Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-82/2020 18.06.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsininbirinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Xaçmaz rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, İİ qrup əlil, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ümumvətəndaş pasportu olmadığından qanunla müəyyən edilmiş qaydada dövlət sərhədindən keçə bilmədiyi üçün qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə gecə saat 22:50 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonuda yerləşən 2-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçdikdən sonra, xx xxxxxx 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs oğlunun qeyd edilən cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Azərbaycandan Rusiyaya meyvə-tərəvəz aparıb satmaqla ailəsini dolandırmışdır. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz yerləşən «Şirvanlı» buraxılış məntəqəsindən rəsmi qaydada keçməklə X1 şəhərinə getmişdir. Gedərkən özü ilə satmaq üçün xurma qələmləri aparmışdır. Həmin kolları o, əvvəldən tanıdığı Tər-tər rayon sakini Zamin adlı şəxsdən götürmüşdür. xx xxxxxx 2020-ci il tarixdə o, Rusiyada olarkən Zamin də oraya gəlmişdir. O, həmin qələmləri Rusiyada sata bilməmiş, bunun üçün də Zamin ona pasportunu ona girov verməsini, qələmləri satıb onun pulunu verdikdən sonra psaportunu qaytaracağını demişdir. O, da razılaşmış və pasportunu Zaminə vermişdir. Sonradan pasportunu götürmək üçün Zamini axtarsa da, onu tapa bilməmiş və qərara gəlmişdir ki, sərhədi qanunsuz yolla keçib Azərbaycana getsin. Bunun üçün də xx xxxxxx 2020-ci il tarixdə axşam saat 17 radələridə “Opel” markalı yol avtomaşını ilə Azərbaycan Respublikasına, yəni Xanoba kəndi istiqamətində hərəkət etmiş, yolda olarkən spirtli içki qəbul etmiş və Xanoba buraxılış məntəqəsinə çatdıqda həmin avtomaşından düşmüşdür. Onu gətirən sərhədi keçib Azərbaycana getmişdir. O, isə sərhədi qanunsuz yolla Azərbaycana keçməyə yol axtarmış və hava qaraldıqda tikanlı simləri aralayıb Azərbaycan ərazisinə daxil olmuşdur. Daha sonra piyada yola çıxmış və yoldan keçən taksilərdən birini saxlatdırıb yaşadığı Xaçmaz rayonuna getmişdir. Həmin tarixdə gecə vaxtı evinə çatmış, lakin heç kimə qanunsuz yolla sərhədi keçdiyini deməmişdir. xx xxxxxx 2020-ci il tarixdə Quba ASAN xidmətə müraciət edib özünə yeni pasport almışdır. Həmin tarixdə onun ***-***-**-** saylı mobil telefonuna Dövlət Sərhəd Xidmətindən zəng gəlmiş və onu sərhəd xidmətinə dəvət etmişlər. Sorğu zamanı o, sərhədçilərə dövlət sərhədini qanunsuz yolla Rusiyadan Azərbaycana keçdiyini bildirmiş və sərhədi qanunsuz yolla keçdiyi yeri göstərmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir. Ailə vəziyyəti nəzərə alınmaqla ona həbslə əlaqədar olmayan yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən N №-li hərbi hissənin 2-ci sərhəd zastvasının rəisi Şahid1 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 22:51 radələrində sərhəd komendantlığından dövlət sərhədinin Rusiyadan Azərbaycan Respublikası istiqamətində bir nəfər şəxs tərəfindən pozulmasına dair daxil olmuş məlumata əsasən, sərhəd zastavası «Silaha» komandısı ilə qaldırılmış, yaradılmış qrup əraziyə hərəkət etmiş və nəzarətedici vasitələr yoxlanılmışdır. Sərhəd zastavasının 18-ci sahəsində 1 nəfərə məxsus ayaq izi aşkar edilmişdir. Bu barədə aidiyyəti üzrə məlumat verdikdən sonra sərhəd pozucusunun axtarışına başlanılmışdır. Bir müddət sonra sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs Xaçmaz rayonunun ərazisində sərhədçilər tərəfindən saxlanılmış və o, törətdiyi əməli etriaf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sərhəd zastavasına aparılmış və xx xxxx 2020-ci il tarixdə hadisə yerini, yəni dövlət sərhədini Rusiyadan qanunsuz yol ilə Azərbaycan keçdiyi ərazini, 2-ci sərhəd zastavasının 18-ci sahəsini göstərmişdir. Araşdırma başa çatdıqdan sonra Təqsirləndirilən şəxs aidiyyəti üzrə Dövlət sərhədi Xidmətinin İstintaq və Təhqiqat idarəsinə göndərilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış N №-li hərbi hissənin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan N №-li hərbi hissənin 2-ci sərhəd zastavasının rəisi baş leytenant Şahid1 raportundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 22:51-də sərhəd komendantlığından Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin bir nəfər şəxs tərəfindən pozulması və sərhəd zastavasının «Silaha» komandasına əsasən qaldlrılaraq nəzarətedici vasitələrin yoxlanılması barədə göstəriş verilmişdir. Sərhəd zastavası komanda əsasında əraziyə hərəkət etmiş və 18-ci sahədə bir nəfərə məxsus iz aşkar olunmuşdur. Daha sonra məlumat əsasında bir nəfər Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Xaçmaz müəyyən edilərək saxlanılmışdır. İş materiallarında olan əraziyə baxış keçirilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən ərazi N №-li hərbi hissənin 2-ci sərhəd zastavasının 18-ci sahəsidir. Vətəndaş Təqsirləndirilən şəxs sərhəd zastavasının xidməti ərazisinə aparılmış və o, dövlət sərhədini qanunsuz olaraq keçdiyi ərazini göstərmiş, 18-ci sahədə aşkar olunmuş izlərin ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan Sərhəd Nəzarətindən daxil olmuş sənəddən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən etibarən sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə olmaqla (Çıxış) mütəmadi olaraq dövlət sərhədindən keçmişdir. Onun Azərbaycan Respublikasına girişi qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 Şəxsinin xx.xx.2020-ci il tarixli, xx/xx-3147 saylı məktubundan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mərkəzdə müalicə olunmayıb və qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hkimiyyətinin Xaçmaz şəhər X12 üzrə nümayəndəliyi tərəfindən verilmiş ictimai xasiyyətnamıdın görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Azəraycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyasının xx xxxxxxxx 2000-ci il tarixli, 266215 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir, əməyə qadir deyil. İş materiallarında olan xx xxxxxx 1994-cü il tarixli, AZ-İİ 378414 saylı Nikah haqqında, şəhadətnamədən görünür ki, xx xxxxxx 1997-ci il tarixli, XX-JQ seriyalı, 315160 saylı, xx xxxxxx 2020-ci il tarixli, AZ-İV seriyalı, 422128 saylı və xx xxxxxx 2020-ci il tarixli, AZ-İV seriyalı, 422165 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla X3 ilə birgə nikahlarından xx xxxxxxx 1996-cı ildə İlkin, xx xxxxx 1999-cu ildə Gəncəli və xx xxxxxx 2006-cı ildə Sehri adlı 3 nəfər uşaqları anadan olmuşdur. İş materiallarında olan Xaçmaz rayon İcra Hkimiyyəti Başçısının Xaçmaz şəhər X12 üzrə nümayəndəliyi tərəfindən verilmişxx.xx.2020-ci il tarixli, 1157 nömrəli arayışdan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Xaçmaz şəhəri, M.Vəliyev küçəsi ev 9 ünvanında yaşayır. Ailə tərkibi, arvadı X2, 1996-cı ildə anadan olmuş oğlu X11, 1999-cu ildə anadan olmuş oğlu X6 və 2006-cı ildə anadan olmuş qızı X4 ibarətdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ümumvətəndaş pasportu olmadığından qanunla müəyyən edilmiş qaydada dövlət sərhədindən keçə bilmədiyi üçün qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə gecə saat 22:50 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonuda yerləşən 2-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçdikdən sonra, xx xxxxxx 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, İİ qrup əlil olmasını, himayəsində 4 nəfər ailə üzvü o cümlədən bir nəfər azyaşlı uşaqı olmaqla ailənin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş materiallarından görünür ki, Bakı şəhəri Mərkəzi vəkil bürosunun müdafiəçisi X7 Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi Elçin Abuzərlinin xx xxxx 2020-ci il tarixli qərarı əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğindəhaqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərdiyi cəmi 20 iş saatı hüquqi yardıma görə Bakı şəhəri Mərkəzi vəkil bürosunun müdafiəçisi X5 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 120 (bir yüz yüz iyirmi) manat ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərdiyi cəmi 20 iş saatı hüquqi yardıma görə Bakı şəhəri Mərkəzi vəkil bürosunun müdafiəçisi X5 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 120 (bir yüz yüz iyirmi) manat ödənilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-82/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-82/2020
18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver