Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-83/2022 08.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə ünvan 2az şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əməlində cinayətlərin residivi olan, ünvan 2az şəhəri, H.Aslanov küçəsi, dalan 3, ev 5-də qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs ünvan 2az rayon məhkməsinin 30 sentyabr 2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 21 gün azadlıqdan mərhum etmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda əməlində cinayətlərin residivi yaranmaqla satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və tərkibində sintetik narkotik vasitə olan metadon həbini üzərində saxlamaqla daşımış, bu fakt 06 aprel 2022-ci il tarixdə o, ünvan 2az şəhəri, H.Aslanov küçəsində saxlanılaraq ünvan 2az rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən ünvan 2az rayon polis şöbəsinin inzibati binasında onun üstünə saat 14:15-14:25 müddətində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibində saxladığı «Magna» markalı siqaret qutusunun içərsində bir ədəd kağız bükümdə 1,393 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd konvalyut kəsiyində olmaqla tərkibində 0,04 qram çəkidə sintetik narkotik vasitə olan 01 ədəd metadon həbi aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, ünvan 2az şəhəri, H.Aslanov küçəsi, dalan 3, ev 5-də yaşamışdır. Təxminən 5-6 il olarkı o, narkotik vasitə olan heroindən istifadə edir. 2019-cu ilin oktyabr ayında üzərində narkotik vasitə aşkar olunduğu üçün ünvan 2az RPŞ-nin İB-də onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Sonradan o, istintaqdan yayındığı üçün ünvan 2az rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş və sonrakı aylarda o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Ancaq barəsində olan cinayət işinin istintaqı ilə əlaqədar o, dəfələrlə saxlanıldığı Bakı İstintaq Təcridxanasından ünvan 2az rayon Polis şöbəsinin müvəqqəti saxlama yerinə keçirilmişdir. ünvan 2az rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində olarkən günün müxtəlif vaxtlarında saxlanıldığı kameranın dəmir qapısı üzərində olan nəfəslik açılmış və həmin müddətdə o, imkan tapıb digər kameralarda olan təqsirləndirlən şəxslərlə söhbət etmişdir. Dəqiq tarixi xatırlamır, 2021-ci ilin yaz ayları olardı ünvan 2az rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində olarkən dəmir qapı üzərində olan nəfəslik vasitəsi ilə Ramil adlı təqsirləndirilən şəxslə söhbət etmişdir. Ramilin özünün deməsinə görə o, da narkotik vasitəni əldə edib saxladığına görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Tədricən Ramillə tanışlığı yaranmış və Ramil ona ünvan 2az şəhəri, R.Behbudov küçəsində yerləşən «Topxana» restoranının yaxınlığında yaşadığını bildirmişdir. Sonradan barəsində olan cinayət işinə ünvan 2az rayon məhkəməsində baxılmış və o, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin vaxtdan sonra o, Ramili görməmişdir. 2022-ci ilin mart ayının sonlarında o, şəxsi işi ilə bağlı Bakı şəhərinə getmiş və Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı bir cavan oğlanla görüşüb söhbət edərkən həmin şəxs onun narkotik vasitədən istifadə etdiyini bilib ona bir ədəd metadon həbi vermişdir. O, həmin metadon həbini özündə saxlamışdır ki, sonrakı günlərdə ağrıları olsa özü istifadə etsin. Bir neçə gün Bakı şəhərində qaldıqdan sonra o, qayıdıb ünvan 2az şəhərinə gəlmişdir. 05 aprel 2022-ci il tarixdə axşam saatlarında ağrıları olmuş və o, qərara gəlmişdir ki, soraqlaşmaqla Ramilin yaşadığı evin yerini öyrənib istifadə etməsi üçün ondan narkotik vasitə istəsin. O, ünvan 2az şəhəri, Rəşid Behbudov küçəsində yerləşən «Topxana» restoranının yaxınlığına gedib soruşmaqla Ramilin yaşadığı evi öyrənmiş və həyət qapısını döyməklə Ramili çağırmışdır. Ramil gəlib qapını açmış və o, Ramilə ağrıları olduğunu, pulu olmadığını deyərək ondan xahiş etmişdir ki, təmənnasız olaraq ona narkotik vasitə olan heroin versin. Ramil ona başqa heç bir söz deməmiş və içəri gedib tezdə geri qayıdaraq gətirib ona bir ədəd gümüşü rəngli kağız bükümdə heroin vermişdir. Ramildən heroini aldıqdan sonra oradan uzaqlaşmış və həmin heroindən bir qədər götürüb şüşə qabda hazırladıqdan sonra bir qramlıq şpris vasitəsi ilə qoluna vurmuş, qalan heroini kağız bükümdə «Magna» markalı siqaret qutusuna, siqaret qutusunu isə əynində olan şalvarın sol yan cibinə qoyub saxlamışdır. 06 aprel 2022-ci il tarixdə təxminən saat 12:50 radələrində yaşadığı evdən çıxıb ünvan 2az şəhəri, H.Aslanov küçəsi ilə gedərkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu ünvan 2az RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə ünvan 2az RPŞ-nə gəlmişdir. ünvan 2az RPŞ-nin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitəni əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim edim. O, əynində olan şalvarın sol yan cibindən bir ədəd «Magna» markalı siqaret qutusunu çıxarıb masanın üstünə qoymuşdur. Müstəntiq «Magna» markalı siqaret qutusunu açıb içərisində olan gümüşü rəngli kağız bükümü, konvalyut kəsiyində olan bir ədəd həbi və bir ədəd kapsulanı görüb çıxararaq masanın üzərinə qoymuş, sonra isə onun və müdafiəçinin iştirakı ilə kağız bükümü açıb içərisində olan maddənin nə olduğunu, haradan aldığını soruşmuş, o, da hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, gümüşü rəngli kağız bükümdə olan qəhvəyi rəngli maddə narkotik vasitə olan heroindir, konvalyut kəsyində olan qəhvəyi rəngli həb metadon həbidir, kapsula isə «İmodium» həbidir. Sonra müstəntiq tərəfindən onun üstündə aşkar olunmuş gümüşü rəngli kağız bükümdəki heroin, konvalyut kəsiklərində olan metadon həbi və kapsula «Magna» markalı siqaret qutusunu içərisinə qoyulub ağ vərəqə büküldükdən sonra bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o, da üstündə aşkar olunmuş heroinin, metadon həbin və kapsulanın qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. O, heç kimə narkotik vasitə satmamış, üstündə aşkar olunmuş metadon həbini 2022-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonunda olarkən tanmadığı şəxsdən, heroini isə 05 aprel 2022-ci il tarixdə ünvan 2az səhərində Ramil adlı şəxsdən almışdır. Ancaq aldığı metadon həbinə və heroinə görə heç kimə pul verməmişdir. Metadon həbi və heroin ona təmənnasız olaraq verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 2az rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 2az rayon polis şöbəsinin cinayət axtarış bölməsinə ünvan 2az şəhəri, H.Aslanov küçəsi, dalan 3, ev 5-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Cinayət axtarış bölməsinə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 06 aprel 2022-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiq, polis baş leytenantı Şəhriyar Kərimliyə həvalə olunmuşdur. Həmin gün təxminən saat 12:50 radələrində Təqsirləndirilən şəxs ünvan 2az şəhəri, H.Aslanov küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu ünvan 2az rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən ünvan 2az rayon polis şöbəsinə gəlməyə razılaşmış və onlar onu polis şöbəsinə gətirmişlər. ünvan 2az rayon polis şöbəsində X7 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. X7 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa özü təqdim etsin. X3 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd «Magna» markalı siqaret qutusunu çıxarıb masanın üstünə qoymuşdur. X7 «Magna» markalı siqaret qutusunu açıb içərisində olan bir ədəd konvalyut kəsiyində olan kapsulanı, bir ədəd gümüşü rəngli kağız bükümü və bir ədəd konvalyut kəsiyində olan qəhvəyi rəngli dairəvi formalı həbi çıxarıb masanın üstünə qoyduqdan sonra Təqsirləndirilən şəxs, vəkil Müdafiəçi və onların iştirakı ilə kağız bükümü açıb içərisində olan qəhvəyi rəngli maddənin və konvalyut kəsiklərində olan həblərin nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs kapsulanın qarın ağrısı dərmanı olduğunu, gümüşü rəngli kağız bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə olduğunu, xəstəsi olduğunu, alıb istifadə etdiyini, konvalyut kəsiyində olan qəhvəyi rəngli dairəvi formalı həbin isə metadon həbi olduğunu bildirmişdir. X4 Təqsirləndirilən şəxs nə vaxtdan narkotik vasitədən istifadə etdiyini, narkotik vasitənin satışı ilə məşğul olub-olmadığını, narkotik vasitəni haradan əldə etdiyini soruşduqda isə Təqsirləndirilən şəxs 5-6 il olarkı narkotik vasitədən istifadə etdiyini, narkotik vasitə satışı ilə məşğul olmadığını, üzərində aşkar olunmuş narkotik vasitəni ünvan 2az səhərində Ramil adlı şəxsdən aldığını, əldə etdiyi metadon həbinə və heroinə görə heç kimə pul vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstündə aşkar olunmuş gümüşü rəngli kağız bükümdə olan qəhvəyi rəngli maddə, konvalyut kəsiklərində olan bir ədəd qəhvəyi rəngli dairəvi formalı həb və bir ədəd kapsula X7 tərəfindən Təqsirləndirilən şəxs, vəkilin və onların iştirakı ilə «Magna» markalı siqaret qutusunun içərisinə qoyulub ağ vərəqə büküldükdən sonra bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin görüntüləri ünvan 2az rayon X8rlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən ünvan 2az rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, Şahid3 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış ünvan 2az rayon X8 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 iş üzrə məhkəmə iclasında şahid qismində dindirilən ünvan 2az rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Məhkəmə Ekspertiza Mərkəzinin kimyəvi ekspertizalar şöbəsinin 06 aprel 2022-ci il tarixli 6/1890 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №58» dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs üzərindən aşkar edilib…» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd siqaret qutusunda bir ədəd bükümdə təmiz çəkisi 1,393 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Methadone-40» göstəricisi olan bir ədəd konvalyut kəsiyində bir ədəd qəhvəyi rəngli dairəvi formalı həbdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahıİİ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahıİ) daxildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin 14 may 2022-ci il tarixli 2487 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsi axtarış aparılması haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibində saxladığı «Magna» markalı siqaret qutusunun içərisində 01 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroin və 01 ədəd konvalyut kəsiyində 01 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan ünvan 2az RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videoçəkilişin köçürüldüyü 01 (bir) ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, 07 aprel 2022-ci il tarixdə ünvan 2az RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və sonuncunun əynində olan şalvarın sol yan cibindən çıxarıb təqdim etdiyi «Magna» markalı siqaret qutusunun içərisində olan gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroin və konvalyut kəsiyində 01 ədəd metadon həbi olmasının görüntüləri əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 1,393 qram çəkidə heroin, 01 ədəd metadon həbi 07 aprel 2022-ci il tarixli qərar ilə maddi sübut hesab olunmuş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1,343 qram olan heroin və ½ hissə metadon həbi saxlanmasından ötrü ünvan 2az RPŞ-nə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı disk 07 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan ünvan 2az şəhər İƏDdən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, subaydır, ünvan 2az şəhəri, H.Aslanov küçəsi, dalan 3, ev 5-də qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan ünvan 2az rayon İcra Hakimiyyəti Başçısının ünvan 2az şəhəri İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli, 1709 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009-cu il təvəllüdlü X5 və 2011-ci il təvəllüdlü X9 adında iki azyaşlı uşaqları vardır. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, o, ünvan 2az rayon məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 21 gün azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ünvan 2az rayon məhkməsinin 30 sentyabr 2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 21 gün azadlıqdan mərhum etmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda əməlində cinayətlərin residivi yaranmaqla satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və tərkibində sintetik narkotik vasitə olan metadon həbini üzərində saxlamaqla daşımış, bu fakt 06 aprel 2022-ci il tarixdə o, ünvan 2az şəhəri, H.Aslanov küçəsində saxlanılaraq ünvan 2az rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən ünvan 2az rayon polis şöbəsinin inzibati binasında onun üstünə saat 14:15-14:25 müddətində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sol yan cibində saxladığı «Magna» markalı siqaret qutusunun içərsində bir ədəd kağız bükümdə 1,393 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd konvalyut kəsiyində olmaqla tərkibində 0,04 qram çəkidə sintetik narkotik vasitə olan 01 ədəd metadon həbi aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsiə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin yüngülləşdirən halların olmamasını, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.1 və 65.2-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 06 aprel 2022-ci il tarixli qərardan və həmin tarixli şübhəli şəxsi tutma haqqında protokoldan, ünvan 2az rayon məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 4(067)-46/2022 saylı qərarının surətindən, müstəntiqin 06 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, ünvan 2az rayon məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 4(067)-46/2022 saylı qərarına əsasən onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 06 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, ünvan 2az rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,343 qram olan heroin, ½ hissə metadon həbi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini və yaşadığı evinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutlan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 06 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ünvan 2az rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,343 qram olan heroin və ½ hissə metadon həbi məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini və yaşadığı evinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə ünvan 2az rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-83/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-83/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver