Məhkəmə qərarları › İş №1(067)-84/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-84/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-84/2025 23.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Xaçmaz rayonunun, Köhnə-Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu olmayan, subay, Xudat şəhəri, 4-cü şöbədə qeydiyyatda olmaqla orada yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 ünvanında olmaqla Xaçmaz-Xudat avtomobil yolundan şərq istiqamətində 20 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazadan oğurluq etmək qərarına gələrək bu məqsədlə 03 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində həmin mağazanın arxa tərəfinə getmiş və mağazada heç kəsin olmadığına əmin olduqdan sonra taxta pilləkəni qapıya söykəyib üstünə çıxmaqla mağazanan arxa tərəfində olan dəmir qapının üst hissəsindəki pəncərənin torunu üzərində olan bıçaqla kəsdikdən sonra Şahid2lə birlikdə qanunsuz olaraq mağazanın anbarına, daha sonra isə anbardan götürdüyü bıçağı içəridəki plastik materialdan olan qapının arasına salıb açmaqla saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olaraq masanın alt hissəsində olan dolabdan 4254 manat pulu, masanın üstündə olan qutunun içərisindən 20 manat məbləğində qəpik pulları, 30 manat dəyərində kompyuterin UPS-ni (kəsilməz enerji qaynağını), divara quraşdırılmış rəfin üstündən isə hər biri 3 manat 75 qəpik olmaqla 112 manat 50 qəpik dəyərində olan 30 qutu «Kent4» markalı siqaretləri qanunsuz götürüb aparmaqla ümumilikdə 4416 manat 50 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü Şöbədə yerləşən nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Evli olub boşanmışdır və iki övladı var. Müxtəlif yerlərdə fəhləlik etməklə ailəsini dolandırır. Xaçmaz rayonu, Xudat şəhərində yaşayan Şahid2 təxminən 3-4 il olarkı tanıyır. Əvvəllər hər gün Məmmədəli ilə görüşmüş və onlar yoldaşlıq etmişlər. 03 oktyabr 2023-cü il tarixdə təxminən saat 21:30 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsində Məmmədəli ilə görüşmüş, onlar bir neçə dəqiqə küçədə dayanıb söhbət etmişlər, sonra isə piyada Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən «Qayalı» market istiqamətində getmişlər. 03 oktyabr 2023-cü il tarixdə təxminən saat 22 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsində, «Qayalı» marketin yaxınlığında yerləşən bir mərtəbəli binanın arxa tərəfindən keçib gedərkən Məmmədəlidən həmin binada nə yerləşdiyini soruşmuş, sonuncu da ona demişdir ki, həmin binanın bir hissəsi anbar, bir hissəsi isə mağaza kimi fəaliyyət göstərir. O, mağazada pul və siqaretlər ola biləcəyini bildirərək demişdir ki, həmin mağazaya daxil olub oğurluq etsinlər. Məmmədəli də onunla razılaşmış, mağazanın işıqları yanmadığına görə bağlı olduğunu bilmişlər və onunla birlikdə həmin binanın arxa tərəfində olan dəmir qapıya yaxınlaşmışlar. O, dəmir qapını üzərində olan dəstəkdən tutub çəkməklə açmağa çalışmış, qapı içəri tərəfdən bağlı olduğuna görə o, qapını aça bilməmiş və qapının yaxınlığında divara söykədilmiş taxta pilləkəni gətirib qapıya söykəmiş, pilləkənin üstünə çıxıb dəmir qapının üst tərəfində olan pəncərənin üzərindəki toru özündə olan cib bıçağı ilə kəsərək geri yerə düşmüşdür. Bundan sonra onlar ətrafa nəzər yetirmişlər və ətrafda kənar adamların olmadığına əmin olduqdan sonra əvvəlcə o, taxta pilləkənin üstünə çıxıb dəmir qapının üst tərəfində olan pəncərədən içəri daxil olmuş, sonra isə Məmmədəli özü taxta pilləkənin üstünə çıxaraq həmin pəncərədən içəri daxil olub baxanda görmüşdür ki, daxil olduqları yer anbardır. Bundan sonra Məmmədəli anbarda olan bıçağı götürüb içəridə olan plastik qapının arasına salaraq açmış və onunla birlikdə mağazaya daxil olub özləri ilə gətirdikləri alışqanın fənərini yandırıb mağazanın içərisini axtarmışlar. O, yaxınlaşıb masanın alt tərəfində olan dolabı açanda görmüşdür ki, orada topa halda pul var. O pulu, masanın üstündə olan kompyuterin UPS-ni (kəsilməz enerji qaynağını) götürdükdən sonra Məmmədəli özüdə masanın üstündə olan qutunun içərisindəki qəpik pulları və divara quraşdırılmış rəfin üstünə düzülmüş «KENT 4» markalı siqaretləri ciblərinə yığmış və onunla birlikdə mağazaya daxil olduqları yerdən bayıra çıxıb mağaza ilə üzbəüz yolun digər tərəfində olan ağaclıq sahəyə gedib mağazadan oğurladıqları pulları və siqaretləri öz aralarında bölmüşlər, hərəsinə 2137 manat pul, 15 qutu «KENT 4» markalı siqaretləri düşmüş, kompyuterin UPS-i (kəsilməz enerji qaynağı) isə onda qalmışdır. Bundan sonra o, Məmmədəlidən ayrılaraq yaşadığı evə getmişdir. Sonrakı günlərdə o, payına düşən pulları şəxsi ehtiyacları üçün xərcləmiş, siqaretləri isə özü çəkmişdir. O, başqa heç bir yerdən oğurluq etməmişdir. O, ancaq Məmmədəli ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən mağazadan 4274 manat pul, 30 qutu «Kent 4» markalı siqaretlər və kompyuterin UPS-ni (kəsilməz enerji qaynağı) oğurlamışdır. Onun tərəfindən vurulan ziyan Zərərçəkmiş şəxs ödəmişdir. Törətdiyi əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olsada valideynləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. ünvan 4t-Konserv» ASC-yə məxsus olan 200 kv.m qeyri-yaşayış binasını 01 dekabr 2022ci il tarixdə icarəyə götürüb mağaza kimi işlədir. Həmin qeyri-yaşayış binasının icarəyə götürülməsi ilə bağlı onunla "xxxx" ASC-nin idarə heyətinin sədri X13 arasında bağlanmş icarə müqaviləsinin sürətini istintaqa təqdim etmişdir. İcarəyə götürüb mağaza kimi fəaliyyət göstərdiyi "xxxx" ASC-yə məxsus qeyri-yaşayış binası Xudat şəhəri, M.F.Axundov küçəsində, «Qayalı» marketin yaxınlığında yerləşir. İcarəyə götürdüyü bina iki hissədən ibarətdir. O, binanın bir hissəsinə aldığı ərzaq mallarını, siqaretləri, spirtli və digər içkiləri yığıb anbar kimi istifadə edir, digər hissəsi isə mağaza kimi fəaliyyət göstərir. Mağazada Xudat şəhər sakini X1 işləyir. İzzət hər gün saat 07:30 radələrində gəlib mağazanın qapısını açmış, mağazaya gələn müştəriləri yola saldıqdan sonra isə saat 21 radələrində mağazanın qapısını bağlayıb evinə getmişdir. O, özüdə mütəmadi olaraq mağazaya gəlmiş və mağazaya gələn mallarıda özü qəbul edib anbara yığmışdır. Hər gün axşam İzzətlə satdığı malların hesabatını özü aparmış, satılan malların hesabatını apardıqdan sonra İzzət satdığı malların pulunu mağazada olan masanın alt hissəsindəki dolaba qoymuş, sonradan o, da həmin pulları götürüb aldığı malların pulunu ödəmişdir. Həmişə olduğu kimi 03 oktyabr 2023-cü il tarixdə təxminən saat 08 radələrində mağazaya gələndə görmüşdür ki, İzzət mağazadadır, mağazayə gələn müştəriləri yola salır. O, bir saata yaxın mağazada olmuş, sonra isə mağazadan çıxıb getmişdir. Həmin gün axşam saat 20 radələrində mağazaya gəlmiş, İzzət satdığı malların pulunu ona vermiş və o, pulları sayıb 4254 manat olduğunu bildikdən sonra mağazada olan masanın alt hissəsindəki dolaba qoyaraq mağazadan çıxıb getmişdir. 04 oktyabr 2023- cü il tarixdə təxminən saat 08 radələrində İzzət ona zəng vurub demişdir ki, gecə kimsə mağazaya daxil olaraq dolabda olan pulları, siqaretləri və kompyuterin UPS-ni (kəsilməz enerji qaynağını) oğurlamışdır. O, tez mağazaya gəlmiş və İzzət ona demişdir ki, gecə naməlum şəxs və ya şəxslər anbarın giriş qapısının üst hissəsində olan pəncərəni açmaqla anbara, daha sonra isə mağazaya daxil olaraq masanın alt hissəsində olan dolabdan 4254 manat pulu, masanın üstündə olan qutunun içərisindən 20 manat məbləğində qəpik pulları, divara quraşdırılmış rəfin üstünə düzülmüş 30 qutu «KENT 4» markalı siqaretləri və kompyuterin UPS-ni (kəsilməz enerji qaynağını) oğurlamışdır. O, özüdə mağazaya baxanda görmüşdür ki, masanın dolabında olan 4254 manat pul, masanın üstündəki qutunun içərisində olan qəpik pullar, divara quraşdırılmış rəfin üstünə düzülmüş 30 qutu «Kent 4» markalı siqaretlər və kompyuterin UPS-i (kəsilməz enerji qaynağı) yoxdur. Şəxsi işi ilə bağlı təcili Bakı şəhərinə getməli olduğu üçün İzzətə demişdir ki, o, Bakı şəhərinə gedir, İzzət özü Xudat PB-nə gedib mağazadan oğurluq olması barədə məlumat versin. Bundan sonra İzzət Xudat PBnə, o, özü isə Bakı şəhərinə getmişdir. Sonra İzzət zəng vurub ona demişdir ki, o, Xudat PB-nə gedib mağazadan oğurluq olması barədə məlumat verərək şikayət ərizəsi yazmışdır və polis əməkdaşları mağazaya gəlib onun iştirakı ilə baxış keçirmişlər. İcarəyə götürüb işlətdiyi mağazadan ona məxsus 4274 manat pul, hər biri 3 manat 75 qəpik dəyərində olan 30 qutu «Kent 4» markalı siqaretlər, 30 manat dəyərində kompyuterin UPS-i (kəsilməz enerji qaynağı) oğurlanmışdır və bununla bağlı ona ümumilikdə 4416 manat 50 qəpik məbləğində maddi ziyan dəymişdir. Sonradan o, bilmişdir ki, icarəyə götürüb işlətdiyi mağazaya Xudat şəhər sakinləri Məmmədəli və Artur adlı şəxslər daxil olaraq oğurluq etmişlər.Ona dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyindən, ona qarşı heç bir iddiası, tələbi və şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təstiq edərək göstəmişdir ki, o, Xaçmaz rayonu, Xudat şəhəri, Muxtadır küçəsi, ev 7-də yaşayır. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayan X2 rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində, «Qayalı» marketin yaxınlığında yerləşən mağazanı icarə əsasında işlədir, o, da həmin mağazada satıcı işləyir. Mağazanın yerləşdiyi bina iki hissədən ibarətdir. Elmir binanın bir hissəsinə aldığı ərzaq mallarını, siqaretləri, spirtli və digər içkiləri yığıb anbar kimi istifadə edir, binanın digər hissəsi isə mağaza kimi fəaliyyət göstərir. O, hər gün saat 07:30 radələrində gəlib mağazanın qapısını açmış, mağazaya gələn müştəriləri yola saldıqdan sonra isə saat 21 radələrində mağazanın qapısını bağlayıb evə getmişdir. Elmir özüdə mütəmadi olaraq mağazaya gəlmiş və mağazaya gələn mallarıda özü qəbul edib anbara yığmışdır. Hər gün axşam onun satdığı malların hesabatımda Elmir özü aparmışdır. Satılan malların hesabatı aparıldıqdan sonra Elmir satdığı malların pulunu sayıb mağazada olan masanın alt hissəsindəki dolaba qoymuş, sonradan Elmir özüdə həmin pulları götürüb aldığı malların pulunu ödəmişdir. Həmişə olduğu kimi 03 oktyabr 2023-cü il tarixdə təxminən saat 07:30 radələrində o, mağazaya gələrək qapını açıb gələn müştəriləri yola salmışdır. Həmin gün Elmir özüdə mağazaya gəlib bir qədər onun yanında olmuş, sonra isə mağazadan çıxıb getmişdir. Təxminən saat 20 radələrində Elmir yenidən mağazaya gəlmiş və o, satdığı malların pulunu Elmirə vermiş, Elmirdə pulları sayıb 4254 manat olduğunu bildikdən sonra bütün pulları mağazada olan masanın alt hissəsindəki dolaba qoyaraq mağazadan çıxıb getmiş, bir qədər sonra o, özüdə mağazanın qapısını bağlayıb yaşadığı evə getmişdir. 04 oktyabr 2023-cü il tarixdə təxminən saat 07:30 radələrində mağazaya gəlib qapını açaraq içəri daxil olub baxanda görmüşdür ki, masanın üstündə olan kompyuterin naqilləri dağınıq vəziyyətdədir. Bundan sonra o, masanın alt hissəsində olan dolaba baxmış və pulların qoyduqları yerdə olmadığını görüb başa düşmüşdür ki, gecə kimsə mağazaya daxil olaraq pulları oğurlayıb. O, başqa nələrin oğurlandığını bilmək üçün ətrafa nəzər yetirmiş və görmüşdür ki, masanın üstündə olan qutunun içərisindəki 20 manat məbləğində qəpik pullar, kompyuterin UPS-i (kəsilməz enerji qaynağı) və divara quraşdırılmış rəfin üstünə düzülmüş 30 qutu «KENT 4» markalı siqaretlərdə yerində yoxdur. Sonra o, anbara daxil olmuş və anbarın giriş qapısının üst hissəsində olan pəncərənin açıq olduğunu görüb həmin yerdən mağazaya daxil olunduğunu başa düşmüş və Elmirə zəng vurub demişdir ki, gecə kimsə mağazaya daxil olaraq dolabda olan pulları, siqaretləri və kompyuterin UPS-ni (kəsilməz enerji qaynağını) oğurlamışdır. Bir qədər keçdikdən sonra Elmir özüdə mağazaya gəlib baxdıqdan sonra ona demişdir ki, təcili Bakı şəhərinə getməlidir, o, Xudat PB-nə gedib işlədiyi mağazadan oğurluq olması barədə məlumat versin. Bundan sonra o, Xudat PB-nə gedib ərizə yazaraq işlədiyi mağazadan oğurluq olması barədə məlumat vermişdir. Onun satıcı işlədiyi mağazadan Zərərçəkmiş şəxs məxsus 4274 manat pul, hər biri 3 manat 75 qəpik dəyərində olan 30 qutu «Kent 4» markalı siqaretlər, 30 manat dəyərində kompyuterin UPS-i (kəsilməz enerji qaynağı) oğurlanmışdır və bununla bağlı maddi ziyanda Elmirin özünə dəymişdir. Sonradan o, bilmişdir ki, işlədiyi mağazaya Xudat şəhər sakinləri Məmmədəli və Artur adlı şəxslər daxil olaraq oğurluq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təstiq edərək göstəmişdir ki, Xaçmaz rayonu, Xudat şəhəri, Zaur Mahmudov küçəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Mövsümü olaraq ayrı-ayrı şəxslərə məxsus bağ sahələrində fəhləlik edir. Xaçmaz rayonu, Xudat şəhərində yaşayan Təqsirləndirilən şəxs təxminən 3-4 il olarkı tanıyır. Əvvəllər hər gün Məmmədəli ilə görüşmüş və onlar yoldaşlıq etmişlər. 03 oktyabr 2023-cü il tarixdə təxminən saat 21:30 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsində Artur ilə görüşmüş, onlar bir neçə dəqiqə küçədə dayanıb söhbət etmişlər, sonra isə piyada Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən «Qayalı» market istiqamətində getmişlər. 03 oktyabr 2023-cü il tarixdə təxminən saat 22 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsində, «Qayalı» marketin yaxınlığında yerləşən bir mərtəbəli binanın arxa tərəfindən keçib gedərkən Artur ondan həmin binada nə yerləşdiyini soruşmuş, o, da ona demişdir ki, həmin binanın bir hissəsi anbar, bir hissəsi isə mağaza kimi fəaliyyət göstərir. Artur mağazada pul və siqaretlər ola biləcəyini bildirərək demişdir ki, həmin mağazaya daxil olub oğurluq etsinlər. Arturda onunla razılaşmış, mağazanın işıqları yanmadığına görə bağlı olduğunu bilmişlər və onunla birlikdə həmin binanın arxa tərəfində olan dəmir qapıya yaxınlaşmışlar. Artur dəmir qapını üzərində olan dəstəkdən tutub çəkməklə açmağa çalışmış, qapı içəri tərəfdən bağlı olduğuna görə Artur qapını aça bilməmiş və qapının yaxınlığında divara söykədilmiş taxta pilləkəni gətirib qapıya söykəmiş, pilləkənin üstünə çıxıb dəmir qapının üst tərəfində olan pəncərənin üzərindəki toru özündə olan cib bıçağı ilə kəsərək geri yerə düşmüşdür. Bundan sonra onlar ətrafa nəzər yetirmişlər və ətrafda kənar adamların olmadığına əmin olduqdan sonra əvvəlcə Artur taxta pilləkənin üstünə çıxıb dəmir qapının üst tərəfində olan pəncərədən içəri daxil olmuş, sonra isə o özü taxta pilləkənin üstünə çıxaraq həmin pəncərədən içəri daxil olub baxanda görmüşdür ki, daxil olduqları yer anbardır. Bundan sonra o, anbarda olan bıçağı götürüb içəridə olan plastik qapının arasına salaraq açmış və Arturla birlikdə mağazaya daxil olub özləri ilə gətirdikləri alışqanın fənərini yandırıb mağazanın içərisini axtarmışlar. Artur yaxınlaşıb masanın alt tərəfində olan dolabı açanda görmüşdür ki, orada topa halda pul var. Artur pulu, masanın üstündə olan kompyuterin UPS-ni (kəsilməz enerji qaynağını) götürdükdən sonra o, özüdə masanın üstündə olan qutunun içərisindəki qəpik pulları və divara quraşdırılmış rəfin üstünə düzülmüş «KENT 4» markalı siqaretləri ciblərinə yığmış və Arturla birlikdə mağazaya daxil olduqları yerdən bayıra çıxıb mağaza ilə üzbəüz yolun digər tərəfində olan ağaclıq sahəyə gedib mağazadan oğurladıqları pulları və siqaretləri öz aralarında bölmüşlər, hərəsinə 2137 manat pul, 15 qutu «KENT 4» markalı siqaretləri düşmüş, kompyuterin UPS-i (kəsilməz enerji qaynağı) isə Arturda qalmışdır. Bundan sonra o, Arturdan ayrılaraq yaşadığı evə getmişdir. Sonrakı günlərdə o, payına düşən pulları şəxsi ehtiyacları üçün xərcləmiş, siqaretləri isə özü çəkmişdir. Həmin əməlinə görə məhkum edilmişdir. İş materiallarında olan cinayət işinin başlanılması,zərərçəkmiş şəxs qismində tanınması və icraata qəbul edilməsi haqqında 01 noyabr 2023-cü il tarixli qərardından görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazadan oğurluq etdiyləri üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılmış və Zərərçəkmiş şəxs isə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə 15 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında 04 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, mağaza Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində Xaçmaz-Xudat avtomobil yolundan şərq istiqamətində 20 metr aralı məsafədə yerləşir. Mağaza bir mərtəbəli olmaqla mişar daşından inşa edilmişdir. Mağazanın ön tərəfində iki laylı, arxa tərəfində isə bir laylı dəmir qapı vardır.Mağazanın arxa tərəfində öz fəyalətini dayandırmış Xudat konserv zavodu yerləşir. Mağazanın arxa tərəfində olan dəmir qapının üst tərəfində olan pəncərənin toru kəsilərək çırılmışdır. Binanın içərisinə daxil olduqda müəyyən olundu ki, bina iki hissədən ibarət olmaqla bir hissəsi anbar, digər hissəsi isə mağaza kimi fəaliyyət göstərir. Mağazanın giriş qapısı bir laylı plastik qapıdan ibarətdir. İş materiallarında olan şahid ifadəsinin yerində yoxlaması haqqında 12 yanvar 2024-cü il tarixli protokolundan görünür ki, Şahid2 ifadəsini yerində yoxlanılması zamanı Şahid2 Xudat şəhəri, M.F.Axundov küçəsində, asfaltbeton örtüklü yoldan şərq istiqamətində 20 metr aralı məsafədə yerləşən mağazanın qarşısına çataraq həmin mağazanı göstərərək, 03 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə həmin mağazaya daxil olaraq oradan 4254 manat pulu, masanın üstündə olan qutunun içərisindəki qəpik pulları, kompyuterin UPS-ni (kəsilməz enerji qaynağını), divara quraşdırılmış rəfin üstünə düzülmüş 30 qutu «KENT 4» markalı siqaretləri oğurladıqlarını bildirmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barə qərar qəbul edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında 13 yanvar 2024-cü il tarixli qərarından görünür ki, xx.xx.1986-cı ildə Xaçmaz rayonunun, Köhnə-Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu olmayan, subay, Xudat şəhəri, 4-cü şöbədə qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan İş materiallarında olan dövlət sərhədindən giriş-çıxışa dair İAMAS məlumatından müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdə, saat 15:33:16-da Rusiya Federasiyasının Krasnodar şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmişdir. İş materiallarında olan İş materiallarında olan dövlət sərhədindən giriş-çıxışa dair İAMAS məlumatından müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə, saat 14:22:01-də Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Minvodı şəhərinə gedmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə yeni qərar qəbul edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında 01 aprel 2024-cü il tarixli qərarından görünür ki, xx.xx.1986-cı ildə Xaçmaz rayonunun, Köhnə-Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu olmayan, subay, Xudat şəhəri, 4-cü şöbədə qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənib, çağırışa gəlməkdən boyun qaçırdığı üçün tutulub istintaqa təqdim edilənədək ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 14 may 2024-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə bir sıra zəruri istintaq hərəkətlərinin aparılmasına zərurət yarandığından iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə 16 may 2024-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay müddətinə, yəni 28 may 2024-cü il tarixdən 28 iyul 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli 1(067)-82/2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri secilmiş, həbsdə saxlama müddəti 02 ay 07 gün, yəni 28 iyul 2024-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan cinayət işi üzrə icraatın dayandırılması haqqında 21 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə ölkə ərazisini tərk etdiyi üçün ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan cinayət işinin icraata götürülməsi və icraatın təzələnməsi haqqında 07 fevral 2025-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi Xaçmaz rayon X10 Bölməsinin müstəntiqi, polis baş leytenantı Taleh Ağayevin icraatına qəbul edilmiş və dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan Rusiya Federasiyasının Tobolsk şəhər Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli 3/2-61/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə saxlanılmış və onun həbsdə saxlama müddəti 4 ay 22 gün, yəni 23 mart 2025-ci il tarixinədək uzadılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin nəzərə alınması barədə 17 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası, Tumen vilayəti Tobolsk şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı nəzərə alınması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan ifadəni yerində yoxlanılması haqqında 17 fevral 2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Xudat şəhəri, M.F.Axundov küçəsində, asfaltbeton örtüklü yoldan şərq istiqamətində 20 metr aralı məsafədə yerləşən mağazanın qarşısına çataraq həmin mağazanı göstərərək, 03 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində tanışı Şahid2 ilə birlikdə həmin mağazaya daxil olaraq oradan 4254 manat pulu, masanın üstündə olan qutunun içərisindəki qəpik pulları, kompyuterin UPS-ni (kəsilməz enerji qaynağını),divara quraşdırılmış rəfin üstünə düzülmüş 30 qutu «KENT 4» markalı siqaretləri oğurladıqlarını bildirmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 18 fevral 2025-ci il tarixli qərarından görünür ki, 03 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazada quraşdırılmış video müşahidə kamerası ilə qeydə alınmış video görüntülərin köçürüdlüyü 01 ədəd “CD” formatlı disk cinayət işi üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ünvan 5 ünvanladığı ərizədən görünür ki, baş vermiş oğurluq hadisəsi zamanı ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Onunla barışdığını ona qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İƏD nümayəndəliyi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli, 172/2 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 ünvanında olmaqla Xaçmaz-Xudat avtomobil yolundan şərq istiqamətində 20 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazadan oğurluq etmək qərarına gələrək bu məqsədlə 03 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində həmin mağazanın arxa tərəfinə getmiş və mağazada heç kəsin olmadığına əmin olduqdan sonra taxta pilləkəni qapıya söykəyib üstünə çıxmaqla mağazanan arxa tərəfində olan dəmir qapının üst hissəsindəki pəncərənin torunu üzərində olan bıçaqla kəsdikdən sonra Şahid2lə birlikdə qanunsuz olaraq mağazanın anbarına, daha sonra isə anbardan götürdüyü bıçağı içəridəki plastik materialdan olan qapının arasına salıb açmaqla saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olaraq masanın alt hissəsində olan dolabdan 4254 manat pulu, masanın üstündə olan qutunun içərisindən 20 manat məbləğində qəpik pulları, 30 manat dəyərində kompyuterin UPS-ni (kəsilməz enerji qaynağını), divara quraşdırılmış rəfin üstündən isə hər biri 3 manat 75 qəpik olmaqla 112 manat 50 qəpik dəyərində olan 30 qutu «Kent4» markalı siqaretləri qanunsuz götürüb aparmaqla ümumilikdə 4416 manat 50 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməllərində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübut olunduğundan onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunundan görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını və zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmaması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs”növündə qətimkan tədbiri dəyişdirilmədən saxnılsın. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun). Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 23 sentyabr 2024-cü il tarixdən hesablansın. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar