Məhkəmə qərarları › İş №1(067)-82/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-82/2021

01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-82/2021 01.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natik Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlunın, Təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci ildə Xaçmaz rayonu, Əhmədoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş – X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X1 rayonu, Uzunoba kəndində yerləşən 6,22 ha və 3,0 ha zəbt edilmiş torpaq sahələrinin boşaldılaraq, Cavad-zadə Mir- Riad Mir-Məmməd oğlunun sahibliyinə qaytarılması və 20745,00 manat məbləğində pul vəsaitinin tələbkar Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlunun xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-971/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən 6,22 ha və 3,0 ha zəbt edilmiş torpaq sahələrinin boşaldılması və Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlunun sahibliyinə qaytarılması hissəsində Məhkəmə qətnaməsi üztə tələbi təmin etmiş, lakin şəxsi maraq niyyətilə təqdimat verilən 25.12.2020-ci il tarixədək 20745,00 manat məbləğində pul vəsaitini tələbkar Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlunun xeyrinə ödəməmiş, tələbkara həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən 6,22 ha və 3,0 ha zəbt edilmiş torpaq sahələrinin boşaldılaraq, Cavad-zadə Mir-Riad Mir- Məmməd oğlunun sahibliyinə qaytarılması və 20745,00 manat məbləğində pul vəsaitinin tələbkar Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlunun xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-971/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən 6,22 ha və 3,0 ha zəbt edilmiş torpaq sahələrinin boşaldılması və Cavadzadə Mir-Riad Mir-Məmməd oğlunun sahibliyinə qaytarılması hissəsində Məhkəmə qətnaməsi üztə tələbi təmin etmiş, lakin şəxsi maraq niyyətilə təqdimat verilən 25.12.2020-ci il tarixədək 20745,00 manat məbləğində pul vəsaitini tələbkar Cavad-zadə Mir-Riad Mir- Məmməd oğlunun xeyrinə maddi imkanının pis olduğu səbəbindən ödəmədiyini qeyd etmişdir.Məhkəmənin gedişatı zamanı o, Mir-Riad Cavad-zadəyə borclu olduğu pulu tam olaraq ödədiyini bildirərək onunla barışmasını zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmadığını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlu ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, borclu X1 rayonu, Uzunoba kəndində yerləşən 6,22 ha və 3,0 ha zəbt edilmiş torpaq sahələrinin boşaldılaraq, onun sahibliyinə qaytarılması və 20745,00 manat məbləğində pul vəsaitinin onun xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-971/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən 6,22 ha və 3,0 ha zəbt edilmiş torpaq sahələrinin boşaldılması və onun sahibliyinə qaytarılması hissəsində Məhkəmə qətnaməsi üzrə tələbi təmin etmişdir. Lakin, N.Xıdırovun kifayət qədər maddi imkana sahib olmasına baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən 25.12.2020-ci il tarixədək 20745,00 manat məbləğində borcun onun xeyrinə ödənilməsindən qərəzli olaraq yayınmaqla, Dövlət adından çıxarılmış qətnaməyə hörmətsizlik etdiyini bildirmişdir. Məhkəmə gedişatı zamanı təqsirləndirilən şəxs ona borclu olduğu pulu tam olaraq ödədiyi üçün ondan heç bir şikayəti və tələbi olmadığını və həmçinin Nizaməddin Xıdırov barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 bildirdi ki, X1 rayonu, Uzunoba kəndində yerləşən 6,22 ha və 3,0 ha zəbt edilmiş torpaq sahələrinin boşaldılaraq, Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlunun sahibliyinə qaytarılması və 20745,00 manat məbləğində pul vəsaitinin tələbkar Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlunun xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-971/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən 6,22 ha və 3,0 ha zəbt edilmiş torpaq sahələrinin boşaldılması və Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlunun sahibliyinə qaytarılması hissəsində Məhkəmə qətnaməsi üztə tələbi təmin etmiş, lakin şəxsi maraq niyyətilə təqdimat verilən 25.12.2020-ci il tarixədək 20745,00 manat məbləğində pul vəsaitini tələbkar Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlunun xeyrinə ödəməmiş, tələbkara həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bu səbəbdən də toplanmış materiallar 25.12.2020-ci il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmədə ifadəsi elan olunmuş şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra Şahid2, ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə analoci ifadə vermişdir. İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 2(005)-971/2019 saylı 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən 6,22 ha və 3,0 ha zəbt edilmiş torpaq sahələrinin boşaldılması və Cavad-zadə Mir-Riad Mir- Məmməd oğlunun sahibliyinə qaytarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında 29.11.2019-cu il tarixli qərardan görünür ki, Xaçmaz rayonunun, Uzun-oba kəndində yaşayan X4 təklif olunmuşdur ki, o, 10 gün müddətində icranı könüllü təmin etsin. İş materiallarına əlavə edilmiş 29 noyabr 2019-cu il tarixdə Xaçmaz rayon Məhkəmə İcraçıları Bölməsinin məhkəmə icraçısı Şahid1 tərəfindən tərtib olunmuş tələbin könüllü icrası barədə bildirişdən görünür ki, X5 barəsində olan icra vərəqəsi onun icraatına daxil olmuş və iş üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 3(067)-491/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, X1 rayon məhkəməsinin 2(067)-1789/2017 saylı 25 sentyabr 2017-ci il tarixli icra vərəqəsini icra etməmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin 03 mart 2020-ci il tarixli, 3(067)-258/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, X5 ərimanov rayon məhkəməsinin 2(005)-971/2019 saylı 03 oktyabr 2019-cu il tarixli qətnaməsini icra etməmiş, bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB Əhməd-oba kənd İƏD tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, X5 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlu ərizə ilə müraciət edərək, sonuncunun ona borclu olduğu pul məbləğini ödəyərək, X5 ilə barışdığından, sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 zərər çəkmiş şəxs Cavad-zadə Mir- Riad Mir-Məmməd oğlu ilə barışdığından, iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə, X3 qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə prosesində verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə prosesində müəyyən olundu ki, X5 təqsirini etiraf edərək əməlindən peşimançılıq keçirir, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlunun notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, təqsirləndirilən şəxs X5 zərərçəkmiş şəxs Cavad-zadə Mir-Riad Mir-Məmməd oğluna olan borcunu tam ödəmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)- 971/2019 saylı qətnaməsinin icrasını təmin etmişdir. Tərəflər barışıq əldə etmişlər və zərərçəkmiş şəxs cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 306.1-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, məhkəmə icraatı zamanı iş üzrə zərərçəkmiş şəxs Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlunun məhkəməyə göndərdiyi ərizədən müəyyən olunur ki, təqsirləndirilən şəxs X5 zərərçəkmiş şəxs Cavad-zadə Mir-Riad Mir-Məmməd oğlunaolan borcunu tam ödəmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-971/2019 saylı qətnaməsinin icrasını təmin etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs X3 Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-971/2019 il tarixli qətnaməsini tam icra etməsini nəzərə alıb hesab edir ki, X5 cinayət məsuliyyətindən azad edilməlidir Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verib, X3 zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, X5 cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsi tətbiq edilməklə, X5 cinayət məsuliyyətindən azad edilsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar