Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-83/2024 12.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, orta təhsilli, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 23:40-da o, Xaçmaz şəhəri, Xaçmaz-Quba avtomobil yolunda saxlanılıb, xx.xx.2023-cü il tarixdə saat 00:41-dən 00:49-dək olan müddətdə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibində saxladığı “Palİ Mail” markalı siqaret qutusunun üzərindəki sellofanın içərisində saxladığı 01 ədəd kağız bükümündə təmiz çəkisi 0,170 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Quba rayonu 2-ci Nügədi kəndində ailəsilə birlikdə yaşayır, rəsmi olaraq işləməsəm də, fərdi qaydada günəmuzd işlər görüb pul qazanır. O, təxminən 3-4 aydır ki, narkotik vasitələrdən istifadə edir. 04 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Quba rayonundan Xaçmaz rayonununa meyvə soyuducularında işləmək üçün gəlmişdir. O, Xaçmaz şəhəri Bakı prospektində yerləşən dairənin yanında olan zaman yerdə 1 qutu «Palİ Mail» markalı siqaret qutusunun olduğunu görərək yerdən götürüb həmin qutuya baxdıqda həmin qutunun üzərindəki sellofanın altında 1 ədəd bükümün olmasını görmüşdür. Siqaret qutusunun içərisində də siqaret dənələri olmuşdur. O, həmin bir ədəd kağız bükümün açaraq içinə baxdıqda içində qəhvəyi rəngli narkotik vasitə heroin olmasını görmüşdür. Buna görə siqaret qutusunu və narkotik vasitəni elə tapdığı formada əyinindəki qara rəngli dəri gödəkçənin sağ yan cibinə qoymuş ki, siqareti və heroini istifadə edər. Sonra həmin gün Xaçmaz rayonu, Padar kənd yolunda olan soyuducuda axşama qədər fəhlə kimi işlədikdən sonra yaşadığı evə getmək üçün Xaçmaz şəhərinə gəlmiş. Ac olduğundan oradakı mağazadan özümə qoğal alaraq yedikdən sonra axşam saat 23 radələrində piyada gəzə-gəzə Xaçmaz- Quba avtomobil yoluna çıxaraq dairədən təxminən 50 metr məsafədə Quba rayonua getmək üçün maşın gözləmişdir. Bu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını ona bildirərək üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğundan onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməmiş, qaçmağın mümkün olmadığını düşünmüş, təklif ilə razılışıb polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə getmişdir. Xaçmaz RPŞ-də müstəntiq tərəfindən hüquq və vəzifələrim ona izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. O, etiraz etməkdikdən sonra Xaçmaz rayon polis şöbəsində üzərinə Xaçmaz rayon vəkil bürosunun vəkili Nadir Lalayevin iştirakı ilə vidoçəkilişlə keçirilən şəxsi axtarış zamanı o, özü könüllü olaraq əyinindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən 1 qutu «Palİ Mail» markalı siqaret qutusunu çıxarıb və onun üzərindəki sellofanın altında olan 1 ədəd kağız bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda onun içində qəhvəyi rəngli kütləninin olması məlum olmuşdur. Polis əməkdaşları həmin kütlənin nə olmasını ondan soruşduqda o, həmin bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu və onu taparaq istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilərkən onun çəkisinin 0,26 qram olması müəyyən olunmuşdur. Onun üzərinə keçrilən şəxsi axtarış zamanı əyinindəki qara rəngli dəri gödəkçənin sol yan cibindən 8 manat pul və 1 ədəd alışqan aşkar edilmişdir. Onun üzərindən aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə kağız bükümlə birlikdə 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və həmin zəfdə imza etmişlər. Bundan sonra onun üzərindən aşkar edilmiş «Palİ Mail» markalı siqraret qutusu, 8 manat pul və 1 ədəd alışqan onun özünə qaytarılmışdır. Onun üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edildikdən sonra həmin protokolu imzalarıla təsdiq etmişlər. Əlavə olaraq göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini saxlandığı günü səhər saatlarında Xaçmaz şəhər dairəsinər yaxın ərazidə yerdən taparaq əldə etmiş və narkotik istifadəçisi olduğu görə öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Heç kimdən narkotik vasitə almamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X3 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Quba rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əmrə əsasən əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xaçmaz RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakı ilə onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmişlər və xx.xx.2023-cü il tarixdə saat 23:40-da Xaçmaz şəhəri, Xaçmaz-Quba avtomobil yolunda Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa onları özündən kənarlaşdıra bilməsin. Polis şöbəsində Xaçmaz RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış zamanı baş müstəntiq Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində narkotik vasitə və ya qanunla qadağan olunan nə varsa çıxararaq təqdim etməsi təklif olunmuşdur. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli dəri gödəkcənin sağ yan cibində saxladLğı “Palİ Mail” markalı bir ədəd siqaret qutusunu çıxarıb həmin siqaret qutusunun üzərindəki sellofanın altında olan 1 ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açıldıqda onun içində qəhvəyi rəngli tozşəkilli kütləninin narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin qəhvəyi rəngli tozşəkilli kütlənin narkotik vasitə heroin olduğunu, özünə məxsus olmasını və taparaq ələ edib öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Fləmin büküm elektron tərəzidə çəkilərkən bükümlə birlikdə çəkisinin 0,26 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi davam etdirilmiş əyinindəki qara rəngli dəri gödəkçəsinin sol yan cibindən 8 manat pul və 1 ədəd alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroin olan bir ədəd büküm maddi sübut kimi müstəntiq tərəfindən götürülmüş və ekspertizaya təqdim edilməsindən ötrü kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra, protokolun doğru olmasını Təqsirləndirilən şəxs, o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş «Palİ Mail» markalı siqraret qutusu, 8 manat pul və 1 ədəd alışqan Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X3 Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz rayon X3 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz RPŞnin İB-riin baş müstəntiqi, polis mayoru Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçrilməzdən əvvəl Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur, Təqsirləndirilən şəxs əyinində qara rəngli dəri gödəkçə, boz rəngli uzunqol jaket, boz rəngli cins şalvar və qara rəngli ayaqqabı olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etmək təklif olunmuş və o, könüllü olaraq əyinidə olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən 1 qutu «Palİ Mail» markalı siqaret qutusunu çıxarıb və onun üzərindəki sellofanın altında olan 1 ədəd kağız bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda onun içində qəhvəyi rəngli kütləninin olması müəyyən olunmuşdur. Həmin kütlənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda o, həmin bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu və onu taparaq istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilərkən onun çəkisinin 0,26 qram olması müəyyən olunmuşdur. Bundan başqa üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyinindəki qara rəngli dəri gödəkçəsinin sol yan cibindən 8 manat pul və 1 ədəd alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə bükümlə birlikdə ekspertizaya göndərilməsi üçün 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş «Palİ Mail» markalı siqraret qutusu, 8 manat pul və 1 ədəd alışqan əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı çəkilmiş videogöntülər 01 ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərinin saxlanıldığına görə xx.xx.2023-cü il tarixli qərarla tərəfimdən maddi sübut kimi tanınmış və həmin DVD diskin cinayət işi materiallarında saxlanılır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasına dair 05 dekabr 2023-cü il tarixli 3-16- 16/2-6\6269 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 58” dairəvi möhür əksi, “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ... imzalar olan zərfdəki 01 bir ədəd bükümdə təmiz çəkisi 0,170 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Qeyd: heroinin təmiz çəkisi: 0,170 qram, sərf edildi 0,05 qr, qalıq- 0,120 qram. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 08 dekabr 2023cü il tarixli müaddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,170 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və heroinin ekspertiza tədqiqatından sonra qalan 0,120 qram qalığının 01 ədəd kağız zərfdə saxlanmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD diskə tərəfimdən xx.xx.2024-cü il tarixdə təsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 289 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində ASİLLİQ SİNDROMU (NARKOMANİYA Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan 08 dekabr 2023cü il tarixli, 1382 saylı Quba rayon İcra Hakimiyyəti Başçısının İİ Nügədi İnzibati Ərazi X4 tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun 2-ci Nügədi kəndində yaşayır, evlidir himayəsində iki azyaşlı övladları vardı. Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 adında azyaşlı övladları var. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Quba rayon İcra Hakimiyyəti Başçısının İİ Nügədi İnzibati Ərazi X4 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 23:40-da o, Xaçmaz şəhəri, Xaçmaz- Quba avtomobil yolunda saxlanılıb, xx.xx.2023-cü il tarixdə saat 00:41-dən 00:49-dək olan müddətdə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibində saxladığı “Palİ Mall” markalı siqaret qutusunun üzərindəki sellofanın içərisində saxladığı 01 ədəd kağız bükümündə təmiz çəkisi 0,170 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərabaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərabaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmasını (əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, himayəsində iki azyaşlı uşağın olması), həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 05 dekabr 2023-cü il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 06 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə saat 00:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və 06 dekabr 2023-cü il tarixdə saat 16:00-da barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserinə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,120 qram heroin məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 114 (bir yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdən 06 dekabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,120 qram heroin məhv edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 114 (bir yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-83/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-83/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver