Məhkəmə qərarları › İş №1(067)-82/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-82/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-82/2025 23.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Məhkəmə iclasının katibi: X20 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin nümayəndəsi, vəkili: Müdafiəçi Müdafiəçilər: Xaçmaz rayon vəkil bürosunun vəkilləri X11 və X3 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 1968-ci ildə Xaçmaz rayonu, Seyidlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan,məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Seyidlər kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan – Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxx 2003-cü ildə Xaçmaz rayonu, Seyidlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Seyidlər kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan – Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən 30 iyul 2022-ci il tarixdə saat 20 radələrində oğlu Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Seyidlər kəndində yerləşən evin qarşısında olan küçəyə gedərək bir müddət əvvəl həmin küçədə sonuncunun yaşadığı evin qarşısında dayanıb Şahid2 yaşadığı evə çəkilmiş internet şəbəkəsinə mobil telefon vasitəsi ilə qoşulub istifadə edən oğlu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs nalayiq söyüşlər söyməklə qovmasını və küçədə dayanıb nalayiq ifadələr işlətməsini bəhanə edib bir qrup şəxs halında özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək qəsdən Zərərçəkmiş şəxs əynində olan köynəyin yaxasından tutub dartmaqla xuliqanlıq etmiş, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Bundan başqa o təkrar, 30 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində özünün yaşadığı Xaçmaz rayonu, Seyidlər kəndində yerləşən evin qarşısında olan küçədə və yaşadığı evin həyətində Zərərçəkmiş şəxsla bir müddət əvvəl aralarında olan mübahisəni davam etdirərək özünün üstünlüyünü nümayiş etdirib kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək yumruqla Zərərçəkmiş şəxs yaxın qohumunun, yəni X38un gözü qarşısında sifət nahiyəsinə qəsdən vurub yerə yıxmaqla, ona ağrı və iztirab yetirdiyini dərk edib, bunları arzulayaraq Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsində çoxlu səthi yaralar, sol gözun altında qançır, üst dodaqda sağda əzilmiş yara, sağ dirsəkdə sıyrıq ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmiş, yəni təkrar, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən 30 iyul 2022-ci il tarixdə saat 20 radələrində atası Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Seyidlər kəndində yerləşən evin qarşısında olan küçəyə gedərək bir müddət əvvəl həmin küçədə sonuncunun yaşadığı evin qarşısında dayanıb Şahid2 yaşadığı evə çəkilmiş internet şəbəkəsinə mobil telefon vasitəsi ilə qoşulub istifadə etməsinə görə Zərərçəkmiş şəxs nalayiq söyüşlər söyməklə onu qovmasını və küçədə dayanıb nalayiq ifadələr işlətməsini bəhanə edib bir qrup şəxs halında özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan nalayiq söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək qəsdən Zərərçəkmiş şəxs əynində olan köynəyin yaxasından tutub dartmış, bununla da o, bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, işdən evə qayıtdıqdan sonra oğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 evə gələrək Zərərçəkmiş şəxs qonşusu olan Şahid2 qapısının qarşısında internet istifadəsi üçün dayandığı zaman Zərərçəkmiş şəxs orada dayanmağına etiraz edib onu nalayiq ifadələrlə söydüyünü bildirmişdir. O, birinci epizod üzrə bu səbəbdən Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, lakin həmin münaqişə 05 dəqiqə müddətinə baş vermiş, zərərçəkən şəxs o anda xəsarət almamış, qonşusu Şahid2 və həyat yoldaşı Şahid7 tərəfindən aralanaraq hadisə yerindən evinə geri qayıtmışdır. Bundan təxminən 20 dəqiqə sonra o, eyvandan küçədə Zərərçəkmiş şəxs X38un heyvanlarını gətirdiyini görüb ona atasının hərəkətləri barədə məlumat vermiş, Zəki atası ilə bu barədə danışacağını ona deyərək getmişdir. İkinci epizod üzrə, yəni Zəki ilə aralarında olan söhbətdən 20 dəqiqə sonra Zəkinin qapının çöl hissəsində dayanaraq onu çağırdığını eşidib qapıdan çölə çıxdığında Zəki İsmayılov və atası Zərərçəkmiş şəxs onun üzərinə hücum çəkmişlər. Bu zaman o, həyətə daxil olmuş, Zəki, atası Ehtibar, anası və bacısı onu ardınca həyətinə daxil olmuşlar. Zərərçəkmiş şəxs onu yumruqla vurmuş, daha sonra Zəki İsmayılov onu itələdiyində o, yerə yıxılmış, qol nahiyəsindən xəsarət almış və daha sonra Zərərçəkmiş şəxs onun onkoloji xəstə olan həyat yoldaşı Şahid7 vurmuşdur. Həmin vaxt Zəki İsmayılov onun oğlu Şahid2la əlbəyaxa dava etmişlər. O, həyat yoldaşını müdafiə etdiyi zaman Zərərçəkmiş şəxs başı həyətdə olan tikiliyə dəyərək xəsarət almışdır. Lakin zərərçəkmiş şəxsin üzərində olan digər xəsarətlər həmin anda yaranmamışdır. O, baş nahiyəsinə hər hansı vasitə ilə vuraraq xəsarət yetirməmişdir. Həyətində baş vermiş hadisə təxminən 10 dəqiqə müddətinə baş vermiş və Zərərçəkmiş şəxs və ailə üzüvləri özləri həyətdən çıxıb getmişlər. O, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayonu, Seyidlər kəndində ailə ilə birlikdə yaşayır. Seyidlər kəndində özünün fərdi yaşayış evi vardır. Həmin evdə o, arvadı Şahid8 və oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşayır. Oğlunun 18 yaşı vardır. Onlarla qonşu evdə, həmkəndlisi X16 yaşayır. Zərərçəkmiş şəxs, həmin evdə arvadı Rəna və oğlu Zəki ilə birlikdə yaşayır. Ehtibarı hamı kənddə tərbiyəsiz biri kimi tanıdıqları üçün hamı ondan aralı gəzmişdir. Ehtibarla əvvəllər bir neçə dəfə aralarında söz-söhbət olmuş, ancaq həmkəndli və qonşu olduqları üçün o, Zərərçəkmiş şəxsla küsülü qalmamış, ancaq sonuncu ilə aralarında pərdə saxlamışlar. 30 iyul 2022-ci il tarixdə o, gün ərzində işlədikdən sonra axşam saat 19 radələrində işdən yaşadığı evə gəlib hamamda çimib çıxdıqdan sonra saat 20 radələrində oğlu Taleh onun yanına gələrək demişdir ki, o, qonşumuz Turalgilin evinin yanında dayanıb sonuncunun evinin internet şəbəkəsinə qoşulub internetdən istifadə edəndə, Ehtibar yaşadığı evdən çıxıb onu, həmin yerdən söyərək qovmuşdur. Oğlu demişdir ki, Ehtibar onun və arvadı Şahid8 ünvanına nalayiq söyüşlər söymüşdür. Ehtibarın yaşadığı evlə Turalın yaşadığı ev qarşı-qarşıya yerləşir. Ehtibarın oğlunu və ailəsini söyməsi onu əsəbiləşdirdiyi üçün o, oğlu Talehlə birlikdə yaşadığı evdən küçəyə çıxmış və görmüşdür ki, Ehtibar küçədə, qonşuları Turalın evinin həyət qapısının yanında sonuncu ilə birlikdə dayanıb söhbət edirlər. O, oğlu Talehlə birlikdə Ehtibarın yanına yaxınlaşıb ona “sən niyə mənim oğluma və ümumiyyətlə ailəmin üvanma nalayiq söyüşlər söyürsən”, deyib Ehtibarın əynində olan paltarın yaxasından tutmuş və silkələmiş, bu zaman Ehtibar ona demişdir ki, “söymüşəm əcəb eləmişəm. Bu sözləri dedikdən sonra Etibar yenə də onların ünvanına söyüşlər söyməyə davam etmişdir. Həmin vaxt Ehtibar uca səslə qışqıraraq söyüşlər söymüşdür. Ehtibarın söyüş söydüyünü görəndə oğlu Taleh də Ehtibarın əynində olan platarın yaxasından tutub dartmış, bu zaman qonşu Tural onları ayırmağa çalışmışdır. Etibarın sözlərinə görə onların aralarında mübahisə düşmüş və mübahisə zamanı onlar qısa zaman ərzində bir-biriləri ilə əlbəyaxa olmuşlar, yəni bir-birilərinin yaxasından tutmuşlar. Orada onları əvvəlcə Tural ayırmış, daha sonra arvadı da səs-küyü eşidib onları ayırmağa gəlmişdir. Arvadı onlara yaxınlaşıb əvvəlcə Talehi oradan uzaqlaşdırmışdır. Tural nə qədər onları ayırmağa çalışsa da, Turalın yanında olan körpə uşaq ağladığı üçün sonuncu, onları ayıra bilməyib uşağı götürüb yaşadığı evə tərəf girmişdir. Aralarında olan mübahisə vaxtı o, orada Etibarı vurmamışdır. Onlar təxminən 10-15 dəqiqə bir-biriləri mübahisə etmişlər, həmin vaxt Ehtibar onların ünvanına qışqıraraq nalayiq ifadələr işlətmişdir. Aralarında olan mübahisə vaxtı onların səs-küyü digər qonşular tərəfindən eşidilmişdir. Çünki, küçədə onların aralarında olan mübahisə vaxtı qonşuları Saimat, həmçinin Ehtibarın arvadı və qızı, həmçinin digər qonşuları Elşən, eləcə də qonşuları Turalın atası Elçin də yaşadıqları evdən küçəyə çıxmışlar. Mübahisə vaxtı o da Ehtibarın üvanına nalayiq ifadələr işlətmişdir. Aralarında olan mübahisənin səsinə gələn qonşusu Elşən mübahisə vaxtı oğlu Talehi tutub saxlamışdır, bundan sonra arvadı Günay da onlara yaxınlaşıb ayırmağa cəhd etmişdir. Mübahisə zamanı yaşadıqları evin yerləşdiyi küçədə yaşayan digər qonşuların hamısı yaşadıqları evdən küçəyə çıxıb onlara baxdıqlarına görə, eləcə də arvadı Günayın da onları ayırmağa çalışdığını gördüyünə görə o, Ehtibardan ayrılmışdır. Onlar bir-birilərindən ayrıldıqdan sonra yaşadıqları evə tərəf gəlmişlər, həmin vaxt Ehtibar da özü yeriyərək yaşadığı evə tərəf getmişdir. Onlar yaşadıqları evə tərəf gedəndə, bir-birilərinin ünvanına yenə də nalayiq ifadələr işlətmişlər. Beləliklə o, öz ailəsi ilə birgə yaşadığı evə gedib girmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra o və arvadı Günay yaşadıqları evin eyvanında olarkən, Etibarın oğlu Zəkinin küçə ilə özlərinə məxsus heyvanları yaşadığı evə tərəf apardığını görmüşlər. Bu zaman o, Eyvandan qışqıraraq Zəkiyə demişdir ki, “atanın ağzını yığ, yenə artıq-əskik danışıb bizi söyümüşdür, ona görə də aramızda mübahisə düşdü”. Zəki isə onun sözlərinə qulaq asdıqdan sonra “Ehtibardı da, fikir verməyin, mən gedib danışaram” deyib yaşadığı evə tərəf getməyə davam etmişdir. Həmin vaxtdan təxminən 15 dəqiqə sonra, yəni saat 20:40 radələrində o evdə olan zaman, evin həyət qapısından Ehtibarın oğlu Zəkinin onu çağırdığını eşitmişdir. Həmin vaxt Zəkinin onu çağırmasına əvvəlcə arvadı Günay, onun ardınca da Talehlə o, evin həyətinə düşüb yaşadıqları evin həyət qapısına tərəf getmişlər. Arvadı Günay yaşadıqları evin həyət qapısından küçəyə çıxan kimi, həyət qapısının qarşısında, yəni küçədə Ehtibar arvadı Günayın sol qulaq nahiyəsindən bir dəfə sillə ilə vurmuşdur. Günay şillənin təsirindən bir anlıq özünü itirmiş və daha sonra tez geriyə dönüb ağlayaraq evin həyətinə girmişdir. Bu zaman Ehtibarla oğlu Zəki də Günayın arxası ilə evin həyətinə daxil olmuşlar. O, orada Ehtibara demişdir ki, ”sən kimsən ki mənim arvadımı vurursan, kişisən gəl mənimlə söhbət elə”. Bu zaman Ehtibarın yanında dayanan oğlu Zəki yaşadığı evin həyətində oğlu Talehin üzərinə hücum edərək yumruq ilə sonuncunun baş və üz nahiyəsindən vurmuşdur. Həmin vaxt Ehtibar yaşadıqları evin həyətində dayanıb onun və ailəsinin ünvanına qışqıraraq söyüşlər söymüşdür. Ehtibarın oğlu Zəkinin Talehi vurduğunu görüb, Zəkini Talehdən ayırmaq üçün o, onlara yaxınlaşıb Zəkini itələyib Talehdən ayırmışdır. Həmin vaxt Ehtibarın arvadı Rəna və qızı Rəbiyyə də onların yanında olmuşlar. O, Zəkini oğlu Talehdən ayırmağa gedən zaman Günayın tək qalmasından istifadə edən Ehtibar Günaya yaxınlaşıb yumruq ilə sonuncunun sol qol, sol gözünün altı və sol süd vəzi nahiyəsindən vurmuşdur. Ehtibarın onun arvadı Günayı vurduğunu görən kimi o, oğlu Talehin yanından aralanıb Ehtibara yaxınlaşıb sağ əli ilə Ehtibarın sifət və baş nahiyələrinə zərbələr vurmuş və o, müavazinətini itirib yıxılmış, Ehtibarın başının təpə nahiyyəsi tövlənin mişar daşından tikilmiş hasarına dəymişdir. Onun vurduğu zərbələr Ehtibarın başının təpə nahiyəsinə, sol göz ətrafına və dodaq ətrafına dəymişdir. O, Etibarı vuran zaman sağ əlinin baş barmağı zədələnmişdir. O, orada Ehtibarla əlbəyaxa olan zaman Zəki oğlunun yanından aralanıb onun yanma gəlib onu itələmişdir. O da buna görə sol qolunun üstə yerə yıxılmış və sol qolundan xəsarət almışdır. Həmin vaxt Zəki ilə Ehtibar aqressiv şəkildə qışqıraraq söyüş ifadələri işlətmişlər. O, həmin söyüş səslərini qonşuların eşitdiyinə əmindir. Ehtibar onun arvadı Günayı vurduğuna görə, Günay huşunu itirmiş, bunu görəndə Ehtibarla Zəki dayanmışlar və o, Ehtibara “gördün, vurub öldürdün, indi gedib cavab verərsən” demişdir. Bu zaman Taleh qaçıb həyətdən Günay üçün su gətirmiş və onlar Günayın sifətinə su vurub özünə gətirməyə çalışmışlar. Həmin vaxt Ehtibar başından xəsarət aldığından, o da başını tutub yerdə oturmuşdur. Bunu görən Ehtibarın qızı Rəbiyyə küçəyə qaçıb qonşu Saimatın evinin həyətindən plastmas qabda su gətirib soyuq suyu Ehtibarın baş və sifət nahiyəsinə vurmuşlar. Arvadı Günay özünə gəldikdən sonra oğlu Taleh istifadəsində olan mobil telefon ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib qonşusu Ehtibar və sonuncunun oğlu Zəkinin yaşadıqları evin həyətində özünü, onu, və anası Günayı döymələri barədə bildirmişdir. Bunu görən Zəki də tez öz istifadəsində olan telefonla Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib dava-dalaş barəsində bildirmişdir. Daha sonra Xaçmaz RPŞ-nin Xudat PB-nə gedib şikayət ərizəsi yazmışdır. Dava-dalaş zamanı o, yaşadığı evin həyətində Ehtibarı əli ilə vurmuşdur. xx.xx.2022-ci il tarixdə Etibarla birinci dəfə aralarında küçədə mübahisə olan zamanı onlar bir birlərini vurmamışlar. Orada Tural və onun arvadı Günay Ehtibar və onu tez ayırmışdır. Onlar sadəcə bir-birilərinin əynində olan 'paltarın yaxasından tutub uca səslə bir-birilərinin ünvanına söyüş ifadələri işlətmişlər, ancaq, onların səs-küylərinə bütün qonşuların küçəyə çıxdığını görəndə bir-birindan aralanmışlar. Həmin vaxt Ehtibar səs-küyə digər insanların, eləcə də əsasən qadınların çıxdığını görsə də, insanlara məhəl qoymaraq onun və ailəsinin ünvanına daha da nalayiq ifadələr işlətmiş, sanki insanların çıxmasına görə də daha da cəsarətlənib nalayiq ifadələr işlətmişdir. Küçədə aralarında mübahisə olan vaxtı oğlu Təqsirləndirilən şəxs2 da Ehtibara yaxınlaşıb paltarından dartsa da, anası Günay müdaxilə edib əvvəlcə Talehi oradan uzaqlaşdırmış, sonradan Taleh yenə də onlara tərəf gəlmək istəsə də, qonşusu Elşən Talehi tutub saxlamışdır. Küçədə aralarında mübahisə olan vaxtı demək olar ki, onlarla qonşuluqda yaşayan bütün sakinlər səs-küyə küçəyə çıxmış və qonşular onların aralarında olan mübahisəyə baxmışlar. Həmin vaxt Ehtibar, yenə də nalayiq ifadələr işlətməyə davam etdiyindən, o, Ehtibarı buraxmaq istəməmiş, lakin həmin vaxt onu vurmamışdır. Onun yaşadığı evin həyətində olan dava-dalaş təxminən 15-20 dəqiqə ərzində davam etmiş və həmin vaxt saat təxminən 20:30-20:40 radələri olmuşdur. Həmin dava-dalaş zamanı onların yanına digər qonşular gəlməsə də Ehtibarla Zəki yenə də onların ünvanına nalayiq ifadələr işlətmişlər. Onun arvadı Şahid8 xəsarəti Ehtibar yetirmişdir. 30 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində aralarında olan mübahisə və dava-dalaş zamanı Ehtibar əvvəlcə yaşadıqları evin həyət qapısının qarşısında, daha sonra isə evin həyətində arvadını əli ilə vurub ona ekspert rəyində göstərilən xəsarətləri yetirmişdir. 30 iyul 2022-ci il tarixdə küçədə birinci dəfə aralarında olan mübahisə vaxtı o, Ehtibarın əynində paltarın yaxasından tutub dartsa da, sonuncunun əynində olan paltar cırılmamış, həmçinin Ehtibar huşunu itirməmişdir. Onlar küçədə birbirlərindən aralandıqdan sonra Ehtibar özü yeriyərək yaşadığı evə tərəf getmişdir. Bunu orada olan qonşulardan Elçin, Tural və Saimat da görmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, işdən evə gəldikdən sonra Şahid2 məxsus internetdən istifadə etmək məqsədilə təxminən saat 20 radələrində sonuncunun yaşadığı evin qarşısına getmişdir. Həmin vaxt yanında azyaşlı uşaq olmuşdur. Zərərçəkmiş şəxs daima azyaşlı uşağları gördüyündə qışqıraraq onlara qarşı nalayiq ifadələr işlətdiyindən, o tez zaman ərzində işini bitirib oradan uzaqlaşmaq istyədiyində Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətmiş, Zərərçəkmiş şəxs sözlərinə məhəl qoymayaraq oradan uzaqlaşdığı zaman Şahid2 Ehtibarın onu söydüyünü, lakin onun oradan başını aşağı salıb getdiyini demişdir. O isəTurala bildirmişdir ki, Ehtibara baş qoşmayacaqdır və bu sözləri deyib evə getmişdir. Ehtibar eşitmə qabiliyyəti zəif olduğundan nümayişkəranə şəkildə yüksək səslə qışqırıb danışaraq həmin hərəkətləri etməkdə davam etmişdir. Buvaxt işdən yenicə gələn atası səsə evdən çölə çıxmış, ondan nə baş verdiyi barədə soruşduğunda o əsəbiləşmiş və bu zaman onların yanında olan Şahid1 onun əsəbiləşdiyini görüb sakitləşdirməyə çalışaraq onu kənara çəkmişdir. Həmin vaxt anası Şahid7 hadisə baş verəcəyini ehtimal edib həyat yoldaşı Təqsirləndirilən şəxs1 ardınca hadisə yerinə gəlmişdir. Orada atası və Zərərçəkmiş şəxs arasında əlbəyaxa dava baş vermişdir. Onları Tural, Saimat, Könül və ittiham aktında adı keçən digər şəxslər ayırmışlar. Birinci epizod üzrə zərərçəkmiş şəxsə heçbir xəsarət yetirilməmişdir. O, münaqişədən sonraatası və anası ilə birlikdə evə getmişlər. Bundan sonra atası zərərçəkmiş şəxsin oğlu olan Zəki İsmayılova atasının etdiyi hərəkətlər barədə məlumat vermiş, Zəki etdiyi hərəkətlərə görə atasını başa salacağını bildirmiş və hətta atasından çəkmək üçün siqaret almışdır. İkinci epizod üzrə isə Zəki onun atasından uzaqlaşıb getdikdən təxminən 15-20 dəqiqə sonra qapıya gələrək onun atasını çağırmış, atası Təqsirləndirilən şəxs1 və anası Şahid7 qapıya yaxınlaşmışlar. Lakin söz-söhbət olmasın deyə o qapıya doğru getməmişdir. Atası və anası qapıya yaxınlaşan kimi zərərçəkmiş şəxsin və ailə üzvlərinin, yəni Zərərçəkmiş şəxs, X38un, həyat yoldaşı və qızının müharibəyə gəlmiş kimi həyətə daxil olduqlarını görüb onlara yaxınlaşdığında Zəki İsmayılov onun qicqah nahiyəsinə yumruqla vurmuş və daha sonra onun əllərini tutub saxlamışdır. Zərərçəkmiş şəxs onun atasına xəsarət yetirdiyini görməsə də, lakin atasını itələyərək yerə yıxıldıqdan sonra anasını yumruqla vurduğunun şahidi olmuşdur. Atası isə özünü müdafiə edərkən ola bilsin ki, Zərərçəkmiş şəxs xəsarət almışdır. Bundan sonra o, həyətində baş vermiş münqaişə anında DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş, onun zəngindən sonra Zərərçəkmiş şəxs da DİNnin “102” xidmətinə zəng etmişdir. Həmçinin, zərərçəkmiş şəxs onun barəsində guya qapısının qarşısında söyüş söydüyünü bildirməsi sözləri yalandır. Eyni zamanda ibtidai istintaq zamanı İƏD üzrə nümayəndəlikdən barələrində xasiyyətnamə təqdim olunmuş və həmin xasiyyətnamədə onun və Zərərçəkmiş şəxs necə insan olması qeyd olunmuşdur. O, hər iki epizod üzrə heç kimi söyməmiş və heç kimə xəsarət yetirməmişdir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Seyidlər kəndində yaşayır. Seyidlər kəndində onlarla qonşu evdə, həmkəndlisi X16 yaşamışdır. Ehtibar həmin evdə arvadı Rəna və oğlu Zəki ilə birlikdə yaşamışdır. Ehtibarı hamı kənddə tərbiyəsiz biri kimi tanıdıqları üçün hamı ondan aralı gəzmişdir. Ehtibarla əvvəllər bir neçə dəfə aralarında söz-söhbət olmuş, ancaq həmkəndli və qonşu olduqları üçün onlar Ehtibarla küsülü qalmamışlar, ancaq aralarında pərdə saxlamışlar. 30 iyul 2022-ci il tarixdə axşam saat 20 radələrində o, həmkəndlisi İlhamın oğlu İftixarla birlikdə yaşadığı evin yerləşdiyi küçədə, Turalgilin yaşadığı evin yanında dayanıb qonşuları Şahid2 yaşadığı evə çəkdirdiyi internet şəbəkəsindən istifadə edən zaman, qonşusu Zərərçəkmiş şəxs velosipedlə onların yanına, yəni yaşadığı evə tərəf gəlmişdir. Ehtibarın yaşadığı ev Turalın yaşadığı evlə qarşı-qarşıyadır. Ehtibar onların yanına çatdıqdan sonra, İftixara demişdir ki, “sənin mənim qapımda nə işin var”, İftixarda Ehtibara demişdir ki, “mən Talehin yanında dayanmışam”. Bu zaman Ehtibar onun və anasının ünvanına söyüşlər söyərək onlara həmin yerdən getmələrini demişdir. Onlar da Ehtibarın sözündən sonra yaşadıqları evə tərəf hərəkət etməyə başlayanda, Tural yaşadığı evin həyəti ilə küçəni ayıran hasarın üzərindən boylanıb ondan nə məsələ olduğunu soruşmuşdur. O da Turala demişdir ki, “həmişəki adamdı da, ağzına gələni danışır”. Tural da cavab vermişdir ki, “get get, Ehtibardı da, baş qoşma”. O da yaşadığı evə tərəf gedəndə, Tural Ehtibardan nə məsələ olduğunu soruşmuş, Ehtibar da həmin vaxt onun ailəsinin, xüsusən də anasının ünvanına nalayiq ifadələr işlətmişdir. O da yaşadığı evə girib bu barədə atasına dedikdən sonra, atası ona demişdir ki, Ehtibara baş qoşmasın, onsuz da Ehtibarı hamı tanıyır, hamı Ehtibara dəfələrlə söyür. O, atasının sözündən sonra “Ehtibar kimdir ki, mənim anama söysün” demiş və əsəbi şəkildə küçəyə tərəf hərəkət etməyə başlamışdır. Həmin vaxt atası da onun arxası ilə küçəyə çıxmışdır. O, küçəyə çıxanda həmin vaxt Tural və Ehtibarı Turalgilin həyət qapısının qarşısında dayanıb söhbət etdiyini görmüşlər. Turalın yanında uşaq arabasında qardaşının 5 aylıq övladı da olmuşdur. O, öz yuaşadığı evin həyət qapısının qarşısında dayananda eşitmişdir ki, Ehtibar yenə də onun və ailəsinin ünvanına nalayiq ifadələr işlədir. O da oradan Ehtibara adekvat cavab verib həmin söyüşləri qışqıraraq sonuncuya demişdir. Həmin vaxt Ehtibar yenə də onun anasının barəsində çox pis söyüş söydüyündən, o, Ehtibarın üzərinə getmişdir. Atası da onun arxası ilə gəlmişdir. Atası ilə onun arasında təxminən 7- 8 metr məsafə olmuşdur. O, Ehtibarın yanına çatan kimi, Ehtibar əlləri ilə onun əynində olan paltarın yaxasından tutub dartışdırmışdır. O, da əlləri ilə Ehtibarın əynində olan paltarın yaxasından tutub silkələyəndə, bunu görən atası, Ehtibarın yanına çatıb əli ilə onu arxaya itələyib, özü Ehtibarın əynində olan paltarın yaxasından turub dartışdırmış və həmin vaxt onlar bir-birilərinin ünvanına qışqıraraq uca səslə nalayiq ifadələr işlətmişlər. Həmin vaxt səs-küyə anası Şahid8 da küçəyə çıxıb onların yanına gəlmişdir. O, özü də yaxınlaşıb Ehtibarı vurmaq istəmiş, ancaq bu zaman anası onun qolundan tutub onu yaşadıqları evə tərəf dartmışdır. Həmin vaxt səs-küyə qonşusu Elşən gəlmiş və Elşən onun qolundan tutub yaşadıqları evə tərəf dartaraq onun qarışmamasını, böyüklərin məsələni özlərinin həll edəcəyini demişdir. Bu zaman qonşusu Tural atası ilə Ehtibarı bir-birindən ayırmağa çalışmışlar. Anası onu tutmağı Elşənə tapşırdıqdan sonra, özü də gedib atası Heydərlə Ehtibarı ayırmağa çalışmışdır. Ancaq nə Turalın, nə də ki, anasının onları ayırmağa gücləri çatmamışdır. Turalın yanında olan uşaq səs-küydən qorxub ağladığından Tural uşağı götürüb yaşadığı evin həyətinə daxil olmuşdur. Həmin vaxt onları ayıra bilmədiyindən anası qışqırmışdır. Ehibarla atası Heydər bir-birilərinin ünvanına qışqıraraq uca səslə nalayiq söyüşlər söymüşlər. Atası ilə Ehtibarın aralarında olan mübahisənin səs-küyünə qonşuların hamısı demək olar ki, küçəyə çıxmışlar. Ehtibar qonşuların çıxmasına baxmayaraq öz tərbiyəsiz hərəkətlərini etməyə davam etmişdir. Ancaq Ehtibar arvadı və qızının səs-küyə çıxmasını görən kimi, atası ilə Ehtibar bir-birindən ayrılmışlar və Ehtibar özü yeriyərək yaşadığı evə tərəf, atası ilə anası da yaşadıqları evə tərəf gəlmişlər. Həmin vaxt qonşusu Elçin də küçəyə çıxmışdır. Elçin küçəyə çıxanda atası ilə Ehtibar bir-birindən ayrılmışlar, acaq onlar yenə də bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Həmin vaxt küçədə nə o, nə də ki atası Ehtibarı vurmamışlar. Həmçinin Ehtibar da orada onların hər hansı birini vurmamışdır. Onlar, yaşadıqları evə həlib evin eyvanında oturmuşlar. Həmin vaxt anası çay qızdırmış, atası isə eyvanda dayanıb siqaret çəkmişdir. Bu zaman Ehtibarm oğlu Zəki küçə ilə yaşadığı evə tərəf getmiş və özlərinə məxsus heyvanları aparmışdır. Atası eyvandan Zəkiyə demişdir ki, “ay Zəki, sənin atan Ehtibar Talehin və mənim arvadımın ünvanına nalayiq söyüşlər söymüşdür, ona görə də atanla aramızda mübahisə olub, get atana denən özünü yığışdırsın, belə hərəkət olmaz”. Bu zaman Zəki onların evininin qarşısında, küçədə dayanıb atasına demişdir ki, o atası ilə söhbət edəcəkdir, narahat olmasinlar. Bundan sonra Zəki atasından bir ədəd siqaret istəmiş, atası da eyvandan Zəkiyə bir ədəd siqaret atmışdır. Siqareti götürdükdən sonra, Zəki yaşadığı evə getmişdir. Zəkigilin yaşadıqları evlə onların yaşadıqları ev çox yaxın yerləşmişdir. Belə ki, Zəkigil yaşadıqları evin həyətində dayanıb söhbət edən zaman, onlar öz yaşadıqları evin həyətində dayanıb onİarın səsini eşitmişlər. Zəki, yaşadığı evin həyətinə girən kimi, atasına demişdir ki, “ata, bu nə söhbətdir, Heydər dayı məni küçədə saxlayıb deyir ki, sən küçədə Talehi söymüsən”, Ehtibar da Zəkiyə demişdir ki, “Taleh kimdir ki, mənim evimin yaxınlığında dayanıb internetdən istifadə edib tərbiyəsizlik edir”, bundan sonra Ehtibar onun və anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan təxminən 10-15 dəqiqə sonra o eşitmişdir ki, Zəki yaşadıqları evin həyət qapısının qarşısından atasını çağırır. O, həmin vaxt evin həyətində olmuşdur. Əvvəlcə anası, anasının ardınca da atası da həyətə düşmüş, qarşıda anası olmaqla onlar yaşadıqları evin həyət qapısına tərəf getmişlər. Anası evdən həyətə düşüb, həyət qapısına yaxınlaşıb qapını açıb küçəyə çıxan kimi, Ehtibar əli ilə əvvəlcə anasının sol qulağının üstündən sillə ilə vurmuşdur. Bundan sonra Ehtibarla Zəki evin həyətinə daxil olmuşlar. Ehtibarın anasını vurmasını o və atası görmüşlər. Həmin vaxt Ehtibarın arvadı Rəna və qızı Rəbiyyə də orada olmuşlar. Atası orada Ehtibara demişdir ki, “sən niyə mənim arvadımı vurursan, kişisən gəl mənimlə söhbət elə”, bu zaman Ehtibarın yanında olan oğlu Zəki onun üzərinə hücum edib yumruq ilə onun sağ tərəfdən baş və üz nahiyəsinə yumruq ilə vurub onu yerə yıxmışdır. Atası da Zəkinin onu yerə yıxıb yenə də vurmaq istədiyini görüb onlara yaxınlaşıb Zəkini itələyib ondan ayırmışdır. Bu zaman anasının tək olduğunu görən Ehtibar anasına yaxınlaşıb əli ilə əvvəlcə anasının sol gözünün altından, daha sonra da, sol qolundan və sol süd vəzinin üzərindən yumruqla vurmuşdur. Anasının süd vəzində xərçəng xəstəliyi olduğundan, Ehtibarın anasına zərbəsindən sonra, anası yerə yıxılmışdır. Anasının yerə yıxıldığını görən kimi, atası Ehtibarın üzərinə hücum edib əli ilə Ehtibarın baş və sifətindən yumruq ilə vurmuş, zərbənin təsirindən Ehtibar müvazinətini itirib yerə yıxılmış və yerə yıxılan zaman Ehtibarın başı onlara məxsus tövlənin hasarına dəymiş və sonuncu başından xəsarət almışdır. Atası Ehtibarı vurduqdan sonra, Ehtibara demişdir ki, “Günay ölsə cavab verəcəksən”. Anasının yerdən qalxa bilmədiyimi görən kimi o qaçıb su gətirmiş və anasının başına su tökdükdən sonra anası özünə gəlməyə başlamışdır. Bu zaman atası ona demişdir ki, tez polisə zəng etsin və olanlar barədəməlumat versin, polis də gəlib bu vəziyyəti görsün. O, dərhal DİN-nin 102 xidmətinə zəng etdikdən sonra Ehtibar və ailəsi yaşadıqları evin həyətindən çıxıb getmişlər. Onun polisə məlumat verməsini görən kimi Ehtibarın oğlu Zəki də zəng edib polisə məlumat vermişdir. Daha sonra həmin gecə onlar xəstəxanaya müraciət etmişlər. Onun yaşadığı evin həyətində olan dava-dalaş təxminən 15-20 dəqiqə ərzində davam etmiş və oraya kənar şəxslər gəlməmiş, ancaq qonşular səsküyə küçəyə çıxmışlar. Çünki dava-dalaş zamanı Ehtibar və Zəki qışqırıb onların ünvanına nalayiq ifadələr işlətmişlər. O da atası ilə birlikdə Ehtibarın ünvanına söyüşlər söymüşlər. Birinci dəfə, yəni küçədə mübahisə olan zaman atası Heydər və o, Ehtibarı vurmamışlar. Həmin vaxt Heydər və o, Ehtibarın əynində olan paltarının yaxasından tutub dartmışlar, həmçinin Ehtibar da atasının və onun əynində olan paltarın yaxasından tutub dartmış, ancaq nə onlar Ehtibarı, nə də ki Ehtibar onları vurmamışdır. Ehtibar onun anası Günayı yaşadığı evin həyət qapısının qarşısında, yəni küçədə və daha sonra evin həyətinə daxil olub orada əli ilə vurmuşdur. Həmin vaxt Ehtibar anasının vurduğuna görə atası Heydər də əli ilə Ehtibarı vurub xəsarət yetirmişdir. Həmin gün mübahisə vaxtı ümumiyyətlə heç kimi vurmamışdır. Küçədə birinci dəfə mübahisə vaxtı Ehtibar qonşusu Turalın yanında onun anasının ünvanına söyüşlər söydüyü üçün o, Ehtibarı vurmaq istəmiş, ancaq sonradan buna imkan olmamamışdır. Əgər müdaxilə edən olmsayadı Ehtibari vura bilərdi. Ehtibar anasını vurduqdan sonra anası özünü yaxşı hiss etməyib yerə yıxılmış və daha sonra huşunu itirmişdir. Bunu görən atası da Ehtibarı baş nahiyəsindən bir neçə dəfə vurmuş, Ehtibar da yıxılanda başı tövlələrinin hasarına dəymişdir. Bu zaman Ehtibar yerdə oturub əli başını tutmuş, bunu görən Ehtibarın qızı Rəbiyə qonşu Saimatgilə gedib su gətirib atasının baş və üz nahiyəsinə su tökmişlər. Həmin gün Ehtibarın oğlu Zəki yaşadığı evin həyətində onu əli ilə, yəni yumruq ilə vurmuş və başında şişkinliklər yaranmışdır. Başında ağrı olduğuna görə onlar həmin gecə, yəni 31 iyul 2022-ci il tarixdə gecə saat 01 radələrində xəstəxanaya gedib tibbi yardım almışlar. Yaşadıqları evin həyətində davadalaş olan zaman atası Ehtibarı vurmuş, atası Heydərin Ehtibarı vurduğunu görən Zəkidə, atasının üzərinə gedib itələmiş, bu zaman atası da qolu üzərinə yerə yıxılmış və sol qolundan xəsarət almışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdirki, o, evinə gələrkən Təqsirləndirilən şəxs2 ona məxsus ot tayasını yandırdığını görmüş və tayanı niyə yandırdığını soruşmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 gedərəkbir müddət sonra atası digər Təqsirləndirilən şəxs1la birlikdə onun üzərinə hücum çəkmişlər. O, həmin vaxt qonşusu ilə evinin önündən keçən qaz borusunun üzərində oturmuş və təqsirləndirilən şəxslər onun üzərinə hücum edərək oturduğu yerdə başına daşla vurmuşlar. Hadisə zamanı onunəynində olan köynəyi, şalvarıcırılmışdır. O, huşunu itirmiş, oğlu heyvanları çöldən gətirib evə gəldikdən sonra onu çətinliklə ayıltmışlar. Təqsirləndirilən şəxslər heyvanları gətirdiyi zaman çöldə oğlunun da önünü kəsmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 həyat yoldaşı Günay yalandan guya onun Günayı vurması barədə böhtan xarakterli ifadə vermişdir. İkinci epizod üzrə isə oğlu heyvanları gətirdiyi zaman küçədə qarşısını kəsdiklərindən o, həyat yoldaşı və qızı oğlunu onlardan ayırıb gətirmək üçün ora hadisənin baş verdiyi yerə getmişdir. İkinci epizod zamanı da, oğlunun gözləri qarşısında təqsirləndirilən şəxslər onun baş nahiyəsindən iki dəfə daşla vurmuşlar. Bununla bağlı ibtidai istintaq zamanı ekspertizaya göndərilmiş və xəsarət alması barədə rəy verilmişdir. O, Qusar rayonunda başında olan xəsarətlərlə əlaqədar öz hesabına müayinə olunmuşdur. Zərərçəkmiş şəxs növbəti məhkəmə baxışı iclasında ziddiyyətli ifadə verərək bildirmişdir ki, təqsirləndirilənm şəxs Təqsirləndirilən şəxs2 onun evinin hasarının yanında internetdən istifadə edib telefonda söyüş söydüyünə görə Təqsirləndirilən şəxs2 evinin qarşısında söyüş söyməməsini irad bildirmişdir. Təqsirləndirilən şəxs2 oradan getmiş və bir müddət sonra atası Təqsirləndirilən şəxs1la birlikdə geri qayıtmış, onu vurmuşlar. Daha sonra o heyvanların ardınca getdiyində təqsirləndirilən şəxslər yenidən onu vurmuşlar. Təqsirləndirilən şəxslərlə qohumluq əlaqələri olmuş və aralarında heç bir ədavət olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Seyidlər kəndində yaşayır. Təqsirləndirilən şəxs1 və ailəsi onunla eyni kənddə yaşayır və onlarla münasibəti normal olmuşdur. 30 iyul 2022-ci il tarixdə saat 20:30 -da o, velosipedlə Xudat şəhərindən yaşadığı evə gələndə həyət qapısının qarşısında qonşuluqda yaşayan Talehin, qonşu Turalın yaşadığı evə çəkilmiş internetdən istifadə etdiyini, həmçinin kiminləsə telefonla danışaraq söyüş söydüyünü və Talehin yanında həmkəndlisi İlhamın oğlu İftixarın olduğunu görüb sonuncunların üstünə acıqlanmışdır ki, öz evlərinin qarşısına getsinlər. Taleh və İlham ona heçnə deməyərək çıxıb getmişlər. Qonşuluqda yaşayan Turalın onun səsinə küçəyə çıxdığını görüb sonuncuya kənardan gələn cavanları evinin qarşısında dayanaraq internetdən istifadə etmələrinə niyə göz yumduğunu irad bildirmişdir. Bir neçə dəqiqədən sonra Talehlə atası Heydərin ona tərəf gəldiklərini görmüşdür. Taleh və atası Heydər ona yaxınlaşanda Taleh onu yumruqla vurmuş, Heydər əlindəki daşla başının arxasına vurmuş və bundan sonra onun bədəninin müxtəlif yerlərinə yumruqla vuraraq döyməyə başlamışlar. Həmin vaxt başı mişar daşından olan hasara dəymişdir. Taleh və Heydərin belə hərkət etmələrini görən Tural yaşadığı evə getmişdir. Onların səs-küyünə oraya gələn Elçin və X12 ayırmışlar. Heydər və oğlu Taleh ondan bir qədər aralandıqdan sonra yerdən daş götürərək ona tərəf atmağa başlamışlar. Bundan sonra Heydərlə Taleh sakitləşərək yaşadıqları evə getmişlər. Təxminən 30 dəqiqədən sonra oğlunun qabağına çıxmışdır. Oğlu ilə birlikdə iri buynuzlu heyvanlarını evə gətirəndə Heydər və oğlu Taleh qəfil yaşadıqları evin həyətindən çıxaraq onun üstünə gəlmişlər və Heydər yumruqla başından vurmuş, zərbədən o, su arxına yıxılaraq huşunu itirmişdir. O, ayılanda özünün evində olduğunu görmüşdür. Taleh küçədə onun yaşadığı evin həyət qapısının qarşısında dayanaraq qonşusunun internetindən istifadə etdiyinə, həmçinin kiminləsə danışaraq söyüş söydüyünə görə o, Talehə oradan çıxıb getməsini demiş, bundan sonra Taleh öz yaşadığı evə getmiş və bir neçə dəqiqə sonra atası Heydərlə birlikdə yanına gələrək küçədə qaz borusunun üstündə oturduğu zaman onu döymüşlər. Həmin vaxt orada qonşuluqda yaşayan Tural olmuşdur və sonradan səs-küyə Turalın atası Elçin və digər qonşu Elşən də gəlib Heydərlə Talehi ondan ayırmışlar. Həmin proses təxminən 15-20 dəqiqə davam etmişdir. İkinci dəfə Heydər və oğlu Taleh tərəfindən döyülməsi sonuncuların yaşadıqları evin həyət qapısının qarşısında küçədə olmuşdur. Heydərin onun başından vurduğu yumruqdan sonra o, yerə yıxılaraq huşunu itirmiş və bundan sonra nə baş verməsindən xəbəri olmamışdır. O, döyülən zaman başından, sol gözümün altından və bədəninin müxətəlif yerlərindən xəsarət almışdır. O aldığı xəsarətlərlə bağlı özünü yaxşı hiss etməmiş və bu günə kimi bədəninin müxtəlif yerlərində ağrıları vardır. O və ailə üzvlərindən hər hansı biri Heydəri və Günayı vurmamışlar və döyməmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs həkimdən geri qayıtdığında onlara məxsus evin həyət qapısının qarşısında Təqsirləndirilən şəxs2 internetdən istifadə etdiyini görüb orada durmamasını bildirmişdir. Bundan sonra o, evə daxil olmuş və həmin vaxt Taleh Heydərov gedək atası ilə birlikdə geri qayıtmışdır. Küçədə səs-küyü eşidib çıxdığında həyat yoldaşı Zərərçəkmiş şəxs Taleh və Təqsirləndirilən şəxs1lar tərəfindən döyülərək divarla qaz borusunun arasına yıxıldığını və başına daşla vurulduğunu, eyni zamanda həyat yoldaşının üzərində olan paltarlarının cırıldığını görmüşdür. Həmçinin təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs daş ataraq söyüş söymüşlər. O, Zərərçəkmiş şəxsla birlikdə evlərinə daxil olmuş. Şahid1 isə təqsirləndirilən şəxsləri oradan uzaqlaşdıraraq aparmışdır. X38 isə evə zəng edərək atasının çöldən heyvanları gətirməsini demişdir. Qızı isə Zəki İsmayılova atasının təqsirləndirilən şəxslər tərəfindən döyüldüyünü dedikdə Zəki heyvanları özü gətirmişdir. Bir müddət sonra səsküyü eşidərək çölə çıxdığında heyvanların gəldiyini görüb kömək məqsədilə getdiyində həyat yoldaşı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin qapısının çöl tərəfində huşsuz vəziyyətdə yıxıldığını, xırıldadığını gördüyündə qızı su gətirərək Zərərçəkmiş şəxs ayıldaraq sürüyüb öz evlərinə aparmışlar. İlkin münaqişə zamanı, yəni onların qapısının qarşısında baş vermiş münaqişə zamanı Tural, Elçin və Saimat hadisənin şahidi olsalar da, ikinci epizod üzrə, yəni təqsirləndirilən şəxslərin qapısının qarşısında baş vermiş hadisədə qonşulardan heç kim olmamışdır. Eyni zamanda heyvanları gətirdiyi yol təqsirləndirilən şəxslərin qapısının qarşısından keçir. Onlar münaqişə yaratmaq məqsədilə təqsirləndirilən şəxslərin evinin qarşısına getməmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxsin qızıdır. Belə ki, birinci epizod üzrə səs-küyü eşidərək evdən çölə çıxdığında evlərinin qarşısında Təqsirləndirilən şəxs2 onun atasına daş ataraq söydüyünü, Tural, Elşən və Elçin isə Təqsirləndirilən şəxs1 onun atasından ayırdıqlarını görmüşdür. Həmin vaxt X29 evdə olmadığından hadisə barədə qardaşına zəng edib məlumat vermişdir. Zəki “heçnə olmaz” deyib atası Zərərçəkmiş şəxs heyvanların qarşısına çıxmasını bildirmişdir. İkinci epizod üzrə isə hadisə təqsirləndirilən şəxslərin qapısının qarşısında baş vermişdir. O, səs-küy eşidərək çölə çıxdığında atasının yerə yıxıldığını, lakin Təqsirləndirilən şəxs2 dayanıb baxdığını görmüş və qardaşı Zəkinin ona su gətirməsini dediyində Təqsirləndirilən şəxs1 “su gətirmə, ölsün” sözlərini demiş, o gedib atasının üzünə su gətirib çiləmişdir. Birinci epizod üzrə hadisə zamanı atası Zərərçəkmiş şəxs üzündə göyərmə izləri yaranmışdır. İkinci epizod üzrə isə Şahid7 xəsarət almamış, atasının qadınla dalaşmaması üçün qarşısında durmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, ünvan 2 ünvanda yaşayır. Əri həmin hərbi hissədə işləyir. O, N ildir ki, evlidir və demək olar ki, hər ilin yay fəslində dincəlmək üçün Xaçmaz rayonu, Seyidlər kəndində yaşayan ailəsinin yanına gəlmişdir. Ancaq 2022ci ilin yay fəslində əri işi ilə bağlı Şuşa şəhərində olduğundan kənddə, ata və anasının yanında bu dəfə daha çox qalmalı olmuşdur. 30 iyul 2022-ci il tarixdə saat 19 radələrində atası Ehtibara məxsus evdə olan zaman, küçədən səs-küy gəldiyini eşitmişdir. Həmin vaxt o, evdə, anası isə evin həyətinə olmuşdur. X29 isə özlərinə məxsus heyvanları otarmağa aparmışdır deyə evdə olmamışdır. Həmin gün saat 19 radələrində küçədən səs-küy gəldiyinə görə, o, tez evdən çıxıb küçəyə qaçmışdır. Küçəyə çıxanda görmüşdür ki, atası Ehtibar yaşadıqları evin həyət qapısının qarşısında, həmkəndlisi Taleh, Talehin atası Heydər və Heydərin arvadı Günay da atasından təxminən 3-4 metr aralıda olmuşlar və atasının üzərinə hücum çəkmək istəyirdilər deyə, atası qaçaraq evin həyətinə girmişdir. Taleh və Heydər həmin vaxt atasına daş atmışlar və sonuncuların atdıqları daş onun atasına dəymişdir. Həmin vaxt o, atasına baxanda üzündə xəsarətlər olduğunu görmüşdür. Daha sonra atasının ardınca onlar da yaşadıqları evin həyətinə girmişlər. Həmin vaxt o, qardaşı X6 zəng edib olanlar barəsində məlumat vermiş və atasını döydüklərini bildirmişdir; Zəki də “yaxşı gəlirəm” deyib telefonu söndürmüşdür. Bundan təxminən yarım saat sonra Zəki ona zəng edərək atasını ona kömək etməsi üçün göndərməsini demişdir. O da bu barədə atasına demiş, atası da dərhal Zəkiyə kömək etmək üçün çıxıb getmişdir. Bundan təxminən 15 dəqiqə sonra küçədən, daha doğrusu Təqsirləndirilən şəxs1 yaşadığı ev tərəfdən səs-küy gəldiyini eşitmişdir. O, səslərdən tanımışdır ki, həmin səslər Heydərgilin və atasının səsləridir. Buna görə də, anası ilə birlikdə evdən çıxıb Heydərin yaşadığı evə tərəf qaçaraq getməyə başlamışlar. Onlar ikisi Heydərin yaşadığı evin qarşısına çatanda görmüşlər ki, atası huşunu itirmiş vəziyyətdə küçədə yerdə uzanmışdır, qardaşı da atasının yanında dayanmış və Heydərgilə demişdir ki, su gətirsinlər. Ancaq Heydər də demişdir ki, su vermirlər, qoy ölsün. Onlar Ehtibara yaxınlaşmaq istəyəndə, Heydər onların qarşısına çıxaraq Ehtibara onları yaxınlaşmağa qoymamışdır. O da tez qonşusu Saimat adlı qadının evinə qaçıb oradan plastmas qabda su gətirib atasının üz nahiyəsinə tökmüşdür və atası yavaş-yavaş özünə gəlməyə başlamışdır. Bundan sonra qardaşı Zəki atasını yaşadıqları evə gətirmiş və daha sonra Zəki bu barədə polisə məlumat vermişdir. O, öz gözləri ilə atasını kimin vurduğunu görməmişdir, ancaq sonradan atasından və qonşulardan eşitmişdir ki, atasını Heydər və Taleh vurmuşdur. X34 və Talehin vurmasını qonşuları Elçin, Tural, Elşən və Saimat demişdir. Küçədə birinci dəfə olan dava-dalaş zamanı atasının vəziyyəti çox da pis olmamış, atası durub rahat hərəkət edə bilmişdir. Birinci dəfə küçədə olan dava-dalaşdan sonra atasının sifət nahiyəsində göyərmələr və başında şişlər əmələ gəlmişdir. İkinci dəfə küçədə dava-dalaş olan zaman atasının baş nahiyəsində və qollarında xəsarət izləri əmələ gəlmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, oğlu Şahid2 və həyat yoldaşı Təqsirləndirilən şəxs1 hadisə günü saat 19 radələrində işdən gəldiklərindən sonra Təqsirləndirilən şəxs1 hamama daxil olmuş, Təqsirləndirilən şəxs2 isə qonşuda olan internetdən istifadə edərək qayıdacağını deyib evdən çıxmışdır. Təxminən 10-15 dəqiqə sonra küçədən səs-küy gəldiyini və Zərərçəkmiş şəxs Şahid2 qarşı nalayiq ifadələr işlətdiyini eşidmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs1 hamamdan çıxdıqdan sonra o, X23 söydüyünü demiş, bundan sonra Tural evə gələrək anasının sözlərini təsdiq etmişdir. Bu sözlərdən sonra Heydər Ehtibarın yanına getdiyində o və Tural da Heydərin ardınca getmişlər. Birinci epizod üzrə Ehtibarla Heydərin arasında yaxalaşaraq münaqişə olsa da bir-birini vurmamışlar. Lakin qarşılıqlı olaraq nalayiq ifadələr işlətmişlər. Qonşuların köməkliyi ilə onlar ayrıldıqdan sonra evlərinə geri dönmüşlər. Təxminən 20 dəqiqə sonra Zərərçəkmiş şəxs X38un küçədə heyvanları gətirdiyini gördüyündə Heydər Zəkiyə atasının hərəkətləri barədə bildirmiş, Zəki isə “mən onu başa salaram” sözlərini demişdir. X37 siqaret istədiyi zaman Heydər Zəkiyə siqaret vermişdir. Bir müddət sonra səs-küylə Zərərçəkmiş şəxs, oğlu Zəkinin, həyat yoldaşı Rənanın və qızı Rəbiyyənin gəldiklərini görüb qapını açdıqlarında üzərlərinə hücum çəkərək Ehtibar Heydəri yumruqla vurmuş, Zəki isə Heydəri itələmiş, bu zaman Heydərin qolu dəyərək xəsarət almışdır. Bundan sonra Ehtibar onun sifətinə sillə ilə vurmuş, Zəki isə oğlu Talehlə əlbəyaxa olmuşlar. Həmin vaxt Rəna özü ilə gətirdiyi dəyənəyi sağa-sola havada oynadaraq kiməsə xəsarət yetirməyə çalışmışdır. Eyni zamanda o onkoloji xəstədir və Ehtibarın ona xəsarət yetirməsini gördüyündə həyat yoldaşı Heydər müdafiə etmək niyyətilə Ehtibarı itələmiş ehtibar divara dəymişdir. Heydər oğlu Talehə telefonu gətir dediyində Ehtibar yerə yıxılmış, guya xəsarət alaraq huşunu itirmişdir. Onun isə vəziyyəti pisləşdiyi üçün hadisə yerinə X39 çağırılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, hadisə 03 il əvvəl baş vermişdir. O, səsküyü eşidib hadisə yerinə gəldiyində Zərərçəkmiş şəxs evində olmuş, Zərərçəkmiş şəxs həyat yoldaşı Rəna və qızı Rəbiyyə küçədə təqsirləndirilən şəxslərlə söz mübahisəsi etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsindən müəyyən edilir ki, 2022-ci ilin may ayında yaşadığı evə internet şəbəkəsi, (yəni wi-fi) çəkdirmişlər. Oğlu Tural internet şəbəkəsinin şifrəsini qonşuları Heydərin oğlu Talehə və Ehtibarın oğlu Zəkiyə də vermişdir. X4 yaşadığı ev onların evlərinə yaxın olduğu üçün internet şəbəkəsi Zəkinin yaşadığı evin həyətindən tutmuşdur. Təqsirləndirilən şəxs2 yaşadığı ev isə onların yaşadıqları evdən uzaq olduğu üçün internet şəbəkəsi onun yaşadığı evdən tutmaışdır. Buna görə də Taleh internet şəbəkəsindən istifadə etmək məqsədi ilə hər dəfəsində onun yaşadığı evin qarşısına gəlib, küçədə dayanaraq internet şəbəkəsindən istifadə etmişdir. Onun yaşadığı evlə Zərərçəkmiş şəxs yaşadığı ev üzbəüz yerləşmişdir. Yəni, Taleh, onlara məxsus internet şəbəkəsindən istifadə edərkən, Zərərçəkmiş şəxs da yaşadığı evin həyətinin hasarının yanında dayanmış olurdu. 30 iyul 2022-ci il tarixdə, saat 20 radələrində o, bağ sahəsində işləyən zaman Əlisəfanın 5 aylıq övladının küçədən qışqırıq səsinin, həminin küçədən kimlərinsə dava-dalaş səsinin və nalayiq söyüş ifadələrinin səsinin gəldiyini eşitmişdir. Onun yaşadığı evdə arvadı və gəlini olduğu üçün, o, küçəyə çıxıb söyüş söyən şəxslərə xəbərdarlıq etmək, həmçinin nəvəsinin nə üçün ağladığına baxmaq üçün küçəyə tərəf getməyə başlamışdır. O, bağ sahəsindən yaşadığı evin həyət qapısına gedib çatanda evdəkilərdən soruşmüşdur ki, nə məsələdir, evdən də ona qonşuların dalaşdıqlarını demişlər. Bu zaman o, küçəyə çıxan zaman Tural uşaqla birlikdə evin həyətinə daxil olmuşdur. O, Turaldanuşağın nə üçün ağladığını və küçədə mübahisə edən şəxslərin kim olduqlarını soruşmuş, X24 mübahisə etdiklərini və bir-birinin ünvanına nalayiq ifadələr işlətdiklərini demişdir. O da onlara xəbərdarlıq etmək və onları ayırmaq məqsədi ilə tez küçəyə çıxmış və görmüşdür ki, Ehtibar özü yeriyərərk öz yaşadığı evə tərəf, Heydər, Taleh və Heydərin arvadı Günay da də öz yaşadıqları evə tərəf gedirlər. Onlar evlərinə gedə-gedə bir-birləri ilə söz mübahisəsi etmişlər və bir-birinin ünvanlarına uca səslə nalayiq ifadələr işlətmişlər. Həmin vaxt küçədə qonşuları Elşən, Saimat, Ehtibarın arvadı və qızı da olmuşdur. Onunla Tural onların ayrıldıqlarını görüb, həmçinin onların bir-birilərinə söydükləri söyüşlərdən utanıb yenidən yaşadıqları evə girmişlər. Həmin vaxtdan təxminən yarım saat sonra, yəni saat 20:30 radələrində Tural gəlib ona Heydərgilin yaşadığı evin həyətindən yenə də dava-dalaş səsinin gəldiyni demişdir. O da Turala sənlik deyil, özləri bilər, sən qarışma demişdir. Bundan sonra həmin gün nə olması barədə hər hansı bir nəlumatı yoxdur. Ancaq, səhəri gün kənd sakinlərindən eşitmişdir ki, Ehtibar və oğlu Zəki Heydərgilin yaşadığı evin həyətinə hücum ediblər və orada dava-dalaş olmuşdur, ancaq, o, dava-dalaş vaxtı orada olmadığına görə, kimin-kimi döyməsini bilmir və görməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi təsdiq etməyərək ifadəsində göstərmişdir ki, o, birinci epizod üzrə səs-küyə evdən çölə çıxdığında Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs1 dalaşıb ayrılaraq getdiklərini görmüş, lakin kiminsə xəsarət almasını görməmişdir. Hadisə yerinə çıxdıqda o, təqsirləndirilən şəxsləri Şahid6 qapısının yaxınlığında olduqlarını görmüş, Saimatın orada olub-olmamasına isə fikir verməmişdir. İkinci epizod üzrə isə hadisənin şahidi olmamışdır. Belə ki, evinin qarşısında dayanıb siqaret çəkərkən Zərərçəkmiş şəxs oğlu Zəkinin heyvanları tək apardığını görmüş, lakin hadisə barədə ona heçnə deməmişdir. Onun evi ilə Təqsirləndirilən şəxs1 qapısının arasında məsafə 20-30 metr təşkil edir. Lakin qarşıda döngə olduğu üçün Heydərin qapısının qarşısı görünmədiyindən və siqareti çəkib evinə daxil olduğu üçün ikinci epizod barədə məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadə həqiqəti əks etdirmir. Belə ki, PŞ-ya dəvət edilərək əvvəldən əlyazma ilə verdiyi ifadəsinin koputerdə çap olunduqdan sonra imzalaması bildirilmiş, o tələsdiyi üçün oxumadan imzalamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, 30 iyul 2022-ci il tarixdə, saat 20 radələrində yaşadığı evin həyətində olan zaman küçədən, yəni Ehtibarın yaşadığı evin qarşısından dava-dalaş və söyüş səslərinin gəldiyini eşitmişdir. O, tez küçəyə çıxıb Ehtibarın yaşadığı evə tərəf qaçaraq getmiş və X15 yaşadığı evin həyət qapısının qarşısında, yəni küçədə dalaşdıqlarını görmüşdür. Həmin vaxt Heydərin oğlu Taleh də orada olmuş və Talehin anası Günay Talehi qolundan tutub öz yaşadıqları evə tərəf dartmış və Talehə “dayan, getmə”, demiş, Taleh də anasına “burax məni, onu vuracam” demişdir. O da tez Talehin yanına yaxınlaşıb sonuncunun qolundan tutub demişdir ki, böyüklərin işinə qarışmasın, böyüklər özləri öz işlərini həll etsinlər. Həmin vaxt Günay Talehi dartaraq Saimatın yaşadığı evin həyət qapısı tərəfə gətirmişdir. Heydərlə Ehtibarın bir-biri ilə mübahisə etdikləri yer ilə Talehi gördüyü yerin arasında təxminən 10-15 metr məsafə olmuşdur. Həmin vaxt küçədə Heydərlə Ehtibar bir-birilərinin əynində olan paltarın yaxasından tutub dartmışlar və bir-birilərinin ünvanına uca səslə qışqıraraq çox nalayiq ifadələr işlətmişlər. Onların dava-dalaş səslərinə qonşuları Saimat və Ehtibarın arvadı ilə qızı da çıxmışlar. Heydərlə Ehtibar digər qonşuların çıxmasına məhəl qoymaraq söyüş söyməyə davam etmişlər. Ehtibar daha da söyüş söyməyə meyilli adamdır. O, Talehi tutduqdan sonra Günay gedib Ehtibarla Heydəri ayırmağa başlamış, ancaq Günayın gücü çatmamışdır. Heydərlə Talehin səs-küyünə Ehtibarın arvadı Rəna ilə qızı Rəbiyyə çıxdıqdan sonra Heydərlə Taleh ayrılmışlar və Günay Heydərin qolundan tutub yaşadığı evə tərəf aparmağa başlamışdır. Onlar ayrıldıqdan sonra Ehtibar özü yeriyərək öz yaşadığı evə tərəf getməyə başlamışdır. Həmin vaxt Ehtibarın sifətində hər hansı bir xəsarət izləri olmamış və paltarları cırılmamışdır. Ehtibarla Heydər bir-birindən ayrıldıqdan sonra öz yaşadıqları evə tərəf getmişlər və birbirilərinin ünvanına yenə də qışqıraraq nalayiq ifadələr işlətmişlər. Heydərlə Ehtibar ayrıldıqdan sonra dava-dalaşın səsinə qonşusu Elçin də küçəyə çıxmış və onların nalayiq söyüşlər söyməsini görmüş və eşitmişdir. Ancaq dava-dalaş zamanı Elçin orada olmamış, yəni Elçin sonradan küçəyə çıxmışdır. O da Talehi dartıb yaşadığı evə tərəf gətirmiş və daha sonra yaşadığı evə çıxıb getmişdir. Həmin vaxt Heydərgillə Ehtibarın aralarında olan dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Ancaq orada o, Heydərin Ehtibarı, həmçinin Ehtibarın da Heydəri vurmasını görməmişdir. O, öz yaşadığı evə getdikdən təxminən 10 dəqiqə sonra yaşadığı evin həyət qapısının qarşısına çıxıb siqaret çəkən zaman Ehtibarın oğlu Zəkinin özlərinə məxsus heyvanları yaşadığı evə tərəf aparmasını görmüşdür. O, Zəki ilə salamlaşdıqdan sonra Zəki yoluna davam edib yaşadığı evə tərəf getmiş və həmin vaxt Zəki tək olmuşdur. O, siqaret çəkdikdən sonra yaşadığı evə girmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra, yaşadığı evdə olan zaman Heydərgillə Ehtibargilin yenə də dava-dalaş səslərinin gəldiyini eşitmiş, ancaq həmin vaxt qarışmamaq üçün evdən çıxmamışdır. X9 bu dəfə də bir-birilərinə qarşı uca səslə qışqırıb nalayiq ifadələr işlətmişlər. O da ailə üzvlərinə demişdir ki, heç kim küçəyə çıxmasın. Bundan təxminən 15-20 dəqiqə sonra səs- küy kəsilmişdir. Daha sonra nə olması barədə hər hansı bir məlumatı yoxdur. Ancaq, səhəri gün Zəkini görüb axşam gələn səs-küyün nə olmasını sonuncudan soruşduqda, Zəki ona demişdir ki, Heydər küçədə atası Ehtibarı döydüyünə görə o, atasını, anasını və bacısını götürüb Heydərin yaşadığı evin həyətinə getmiş, orada Heydərin arvadı Güynayın onları görən kimi qışqır-bağır salaraq DİN-nin 102 xidmətinə zəng etmişdir. Heydərlə və Ehtibar bir-biri ilə mübahisə edən zaman o, Heydərin oğlu Talehi tutub saxlamış, ona görə də Heydərlə Ehtibarı ayırmaq üçün yaxınlaşa bilməmişdir. Ehtibarla Heydər ayrıldıqdan sonra öz yaşadıqları evə tərəf gedən zaman bir-birinin ünvanlarına nalayiq ifadələr işlətmişlər, ancaq həmin vaxt orada daş atan olmamışdır. Küçədə birinci dəfə dava-dalaş zamanı Heydərlə Ehtibar bir-birindən ayrıldıqdan sonra Ehtibar özü yeriyərək öz yaşadığı evə tərəf getmişdir. Ehtibar sərbəst şəkildə özü yeriyib evinə gedə bilmiş, bunu qonşulardan Elçin, Elçinin oğlu Tural və Saimat da görmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, hadisə 03 il əvvəl baş vermişdir. O, birinci epizod üzrə həyərtində olarkən küçədən münaqişə səsini eşidib əvvəl hasarın üzərindən küçəyə baxmış və küçədə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs1 Ehtibarın qapısından bir qədər aralıda, Ehtibarın tövləsinin qapısının önündə əlbəyaxa etdiklərini görmüşdür. Daha sonra o qapıdan küçəyə çıxmış və Turalın onları ayırdığını görmüşdür. Elşən isə Teleh Məmmədovu tutub saxlamışdır. Hadisə yerinə Elçin və Heydərin həyat yoldaşı Günay da gəlmişlər. Həmçinin, Ehtibarın həyat yoldaşı Rəna və qızı Rəbiyyə də hadisə yerində olmuşlar. Münaqişə zamanı ayrıldıqlarında qarşılıqlı söyüşərək oradan getmişlər. Lakin onların hər hansı xəsarət almalarını görməmişdir. İkinci epizodu isə nə görməmiş, nədə ki, səsini eşitməmişdir. Bir müddət sonra Ehtibarın qızının həyəcanlı şəkildə onun həyətindən su aparmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs onun qonşusudur. Ehtibarla Heydərgilin əvvəllər də mübahisələri olmuş, lakin həmin mübahisələr heç vaxt davadalaşa çevrilməmişdir. 30 iyul 2022-ci il tarixdə, saat 20 radələrində küçədən, yəni Ehtibarın yaşadığı evin həyət qapısının qarşısından dava-dalaş və söyüş səslərinin gəldiyini eşitmişdir. Səslərindən məlum olmuşdur ki, Heydərlə Ehtibar bir-biri ilə dalaşırlar və nalayiq ifadələr işlədirlər. Səs-küyü eşidib küçəyə çıxanda qonşusu X5 qollarından tutub saxladığını və ona dayanmasını, böyüklərin işinə qarışmamasnı dediyini görmüş və eşitmişdir. Həmin vaxt Taleh də Elşənə onu buraxmasını, Ehtibarı gedib vuracağını demişdir. Heydərlə Ehtibar isə əlbəyaxa idilər, ancaq Heydərin Ehtibarı, həmçinin Ehtibarın da Heydəri konkret olaraq vurmasını görməmişdir. Onlar bir-birilərinin paltarlarından tutub dartmışlar və uca səslə bir-birilərinə nalayiq söyüşlər söymüşlər. Həmin vaxt qonşusu Tural da onları ayırmağa çalışmış, ancaq o, Heydəri Ehtibardan ayıra bilməmişdir. Davadalaş zamanı tərəflərin əllərində hər hansı bir əşya yox olmamışdır. Həmin vaxt Heydərin arvadı Günay da küçəyə Heydərlə Ehtibarı ayırmağa çalışmış və o da onları ayıra bilməmişdir. Dava-dalaş zamanı səs-küyə onun, Ehtibarın arvadı və qızının çıxdığını görən Heydər Ehtibardan ayrılmışdır. Heydərlə Ehtibarın arasında olan mübahisə zamanı Turalın onları ayırmağa gücü çatmamış və həmin vaxt Turalın yanında olan qardaşının körpə uşağı ağladığından, Tural uşağı da götürüb yaşadığı evin həyətinə daxil olmuşdur. Heydərlə Ehtibar bir-birindən ayrıldıqdan sonra, onlar bir-birinin ünvanlarına uca səslər, onların da həmin söyüşləri eşitdiklərini bilə-bilə söyüşlər söymüşlər. Onlar ayrıldıqdan sonra Ehtibar yeriyərək öz yaşadığı evə tərəf, Heydər də öz ailəsi ilə öz yaşadığı evə tərəf getmişlər. Bundan təxminən yarım saat sonra bu dəfə də Heydərin yaşadığı evin həyət qapısı tərəfdən səs gəldiyini eşitmiş, ancaq həmin vaxt hava qaralmışdı və o bu məsələyə qarışmaq istəməmişdir. X2 arasında mütəmadi olaraq söz mübahisələri olmuş və onlar yola getməmişlər. Həmin vaxt, yəni ikinci dəfə səs-küy gələn vaxtı Ehtibarın qızı həyəcanlı şəkildə onun yaşadığı evə gələrək su istəmiş, o da evdən ona plastmas qab vermiş və Ehtibarın qızı həmin qaba su doldurub getmişdir. Həmin vaxt Rəbiyyənin suyu nə üçün aparmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, qardaşının 5 aylıq körpəsini həyətində gəzdirərkən küçədən səslər eşidib hasarın üzərindən baxdığında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 get burdan deməsini eşitmişdir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sözündən sonra oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs ona məxsus velosibeti götürdüyü üçün ona qeri qaytarmaq niyyətilə yanına gəlib aparmasını demişdir. O, velosibeti Ehtibardan götürmək niyyətilə qapıdan qardaşının uşağı ilə birlikdə çölə çıxmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1la birlikdə yenidən onların yanına qayıtdıqlarında onunla birlikdə küçədən keçən qaz borusunun üzərində əyləşən Ehtibar ayağa qalxmış və Zərərçəkmiş şəxsla Taleh və Təqsirləndirilən şəxs1lar arasında əlbəyaxa dava olmuşdur. Hadisə zamanı qarşılıqlı söyüş söyülsə də, əllərində hər-hansı dəyənək və ya daş olmasını görməmiş, Ehtibarın üst geyimi cırılmamışdır. Həmin vaxt o, yanlarında olan qardaşının uşağını oradan uzaqlaşdıraraq həyətinə daxil olmuşdur. O, həyətə daxil olduqdan sonra isə anası həmin vaxt yenidən küçəyə çıxmamasını ona demişdir. Bundan sonra atası evdən hadisə yerinə, yəni küçəyə çıxmışdır. Hadisə ilə bağlı ibtidai istintaq zamanı verdiyi izahatında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs “sən kimsənki mənim həyat yoldaşımın ünvanına nalayiq ifadələr işlədirsən” sözlərini qeyd etməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, atası, anası və qardaşının ailəsi ilə birlikdə Xaçmaz rayonu, Seyidlər kəndində yaşayır. Yaşadıqları ev onun atası Şahid5 məxsusdur. 2022-ci ilin may ayında yaşadığı evə internet şəbəkəsi, (yəni wi-fi) çəkdirmişlər. O, internet şəbəkəsinin şifrəsini qonşuları Heydərin oğlu Talehə və Ehtibarın oğlu Zəkiyə də vermişdir. X4 yaşadığı ev onun yaşadığı evə yaxın olduğu üçün internet şəbəkəsi Zəkinin yaşadığı evin həyətindən tutmuşdur. Təqsirləndirilən şəxs2 yaşadığı ev isə onun yaşadığı evdən uzaq olduğu üçün internet şəbəkəsi Talehin yaşadığı evdən tutmamışdır. Buna görə də Taleh internet şəbəkəsindən istifadə etmək məqsədi ilə hər dəfəsində onun yaşadığı evin qarşısına gəlib, küçədə dayanaraq onun yaşadığı evin həyət qapısının qarşısından internet şəbəkəsindən istifadə etmişdir. Onun yaşadığı evlə Zərərçəkmiş şəxs yaşadığı ev qarşı-qarşıya yerləşmiş, yəni, Taleh, onlara məxsus internet şəbəkəsindən istifadə edərkən, Zərərçəkmiş şəxs da yaşadığı evin həyətinin hasarının yanında dayanmış olmuşdur. 30 iyul 2022-ci il tarixdə günorta saatlarında qonşusu Zərərçəkmiş şəxs ondan velosipedini istəyib Xudat şəhərinə gedəcəyini bildirmişdir. O da özünə məxsus olan velosipedi Ehtibara vermiş və Ehtibar çıxıb getmişdir. 30 iyul 2022-ci il tarixdə saat 20 radələrində o, yaşadığı evin həyətində qardaşının beş aylıq övladını uşaq arabasında gəzdirən zaman küçədən Ehtibarm söyüş səsinin gəldiyini eşitmişdir. Bu zaman o, yaşadığı evin həyətinin hasarından boylanıb küçəyə baxanda Talehlə həmkəndlisi İlhamın oğlu İftixarın onun yaşadığı evin yaxınlığında, yəni Ehtibarın yaşadığı evin həyətinin hasarının yanında dayanıb internet şəbəkəsindən istifadə etdiklərini və Ehtibarın Talehə “burda dayanma, get burdan” dediyini eşitmiş və görmüşdür. Həmin vaxt Ehtibar yenə də qışqıraraq ucasəslə Talehin və anasının ünvanına söyüş ifadələri işlətmişdir. Taleh və İftixar da Ehtibarm sözündən sonra oradan çıxıb Talehin yaşadığı evə tərəf getmişlər. O, Talehi çağırıb nə məsələ olduğunu soruşduqda, sonuncu da ona demişdir ki, “görmürsən Ehtibar yenə söyüş söyür”. O da Talehə vecinə almamasını demişdir. Bu zaman Ehtibar küçədən onu çağırmış, o da Ehtibarın çağırışına küçəyə çıxmışdır. Həmin vaxt qardaşının övladını da uşaq arabası ilə birgə küçəyə çıxarmışdır. Ehtibar ona “gəl velosipedi götür” deyib velosipedi hasara söykəmişdir. O, küçəyə çıxdıqdan sora, yaşadığı evin həyət qapısının qarşısında, yəni Ehtibara məxsus tövlənin yanında, küçədən keçən qaz borusunun üstündə oturub söhbət etməyə başlamışlar. Həmin vaxt Ehtibar yenə də Talehin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Taleh yaşadığı evin həyətindən küçəyə çıxıb Ehtibarıın ona ünvaladığı söyüşləri eşitmiş, Taleh də qışqıraraq Ehtibarın ünvanına həmin söyüşləri söymüş və iti addımlarla Ehtibarın üzərinə gəlmişdir. Taleh onlara tərəf gələndə sonuncudan təxminən 3-4 metr arxada Talehin atası Heydərin də onlara tərəf gəldiklərini görmüşdür. Gəlişindən hiss olunmuşdur ki, orada Ehtibarla Talehin arasında mübahisə düşəcəkdir. Taleh onlara yaxınlaşanda Ehtibar ayağa qalxmış və Taleh Ehtibara yaxınlaşıb Ehtibarın əynində olan paltarın yaxasından tutub dartmağa və üzərinə qışqıraraq üzünə söyüş söyməyə başlamışdır. Ehtibarın ayağa qalxdığını görən kimi o da ayağa qalxmışdır. Bu zaman Ehtibar da Talehə nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman Ehtibar da Talehin əynində olan paltarın yaxasından tutub qışqıraraq Talehin əynində pıaltarm yaxasından dartmışdır. Bu zaman Heydər Ehtibara yaxınlaşıb əli ilə Talehi arxaya itələmiş və özü Ehtibarın əynində olan paltarın yaxasından tutub dartmağa başlamış və Ehtibara “dən kimsən ki mənim arvadımın və övladımın ünvanına söyüşlər söyürsən” deyib sonucuya qarşı qışqıraraq söyüşlər söymüşdür. O, Ehtibarla Heydərin arasına girib onları ayırmaq istəmişdir. Bu zaman Heydərin arvadı Günay gəlib oğlu Talehi tutub orada yaşadığı evə tərəf dartıb aparmışdır. Ehtibarla Heydərgilin dava-dalaş səsinə qonşuları Elşən qaçaraq yanlarına gəlmiş və Elşən onlara yaxınlaşıb Talehin qolundan tutub oradan uzaqlaşdırmağa çalışmışdır. Elşən Talehin qolundan tutub saxladıqdan sonra Talehin anası Günay onlara yaxınlaşıb Heydərlə Ehtibarı bir-birindən ayırmağa çalışmışdır. O, nə qədər Heydərlə Ehtibarı bir-birindən ayırmağa çalışsa da sonuncuları ayırmağa gücü çatmamışdır. Ehtibarla Heydər bir-birinin paltarlarından tutub dartaraq aqressiv şəkildə birbirinə qarşı nalayiq söyüşlər söysələr də, həmin vaxt nə Talehlə və Heydər Ehtibarı vurmamışlar, nə də ki, Ehtibar Talah və Heydəri vurmamışdır. Bu zaman sonuncuların mübahisə səslərindən yanındakı körpə uşaq qorxub ağlamağa başlamışdır. Uşağın qorxub ağladığını görəndə, o, uşağı da götürüb yaşadığı evin həyətinə girmişdir. O, yaşadığı evin həyətinə daxil olan kimi atasının bağ sahəsindən evin həyət qapısına tərəf iti addımlarla gəldiyini görmüşdür. Atası Elçin onun yanma çatıb ondan nə məsələ olduğunu soruşmuş, o da atasına Heydərlə Ehtibarın mübahisə etdiklərini demişdir. Atası uaşağa yaxınlaşıb bir az uşağı sakitləşdirdikdən sonra onlar küçəyə çıxmışlar. Həmin vaxt görmüşlər ki, Ehtibarla Heydər bir-birindən ayrılmışlar. Onlar küçəyə çıxanda Ehtibarın arvadı və qızını, həmçinin qonşu Saimatın da küçədə olduğunu görmüşlər. Onlar küçəyə çıxanda küçədə qadınların olmasına baxmayaraq Ehtibarla Heydər, eləcə də Heydərin oğlu Taleh uca səslə bir-birilərinin ünvanına qarşılıqlı olaraq söyüşlər söyürmüşlər. Ehtibarla Heydərin, eləcə də Heydərin oğlu Talehin söyüş ifadələri işlətməsini görüb onlar yaşadıqları evin həyətinə girmişlər. Həmin vaxt Ehtibarın oğlu Zəki evdə olmamış, sonuncu öz heyvanlarını otarmaq üçün aparmışdır. Həmin vaxtdan təxminən 20 dəqiqə və yaxud yarım saat sonra, yəni saat 20:30 radələrində o, yaşadığı evin həyətində olan zaman Heydərgilin yaşadığı ev tərəfdən dava-dalaş səsinin, eləcə də söyüş səsləri gəldiyini eşitmişdir. O, bilmişdir ki, Ehtibargil bu dəfə də Heydərigilin yaşadığı ev tərəfə gedərək orada dalaşırlar. Ancaq o, həmin vaxt küçədə olmadığına görə orada konkret olaraq dava-dalaşın harada olmasını və orada kimin kimi vurmasını bilməmişdir. Ancaq hiss olunmuşdur ki, həmin vaxt davadalaş səsləri Heydərgilin yaşadığı evin həyətindən gəlir. Həmin vaxt o, atasının yanına gedib Ehtibargillə Heydərgilin yenə dalaşdıqlarını, yenə də bir-birilərinin ünvanına nalayiq ifadələr işlətdikdlərini demiş, atası da ona qarışmamasmı demişdir. Bundan sonra nə olması ilə bağlı hər hansı bir məlumatı yoxdur. Ancaq səhəri gün də qonşularla söhbət zamanı öyərənmişdir ki, Ehtibargil Heydərgilin yaşadığı evin həyətinə hücum edib orada Ehtibar Heydərin arvadı Günayı, X18, Heydər də orada Ehtibarı döymüşdür. Bundan başqa nə olması barədə məlumatı yoxdur. Küçədə onun yanınızda mübahisə olan zaman, yəni 30 iyul 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evin həyət qapısının qarşısında Ehtibarla Heydər və Talehin aralarında mübahisə olan zaman Heydər və yaxud Taleh Ehtibara yaxınlaşıb sonuncunun əynində olan paltarın yaxasından tutub dartsalar da onların heç biri Ehtibarı vurmamışlar. Həmçinin Ehtibar da həmin vaxt Taleh və Heydəri vurmamışdır. Taleh və Heydər yaşadıqları evin həyətindən çıxıb onlara tərəf gəldikləri zaman onların əllərində daş və yaxud Ehtibarı vura biləcəkləri əşya olmamışdır. Küçədə mübahisə olan zaman Heydər və Taleh Ehtibarın paltarından tutub dartsalar da, həmin vaxt Ehtibarın paltarları salamat qalmış və heç biri cırılmamışdır. Küçədə mübahisə olan zamanı Ehtibar orada huşunu itirərək yerə yıxılmamışdır. Mübahisə zaman Ehtibar tək olsa da, sonuncu sakit qalmayaraq Heydər və Talehin ünvanına nalayiq ifadələr işlətmiş və bunları qışqıraraq uca səslə demişdir. Ancaq həmin vaxt Talehlə Heydər də Ehtibara qarşı nalayiq ifadələr işlətmişlər. Ehtibarla Heydər bir-birilərindən ayrıldıqdan sonra, Heydər, Taleh və yaxud Heydərin arvadı Günay Ehtibar və onun ailə üzvlərinə küçədən daş və yaxud digər predmet atmamışlar, onlar mübahisədən sonra ayrılıb öz yaşadıqları evə tərəf getmişlər və orada heç bir tərəf daş atmamışdır. Ancaq biri-birilərinin ünvanna uca səslə nalayiq ifadələr işlətmişlər. Həmin şəxslərin mübahisələrinin səsinə qonşuları Elşən, Saimat da küçəyə çıxmışlar. Talehlə Heydər küçədə Ehtibara yaxınlaşanda nə Talehin, nə də ki Heydərin əlində daş olmamışdır. Ona görə də Heydərin Ehtibarı daşla vurması yalandır. Həmçinin həmin vaxt Taleh Ehtibarm əynində olan paltarın yaxasından tutub dartsa da Ehtibarı vurmamışdır. Onlar bir-biri ilə mübahisə edən zaman Elşən oraya gəlsə də, atası Elçin orada olmamışdır. Həmin şəxslər mübahisə edib ayrıldıqdan sonra atası küçəyə çıxmışdır. Ehtibar və Heydər bir-birilərindən ayırlıb hərəsi öz yaşadıqları evə tərəf gedən zaman bir-birilərinə qarşı uca səslə qışqıraraq söyüşlər söysələr də, həmin vaxt orada daş atan olmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid X13 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı ifadəsində qeyd olunmuş hadisə günü heyvanları gətirərkən Təqsirləndirilən şəxs1 eyvandan ona siqaret verməsi hissəsilə razı deyildir. Belə ki, o, həmin ərəfədə siqaret istifadəçisi olmamışdır. O, Elşənə məxsus evin qapısının qarşısından tək keçmişdir. O, evinin eyvanında duran Təqsirləndirilən şəxs1la salamlaşmamışdır. Heydərə məxsus evin qarşısına çatdığında atası ilə rastlaşmış, əlindəki fənərin işığını atasının üzünə tuşladıqda atasının üzündə və başında xəsarətlərin olduğunu görmüş və qışqıraraq polisə zəng edəcəyini demişdir. Onlar 10-15 metr uzaqlaşdıqdan sonra təqsirləndirilən şəxslər qəflətən qapıdan çölə çıxaraq onların üzərinə hücum etmişlər. Təqsirləndirilən şəxs1 atasını vurmuş və atası huşunu itirərək arxın içərisinə yıxılmış və Heydərlə oğlu Taleh atasını təpiklə vurmağa başlamışlar. O, atasını onlardan müdafiə edərək qışqırıb su istədiyində bacısı atasını ayıltmaq üçün su gətimişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X13 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Seyidlər kəndində yaşayır. Təqsirləndirilən şəxs1 onunla eyni kənddə yaşamaqla, onun yaşadığı evdən təxminən 100-150 metr aralı məsafədə yerləşən özlərinə məxsus evdə yaşayırlar. 30 iyul 2022-ci il tarixdə o, özlərinə məxsus olan iri buynuzlu heyvanları Xaçmaz rayonu, Seyidlər kəndi ərazisində olan boş sahədə otarmağa aparmışdır. 30 iyul 2022-ci il tarixdə saat 20 radələrində o, bacısı Rəbiyyəyə zəng edərək demişdir ki, atası Zərərçəkmiş şəxs ona kömək etməsi üçün onun yanına göndərsin. Bacısı Rəbiyyə də ona demişdir ki, atası həmkəndliləri Heydərlə oğlu Taleh tərəfindən döymüşdür, ona görə də atasının gəlməyə halı yoxdur. O, da bacısına demişdir ki, eybi yoxdur, bir təhər atası ona kömək etmək üçün gəlsin. O, bacısı ilə danışdıqdan sonra, atasının gəlməsini gözləməyib heyvanları yaşadığı evə tərəf aparmağa başlamışdır. Onun yaşadığı evə gedən yol, Heydər və Talehin yaşadıqları evin qarşısından keçmişdir. O, heyvanları yaşadığı tərəf evə aparan zaman, Heydər və Talehin yaşadıqları evə təxminən 50 metr məsafə qalmış, atası onun yanına gəlmişdir. Atası onun yanına gələn zaman o görmüşdür ki, atasının sol gözünün altı qaralmışdır, başının isə arxa nahiyəsində şişkinlik vardır. O, atasından gözünün altındakı və başındakı xəsarətləri kim yetirdiyini soruşduqda, atası heç bir cavab verməmiş, çünki atasının həmin vaxt vəziyyəti yaxşı olmamışdır. O da bundan sonra özünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət edib həmkənliləri Heydər və sonuncunun oğlu Talehin atasını küçədə, yaşadıqları evin qarşısında döydüklərini demişdir. O, telefonla danışa danışa atası ilə heyvanları yaşadıqları evə tərəf apararkən Heydər və Talehin yaşadığı evin həyət qapısının qarşısında olan zaman, Heydər qəfildən yaşadığı evin həyətindən çıxıb, əli ilə atasının sifət nahiyəsindən bir dəfə vuran kimi, atası yerə yıxılmış, ardınca Heydər dayanmayaraq atasının üzərinə gedib, yerdə uzanıqlı vəziyyətdə olan atasını əlləri ilə baş və bədən nahiyyəsindən bir neçə dəfə vurmuşdur. Bu zaman Taleh də yaşadığı evin həyətindən çıxıb, huşunu itirmiş vəziyyətdə yerdə uzanıqlı vəziyyətdə olan Ehtibarı təpiklə baş və bədən nahiyyəsindən bir neçə dəfə vurmuşdur. Həmin vaxt o, əvvəlcə Heydəri atasından aralamağa çalışmış, daha sonra isə Taleh də gəldiyindən o, Taleh və Heydərin hansını atasından ayıracağını bilməmişdir. Həmin vaxt orada dava-dalaş olan zaman səs-küyə Heydərin arvadı, həmçinin onun anası və bacısı da küçəyə çıxmışlar. O, dava-dalaş zamanı küçədə uca səslə qışqırıb su gətirmələrini demişdir. Çünki, atasının həmin vaxt huşu özündə olmamış və o çox qorxmuşdur. Onun səsinə anası su gətirəndə, Heydərlə Taleh atasını vurmaqlarını dayandırmışlar. Anası onun yanına su gətirdikdən sonra, o, atasını sol çiyni üstə yerə uzadıb anasının gətirdiyi suyu atasının baş nahiyəsinə tökmüşdür. Başına su töksə də atası özünə gəlməmişdir. O, atasını yerdən qaldırıb sinə nahiyəsindən tutub qucaqlayaraq yaşadıqları evə tərəf aparmışdır. O, atasını aparan zaman Heydərin arvadı Günay yaşadığı evdən küçəyə çıxaraq onu və atasını şərləyərək tutduracağını bildirmişdir. O, atasını evə apardıqdan sonra, yenidən 102 xidmətinə zəng edib olanlar barəsində bildirmişdir. Bir neçə dəqiqə sonra yaşadığı evə polis əməkdaşları gəlmişlər və şikayətinin olması barədə ərizə yazmışdır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Xaçmaz rayonu, Seyidlər kəndində, Təqsirləndirilən şəxs1 yaşadığı evin həyət qapısının qarşısında atası ilə Heydər və oğlu arasında düşən dava-dalaş təxminən 10 dəqiqə ərzində davam etmişdir, oraya səs-küyə onun anası Şahid4, bacısı Rəbiyyə, həmçinin Heydərin arvadı Günay gəlmişdir. Dava-dalaş zamanı atasını Heydər və oğlu Taleh əlləri və ayaqları ilə vurmuşlar. Ancaq atası Ehtibar Taleh və Heydəri vurmamışdır. Həmin vaxt dava-dalaş zamanı Heydər və Taleh onu vurmamışdırlar, nə də ki o, heç kimi vurmamışdır. O, sadəcə Heydər və Talehi atasından aralaşdırmışdır. Həmin gün nə o, nə də ki atası Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə daxil olmamışlar. Hadisəni anası, bacısı, qonşu Tural və sonuncunun atası Elçin, digər qonşusu Saimat və Saimatın ailə üzvləri görmüşlər. Məhkəmə iclası zamanı şahidlər Şahid1 və Zəki İsmayılovun çarpaz dindirilməsi zamanı Şahid1 bildirmişdir ki, küçədə Taleh, Heydər və Ehtibarın arasında mübahisə olub qurtardıqdan sonra o, yaşadığı evə gələrək evinin həyət qapısının qarşısında, yəni, küçədə dayanıb siqaret çəkmişdir. Bu zaman Zəki İsmayılov özlərinə məxsus iri buynuzlu heyvanları yaşadığı evə tərəf tək aparmaqda idi. Atası Zərərçəkmiş şəxs həmin vaxt öz yaşadığı evdə idi. Çünki Heydər, Taleh və Ehtibarın aralarında mübahisə olduqdan sonra Ehtibar öz ailəsi ilə yaşadığı evə, Heydər də ailəsi ilə öz yaşadığı evə tərəf getmişdirlər. O da, mübahisədən sonra küçədə dayanmışdır deyə Ehtibarın evdə olduğuna əmin olmuşdur. Həmin gün Zəki İsmayılov özlərinə məxsus heyvanları otlaq sahəsindən yaşadıqları evə tərəf aparan zaman küçədə onunla rastlaşıb salamlaşmış, hətta həmin vaxt Heydər də yaşadığı evin eyvanında olmuşdur. O, Zəkinin isə Heydərlə salamlaşmağını xatırlamır və Heydərin Zəkiyə siqaret verməsini görməmişdir. Zəki İsmayılov isə öz növbəsində bildirmişdir k, Elşən düz demişdir. O, özlərinə məxsus heyvanları gətirərkən Elşənin yaşadığı evin həyət qapısının qarşısından tək keçmişdir. Ancaq, Elşənin yaşadığı evin həyət qapısına yaxınlaşanda Heydərin yaşadığı evin eyvanında olduğunu görmüş, lakin salamlaşmamışdır. İşin ibtidai istintaqını aparan müstəntiq tərəfindən eyvanda duran Heydərlə salamlaşması və həmçinin Heydərin ona siqaret verməsi hissələri ilə razı deyil. Ondan ötrü ki, o həmin ərəfədə siqaret istifadəçisi olmamış və Heydərdən siqaret almamışdır. Daha sonra Heydərin yaşadığı evin həyət qapısına tərəf gedəndə atası ilə rastlaşmışdır. Atası ilə rastlaşdıqdan sonra əlində olan fənərin işığı ilə atasının sifət nahiyəsinə baxanda görmüşdür ki, onun sifətində xəsarət izləri vardır. Bu hal onun xoşuna gəlmədiyindən o, qışqıraraq polisə zəng edəcəyini demişdir. Təxminən 10-15 metr aralandıqdan sonra təqsirləndirilən şəxslər yaşadıqları evin həyət qapısından küçəyə çıxaraq atasının üzərinə hücum çəkmişlər və Heydər onun atasını vurmuşdur. Heydərin vurmasından sonra atasının huşunu itirdiyini görüb atasını ayıltmaq üçün qışqıraraq su istəmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi, vəkili Müdafiəçiöz çıxışında göstərmişdir ki, hadisə qarşılıqlı dava-dalaşın nəticəsində baş vermişdir. Əgər zərərçəkmiş şəxsin barəsində xuliqanlıq maddəsilə cinayət işi başlanmışdırsa, təqsirləndirilən şəxslər də, eyni qaydada məsuliyyət daşımalıdırlar. Ondan ötrü ki, mübahisə onların arasında küçə şəraitində baş vermişdir. Yəni zərərçəkmiş şəxs digər cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəzalandırılıb, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər cəzalandırılmaya bilməzlər. Zərərçəkmiş şəxsin özünə xəsarət yetirməsi mümkün olmadığından görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona xəsarət yetirilmişdir. Cinayət işində olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli “Cinayət işi başlanması, zərərçəkmiş şəxs qismində tanınma və işin icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 01) görünür ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X14 tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və iş ibtidai araşdırma aparılmasından ötrü icraatına qəbul edilmişdir. - xx.xx.2022-ci il tarixli “Raport”dan (cild 01, vərəq 03) müəyyən edilir ki, 30 iyul 2022-ci il tarixdə, saat 21:25-də Xaçmaz rayonu, Seyidlər kəndində yaşayan Təqsirləndirilən şəxs2 istifadəsində olan 077 567-01-30 saylı mobil nömrəsindən DİN-nin 102 xidmətinə zəng edərək, anası Günay Etibar adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. - xx.xx.2022-ci il tarixli “Raport”dan (cild 01, vərəq 04) müəyyən edilir ki, 30 iyul 2022-ci il tarixdə, saat 21:25-də Xaçmaz rayonu, Seyidlər kəndində yaşayan X17 istifadəsində olan 070 606-01-60 saylı mobil nömrəsindən DİN-nin 102 xidmətinə zəng edərək, yaşadığı kənd ərazisində atasının Təqsirləndirilən şəxs1 və Taleh tərəfindən döyülməsi barədə məlumat vermişdir. - xx.xx.2022-ci il tarixli “Raport”dan (cild 01, vərəq 05) müəyyən edilir ki, 31 iyul 2022-ci il tarixdə, saat 00:55-də Xaçmaz RMX-nın tibb bacısı Cavadova Xudat PB-nə zəng edərək Xaçmaz rayonu, Seyidlər kəndində yaşayan 1968-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 “sol dirsəy nahiyəsinin əzilmiş sıyrılmış yarası” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Xəstənin dediyinə görə qanşusu tərəfindən döyülmüşdür. - xx.xx.2022-ci il tarixli “Raport”dan (cild 01, vərəq 06) müəyyən edilir ki, 31 iyul 2022-ci il tarixdə, saat 00:55-də Xaçmaz RMX-nın tibb bacısı Cavadova Xudat PB-nə zəng edərək Xaçmaz rayonu, Seyidlər kəndində yaşayan 1984-cü il təvəllüdlü Şahid8 “döşqəfəsinin əzilməsi, sol göz yuvasının qançırı” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Xəstənin dediyinə görə qonşusu Etibar və ailə üzvləri tərəfindən döyülmüşdür. - xx.xx.2022-ci il tarixli “Raport”dan (cild 01, vərəq 07) müəyyən edilir ki, 31 iyul 2022-ci il tarixdə, saat 00:55-də Xaçmaz RMX-nın tibb bacısı Cavadova Xudat PB-nə zəng edərək Xaçmaz rayonu, Seyidlər kəndində yaşayan 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 “baş və üz nahiyəsinin sağ tərəfdən əzilməsi” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Xəstənin dediyinə görə qonşusu döymüşdür. - xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən (cild 01, vərəq 13-17) müəyyən edilir ki, baxış zamanı hadisə yeri X7 Xaçmaz rayonu, Seyidlər kəndində yaşadığı evin qarşısından keçən küçə və Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətidir. Həmin küçə daş örtüklü olmaqla, sağ, sol və arxa tərəfdə digər şəxslərə məxsus fərdi yaşayış evləri var. Pərdi yaşayış evlərinin qarşısından yolun sol və sağ tərəfindən dəmir borularla təbii qaz xətləri keçir. Təqsirləndirilən şəxs1 evi həmin küçədə tərəfdə yerləşir. Evin həyəti mişar daşı ilə hasarlanmış, girişdə iki laylı dəmir materialdan düzəldilmiş darvazanın, həyətə daxil olduqda yeri torpaqdan olması, sol tərəfdə yardımçı tikilinin, sağ tərəfdə göy rəngli polietilen örtüyün üstünə tökülmüş fındıq qabıqlarının olması, ön tərəfdə çiy kərpicdən tikilmiş taxta eyvanlı iki mərtəbəli fərdi yaşayış evinin olması müşahidə olunur. Baxışda iştirak edən Etibar İsmayılov evinin qarşı tərəfindən keçən küçəni əli ilə göstərərək xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində birinci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu orada döydüklərini, ikinci dəfə isə saat 20:30-da yaşadıqları evin qarşısında döydüklərini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 əli ilə yaşadığı evin həyətini göstərərək xx.xx.2022-ci il tarixdə saat 20:30-da X8 İsmayılov ilə birlikdə yaşadığı evin həyətinə gələrək onu, oğlu Təqsirləndirilən şəxs2 və arvadı Şahid8 döydüklərini bildirmişdir. - xx.xx.2022-ci il tarixli “Raport”dan (cild 01, vərəq 24) müəyyən edilir ki, 01 avqust 2022-ci il tarixdə, saat 15:00 radələrində Xaçmaz rayonu, Seyidlər kənd sakini X17 istifadəsində olan 070 606-01-60 saylı mobil nömrəsindən DİN-nin 102 xidmətinə zəng edərək, qonşusu Günay tərəfindən təhqir olunması barədə məlumat vermişdir. - xx.xx.2022-ci il tarixli “Raport”dan (cild 01, vərəq 25) müəyyən edilir ki, 02 avqust 2022-ci il tarixdə, saat 16:50-də Xaçmaz RMX-nın tibb bacısı Mirəliyeva Xudat PB-nə zəng edərək Xaçmaz rayonu, Seyidlər kəndində yaşayan 1962-ci il təvəllüdlü X16 “baş beyin sirkələnməsi, başın yumuşaq toxumaların əzilməsi” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Xəstənin dediyinə görə 3 gün əvvəl qonşuları tərəfindən döyülmüşdür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X26- Təcrübə və Tədris Birliyinin 01 avqust 2022-ci il tarixli 650 nömrəli ekspert rəyindən (cild 01, vərəq 33) müəyyən edilir ki, 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası və nevroloqun konsultativ qeydiyyatı əsasında belə nəticəyə gəlinir ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsində çoxlu səthi yaralar, sol gözün altında qançır, üst dodaqda sağda əzilmiş yara, sağ dirsəkdə sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 30 iyul 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa Yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X26- Təcrübə və Tədris Birliyinin 02 avqust 2022-ci il tarixli 662 nömrəli ekspert rəyindən (cild 01, vərəq 34) müəyyən edilir ki, 1984-cü il təvəllüdlü Şahid8 məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinir ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər – sol göz orbiti ətrafında qançır-hematoma, sol süd vəzi üzərində və sol bazu nahiyəsində qançır küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 30 iyul 2022-ci il tarixə uyğun gəlir. Bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər. Dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiklərindən sağlamlığa Yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X26- Təcrübə və Tədris Birliyinin 02 avqust 2022-ci il tarixli 661 nömrəli ekspert rəyindən (cild 01, vərəq 35) müəyyən edilir ki, 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizası əsasında belə nəticəyə gəlinir ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər – sol dirsəkdə sıyrıq, sağ əlin baş barmağının uc falanqasının arxa səthində səthi əzilmiş yara küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 30 iyul 2022-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 60) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 61) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin 18 oktyabr 2022-ci il tarixli məktubundan (cild 01, vərəq 112) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs Quba rayon PNRM-ya müraciət etməmişdir. - Xaçmaz RİHB-nin Köhnə Xudat kənd İƏD-da nümayəndəsi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli, 414 nömrəli “Arayış”dan (cild 01, vərəq 115) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Şahid7 adlı həyat yoldaşı və Təqsirləndirilən şəxs2 oğlu adlı ailə tərkibi vardır. - Xaçmaz RİHB-nin Köhnə Xudat kənd İƏD-da nümayəndəsi tərəfindən verilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 116) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Xaçmaz rayonu, Seyidlər kənd sakinidir. Azərbaycanlıdır. Ailəlidir. O, kənddə yaşadığı müddətdə özünü yaxşı aparmışdır. Kənd camaatının bütün xeyir və şər məclislərində yaxından iştirak edir, öz köməyini əsirgəmir. Kənd camaatının, xüsusi ilə yaşlı nəsil arasında hörməti vardır. Qohum, qonşu və tanışları ilə münasibəti müsbət xarakterizə olunur. - Xaçmaz RİHB-nin Köhnə Xudat kənd İƏD-da nümayəndəsi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli, 413 nömrəli “Arayış”dan (cild 01, vərəq 118) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 adlı atası və Şahid7adlı anasından ibarət ailə tərkibi vardır. - Xaçmaz RİHB-nin Köhnə Xudat kənd İƏD-da nümayəndəsi tərəfindən verilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 119) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayonu, Seyidlər kənd sakinidir. Azərbaycanlıdır. Subaydır. O, kənddə yaşadığı müddətdə özünü yaxşı aparmışdır. Kənd camaatının bütün xeyir və şər məclislərində yaxından iştirak edir, öz köməyini əsirgəmir. Kənd camaatının, xüsusi ilə gənclər arasında hörməti vardır. Kənddə keçirilən idman turnirlərində fəal iştirak edir. Qohum, qonşu və tanışları ilə münasibəti müsbət xarakterizə olunur. İdarə və təşkilatlar tərəfindən tapşırılmış işin öhdəsindən gəlməyə çalışır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X26- Təcrübə və Tədris Birliyi PHŞ-nin 01 noyabr 2022-ci il tarixli 661 nömrəli ekspert rəyindən (cild 01, vərəq 132) müəyyən edilir ki, 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 tibbi sənəddə qeyd olunanlara əsaslanaraq belə nəticəyə gəlinir ki, onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş və üz nahiyələrinin əzilmələri bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. - xx.xx.2022-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan (cild 01, vərəq 133) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X14 tərəfindən ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif olunmuşdur. -xx.xx.2022-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan (cild 01, vərəq 137) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan (cild 01, vərəq 148) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olnmuşdur. - xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan və “İltizam”dan (cild 01, vərəq 175-177) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan (cild 01, vərəq 180) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olnmuşdur. - xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan və “İltizam”dan (cild 01, vərəq 207-210) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 217) müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində 30 iyul 2022-ci il tarixdə, saat 20 radələrində Xaçmaz rayonu, Seyidlər kəndində yaşadığı evin qarşısında yerləşən küçədə aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun üzərinə gələrək onu döymələrini göstərməsi öz təsdiqini tapmamışdır. - xx.xx.2022-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” qərardan (cild 01, vərəq 237) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X14 tərəfindən ********* nömrəli cinayət işində Zərərçəkmiş şəxs və X4 barələrində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə başqa cinayət işi ayrılmış və icraata götürülərək ********* nömrə altında istintaqı davam etdirilmişdir. - xx.xx.2022-ci il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan (cild 01, vərəq 242) müəyyən edilir ki, ********* nömrəli cinayət işinin ibtidai istintaqı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sağalana kimi dayandırılmışdır. - xx.xx.2025-ci il tarixli“Cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi haqqında” qərardan (cild 01, vərəq 260) müəyyən edilir ki, Xaçmaz rayon prokurorunun müavini, İİ dərəcəli hüquqşünas X25 tərəfindən Xaçmaz RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması haqqında müstəntiq, polis kapitanı X14 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar əsassız və qanunsuz olduğu üçün ləğv edilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. - xx.xx.2025-ci il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 263) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X14 tərəfindən ********* nömrəli cinayət işi icraatına qəbul edilərək istintaqı aparılmışdır. - Xaçmaz rayon məhkəməsinin 1(067)-7/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən (cild 01, vərəq 246) müəyyən edilir ki, X17 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir - Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-271/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 1(067)-7/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə və protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların birbirinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiq etmə təcrübəsi yaranar. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qeyri-müəyyənliyin aradan qaldırılması üçün xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri araşdırılmalıdır. CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə, isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Lakin hazırki cinayət işinin hallarından, təqsirkarın hərəkətlərinin cəmiyyətə açıqca hörmətsizlik göstərməyə, ictimai qaydanı kobud surətdə pozmağa yönəldiyi görünmür, bu ibtidai istintaq və məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Cinayət işinin hallarından, o cümlədən “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri X7 Xaçmaz rayonu, Seyidlər kəndində yaşadığı evin qarşısından keçən küçə və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətidir. Belə ki, birinci epizod üzrə küçədə tərəflər arasında sözlü mübahisə və Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında yaxalaşma olsa da, həmin epizod üzrə zərəçəkmiş şəxsə xəsarət yetirilməmişdir. İkinci epizod üzrə isə təqsirləndirilən şəxslər yaşadıqları evin həyətində zərərçəkmiş şəxsə xəsarət yetirmişlər. Təqsirləndirilən şəxslərin hərəkətləri şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxslə birinci epizod üzrə baş vermiş mübahisədən və sonradan ikinci epizod üzrə zərəçəkmiş şəxs və ailə üzvlərinin təqsirləndirilən şəxslərin yaşadığı evə gələrək onlara qarşı zor tətbiq etməklə mübahisəni orada davam etdirmələri nəticəsində başlamış, Zərərçəkmiş şəxs sağlamlığına yüngül xəsarət yetirilməsi ilə başa çatmışdır. Ona görə də məhkəmə hesab edir ki, baş vermiş hadisədə təqsirləndirilən şəxslərin hərəkətləri ictimai qaydanın pozulmasına deyil, aralarında mövcud olmuş münasibət pozğunluğuna görə şəxsi münasibətlər zəminində o cümlədən, zərəçəkmiş şəxsin təşəbbüsü ilə təqsirləndirlən şəxslərin yaşadıqları evin həyətində baş verdiyindən, onların əməllərində CM-nın 221.2.1ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi ola bilməz. Eyni zamanda həmin hadisə nəticəsində Zərərçəkmiş şəxs xəsarət aldığından, təqsirləndirilən şəxslərin yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə istintaqı ilə müəyyən edilir ki, 30 iyul 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Seyidlər kəndində yerləşən evin qarşısında dayanıb digər qonşunun internet şəbəkəsinə mobil telefon vasitəsi ilə qoşulub istifadə edən Təqsirləndirilən şəxs2 oradan nalayiq ifadələrlə uzalaşdırdıqdan sonra Təqsirləndirilən şəxs2 atası Təqsirləndirilən şəxs1 zərəçəkmiş şəxsin yanına gələrək onunla mübahisə etmiş və onlar yaxalaşmışlar. Həmin epizod üzrə zərərçəkmiş şəxs və təqsirləndirilən şəxslərin heç biri xəsarət almamışlar. Bundan sonra, 30 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində zərəçəkmiş şəxs ailə üzvləri ilə birlikdə təqsirləndirilən şəxslərin yaşadıqları evə gələrək mübahisə etmiş, mübahisə nəticəsində təqsirləndirilən şəxslər tərəfindən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsində çoxlu səthi yaralar, sol gözün altında qançır, üst dodaqda sağda əzilmiş yara, sağ dirsəkdə sıyrıqları əticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurulmuş eyni zamanda, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun oğlu Zərərçəkmiş şəxs tərəfindən cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək qərəzli şəkildə təqsirləndirilən şəxslərin yaxın qohumu Şahid7 onların gözü qarşısında vuraraq ona sol göz orbiti ətrafında qançır-hematoma, sol süd vəzi üzərində və sol bazu nahiyəsində qançırla nətiicələnən YÜNGÜL zərər vurumuşlar. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 sol dirsəkdə sıyrıq, sağ əlin baş barmağının uc falanqasının arxa səthində səthi əzilmiş yarsı ilə nətiələnən dərəcəsi təyin olunmayan xəsarətlər, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 baş və üz nahiyələrinin əzilmələriilə nətiələnən dərəcəsi təyin olunmayan xəsarətlər almışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs və onun oğlu Zərərçəkmiş şəxs tərəfindən Şahid7 Xanlar qızına qarşı törədilən xuliqanlıq cinayəti (CM 221.2.1 və 221.2.2-ci) Xaçmaz rayon məhkməsinin qüvvədə olan 1(067)-7/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xəsarət yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması sübuta yetmiş, lakin CM-nın 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinin materialları və məhkəmə istintaqı ilə sübuta yetirilməmişdir. Məhkəmə istintaqında tədqiq edilənlərə və iş materiallarında olan sübutlara əsaslanan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq cinayətini nəzərdə tutan CM-nın 221-ci maddəsinin dispozisiyasında, əməldə üç əsas komponentin birlikdə mövcudluğunun zəruriliyi nəzərdə tutulmuşdur. Hazırkı cinayət hadisəsi üzrə təqsirləndirilən şəxsin əməlində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərin törədilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davaranış və birgəyaşayış qaydalarının sistemi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2hadisə ilə bağlı əməllərində həmin əlamətləri aşkar etməmişdir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. «X10 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli, 1 nömrəli Qərarının 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsi münasibətlər zəminində başlanılmış intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İbtidai istintaq orqanı özü də sübut etmişdir ki, onun ictimai qaydaya, başqalarına qarşı yönələn xuliqanlıq hərəkətləri, qeyri adi, özünü başqalarından fərli göstərən, üstünlük nümayiş etdirən və sair bu kimi davranışı olmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin əməli CM-nin 221.1-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1un CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi, sənədlər və iş üzrə qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü ümumiyyətlə təqsirli bilməyərək, zərərçəkmiş şəxsi vurmadığına dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs2 həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Həmçinin, məhkəmə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi çoxsaylı və bir-biri ilə ziddiyyət təşkil edən, cinayət işinin materaiları və şahidlərin ifadələri ilə təkzib olunan ifadələrinə tənqidi yanaşır və onun ifadərini təqsiləndirilən şəxslərin məsuliyyətini ağırlaşdırmağa yönəlmiş ifadələr kimi qiymətləndirir. Bundan başqa, məhkəmə şahid qismində dindirilmiş zərəçəkmiş şəxsin ailə üzvəri X4, Şahid4 və Şahid3 şahid qismində ifadələrini məhkəmə sübut kimi qiymətləndirməyərək, həmin ifadələrə tənqidi yanaşır və hesab edir ki, onlar, təqsirləndirilən şəxslərlə aralarında yaranmış ədavətlə bağlı məhkəməyə qərəzli ifadə vermiş, bu ifadələr öz aralarında əvvəlcədən razılşadırılmış vətəqsiləndirilən şəxslərin məsuliyyətini ağırlaşdırmağa yönəlmişdir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 128-ci maddəsi ilə törətmiş olduqları əməllərincinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cinayət hadisəsi 30 iyul 2022-ci il tarixdə baş vermiş, Təqsirləndirilən şəxs1 16 noyabr 2022-ci il tarixdə,Təqsirləndirilən şəxs2 isə 25 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və hazırda cinayətin törədildiyi gündən iki ildən çox vaxt keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilmələri yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Odur ki, təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə onlar cinayət məsuliyyətindən azad edilməli və barələrində başlanılmış cinayət təqibinə xitamverilməlidir. Həmçinin, cinayət işinə xitam verildiyindən, Təqsirləndirilən şəxs1 Taleh oğlu və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən CM-nin 221.2.1-ci və 43.1.2, 156, 193, 318.1, 344-347, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və barəsində başlanılmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və barəsində başlanılmış cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutun, mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Qərardan qərar elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar