Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-85/2020 26.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Quba rayonunun Cimi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Xaçmaz rayonunun Çinartala kəndində yaşayan, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli axtarış qərarı ilə barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 03 radələrində sərxoş vəziyyətdə, idarə etdiyi VAZ-21011 markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobili llə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus, Xaçmaz-Xudat yolunun Çinartala kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Murad” marketin qarşısına gələrək, heç bir əsaslı səbəb olmadan avtomaşını mağazanın qapısına vurub saxlamış, avtomaşından düşərək mağazanın gözətçisi Şahid1 Mövlud oğlunu ucadan nalayiq söyüşlərlə söyərək təhqir etmiş, sonra mağazada satmaq üçün qoyulmuş içərisində nar şirələri olan bir litlik şüşə qabları mağazanın şüşəsinə vuraraq şüşəni sındırmış, eləcə də mağazanın içərisində olan müxtəlif ərzaq məhsullarını, habelə kompyüterləri yararsız hala salıb avtomobili ilə hadisə yerindən çıxıb getmişdir. Təqsirləndirilən şəxs bir az keçmiş yenidən mağazanın qarşısına qayıdaraq öz qərəzli hərəkətlərini davam etdirib mağazanın qarşısında qoyulmuş plastik qabları və yeşikləri avtomaşını ilə vuraraq dağıtmış, hadisə yerindən gedərkən Zərərçəkmiş şəxs məxsus “Prado” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferinin sol hissəsini vurub zədələyərək hadisə yerindən uzaqlaşmışdır. Bununla da o, insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkəti törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə bir qədər spirtli içki qəbul etdikdən sonra sərxoş olduğundan gecə saatlarında, idarə etdiyi Vaz-21011 markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus, Xaçmaz-Xudat yolunun Çinartala kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Murad” marketin qarşısına gələrək, səbəbsiz yerə avtomobili idarə edərək mağazanın qapısına vurub saxlamış, yerə düşərək mağazanın gözətçisi Şahid1 Mövlud oğlunu söymüş, sonra mağazanın içərisində nar şirələri olan bir litlik şüşə qabları mağazanın şüşəsinə vuraraq şüşəni sındırmış, mağazanın içərisində olan müxtəlif ərzaq məhsullarını, habelə kompyüterləri yararsız hala salıb oradan çıxıb getmiş, yenidən qayıdaraq mağazanın qarşısında qoyulmuş plastik qabları və yeşikləri avtomaşını ilə vuraraq dağıtmış, oradan avromobili ilə gedərkən Zərərçəkmiş şəxs məxsus “Prado” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferinin sol hissəsini vurub zədələmişdir. Törətmiş olduğu cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirir, barəsində həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə, saat 03 radələrində Xaçmaz rayonunun Çinartala kəndində yaşayan Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə ona məxsus Xaçmaz-Xudat yolunun Çinartala kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Murad” marketə gələrək avtomaşınını mağazanın qapısına vurub saxlamış, düşərək mağazanın gözətçisi Şahid1 Mövlud oğlunu söyüb təhqir etmiş, daha sonra mağazanın içərisində nar şirələri olan bir litlik şüşə qabları mağazanın şüşəsinə vuraraq şüşəni sındırmış, mağazanın içərisində olan müxtəlif ərzaq məhsullarını, habelə kompyüterləri yararsız hala salıb oradan çıxıb getmiş, yenidən mağazanın qarşısına qayıdaraq mağazanın qarşısında yerə qoyulmuş plastik qabları və yeşikləri avtomaşını ilə vuraraq dağıtmış, oradan gedərkən avtomobili ilə ona məxsus “Prado” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferinin sol hissəsini vurub zədələmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxsin yaxınları tərəfindən ödənilmiş və aralarında barışıq əldə olunmuşdur. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 Mövlud oğlu ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21011 markalı avtomobili ilə onun gözətçi kimi işlədiyi Zərərçəkmiş şəxs məxsus Xaçmaz-Xudat yolunun Çinartala kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Murad” marketin qarşısına gələrək idarə etdiyi avtomaşınını mağazanın qapısına vurub saxlamış, avtomaşından yerə düşərək onu söyüb təhqir etmiş, daha sonra mağazanın içərisində nar şirələri olan bir litlik şüşə qabları mağazanın şüşəsinə vuraraq şüşəni sındırmış, mağazanın içərisində olan müxtəlif ərzaq məhsullarını, habelə kompyüterləri yararsız hala salıb oradan çıxıb getmiş, az keçməmiş yenidən mağazanın qarşısına qayıdaraq yerə qoyulmuş plastik qabları və yeşikləri avtomaşını ilə vuraraq dağıtmış, gedərkən idarə etdiyi avtomobili ilə Zərərçəkmiş şəxs məxsus “Prado” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferinin sol hissəsini vurub zədələmişdir. Həmin vaxt oraya gələn mağazanın sahibi Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xudmətinə zəng vuraraq məlumat vermiş, bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin X1 əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 09:00 dan xx xxxxx 2020-ci il saat 09:00-dək şöbənin əməliyyat istintaq qrupunun tərkibində xidmətdə olmuşdur. Xidmətdə olarkən saat 03:20 radələrində məsul növbətçi Xaçmaz rayonunun Çinartala kəndi ərazisində hadisə baş verdiyini, baş vermiş hadisə yerinə getmələrini bildirmişdir. O, Dövlət Yol Polisi əməkdaşları və təhqiqatçı ilə birlikdə hadisə yerinə getmişdir. Xaçmaz rayonu Çinartala kəndinin giriş hissəsində yerləşən “Murad” marketin sahibi Zərərçəkmiş şəxs həmin kənddə yaşayan Təqsirləndirilən şəxs avtomaşınla ona məxsus mağazanın giriş qapısına vuraraq, sonra isə mağazanın qarşısında olan nar şirələrini mağazanın qapısına və pəncərələrinə vuraraq onun əmlakını qəsdən vuraraq məhv etdiyini bildirmişdir. Həmin vaxt Şöhrət öz avtomobili ilə orada dayanmış, onlar yaxınlaşmaq istədikdə sonuncu avtomaşını sürüb bir az aralıda dayanmışdır. Bu zaman onlar Şöhrəti söhbətə tutub avtomaşından düşürtmək istəmiş, lakin sonuncu avtomaşına minərək oradan uzaqlaşmışdır. Sonradan dükanın sahibi Zərərçəkmiş şəxs şöbəyə gələrək Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer Zərərçəkmiş şəxs məxsus Xaçmaz- Xudat yolunun 8 km-də yerləşən ərzaq və təsərrüfat məhsulları satılan fərdi ticarət obyektidir. Ticarət obyekti yol kənarında yerləşdiyi üçün iki tərəfdən qonşu ticarət obyektləri ilə sərhəddir. Ticarət obyekti mişar daşından tikilib alkopanla üzlənmişdir. Bir mərtəbədən ibarət olmaqla üstü şifer, giriş qapısı sağ sol tərəfdən plastik materialdan olan pəncərələrdən ibarətdir. Obyektin qarşısına müxtəlif təsərrüfat məhsulları yığılmışdır. Zərərçəkmiş şəxs həmin məhsulları göstərərək xx xxxxx 2020-ci il tarixdə saat 03 radələrində Çinartala kəndində yaşayan Şöhrət adlı şəxsin idarə etdiyi avtomaşınla obyektin qapısına söykəyərək sındırdığını, sonra isə obyektin qarşısında olan 20 ədəd kompot şirə qablarını giriş qapısının şüşələrinə vurub sındırdığını və qapının giriş hissəsində olan məhsulların və iki ədəd kompyüterin yararsız hala düşdüyünü bildirmişdir. Bundan başqa Şöhrət mağazasının qarşısında olan əşyaları avtomaşını ilə vurub əzdiyini və ona məxsus Prado markalı avtomaşına sürtərək getdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsini xx xxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirli bilinərək 3 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə o, 2 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx xxxxxx 2017-ci ildə Xəzər raon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi- 11 ay 17 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Çinartala kəndi inzibati ərazi dairəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş və onlar barışmışlar. Buna görə də onun təqisirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 03 radələrində sərxoş vəziyyətdə, idarə etdiyi VAZ-21011 markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobili llə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus, Xaçmaz-Xudat yolunun Çinartala kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Murad” marketin qarşısına gələrək, heç bir əsaslı səbəb olmadan avtomaşını mağazanın qapısına vurub saxlamış, avtomaşından düşərək mağazanın gözətçisi Şahid1 Mövlud oğlunu ucadan nalayiq söyüşlərlə söyərək təhqir etmiş, sonra mağazada satmaq üçün qoyulmuş içərisində nar şirələri olan bir litlik şüşə qabları mağazanın şüşəsinə vuraraq şüşəni sındırmış, eləcə də mağazanın içərisində olan müxtəlif ərzaq məhsullarını, habelə kompyüterləri yararsız hala salıb avtomobili ilə hadisə yerindən çıxıb getmişdir. Təqsirləndirilən şəxs bir az keçmiş yenidən mağazanın qarşısına qayıdaraq öz qərəzli hərəkətlərini davam etdirib mağazanın qarşısında qoyulmuş plastik qabları və yeşikləri avtomaşını ilə vuraraq dağıtmış, hadisə yerindən gedərkən Zərərçəkmiş şəxs məxsus “Prado” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa buferinin sol hissəsini vurub zədələyərək hadisə yerindən uzaqlaşmışdır. Bununla da o, insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkəti törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu maddi zərəri ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan cərimə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manatmiqdarında cərimə cəzasınaməhkumedilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində 1000 (bir min) manat miqdarında cərimə cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-85/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-85/2020
26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver