Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-82/2023 19.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Xəlilova (Əskərova) Nargül Vəli qızının, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1979-cu ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2012-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar Xəlilova (Əskərova) Nargül Vəli qızının xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4221/2012 saylı, xx.xx.2012-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(067)-1400/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 16430 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Xəlilova (Əskərova) Nargül Vəli qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2012-ci ildən zərərçəkmişə aliment ödəməli olmuş, lakin alimenti lazımınca ödəyə bilməmişdir. Belə ki, onun aliment borcunun yaranmasının səbəbi işsizliyi ilə əlaqədar olmuşdur. Onun əvvəllər rəsmi iş yeri olmuş, həmin iş yeri çox yaxşı olmuş və əmək haqqısı da yaxşı olmuş, lakin zərərçəkmiş şəxsin onun iş yerinə gedərək onun barəsində şikayətlənməsi səbəbindən o, ərizəsi əsasında işdən azad edilmişdir. Bundan sonra o, elektrik kimi, taksi sürücüsü kimi işləyərək çətinliklə qazanc əldə etmiş, o yenidən, 2014-cü ildə ailə qurmuş və həmin digər nikahından üç və yeddi yaşlı azyaşlı uşaqları da var, həmin ailəsi ilə kirayədə yaşayır, bununla da alimenti ödəmək üçün onun qazancından qətiyyən əlavə məbləğ qalmamışdır. Həmçinin bildirmişdir ki, o, bir müddət də işləmək üçün Türkiyə Respublikasında hazırkı ailəsi ilə birlikdə orada yaşamışdır. O, 2012-ci ildən 2014-cü ilədək zərərçəkmişə aliment ödəmiş, həmin müddətdə zərərçəkmişə əlbəəl beş-on manat olmaqla az-az alimentlə bağlı ödənişlər etmiş, sonuncu dəfə isə 2022-ci ildə 300 manat ödəniş etmişdir. O, qeyri-rəsmi işlərdə işləməklə hər ayda 400-500 manat qazanc əldə edir, 250 manat evin kirayə haqqını ödəyir, ona görə də onun aliment ödəməyə əlavə vəsaiti qalmır. O, məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata alınmış, lakin orada təklif olunan işlər üç yüz manatdan artıq olmadığına görə o, işlə bağlı həmin mərkəzə müraciət etməmişdir, qeyri-rəsmi işlərdə işləməklə daha çox qazanc əldə edir. Onun hazırda digər ailəsini saxlamaqda həmçinin qayınatası da köməklik edir. Onun alimenti ödəmək niyyəti həmişə olmuşdur, hazırda da ödəmək niyyətindədir, lakin maddi imkanı buna heç cür yol vermir. O, hazırkı cinayət işi ilə bağlı həbs edilərsə, onun hazırkı (növbəti) nikahından olan iki azyaşlı uşağı kirayələrdə, başsız qalmış olacaq, onlara baxan yalnız odur, buna görə də nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Xəlilova (Əskərova) Nargül Vəli qızı ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs ifadəsində yalan deyir. Onun təqsirləndirilən şəxsdən aliment təyin edilməsi barədə məhkəmənin qərarından sonrakı müddətdə səkkiz il xəbəri olmamış, harada olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs icra sənədi üzrə axtarışla tapılandan sonra bilmişdir ki, o, Azərbaycandadır, bundan əvvəl isə Türkiyə və Rusiyada olmuşdur. O, təqsirləndirilən tapılandan sonra bilmişdir ki, sonuncu Azərbaycanda rəsmi olaraq işləyir, buna görə də o, həmin iş yerinə gedib təqsirləndirilənin ona aliment ödəməli olduğunu bildirərək, əgər təqsirləndirilən orada işləyirsə, əmək haqqından ona alimet ödənişi edilməsini xahiş etmişdir. Təqsirləndirilən ona hazıradək 300 manat aliment ödəmiş, bir-iki dəfə də uşağı xəstəxanaya aparmışdır. Təqsirləndirilən onunla evli olduğu zaman hazırkı nikahda olduğu qadınla artıq münasibətdə olmuşdur. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs ona heç olmasa 10000 manat ödəsə, təqsirləndirilən şəxslə barışar. O, təqsirləndirilən şəxsə on ildir, güzəşt edir, lakin sonuncu uşaqlarının saxlanılması üçün aliment ödəməkdən boyun qaçırmış, gizlənmiş, axtarışla tapılaraq gətirilmişdir. Ona görə də təqsirləndirilən şəxs aliment borcunu vermirsə, onun cəzalandırılmasını istəyir. O, dövlət ittihamçısının çıxışında təklif etdiyi iki il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti ilə razı deyildir, təqsirləndirilənən bundan da artıq müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 2(005)-4221/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin əsasında verilmiş icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X6 verilməlidir. xx.xx.2011-ci il təvəllüdlü X7 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2012-ci il tarixdən başlayaraq, Təqsirləndirilən şəxs X5 xeyrinə hər ay 50 manat məbləğində pul tutulmalıdır. Qeyd olunan icra vərəqəsi Bakı şəhəri, Binəqədi rayon icra şöbəsindən xx.xx.2016-cı il tarixdə ərazi aidiyyatı üzrə Xaçmaz rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. Binəqədi rayon icra şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunaraq iş üzrə tərəflərə göndərilmiş, həmçinin borcluya icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün bildiriş göndərilmişdir, lakin borclu Təqsirləndirilən şəxs tələbi yerinə yetirməmişdir. Bundan sonra tələbi icra etdirmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Xaçmaz rayon icra və probasiya şöbəsinə dəvət edilmiş, lakin o ünvanda yaşamadığı üçün çağırışa gəlməmişdir. xx.xx.2016-cı il tarixdə borclu Təqsirləndirilən şəxs axtarılması barədə qərar qəbul edilmiş və icra olunması üçün həmin tarixdə Xaçmaz rayon polis şöbəsinə göndərilmişdir. Xaçmaz RPŞ-də borclu Təqsirləndirilən şəxs barəsində axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tapılaraq icra şöbəsinə gətirilmiş və onun izahatı alınmışdır. İcra məmurunun qanuni tələbinə əməl etmədiyi və icra sənədindəki tələbi yerinə yetirmədiyi üçün borcluya Xaçmaz rayon məhkəməsinin 3(067)-663/2016 saylı, xx.xx.2016-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi təqsirli billinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Tələb yenə icra olunmamışdır. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, icra sənədinin icrasını təmin etmək məqsədi ilə yenidən Xaçmaz rayon icra və probasiya şöbəsinə dəvət edilmiş, lakin o ünvanda yaşamadığı üçün çağırışa gəlməmişdir. xx.xx.2016-cı il tarixdə borclu Təqsirləndirilən şəxs axtarılması barədə qərar qəbul edilmiş və icra olunması üçün həmin tarixdə Xaçmaz rayon polis şöbəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tapılaraq icra şöbəsinə gətirilmiş və onun izahatı alınmışdır, icra məmurunun qanuni tələbinə əməl etmədiyi və icra sənədindəki tələbi yerinə yetirmədiyi üçün borcluya Xaçmaz rayon məhkəməsinin 3(067)-1165/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi təqsirli billinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs tərəfindən tələb yenə icra olunmamışdır. Borclu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon icra və probasiya şöbəsinə dəvət edilmiş və onun izahatı alınmışdır. İcra məmurunun qanuni tələbinə əməl etmədiyi və icra sənədindəki tələbi yerinə yetirmədiyi üçün borcluya Xaçmaz rayon məhkəməsinin 3(067)-1400/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Bakı şəhəri, Binəqədi rayon məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs tələbkar X5 xeyrinə bu günədək cəmi 170 manat ödəniş etmiş və onun ödənilməmiş 16430 manat aliment borcu vardır. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 28 dekabr 2012-ci il tarixli, 2(005)-4221/2012 saylı qətnaməsinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 29 noyabr 2012-ci il tarixdən başlayaraq, Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 28 dekabr 2012ci il tarixli, 2(005)-4221/2012 saylı icra vərəqəsinin və Binəqədi rayon icra şöbəsinin icraata başlamaq haqqında qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Nərimanov rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(005)-4221/2012 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Binəqədi rayon icra şöbəsinin “Tələbin könüllü icrası haqqında” bildirişinin və borclu Təqsirləndirilən şəxs izahatının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Nərimanov rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(005)-4221/2012 saylı icra sənədini könüllü icra etməsi üçün vaxt verilmiş, məsuliyyəti barədə xəbərdar edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra şöbəsində verdiyi xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2016, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli izahatlarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, izahatlarında xx.xx.2012-ci il tarixli 2(005)-4221/2012 saylı icra sənədinə əsasən tələbkar Nargül Əskərovaya olan aliment borcunu ödəməli olduğunu, yaranmış aliment borcunu maddi vəziyyətinin pis olması səbəbindən səbəbindən ödəmədiyini, gələcəkdə iş taparsa, yaranmış aliment borcunu hissə-hissə ödəyəcəyini bildirmiş, daha sonra isə rəsmi iş yeri olduğu zaman alınmış izahatında əmək haqqının çox aşağı olması səbəbindən aliment ödəyə bilmədiyini, hazırda isə əmək haqqının yüksəldiyini və aliment ödəyə biləcəyini bildirmişdir. O, Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata dayandığını, lakin təklif olunan rəsmi işlərin əmək haqqısının az olaraq ona sərf etmədiyini, icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə ona xəbərdarlıq edildiyini bildirmişdir. İş materiallarında olan Binəqədi rayon icra şöbəsinin inzibati xəta haqqında 19 yanvar 2016-cı il tarixli protokolunun və Binəqədi rayon məhkəməsinin həmin tarixli 3(001)- 67/2016 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra vərəqəsini icra etməyərək aliment borcu yarandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Binəqədi rayon məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Əskərov X4 Хətalar Мəcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Binəqədi icra şöbəsinin 11 fevral 2016-cı il tarixli “Yeni müddətin təyin edilməsinə dair Bildiriş”in təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təyin edilmiş inzibati həbs tənbehindən sonra ona yaranmış aliment borcunu ödəməsi üçün 15 gün müddətə yeni müddət təyin edilmişdir. Həmin “Bildiriş” borclu tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan “Borclunun axtarılması haqqında” xx.xx.2016-cı il tarixli qərarın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs onun məlum olan yaşayış yerində yaşamadığından və yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edilərək axtarış işi açılmışdır. İş materiallarında olan Xaçmaz rayon icra şöbəsinin inzibati xəta haqqında 26 oktyabr 2016-cı il tarixli protokolunun və Xaçmaz rayon məhkəməsinin həmin tarixli 3(067)- 663/2016 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra vərəqəsini icra etməkdən qərəzli olaraq boyun qaçırdığından onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Əskərov X4 Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan “Borclunun axtarılması haqqında” xx.xx.2016-cı il tarixli qərarın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs onun məlum olan yaşayış yerində yaşamadığından və yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edilərək axtarış işi açılmışdır. İş materiallarında olan Xaçmaz rayon icra şöbəsinin inzibati xəta haqqında 02 dekabr 2021-ci il tarixli protokolunun və Xaçmaz rayon məhkəməsinin həmin tarixli 3(067)- 1165/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyib icra vərəqəsini icra etməyərək yaranmış aliment borcunu ödəmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Əskərov X4 Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz rayon icra şöbəsinin inzibati xəta haqqında 05 sentyabr 2022-ci il tarixli protokolunun və Xaçmaz rayon məhkəməsinin həmin tarixli 3(067)- 1400/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra sənədini üzrsüz səbəbdən icra etməyərək yaranmış aliment borcunu ödəmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Əskərov X4 Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs icra sənədini icra edərək tələbkara ödəməli olduğu yaranmış aliment borcunu ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. “Xəbərdarlıq”ın surətini şəxsən qəbul etmişdir. İş materiallarında olan “Borclunun yaşayəş yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının və ya yetərli olmamasının müəyyən edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Akt-ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, icra məmuru hal şahidlərinin iştirakı ilə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanında olmuş, borclunun uzun müddətdir həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron informasiya sistemindən çıxarışın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs mülkiyyətində hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, tələbkar Xəlilova (Əskərova) X8 rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Nərimanov rayon məhkəməsinin 28 dekabr 2012-ci il tarixli 2(005)- 4221/2012 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi halda, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sənədləri məcmu halda nəzərdən keçirərək sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası İcra haqqında Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs iki azyaşlı uşağının (Ömər Əskərov və Fərqanə Əskərova) olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmasını, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun). İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-82/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-82/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver