Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-85/2024 10.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, orta təhsilli, Xaçmaz rayonu Seyidlər kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Xudat şəhəri, Mərkəzi Malikanə 8 mənzil 4-də yaşayan barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda tanışı Şahid3,« 03 dekabr 2023-cü il tarixdə, axşam saatlarında, Xaçmaz rayonu, Xudat şəhəri, Aşağı məhəllə adlanan ərazidə 10 manat pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis X7 bölməsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə o, Xaçmaz rayonu, Xudat şəhəri, Nəsimi» küçəsində saxlanılıb, həmin tarxidə saat 19:55-dən 20:04- dək olan müddətdə ünvan 1 ünvanında yerləşən Xudat Polis bölməsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan “Kent” markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd kağız bükümdə, təmiz çəkisi 7,46 qram olan qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitəni əvvəllər cəmi 1-2 dəfə qəbul etmişdir. Tanışı Şahid3 narkotik vasitə marixuanası olmasından xəbərdar olmuş, buna görə xx.xx.2023-cü il tarixdə axşam saatlarında Əhmədə zəng edərək onunla görüşmək və marixuana almaq istədiyini demişdir. Əhməd də buna etiraz etməmiş, onun üçün narkotik vasitə təşkil edəcəyini demişdir. O, təxminən bir saat sonra, Əli ilə axşam saatlarında Xaçmaz rayonu, Xudat şəhəri, Aşağı Məhəllə adlanan ərazidə görüşmüşdür. Əhməd üzərindəki narkotik vasitə marixuananı çıxarıb bir hissəsini ayırıb ona vermişdir. O, da Əhmədə buna görə 10 manat pul vermişdir. Narkotik vasitəni Əhməddən alandan sonra mağazadan bizon alıb içmişlər və sonra o, çıxıb getmişdir. Həmin narkotik vasitəni də üzərində saxlamışdır ki, nəvaxtsa istifadə edər. Ertəsi gün, yəni 04 dekabr 2023-cü il tarixdə, saat 18:00-da Xaçmaz rayonu, Xudat şəhəri, Nəsimi küçəsində piyada gəzən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduğunu bildirmişlər və onun üzərində narkotik avsitə olması barədə məlumatlı olmalarını deyərək onu Xudat PB-yə dəvət etmişlər. O, da razılaşıb onlarla Xudat PB-yə getmiş və ona dövlət hesabına vəkil təqdim etmişlər. Daha sonra vəkilin iştirakı ilə üzərinə video çəkilş ilə şəxsi axtarış prosesi həyata keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaret qutusunu çıxarıb içərisində narkotik vasitə marixuana olmasını demişdir. O, həmin narkotik vasitə olan marixuana kütləsini Xaçmaz rayonu, Xudat şəhəri, sakini Əhməd adlı şəxsdən 10 manat müqabilində aldığını demiş və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Aşkar edilmiş marixuana kütləsi onun və vəkilinin iştirakı ilə içərisi boş olan kağız konvertə qoyularaq ekpertizaya təqdim etmək üçün qablaşdırılmışdır. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdrr. Onun üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edildikdən sonra həmin protokolu imzalarıla təsdiq edilmişdir. Əlavə olaraq göstərmişdir ki, O, heç kimə narkotik vasitə satmamışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona heç bir qanunsuz hərəkət olunmamışdır. Şahid3 başqa kiməsə narkotik vasitə satması barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin Xudat Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Xudat şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatını raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir və bu qərar bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xudat PB-nin polis nəfəri, polis serjantı polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Xudat şəhəri, Nəsimi küçəsində olduğunu müəyyən etmişlər və xx.xx.2023-cü il tarixdə saat 18 radələrində həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə və daşımaqda şübhəli olduğu üçün onu Xudat PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xudat PB-nə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa, onları özündən kənarlaşdıra bilməsin. Xudat Polis bölməsində Xaçmaz RPŞnin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Kamran Zeynalov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Kamran Zeynalov tərəfindən Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunu çıxararaq təqdim etmiş və içərisində 01 ədəd kağız bükümdə narkotik vasitə olmasını bildirmişdir. Həmin 01 ədəd kağız bükümün içərisinə baxış keçirən zaman narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən- edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Xaçmaz rayonu, Xudat şəhər sakini olan Əhməd adlı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi ekspertizaya təqdim edilməsindən ötrü təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarışın keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən protokolun doğruluğunu öz imzalarıla təsdiq etmişlər. Bundan sonra verilmiş əməliyyat tapşırığının icrası zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxsin ünvan 2 ünvanında yaşayan Şahid3 olması müəyyyən olunmuşdur. Əməlliyat tədbirlərinin keçirilməsinin davamı olaraq xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Şahid3 Xaçmaz rayonu, Xudat şəhəri S.Rəhimov küçəsində saxlamtaraq Xudat PB-yə gətirilmişdir. Xudat Polis bölməsində Xaçmaz RPŞ- nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Kamran Zeynalov tərəfindən Şahid3 şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şahid3 qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq təqdim etməsi təklif olunmuşdur. Təhqiqatçının bu təklifindən sonra Şahid3 üzərində narkotik vasitə olmasını bildirərək əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellafon bükümünü çıxararaq təqdim etmiş və içərisində narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Həmin 01 ədəd bükümün içərisinə baxılan zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şahid3 həmin narkotik vasitəni Xaçmaz rayonu, Xudat şəhəri ərazisindən tapdığını, narkotik vasitənin bir hissəsini xx.xx.2023-cü il tarixdə Xudat şəhər sakini Təqsirləndirilən şəxs 10 manata satdığını bildirmişdir. Şahid3 üzərindən aşkar edilən bir ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi ekspertizaya təqdim edilməsindən ötrü təhqiqatçı tərəfindən götürülərək bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, zərfin üzəri Şahid3, o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarışın keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra Şahid3, o, və digər iştirakçılar protokolun doğruluğunu öz imzalarıla təsdiq etmişlər. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs və Şahid3 əvvəllər tanımamış, onlarla arlarında heç bir münasibət, düşmənçilik və ya ədavət olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X8 PB-nin polis nəfəri Şahid2 məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz rayon X8 PB-nin əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsin 234.2-ci maddəsi ilə həbsdədir. Narkotik vasitə əvvəllər istifadə etməsə də ondan necə istifadə etməyi bilir. 02 dekabr 2023-cü il tarixdə Xudat şəhəri dəmir yolu vağzalının yaxın ərazidə gəzişərkən yerdə 1 ədəd sellofan büküm olduğunu görərək yerdən götürüb həmin bükümə açaraq baxdıqda içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin narkotik vasitəni elə tapdığı formada əyinindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoymuşdur, hətta bir dəfə də istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında evdə olduğu zaman Təqsirləndirilən şəxs ona zəng edərək marixuana istədiyi bildirmişdir. Təqsirləndirilən şəxs onun tanışı olduğundan, onun üçün narkotik vasitə təşkil edəcəyini demişdir. O, Əli ilə həmin gün təxminən bir saat sonra, elə axşam saatlarında Xaçmaz rayonu, Xudat şəhəri, Aşağı məhəllə adlanan ərazidə görüşmüşlər və o, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə qururdulmuş marixuananın bir hissəsni təqribən yarısını 10 manat pul müqabilində satmışdır, qalan hissəni isə üzərində saxlamış ki, özü istifadə edər. O, pulu Əlidən aldıqdan sonra mağazaya girmiş, özü üçün bizon almış, ikiidə də içmişdir. Bundan sonra Əlidən ayrılaraq yaşadığı evə gəlmişdir. Ertəsi gün, yəni 04 dekabr 2023-cü il tarixdə, saat 22:00 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, S.Rəhimov küçəsində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduğunu bildirmişlər və narkotik vasitələri qanunsuz olaraq ələd etməkdə, daşımaqda və satmaqda şübhəli olduğu üçün onu Xudat PB-yə dəvət etmişlər. O, da polis əməkdaŞlarına etiraz etməmiş, polis əməkdaşlarında üzərində narkotik vasitənin olmasından və Əliyə satmağından məlumatlarının olduğunu düşünüb boynuna almamağın mənasız olmasını bilmişdir, buna görə onların təklifi ilə razılışıb polis əməkdaşları ilə birlikdə Xudat PB-yə gəlmişdir. Xaçmaz RPŞ-nin Xudat PB-də təhqiqatçı tərəfindən hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. O, etiraz etməkdikdən sonra Xudat PB-də üzərinə Xaçmaz rayon vəkil bürosunun vəkili Nadir Lalayevin iştirakı ilə vidoçəkilişlə keçirilən şəxsi axtarış zamanı o, özü könüllü olaraq əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellafon bükümü çıxararaq təqdim etmişdir və içərisində narkotik vasitə olan qurudlmuş marixuana olmasını bildirmişdir. Həmin sellafon bükümün içərisinə baxılan zaman qurudulmuş marixuana aşkar edilmişdir. Təhqiqatçının sualına cavab olaraq o, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni Xaçmaz rayonu, Xudat şəhəri ərazisindən tapdığını və qurudlmuş marixuanadan bir hissəsini xx.xx.2023- cü il tarixdə Təqsirləndirilən şəxs 10 manat pul müqabilində satdığını qalan hissəsini isə üzərində saxladığını bildirmişdir. Onun üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi təhqiqatçı tərəfindən götürülərək 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və həmin zəfdə imza etmişlər. Onun üzərinə keçirilən şəxsi axtarışla əlaqədar protokol tərtib edildikdən sonra həmin protokolu imzalarıyla təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xaçmaz Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvar, boz rəngli qış gödəkçəsi və ayağında boz rəngli idman ayaqqabısı olmuşdur. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirərək əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Kent” markalı siqaret qutusu çıxararaq təqdim etmiş və içərisində 01 ədəd kağız bükümdə narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 01 ədəd kağız bükümün içərisinə baxılan zaman narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Xaçmaz rayonu, Xudat şəhər sakini olan Əhməd adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan əlavə 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisindən 01 ədəd “Argo” markalı siqaret və 100 manatlıq əskinaz parçası aşkar edilmiş və əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əhəmiyyət kəsb edən başqa hər-hansı əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. Videogörüntülər bir ədəd DVD formatlı diskə köçürülüb protokola əlavə edilmişdir İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərinin saxlanıldığına görə xx.xx.2023-cü il tarixli qərarla tərəfimdən maddi sübut kimi tamfımışdır. Həmin görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasına dair 06 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1651 nömrəli ekspert rəyində göstərilmişdir ki, üzərində “Nuriyevin üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 7,46 qram və üzərində “Şahid3...” sözləri'yazılmış zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 6,72 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidirlər. Marixuananın ümumi çəkisi - 14,18 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram (hər obyektdən 0,05 qram) qalıq - 14,08 qram. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə hər birinin çəkisi 7,46 qram olan narkotik vasitə qurudulmuş marixuana xx.xx.2023-cü il tarixli qərarla tərəfimdən maddi sübut kimi tanınmış və narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan qalığı 1 ədəd kağız zərfdə saxlanmasından ötrü Xaçmaz RPŞnin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü 01 ədəd DVD diskə xx.xx.2024-cü il tarixdə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarftli tələbnamədən görünür ki, Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur, yəni o, məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 291 nömrəli rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə hallarıolub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Nuriyev X3 xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Xudat Mənzil Təsərrüfat İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda tanışı Şahid3,« 03 dekabr 2023-cü il tarixdə, axşam saatlarında, Xaçmaz rayonu, Xudat şəhəri, Aşağı məhəllə adlanan ərazidə 10 manat pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis X7 bölməsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə o, Xaçmaz rayonu, Xudat şəhəri, Nəsimi» küçəsində saxlanılıb, həmin tarxidə saat 19:55-dən 20:04- dək olan müddətdə ünvan 1 ünvanında yerləşən Xudat Polis bölməsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan “Kent” markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd kağız bükümdə, təmiz çəkisi 7,46 qram olan qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərabaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərabaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, (əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini), üzərindən aşkar edilmiş narkotik vasitənin növü və miqdarı, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 04 dekabr 2023-cü il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması haqqında 05 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə saat 19:40-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və 05 dekabr 2023-cü il tarixdə saat 17:05-də tutulmadan azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zülüqar oğlu barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla da, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu müddət, yəni 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, cəmi 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserinə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 7,41 qram qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdən 05 dekabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 7,41 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-85/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-85/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver