Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-86/2021 09.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi X3 iştirakları ilə xx xxxx 1957-ci ildə Xaçmaz rayonunun Qaradağ-Buduq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, məhkum olunmamış, Xaçmaz rayonunun Qaradağ-Buduq kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 may 2021-ci il tarixdə, saat 22 radələrində X1 qismində yaşadığı, Xaçmaz şəhəri Sabir küçəsində yerləşən nömrəsiz evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı X2 göz nahiyəsinə sillə ilə zərbələr endirərək sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən döymüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, Xaçmaz-Xudat yolunun kənarında kafe işlədir. İş üzrə zərərçəkmiş şəxs X5 4 gün onun işlətdiyi kafedə qabyuyan işləmiş, sonra kafedən işdən çıxmışdır. 04 may 2021-ci il tarixdə, saat 22 radələrində işlətdiyi kafenin işçisi X7 ilə birlikdə Zərərçəkmiş şəxsanın kirayədə yaşadığı evə getmiş, evə daxil olarkən Zərərçəkmiş şəxsanın yanında tanımadığı bir nəfər şəxsin olduğunu görmüş və Zərərçəkmiş şəxsaya kirayədə yaşadığı evin sahibinin onun xətrinə evini kirayəyə verdiyini bildirərək nə səbəbə evdə yad adamın olmasını soruşmuşdur. Bu zaman Zərərçəkmiş şəxsa onun üstünə qışqıraraq həmin şəxsin onun tanışı olduğunu və ona sovqat gətirməsini bildirmişdir. Zərərçəkmiş şəxsanın ona qışqırmasından əsəbləşərək sonuncunun sinəsindən yapışaraq onu divara çırpmış və sillə ilə sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra oradan çıxıb getmişdir. Törətmiş olduğu əmələ görə özünü təqsirli bilir və əməlindən peşmançılıq hissi keçirir. Etdiyi hərəkətə görə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsadan üzr istəmiş və hazırda onlar barışmışlar. Ona görə də barışmaları nəzərə alınmaqla barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Xaçmaz şəhəri, Sabir küçəsində nömrəsiz evdə kirayəçi qismində yaşayır. İş üzrə Təqsirləndirilən şəxs Xaçmaz- Xudat yolunun kənarında işlətdiyi kafedə bir neçə gün qabyuyan işləmiş, sonra işdən çıxmışdır. 04 may 2021-ci il tarixdə axşam saatlarında kirayədə qaldığı evdə olmuş, həmin vaxt evdə onun üçün xahişinə əsasən ərzaq gətirən uzaq qohumu X8 da olmuşdur. Saat 22 radələrində Təqsirləndirilən şəxs qaldığı ünvana gələrək nə səbəbə evə yad adamları buraxdığını soruşaraq onunla mübahisə etmiş və sillə ilə sağ yan sifətinə və qulaq nahiyəsinə zərbələr endirmişdir. Bundan sonra o, 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs etdiyi hərəkətə görə ondan üzr istəmiş və hal-hazırda onlar barışmışlar. Odur ki, barışmaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. 04 may 2021-ci il tarixdə axşam saatlarında Mafilə Vəliyevaa kirayədə qaldığı evdə ərzaqı olmadığını bildirərək ondan bir qədər ərzaq gətirməsini xahiş etdiyindən o, yaşadığı kənddən kartof, soğan və digər ərzaqlar götürərək Zərərçəkmiş şəxsanın yaşadığı Xaçmaz şəhəri Sabir küçəsindəki evə gəlmiş, gətirdiyi azuqələri Zərərçəkmiş şəxs verdikdən sonra Mahilə ona bir stəkan çay içməsini təklif etmişdir. O, da razılaşaraq çay içmək üçün qonaq otağında əyləşmişdir. Bir neçə dəqiqə sonra evə Təqsirləndirilən şəxs gəlmiş, Mahiləyə nəyə görə evə tanımadığı şəxsin gəldiyini irad tutmuş və onlar mübahisə etməyə başlamışlar. Bu zaman Cahangir Mahilənin sifət nahiyəsinə sillə ilə zərbə endirdiyini gördükdə araya girib Mahiləni digər otağa aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 qızı göstərdi ki, o, Təqsirləndirilən şəxs Xaçmaz-Xudat yolunun kənarında işlətdiyi kafedə işləyir. Zərərçəkmiş şəxs bir neçə gün həmin kafedə qabyuyan işləmişdir. 04 may 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxsla o, Zərərçəkmiş şəxsanın kirayədə qaldığı Xaçmaz şəhəri Sabir küçəsindəki evə getmişlər. Evə daxil olduqdan sonra o, evin dəhliz hissəsində dayanmış, evdə kiminsə olması səbəbindən Cahangir evin içərisinə daxil olmuşdir. Bir neçə saniyə keçmiş, otaqda Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxsanın dava dalaş səslərini eşidib evin dəhliz hissəsindən çölə çıxmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin canlı şəxsin ekspertizasına dair 05 may 2021-ci il tarixli, 227 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözaltı nahiyyəsinin qançırı və sağ göz almasına qansızma bərk küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 04 may 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-yə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığından, sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, iş üzrə icraata xitam verilməsini və onun bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının 05 may 2021-ci il tarixli, 227 saylı rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə prosesində müəyyən olundu ki, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq hissi keçirir, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsnun ərizələrindən müəyyən olunur ki, tərəflər barışıq əldə etmişlər və sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1, 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verib, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılığını, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilsin. Qərardan qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-86/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-86/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver