Məhkəmə qərarları › İş №1(067)-85/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-85/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-85/2022 22.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1980-cı ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün 22 yanvar 2022-ci il tarixdə saat 14 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, Zərdabi küçəsində yerləşən 8 nömrəli evin qarşısında Şahid3 120 manata əldə etdiyi külli miqdarda, yəni 2,04 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 1,867 qramını həmin yerdə Şahid3 təmənnasız verdikdən sonra, qalan 0,173 qramını üzərində saxlamaqla daşımış, bu fakt, 23 yanvar 2022-ci il tarixdə Xaçmaz rayon X15 polis bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində saxlanılıb Xaçmaz rayon X15 polis bölməsinə gətirilərək həmin gün Xaçmaz rayon X15 polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən Xaçmaz rayon X15 polis bölməsinin inzibati binasında onun üzərinə saat 19:10-19:25 müddətində şəxsi axtarış keçirilən zamanı əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olmaqla 0,173 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu. Xudat şəhəri, Xudu Məmmədov küçəsində yerləşən 63 ünvanda yaşayır. O, əvvəllər bir neçə dəfə narkotik vasitə heroin istifadə etmişdir. Narkotik vasitə qəbul etmədiyi zaman onun bədənində ağrılar olur. Ona görə də, o, çalışmışdır ki, hardansa narkotik vasitə əldə edərək istifadə etsin. O, Xaçmaz rayonu Xudat şəhər sakini Şahid3 vasitəsi ilə bir neçə dəfə pul ilə narkotik vasitə heroin almışdır. Hər dəfəsində də, aldığı heroinin bir- bükümünü Şahid3 pay vermişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Samirin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək onun üçün narkotik vasitə heroin tapmasını istəmişdir. Samir də ona demişdir ki. “mən Maratın evində usta işləyirəm, gəl Şahid4 evlərinin yanına orada pulu mənə ver, mən sənə heroin tapıb verəcəyəm”, o da, Samirlə razılaşıb Şahid4 tanıdığı üçün sonuncunun yaşadığı Xudat şəhəri Zərdabi küçəsində yerləşən evinin qarşısına getmişdir. Oraya çatdıqdan sonra Samirə zəng etmiş və Samir çölə çıxmışdır. O, Samir ilə danışmış və sonuncuya onun üçün 3 büküm narkotik vasitə olan heroin tapmasını demişdir. Samir də demişdir ki, “sən mənə 4 bükümün pulunu ver. birini özüm üçün alım 3 bükümünü də sənə verim”. O, əvvəl də Samirin vasitəsi ilə heroin aldığından bilmişdirki, bir bükümün qiyməti 30 manatdır. Buna görə Samirə 4 büküm üçün 120 manat (bir ədəd 100 manatlıq, bir ədəd 20 manatlıq) pul əskinazı vermiş və Samir Maratgilin evinə daxil olmuşdur. Həmin gün, yəni xx.xx.2022ci il tarixdə saat 14 radələrində Samir yenidən qapıya çıxmış və ona 04 büküm narkotik vasitə olan heroin vermişdir. İçərisində heroin olan bükümlərin ikisi sellofan büküm,ikisi isə falqa büküm olmuşdur. O, içərisində heroin olan falqa bükümün birini Samirə vermiş, daha sonra isə içərisində narkotik vasitə heroin olan digər 03 bükümü götürüb oradan uzaqlaşmışdır. Həmin gün bükümlərin bir ədədini, ertəsi gün isə bir ədədini istifadə etmişdir. Qalan bir ədəd büküm isə əynindəki gödəkcənin sağ yan cibində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Xudat şəhəri M.F.Axundov küçəsində piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimli tanımadığı şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər və özlərini təqdim etdikdən sonra onun narkotik vasitə saxlamaqda, daşımaqda şübhəli olduğumu demişlər, daha sonra isə onu Xudat polis bölməsinə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşlarına etiraz etmədən bölməyə gəlmişdir. Onlar bölməyə gəldikdən bir qədər sonra müstəntiq tərəfindən o, cinayət törətməkdə şübhəli şəxs kimi tutulmuşdur, daha sonra ona müdafiəçi təyin edilmişdir. Müdafiəçinin iştirakı ilə Xudat PB-nin inzibati binasında videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. O da, şəxsi axtarış zamanı əynindəki gödəkcənin sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofanda olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Həmin heroini haradan əldə etdiyini soruşan zaman Samir adlı şəxsdən aldığını etiraf etmişdir. Sonra müstəntiq üzərinə baxmış və şalvarının arxa cibindən 01 ədəd özünə məxsus olan “VİAAN” markalı mobil telefon aşkar edilmişdir. Sonra da təqdim etdiyi sellofan büküm bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, həmçinin mobil telefon da müstəntiq tərəfindən götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitə heroini 22 yanvar 2022-ci il tarixdə Şahid3 Xudat şəhəri, Zərdabi küçəsində almış. Şahid3 də həmin narkotik vasitəni Şahid4 alıb ona satmışdır. O, narkotik vasitələrin istifadəçisi olsa da, satışı ilə məşğul olmamışdır. Onun istifadəsində olan mobil telefon nömrəsi ***-***-**-** saylı mobil nömrədir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir qanunsuz hərəkət edilməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, ailəsi ilə birlikdə Xudat şəhəri. 28 may küçəsi ev 54-də yaşayır. O, təxminən 4-5 aydır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. O, X3 əvvəlcədən tanımışdır. Belə ki, Reyhan narkotik vasitə qəbul etdiyi üçün, o, hərdən Reyhanla birlikdə narkotik vasitə qəbul etmişdir. Onlar birlikdə narkotik vasitə qəbul edəndə, o, Reyhandan istifadə etdikləri narkotik vasitələri haradan əldə etdiyini soruşduqda sonuncu haradan əldə etdiyini deməmişdir. Onun üçün də Reyhanın narkotik vasitəni haradan əldə etməsi maraqlı olmamışdır. 2022-ci ilin yanvar ayının 18-19-da Reyhan ona evlərinin mətbəxini təmir etməsini demişdir. Onun işi olmadığı üçün də həmin vaxt Reyhanın təklifini qəbul edib onların evində işləməyə razı olmuşdur. 20 yanvar 2022-ci il tarixdə o, Reyhangilin evində usta işləməyə başlamışdır. O, Reyhangilin evində işləyən zaman, Reyhanla ikisi birlikdə narkotik vasitə qəbul etmişlər. Reyhanın atası taksi faəliyyəti ilə məşğul olduğu üçün işləməyə getmiş, Reyhanla o evdə tək qalaraq birlikdə rahat şəkildə narkotik vasitələrdən istifadə etmişlər. Onlar, əsasən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə etmişlər. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində qohumu Asif ona zəng edərək əlində 120 manat pul olduğunu, həmin pula narkotik vasitə olan heroin almaq istədiyini, onun üçün narkotik vasitə heroin tapmasını istəmişdir. O da bildirmişdir ki, evində usta işlədiyi Marat əvvəlcədən narkotik vasitələrin satışı ilə məşğul olur. Ona görə də Marata demişdir ki, “əgər səndə kakos varsa, dayım oğlu kakos istəyir”, Marat da cavab vermişdir ki, “təşkil eliyərik”. Bundan sonra o, Asifi Maratın evinin qarşısına dəvət etmişdir. Bir neçə dəqiqə sonra Asif Maratın evinin yanına gəlmiş, o, Maratın evindən çıxıb Asiflə görüşmüşdür. Asif orada ona demişdir ki, onun 120 manat pulu vardır, dörd büküm kakos, yəni narkotik vasitə olan heroin istəyir. O da Asifə demişdir ki, “sən mənə dörd bükümün pulunu ver, mən Maratdan sənə dörd büküm narkotik vasitə olan heroin alım, ancaq həmin bükümlərdən birini mənə verərsən”. Asif də onunla razılaşmış və gedib heroini gətirməsini bildirmişdir. Bundan sonra o, evə, Maratın yanına getmişdir. Evdə Marat ondan dayısı oğlunun nə qədər pulunun olduğunu soruşduqda o, 4 bükümlük, yəni 120 manatlıq lazım olduğunu bildirmişdir. Marat da dedi ki, “gözlə gedib gətirirəm”. Həmin vaxt o. Marata demişdir ki, “sənə bu qədər xeyir verirəm, satmaqda köməklik edirəm, heç olmasa mənə üstündə bir büküm patı ver”. Marat yaxşı deyib onunla razılaşmışdır. Bunu deyib Marat idarə etdiyi özünə məxsus avtomobilə əyləşib evdən uzaqlaşmışdır. Təxminən 10 dəqiqə sonra Marat qayıdıb gəlmiş və ona 04 büküm narkotik vasitə olan heroin, əlavə olaraq da bir büküm psixotrop maddə olan metamfetamin vermişdir. O, Maratdan 04 büküm heroini götürüb, Maratgilin evinin yerləşdiyi küçənin başında qohumu Asiflə görüşüb Asifə vermişdir. Əvvəlcədən danışığıqlarına görə, Asif içərisində heroin olan bükümlərdən bir ədədini ona verməli idi. Danışdıqları kimi o, Asifə 04 büküm narkotik vasitə heroini vermiş. Asif də həmin heroinin əvəzində 120 manat pul, əlavə olaraq həmin dörd bükümdən bir büküm heroin də ona pay vermişdir. O, 120 manat pulu və bir büküm narkotik vasitə olan heroini götürüb Maratın evinə gəlmişdir. Marata Asifin verdiyi 120 manatı vermiş və əlavə olaraq demişdir ki, dayısı oğlu əlavə olaraq bir büküm də pay vermişdir. Bunları dedikdən sonra o, Maratın ona verdiyi metamfetamini və Asifin ona verdiyi bir büküm heroini cibinə qoyub saxlamışdır. 22 yanvar 2022-ci il tarixdə axşam saatlarında Murad Reyhangilin evinə gəlmişdir. O da, həmin vaxt usta işləmişdir deyə Reyhan və Muradın yanında olmuşdur. Onlar üçü birlikdə Reyhangilin evində, onun təmir etdiyi otaqda narkotik vasitələdən və psixotrop maddədən istifadə etmişlər. Belə ki, onlar həmin gecə narkotik vasitə olan heroin və marixuana istifadə etmişlər. Onlar narkotik vasitə istifadə etdikdən sonra Muraddan ona təmənnasız verməsi üçün narkotik vasitə istəmişdir. Çünki onun narkotik vasitə alması üçün imkanı olmamışdır. Ona görə də Muraddan narkotik vasitəni təmənnasız verməsini istəmişdir. Murad da həmin vaxt cibindən çıxarıb ona içərisində bükümlər olan siqaret qutusunun sellofan üzlüyünü vermişdir. Həmin sellofan bükümün içərisində bir ədəd kağız bükümdə narkotik vasitə olan heroin, bir ədəd iri sellofan bükümdə narkotik vasitə olan heroin, bir ədəd salfet bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd kağız bükümdə psixotrop maddə olan “patı” kimi tanıdığı metamfetamin olmuşdur. O, Muradın verdiyi sellofan bükümü götürüb cibinə qoymuşdur. Bundan sonra həmin gün axşam saat 20 radələrində Murad Reyhangilin evindən getmişdir. Murad getdikdən sonra Reyhan da gedib yatmışdır. Murad oradan gedərkən, masanın üzərində bir ədəd salfet bükümdə narkotik vasitə olan qurudulmuş marixuana qalmışdır. Murad həmin bükümü də istifadə etməsi üçün ona saxlamışdır. Çünki həmin gün narkotik vasitədən çox istifadə etmişlər və demək olar ki, doymuşlar. O da, həmin narkotik vasitəni istifadə edər deyə masanın üzərində saxlamışdır. Daha sonra o da, həmin gecə Reyhangilin evində qalmışdır. xx.xx.2022-ci il tarixdə o, səhər saatlarında durub yenidən usta işləməyə başlamışdır. Usta işləyən zaman istifadə edər deyə, cibində olan, xx.xx.2022-ci il tarixdə Asifin ona verdiyi bir büküm narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa həmin masanın üzərində xx.xx.2022-ci il tarixdə Muraddan qalan, bir ədəd salfet bükümdə narkotik vasitə olan qurudulmuş marixuana da olmuşdur. O, həmin narkotik vasitələrdən işləyə-işləyə istifadə etməyi fikirləşmişdir. Muradın xx.xx.2022-ci il tarixdə ona verdiyi sellofan bükümdə olan heroindən və metamfetamindən istifadə edəndə görmüşdür ki, nə isə keyfiyyətsizdir. Bu səbəbdən xoşu gəlmədiyinə görə o, Muradın ona verdiyi narkotik vasitələri istifadə etməyib cibinə qoymuşdur. Həmçinin, Maratın ona verdiyi bir ədəd bağız bükümdə olan psixotrop maddə olan metamfetaini də, Muradın ona verdiyi narkotik vasitələrin yanına qoymuşdur. xx.xx.2022-ci il tarixdə o, Maratın evində olan zaman, Maratın yaşadığı evin qapısına kiminsə gəlib Maratı çağırdıqlarını eşitmişlər. Həmin vaxt evdə Marat və ondan başqa heç kim olmamışdır. Marat səsi eşidib qapıya çıxmış, bir neçə dəqiqə sonra Marat onu da qapıya dəvət etmişdir. O, orada bilmişdir ki, gələn şəxslər polis əməkdaşlarıdır. Bundan sonra gələn polis əməkdaşları onun da iştirakı ilə Maratın yaşadığı evə videoçəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Baxış başlamamışdan əvvəl, Marat evində narkotik vasitə olmadığını və evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Həmçinin, baxış başlamamışdan əvvəl, o, etiraf edərək bildirmişdir ki. o, Maratla birlikdə 04 büküm narkotik vasitə olan heroini Asifə 120 manat pula satmışdır və həmin heroini Maratın evində Marat ona vermişdir. Orada onun dediklərini Marat da təsdiqləmişdir. Bundan sonra onlar baxış keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə Maratın evinin girişinə getmişlər. Orada müstəntiq soruşmuşdur ki, Marat ona narkotik vasitəni harada vermişdir, o da, təmir etdiyi otağı göstərib həmin otaqda verdiyini bildirmişdir. Bu zaman polis əməkdaşları evə daxil olmuşlar. Baxış zamanı Maratın evində, onun təmir etdiyi otaqda olan masanın üzərindən bir ədəd bükümdə narkotik vasitə olan heroin, bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilmiş və müstəntiq tərəfindən götürülmüşdür. Maratın yaşadığı evə keçirilmiş baxış zamanı, videoçəkilişin olduğunu görüb qorxduğu üçün o, orada demişdir ki, Maratın evindən aşkar olunmuş marixuana və heroindən onun xəbəri yoxdur. Halbuki, həmin heroin və marixuana onun olmuşdur. Belə ki, orada olan kağız bükümdəki heroin, Maratla onun Asifə satdığı dörd bükümdən biri olmuşdur. O, həmin dörd bükümü qohumu Asifə verəndə. Asifin ona verdiyi bir büküm olmuşdur. Marixuana isə, bir gün əvvəl Murad, Reyhangilin evinə gələndə birlikdə istifadə etdikdən sonra Muraddan ona qalan marixuana olmuşdur. Murad, həmin vaxt narkotik vasitələri özü ilə gətirmişdir. Maratın evindən, əlavə olaraq bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Maratın evinə baxış keçirilən zaman, Marat özü də ona dörd büküm narkotik vasitə heroin verdiyini etiraf etmişdir. Bundan sonra onun üzərimə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, polis idarəsinə gəlmək üçün yola düşmüşdür. Maratın yaşadığı evdən polis əməkdaşları ilə birlikdə polis idarəsinə gedən zaman yol boyu cibində olan narkotik vasitəni atmaq üçün imkan olmamışdır. Ona görə də o, cibində olan narkotik vasitəni ata bilməmişdir. Polis idarəsində o, şübhəli şəxs kimi tutulmuş və vəkil dəvət olunmuşdur. Vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən iki ədəd bükümdə psixotrop maddə olan metamfetamin, iki ədəd bükümdə də narkotik vasitə olan heroin və bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroin olan bükümləri Murad ona bir gün əvvəl təmənnasız vermiş, iki ədəd bükümdə olan psixotrop maddə metamfetaminin bir bükümü Maratın ona pay olaraq verdiyi, bir ədədi isə Muradın ona verdiyi bükümün içərisində olan bükümlərdən olmuşdur. Bundan başqa, üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana da Muradın bir gün əvvəl ona verdiyi bükümün içərisində idi. O, Muradın verdiyi metamfetamindən və heroindən bir az istifadə edib görmüşdür ki, keyfiyyətli deyil. İçərisində heroin olan bükümlərin birinin içərisində təxminən 5-6 qram heroin olmuşdur. Çünki Murad ona həmin bükümü verən zaman demişdir ki, içərisində 5 qramdan çox heroin, bir də az miqdarda psixotrop maddə olan metamfetamin və bir salfet bükümdə də narkotik vasitə olan qurudulmuş marixuana vardır. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr müstəntiq tərəfindən götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. O, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamış, ancaq 22 yanvar 2022-ci il tarixdə Maratla birgə Təqsirləndirilən şəxs 120 manat müqabilində 04 büküm narkotik vasitə olan heroin satmışdır. Şahid4 evinə keçirilmiş baxış zamanı aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitə heroin və bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana ona məxsusdur, ancaq baxış zamanı videoçəkilişin olduğunu görüb qorxduğundan həmin narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Şahid4 əvvəllər onun özünə narkotik vasitə satmamışdır. O, Təqsirləndirilən şəxsa narkotik vasitə heroini 22 yanvar 2022-ci il tarixdə saat 14 radələrində Xudat şəhəri, Zərdabi küçəsində satmışdır. O, Şahid4 əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirsə də, konkret olaraq kimlərə satması barədə bir məlumatı yoxdur. O, əvvəllər də, bir neçə dəfə Xudat şəhərində tanımadığı şəxslərdən narkotik vasitə heroin alıb qohumu Təqsirləndirilən şəxsa vermiş, sonuncu da həmişə ona bir büküm heroin pay vermişdir. O, fikirləşmişdir ki, Şahid4 narkotik vasitə heroin satmaqda köməklik etsin, mənfəət olaraq isə Maratdan özü üçün metamfetamin istəsin. Çünki onun narkotik vasitə almaq üçün pulu olmamış, pul əvəzi olaraq da metamfetamin götürmüşdür. Həm də Asifdən də, bir büküm heroinin ona mənfəət qalacağını planlaşdırmışdır. Şəxsi axtarış zamanı onun üzərimdən narkotik vasitə heroin və qurudulmuş marixuanadan başqa, iki ədəd bükümdə də psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. İçərisində psixotrop maddə metamfetamin olan bükümlərdən biri böyük, digər isə ona nisbətən balaca olmuşdur. Böyük bükümü ona Şahid4 vermişdir. Həmin metamfetamin Maratdan ona qalan mənfəət olmuşdur. Onun istifadəsində olan mobil telefon nömrəsi ***- ***-**-** saylı mobil nömrədir. O, polis əməkdaşları ilə birlikdə polis bölməsinə gedərkən və bundan sonra onun hüququları pozulmamış və ona qarşı hər hansı bir qanunsuzluq olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, Zərdabi küçəsində yerləşən 8 nömrəli evdə yaşayır. O, özünə məxsus olan “Tayota Yaris” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. O, narkotik vasitə satmış olsa da, özü heç vaxt narkotik vasitə qəbul etməmişdir. O, iki dəfə evlənmişdir. Belə ki, onun ikinci arvadından 3 övladı olmuş, lakin ondan da boşanmış, boşandıqdan sonra uşaqlar üçün ona aliment kəsildiyinə görə hazırda aliment ödəyir. Birinci arvadından olan qızı Mirzəyeva Reyhan onunla bir evdə yaşayır və Reyhan təxminən dörd il olar ki, narkotik vasitələrdən istifadə edir. Bir neçə gün əvvəl, qızı Reyhan ona demişdirki, tanıdığı Samir adında usta vardır, Samirin yaxşı əl qabiliyyəti vardır. O, Reyhan deyən kimi Samiri tanımışdır. O, Samiri avara biri kimi tanımışdır. Ancaq qızı Reyhan Samirin gəlib onlarıln evi təmir etməsi məsələsində israr etdikdə, o, razılıq verərək Samirin işləməsinə icazə vermişdir. X14 narkotik vasitələrin aludəçisidir. Ona görə də, Reyhan gecə evə gec saatlarda gəlmişdir. O, bilmişdir ki, Reyhan küçədə digər narkotik vasitə istifadəçilərinə qoşulub deyə gec gəlir. Ona görə də, xx.xx.2022-ci il tarixdə o, qızı Reyhana demişdir ki, gedib kimdən tapa bilirsə tapıb narkotik vasitə alıb sonra gətirib ona versin, o da həmin narkotik vasitədən Reyhana az-az versin. O, fikirləşmişdir ki, əgər Reyhan kimdənsə narkotik vasitə alıb gətirsə, o, həmin narkotik vasitədən Reyhana az-az verər, Reyhan da evə gec gəlməz və kiməsə narkotik vasitəyə görə ağız açmaz. Reyhan onun bu təklifindən sonra bildirmişdir ki, o, sonuncuya 200 manat pul versin, Reyhan da həmin pulun əvəzində narkotik vasitə alıb gətirib ona verəcəkdir. O, Reyhanın dediyi kimi, xx.xx.2022-ci il tarixdə Reyhana 200 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Reyhan evə gec gəlmiş, hətta 20 yanvar 2022-ci il tarixdə saat 01 radələrində evə gəlmişdir. Həmin gecə Reyhan evə gələndə, gətirib ona bir neçə bükümdə narkotik vasitə heroin vermişdir. Reyhan həmin narkotik vasitə olan heroinin yanında, bir ədəd kağız bükümdə də ona ağ rəngli kütlə vermişdir. Sonradan öyrənmişdir ki, həmin ağ rəngli kütlə psixotrop maddə olan metamfetamindir. O. Reyhandan narrkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini götürdükdən sonra onlar yatmışlar. xx.xx.2022-ci il tarixdə Samir gəlib onların evinin mətbəxini təmir etməyə başlamışdır. 21 yanvar 2022-ci il tarixdən 22 yanvar 2022-ci il tarixdədək o. Reyhana həmin qəhvəyi rəngli toz şəklində olan maddələrdən istifadə etməsi üçün bir neçə dəfə çox az miqdarda vermişdir. O, Reyhana həmin narkotik vasitədən az-az vermişdir ki, bəlkə Reyhanı narkotik vasitələrə aludəçilikdən qurtara bilər. Ancaq Reyhanı narkotik vasitə ilə təmin etmişdir ki, sonuncu narkotik vasitələrə görə kiməsə yalvarmasın və kimdənsə asılı vəziyyətə düşməsin. O, sonradan öyrənmişdir ki, Reyhan, narkotik vasitəni Murad adlı şəxsdən almışdır. O, Muradı əvvəlcədən tanımışdır. Reyhan Murad adlı şəxsdən aldığı bir büküm narkotik vasitə olan heroini evdə bir neçə bükümə bölmüşdür. O, həmin narkotik vasitədən 22 yanvar 2022-ci il tarixədək Reyhana verdikdən sonra, onda dörd büküm narkotik vasitə olan heroin, bir ədəd əlavə olaraq Reyhanın ona verdiyi patı, yəni psixotrop maddə olan metamfetamin qalmışdır. 22 yanvar 2022-ci il tarixdə saat təxminən 13:30 radələrində evində usta işləyən Şahid3 evdən çıxıb təxminən 10 dəqiqə sonra yenidən evə onun yanına qayıdıb onda demişdir ki, “bir nəfər kakos istəyən var, bir bükümünə 30 manat pul verirlər, təşkil edə bilərsənmi?”. Həmin vaxt ağlına Reyhan üçün aldığı narkotik vasitə gəlmişdir. Ona görə də Samirə demişdir ki, “təşkil eləyərəm”. Onun həmin vaxt pula ehtiyacı olduğu üçün, o, fikirləşmişdir ki, Reyhan üçün aldığı narkotik vasitəni satıb pul əldə etsin, sonra Reyhan yenə də özü üçün hardansa tapıb narkotik vasitə alar. Ona görə də, o, Samirə demişdir ki, “mən çıxım görüm haradan tapa bilirəm”. Bu zaman Samir ona demişdir ki, “sənə görürsən narkotik vasitə satmağa köməklik edirəm, heç olmasa mənə üstündə bir az pay olaraq patı ver”. O da, Samirə yaxşı deyib, evdən Reyhan üçün aldığı narkotik vasitələri götürüb özünə məxsus olan “Toyota Yaris” markalı avtomobilə əyləşib evdən çıxmışdır. O, belə etmişdir ki, Samir ona verəcəyi narkotik vasitələri öz evimdən götürdüyünü bilməsin. Beləliklə, o, avtomobil ilə Xudat şəhərində təxminən 10 dəqiqə fırlandıqdan sonra, yenidən yaşadığı evə qayıtmışdır. O, saat 14 radələrində evə gəlmiş və evə gələn kimi Reyhan üçün aldığı dörd büküm narkotik vasitə olan heroini 120 manat məbləğində pula satması üçün Samirə vermiş, əlavə olaraq bir ədəd kağız bükümdə də, Samirə psixotrop maddə olan metamfetamin pay vermişdir. Samir onun verdiyi metamfetamini götürüb cibinə qoymuş, daha sonra demişdir ki, dörd büküm heroini də çıxıb almaq istəyən adama verib 120 manatı götürüb gələcəkdir. O da “yaxşı” deyib Samirin gedib gəlməsini gözləmişdir. Təxminən 10 dəqiqə sonra Samir evə, onun yanına gəlib ona bir ədəd 100 manatlıq, bir ədəd də 20 manatlıq əskinazlar olmaqla, ümumilikdə ona 120 manat pul vermişdir. O da, həmin pulu götürüb cibinə qoymuşdur. Bundan sonra Samir bir neçə dəqiqə əvvəl Asifə satması üçün götürdüyü dörd büküm heroindən bir bükümünü cibindən çıxarıb ona göstərmiş və demişdir ki, satdığı adam həmin dörd bükümdən bir bükümünü ona pay vermişdir. Daha sonra Samir həmin bükümü özünün istifadə etməsi üçün açıb otaqda olan masanın üzərinə qoymuşdur. Bundan sonra o, taksi fəaliyyəti ilə məşğul olmaq üçün evdən çıxıb getmiş, həmin gün bir də axşam saat 22 radələrində evə gəlmişdir. O, evə gəldikdən sonra görmüşdür ki, Reyhan yatmışdır, daha sonra görmüşdür ki, Samir də onun evində qalmışdır. O, Samirə gecələr onun evində qalmasına icazə vermişdir. Səhəri gün, yəni 23.01,2022-ci il tarixdə o. Samirin təmir etdiyi otağa girəndə görmüşdür ki, otaqda olan masanın üzərində bir ədəd ağ rəngli salfetdə qurudulmuş bitki kütləsi vardır. O bilmişdir ki, həmin bitki kütləsi “nəşə", yəni narkotik vasitə olan qurudulmuş marixuanadır. O, Samirin əvvəlcədən narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün, heç bir reaksiya verməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Samirdən masanın üzərində olan narkotik vasitə qurudulmuş marixuananı haradan əldə etdiyini soruşduqda, Samir Murad adlı şəxsin verdiyini bildirmişdir. Daha sonra həmin gün, yəni xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrində o, Samirlə onun evində olan zaman, evinin həyətinin giriş qapısından kiminsə onu çağırdığını eşitmişdir. Bu zaman əvvəlcə o, qapıya getmiş, daha sonra Samir də onun yanına gəlmişdir. Qapıya çıxan zaman, qapıda olan şəxslər polis əməkdaşları olduqlarını, onun yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələr əldə etdiyinə, saxladığına, daşıdığına və satdığına görə yaşadığı evə baxış keçirmək istədiklərini, baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşlar, o da etirazının olmadığını və yaşadığı evdə narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı evə daxil olaraq Samirin təklifi ilə evin təmir olunan otağına daxil olmuşlar. Həmin otaqdakı masanın üzərindən bir ədəd kağız bükümdə narkotik vasitə olan heroin və bir ədəd kağız bükümdə də narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Baxış zaman videoçəkilişdən istifadə edilmişdir. O, baxış zamanı demişdir ki. masanın üzərində olan heroin və marixuana ona məxsus deyildir, onlar Samirə məxsusdur. Ancaq Samir də orada demişdir ki, həmin heroin və marixuana ona məxsus deyildir. Bundan sonra müstəntiq həmin xüsusatın aydınlaşdırılacağını bildirmiş, aşkar olunmuş heroin və marixuananı bir ədəd zərfdə qablaşdırmışdır. Bundan başqa, həmin otaqda olan masanın üzərindən bir ədəd elektron tərəzi aşkar olunmuşdur. O, taksi sürücüsü olduğu üçün həmin tərəzi müştərilərin birindən ona qalmışdır. O da, həmin tərəzini avtomobilində tapdıqdan sonra gətirib evə qoymuşdur. Baxış zamanı, o, Samir vasitəsi ilə Asifə 120 manat məbləğində pula dörd büküm narkotik vasitə olan heroin satdığını etiraf etmişdir. O. həmin pulu xərcləməmişdir deyə müstəntiq həmin 120 manat pulu ondan istədikdə, o, həmin bir ədəd 100 manatlıq, bir ədəd də 20 manatlıq əskinazları müstəntiqə təhvil vermişdir. Bundan sonra baxış orada yekunlaşmış və videoçəkiliş dayandırılmışdır. Bundan sonra yaşadığı evə baxış keçirilməsi haqqında protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, düzgün yazıldığı üçün o və baxışda iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Sonra da onlar Xaçmaz Rayon Polis Şöbəsinə gəlmişlər, orada ona vəkil təqdim edilmiş, hüquqları izah olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. O, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamış, ilk dəfə Samirlə birlikdə 22 yanvar 2022-ci il tarixdə satmışdır. O. xx.xx.2022-ci il tarixdə Asifə satdığı narkotik vasitə heroini X14 üçün alsa da, sonradan pula ehtiyacı olduğu üçün həmin narkotik vasitəni satmağa razı olmuş və 120 manat pula satmışdır. O, qızının narkotik vasitə heroini aldığı şəxsin Murad Qazıyev olduğunu sonradan öyrənmişdir. Qızı narkotik vasitə üçün ondan 200 manat almış, sonuncu narkotik vasitə aldıqdan sonra 20 yanvar 2022-ci il tarixdə saat 01 radələrində gətirib ona vermişdir. O, Şahid3lə birlikdə 04 büküm narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində yaşadığı Xaçmaz rayonu. Xudat şəhəri, Zərdabi küçəsində yerləşən 8 nömrəli evdə 120 manat pula satmış. Şahid3 də həmin narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Xudat şəhəri. Zərdabi küçəsində Təqsirləndirilən şəxs sataraq, ondan 120 manatı götürmüş və gətirib ona vermişdir. Onun istifadəsində olan mobil telefon nömrəsi ***-***-**-** saylı mobil nömrədir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir qanunsuz hərəkət edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz rayon X15 Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 23 yanvar 2022-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, Xudu Məmmədov küçəsi ev 63-də qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə işlədiyi bölmənin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Nemət Xurşudovla birlikdə 23 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində olduğunu müəyyən etmişlər və həmin yerdə Asifə yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması, avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin Xudat PB-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla Xudat PB-nə gəlmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra, müstəntiq dəvət edilmiş, daha sonra müstəntiq tərəfindən polis bölməsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra müstəntiq tərəfindən videoçəkilişlə müdafiəçinin, onun və digər polis əməkdaşının iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız büküm aşkar edilmişdir. Həmin bükümün içərisinə baxılan zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan şalvarın sol arxa cibindən bir ədəd mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümün içərisindən aşkar edilən qəhvəyi rəngli toz halında olan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini tanışı Samir adlı şəxsdən pul ilə aldığını etiraf etmişdir. Bundan sonra içərisində narkotik vasitə heroinə bənzər kütlə olan kağız büküm bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək ekspertizaya təqdim edilməsi üçün müstəntiq tərəfindən götürülmüşdür. İştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış barədə protokol tərtib edilmiş, hamıya ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs özü də digər iştirakçılar kimi protokolun doğru yazılmasını və qablaşdırılmış zərflərin tamlığını imzası ilə təsdiq etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir başqa əşya aşkar edilməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Xaçmaz rayon Polis Şöbəsinin, X4 əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz rayon X15 Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 23 yanvar 2022-ci il saat 19:10-dan 19:25-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 Nafıh oğlunun iştirakları ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X7 tərəfindən Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X5, Xaçmaz RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və müdafiəçi Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Nafıh oğlunun iştirakları ilə Xaçmaz rayonu. Xudat şəhəri, X.Məmmədov küçəsi ev 63-də yaşayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlandığı müəyyən olunur. Şəxsi axtarış keçirilməzdən əvvəl, prosesdə iştirak etmiş şəxslər özlərini təqdim edir. Bundan sonra müstəntiq Rəşad Babayev bildirir ki. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir ondan ötrü ki, xx.xx.2022-ci il tarixdə Xaçmaz RPŞ-nin Xudat PB-nə, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də. Xudat PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Bundan sonra müstəntiq X18 Abdullayevdən şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmamasını soruşur, sonuncu isə etirazının olmadığını bildirir. Bu zaman müstəntiq R.Babayev Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq gəzdirdiyi narkotik vasitə və ya psixatrop maddə varsa təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb otaqda olan masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşya olmadığını bildirsə də, müstəntiq tərəfindən onun üzərində şəxsi axtarış aparılan zaman, əynində olan şalvarın sağ arxa cibindən bir ədəd mobil telefon aşkar olunur. Bundan sonra müstəntiq, təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda. Təqsirləndirilən şəxs “kakos" yəni, narkotik vasitə olan heroin olduğunu bildirir. Müstəntiq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümü açıb içərisinə baxan zaman məlum olur ki, bükümün içərisində narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli toz halında kütlə olması görünür. Müstəntiq, bükümün içərisində olan heroinə bənzər kütləni haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs Samir adlı şəxsdən pul ilə özünün istifadəsi üçün aldığını, həmin narkotik vasitədən heç kimə satmadığını ,ümümiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirir. Bundan sonra müstəntiq Rəşad Babayev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümü bir ədəd ağ rəngli zərfdə qablaşdırır və möhürləyir. Daha sonra X18 Abdullayevin üzərinə şəxsi axtarış keçirilməsi prosesinin bitməsini bildirir və videogörüntü həmin yerdə bitir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2022-ci il tarixli, 6/464 nömrəli rəyində görünür ki, tədqiqata təqdim edilmiş üzərində: ‘"Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş.....” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,173 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində : “Şahid4 yaşadığı evdən aşkar olunmuş...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,867 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin həmin rəydən görünür ki tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş heroin, Şahid4 yaşadığı evdən və Şahid3 üzərindən aşkar edilmiş heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin” İ siyahısına daxildirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan istintaq zamanı məhkəmə-narkoloji ekspertizasının 01 mart 2022-ci il tarixli, 1027 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar edilmiş bir ədəd bükümdə, təmiz çəkisi 0,173 qram narkotik vasitə olan heroin və onun üzərinə şəxsi axtarışın keçirilməsi videogörüntülərini özündə əks etdirən bir ədəd disk daşıyıcı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə xx.xx.2022- ci il tarixli qərar ilə maddi sübut kimi tanınmışdır. Narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 0,123 qram çəkidə qalığı saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 581/2 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X8 adında uşaqları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirli bilinərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 3500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 22 sentyabr 2022-ci il tarixli, 897 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 1(067)-67/2021 saylı, xx.xx.2021-ci il tarixli, hökmünə əsasən Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Xaçmaz rayon məhkəməsinin 7(067)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs 3500 manat cərimə cəzası 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza ilə əvəz edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində olan qərar xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum xx.xx.2022-ci il tarixdə qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək cəzasının 03(üç gün) hissəsini çəkmiş, üzərində 11 (on bir) ay 27 (iyirmi yeddi) gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikasının 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs məhkumluğu olsa da, əməlində cinayətlərin residivi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün 22 yanvar 2022-ci il tarixdə saat 14 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, Zərdabi küçəsində yerləşən 8 nömrəli evin qarşısında Şahid3 120 manata əldə etdiyi külli miqdarda, yəni 2,04 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 1,867 qramını həmin yerdə Şahid3 təmənnasız verdikdən sonra, qalan 0,173 qramını üzərində saxlamaqla daşımış, bu fakt, 23 yanvar 2022-ci il tarixdə Xaçmaz rayon X15 polis bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində saxlanılıb Xaçmaz rayon X15 polis bölməsinə gətirilərək həmin gün Xaçmaz rayon X15 polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən Xaçmaz rayon X15 polis bölməsinin inzibati binasında onun üzərinə saat 19:10-19:25 müddətində şəxsi axtarış keçirilən zamanı əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olmaqla 0,173 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,150 qram müəyyən edilmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarının külli miqdarda olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi qəsdən az ağır cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi halı cinayətin residivini yaratmadığından həmin məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə uyğun olaraq Xaçmaz rayon məhkəməsinin 17 iyun 2022-ci il tarixli 7(067)-50/2022 saylı qərarı ilə ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırki günə çəkilməmiş qalan 11 (on bir) ay 27 (iyirmi yeddi) gün hissəsini hazırki hökm üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü, yəni 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, qismən birləşdirilərək azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 23 yanvar 2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan, müstəntiqin 24 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:40-da şübhəli şəxs qismində saxlanılmış və 24 yanvar 2022-ci il tarixdə saat 17:40-da həbsdən azad edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli (cəzaçəkmə müddəti) həbsə alındığı gündən, yəni 22 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 0,123 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 114 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 7(067)- 50/2022 saylı qərarı ilə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırki günə çəkilməmiş qalan 11 (on bir) ay 27 (iyirmi yeddi) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü bir gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasına qismən birləşdirilərək ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,123 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 114 (bir yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, DövlətXəzinədarlığıAgentliyi, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar