Məhkəmə qərarları › İş №1(067)-82/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-82/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-82/2024 21.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Şabran rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu Niyazoba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində alkoqol sərxoşluğu halında ictimai yer hesab olunan Xaçmaz rayonu, Niyazoba kəndinin giriş hissəsində yerləşən «Qardaşlar» kafesinin əks tərəfində kafedən 12 metr cənub-qərb istiqamətində Xaçmaz-Niyazoba avtomobil yolunun kənarında mobil telefonla danışarkən ucadan nalayiq ifadələr işlətməsinə görə ictimai borcunu yerinə yetirən həmkəndlisi Zərərçəkmiş şəxs2 ona irad bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan nalayiq ifadələr işlətməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs2 qəsdən boyun nahiyəsinin səthi kəsilmiş yarası kimi sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, daha sonra onları ayırmaqla ictimai borcunu yerinə yetirmək istəyən Zərərçəkmiş şəxs1 bıçaqla qəsdən zərbə endirərək sonuncuya üst dodaq nahiyəsinin kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmiş, eləcə də həmin vaxtı onları ayırmaqla ictimai borcunu yerinə yetirmək istəyən Zərərçəkmiş şəxs3 əynində olan tünd göy rəngli parça materialdan hazırlanmış idman gödəkçəsinin ön səthinin yuxarı hissəsinin bir ədəd kəsilmiş zədəsindən ibarət bıçaqla zədələməklə ağırlaşdırıcı halda xuliqanlıq, yəni ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslərə müqavimət göstərməklə, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonu Niyaz-oba kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 10 noyabr 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə yeməklə tək 500 qramlıq şüşədə olan araq içmiş və buna görə də möhkəm sərxoş vəziyyətdə olmuşdur. Bundan sonra evindən çıxaraq piyada yaşadığı Niyaz-oba kəndinin girişində yerləşən «Qardaşlar» kafesinə doğru tək getmişdir. «Qardaşlar» kafesinin əks tərəfində küçədə onun mobil telefonuna həmin zaman xatırlamadığı şəxs zəng etdiyinə görə onunla telefonda aralarında mübahisə yarandığı üçün ona qarşı nəlayiq ifadə və söyüşlər işlətmişdir. Bu zaman «Qardaşlar» kafesinin qarşısında dayanmış yaşca ondan kiçik olan həmkəndlisi Zərərçəkmiş şəxs2 ona irad bildirərək söyüş söyməməsini ondan tələb etmişdir. Zərərçəkmiş şəxs2 yaşca ondan kiçik olduğundan onun irad bildirməsi ona pis təsir etdiyi üçün aralarında mübahisə yaranmış və əsəbləşərək ona qarşı da nəlayiq söyüşlər söyə-söyə yaşadığı evə tərəf qaçıb getmişdir. Zərərçəkmiş şəxs2 ona etdiyi irada görə onu cəzalandırmaq niyyətində olduğuna görə evdə olan təxminən 3 il əvvəl tapdığı bıçağı götürüb və təxminən 10 dəqiqə ərzində yenidən qaçaqaça «Qardaşlar» kafesinin qarışısma qayıtmışdır. Evdən götürdüyü bıçağı Məhəmmədin görməməsi üçün şalvarının arxasında gizlətmişdir. Bundan sonra kafenin əks tərəfində avtomobil yolunun kənarında dayanıb və ucadan Məhəmmədi yanma çağırmağa başlamışdır. Məhəmməd isə sakit olmasını dəfələrlə xahiş edərək kafenin qarşısında dayanıb və onun yanma gəlmək istəməmişdir. Təxminən 2-3 dəqiqə sonra Məhəmməd ona yaxınlaşaraq sakit olmasını ondan tələb edib və onu əli ilə kənara itələdiyi üçün arxasında gizlətdiyi bıçağı çıxardaraq gözlənilmədən onun üzünə tərəf əli ilə yellətmişdir. Məhəmmədə tərəf atdığı bıçaq zərbəsi Zərərçəkmiş şəxs2 boğazından dəydiyinə görə o, kənara çəkilmiş və bu zaman digər həmkəndliləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 aranı sakitləşdirmək üçün ona yaxınlaşmışlar. Əlində olan bıçağı əsəbi halda onlara tərəf də yellətdiyi üçün əlindəki bıçaq Zərərçəkmiş şəxs1 sifətindən dəymişdir. Zərərçəkmiş şəxs1 tərəf atdığı bıçaq zərbəsi nəticəsində o, sifətindən xəsarət almış və digər həmkəndlisi Zərərçəkmiş şəxs3 isə əyinindəki gödəkçə təsadüfən zədələnmişdir. Zərərçəkmiş şəxs1 sifətindən qan gəldiyinə görə həmkəndliləri onu xəstəxanaya apardıqdan sonra qorxduğuna görə həmin yerdən uzaqlaşaraq evinə tərəf çıxıb getmişdir. Bir neçə dəqiqə sonra Xaçmaz rayon PŞ-nin əməkdaşları onu Xaçmaz RPŞ-nə dəvət etdiklərinə görə RPŞ-nə gələrək etmiş olduğu əməli səmimi olaraq etmişdir. Hazırda o, zərərçəkmiş şəxslərlə barışdığını və ona görə barəsinədə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Xaçmaz rayonu Niyaz-oba kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 10 noyabr 2023-cü il tarixdə saat 18 radələrində Xaçmaz rayonu Niyaz-oba kəndi ərazisində yerləşən «Aliqas» restoranına getmişdir. Həmin restoranda yaşadığı Niyaz-oba kənd bələdiyyəsinin sədri Orxanla birlikdə yemək yedikdən sonra onunla sağollaşaraq həmin günü axşam saat 20 radələrində restorandan çıxıb, tək piyada yaşadığı Xaçmaz rayonu Niyaz-oba kəndinə qayıtmışdır. Kəndin girişində yerləşən «Qardaşlar» kafesinin qarşısına çatdıqda həmin kafenin əks hissəsində avtomobil yolunun kənarında küçədə həmkəndliləri Təqsirləndirilən şəxs və Məhəmməd arasında münaqişənin olmasını görmüşdür. Həmin zaman Təqsirləndirilən şəxs ucadan qışqıraraq nəlayiq söyüşlər söymüşdür. Bundan başqa orada yəni küçədə «Qardaşlar» kafesini işlədən həmkəndlisi Bəhruz və digər həmkəndliləri Məhəmməd və Rasim olmuşdur. Məhəmməd əmisi Dəyanətlə birlikdə oradan uzaqlaşarkən Təqsirləndirilən şəxs sakitləşdirmək üçün və onun hansı səbəbdən nəlayiq ifadələr işlətməsini ondan soruşmaq məqsədilə ona yaxınlaşmışdır. Bu zaman Təqsirləndirilən şəxs qəfildən əlindəki bıçaqla onun sifət nahiyəsinə yəni üzünə bir zərbə endirərək ona xəsarət yetirmişdir. Sifətindən qan gəldiyi üçün kənara çəkildikdə yanında olan həmkəndlisi Zərərçəkmiş şəxs3 əyinində olan gödəkçəsi bıçaq zərbəsi ilə zədələnmişdir. Rasim ona yaxınlaşdıqda sifətindən xəsarət almasını yəni üzündən qan gəlməsini görmüşdür. Zərərçəkmiş şəxs3 xəsarət almasını gördüyünə görə özünə məxsus «VAZ2107» markalı avtomobil ilə onu Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışdır. Xaçmaz rayon mərkəzi xəstəxanasında həkimlər ona lazım olan tibbi yardımı göstərmişlər. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır ona qarşı heç bir şikayəti və tələbinin olmadığını cəza məsələsini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Xaçmaz rayonu Niyaz-oba kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 10 noyabr 2023-cü il tarixdə saat 20 radələrində yaşadığım kəndin girişində yerləşən «Qardaşlar» kafesini qarşısında gəzişdiyi zaman həmkəndlisi Təqsirləndirilən şəxs telefonla danışa-danışa ucadan nəlayiq söyüşlər söydüyünü eşitmişdir. Təqsirləndirilən şəxs yaxınlaşaraq onun sərxoş vəziyyətdə olmasını görüb və ona öz iradını bildirdikdə o, qışqıraraq daha da ucadan söyüşlər söyməyə davam etmişdir. Təqsirləndirilən şəxs onun sözlərinə məhəl jqoymamasmı görərək ondan uzaqlaşaraq kafenin əks tərəfmə keçib və avtomobil yolunun kənarında dayanmışdır. Təxminən 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxs özü kafenin əks tərəfində onu yanma çağırmağa başlamışdır. Anar ucadan onu çağıraraq nəlayiq söyüşlər işlətdiyi üçün avtomobil yolunu keçərək onun sakitləşməsini xahiş etmiş və Anar isə əllərini arxasında gizlətməklə ona tərəf gəlmişdir. Anarın söyüş söyməməsini tələb etdiyinə görə aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs əllərini hansı səbəbdən arxasında gizlətməsini yaxınlaşdıqda başa düşmüşdür. Belə ki. Anar ona yaxınlaşdıqda qəfildən yəni gözlənilmədən əlini arxasından çıxardaraq əlindəki bıçaqla onun sifətinə doğru zərbə atmışdır. Çevik reaksiya göstərərək arxaya tərəf əyildiyi üçün Anarın əli ilə ona tərəf atdığı yəni yellətdiyi bıçaq onun boğaz nahiyəsinə dəyərək azacıq ona xəsarət yetirmişdir. Bu zaman əmisi Dəyanət həmin yerə gələrək onunla birlikdə oradan getməsini və Anara baş qoşmamasmı ondan xahiş etdiyi üçün onun sözünə əməl edərək əmisi ilə birgə oradan uzaqlaşmışdır. Həmin yerdən uzaqlaşarkən kafenin qarşısına həmkəndlisi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və başqa həmkəndlilərinin gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs ondan başqa bıçaqla həmkəndlisi Zərərçəkmiş şəxs1 də xəsarət yetirməsi sonradan ona məlum olmuşdur. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır ona qarşı heç bir şikayəti və tələbinin olmadığını cəza məsələsini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, Xaçmaz rayonu Niyaz-oba kəndində ailəsi ilə birlikdə yaşayır və özünə məxsus «VAZ2107» markalı **-BU-*** minik dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi ilə kimi işləyir. 10 noyabr 2023-cü il tarixdə axşam saat 20 radələrində özünə məxsus «VAZ2107» markalı avtomobil ilə Xaçmaz rayonu Niyaz-oba kəndi ərazisində kəndin girişində yerləşən «Qardaşlar» kafesinin qarşısına gələrək maşını kafenin yaxınlığında saxlamışdır. Həmin zaman küçədə «Qardaşlar» kafesinin qarşısında həmkəndlisi Məhəmməd Sadıqovun və Təqsirləndirilən şəxs olmasını görmüşdür. Təqsirləndirilən şəxs ucadan səs-küy etməsini görərək ona yaxınlaşıb və sakitləşməsini ondan xahiş etdikdən sonra o, orada uzaqlaşarkən çay içmək üçün «Qardaşlar» kafesinə daxil olmuşdur. Həmin kafedə həmkəndlisi Dəyanət və Bəhruzla birlikdə kafedə çay içərkən yenidən küçədən səs- küy səslərinin gəlməsini eşitmişdir. Bəhruz və Dəyanət ondan əvvəl küçəyə çıxdıqdan təxminən 5-10 dəqiqə sonra küçəyə çıxıb, kafenin əks tərəfində yolun kənarında Təqsirləndirilən şəxs qışqırdığını və həmkəndlisi Məhəmmədin isə əmisi Dəyanətlə birlikdə kəndin içinə tərəf getdiklərini görmüşdür. Təqsirləndirilən şəxs sakitləşdirmək üçün həmin yerə yaxınlaşdıqda o, qəfildən əlindəki bıçaqla ondan əvvəl ona yaxınlaşmış həmkəndlisi Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən bir zərbə vurmuşdur. Təqsirləndirilən şəxs əlində olan bıçaqla Rəşada xəsarəti yetirdiyi zaman Anarm əlindəki bıçaq onun əyinində olan 15 manat dəyərindəki gödəkcəsinin sağ qolunu və sağ döş hissəsini cırmışdır. Zərərçəkmiş şəxs1 üzündən yəni sifət nahiyəsindən xəsarət almasını görüb və onu özünə məxsus avtomobilə əyləşdirərək tibbi yardım göstərilməsi üçün Zərərçəkmiş şəxs1 Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışdır. Həmin zaman gödəkçəsinin çırılmasına baxmayaraq heç bir xəsarət almasa da həmkəndlisi Zərərçəkmiş şəxs1 həmin bıçaqla sifətindən xəsarət almışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır ona qarşı heç bir şikayəti və tələbinin olmadığını cəza məsələsini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Xaçmaz rayonu Niyaz-oba kəndində ailəsi ilə birlikdə yaşayır və kəndin girişində yerləşən «Qardaşlar» kafesini işlədir. 10 noyabr 2023-cü il tarixdə saat 20 radələrində kafedə olduğu zaman həmkəndlisi Dəyanət və Rasim kafeyə gəlmişlər. Onlarla birlikdə çay içidikdən sonra Dəyanət kafedə çıxmış və bundan sonra küçədən səs-küy səslərinin gəldiyini eştdiyi üçün dərhal onun ardınca küçəyə çıxmışdır. Bundan sonra kafedə onunla birlikdə çay içən Rasim də kafedən küçəyə çıxmışdır. Həmin zaman küçədə kafenin əks tərəfində yolun kənarında həmkəndlisi Təqsirləndirilən şəxs nəlayiq ifadələr və söyüşlər söydüyünü eşitmişdir. Anar ucadan nəlayiq söyüşlər söyərkən digər şəxslər isə onu sakitləşdirməyə çalışmışlar. Həmkəndlisi Rasim ondan əvvəl həmin yerə yəni kafenin əks tərəfinə Anarm dayandığı yerə getdikdən sonra Zərərçəkmiş şəxs3 ardınca kafenin əks tərəfinə yəni maşın yolunu keçərək Anarm dayandığı yerə yaxınlaşmışdır. Orada Rasimdən başqa Anarm yanında həmkəndlisi Zərərçəkmiş şəxs1 olmasını görmüşdür. Bundan başqa orada kənarda həmkəndliləri Dəyanət, Məhmməd və başqa yadında qalmayan adamlar olmuşdur. Rasim və Rəşada yaxınlaşdıqda bu zaman Rəşadın sifət nahiyəsindən xəsarət alaraq sifətindən qan axdığını və Anarm isə əlində bıçaq olmasını görmüşdür. Buna görə də həmkəndlisi Zərərçəkmiş şəxs3 sifətindən xəsarət almış Rəşada yaxınlaşaraq dərhal onu özünə məxsus avtomobilə əyləşdirib və tibbi yardım göstərilməsi üçün onu Xaçmaz rayon xəstəxanasına aparmışdır. Təqsirləndirilən şəxs isə həmin yerdən uzaqlaşaraq çıxıb getmişdir. Bu hadisə ilə əlaqədar RPŞ-nə izahat verdikdən sonra Xaçmaz rayon PŞ-nin əməkdaşları ilə birlikdə hadisə yerinə gedərək işlətdiyi «Qardaşlar» kafesinin əks tərəfində hadisə yerinə baxışda iştirak etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Xaçmaz rayonu Niyaz-oba kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 10 noyabr 2023-cü il tarixdə saat 20 radələrində yaşadığım kəndin girişində yerləşən «Qardaşlar» kafesinə getmişdir. Həmin kafeni işlədən Şahid1 və digər həmkəndlisi Zərərçəkmiş şəxs3la birlikdə çay içmişdir. Bu zaman küçədən səs-küy səslərinin gəlməsini eşidərək Bəhruzla birlikdə küçəyə çıxmışdır. Kafenin əks tərəfində küçədə avtomobil yolunun kənarında həmkəndlisi Təqsirləndirilən şəxs ucadan qışqırdığını və nəlayiq ifadələr işlətdiyini görmüşdür. Həmin zaman küçədə olan qardaşı oğlu Zərərçəkmiş şəxs2 ona öz iradını bildirərək sakit olmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olması uzaqdan hiss olunduğundan o, özünü idarə edə bilməyərək ucadan qışqıraraq səs-küy salmışdır. Qardaşı oğlu Məhəmmədin sərxoş vəziyyətdə olan Ariär Abdullayevə baş qoşmamasmı və oradan çıxıb getməsini tövsiyyə edərək siqaret almaq üçün kafenin yanında yerləşən mağazaya getmişdir. Mən mağazadan siqaret alaraq təxminən 2 dəqiqə sonra mağazadan çıxdıqda Zərərçəkmiş şəxs1 və başqa həmkəndlilərinin həmin yerə toplaşdıqlarını görərək qardaşı oğlu Məhəmməd ilə birlikdə həmin yerdən uzaqlaşaraq çıxıb getmişlər. Piyada qardaşı oğlu Məhəmməd ilə birlikdə yaşadıqları evə tərəf gedərkən yolda o, Təqsirləndirilən şəxs bıçaqla onun boğaz nahiyəsindən vuraraq ona bədən xəsarəti yetirdiyini ona bildirmişdir. Qardaşı oğlu Zərərçəkmiş şəxs2 başqa Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs1 sifətindən bıçaqla xəsarət yetirməsi sonradan ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 10 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış protokoldan görünür ki, cinayət hadisəsinin Xaçmaz rayonu, Niyaz-oba kəndinin giriş hissəsində yerləşən «Qardaşlar» kafesinin əks tərəfində kafedən 12 metr cənub-qərb istiqamətində Xaçmaz- Niyaz-oba avtomobil yolunun kənarında baş verməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 10 noyabr 2023-cü il tarixli əşyaya baxış protokollarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi özünə məxsus 1 ədəd bıçaq və zərərçəkmiş Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş özünə məxsus 1 ədəd tünd göy rəngli parça materialdan hazırlanmış gödəkçə maddi sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada onlardan götürülərək qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-tibb ekspertizasının 11 noyabr 2023-cü il tarixli 649 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət üst dodaq nahiyəsinin kəsilmiş yarası iti kənarlı və ya iti uclu kəsici əşyanın (alətin) təsirindən törənməklə yetrilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının 11 noyabr 2023-cü il tarixli 651 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət boyun nahiyəsinin səthi kəsilmiş yarası iti kənarlı və ya iti uclu kəsici əşyanın (alətin) təsirindən törənməklə yetrilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2023- cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibb ekspertizasının 11 noyabr 2023-cü il tarixli 650 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. Məhkəmə-tibb ekspertizasının 11 noyabr 2023-cü il tarixli 648 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan kompleks məhkəməbioloji, məhkəmə-trasoloji və məhkəmə-kriminilastik ekspertizasının 13 dekabr 2023-cü il tarixli 776/2023-MTBŞ saylı rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi 0(1) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) 2.Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi A(İİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) 3.Ekspertizaya təqdim edilmiş bıçağın dəstəyi üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə A və H antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri A/H/ (İİ) qruplu şəxsə o cümlədən (Zərərçəkmiş şəxs1 məxsus ola bilər əgər qanında müşayətçi «H» antigeni varsa). «H» antigeni ayrıca olaraq O (İ) qrupun əsasını təşkil etdiyi üçün bu qan ləkələrində ABO sistemi üzrə O alfa, beta (İ) qruplu şəxsin o cümlədən Zərərçəkmiş şəxs2 qarışmış qanının olması da inkar olunmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Kompleks məhkəmə-bioloji, məhkəmə-trasoloji və məhkəmə-kriminilastik ekspertizasının 22 dekabr 2023-cü il tarixli 578/ MTKŞ-2023 saylı rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs3 məxsus idman gödəkçəsinin ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd sağ qolunun ön səthinin yuxarı hissəsində bir ədəd kəsilmiş zədə var. Bu zədələr kəsiri kənara malik hər hansı bir iti alətin alətlərin təsirindən törənməyə uyğun gəlir, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın kəsici kənarının təsirindən törənə bilər. Təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış məşiət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə Zərərçəkmiş şəxs1 23 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cəza məsələsini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə Zərərçəkmiş şəxs2un 23 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cəza məsələsini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə Zərərçəkmiş şəxs3un 23 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cəza məsələsini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən, Xaçmaz rayon məhkəməsindən alınmış hökmün surətindən və Xaçmaz rayon probasiya xidmətindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra və probasiya şöbəsinin 04 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, hazırda şöbədə məhkumun çəkilməmiş cəzası yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyazoba kənd İnzibati Ərazi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli, arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxx 1977-ci ildə Şabran rayonu, Zeyvə kəndində anadan olmuş, Xaçmaz rayonu, Niyazoba kəndində yaşayır, ailəlidir, işləmir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, fəaliyyət qabliyyət olmaması barədə məhkəmə qərarı yoxdur, psixiatrik qeydiyyatda yoxdur və məhkumluğu olmayan şəxsdir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 10 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində alkoqol sərxoşluğu halında ictimai yer hesab olunan Xaçmaz rayonu, Niyazoba kəndinin giriş hissəsində yerləşən «Qardaşlar» kafesinin əks tərəfində kafedən 12 metr cənub-qərb istiqamətində Xaçmaz-Niyazoba avtomobil yolunun kənarında mobil telefonla danışarkən ucadan nalayiq ifadələr işlətməsinə görə ictimai borcunu yerinə yetirən həmkəndlisi Zərərçəkmiş şəxs2 ona irad bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan nalayiq ifadələr işlətməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs2 qəsdən boyun nahiyəsinin səthi kəsilmiş yarası kimi sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, daha sonra onları ayırmaqla ictimai borcunu yerinə yetirmək istəyən Zərərçəkmiş şəxs1 bıçaqla qəsdən zərbə endirərək sonuncuya üst dodaq nahiyəsinin kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmiş, eləcə də həmin vaxtı onları ayırmaqla ictimai borcunu yerinə yetirmək istəyən Zərərçəkmiş şəxs3 əyinində olan tünd göy rəngli parça materialdan hazırlanmış idman gödəkçəsinin ön səthinin yuxarı hissəsinin bir ədəd kəsilmiş zədəsindən ibarət bıçaqla zədələməklə ağırlaşdırıcı halda xuliqanlıq, yəni ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslərə müqavimət göstərməklə, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkib əlamətləri vardır və ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 12 noyabr 2023-cü il tarixli protokoldan və həmin tarixli qərardan, həmçinin Sumqayıt Apelyasiya məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 4(105)-113/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14 noyabr 2023-cü il tarixdə Xaçmaz rayon məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 4(067)-147/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməklə o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, Sumqayıt Apelyasiya məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 4(105)-113/2023 saylı qərarı ilə Xaçmaz rayon məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 4(067)-147/2023 saylı qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində 22 noyabr 2023-cü il tarixdən hesablanmaqla 14 yanvar 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2023-cü il tarixdən 14 noyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, habelə 22 noyabr 2023-cü il tarixdən 14 yanvar 2024-cü il tarixədək ev dustaqlığında olan müddət, cəmi 01 ay 25 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, 14 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 may 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 1 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş 1 ədəd gödəkçə hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs3 qaytarılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzər mülki iddia və məhkəmə xərсləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2023-cü il tarixdən 14 noyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət, həmçinin 22 noyabr 2023-cü il tarixdən 14 yanvar 2024-cü il tarixədək 01 ay 23 gün ev dustaqlığında olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 01 ay 25 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 04 ay 05 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı gündən 21 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş 1 ədəd gödəkçə hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş (qanuni sahibi) Zərərçəkmiş şəxs3 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş bir ədəd cinayətdə istifadə olunmuş bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddianın, məhkəmə xərclərinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMDƏZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar