı evə daxil olmuşlar. Evin həyətinə daxil olduqdan sonra təxminən 15 metr irəlidə bir ədəd bir mərtəbəli ev yerləşirmiş. Evin içərisinə daxil olduqdan sonra evin giriş qapısından içəriyə girib sola dönüb əvvəlcə evin bir otağına, daha sonra həmin otağa girişdən sağda yerləşən birinci otağa daxil olmuş, həmin otaqda masa, yataq, soyuducu və digər əşyalar varmış. Baxış zamanı məlum olmuşdur ki, həmin otaqdan Təqsirləndirilən şəxs həm yataq otağı kimi, həm də qonaq otağı kimi istifadə edirmiş. Otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs həmin otaqda olan masanın üzərindəki bitki kütlələrini göstərib həmin kütlələrin “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni siqaretə doldurub çəkmək üçün deyil, qaynadıb suyunu içmək üçün yaşadığı evdə saxladığını bildirmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin masanın üzərində 02 ədəd salfet kağızında, 01 ədəd dəftər vərəqində və 01 ədəd sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi, 01 ədəd sellofan bükümdə isə narkotik vasitə olan heroinə bənzər maddə varmış. Bundan sonra müstəntiq tərəfindən elektron tərəzidə çəkilən zaman içərisində marixuanaya bənzər bitki kütləsi olan salfet kağızının biri 7,40 qram, digəri isə 2,35 qram, içərisində marixuanaya bənzər bitki kütləsi olan sellofan paket 12,74 qram, içərisində marixuanaya bənzər bitki kütləsi olan dəftər vərəqi 6,30 qram, içərisində heroinə bənzər maddə olan sellofan büküm isə bükümlə birlikdə 6,88 qram olması müəyyən olunmuşdur. Bundan sonra içərisində marixuanaya bənzər bitki kütləsi olan bükümlər bir ədəd zərfdə, içərisində heroinə bənzər maddə olan sellofan büküm isə başqa bir zərfdə qablaşdırılmış, həmin zərfin üzəri baxışda iştirak edən şəxslər imzalamışlar, qeyd olunan zərflər möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 bildirdi ki, 05 dekabr 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Gülağanı əvvəllər tanımamışlar. Qardaşını bilirdilər, axtarışda olub, narkotiklə tutulub. Məlumat daxil olub narkotik vasitələrin istifadəsi və saxlaması ilə bağlı qrup yaradılmış müstəntiq təyin olunmuşdur. Əməliyyat qrupuna o, Xaçmaz RPŞ-nin CAB-nin Axtarış Üzrə baş əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Xaçmaz RPŞ-nin müstəntiqi, polis kapitanı X3Gecə radələrində Gülağanın yaşadığı evə gedərək onun iştirakı ilə evinə baxış keçirilmişdir. Baxış zamanı stolun üzərində 02 ədəd salfet kağızında, 01 ədəd dəftər vərəqində və 01 ədəd sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi, 01 ədəd sellofan bükümdə isə narkotik vasitə olan heroinə bənzər maddə varmış. Şahid Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Xaspoladoba kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evlidir və Xaçmaz RPŞ-nin CAB-nin Axtarış Üzrə baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində işləyirmiş. Xaçmaz rayonu, Qaracəlli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən də onun yaşadığı evə baxış keçirmək qərarına gəlmişlər. Buna görə də 05 dekabr 2024-cü il tarixdə, saat 00 ilə 01 radələri arasında Xaçmaz RPŞ-nin CAB-nin Axtarış Üzrə baş əməliyyat müvəkkili Şahid1, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Xaçmaz RPŞ-nin müstəntiqi, polis kapitanı X3 iştirakı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qaracəlli kəndində yerləşən fərdi yaşayış evinin qarşısına getmişlər. Evin qarşısında olarkən Təqsirləndirilən şəxs çağırmış, bu zaman Gülağa səsə cavab verərək evin qarşısına gəlmişdir. Təqsirləndirilən şəxs da evin qarşısına gəldikdən sonra ona özlərini təqdim etdikdən sonra müstəntiq tərəfindən RPŞ-nə onun yaşadığı evdə narkotik vasitələrin qanunsuz olaraq saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu və buna görə də videoçəkiliş vasitəsi ilə yaşadığı fərdi yaşayış evinə baxış keçiriləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs bununla bağlı heç bir bir etirazının olmadığını bildirmiş və yaşadığı evdə narkotik vasitə olduğunu bildirib həmin narkotik vasitəni təqdim edə biləcəyini söyləmişdir. Bundan sonra müstəntiq, o və digər polis əməkdaşları Təqsirləndirilən şəxs icazəsi ilə əvvəlcə evin həyətinə, daha sonra isə onun yaşadığı evə daxil olmuşlar. Evin həyətinə daxil olduqdan sonra təxminən 15 metr irəlidə bir ədəd bir mərtəbəli ev yerləşirmiş. Evin içərisinə daxil olduqdan sonra evin giriş qapısından içəriyə girib sola dönüb əvvəlcə evin bir otağına, daha sonra həmin otağa girişdən sağda yerləşən birinci otağa daxil olmuş, həmin otaqda masa, yataq, soyuducu və digər əşyalar varmış. Baxış zamanı məlum olmuşdur ki, həmin otaqdan Təqsirləndirilən şəxs həm yataq otağı kimi, həm də qonaq otağı kimi istifadə edirmiş. Otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs həmin otaqda olan masanın üzərindəki bitki kütlələrini göstərib həmin kütlələrin “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni siqaretə doldurub çəkmək üçün deyil, qaynadıb suyunu içmək üçün yaşadığı evdə saxladığını bildirmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin masanın üzərində 02 ədəd salfet kağızında, 01 ədəd dəftər vərəqində və 01 ədəd sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi, 01 ədəd sellofan bükümdə isə narkotik vasitə olan heroinə bənzər maddə varmış. Bundan sonra müstəntiq tərəfindən elektron tərəzidə çəkilən zaman içərisində marixuanaya bənzər bitki kütləsi olan salfet kağızının biri 7,40 qram, digəri isə 2,35 qram, içərisində marixuanaya bənzər bitki kütləsi olan sellofan paket 12,74 qram, içərisində marixuanaya bənzər bitki kütləsi olan dəftər vərəqi 6,30 qram, içərisində heroinə bənzər maddə olan sellofan büküm isə bükümlə birlikdə 6,88 qram olması müəyyən olunmuşdur. Bundan sonra içərisində marixuanaya bənzər bitki kütləsi olan bükümlər bir ədəd zərfdə, içərisində heroinə bənzər maddə olan sellofan büküm isə başqa bir zərfdə qablaşdırılmış, həmin zərfin üzəri baxışda iştirak edən şəxslər imzalamışlar, qeyd olunan zərflər möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 bildirdi ki, Xaçmaz rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur, onun əsasında əməliyyat qrupu yaradılmışdır.Təqsirləndirilən şəxs yaşadığı Xaçmız rayonunun Qaracəlli kəndindəki evinə getmişlər. Onun evinə baxış keçirilən zaman oradan üç ədəd kağız bir bükümdə və bir ədəd selofan paketdə narkotik vasitə aşkar edilmişdir. Şahid Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Xaspoladoba kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evlidir və Xaçmaz RPŞ-nin CAB-nin Axtarış Üzrə baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində işləyirmiş. Xaçmaz rayonu, Qaracəlli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən də onun yaşadığı evə baxış keçirmək qərarına gəlmişlər. Buna görə də 05 dekabr 2024-cü il tarixdə, saat 00 ilə 01 radələri arasında Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Xaçmaz RPŞ-nin CAB-nin Axtarış Üzrə baş əməliyyat müvəkkili Şahid1 və Xaçmaz RPŞ-nin müstəntiqi, polis kapitanı X3 iştirakı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qaracəlli kəndində yerləşən fərdi yaşayış evinin qarşısına getmişlər. Evin qarşısında olarkən Təqsirləndirilən şəxs çağırmış, bu zaman Gülağa səsə cavab verərək evin qarşısına gəlmişdir. Təqsirləndirilən şəxs da evin qarşısına gəldikdən sonra ona özlərini təqdim etdikdən sonra müstəntiq tərəfindən RPŞ-nə onun yaşadığı evdə narkotik vasitələrin qanunsuz olaraq saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu və buna görə də videoçəkiliş vasitəsi ilə yaşadığı fərdi yaşayış evinə baxış keçiriləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs bununla bağlı heç bir bir etirazının olmadığını bildirmiş və yaşadığı evdə narkotik vasitə olduğunu bildirib həmin narkotik vasitəni təqdim edə biləcəyini söyləmişdir. Bundan sonra müstəntiq, o və digər polis əməkdaşları Təqsirləndirilən şəxs icazəsi ilə əvvəlcə evin həyətinə, daha sonra isə onun yaşadığı evə daxil olmuşlar. Evin həyətinə daxil olduqdan sonra təxminən 15 metr irəlidə bir ədəd bir mərtəbəli ev yerləşirmiş. Evin içərisinə daxil olduqdan sonra evin giriş qapısından içəriyə girib sola dönüb əvvəlcə evin bir otağına, daha sonra həmin otağa girişdən sağda yerləşən birinci otağa daxil olmuş, həmin otaqda masa, yataq, soyuducu və digər əşyalar varmış. Baxış zamanı məlum olmuşdur ki, həmin otaqdan Təqsirləndirilən şəxs həm yataq otağı kimi, həm də qonaq otağı kimi istifadə edirmiş. Otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs həmin otaqda olan masanın üzərindəki bitki kütlələrini göstərib həmin kütlələrin “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni siqaretə doldurub çəkmək üçün deyil, qaynadıb suyunu içmək üçün yaşadığı evdə saxladığını bildirmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin masanın üzərində 02 ədəd salfet kağızında, 01 ədəd dəftər vərəqində və 01 ədəd sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi, 01 ədəd sellofan bükümdə isə narkotik vasitə olan heroinə bənzər maddə varmış. Bundan sonra müstəntiq tərəfindən elektron tərəzidə çəkilən zaman içərisində marixuanaya bənzər bitki kütləsi olan salfet kağızının biri 7,40 qram, digəri isə 2,35 qram, içərisində marixuanaya bənzər bitki kütləsi olan sellofan paket 12,74 qram, içərisində marixuanaya bənzər bitki kütləsi olan dəftər vərəqi 6,30 qram, içərisində heroinə bənzər maddə olan sellofan büküm isə bükümlə birlikdə 6,88 qram olması müəyyən olunmuşdur. Bundan sonra içərisində marixuanaya bənzər bitki kütləsi olan bükümlər bir ədəd zərfdə, içərisində heroinə bənzər maddə olan sellofan büküm isə başqa bir zərfdə qablaşdırılmış, həmin zərfin üzəri baxışda iştirak edən şəxslər imzalamışlar, qeyd olunan zərflər möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanılması haqqında 05 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarına əlavə olunmuş baxış keçirilməsi haqqında 05 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman, masanın üzərindən 02 ədəd salfet kağızında, 01 ədəd dəftər vərəqində və 01 ədəd selofan paketdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi, 01 ədəd selofan bükümdə isə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Aşkar olunan narkotik vasitələr tərəzidə çəkilərkən içərisində marixuanaya bənzər bitki kütləsi olan salfet kağızının biri 7,40 qram, digəri isə 2,35 qram, içərisində marixuanaya bənzər bitki kütləsi olanselofan paket 12,74 qram, içərisində marixuanaya bənzər bitki kütləsi olan dəftər vərəqi 6,30 qram, içərisində heroinə bənzər maddə olan selofan büküm isə 6,88 qram olması müəyyən olunmuşdur. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 22 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış aparılması haqqında 05 dekabr 2024-cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 05 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2024-cü il tarixli 3-16-16-2-7/1975 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 4,41 qram, 01 (bir) ədəd salfet kağızı bükülüdə təmiz çəkisi - 0,80 qram və 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi - 9,30 qram, 01 (bir) ədəd salfet kağızı bükülüdə təmiz çəkisi 4,48 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 18,99 qram olması, 0,2 qramının tədqiqata sərf edililmiş və 18,79 qramının qalıq qalması nəzərə alınmalıdır. Təqdim olunmuş 01 (bir) ədəd kağız və bir ədəd salfet kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə öz aralarında eynidirlər, 01 (bir) ədəd sellofan bükülüdə və 01 (bir) ədəd salfet kağızı bükülüdə olan marixuanadan fərqlənirlər. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2024-cü il tarixli 6/5395 nömrəli ekspert rəyndən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkimi 6,530 qram qəhvəyi rəngli tozşəkilli maddənin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddə narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 27 dekabr 2024-cü il tarixli 7998 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon Məhkəməsinn xx.xx.2024-cü il tarixli, 4(067)-160/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli, 05 dekabr 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri secilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 5(067)-262/2024 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz RPŞ-nin CAB-nin Axtarış Üzrə baş əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 04 dekabr 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında 21 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalan 18,79 qram olan narkotik vasitə qurudulmuş marixuana və tərkibində narkotik vasitələr, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri olmayan təmiz çəkisi 6,530 qram olan qəhvəyi rəngli tozşəkilli maddə Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Əhmədoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Əhmədoba kəndində yaşayır. Onun barəsində Əhmədoba kənd İƏD nümayəndəliyinə vətəndaşlar tərəfindən şifahi və ya yazılı şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan toplanmış sübutların qiymətləndirilməsi haqqında 01 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 01 fevral 2025-ci il tarixli qərarından görünür ki, aşkar edilmiş xeyli miqdarda narkotik vasitənin mənbəyini müəyyən edilməsi üçün hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başqa bir cinayət işi ayrılmışdır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı daşıyaraq yaşadığı evdə saxlamış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 05 dekabr 2024-cü il tarixdə saat 00:40-dan 01:00-dək olan vaxt ərzində onun yaşadığı Xaçmaz rayonu, Qaracəlli-Xəzərli avtomobil yolunun Qaracəlli kəndi hissəsində yolun sol kənarında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı yataq otağındakı stolun üzərindən 04 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,41 qram, 0,80 qram, 9,30 qram və 4,48 qram olmaqla ümumi təmiz çəkisi 18,99 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülməklə təstiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib, saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram, qurudulmamış marixuana üçün 25 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilərkən, özünü ona elan olunmuş ittihamla qismən təqsirli bilsə də, məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini tam etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və o, məsuliyyətdən yaxa qurtarmaq istəyir. Məhkəmə onun bu ifadəsinə tənqidi yanaşaraq, onu iş üzrə toplanmış digər sübutlarla: şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə yanaşı qiymətləndirərək, uydurulmuş dəlil kimi rədd edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə hərəkətlərindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli (cəzaçəkmə müddəti) həbsə alındığı gündən, yəni 05 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 18,79 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,530 qram olan qəhvəyi rəngli tozşəkilli maddə tərkibində narkotik vasitələr, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri olmadığına görə Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 192 (yüz doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 05 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 18,79 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Tərkibində narkotik vasitələr, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri olmayan 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,530 qram olan qəhvəyi rəngli tozşəkilli maddə Təqsirləndirilən şəxs qaytarılsın . İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 192 (yüz doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM NƏRMİN ABİYEVA.
Məhkəmə qərarları › İş №1(067)-81/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-81/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver