Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-83/2023 03.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1974-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Quba rayonunun Küçeyi kəndində qeydiyyatda olmaqla Xaçmaz rayonunun Üçgün kəndində yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, 27 fevral 2023-cü il tarixdə, saat 17:10 radələrində Xaçmaz rayonu, Üçgün kəndində yaşayan Rzayev X3 rayonu, Üçgün kəndində, kəndin mərkəzindən təxminən 350 metr məsafədə, Xaçmaz-Quba yoluna gedən yolun sağ tərəfində yerləşən Zərərçəkmiş şəxs məxsus bağ sahəsində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə qəsdən iki dəfə yumruq ilə vurub sonuncuya üst və alt dodaqların selikli qişalarının cırılmış yaraları, burun və sol gözün alt qapaq nahiyələrinin qançırları, sol göz almasına qansızma ilə müşayiət olunan sağlamlığa qəsdən yüngül zərər vurmaya səbəb olan xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz rayonunun Üçgün kəndində ailəsi ilə birlikdə yaşayır. O, rəsmi iş yeri olmadığı üçün təxminən 5 ilə yaxındır ki, Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, Üçgün kəndində yerləşən bağa nəzarət edərək və bağ sahəsindəki ağaclara qulluq edərək ailəsini dolandırmışdır. Onun Ziyad ilə münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində o, Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, Üçgün kəndində yerləşən bağ sahəsində olarkən Ziyad və anası Şahid gəldiyini görmüşdür. O, onlarla salamlaşmaq üçün Ziyada tərəf getmişdir. Həmin gün o, bir qədər spirtli içki də qəbul etmişdir. O, Ziyad və Şahid ilə salamlaşdıqda Ziyad onun spirtli içki qəbul etdiyini anlayaraq ona öz iradlarını bildirmiş, bir daha ona məxsus bağ sahəsinə gəlməməyini və bağ sahəsində yerləşən meyvə yığılması üçün nəzərdə tutulan anbarın yanına çağıraraq anbarın açarlarını ondan tələb etmişdir. O, uzun müddət həmin bağ sahəsinə qulluq etdiyi üçün və ora öyrəşdiyinə görə bağ sahəsindən çıxmaq istəməmiş, Ziyada bağ sahəsində zəhmətinin olmasını, ağacları bar verirsə bunun onun sayəsində olmasını bildirmiş və Ziyada bağdan çıxmayacağını, orada qalıb işləyəcəyini bildirmişdir. Bu vaxt onların arasında mübahisə başlamışdır. Təxminən 10 dəqiqə mübahisə etdikdən sonra, o, əsəbiləşərək Ziyadın sol sifət nahiyəsinə iki dəfə yumruq ilə vurmuşdur. Həmin vaxt onları orada olan Şahid ayırmış və Ziyad anası ilə birlikdə oradan uzaqlaşmışdır. Həmçinin bildirmişdir ki, o, Ziyadı sonuncuya məxsus bağ sahəsində yerləşən anbarın yanında vurduğu üçün kənar şəxslər onların səsinə gəlməmiş və hadisəyə şahid olmamışlar, bağ sahəsinin yaxınlığında yaşayış evləri olmamışdır. Əlavə olaraq bildirmişdir ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu, üzr istədiyini, hazırda zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxs təxminən 5 ilə yaxındır ki, ona məxsus Xaçmaz rayonunun Üçgün kəndində yerləşən bağ sahəsində işləyir, bağ sahəsində suvarma, budama və digər bağçılıq işlərini həyata keçirir. O, şəxsi işləri ilə əlaqədar Xaçmaz rayonunun Üçgün kəndində yerləşən bağ sahəsinə gedə bilməsə də, mütəmadi olaraq həftədə bir-iki dəfə olmaqla bağ sahəsinə gedərək nəzarət edir. Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olduğu üçün, o, Bayramla görüşdükdə hər dəfə spirtli içkidən uzaq durmasını və içkinin Bayrama ziyan vurduğunu bildirmişdir. O, Bayramın spirtli içki düşkünü olması səbəbi ilə bir neçə dəfə bağ sahəsindən uzaqlaşdırmaq istəsə də, Bayramın maddi vəziyyətinin zəif olmasını nəzərə alaraq sonuncunun qalıb işləməsinə icazə vermişdir. O, 27 fevral 2023-cü il tarixdə, saat 17 radələrində özünə məxsus Xaçmaz rayonunun Üçgün kəndində yerləşən bağ sahəsinə anası Səlilə ilə birlikdə getmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs də orada olmasını, lakin spirtli içki qəbul etmiş olduğunu görmüşdür. O, Bayrama dəfələrlə onun bağ sahəsinə gəldikdə spirtli içki qəbul etməməsini dediyini yadına salaraq Bayramı bağ sahəsində yerləşən meyvə yığılması üçün nəzərdə tutulan anbarın yanına çağırmış və Bayramdan anbarın açarını təhvil verərək bir daha onun bağ sahəsinə gəlməməsini tələb etmişdir. Lakin Bayram onun bağ sahəsindən çıxmayacağını, qalıb işləyəcəyini bildirmişdir. Onlar bir müddət mübahisə etdikdən sonra təxminən on dəqiqə sonra Bayram onu təhqir edərək, gözləmədiyi anda iki dəfə onun sol sifət nahiyəsinə qəsdən yumruq ilə vurmuşdur. Bayram onu gözləmədiyi anda vurduğu üçün və Bayramın ondan yaşca böyük olmasını nəzərə alaraq, o, Bayrama cavab qaytarmamışdır. Həmin vaxt yanlarında olan anası Səlilə onları ayırmışdır. Bundan sonra o, anası ilə birlikdə oradan uzaqlaşmışdır. Daha sonra o, Xaçmaz RPŞ-yə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir Həmçinin bildirmişdir ki, hadisə ona məxsus bağ sahəsində baş verdiyi üçün və bağ sahəsi yaxınlığında yaşayış evləri olmadığından bunu kənar şəxslər görməmiş və səs-küyə gəlməmişdir. Əlavə olaraq, o, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin olmadığını bildirərək, təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid ifadəsindən müəyyən edilir ki, o, ünvan 1 ünvanında ailəsi ilə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür. Oğlu Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, Üçgün kəndində bağ sahəsi yerləşir. Həmin bağ sahəsi şəhərdən kənarda yerləşdiyi üçün ora Bayram adlı şəxs həm nəzarət edir, həm də orada lazımı işləri görür. O, ara-sıra oğlu ilə həmin bağ sahəsinə gəzmək məqsədi ilə getmişdir. xx.xx.2023-cü il tarixdə o, oğlu ilə birlikdə sonuncuya məxsus bağ sahəsinə getmişdir. Bağ sahəsinə çatdıqda saat təxminən 17 radələri olmuşdur. Onları bağ sahəsində Bayram qarşılamış və Bayram Ziyad ilə görüşəndə Ziyad Bayramın spirtli içki qəbul etdiyini hiss etmiş və Bayrama öz iradını bildirmişdir. Bayram ilə oğlu mübahisə etməyə başlamışlar və oğlu Bayramı bağ sahəsində yerləşən anbarın yanına çağıraraq, anbara məxsus açarları qaytararaq bağ sahəsini tərk etməsini və bir də həmin sahəyə gəlməməsini tələb etmişdir. Bayram Ziyada cavab olaraq bildirmişdir ki, bağ sahəsində əməyi var və bu səbəbdən bağdan çıxmayacaq. Bir müddət onlar mübahisə etmişlər və o da Bayramdan oğlunun dediyi kimi, açarları verib getməsini tələb etmişdir. Mübahisə zamanı Bayram oğlunun sol sifət nahiyəsinə iki dəfə yumruqla vurmuşdur. Bayramın Ziyadı vurduğunu görüb hadisənin böyüməməsi üçün onları ayırmış və onlar oradan çıxaraq evlərinə getmişlər. Qeyd etdiyi hadisə bağ sahəsində, yaşayış yerlərindən uzaqda baş verdiyi üçün kənar şəxslər hadisəyə şahid olmamışdır. Daha sonra oğlu Xaçmaz RPŞ-yə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli şifahi ərizə protokolundan və həmin tarixli izahatdan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində, Xaçmaz rayonunun Üçgün kəndində yerləşən, onun özünə məxsus olan bağ sahəsində həmin kənd sakini olan Təqsirləndirilən şəxs onun sifət nahiyəsinin sol hissəsinə iki dəfə qəsdən yumruğu ilə vurmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 28 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə hazırkı iş üzrə cinayət hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə yeri Xaçmaz rayonu, Üçgün kəndində, kəndin mərkəzindən təxminən 350 metr məsafədə, Xaçmaz-Quba yoluna gedən yolun sağ tərəfində yerləşən Zərərçəkmiş şəxs məxsus bağ sahəsidir. Həmin bağ sahəsi qərb və şərq hissədən digər .əxslərin bağ sahələri ilə, şimal və cənub hissələrdən isə kəndin yolları ilə sərhəddir. Həmin bağ sahəsində müxtəlif meyvə ağcları əkilmiş, birmərtəbəli, mişar daşı ilə inşa edilmiş, meyvənin yığılması üçün nəzərdə tutulan anbar yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu həmin anbarın yaxınlığında iki dəfə yumruqla vurduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 28 fevral 2023-cü il tarixli, 101 №-li rəyindən müəyyən edilir ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – üst və alt dodaqların selikli qişalarının cırılmış yaraları, burun və sol gözün alt qapaq nahiyələrinin qançırları, sol göz almasına qansızma bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına sabəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma Cinayət Məcəlləsinin 128ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, 27 fevral 2023-cü il tarixdə, saat 17:10 radələrində Xaçmaz rayonu, Üçgün kəndində yaşayan Rzayev X3 rayonu, Üçgün kəndində, kəndin mərkəzindən təxminən 350 metr məsafədə, Xaçmaz-Quba yoluna gedən yolun sağ tərəfində yerləşən Zərərçəkmiş şəxs məxsus bağ sahəsində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə qəsdən iki dəfə yumruq ilə vurub sonuncuya üst və alt dodaqların selikli qişalarının cırılmış yaraları, burun və sol gözün alt qapaq nahiyələrinin qançırları, sol göz almasına qansızma ilə müşayiət olunan sağlamlığa qəsdən yüngül zərər vurmaya səbəb olan xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Yergüc kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, bir övladı var. O, yaşadığı kənd sakinləri ilə, xüsusən də həmyaşıdları ilə yaxşı münasibətdədir. Onun barəsində Nümayəndəliyə heç bir mənfi xüsusiyyətli şikayət daxil olmamışdır. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxsin barışdıqlarını bildirərək təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-83/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-83/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver