Məhkəmə qərarları › İş №1(067)-84/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-84/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-84/2023 15.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1968-ci ildə Xaçmaz rayonu, İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonunun İlxıçı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X7 17 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasının həyətinə hasarın üstündən keçməklə qanunsuz daxil olaraq çardağın (talvarın) altından hər biri 150 manat dəyərində olan 02 ədəd «MARQU1S MHF/5AM 1,5 Kw 220-240V» markalı su nasoslarını, 200 manat dəyərində olan 01 ədəd «Tankpro» markalı su təmizləyici fikiri, qeyri yaşayış binasının qarşısından 50 manat dəyərində olan 01 ədəd dəmir manqalı, qeyri yaşayış binasına isə ön tərəklə olan pəncərəni əli ilə itələyib açmaqla qanusıız daxil olaraq oradan 550 manat dəyərində olan 01 ədəd «Hondao GX200 6,511 P» markalı generatoru, 300 manat dəyərində olan 01 ədəd «TG1600DC 0,85 K.VA» markalı generatoru, 70 manat dəyərində olan 01 ədəd «Samsung» markalı tozsoranı, 60 manat dəyərinəd olan 01 ədəd dəmir sobanı, pəncərələrə bağlanmış 150 manat dəyərində olan 01 ədəd «VORT1CE» markalı hava təmizləyici sərinkeşi (ventilyatoru) və hər biri 100 manat dəyərində olan 02 ədəd «Damandeh» markalı hava təmizləyici sərinkeşləri (ventilyatorları) götürüb aparmaqla ümumilikdə 1880 məbləğində oğurluq etmiş, bununla da o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs X3 həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsirləndirilən şəxs X7 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, İlxıçı kəndində yaşayır. 2022-ci ilin sentyabr ayının sonlarında yaşadığı evdə arvadı Seyidmüşərrəflə arasında mübahisə olmuş, bu səbəbdən də hamin vaxt o, evə getməyib Xaçmaz şəhərində qalmışdır. Xaçmaz şəhərində qaldığı müddətdə özünə məxsus əl arabasını götürüb ayrı-ayrı küçələri gəzmiş və qarşısına çıxan metal qırıntılarını arabaya yığaraq aparıb Xaçmaz şəhəri ərazisində olan metal qəbulu məntəqələrinə salıb çörək pulu qazanmış, gecələri isə dəmiryol vağzalında qalmışdır. 17 oktyabr 2022-ci il tarixdə səhər saatlarında yenədə əl arabasını götürüb Xaçmaz şəhərində ayrı-ayrı küçələri gəzərək metal qırıntıları axtarmış və gəzə-gəzə Xaçmaz şəhəri. Nazir Xurşudov küçəsinə gəlmişdir. 17 oktyabr 2022-ci il tarixdə təxminən saat 19 radələrində Xaçmaz şəhəri, Nazir Xurşudov küçəsində yerləşən, ətrafı mişar daşı ilə hasara alınmış torpaq sahəsinin həyat qapısının qarşısından keçib getmək istəyərkən həyət qapısı üzərində asma qıfıl olduğunu görüb başa düşmüşdür ki. həmin yerdə adam yoxdur. O, giriş qapısı ilə üzbəüz dayandıqda sol yan tərəfdə olan hasarın üstünə çıxıb həyətə baxanda görmüşdür ki, həmin torpaq sahəsində yerə dəmir borular basdırılıb üzərinə polietilen örtüklər çəkilməklə istixana düzəldilib. Poletilen örtüklərin əksər hissəsinin çırılmasmdan isə aydın hiss olunmuşdur ki. həmin istixana istifadə olunmur. Sonra o, sağ yan tərəfdə giriş qapısına yaxın yerdə olan çardağın (talvarın) altına baxanda orada plastmas borulara bağlanmış 02 ədəd «MARQUİS» markalı su nasoslarının və 01 ədəd markasını xatırlamadığı su təmizləyici filtirin olduğunu görüb qərara gəlmişdir ki, həmin torpaq sahəsinə daxil olub su nasoslarını və su təmizləyici f il tiri oğurlayaraq aparıb satsın. Bundan sonra o, həyət qapısına yaxın yerdə dayanıb ətrafa nəzər yetirmiş və ətrafda tamamilə sakitçilik olduğuna əmin olduqdan sonra həyət qapısı ilə üzbəüz dayandıqda sol yan tərəfdə olan hasarın üstündən keçməklə həyətə daxil olub əvvəlcə su nasoslarını və su təmizləyici filtiri açıb həyət qapısının yaxınlığına qoymuş, sonra isa həmin torpaq sahəsində olan bir mərtəbəli köhnə tikilinin qarşısına getmiş və həmin tikilinin qarşısında bir ədəd dəmir manqal olduğunu görmüş və manqalıda gətirib həyət qapısının yaxınlığına qoyduqdan sonra geri qayıdıb bir mərtəbəli köhnə tikilinin qarşısına getmişdir. Həmin tikilinin qapısı asma qıfılla bağlı olduğu üçün o, qapı ilə üzbəüz dayandıqda sol yan tərəfdə olan taxta pərncərəni əli ilə itələyib açaraq həmin yerdən içəri daxi olmuşdur. Tikilinin içərisində gəzərkən orada 01 ədəd «Samsung» markalı tozsoranın, 01 ədəd «Hondao» markalı, 01 ədəd «TG1600DC» markalı generatorların, 01 ədəd dəmir sobanın olduğunu, divarlarda olan pəncərələrə isə hava təmizləyici sərinkeşlərin (ventilyatorların) bərkidildiyini görüb qərara gəlmişdir ki, tozsoranı, generatorları, dəmir sobanı, sərinkeşləri (ventilyatorları) oğurlayıb sataraq pul əldə etsin. O, əvvəlcə tozsoranı, generatorları, dəmir sobanı tək-tək pəncərədən bayıra çıxarmaqla həyət qapısının yaxınlığına gətirib su nasoslarının və hava təmizləyici filtirin yanma qoyduqdan sonra geri qayıdıb sərinkeşləri də (ventilyatorları) bağlandıqları yerdən açıb gətirərək digər əşyaların yanma qoymuşdur. Bundan sonra o, həyət qapısını arxadan açaraq oğurladığı su nasoslarını, su təmizləyici filtiri, manqalı, genaratorları, tozsoranı, dəmir sobanı, sərinkeşləri (ventilyatorları) özünə məxsus əl arabasına yıxıb küçəyə çıxarmış və geyri qayıdıb arxadan qapını bağladıqdan sonra özüdə hasarın üstündən keçməklə küçəyə çıxıb əl arabasını çəkərək həmin yerin yaxınlığından keçən dəmiryol xəttinin kənarına gedib gecəni orada qalmışdır. 18 oktyabr 2022-ci il tarixdə səhər saatlarında dəmiryol xəttinin yaxınlığından keçən küçə ilə qeydiyyat nömrə nişanını xatırlamadığı «Qazel» markalı avtomobilin aşağı sürətlə hərək etdiyini, avtomobildə olan şəxsin isə uca səslə qışqıraraq dəmir və başqa metal qırıntıları aldığını deməsini eşidib həmin şəxsə yaxınlaşaraq demişdir ki, o, özüdə küçələri gəzib metal qırıntıları yığır, ayrıayrı vətəndaşlardan aldığı dəmir soba, manqal, sərinkeşlər (ventilyatorlar), su nasosları, hava təmizləyici filtir. tozsoran və generatorlar var, satmaq istəyir. Həmin şəxs gəlib arabaya yığdığı dəmir sobaya, manqala, sərinkeşlərə (ventilyatorlara), su nasoslarına, hava təmizləyici filtirə, tozsorana və generatorlara baxdıqdan sonra o, 01 ədəd su nasosunu, su təmizləyici ’filtiri, dəmir sobanı, manqalı, 03 ədəd hava təmizləyici sərinkeşləri (ventilyatorları), tozsoranı həmin şəxsə salıb 150 manat pul almışdır. «Qazel» markalı avtomobildə olan şəxs generatorları və su nasosunun birin almadığına görə o, özündə qalmış həmin generatorları və su nasosunu satmaq üçün yer axtarmışdır. Bu məqsədlə də Xaçmaz şəhərində gəzərkən tanıdığı Natiqlə rastlaşmış və görüşdükdən sonra Natiqə demişdir ki, onun özündə 02 ədəd generator və 01 ədəd su nasosu var, satmaq istəyir, ehtiyacı varsa ona satsın. Natiq generatorları və su nasosunu haradan aldığını soruşduqda isə yalandan ona demişdir ki, yaşadığı İlxıçı kəndi ərazisində yerləşən fermada işləyir, ferma sahibi yeni generator və su nasosu almışdır, ona görə də ferma sahibi fermada olan generatorları və su nasosunu ona vermişdir ki, salıb pul əldə etsin. Natiqdə ona demişdir ki, baxması üçün gətirsin, xoşuna gəlsə razılaşıb alar. Bundan sonra Natiqdən ayrılıb generatorları və su nasosunu gizlədib saxladığı yerə getmiş və 02 ədəd generatorları, 01 ədəd su nasosunu araba ilə Natiqin yaşadığı evin qarşısına aparıb qapını döyməklə Natiqi çağırmışdır. Natiq bayıra çıxıb generatorlara və su nasosuna baxdıqdan sonra neçəyə satdığını soruşmuş, o, da ona demişdir ki, generatorları və su nasosunu bir yerdə 150 manata satır. Natiq generatorların və su nasosunun köhnə olduğunu və baha satdığını bildirərək demişdir ki, 90 manat pulu var, hamin qiymətə satmağa razıdırsa, o, özü alsın. O, Natiqlə razılaşmış və sonuncu ona 90 manat pul verib 02 ədəd generatorları və 01 ədəd su nasosunu almışdır. Natiqdən aldığı 90 manat pulu və «Qazel» markalı avtomobilin sürücüsündan aldığı 150 manat pulu isə sonrakı günlərdə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında əvvəllər duzlama məntəqəsi fəaliyyət göstərmişdir. 2016-cı ildə Xaçmaz şəhəri. Nizami küçəsi, 24 A ünvanında yerləşən duzlama məntəqəsini o, özü alıb gəlini X1 adma rəsmiləşdirmişdir. Xaçmaz şəhəri. Nizami küçəsi, 24 A ünvanında yerləşən torpaq sahəsi 0.27 ha yaxındır, həmin torpaq sahəsində bir ədəd köhnə qeyri yaşayış binası var. ətrafı isə mişar daşı ilə hasara alınmışdır. Həmin qeyri yaşayış binasının həyətinə giriş-çıxış üçün həm Nizami küçəsi tərəfdə, həmdə ki. Nizami küçəsinə paralel olan Nazir Xurşudov küçəsi tərəfdə qapılar var. O. özü də həmin qeyri yaşayış binasının həyətinə Nazir Xurşudov küçəsi tərəfdə olan qapıdan daxil olur. Xaçmaz şəhəri. Nizami küçəsi, 24 A ünvanında yerləşən qeyri-yaşayış binasını gəlini Samirə Abdurəhmanovanm adma rəsmiləşdirdikdən sonra o, həmin binanın yerləşdiyi torpaq sahəsində dəmir dirəklər basdırıb üzərlərini polietilen örtüklə örtərək istixana düzəltdirib tərəvəz məhsulları yetişdirmiş, orada olan qeyri-yaşayış binasında isə toyuq saxlamışdır. Arxla gələn su həyətdə düzəltdirdiyi quyuya yığılmış, sonra o, su nasosu ilə quyuda olan suyu təmizləyici filtirə ötürmüş və su təmizləyici filtir vasitəsi ilə təmizləndikdən sonra həmin su ilə istixanada əkdiyi tərəvəzləri sulamışdır. 2022-ci ilin payız aylarında mütəmadi olmasada aradabir ünvan 3 ünvanına gedib orada olan su nasoslarına, genaratorlara və digər əşyalara nəzarət etmişdir. 16 oktyabr 2022-ei il tarixdə təxminən saat 13 radələrində Xaçmaz şəhəri. Nizami küçəsi, 24 A ünvanına gedib saat 17 radələrinədək orada işləmiş, sonra isə qapını bağlayıb yaşadığı evə getmişdir. 19 oktyabr 2022-ei il tarixdə o. Xaçmaz şəhəri. Nizami küçəsi. 24 A ünvanında yerləşən qeyri yaşayaş binasına getmişdir ki. həyətində təmizlik işləri aparsın. O, Nazir Xurşudov küçəsi tərəfdə olan qapını açıb həyətə daxil olanda görmüşdür ki. sağ yan tərəfdə olan çardağın (talvarın) altında plastmas borulara bağlanmış 02 ədəd «MARQU1S» markalı su nasosları və «Tankpro» markalı su təmizləyici filtir yoxdur. Sonra o, qeyri yaşayış binasının qarşısına gələndə görmüşdür ki, binanın qarşısına qoyduğu manqalda yerində yoxdur. Sonra o, qeyri yaşayış binasının ön tərəfində olan pəncərənin açıq olduğunu görmüş və içəri daxil olub baxanda «Samsung» markalı tozsoranın, «Hondao» markalı, «TG1600DC» markalı generatorların, dəmir sonbanın, pəncərələrə bərkidilmiş 01 ədəd «VORTİCC» markalı və 02 ədəd «Damandeh» markalı hava təmizləyici sərinkeşlərin (ventilyatorların) yerində olmadığını görüb başa düşmüşdür ki, kimsə içəri daxil olub tozsoranı, generatorları, hava təmizləyici sərinkeşləri (ventilyatorları), dəmir sobanı oğurlamışdır. Bundan sonra o, əvvəlcə Azərbyacan Respublikası DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş, sonra isə Xaçmaz RPŞ-nə gəlib şikayət ərizəsi yazmışdır. Xaçmaz şəhəri. Nizami küçəsi. 24 A ünvanında yerləşən qeyri yaşayış binasının həyətindən 01 ədədini 150 manata aldığı 02 ədəd «MARQUİS» markalı sıı nasosları, 200 manata aldığı «Tankpro» markalı su təmizləyici filtir, 50 manata aldığı manqal, qeyri-yaşayış binasının içərisindən isə 550 manata aldığı «Hondao» markalı, 300 manata aldığı «TG1600DC» markalı generatorlar, 70 manata aldığı «Samsung» markalı tozsoran, 150 manata aldığı «VORTİCE» markalı və 01 ədədini 100 manata aldığı 02 ədəd «Damandeh» markalı hava təmizləyici sərinkeşlər (ventilyatorlar), 60 manata aldığı dəmir soba oğurlanmışdır və bununla bağlı ona ümumilikdə 1880 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs çıxış nitqində bildirmişdir ki, təqsirləndirilən şəxs X7 ona dəymiş maddi ziyanın bir qismini ödədiyindən, qalan qismini isə ödəyəcəyinə söz verdiyindən, sonuncudan şikayətin olmamasını bildirmiş və həbs olunmamağını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 22-də yaşayır. Sifariş olduqda fərdi yaşayış evlərinin təmiri ilə məşğul olur. O, Xaçmaz rayonu, İlxıçı kəndində yaşayan Cəfəri bir il olarkı tanıyır. 2022-ci ilin yay ayları olardı o, Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evlərindən birini sahibinin tapşırığı ilə sökmüş, Cəfərdə onun yanında fəhlə işləmişdir. Cəfər 15-20 gün onun yanında işləmiş, sonra isə ondan ayrılıb getmişdir. Sonrakı günlərdə Xaçmaz şəhərində Cəfəri görsədə onunla heç bir şəxsi münasibət saxlamamışdır. Dəqiq tarixi xatırlamır, 2022-ci ilin oktyabr ayının ortaları olardı səhər saatlarında Xaçmaz şəhərində Cəfərlə görüşərkən sonuncu ona demişdir ki, onun özündə 02 ədəd generator və 01 ədəd su nasosu var, satmaq istəyir, istəyirsə ona satsın. Cəfərdən generatorları və su nasosunu haradan aldığını soruşduqda isə demişdir ki, yaşadığı İlxıcı kəndi ərazisində yerləşən fermada işləyir, ferma sahibi yeni generator və su nasosu almışdır, ona görə də ferma sahibi fermada olan generatorları və su nasosunu ona vermişdir ki, salıb pul əldə etsin. O da Cəfərə həmin əşyalara baxmaq istədiyini və gətirib ona göstərməsini, əyər xoşuna gələrsə alacaqını demişdir. Bundan sonra Cəfər ondan ayrılıb getmişdir. Həmin gün axşam saatlarında yaşadığı evin qapısı döyülmüş və o, qapını açıb bayıra çıxanda görmüşdür ki, Cəfər qapının qarşısında dayanıb, yanında da 01 ədəd «MARQUİS» markalı su nasosu. 01 ədəd «Hondao» markalı və 01 ədəd «TG1600DC» markalı generatorlar var. O, generatorlara və su nasasuna baxanda görmüşdür ki, generatorlar və su nasosu uzun müddət istifadə olunub. Cəfərdən generatorları və su nasosunu neçəyə satdığını soruşduqda sonuncu ona generatorları və su nasosunu bir yerdə 150 manata satdığını demişdir. Cəfərə generatorların və su nasosunun köhnə olduğunu və baha satdığını bildirərək, 90 manata ala biləcəyini bildirmişdir. Cəfər onunla razılaşaraq həmin 02 ədəd generatorları və 01 ədəd su nasosunu ona verərək ondan 90 manat pulu almışdır. Sonrakı günlərdə generatorlar və su nasosu onun özündə qalmışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində yaşadığı evə polis əməkdaşları gəlib Cəfərdən generator və su nasosu alıb-almadığını soruşduqda o, Cəfərdən 02 ədəd 02 ədəd generatoru və 01 ədəd su nasosunu aldığını və buna görə Cəfərə 90 manat pul verdiyini və həmin əşyaların hal-hazırda da özündə olduğunu bildirmişdir. Cətər ona demişdir ki, işlədiyi fermanın sahibi yeni generator və su nasosu almışdır, ona görə də ferma sahibi fermada olan generatorları və su nasosunu ona vermişdir ki, salıb pul əldə etsin. Cəfəri tanıdığı üçün ona inanıb satdığı 02 ədəd generatoru və 01 ədəd su nasosunu almışdır. Əgər Cəfərin ona satdığı generatorları və su nasosunu oğurluq yolu ilə əldə etdiyini bilsəydi heç vaxt Cəfərlə razılaşıb onları almazdı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən tərtib olunmuş baxış keçirilməsi haqqında protokoldan görünür ki, 20 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən qeyri yaşayış binasına sonuncunun iştirakı ilə baxış keçirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan əşyaya baxış keçirilməsi haqqında 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid 01 ədəd «Hondao GX200 6,5HP» markalı generatoru. 01 ədəd «TG1600DC 0,85 KVA» markalı generatoru və 01 ədəd «MARQUİS MHF/5AM 1.5 Kw 220-240V» markalı su nasosunu təqdim edərək 2022-ci ilin oktyabr ayının ortalarında tanışı Təqsirləndirilən şəxs 90 manata aldığını bildirmiş, Təqsirləndirilən şəxs Şahid təqdim etdiyi «MARQUİS MHF/5AM 1,5 Kw 220- 240V» markalı su nasosunu ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus qeyri yaşayış binasının həyətindən, «Hondao GX200 6.5HP» markalı generatoru və «TG1600DC 0,85 KVA» markalı generatoru isə qeyri yaşayış binasının içərisindən oğurladığını. Zərərçəkmiş şəxs həmin «MARQUİS MHF/5AM 1.5 Kw 220-240V» markalı su nasosunun ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasının həyətindən, «Hondao GX200 6.5HP» markalı generatorun və «TG1600DC 0,85 KVA» markalı generatorun isə qeyri yaşayış binasının içərisindən oğurlandığını, özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş məhkəməəmətəəşünaslıq ekspertizasının 05 yanvar 2023-cü il tarixli, 9/8891 nömrəli ekspert rəyindən görünür ki, ekspertizası təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 680 manat müəyyən edilir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə-əmətəəşünaslıq ekspertizasının 05 yanvar 2023-cü il tarixli, 9/8891 nömrəli ekspert rəyi ilə tanış olaraq, rəylə razı olmayaraq, ona dəymiş maddi ziyanın 1880 manat təşkil etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN- in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayonu, Niyazoba kənd İƏD-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, evlidir, Xaçmaz rayonu, İlxıçı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X7 17 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 7 ünvanında yerləşən qeyri yaşayış binasının həyətinə hasarın üstündən keçməklə qanunsuz daxil olaraq çardağın (talvarın) altından hər biri 150 manat dəyərində olan 02 ədəd «MARQU1S MHF/5AM 1,5 Kw 220-240V» markalı su nasoslarını, 200 manat dəyərində olan 01 ədəd «Tankpro» markalı su təmizləyici fikiri, qeyri yaşayış binasının qarşısından 50 manat dəyərində olan 01 ədəd dəmir manqalı, qeyri yaşayış binasına isə ön tərəklə olan pəncərəni əli ilə itələyib açmaqla qanusıız daxil olaraq oradan 550 manat dəyərində olan 01 ədəd «Hondao GX200 6,511 P» markalı generatoru, 300 manat dəyərində olan 01 ədəd «TG1600DC 0,85 K.VA» markalı generatoru, 70 manat dəyərində olan 01 ədəd «Samsung» markalı tozsoranı, 60 manat dəyərinəd olan 01 ədəd dəmir sobanı, pəncərələrə bağlanmış 150 manat dəyərində olan 01 ədəd «VORT1CE» markalı hava təmizləyici sərinkeşi (ventilyatoru) və hər biri 100 manat dəyərində olan 02 ədəd «Damandeh» markalı hava təmizləyici sərinkeşləri (ventilyatorları) götürüb aparmaqla ümumilikdə 1880 məbləğində oğurluq etmiş, bununla da o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs X3 əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X3 cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin edərkən ona hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. X3 üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədəmüvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Hondao GX200 6.5HP» markalı generator, 01 ədəd «TG1600DC 0.85 KVA» markalı generator və 01 ədəd «MARQUİS MHF/5AM 1,5 Kw 220-240V» markalı su nasosu saxlanılmasından ötrü Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 50 manat pul təqsirləndirilən şəxs X2 tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X3 üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası X3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Hondao GX200 6.5HP» markalı generator, 01 ədəd «TG1600DC 0.85 KVA» markalı generator və 01 ədəd «MARQUİS MHF/5AM 1,5 Kw 220-240V» markalı su nasosu saxlanılmasından ötrü Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 manat pul təqsirləndirilən şəxs X2 tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunan əmlakın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar