Məhkəmə qərarları › İş №1(067)-86/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-86/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-86/2020 12.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxxxxx 1972-ci ildə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Xaçmaz rayonu, Arzu kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üstündə saxlamış və həmin narkotik vasitə o, xx xxxx 2020-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolunun kənarında saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilib üstündə şəxsi axtarış aparılarkən əynində olan şalvarın sol yan cibində bir ədəd kibrit qutusunda 5,534 qram çəkidə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Arzu kəndində yaşayır. 2015-ci ildən narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurmaq yolu ilə çəkir. Xaçmaz rayonu, Hacıəlibəy kənd yolunun kənarında özünə məxsus torpaq sahəsi var. xx xxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində evdən çıxıb Xaçmaz rayonu, Hacıəlibəy kənd yolunun kənarında yerləşən özünə məxsus torpaq sahəsinə getmişdir ki, təmizlik işləri aparsın. Torpaq sahəsinin yaxınlığında gəzərkən yerdə bir ədəd kibrit qutusu olduğunu görmüş və kibrit qutusunu açıb baxanda görmüşdür ki, içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana var. Özüdə də narkotik vasitədən istifadə etdiyi üçün tapdığı qurudulmuş marixuananı atmamış və əynində olan şalvarın sol yan cibinə qoyub evə gətirərək sonrakı günlərdə cibində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində Xaçmaz-Quba avtomobil yolunun Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisindən keçən hissəsinə gəlib yolun kənarında dayandığı zaman ona iki nəfər polis əməkdaşı yaxınlaşmış və özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞnin inzibati binasında ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə saxlamaqda şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra polis əməkdaşları ona video çəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Sonra polis əməkdaşları ona təklif etmişlər ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Polis əmkdaşlarının təklifindən sonra o, bilmişdir ki, üstündə olan narkotik vasitəni çıxarıb təqdim etməsə üstünə axtarış keçiriləcək və üstündə olan narkotik vasitə aşkar ediləcək. Bu səbəbdən də o, məcbur olub əynində olan şalvarın sol yan cibində saxladığı bir ədəd kibrit qutusunu, gödəkçəsinin sağ yan cibindən iki ədəd alışqanı, bir ədəd «Magna» siqaret qutusunu, bir ədəd ağ rəngli salfet kağızını, şalvarının arxa sağ cibindən bir ədəd əl dəsmalını, altı ədəd bir manatlıq pul əskinaslarını, şalvarının sağ yan cibinin üstü hissəsində olan kiçik cibdən iki ədəd 50, bir ədəd 20 və bir ədəd 10 qəpik pulları çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları təqdim etdiyi kibrit qutusunu onun iştirakı ilə açıb içində olan qurudulmuş marixuananı görmüşlər və ondan həmin marixuananı haradan aldığını soruşduqda o, hər şeyi könüllü olaraq etiraf edib bildirmişdir ki, həmin narkotik özünündür, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonu, Hacıəlibəy kənd yolunun kənarında yerləşən özünə məxsus torpaq sahəsinin yaxınlığında yerdən tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün saxlamışdır. Bundan sonra polis əməkdaşları onun üstündə aşkar olunmuş marixuananı bir ədəd zərfə qoyub qablaşdıraraq protokol tərtib etmişlər, o, da protokolu oxuduqdan sonra doğru yazıldığını görüb protokola və zərfin üstünə imza etmişdir. Etdiyi hərəkətlərdən peşimandır. O, başqa heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Üstündə aşkar olunmuş qurudulmuş marixuananı isə xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonu, Hacıəlibəy kənd yolunun kənarında yerləşən özünə məxsus torpaq sahəsinin yaxınlığında yerdən tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün gizlədib saxlamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxx 2020-ci il tarixdə Xaçmaz RPŞ-nin CAB-nə Xaçmaz rayonu, Arzu kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üstündə gəzdirməsi barədə məlumat daxil olmuşdur. O, və NMQ-nun əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs Xaçmaz- Quba avtomobil yolunun Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisindən keçən hissəsində yolun kənarında olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Xaçmaz RPŞnə gəlməyə razılaşmış və onlar onu Xaçmaz RPŞ-nə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. Onların təklifindən sonra Təqsirləndirilən şəxs məcbur olub əynində olan şalvarın sol yan cibində saxladığı bir ədəd kibrit qutusunu, gödəkçəsinin sağ yan cibindən iki ədəd alışqanı, bir ədəd «Magna» siqaret qutusunu, bir ədəd ağ rəngli salfet kağızını, şalvarının arxa sağ cibindən bir ədəd əl dəsmalını, altı ədəd bir manatlıq pul əskinaslarını, şalvarının sağ yan cibinin üstü hissəsində olan kiçik cibdən iki ədəd 50, bir ədəd 20 və bir ədəd 10 qəpik pulları çıxarıb masanın üzərinə qoymuşdur. Onlar kibrit qutusunu Təqsirləndirilən şəxs iştirakı ilə açıb baxanda içərisində olan qurudulmuş marixuanaya oxşar yaşıl rəngli kütlə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, üstündə aşkar olunmuş kütlə qurudulmuş marixuanadır, özünə məxsusdur, xx xxxx 2020-ci il tarixdə Xaçmaz rayonu, Hacıəlibəy kənd yolunun kənarında yerləşən özünə məxsus torpaq sahəsinin yaxınlığında yerdən tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün gizlədib saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündə aşkar olunmuş kibrit qutusundakı kütlə özünün iştirakı bir ədəd zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üzərinə və protokola imza edərək doğruluğunu təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 7/19 nömrəli rəyndən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən …» yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-5,534 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 972 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Xəzər rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 513 və 520-ci maddələrinə əsasən cəzasının çəkilməmiş hissəsinə görə şərti olaraq vaxtından əvvəl azad edilmişdir, xx xxxxxx 2018-ci il tarixdə sınaq müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz Rayon İcra Hakimiyyəti Hacıəlibəy kənd İƏD-nin nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üstündə saxlamış və həmin narkotik vasitə o, xx xxxx 2020-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisində, Xaçmaz-Quba avtomobil yolunun kənarında saxlanılaraq Xaçmaz RPŞ-nə gətirilib üstündə şəxsi axtarış aparılarkən əynində olan şalvarın sol yan cibində bir ədəd kibrit qutusunda 5,534 qram çəkidə aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin yaşını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsinı və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxsüzərinə yaşayış yerini 23:30-dan 07:00-dəktərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmazrayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 5,434 qram olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan cəm i69 manat 82 qəpik Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2019-cu-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək həbsdəolduğu 01 (bir) gün müddətona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 05 ay (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmazrayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirihökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 5,434 qram olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: İLKİN XƏLİLOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar