Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-84/2024 17.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1986-cı ildə Dəvəçi rayonunun Uzunboyad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, üç azyaşlı uşağı olan, deməsinə görə işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonunun Uzunboyad kəndində qeydiyyatda olan, özünün deməsinə görə Şabran rayonunun Uzunboyad kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs bacanağının qızı Şahid2 Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında dəftərxanada işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 10 mart 2023-cü il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs Xaçmaz şəhəri, H.Əliyev prospekti 13 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Xaçmaz rayon regional idarəsinin yaxınlığında nağd qaydada 900 manat, habelə 2023-cü ilin mart ayının sonlarında günorta saatlarında Zərərçəkmiş şəxs oğlu Şahid1 Xaçmaz şəhəri, H.Əliyev prospekti 13 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Xaçmaz rayon regional idarəsinin yaxınlığında nağd qaydada 500 manat alıb ələ keçirməklə, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 1400 (min dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı iş üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmir. 2020-ci ildən təxminən 2022ci ilin sonuna qədər Xaçmaz RMX-da mühafizəçi işləmiş və sonra isə, yəni 2022-ci ilin sonlarında öz istəyi ilə işdən çıxmışdır. Xaçmaz rayon xəstəxanasında işlədiyi dövrdə əslən Quba rayonundan olan Zərərçəkmiş şəxs adlı şəxslə tanış olmuşdur. 2023-cü ilin mart ayının əvvəllərində Xaçmaz şəhəri ərazisində Zərərçəkmiş şəxslə görüşdükdə sonuncu özünün yaxın qız qohumunu Xaçmaz RMX-da işə düzəltmək istədiyini ona dediyi üçün o, bu işdə Sərdara köməklik edə biləcəyini, yəni qızı cəmisi 1400 manat pul müqabilində xəstəxanada hər hansı bir dəftərxana işinə düzəldə biləcəyini bildirmişdir. Həmin zamanlar özünə məxsus ***-***-**-** saylı mobil telefonu ilə Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı nömrə ilə sonuncu ilə əlaqə saxlamışdır. 10 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxslə telefonla danışıb və onunla görüş təyin etmişdir. Həmin gün, yəni 10 mart 2023-cü il tarixdə, günorta saat 16 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regional idarəsinin yaxınlığında Sərdarla görüşdükdə sonuncu hazırda 900 manat pulu olduğunu və qalan pulu isə bir neçə günə ona verəcəyini demişdir. Sərdar ilə razılaşdıqdan sonra Zərərçəkmiş şəxs öz cibindən ona deməsinə görə qohumuna məxsus 900 manat məbləğində pulu və qohumu, yəni bacanağının qızına aid sənəd surətlərini (şəxsiyyətinin, kollec oxuması barədə diplomunun və kompyuter kursunu bitirməsi barədə sənəd surətlərini) ona vermişdir. Həmin pulları və sənəd surətlərini Sərdardan alaraq çıxıb getdikdən bir neçə gün sonra, yəni 2023-cü ilin mart ayının axırlarında günorta saatlarında Zərərçəkmiş şəxslə zəngləşdikdə sonuncu hazırda işdə olduğunu və qalan 500 manat pulu oğlu Yunisin ona çatdıracağını demişdir. 2023-cü ilin mart ayının axırlarında günorta saatlarında Sərdarın oğlu Yunislə zəngləşərək Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regional idarəsinin yaxınlığında sonuncu ilə görüşmüşdür. X3 verdiyi 500 manat pulu sonuncudan alaraq Sərdarla zəngləşib və pulu oğlundan almasını deyərək çıxıb getmişdir. Bundan sonra o, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında tanımadığı şəxslərə Sərdarın qohumunu, yəni həmin qızın işə düzlməsi üçün müraciət etməsinə baxmayaraq, həmin qızın işləri alınmamışdır. Sonradan həmin qadına aid sənəd surətlərini yadında qalmadığı yerdə itirmiş və maddi vəziyyəti həddən artıq ağır olduğuna görə Zərərçəkmiş şəxs aldığı ümumilikdə 1400 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs vatsap vasitəsilə dəfələrlə onunla əlaqə saxlayıb və ondan aldığı, deməsinə görə qohumuna məxsus 1400 manat pulu ondan geri qaytarmasını tələb etməsinə baxmayaraq, onun maddi vəziyyəti ağır olduğuna görə həmin zamanlar pulu qaytara bilməmişdir. Həmçinin bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, hazırda zərərçəkmiş şəxsə vurduğu 1400 manat məbləğində ziyanı tam olaraq ödəmişdir. O, törətdiyi cinayət əməlinə görə peşmandır, bir daha bu kimi əməllərə yol verməyəcəkdir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Quba rayonunun Ərməkiqışlaq kəndində ailəsi ilə birlikdə yaşayır və təxminən 2012-ci ildən «BUE Caspian LTD» şirkətində bosman vəzifəsində işləyir. 2022-ci ilin əvvəllərində Xaçmaz Rayon Xəstəxanasında olduğu zaman Şabran rayonu Uzunboyad kəndində yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuş və onunla aralarında münasibət yaranmışdır. Təqsirləndirilən şəxs Xaçmaz rayon xəstəxanasında mühafizə xidmətində işlədiyini ona demişdir. 2023-cü ilin mart ayının əvvəllərində qohumu - bacanağının qızı Şahid2 Xaçmaz rayon MX-da hər hansı bir dəftərxana işinə düzəlmək istədiyini ona dediyinə görə sonuncu üçün bu işi maraqlanmaq qərarına gəlmişdir. Buna görə də 2023-cü ilin mart ayının əvvələrində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla Xəyal ilə əlaqə saxlayaraq bacanağının qızı Şahid2 Xaçmaz Rayon Xəstəxanasında hər hansı bir dəftərxana işinə düzəltmək istəməsini dedikdə Xəyal xəstəxanada işləyən tanışının bacanağının qızı Şahid2 həmin işlərin birinə düzəldə biləcəyini, lakin bunun üçün 1400 manat pul lazım olduğunu ona bildirmişdir. Buna görə də 10 mart 2023-cü il tarixdə, saat 16 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regional idarəsinin yaxınlığında Təqsirləndirilən şəxslə görüşərək 900 manat pulu və bacanağının qızına aid sənəd surətlərini (şəxsiyyətinin, kollec oxuması barədə diplomunun və kompyuter kursunu bitirməsi barədə sənəd surətlərini) Xəyala vermişdir. Qalan pulu nə vaxt verəcəyini Xəyal ondan soruşduqda, sonuncuya təxminən bir həftə sonra pulun qalan hissəsinini, yəni 500 manat pulu verəcəyini deyərək çıxıb getmişdir. Bundan təxminən 4-5 gün sonra dənizdə işlədiyinə görə işə getdiyi üçün yerdə qalan 500 manat pulu Xəyala çatdırmaq üçün oğlu Yunisə vermişdir. Yunisin sonradan ona deməsinə görə 2023-cü ilin mart ayının axırlarında günorta saatlarında Xəyal ona zəng edərək pulu almaq üçün onunla görüşmək istədiyini ona demişdir. Buna görə də həmin gün oğlu Yunis günorta saatlarında Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regional idarəsinin yaxınlığında Xəyal ilə görüşərək qalan 500 manat pulu sonuncuya vermişdir. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq bacanağının qızı Şahid2 nə vaxt işə düzələcəyini soruşduqda Xəyal hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda qohumunun iş əmrinin olacağına söz vermişdir. Lakin son vaxtlar Xəyalın ümumiyyətlə onun telefon zənglərinə cavab vermədiyini görərək Təqsirləndirilən şəxs onu aldadaraq 1400 manat pulunu ələ keçirməsini başa düşüb və bu barədə ərizə ilə Xaçmaz rayon PŞnə müraciət etmişdir. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 1400 manat məbləğində ziyan ona tam olaraq ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış, heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə etirazı yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Quba rayonunun Ərməkiqışlaq kəndində valideynləri ilə birlikdə yaşayır, 2023-cü il tarixdə Xaçmaz şəhəri 8 nömrəli orta məktəbin 11-ci sinfini bitirmiş və hazırda heç bir yerdə işləmir. Atası 2012-ci ildən «BUE Caspian LTD» şirkətində bosman vəzifəsində işləyir və çox vaxt dənizdə, yəni işdə olur. 2023-cü ilin mart ayının axırlarında atası Təqsirləndirilən şəxs adlı şəxsə qohumları Şahid2 Xaçmaz Rayon Xəstəxanasına işə düzləməsi ilə əlaqədar pul verməli olduğunu, pulun 900 manatını həmin şəxsə verdiyini və pulun yerdə qalan 500 manatını isə verə bilmədiyini ona demişdir. Bundan başqa atası həmin ərəfədə öz işinə getməli olduğuna görə həmin Xəyal adlı şəxsə vermək üçün ona 500 manat məbləğində pul vermişdir. Təxminən bir gün sonra atası işinə, yəni dənizə getdikdən sonra Xəyal adlı şəxs ***-***-**-** nömrəli telefondan onun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng etmişdir. Özünü Xəyal kimi təqdim edən şəxs onunla görüşərək atasının ona verdiyi 500 manat məbləğində pulu ondan götürmək istədiyini ona bildirmişdir. O, Xəyalla görüş təyin etdikdən sonra, yəni 2023-cü ilin mart ayının axırlarında günorta saatlarında Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regional idarəsinin yaxınlığına getmişdir. Bir neçə dəqiqə sonra Xəyal idarə etdiyi «Opel» markalı avtomobil ilə həmin yerə gəlmişdir. Xəyalla Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regional idarəsinin yaxınlığında görüşüb və atasının ona tapşırdığı kimi 500 manat pulu Xəyala verdikdən sonra Xəyal pulu ondan alaraq çıxıb getmişdir. Bundan sonra atası ilə telefon əlaqəsi saxlayıb və ona tapşırdığı kimi 500 manat pulu Xəyala verməsi barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid2 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Xaçmaz rayonunun Qadaş-oba kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun yaxın qohumudur və münasibəti onunla həmişə yaxşı olmuşdur. 2023-cü ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs onların evində olduğu zaman heç bir yerdə işləmədiyi üçün Xaçmaz rayon MX-da hər hansı bir dəftərxana işinə düzəlmək istəməsini Sərdara demişdir. Sədar da Xaçmaz Rayon Mərkəzi Xəstəxanada işləyən Təqsirləndirilən şəxs adlı tanışı olduğunu və bu işdə onun köməklik edə biləcəyini bildirmişdir. 2023-cü ilin mart ayının axırlarında qohumu Zərərçəkmiş şəxs Xaçmaz RMX-da işləyən Xəyal adlı şəxsin işə düzəlmək üçün ondan 1400 manat pul istədiyini və həmin pulu verməsi barədə ona məlumat vermişdir. Lakin sonradan işə düzəlmədiyinə görə qohumu Sərdar həmin Xəyal adlı şəxslə bir neçə dəfə əlaqə saxlamasına baxmayaraq, sonuncunun müxtəlif bəhanələr gətirməsi barədə ona demişdir. O, bu vaxta qədər heç bir işə düzəlmədiyinə görə qohumu Zərərçəkmiş şəxs sonradan dəfələrlə Təqsirləndirilən şəxslə əlaqə saxlayıb və pulunu ondan istəməsinə baxmayaraq, Təqsirləndirilən şəxs yenə də hər dəfə müxtəlif bəhanələr gətirərək aldığı 1400 manat pulu geri qaytarmamışdır. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli ərizədən və həmin tarixli izahatdan müəyyən edilir ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə müraciət edərək bildirmişdir ki, 10 mart 2023-cü il tarixdə və 2023-cü ilin mart ayının sonlarında olmaqla Xaçmaz şəhəri ərazisində Təqsirləndirilən şəxs onun bacanağının qızı Şahid2 işə düzəltmək adı ilə aldadaraq ondan ümumilikdə 1400 manat pul almış, lakin Təqsirləndirilən şəxs vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 05 sentyabr 2023-cü il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və 05 ədəd vərəqdə çap edilmiş vatsap yazışmalarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Xəyal Əsədullauev ilə Zərərçəkmiş şəxs arasında 2023-cü ilin aprel-may aylarında pul göndərilməsi, zərərçəkmişin təqsirləndiriləndən pulunun geri qaytarılması barədə yazışmalar olmuşdur. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bacanağının qızı Şahid2 Xaçmaz RMX-da işə düzəlməsi ilə bağlı xəstəxanda tanımadığı şəxslərə müraciət etməsi xüsusatı ilə əlaqədar həmin şəxslərin müəyyən olunması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, hər hansı nəticə əldə edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının 19 oktyabr 2023-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.20222-ci il tarixədək həmin xəstəxanada mühafizəçi vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdə öz xahişi ilə onun əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 12 fevral 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrinin tərkibi olmadığından barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq cinayəti - etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 2-ci hissəsinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 03 aprel 2024-cü il tarixli, notarial qaydada təsdiqlənmiş ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmiş, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini bildirmiş, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 1(060)-846/2023 saylı qərarından və Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında (09 may və 17 may) vahid niyyətlə əhatə olunan qəsdlə dələduzluq cinayəti törətmiş, həmin əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən: 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. 2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışdığını, zərərçəkən şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmamasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İbtidai istintaq orqanı tərəfindən iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş 05 (beş) ədəd vərəqdə çap edilmiş vatsap yazışmaları cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın (ləğv edilsin). İş üzrə maddi sübut kimi iş materiallarına əlavə edilmiş 05 (beş) ədəd vərəqdə çap edilmiş vatsap yazışmaları cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-84/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-84/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver