Məhkəmə qərarları › İş №1(067)-86/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-86/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-86/2022 22.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə

1. xx xxxx 1980-ci ildə Xaçmaz rayonunun Bəy-qışlaq kəndinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Xaçmaz rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş, hal-hazırda 3910 manat ödənilməmiş cərimə cəzası qalmış, Xaçmaz rayonunun Qobuqıraq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1;

2. xx xxxx 1993-cü ildə Xaçmaz rayonunun Qobuqıraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonunun Qobuqıraq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2;

3. xx xxxx 1998-ci ildə Xaçmaz rayonunun Qobuqıraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonunun Qobuqıraq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək bu məqsədlə 27 avqust 2020-ci il tarixdə, saat 23 radələrində qabaqcadan razılaşdıqları kimi həmin evin sahibi Zərərçəkmiş şəxs1 evdə olmadığını və evin açarlarını qardaşı Şahid2 təvhil verib getməsini bilərək sonuncuya məxsus “Opel” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən gizli şəkildə evin açarlarını götürdükdən sonra həmin evin qarşısına getmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra açarla evin qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 200 manat nağd pul, 1350 manat eləyərində rus rublu, ümumi dəyəri 3000 manat olan 2 ədəd qızıl sırğa, sep və üzük dəsti, 2 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl sırğa, 2 ədəd qızıl üzük, 2 ədəd qızıl qolbaq, 2 ədəd sırğanı qanunsuz götürüb aparmaqla ümumilikdə 4550 manat dəyərində oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrar tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək bu məqsədlə 28 avqust 2020-ci il tarixdə saat 24 radələrində qabaqcadan razılaşdıqları kimi həmin evin sahibi Zərərçəkmiş şəxs1 evdə olmadığını və evin açarlarını öz qardaşı Şahid2 təvhil verib getməsini bilərək sonuncuya məxsus “Opel” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən gizli şəkildə evin açarlarını götürdükdən sonra Təqsirləndirilən şəxs3 pusquda dayanaraq Şahid2 evdən çölə çıxmamasına nəzarət etməklə onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib Zərərçəkmiş şəxs1 məxsus evin qarşısına getmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra açarla evin qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 3000 ABŞ dolları məbləğində, yəni yerli valyuta məzənnəsi ilə xeyli miqdar təşkil edən 5100 manat məbləğində pul vəsaitini qanunsuz götürüb aparmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrar xx.xx.2021-ci il tarixdə, saat 01 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 və tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz-Quba avtomobil yolunun 1-ci km-də, yolun sol tərəfində yerləşən Zərərçəkmiş şəxs2 məxsus plastik qapı-pəncərə sexinə getmiş, qabaqcadan razılşdıqları kimi Qurban Zeynalovun idarə etdiyi “Kia Optima” markalı avtomobillə onu və Təqsirləndirilən şəxs2 aparıb həmin sexin yaxınlığına düşürtməsi və avtomobildə oturub sexdən kənarda onların çıxmasını gözləyərək oğurluq etməsinə şərait yaratmasından istifadə edib özü ilə gətirdiyi əskənə (dəmir alət) ilə sexin ofisinin plastik pəncərəsini açıb qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla otaqdakı masanın çəkməcəsindən 4000 manat nağd pul vəsaitini, həmçinin çəkməcədən götürdüyü açarla otaqdakı dəmir seyfin qapısını açıb həmin seyfdən 10000 manat nağd pul vəsaitini, habelə otaqda olan 250 manat dəyərində kameranın yaddaş qurğusunu qanunsuz götürüb aparmaqla ümumilikdə xeyli miqdar miqdar təşkil edən 14250 manat dəyərində oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrar xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində tanışları Təqsirləndirilən şəxs2, X10 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinə getmiş, qabaqcadan razılaşdıqları kimi Aqil Əliyarovun ev sahibi Zərərçəkmiş şəxs4 olduğu “Almaz” şadlıq sarayına gedərək sonuncunun orada qalmasına nəzarət etməklə onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan həyətə aşaraq evin pəncərəsini dəmir parçası ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən bir ədəd 4 min manat dəyərində briliyant qaşlı ağ qızıl dəsti, bir ədəd 1400 manat dəyərində beş qaşlı ağ qızıl üzük, bir ədəd 1000 manat dəyərində brilliant qolbaq, bir ədəd 900 manat dəyərində tək qaşlı qızıl üzük, bir ədəd 700 manat dəyərində tək qaşlı qızıl üzük, bir ədəd 300 manat dəyərində qızıl üzük, bir ədəd 1400 manat dəyərində 3 qaşlı qızıl sırğa və üzük dəsti, bir ədəd 400 manat dəyərində qızıl üzük, bir ədəd 700 manat dəyərində brilliant qaşlı qızıl üzük və sırğa dəsti, bir ədəd 750 manat dəyərində beş qaşlı kişi üçün qızıl üzük, bir ədəd 950 manat dəyərində kəpənək formalı qızıl üzük, sırğa və klon dəsti, ikisi birlikdə 250 manat ^ dəyərində 2 ədəd uşaq üçün qızıl üzük, bir ədəd 400 manat dəyərində ağ qaşlı qızıl sırğa, bir ədəd 300 manat dəyərində zümrüd qaşlı qızıl sırğa, bir ədəd 200 manat dəyərində sadə qızıl sırğa, 03 ədəd hər biri 400 manat, 450 manat və 600 manat dəyərində olan halqa formalı qızıl sırğa, bir ədəd 750 manat dəyərində ürək formalı qızıl üzük və sırğa dəsti, hər biri 200 manat dəyərində olan 2 ədəd və hər biri 260 və 300 manat olan 2 ədəd uşaq üçün qızıl qolbaq, bir ədəd 400 manat dəyərində zümrüd qaşlı üzərində Zümrüd yazısı olan qızıl klon, hər biri 300 manat dəyərində və 110 manat dəyərində olan qızıl qolbaq, bir ədəd 180 manat dəyərində sadə qızıl sırğa, bir ədəd 300 manat dəyərində ulduz formalı qızıl sırğa, bir ədəd 550 manat dəyərində üzərində Naz yazısı olan klonlu qızıl sep, hər biri 100 manat, 300 manat və 500 manat dəyərində olan 3 ədəd sadə qızıl sep, bir ədəd 250 manat dəyərində ürək formalı qızıl üzük, bir ədəd 300 manat dəyərində sadə qızıl üzük, bir ədəd 700 manat dəyərində qızıl kişi qol saatı, hər biri 100 manat dəyərində olan 3 ədəd qızıl klon, bir ədəd 110 manat dəyərində yumru qızıl klon, bir ədəd 130 manat dəyərində qızıl ayətülkürs klonu, bir ədəd 100 manat dəyərində Z hərfi formasında qızıl klon, hər biri 70 manat dəyərində olan 2 ədəd qızıl sancaq, bir ədəd 500 manat dəyərində olan kəpənək formalı qızıl sırğa, bir ədəd 70 manat dəyərində uşaq üçün sadə qızıl sırğa, bir ədəd 110 manat dəyərində açar formasında qızıl klon, bir ədəd 350 manat dəyərində 5 qəpik formasında qızıl, bir ədəd 350 manat dəyərində uzun qızıl sırğa, bir ədəd 150 manat dəyərində sadə qızıl sırğa, bir ədəd 250 manat dəyərində mələk formasında qızıl sep, bir ədəd 200 manat dəyərində ürək formasında qızıl sep və bir ədəd 100 manat dəyərində A hərfi formasında qızıl klon, 40 manat dəyərində əl çantası, 500 manat nağd pul, 120 manat dəyərində masaüstü kompyuter və 100 manat dəyərində kameranın yaddaş qurğusunu qanunsuz götürüb aparmaqla xeyli miqdar təşkil edən ümumilikdə 24420 manat dəyərində oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrar Təqsirləndirilən şəxs2, X6 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində əvvəlcədən razılaşdıqları kimi, yəni Zərərçəkmiş şəxs4 evindən etdiyi oğurluq hadisəsində ona şərait yaratmasına görə Aqil Əliyarova pul və ya sair maddi nemət verilmədiyindən, onun əvəzində Aqil Əliyarovun xx.xx.2021-ci il tarixdə öz doğma qardaşı Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən anasına hədiyyə edilmiş ümumi dəyəri 3300 manat təşkil edən qızıl-zinət əşyaları, yəni 01 ədəd 18 qram çəkidə qızıl sep, 01 ədəd 12 qram çəkidə qızıl qolbaq, 02 ədəd qızıl üzük və 500 manat nağd pul vəsaitini gizli olaraq talamasından sonra xx.xx.2021-ci il tarixdə həmkləndlisi Təqsirləndirilən şəxs2 və tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə getmiş, qabaqcadan razılaşdıqları kimi Qurban Zeynalovun idarə etdiyi “Vaz 2109” markalı, **-BH-*** d.q.nişanlı avtomobil ilə onları aparıb həmin evin yaxınlığına düşürtməsi və avtomobildə oturub yaxınlıqda onları gözləməsindən, habelə Aqil Əliyarovun həmin evin həyət qapısının qıfılını açıq qoyaraq onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətindən tapdığı dəmir alətlə evin çöl qapısının qıfılını sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən birinin qiyməti 15, digərinin qiyməti 30 manat olmaqla 02 ədəd suvenir xəncər götürüb aparmaqla vahid niyyətlə ümumilikdə 3845 manat dəyərində oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək bu məqsədlə 27 avqust 2020-ci il tarixdə, saat 23 radələrində bu məqsədlə 27 avqust 2020-ci il tarixdə, saat 23 radələrində qabaqcadan razılaşdıqları kimi həmin evin sahibi Zərərçəkmiş şəxs1 evdə olmadığını və evin açarlarını Təqsirləndirilən şəxs1 qardaşı Şahid2 təvhil verib getməsini bilərək Təqsirləndirilən şəxs1 sonuncuya məxsus “Opel” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən gizli şəkildə evin açarlarını götürdükdən sonra Təqsirləndirilən şəxs1 ilə həmin evin qarşısına getmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra açarla evin qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 200 manat nağd pul, 1350 manat dəyərində rus rublu, ümumi dəyəri 3000 manat olan 2 ədəd qızıl sırğa, sep və üzük dəsti, 2 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl sırğa, 2 ədəd qızıl üzük, 2 ədəd qızıl qolbaq, 2 ədəd sırğanı qanunsuz olaraq götürüb aparmaqla ümumilikdə 4550 manat dəyərində oğurluq etmişdir. Bundan başqa o, təkrar həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək bu məqsədlə 28 avqust 2020-ci il tarixdə saat 24 radələrində qabaqcadan razılaşdıqları kimi həmin evin sahibi Zərərçəkmiş şəxs1 evdə olmadığını və evin açarlarını Təqsirləndirilən şəxs1 qardaşı Şahid2 təvhil verib getməsini bilərək Təqsirləndirilən şəxs1 sonuncuya məxsus “Opel” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən gizli şəkildə evin açarlarını götürdükdən sonra Təqsirləndirilən şəxs3 küçədə pusquda dayanaraq Şahid2 evdən çölə çıxmamasına nəzarət etməklə onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 məxsus evin qarşısına getmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra açarla evin qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 3000 ABŞ dolları məbləğində, yəni yerli valyuta məzənnəsi ilə xeyli miqdar təşkil edən 5100 manat məbləğində pul vəsaitini qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar xx.xx.2021-ci il tarixdə, saat 01 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 və tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz-Quba avtomobil yolunun 1-ci km-də, yolun sol tərəfində yerləşən Zərərçəkmiş şəxs2 məxsus plastik qapı-pəncərə sexinə getmiş, qabaqcadan razılşdıqları kimi Qurban Zeynalovun idarə etdiyi “Kia Optima” markalı” avtomobil ilə onu və Təqsirləndirilən şəxs1 aparıb sexin yaxınlığına düşürtməsi və avtomobildə oturub sexdən kənarda onların çıxmasını gözləyərək oğurluq etməsinə şərait yaratmasından istifadə edib özləri ilə gətirdiyi əskənə (dəmir alət) ilə sexin ofisinin plastik pəncərəsini açıb qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla otaqdakı masanın çəkməcəsindən 4000(dörd min) manat nağd pul vəsaitini, həmçinin çəkməcədən götürdüyü açarla otaqdakı dəmir seyfin qapısını açıb həmin seyfdən 10000 manat nağd pul vəsaitini, habelə otaqda olan 250 manat dəyərində kameranın yaddaş qurğusunu qanunsuz olaraq götürüb aparmaqla ümumilikdə xeyli miqdar təşkil edən 14250 manat dəyərində oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrar, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1, X10 və tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinə getmiş, qabaqcadan razılaşdıqları kimi Aqil Əliyarovun ev sahibi Zərərçəkmiş şəxs4 olduğu “Almaz” şadlıq sarayına gedərək sonuncunun orada qalmasına nəzarət etməklə onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan həyətə aşaraq evin pəncərəsini dəmir parçası ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən bir ədəd 4 min manat dəyərində briliyant qaşlı ağ qızıl dəsti, bir ədəd 1400 manat dəyərində beş qaşlı ağ qızıl üzük, bir ədəd 1000 manat dəyərində brilliant qolbaq, bir ədəd 900 manat dəyərində tək qaşlı qızıl üzük, bir ədəd 700 manat dəyərində tək qaşlı qızıl üzük, bir ədəd 300 manat dəyərində qızıl üzük, bir ədəd 1400 manat dəyərində 3 qaşlı qızıl sırğa və üzük dəsti, bir ədəd 400 manat dəyərində qızıl üzük, bir ədəd 700 manat dəyərində brilliant qaşlı qızıl üzük və sırğa dəsti, bir ədəd 750 manat dəyərində beş qaşlı kişi üçün qızıl üzük, bir ədəd 950 manat dəyərində kəpənək formalı qızıl üzük, sırğa və klon dəsti, ikisi birlikdə 250 manat dəyərində 2 ədəd uşaq üçün qızıl üzük, bir ədəd 400 manat dəyərində ağ qaşlı qızıl sırğa, bir ədəd 300 manat dəyərində zümrüd qaşlı qızıl sırğa, bir ədəd 200 manat dəyərində sadə qızıl sırğa, 03 ədəd hər biri 400 manat, 450 manat və 600 manat dəyərində olan halqa formalı qızıl sırğa, bir ədəd 750 manat dəyərində ürək formalı qızıl üzük və sırğa dəsti, hər biri 200 manat dəyərində olan 2 ədəd və hər biri 260 və 300 manat olan 2 ədəd uşaq üçün qızıl qolbaq, bir ədəd 400 manat dəyərində zümrüd qaşlı üzərində Zümrüd yazısı olan qızıl klon, hər biri 300 manat dəyərində və 110 manat dəyərində olan qızıl qolbaq, bir ədəd 180 manat dəyərində sadə qızıl sırğa, bir ədəd 300 manat dəyərində ulduz formalı qızıl sırğa, bir ədəd 550 manat dəyərində üzərində Naz yazısı olan klonlu qızıl sep, hər biri 100 manat, 300 manat və 500 manat dəyərində olan 3 ədəd sadə qızıl sep, bir ədəd 250 manat dəyərində ürək formalı qızıl üzük, bir ədəd 300 manat dəyərində sadə qızıl üzük, bir ədəd 700 manat dəyərində qızıl kişi qol saatı, hər biri 100 manat dəyərində olan 3 ədəd qızıl klon, bir ədəd 110 manat dəyərində yumru qızıl klon, bir ədəd 130 manat dəyərində qızıl ayətülkürs klonu, bir ədəd 100 manat dəyərində Z hərfi formasında qızıl klon, hər biri 70 manat dəyərində olan 2 ədəd qızıl sancaq, bir ədəd 500 manat dəyərində olan kəpənək formalı qızıl sırğa, bir ədəd 70 manat dəyərində uşaq üçün sadə qızıl sırğa, bir ədəd 110 manat dəyərində açar formasında qızıl klon, bir ədəd 350 manat dəyərində 5 qəpik formasında qızıl, bir ədəd 350 manat dəyərində uzun qızıl sırğa, bir ədəd 150 manat dəyərində sadə qızıl sırğa, bir ədəd 250 manat dəyərində mələk formasında qızıl sep, bir ədəd 200 manat dəyərində ürək formasında qızıl sep və bir ədəd 100 manat dəyərində A hərfi formasında qızıl klon, 40 manat dəyərində əl çantası, 500 manat nağd pul, 120 manat dəyərində masaüstü kompyuter və 100 manat dəyərində kameranın yaddaş qurğusunu qanunsuz olaraq götürüb aparmaqla ümumilikdə xeyli miqdar təşkil edən 24420 manat dəyərində oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrar Təqsirləndirilən şəxs1, X6 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində əvvəlcədən razılaşdıqları kimi, yəni Zərərçəkmiş şəxs4 evindən etdiyi oğurluq hadisəsində ona şərait yaratmasına görə Aqil Əliyarova pul və ya sair maddi nemət verilmədiyindən, onun əvəzində Aqil Əliyarovun öz doğma qardaşı Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən Zərərçəkmiş şəxs3 tərəfindən anasına hədiyyə edilmiş ümumi dəyəri 3300 manat təşkil edən qızıl-zinət əşyaları, yəni 01 ədəd 18 qram çəkidə qızıl sep, 01 ədəd 12 qram çəkidə qızıl qolbaq, 02 ədəd qızıl üzük və 500 manat nağd pul vəsaitini gizli olaraq talamasından sonra xx.xx.2021-ci il tarixdə həmkləndlisi Təqsirləndirilən şəxs1 və tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə getmiş, qabaqcadan razılaşdıqları kimi Qurban Zeynalovun idarə etdiyi “Vaz 2109” markalı, **-BH-*** d.q.nişanlı avtomobil ilə onları aparıb həmin evin yaxınlığına düşürtməsi və avtomobildə oturub yaxınlıqda onları gözləməsindən, habelə Aqil Əliyarovun həmin evin həyət qapısının qıfılını açıq qoyaraq onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra Təqsirləndirilən şəxs1 evin həyətindən tapdığı dəmir alətlə evin çöl qapısının qıfılını sındırmasından sonra yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən birinin qiyməti 15, digərinin qiyməti 30 manat olmaqla 02 ədəd suvenir xəncər götürüb aparmaqla vahid niyyətlə ümumilikdə 3845 manat dəyərində oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək bu məqsədlə 27 avqust 2020-ci il tarixdə, saat 23 radələrində qabaqcadan razılaşdıqları kimi həmin evin sahibi Zərərçəkmiş şəxs1 evdə olmadığını və evin açarlarını Təqsirləndirilən şəxs1 qardaşı Şahid2 təvhil verib getməsini bilərək Təqsirləndirilən şəxs1 sonuncuya məxsus “Opel” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən gizli şəkildə evin açarlarını götürdükdən sonra həmin evin qarşısına getmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra açarla evin qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 200 manat nağd pul, 1350 manat dəyərində rus rublu, ümumi dəyəri 3000 manat olan 2 ədəd qızıl sırğa, sep və üzük dəsti, 2 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl sırğa, 2 ədəd qızıl üzük, 2 ədəd qızıl qolbaq, 2 ədəd sırğanı qanunsuz olaraq götürüb aparmaqla ümumilikdə 4550 manat dəyərində oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 təkrar tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək bu məqsədlə 28 avqust 2020-ci il tarixdə saat 24 radələrində qabaqcadan razılaşdıqları kimi həmin evin sahibi Zərərçəkmiş şəxs1 evdə olmadığını və evin açarlarını Təqsirləndirilən şəxs1 qardaşı Şahid2 təvhil verib getməsini bilərək Təqsirləndirilən şəxs1 sonuncuya məxsus “Opel” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən gizli şəkildə evin açarlarını götürdükdən sonra küçədə pusquda dayanaraq Şahid2 evdən çölə çıxmamasına nəzarət etməklə Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 3000 ABŞ dolları məbləğində, yəni yerli valyuta məzənnəsi ilə xeyli miqdar təşkil edən 5100 manat məbləğində pul vəsaitini qanunsuz olaraq götürüb aparmalarına şərait yaratmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayət əməlləri aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə həmkəndli və qonşu olmaqla 2020-ci ilin avqust ayının sonlarında Elnur və Mövlüdlə görüşüb söhbət edərək bacısının əri Zərərçəkmiş şəxs1 Rafiq oğluna məxsus Xaçmaz rayonu Ziya Bünyadov küçəsində yerləşən evdən oğurluq etməyi təklif etmişdir. Əfqangilin evinin açarı isə onun qardaşı Şahid2 “Opel” markalı avtomobilində olmuş, Əfqangil Bakıda olduqları müddətdə evə nəzarət etməsi üçün vermişlər. Bacısıgilin evdə olmadıqlarını bildiyindən 27 avqust 2022-ci il tarixdə axşam saatlarında, gizlincə Yaşarın avtomobilinin qapısnı açıb evin açarlarını götürmüş, sonra isə Elnur və Mövlüdla birlikdə piyada Əfqanın yaşadığı evin yanına getmişlər. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra saat 23 radələrində açarla həyət qapısını açmış və üçü də həyətə daxil olmuşlar. Sonra isə evin giriş qapısını açarla açaraq içəri daxil olmuşlar. Onlar içəri girdikdən sonra 2-ci mərtəbəyə çıxıb evi axtarmağa başlamışlar. Onlar həmin mərtəbədə olan otaqdakı şkafları axtarıb bir neçəsinin içərisindən hissə-hissə müxtəlif məbləğlərdə rus rublu və təxminən 200 manat pul aşkar etmişlər. Onlar tapdıqları pulları stolun üstünə yığmışlar. Sonra 2-ci mərtəbədə yataq otağındakı şkafdan bir neçə ədəd qızıl-zinət əşyaları tapmışdır. Onlar çıxdıqdan sonra o, evin qapısını açarla bağlamış və çıxıb getmişlər. Milli valyutada olan təxminən 200 manat pulu aralarında bölmüşlər, rus pulları Elnurda, qızıllar isə özündə olmuşdur. Gecə onlar evlərinə getmiş və razılaşmışalr ki, sabah rus pulunu milli pula dəyişdirib bölsünlər, qızılları isə satıb pulunu bölüşdürsünlər. O, evə gedib açarı qardaşının avtomobilinə qoymuşdur. Ertəsi gün Elnur Xaçmaz şəhərinə gəlib pulu milli valyutaya dəyişib kəndə qayıtmışdır. Elnurun gətirdiyi pulu bölmüşlər və bir gün əvvəl ona düşən pulla birlikdə ümumilikdə ona 510 manat pul düşmüşdür. Onların hər birinə qızıllar istisna olmaqla təxminən 510 manat pul düşmüşdür. Pulu böldükdən sonra isə aralarında söhbət etmiş və sonradan qərara gəlmişlər ki, Əfqanın evinə bir də girib baxsınlar, çünki evdə daha çox məbləğdə pul olmasını düşünmüşdür. Bu səbəbdən 28 avqust 2020-ci il tarixdə razılaşmışlar ki, Mövlüd kənddə qalıb qardaşı Yaşarın evdə olmasına nəzarət etsin, Elnurla o isə yenidən evə girsinlər. Razılaşdıqları kimi o, yenidən qardaşının avtomobilindən açarı götürmüş, Elnurla birlikdə Əfqanın evinə getmiş, Mövlüd isə qardaşıyla qonşu olduğundan öz həyətlərindən qardaşının evdən çıxmasına nəzarət etmiş, əgər qardaşı evdən çıxsaydı Mövlüd ona məlumat verəcəkdi. Beləcə Elnurla o, saat 24 radələrində yenidən Əfqanın evinə gəlmiş, o, açarla qapını açmış və ikisi də içəri daxil olmuşlar. Onlar içəri girib bir gün əvvəl baxmadıqları otağı axtarmağa başlamışalr. O, şkafların alt hissələrini axtarmış, Elnur isə ayağının altına stol qoyaraq şkafın yuxarı hissəsini axtarmışdır. Bu vaxt Elnur “tapdım” deyərək stoldan düşmüşdür. Onlar pulu saymış və görmüşlər ki, 3000 ABŞ dollarıdır. Sonra isə onlar evdən çıxmış, o, açarla qapını bağlamış və kəndlərinə qayıtmışlar. Onlar Mövlüdə evdən heç nə tapmadıqlarını demişlər. Evin açarını isə yenidən qardaşının avtomolbilinə qoymuşdur. Elnur 3000 dollardan 1700 ABŞ dollarını ona vermiş, özünə isə 1300 ABŞ dolları götürmüşdür. Həmin pulları yeyib-içməyə və əyləncələrə xərcləmişdir. Bundan təxminən 1 həftə sonra Elnur Tovuz rayonuna əsgər yoldaşının yanına getmiş, ona zəng edib qızılları götürüb gəlməsini və orada qızılları satmalarını demişdir. O da razılaşaraq Tovuz rayonuna gedib Elnurla görüşmüş, Elnur orada qızılları ondan almış və aparıb mərkəzi bazarda öz dostu ilə birlikdə satıb qayıtmışdır. Elnur geri qayıtdıqda qızılları 3 min manata satdığını demişdir. Sonra da onlar həmin pulu iki yerə bölmüş, o da pulu götürüb geri qayıtmışdır. Həmin puldan Mövlüdə heç nə verməmiş, pulları xərcləmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinə davam edərək göstərdi ki, 2021-ci ilin iyul ayında işçisi olduğu toyuq-cücə fermasının sahibi Zərərçəkmiş şəxs2 məxsus, Xaçmaz şəhəri, Xaçmaz-Quba yolunda yerləşən qapı sexindən oğurluq etmək qərarına gəlmiş, bu barədə Elnurla danışaraq birgə razılaşmışlar. Sonradan Elnur maşın tapmaq məsələsinin onluq olduğunu, əsgər yoldaşı Qurban Zeynalovla danışdığını və Qurbanın avtomobillə gələcəyini demişdir. 06 iyul 2021-ci il tarixdə Elnur əsgər yoldaşı Qurban ilə birlikdə “Kia Optima” markalı avtomobillə işlədiyi fermaya gəlmiş, o, fermada onların avtomobilinə minmiş və Xaçmaz şəhərinə gəlmişlər. 07 iyul 2021-ci il tarixdə, saat 01 radələrində o, Qurbana yolu göstərmiş və Xaçmaz-Quba yolu istiqamətinə getməyi demişdir. Qurban onları sexin yaxınlığında yol kənarında düşürtmüş, o, Qurbana demişdir ki, yaxınlıqda olsun, onlar zəng edib çağıranda gələr. Elnurla o isə piyada sexə tərəf getmişdir. Onlar sexin yanına çatdıqda Elnur hasardan aşaraq həyətə daxil olub darvazanı açmış, o da həyətə daxil olmuşdur. Sonra onlar sexin pəncərəsinə yaxınlaşmış, sexin plastik pəncərəsini özü ilə gətirdiyi iskənə ilə qanırıb açmış və pəncərədən içəri daxil olmuşlar. Onlar ofisə girdikdən sonra o, çəkməcədən 4000 manat pulu götürmüş, sonra isə həmin çəkməcədə dəmir açar olmasını aşkar etmişdir. O, həmin açarı da götürmüş, sonra ofisdəki şkafı açarkən içərisində dəmir seyf olduğunu görmüş, açardan istifadə etməklə seyfin qapısını açmış və seyfdən 10.000 manat pulu götürmüşdür. Həmin puldan 5000 manatını özü Elnurdan xəbərsiz gödəkcəsinin cibinə qoymuş, 5000 manatı isə Elnura vermiş, Elnur pulu öz cibinə qoymuşdur. O, pulu götürdüyü vaxtda Elnur ofisdə olan kameranın yaddaş qurğusunu söküb çıxarmış, sonra onlar ofisdən girdikləri yolla çölə çıxmışlar. Daha sonra Elnur Qurbana zəng etmiş və Qurban yaxınlıqdan onları götürmüşdür. Elnur ilə o, Qurbana oğurladıqları pulun tam məbləğini deməmiş, sexdən 2800 manat pul oğurladıqlarını demişlər. O, Qurbana 800 manat pul vermiş, Elnur isə 200 manat vermişdir. Qurban pulu götürmüş və onları yaşadıqları Qobuqıraq kəndinə düşürtdükdən sonra Bakı şəhərinə getmişdir. O, özü götürdüyü beş min manatı Elnurdan gizlətmiş, tək özünə saxlamışdır. Çəkməcədən götürdüyü 4 min manatın qalan 3200 manatını və Elnurda olan 4800 manatı toplamaqla ümumilikdə iki yerə bölmüş, 4000 manat Elnura, 4000 manat da özünə qalmışdır. Əldə etdiyi pulları Quba və digər rayonlarda xərcləmişdir. Bundan başqa növbəti oğurluğu qohumu Zərərçəkmiş şəxs4 yaşadığı evdən olmuşdur. Belə ki, Elnur ilə söhbət edərkən qərara gəlmişlər ki, Ayazın evindən oğurluq etsinlər. Bilmişlər ki, Ayaz 30 iyul 2021-ci il tarixdə ailəsi ilə birlikdə əmisi oğlu Ceyhun Səfərəliyevin toyunda olacaqdır. Elnurla qərara gəlmişlər ki, o, toydan tez çıxar, Elnurgillə birlikdə gedib oğurluğu edərlər. O, toyda Ayazın restoranda olmasına nəzarət etmək və ona bu barədə məlumat vermək üçün oğurluqdan 2 gün əvvəl bibisi oğlu X10 ilə danışmış, Aqil ilə razılaşmışdır ki, evdən nə oğurlasa ona da pay ayıracaq. Elnur da Qurban ilə danışıb avtomobil məsələsini həll etmişdir. 30 iyul 2021-ci il tarixdə o, əmisi oğlunun toyunda iştirak etmiş, “Almaz” şadlıq sarayında iştirak etmiş, Elnur isə dostu Qurban Zeynalovla şadlıq sarayının yaxınlığına gəlmişlər və ona xəbər etdikdən sonra saat 20-21 radələrində o, şadlıq sarayından çıxmışdır. Çıxmazdan əvvəl isə Aqilə yenidən xatırlatmış və demişdir ki, ayıq olsun, Ayazgil restorandan çıxsa dərhal məlumat versin. O, restorandan çıxıb Elnurun Qurban ilə birlikdə gəldiyi “Kia Optima” markalı avtomobilinə minmişdir. Sonra onlar Qobuqıraq kəndinə Ayazın yaşadığı evin yerləşdiyi küçəyə getmişlər. Qurban avtomobili küçənin başında saxlamış, Elnurla o, düşüb piyada Ayazın evinə getmişlər. Onlar evin qarşısına çatdıqdan sonra Elnur elektrik sayğacından işığı söndürmüş, sonra isə onlar qonşu hasara çıxmaqla Ayazın yaşadığı evin həyətinə daxil olmuşlar. O, özü ilə gətirdiyi dəmir parçası ilə evin 1-ci mərtəbəsindən pəncərəni açmışdır. Onlar həmin pəncərədən içəri daxil olub 1-ci mərtəbəni axtarmağa başlamışlar, pul və ya qızıl tapmamışlar. Otaqların birində isə şkafda kameranın yaddaş qurğusunu görmüşlər, lakin onu açmamışlar, 2-ci mərtəbəyə çıxıb evi axtarmağa davam etmişlər. Onlar birlikdə yataq otağına girib şkafı açmış və baxarkən şkafda qızılları aşkar etmişlər. Qızılların içərisində xeyli sayda qolbaq, sep, klon, uzuk, sırğalar, həmçinin qızıl qol saatı da olmuşdur. O, həmin şkafda olan qadın əl çantasını götürüb bütün qızılları həmin çantanın içinə yığmışdır. Sonra isə pul kisəsində olan təxminən 500 manata yaxın pulu götürmüş, lakin pul barədə Elnura heç nə deməmiş və 1-ci mərtəbəyə düşmüşlər. Onlar evdə olduqları müddətdə Aqil Əliyarov bir neçə dəfə ***-***-**-** saylı nömrəsindən ona zəng edərək hələ ki, Ayazın restoranda olmasını demiş, həmçinin “nə oldu, qutarmadınız?”, “nəsə tapdınız?”, “tez olun biraz” kimi sözlər demişdir. O da Aqilə “yox, hələ ki, heç nə tapmamışıq”, “ayıq ol” kimi sözlər demişdir. Elnurla o, birinci mərtəbəyə düşdükdən sonra Elnur 1-ci mərtəbədən kameranın yaddaş qurğusunu açıb çıxartmışdır. Sonra isə evin 1-ci mərtəbəsində yataq otağından 01 ədəd Samsung markalı kompyuter götürmüşlər. Onlar sonra pəncərəyə yaxınlaşmış, Elnur pəncərədən çıxmış, o da götürdükləri hər şeyi Elnura vermiş və özü də pəncərədən çıxmışdır. Sonra da içəri keçdikləri qonşu evi tərəfdən hasardan çölə çıxıb getmişlər. Evdən çıxmazdan əvvəl isə Elnur Qurbanla danışmış, yanlarına çağırmışdır. Onlar evdən çıxdıqdan sonra əlində olan kompyuter, yaddaş qurğusu və qızıllarla birlikdə avtomobilə minmişlər. Avtomobilə mindikdən sonra birlikdə Qobuqıraq kəndində çay kənarına getmişlər, orada dayanıb avtomobildə həmin qızılları çıxarıb ayırmışdır. Qızılların içərisində ağ qızıl da olmuş, lakin onların qızıl olmasını bilməmişlər. O, sarı qızılları və üzərində brilliant qaşlar olan, qızıl olmasından əmin olduğu bir neçə ədəd ağ qızılları ayırıb Elnura vermiş, Elnur da onlara baxıb öz cibinə yığmışdır. Qızılları ayırdıqdan sonra o, bijuteriya hesab etdiyi ağ qızılları cibinə qoymuşdur. Onlar razılaşmışlar ki, Elnurla Qurban qızılları aparıb Bakı şəhərində satacaqlar. O, Qurbana kompyuteri özünə götürməsini demiş, əl çantası və kameranın yaddaş qurğusunu isə özü ilə götürüb avtomobildən enmişdir. Elnurla Qurban çıxıb getmişlər, o isə çantanı və yaddaş qurğusunu həmin çaya atıb evə getmişdir. Ertəsi gün axşam saatlarında isə Elnur ilə öz evlərinin qarşısında görüşmüş, ona 2 min manat pul vermiş və demişdir ki, adama bu qədər pul düşür. O da pulu götürüb çıxıb getmiş, həmin pulu da yenə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Aqilə isə demişdir ki, evdən çox az qızıl çıxmış, ona görə Aqilə pul verməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinə davam edərək göstərdi ki, sonuncu oğurluq hadisəsi isə 03 sentyabr 2021-ci il tarixdə bibisi oğlu Zərərçəkmiş şəxs3 evindən olmuşdur. Belə ki, Ayazgilin evindən oğurluq edərkən Aqil onlara köməklik etmiş, lakin Aqilə evdən heç nə tapmadığını deyib pul verməmişdir. Aqil də onların həmin evdən xeyli qızıl və pul apardıqlarını öyrəndikdən sonra ona demişdir ki, ya ona pul versin, ya da əvəzinə anasıgilin evindən oğurluq edəcəkdir, sonra onlar həmin evə oğurluğa girərlər, nəsə tapsalar götürərlər, tapmasalar da əvəzləşmiş olarlar. O da Aqil ilə razılaşmışdır. 02 sentyabr 2021-ci il tarixdə Aqil ona artıq oğurluğa girdiyini və qızılları apardığını, onların da həmin evə girmələrini və evin əşyalarını dağıtmalarını demişdir. Elnur da əsgər yoldaşı Qurban ilə danışmış və Qurban axşam saatlarında Vaz 2109 markalı avtomobillə Bakı şəhərindən onların kəndinə gəlmişdir. 03 sentyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Qurbanın avtomobili ilə Şamxalgilin evinə getmişlər. Qurban çöldə avtomobildə onları gözləmiş, Elnurla o isə arxa həyət qapısından içəri girmişdir. Belə ki, Aqil həmin qapının qıfılını onlar üçün açıq qoymuş, ona da bu barədə xəbər vermişdir. Onlar həyətə girdikdən sonra həyətdəki tikilidən tapdığı dəmir parçası ilə evin giriş qapısını açmış və ikisi də içəri daxil olmuşlar. Sonra isə evi axtarmağa başlamış, lakin evdən pul və ya qızıl tapa bilməmişdir. Aqil ilə razılaşdıqları kimi, evin əşyalarını bir qədər dağıtmışlar. Sonra o, evdəki otaqların birindən 02 ədəd suvenir xəncər tapmış və onları götürmüşdür ki, Qurbana verər, satıb avtomobilinə benzin vurar. Evdən başqa heç nə tapmadıqları üçün daxil olduqları formada evdən çıxmışlar və Qurbanın avtomobilinə minib oradan uzaqlaşmışlar. Xəncərləri də Qurbana vermiş, sonra isə Qurban Elnuru öz evlərinə, onu isə fermaya düşürdüb çıxıb getmişdir. Törətdiyi cinayət əməllərindən peşmandır. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək göstərdi ki, 2020-ci ili avqust ayında həmkəndlisi Təqsirləndirilən şəxs1 oöğlu ilə görüşüb söhbət edərkən Calal imkanlı qohumları olduğunu bildirərək onların evndən oğurluq etməyi təklif etmişdir. O, razılaşdıqdan sonra Calal ilk dəfə bacısının əri Zərərçəkmiş şəxs1 Rafiq oğluna məxsus Xaçmaz rayonu Ziya Bünyadov küçəsində yerləşən evə girmək qərarına gəlmişdir. Calal demişdir ki, Əfqangil Bakı şəhərindədir, Xaçmazda yoxdurlar, evlərinin də açarı qardaşı Yaşarın avtomobilindədir. 27 avqust 2020-ci il tarixdə axşam saatlarında Calal qardaşı Yaşarın avtomobilindən açarı götürmüş, sonra isə Calal, o, və həmkənliləri Mövlüd birlikdə piyada Əfqanın yaşadığı evin yanına getmişlər. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra saat 23 radələrində Calal açarla həyət qapısını, sonra isə evin giriş qapısını açmış və üçü də içəri daxil olmuşlar. Onlar içəri girdikdən sonra 2-ci mərtəbəyə çıxmışlar. Onlar 2-ci mərtəbəyə çıxıb evi axtarmağa başlamış, həmin mərtəbədə olan otaqdakı şkafları axtarıb bir neçəsinin içərisindən hissə-hissə müxtəlif məbləğlərdə rus rublu və təxminən 200 manat pul aşkar etmişlər. Onlar pul tapdıqca evdə stolun üstünə yığmışlar. Sonra Calal 2-ci mərtəbədə yataq otağındakı şkafdan bir neçə ədəd qızıl-zinət əşyaları tapmışdır. Onlar evi təxminən yarım saat axtarmış və tapdıqları pullarla qızılları götürüb evdən çıxmışlar. Onlar çıxdıqdan sonra Calal evin qapısını açarla bağlamışdır. Milli valyutada olan təxminən 200 manat pulu aralarında bölmüşlər, rus pulları onda, qızıllar isə Calalda qalmışdır. Gecə onlar evlərinə getmiş və razılaşmışalr ki, səhəri gün rus pulunu milli pula dəyişdirib böləcəklər, qızılları isə satıb pulunu bölüşdürəcəklər. Ertəsi gün o, Xaçmaz şəhərinə gəlib pulu milli valyutaya dəyişib kəndə qayıtmış və pulları bölmüşlər. Bir gün əvvəl böldükləri pulla birlikdə hərəsinə 510 manat pul düşmüşdür. Pulu böldükdən sonra isə aralarında söhbət etmişlər və sonradan qərara gəlmişlər ki, Əfqanın evinə bir dəfə də girib baxsınlar, çünki Calal demişdir ki, evdə yenə pul olmalıdır. Bu səbəbdən 28 avqust 2020-ci il tarixdə razılaşmışlar ki, Mövlüd kənddə qalıb Calalın qardaşı Yaşarın evdə olmasına nəzarət etsin, Calal ilə o isə yenidən evə girsinlər. Razılaşdıqları kimi Calal yenidən qardaşının avtomobilindən açarı götürmüş, birlikdə Əfqanın evinə getmişlər, Mövlüd isə Yaşarla qonşu olduğundan öz həyətlərindən Yaşarın evdən çıxmasına nəzarət etrmişdir. Calal ilə o, saat 24 radələrində yenidən Əfqanın evinə getmiş, ətrafda heç kim olmamış, Calal açarla yenə qapını açmış və ikisi də içəri daxil olmuşlar. Onlar içəri girib bir gün əvvəl girmədikləri otağı axtarmağa başlamışlar. O, ayağının altına stol qoyaraq şkafın yuxarı hissəsini axtardıqda oradan bükülü formada ABŞ dolları tapmışdır. Onlar pulu saymış və görmüşlər ki, 3000 dollardır. Sonra isə evdən çıxmışlar, Calal açarla qapını bağlamış və onlar kəndə qayıtmışlar. Onlar Mövlüdə evdən heç nə çıxmadığını demişlər. O, Çalala 3000 dollardan 1700 ABŞ dolları vermiş, özünə isə 1300 ABŞ dolları götürmüşdür. Həmin pulları yeyib-içməklərə, əyləncələrə xərcləmişdir. Bundan təxminən 1 həftə sonra o, Tovuz rayonuna əsgər yoldaşının yanına getmişdir. Calal ilə telefonla danışarkən ağlına gəlmişdir ki, Calal da Tovuza gəlsin və qızılları orada satsınlar. O, Çalala Tovuza gəlməsini təklif etmiş və Calal da razılaşıb gəlmişdir. Əsgər yoldaşına isə demişdir ki, dostu anasının qızılların gətirəcək, onları satıb yola salmaq lazımdır. Əsgər yoldaşı da ona “elə mənim də bazarda işim var, gedərik, sən qızlları satarsan, mən də öz işimi görərəm” sözlərini demişdir. Calal gəldikdən sonra onlar görüşmüş və qızılları ondan götürüb əsgər yoldaşı ilə birlikdə bazara getmişlər. Əsgər yoldaşı bazarda paltar satılan tərəfə getmiş, o isə qızıl dükanına girib qızılları 3000 manata satmışdır. Sonra da pulun 1500 manatını öz cibinə qoymuş, əsgər yoldaşı ilə görüşmüş və Calalın yanına getmişlər. Əsgər yoldaşına bildirmədən Calala qızılları 3000 manata satdığını demiş və 1500 manatı ona vermişdir. Həmin pulu da özü üçün yeyib-içməyə xərcləmiş, Mövlüdə heç nə verməmişlər. Təqsirləndirilən şəxs2 ifadəsinə davam edərək göstərdi ki, 2021-ci ilin iyul ayında Calal Xaçmaz-Quba yolunda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə məntəqəsinin yanında tanışı Zərərçəkmiş şəxs2 məxsus plastik qapı-pəncərə sexi olduğunu, ora tez-tez gedib-gəldiyini, sexdə yaxşı pul olacağını deməklə ora getmələrini təklif etmişdir. O da razılaşmış, sonra Calal ona demişdir ki, ora getməyə maşın lazımdır. O da Calala maşın tapmaq məsələsinin onluq olduğunu demiş, Bakı şəhərində yaşayan əsgər yoldaşı Qurban Zeynalovla danışmış, lakin oğurluq barədə ona heç nə deməmiş, xeyirinin olacağını deyərək avtomobillə Xaçmaza gəlməsini xahiş etmişdir. Qurban da razılaşmış və 06 iyul 2021-ci il tarixdə Qurban Xaçmaza gəlmiş, onlar birlikdə Qurbanın günlük icarəyə götürüb gəldiyi “Kia Optima” markalı avtomobili ilə Calalın işlədiyi fermaya getmişlər. Calal orada onların avtomobilinə minmiş və Xaçmaz şəhərinə gəlmişlər. 07 iyul 2021-ci il tarixdə saat 01 radələrində Calal Qurbana yolu göstərmiş və onlar gəlib Xaçmaz-Quba yolunda üzü Quba rayonu istiqamətində təxminən 500 metr getdikdən sonra sol tərəfdə avtomobildən düşmüşdür. Calal Qurbana yaxınlıqda olmasını, onlar zəng edib çağırdıqda gəlməsini demiçşdir. Calal ilə o isə piyada qapı-pəncərə sexinə tərəf getmişlər. Sexin yanına çatdıqda o, darvazanın yanından hasardan aşaraq həyətə daxil olub darvazanı açmış, Calal da həyətə daxil olmuşdur. Sonra onlar sexin pəncərəsinə yaxınlaşmış, sexin plastik pəncərəsini Calal özü ilə gətirdiyi iskənə ilə qanırıb açmışdır. Sonra da onlar pəncərədən içəri daxil olmuşlar. Onlar ofisə girdikdən sonra Calal çəkməcədən 4000 manat pulu götürmüş, sonra isə həmin çəkməcədə dəmir açar olmasını görmüş, Calal həmin açarı da götürmüş, həmin vaxt o, kameranın yaddaş qurğusunu sökmüşdür. Az sonra Calal seyfdən 5000 manat tapmasını demiş və ona vermişdir. O da həmin 5000 manatı pulu götürüb cibinə qoymuşdur. Yaddaş qurğusunu söküb çıxardıqdan sonra onlar ofisdən girdikləri yolla çıxmş, lakin hasarı isə sexin arxa hissəsindən aşmaqla çıxmışlar. Sonra da o, Qurbana zəng edərək həmin yerə gəlməsini demiş və onlar piyada yaxınlıqda olan “Lada” otelin qarşısına getmişlər. Qurban da gəlib onları oradan götürmüşdür. Calal Qurbana 800 manat pul vermiş, o isə Qurbana 200 manat pul vermişdir. Qurban pulu götürmüş və onları yaşadıqları Qobuqıraq kəndinə düşürtdükdən sonra Bakı şəhərinə getmişdir. Onda olan 4800 manatla Calalda olan 3200 manatı toplayıb bölmüşlər və ona 4000 manat pul düşmüşdür. Sonra da ayrılıb getmişlər və əldə etdiyi pulları əyləncələrə xərcləmişdir. Bundan əlavə etdikləri növbəti oğurluq Zərərçəkmiş şəxs4 yaşadığı evdən olmuşdur. Belə ki, onlar söhbət edərkən qərara gəlmişlər ki, Ayazın evindən oğurluq etsinlər. Calal Ayazın 30 iyul 2021 -ci il tarixdə ailəsi ilə birlikdə onun əmisi oğlu Ceyhun Səfərəliyevin toyunda olacağını bilmiş və bu barədə ona demişdir. Qərara gəlmişlər ki, Calal toydan tez çıxar, birlikdə gedib oğurluğu edərlər. O, Qurban ilə danışıb avtomobil məsələsini həll etmişdir. 30 iyul 2021-ci il tarixdə Calal əmisi oğlunun toyunda iştirak etmiş, toy Xaçmaz şəhərində “Almaz” şadlıq sarayında olmuşdur. O, həmin gün Bakı şəhərindən çağırdığı sürücü Qurban Zeynalovla sarayın yanına gəlmiş və Çalala xəbər etdikdən sonra saat 21 radələrində Calal şadlıq sarayından çıxmışdır. Sonra onlar birlikdə Qobuqıraq kəndinə Ayazın yaşadığı evin yerləşdiyi küçəyə getmişlər. Küçənin başında Qurbana avtomobili saxlamasını demişlər və avtomobildən düşmüşlər. Calal ilə o, düşüb piyada Ayazın evinə getmişlər. Calal ona demişdir ki, heç nədən narahat olmasın, Şamxalın qardaşı Əliyarov Aqil ilə danışmış, Aqil toyda ev sahibinə, yəni Ayaza nəzarət edir, əgər Ayaz restorandan çıxsa Aqil zəng edib xəbər edəcəkdir. Onlar evin qarşısına çatdıqdan onra o, elektrik sayğacından işığı söndürmüş, daha sonra isə qonşu hasara çıxmaqla Ayazın yaşadığı evin həyətinə daxil olmuşlar. Calal özü ilə gətirdiyi dəmir alətlə evin 1-ci mərtəbəsindən pəncərəni açmışdır. Onlar həmin pəncərədən içəri daxil olub 1-ci mərtəbəni axtarmağa başlamış, pul və ya qızıl tapmamışlar. Onlar evdə olduğu müddətdə Aqil telefonla bir neçə dəfə Çalala zəng edib danışmışdır. Sonra onlar otaqların birində şkafda kameranın yaddaş qurğusunu görmüş, lakin onu açmamışlar, 2-ci mərtəbəyə çıxıb evi axtarmağa davam etmişlər. Calal yataq otağına girib şkafı açmış və baxarkən şkafda qızılları aşkar etmişdir. O, otaqdan çıxmış, Calal isə qızılları bir ədəd qadın əl çantasına yığıb otaqdan çıxmışdır. Onlar 1-ci mərtəbəyə düşmüş, o, 1-ci mərtəbədən kameranın yaddaş qurğusunu açıb çıxartmışdır. Sonra isə evin 1-ci mərtəbəsində yataq otağından 01 ədəd “Samsung” markalı komyuter götürmüşlər. Onlar sonra pəncərəyə yaxınlaşmış, içəri daxil olduqları qaydada çıxmışlar, həyətə keçdikləri qonşu evi tərəfdən hasardan çölə aşaraq getmişlər. Evdən çıxmazdan əvvəl isə o, Qurbanla danışıb onu yanlarına çağırmışdır. Onlar evdən çıxdıqdan sonra əllərində olan kompyuter, yaddaş qurğusu və qızıllarla birlikdə avtomobilə minmişlər. Avtomobilə mindikdən sonra onlar birlikdə Qobuqıraq kəndində çay kənarına getmiş, orada dayanmış, Calal avtomobildə həmin qızılları çıxarıb ayırmışdır. Belə ki, qızılların içərisində ağ qızıl da olmuş, lakin onların qızıl olmasını bilməmişlər, elə bilirmişlər ki, bijuteriyadır. Calal sarı qızılları və üzərində brilliant qaşlar olan, qızıl olmasından əmin olduqları bir neçə ədəd ağ qızılları ayırıb ona vermişdir. O da qızıllara baxıb öz cibinə yığmışdır. Həmin gün artıq Qurban başa düşmüşdür ki, onlar evdən oğurluq etmişlər. Qızılları ayırdıqdan sonra Calal bijuteriya hesab etdiyi əşyaları cibinə qoymuşdur. Onlar razılaşmışlar ki, Qurbanla o, qızılları aparıb Bakı şəhərində satacaqlar. Calal Qurbana kompyuteri özündə saxlamasını demişdir. Sonra isə əl çantası və kameranın yaddaş qurğusunu özü ilə götürüb avtomobildən enmişdir. Qurbanla o isə oradan Bakı şəhərinə getmişdir. Ertəsi gün Qurban ilə Bakı şəhərində Fərahim adlı şəxslə görüşmüşlər, Qurban Fərahimə onu öz qohumu kimi təqdim etmiş və qızılları satıb evini təmir etdirəcəyini demişdir. Fərahim də qızılları onlardan götürüb aparmış, bir qədər sonra isə 6000 manat dəyəri olmasını demişdir. O da razılaşmamış, sonra isə həmin qızılları Fərahimə 7000 manata satmışdır. Puldan da 100 manatı Fərahimə vermişdir. Qalan puldan da Qurbana 2000 manat vermiş, Qurban da onu “Şamaxinka” adlanan yerdə düşürtmüş və o, Xaçmaz rayonuna gəlmişdir. Calal ilə görüşüb ona 2000 manat vermiş, lakin puldan Aqilə heç nə ayırmamışlar, Calal Aqilə evdən heç nə tapmadıqlarını demişdir. Onda qalan 2900 manatı isə özü xərcləmişdir. Bundan əlavə etdiyi sonuncu oğurluq hadisəsi isə 03 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 anasının evindən olmuşdur. Belə ki, Calal ona demişdir ki, Ayazgilin evindən oğurluq edərkən Aqilə heç nə verməmişlər. Buna görə Aqil onun əvəzinə anasıgilin evindən oğurluq edəcək, arxasınca da onlar girib evi dağıtmalıdırlar, həm də evdən nə tapsalar götürərlər. O da razılaşmış, çünki Aqilə pul verməli olsaydılar Calal ilə o üst-üstə qoyub verməli idilər. 02 sentyabr 2021-ci il tarixdə Calal ona demişdir ki, Aqil öz işini görüb, artıq onların növbəsidir. O da əsgər yoldaşı Qurban ilə danışmış və Qurban həmin gün axşam saatlarında Vaz 2109 markalı avtomobillə onların kəndinə gəlmişdir. 03 sentyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Qurbanın avtomobili ilə Şamxalgilin evinə getmişlər. Yolu Qurbana özləri göstərmişlər. Qurban çöldə avtomobildə onları gözləmiş, Calal ilə o isə arxa həyət qapısından içəri girmişlər. Həmin qapının qıfılı açıq olmuş, Calal ona demişdir ki, qapını Aqil açıq qoyacaq. Onlar həyətə girdikdən sonra Calal həyətdəki tikilidən tapdığı dəmir parçası ilə evin giriş qapısını açmış və ikisi də içəri daxil olub evi axtarmağa başlamışlar, lakin evdən pul və ya qızıl tapa bilməmişlər. Onlar evin əşyalarını dağıtmış, sonra da Calal evdəki otaqların birindən 2 ədəd suvenir xəncər götürmüşdür. Evdən başqa heç nə götürməmişlər və çıxmışlar. Calal xəncərləri Qurbana vermiş, demişdir ki, satıb benzin tökər. Sonra isə Qurban onu öz evinə gətirmiş, o, cibindən 5 manat çıxarıb Qurbana vermişdir ki, benzin töksün. Sonra da o, Qurbangillə sağollaşıb evə girmiş, Qurban ilə Calal isə çıxıb getmişlər. Törətdiyi cinayət əməllərindən peşmandır. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək göstərdi ki, ilk oğurluq hadisəsini 2020-ci ilin 27 avqust tarixində törətmişdir. Belə ki, həmkəndlisi Calal ona və Elnura təklif etmişdir ki, bacısının əri Zərərçəkmiş şəxs1 Rafiq oğluna məxsus evdə yaxşı pul olmalıdır, bacısı və əri evdə yoxdur, qardaşının maşınından açarı götürəcəkdir, evə girib rahat oğurluq edəcəklər. O və Elnur da Calal ilə razılaşmış, Calal 27 avqust 2020-ci il tarixdə qardaşının avtomobilindən evin açarlarını götürmüş, sonra isə üçü birlikdə piyada Əfqanın yaşadığı evin yanına getmişlər. Saat 23 radələrində ətrafda heç kim olmamış, Calal açarla həyət qapısını açmış və üçü də həyətə daxil olmuşlar. Sonra isə evin giriş qapısını açarla açmış və içəri daxil olmuşlar. Onlar içəri girdikdən sonra evin 2-ci mərtəbəsinə çıxıb evi axtarmağa başlamışlar. Onlar həmin mərtəbədə olan otaqdakı şkafları axtarıb bir neçəsinin içindən müxtəlif məbləğlərdə rus rublu və təxminən 200 manat pul aşkar etmişlər. Tapdıqları pulları evdə stolun üstünə yığmışlar. Sonra Calal 2-ci mərtəbədə yataq otağından bir neçə ədəd qızıl-zinət əşyası aşkar etmiş, lakin onlara demişdir ki, deyəsən qızıl deyil, bijuteriyadır. Sonra həmin qızıl-zinət əşyalarını öz cibinə qoymuşdur. Onlar evi təxminən yarım saat axtarmış və tapdıqları pulları götürüb evdən çıxmışlar. Lakin 2-ci mərtəbədə olan bir otağa baxmamışlar. Onlar çıxdıqdan sonra Calal evin qapısını açarla bağlamış və onlar çıxıb getmişlər. Oğurladıqları 200 manat pulu aralarında bölmüşlər, rus pulları Elnurda, seplər isə Calalda olmuşdur. Gecə onlar evə getmiş və razılaşmışlar ki, səhərisi gün rus pulunu milli pula dəyişdirib bölsünlər. Ertəsi gün Elnur Xaçmaz şəhərinə gəlib pulu milli valyutaya dəyişib kəndə qayıtmışdır. Elnurun gətirdiyi pulu bölmüşlər və bir gün əvvəl ona düşən pulla birlikdə ümumilikdə ona təxminən 510 manat pul düşmüşdür. Onların hər birinə təxminən 510 manat pul düşmüşdür. Pulları aralarında böldükdən sonra Əfqanın evinə bir dəfə də oğurluğa girmək qərarına gəlmişlər. 28 avqust 2020-ci il tarixdə razılaşmışlar ki, o, kənddə qalıb Calalın qardaşı Yaşarın evdə olmasına nəzarət etsin, Elnurla Calal isə yenidən evə girsin. Razılaşdıqları kimi Calal yenidən qardaşının avtomobilindən açarı götürmüş, Elnurla birlikdə Əfqanın evinə getmiş, o isə Calalın qardaşı Yaşarla qonşu olduğundan öz həyətindən Yaşarın evdən çıxmasına nəzarət etmiş, əgər çıxsa Calalgilə məlumat verəcəkdi. Elnurla Calal saat 24 radələrində yenidən Əfqanın evinə getmiş, təxminən 1-2 saat sonra geri qayıdaraq ona evdən əlavə heç nə tapmadıqlarını demişlər. Həmçinin Calal götürdüyü qızıl-zinət əşyalarına görə də ona pul verməmiş, o da düşünmüşdür ki, yəqin doğurdan da bijuteriya olub. Lakin onlar polis əməkdaşları tərəfindən tutulduqdan sonra ona məlum olmuşdur ki, Calal ilə Elnur ikinci dəfə Əfqanın evinə girərkən evdən 3000 ABŞ dolları pul oğurlayaraq öz aralarında bölmüş, ona heç nə verməmişlər. Törətdiyi cinayət əməllərindən peşmandır. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Təqsirləndirilən şəxs1 qardaşı Əfqanın qaynı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Calalın həmkəndliləridir. X13 Federasiyasında fərdi qaydada işlədiyindən çox vaxt ölkə hüdudlarında olmur. X11 şəhəri, Z.Bünyadov küçəsində özünə məxsus yaşayış evi vardır. 25 avqust 2020-ci il tarixdə Əfqan öz ailəsi ilə birlikdə Bakı şəhərinə getmişdir. 03 sentyabr 2020-ci il tarixdə isə geri qayıdarkən evdən oğurluq olmasını və pul kisəsi, 100 ABŞ dolları, 1000 manat, 6000 rus rublu, həmçinin bir neçə qızıl-zinət əşyalarının oğurlanmasını aşkar etmişlər. Qardaşı Əfqan bu barədə ona demiş və o, Xaçmaz rayon Polis Şöbəsinə şikayət etmişdir. Sonradan evin digər otağından pul kisəsi, 100 ABŞ dolları, həmçinin qızıllardan bir neçəsi tapılmışdır. Əfqanın evindən oğurluğun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən edildiyi sonradan məlum olmuşdur. Dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilməmişdir. Ödənilməmiş qalan ziyanı təqsirləndirilən şəxslərdən tələb edir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, onun Xaçmaz-Quba avtomobil yolunun Quba rayonu istiqamətində gedərkən yolun sol tərəfində yerləşən plastik qapı və pəncərə sexi vardır. 06 iyul 2021 -ci il tarixdə axşam saat 20 radələrində o, öz işlədiyi sexin qapılarını bağlamış və oradan çıxıb yaşadığı evə getmişdir. Lakin həmişə olduğu kimi sexdəki ofisin qapısı açıq vəziyyətdə, seyf isə bağlı olmuşdur. 2021-ci ilin fevral ayında o, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialından 12.000 manat pul krediti götürmüş, həmçinin 1000 manat pulu öz qazancından həmin pulun üstünə qoymuşdur. Bununla yanaşı hadisədən təxminən 2-3 gün əvvəl sexə borcu olan bir neçə nəfər şəxslər də borclarını vermişlər. Bununla da ümumilikdə 14.000 manat pul yığılmışdır. O, həmin pulun 10.000 manatını ofisdəki seyfə qoyub qapısını da açarla bağlamışdır. Seyfin açarını isə ofisdəki yazı masasının sağ tərəfindən olan sürgülü dolabın içərisinə qoymuşdur. Pulun qalan 4000 manatını isə dolaba qoymuşdur. Bundan başqa masanın sol dolabının içərisindəki qovluğun arasında isə fermer təsərrüfatı yaratmaq üçün yığdığı 13.000 manat pul da olmuşdur. 07 iyul 2021-ci il tarixdə saat 09 radələrində o, yaşadığı evdən sexə gəlib ofisə keçdikdə görmüşdür ki, seyfin qapısı açıqdır və onun axşam masanın sürügülü dolabına qoyduğu seyfin açarı da seyfin qapısının üzərindədir. O, seyfin içərisinə baxdıqda oradakı 10.000 manat pulun, masanın sağ tərəfdə yerləşən sürgülü dolabına baxdıqda oradakı 4000 manat pulun olmadığını görmüşdür. Həmin 14 min manatdan əlavə masanın sol dolabının içərisindəki qovluğun arasında baxdıqda görmüşdür ki, 13000 manat yerindədir. O, həmin 13000 manatı götürmüş, daha sonra isə Xaçmaz rayon Polis Şöbəsinə zəng edib sexdən 14000 manat pulunun oğurlanması barəedə məlumat vermişdir. Hadisə yerinə polsi əməkdaşları gəlib baxış keçirmişlər. Baxış zamanı ofisdə olan yazı masasının üzərində bir ədəd, köhnə, qulpsuz dəmir əsgənə olması aşkar edilmiş, o, başa düşmüşdür ki, oğrular ofisə plastik pəncərəni həmin əsgənə ilə açıb girmişlər. Ofisdə olan kameralara baxmaq istəyərkən kameranın yaddaş qurğusunun yerində olmadığını görmüşdür. Buna görə hesab etmişdir ki, kameranın yaddaş qurğusunu da sexdən oğurluq edən şəxslər oğurlamışdır. Hadisə nəticəsində 14 min manat pulu və 250 manat dəyərində kameranın yaddaş qurğusu oğurlanmaqla ona ümumilikdə 14250 manat ziyan vurulmuşdur. Sexindən oğurluğun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən edildiyi sonradan məlum olmuşdur. Dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ona ödənilməmişdir. Ödənilməmiş ziyanını təqsirləndirilən şəxslərdən tələb edir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində özünə ata evinin yanında ev tikdirmişdir. 02 sentyabr 2021-ci il tarixdə o, xidməti iş yerində xidmətdə olmuşdur. 03 sentyabr 2021-ci il tarixdə səhər saat 09 radələrində işdən evə gəlmiş, öz evinə daxil olmazdan əvvəl ata evinin həyətinə daxil olmuşdur ki, evə baxsın. O, evin həyətinə girib giriş qapısına tərəf yaxınlaşarkən evin giriş qapısının qıfılının sındırıldığını, evin içərisinə girdikdə evin bütün əşyalarının dağıdıldığını və hər yerin axtarıldığını görmüşdür. O, evdə qızılların saxlandığı otağa daxil olmuş və çamadanı açdıqda ümumi dəyəri 3300 manat olan qızıllar, yəni 01 ədəd 18 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 12 qram çəkidə qızıl qolbaq, hər birinin çəkisi 03 qram olan 02 ədəd qızıl üzük oğurlandığını müəyyən etmişdir. Bundan başqa evdən 500 manat nağd pul da oğurlandığını bilmişdir. O, hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, polis əməkdaşları gəlib evə baxış keçirmişlər. Hadisədən bir gün sonra evə baxarkən evdə olan 02 ədəd suvenir xəncərin də də oğurlandığı ona məlum olmuşdur. O, ifadə vermək üçün rayon polis şöbəsinə gələn zaman şöbədə otaqda olan həmin xəncərləri görmüş və dərhal tanımışdır. Həmin xəncərlər ibtidai istintaq zamanı ona qaytarılmışdır. Calalın qardaşı Aqil barəsində dedikləri yalandır, qardaşı heç vaxt oğurluq etməz, Calal bu cür ifadə verib onun barəsində şikayətçi olmamasını təmin etmək istəyir. Dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ona ödənilməmişdir. Ödənilməmiş ziyanını təqsirləndirilən şəxslərdən tələb edir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, onun ata evi Xaçmaz rayonu Qobuqıraq kəndində olduğu üçün 2014-cü ildə ata evinin həyətyanı torpaq sahəsini iki yerə bölmüşlər və 8 sotun içərisində özünə ev tikdirmişdir. Tikdirdiyi evdə arvadı və iki azyaşlı övladı ilə birlikdə yaşayır. 30 iyul 2021-ci il tarixdə saat 18 radələrində ailə üzvləri ilə birlikdə Xaçmaz şəhərində yerləşən “Almaz” şadlıq sarayına qohumunun toy məclisinə getmişlər. Yaşadığı evin qapısını və darvazanı tam bağlamışdır. Saat 23 radələrində toydan çıxıb evə gəlmiş, yaşadığı evin qarşısına çatdıqda o, pultun düyməsini sıxmışdır ki, darvaza açılsın avtomobili həyətə salsın. Lakin bir neçə dəfə düyməni sıxsa da darvaza açılmamışdır. O, başa düşmüşdür ki, işıq sönüb, lakin qonşu evlərə baxarkən qonşuların işıqlarının yandığını görtmüşdür. O, açar ilə həyətin giriş qapısını açmış və həyətə daxil olmuş, işığın “rubilnik”-nə baxdıqda görmüşdür ki, rubilnik atmayıb. Sonra küçəyə çıxıb işıq sayğacına baxdıqda sayğacın qutusunun açıq olmaqla qutunun içərisində olan kiçik ölçülü rubilnikin sönülü olduğunu görmüşdür. O, sayğacdan işığı yandırmış, həyətə daxil olub evin giriş qapısını açmış və içəri daxil olmuşdur. O, evə girib sol tərəfdəki yataq otağına baxarkən görmüşdür ki, kimsə şkafı dağıdıb, sanki evdə nəsə axtarılıb. O, dərhal başa düşmüşdür ki, evə oğru girib. Sonra evin ikinci mərtəbəsinə də çıxmış və görmüşdür ki, yataq otağını da dağıdıblar. O, heç nəyə əl vurmadan DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onlar otaqlara bir-bir baxmışlar, bu zaman məlum olmuşdur ki, bir ədəd 4 min manat dəyərində briliyant qaşlı ağ qızıl dəsti, bir ədəd 1400 manat dəyərində beş qaşlı ağ qızıl üzük, bir ədəd 1000 manat dəyərində brilliant qolbaq, bir ədəd 900 manat dəyərində tək qaşlı qızıl üzük, bir ədəd 700 manat dəyərində tək qaşlı qızıl üzük, bir ədəd 300 manat dəyərində qızıl üzük, bir ədəd 1400 manat dəyərində 3 qaşlı qızıl sırğa və üzük dəsti, bir ədəd 400 manat dəyərində qızıl üzük, bir ədəd 700 manat dəyərində brilliant qaşlı qızıl üzük və sırğa dəsti, bir ədəd 750 manat dəyərində beş qaşlı kişi üçün qızıl üzük, bir ədəd 950 manat dəyərində kəpənək formalı qızıl üzük, sırğa və klon dəsti, ikisi birlikdə 250 manat dəyərində 2 ədəd uşaq üçün qızıl üzük, bir ədəd 400 manat dəyərində ağ qaşlı qızıl sırğa, bir ədəd 300 manat dəyərində zümrüd qaşlı qızıl sırğa, bir ədəd 200 manat dəyərində sadə qızıl sırğa, 03 ədəd hər biri 400 manat, 450 manat və 600 manat dəyərində olan halqa formalı qızıl sırğa, bir ədəd 750 manat dəyərində ürək formalı qızıl üzük və sırğa dəsti, hər biri 200 manat dəyərində olan 2 ədəd və hər biri 260 və 300 manat olan 2 ədəd uşaq üçün qızıl qolbaq, bir ədəd 400 manat dəyərində zümrüd qaşlı üzərində Zümrüd yazısı olan qızıl klon, hər biri 300 manat dəyərində və 110 manat dəyərində olan qızıl qolbaq, bir ədəd 180 manat dəyərində sadə qızıl sırğa, bir ədəd 300 manat dəyərində ulduz formalı qızıl sırğa, bir ədəd 550 manat dəyərində üzərində Naz yazısı olan klonlu qızıl sep, hər biri 100 manat, 300 manat və 500 manat dəyərində olan 3 ədəd sadə qızıl sep, bir ədəd 250 manat dəyərində ürək formalı qızıl üzük, bir ədəd 300 manat dəyərində sadə qızıl üzük, bir ədəd 700 manat dəyərində qızıl kişi qol saatı, hər biri 100 manat dəyərində olan 3 ədəd qızıl klon, bir ədəd 110 manat dəyərində yumru qızıl klon, bir ədəd 130 manat dəyərində qızıl ayətülkürs klonu, bir ədəd 100 manat dəyərində Z hərfi formasında qızıl klon, hər biri 70 manat dəyərində olan 2 ədəd qızıl sancaq, bir ədəd 500 manat dəyərində olan kəpənək formalı qızıl sırğa, bir ədəd 70 manat dəyərində uşaq üçün sadə qızıl sırğa, bir ədəd 110 manat dəyərində açar formasında qızıl klon, bir ədəd 350 manat dəyərində 5 qəpik formasında qızıl, bir ədəd 350 manat dəyərində uzun qızıl sırğa, bir ədəd 150 manat dəyərində sadə qızıl sırğa, bir ədəd 250 manat dəyərində mələk formasında qızıl sep, bir ədəd 200 manat dəyərində ürək formasında qızıl sep və bir ədəd 100 manat dəyərində A hərfi formasında qızıl klon, 40 manat dəyərində əl çantası, 500 manat nağd pul, 120 manat dəyərində masaüstü kompyuter və 100 manat dəyərində kameranın yaddaş qurğusu oğurlanmışdır. İbtidai istintaq zamanı oğurlanmış əşyalardan yalnız 1 ədəd “Samsung” markalı kompyuter ona qaydarılmış, ziyanın qalan hissəsi ödənilməmişdir. Ödənilməmiş qalan ziyanını təqsirləndirilən şəxslərdən tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, təqsirləndirilən şəxslərdən Yaşar Səfərliyev onun qardaşıdır. Zərərçəkmiş şəxs1 Rafiq oğlu isə onun bacısının əridir. Əfqan ailəsi ilə çox vaxt Rusiya Federasiyasında yaşayır, Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən evinin açarlarının bir nüsxəsi daim onda olmuş, evə nəzarət etmişdir. 2020-ci ilin avqust ayının sonlarında Əfqan ailəsi ilə Bakı şəhərinə getmiş, buna görə evlərinə nəzarət etmək yenə də onun öhdəliyində olmuşdur. Evin açarları isə daim özünə məxsus olan Opel markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olmuşdur. Əfqangil bir neçə gün Bakı şəhərində qalmış, sentyabr ayının əvvəllərində isə geri qayıtmışlar. Əfqangil qayıtdıqdan sonra xəbər tutmuşdur ki, onların evindən oğurluq olub. Lakin o, həmin oğurluğun qardaşı Calal tərəfindən törədilməsini bilməmişdir. Qardaşı Calal tutulduqdan sonra ona məlum olmuşdur ki, Calal 2020-ci ilin avqust ayında onun avtomobilindən evin açarlarını görtürmüş, həmin açardan istifadə etməklə Elnur və Mövlüd ilə birlikdə həmin evə girib oğurluq etmişlər, sonra da açarları gətirib onun avtomobilinə qoymuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid1 göstərmişdir ki, təxminən 2-3 ildir ki, “Lombard” işlədir, Qurban Zeynalovu da işlətdiyi lombard vasitəsilə tanımışdır. Belə ki, işlətdiyi lombard Neftçilər metrostansiyasının yaxınlığında, “Q.Qarayev 118” ünvanında yerləşir, Qurban bir neçə dəfə gəlib həmin lombardda ona mobil telefon girov qoymaqla pul götürmüş, pulu ödədikdən sonra da gəlib telefonun aparmışdır. 31 iyul 2021 -ci il tarixdə Qurban ona zəng edərək demişdir ki, rayonda yaşayan qohumu var, toy etməlidir, evlərini təmir etdirmək üçün qızıllarını satmaq istəyir, xəbər edəcəkdir, onun qızıllarını normal qiymətə alar. O da razılıq vermişdir. Bir müddət sonra günün 1-ci yarısı Qurban ilə Nefçilər metrostansiyası yaxınlığında görüşmüş, Qurban Kia markalı avtomobillə həmin yerə gəlmişdir. O, Qurban ilə görüşüb avtomobilə minib arxa oturacaqda oturmuş, ön sərnişin oturacağında da bir nəfər 25-30 yaş arası oğlan oturmuşdur. Qurban ona demişdir ki, bu Elnurdur, qohumudur, qızılları gətirib. Elnur ona 01 ədəd qızıl kişi qol saatı, 3 ədəd qızıl üzük, 4 cüt qızıl sırğa, 3 ədəd qızıl sep, 3 ədəd brilliyant üzük, 2 ədəd üzük-sırğa dəsti (komplekt), 2 ədəd qızıl qolbaq təqdim edərək onları satmaq istədiklərini demişdir. O, həmin qızılları götürüb iş yerinə aparmış, orada olan tərəzi ilə çəkmiş, götürdüyü qızılların 85 qramı 585 əyyar, 25 qramı isə 750 əyyar olmuşdur. Sonra o, həmin qızılları götürüb yaxınlıqdakı qızıl dükanına getmiş, həmin mağazada işləyən qızıl alverçisinə qızılları göstərmiş, həmin şəxs qızıllara baxıb ona demişdir ki, qızılların ümumi lom qiyməti təxminən 6200 manatdır. O da qızılları götürüb Qurbangilin yanına getmiş, onlara qızılların qiymətinin 6200 manat olmasını demiş, Qurbangil isə ona demişdir ki, qiymət ucuzdur. O da demişdir ki, onda gözləyə bilərlərsə gözləsinlər, digər qızıl alan şəxslər də işə gəlsin, onlarla söhbət edər, kim daha çox pul versə ona satarlar. Sonra Qurbanın yanında olan Elnur demişdir ki, “adam var, gedib ona satarıq”. Qurban isə demişdir ki, kənar adama satmaqdansa Fərahim öz tanışlarıdır, xeyir Fərahimə qalsın, başqasına satmasınlar. X14 razılaşmışlar və qənaətə gəlmişlər ki, qızıl alanları gözləsinlər. O da qızılları götürüb yenidən işlətdiyi lombarda qayıtmışdır. O, bir neçə qızıl alana qızılları göstərmiş, onlar qızıllara 6500 manatdan çox pul verməmişlər. Bu arada lombarda 2 nəfər qadın gəlmiş, onlar da lom qiymətinə qızıl alan şəxslər olmuş, əvvəl də bir neçə dəfə ondan qızıl almışlar. O, qızılları həmin qadınlara göstərmiş və qadınlar qızıllara ümumilikdə 7 min manat verəcəklərini demişlər. O da Qurbangilə bu barədə demiş, sonra onunla razılaşmışlar və qızılları 7 min manata tanımadığı həmin qadınlara satmışdır. Sonra da Qurbangillə Neftçilər metrostansiyası yaxınlığında dairənin yanında görüşmüş, avtombilə minib 7 min manatı sayıb Elnura vermiş, Elnur da ona 100 manat pul vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid3 məhkəmə istintaqında dindirilmiş əri- Zərərçəkmiş şəxs4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında Xaçmaz rayon X8 Bölməsinin müstəntiqi Rəşad Babayevin tərtib etdiyi 23 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə X3 təqdim etdiyi 02 ədəd suvenir xəncər və 01 ədəd “Samsung” markalı kompyuter müstəntiq tərəfindən baxış keçirilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikas! Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2022-ci il tarixli, 9/409 nömrəli ekspert rəyindəm görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 02 ədəd xəncərin istifadə edilməsi nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayına olan orta bazar qiymtəi təxminən 45 manat, 01 ədəd Çin istehsalı, “Samsung” markalı, “NP-RV518” model notebookun 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 120 manat müəyyən edilir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 10 may 2022-ci il tarixli qərardan görünür ki, qeyd olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, cinayətin iştirakçıları X10 ölkə hüdudlarından kənarda olduğundan və X6 istintaqdan gizləndiyindən onların barəsində cinayət təqibinin davam etdirilməsi üçün 15 mart 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi ayrılmış, Şahid1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194-cü maddəsinin tərkibi olmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs3 məxsus 02 ədəd suvenir xəncər və Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd Samsung markalı kompyuter maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 07 iyul 2021-ci il tarixli protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus plastik qapıpəncərə sexinə, yəni hadisə yerinə xx.xx.2021-ci il tarixdə baxış keçirilən zaman həmin sexdən 01 ədəd əskənə (dəmir alət) maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün müstəntiq X4 tərəfindən götürülmüşdür. İş materiallarında olan əşyanın tanınmaya təqdim olunması barədə 09 yanvar 2022-ci il tarixli protokoldan və maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, maddi sübut olan əskənə (dəmir alət) müstəntiq X4 tərəfindən 09 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 tanımaya təqdim edilmiş və Təqsirləndirilən şəxs1 həmin aləti tanıyaraq qapı-pəncərə sexinin ofisinin pəncərəsini, həmçinin şkafın dolabını həmin alətdən istifadə etməklə açdığını bildirmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 10 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus plastik qapı-pəncərə sexinin ofisində aşkar edilərək götürülmüş həmin 01 ədəd əskənə (dəmir alət) xx.xx.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanması üçün Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 10 may 2022-ci il tarixli qərardan görünür ki, Azercell MMC-dən daxil olmuş 2411 №-li məktuba qoşma olan 01 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə əsasən, yəni öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərinin saxlanıldığına görə xx.xx.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan CD diskə 14 fevral 2022-ci il tarixli baxış protokolundan görünür ki, 30 iyul 2021-ci il tarixdə Aqil Əliyarov 050-15-55-12 savlı mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrəsinə saat 18:15-də zənq edərək 14 saniyə danışmış, Təqsirləndirilən şəxs1 A.Əliyarovun həmin mobil nömrəsinə 18:51-də zəng edərək 46 sanivə, 18:55-də zəng edərək 49 saniyə danışımış, daha sonra A.Əliyarov C.Səfərəlivevə 19:24-də zənq edərək 15 saniyə, 21:12-də 39 saniyə, 21:54-də 54 saniyə, 22:09-da 21 saniyə, 22:23-də 39 saniyə danışmışdır. Bundan başqa həmin qün saat 23:46-da A.Əliyarov Təqsirləndirilən şəxs1 zəng edərək 62 saniyə, 23:54-də isə zəng edərək 290 saniyə danışmışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında 23 fevral 2021-ci il tarixli protokoldan görünür ki, 1 ABŞ dollarının 28 avqust 2020-ci il tarixə olan milli valyuta ilə olan kursunun, yəni dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi olan «www.cbar.az» saytına daxil olmaqla müstəntiq tərəfindən sayta baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, 1 ABŞ dollarının 28 avqust 2020-ci il tarixdə kursu (dəyəri) 1.7 manat olmuşdur. Baxış keçirilməsi barədə tərəfimdən protokol tərtib edildikdən sonra həmin internet səhifəsində əks olunan görüntü kompyuterdən 01 ədəd fotoşəkilə çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan ifadələrin yerində yoxlanılması haqqında protokollardan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadəsi törətdikləri bütün oğurluq hadisələri üzrə yerində yoxlanmış və onlar ifadələrində göstərdikləri xüsusatları təqdim edərək göstərmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 13 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cərimə cəzasından 90 manat vəsait ödəmiş, 3910 manat ödənilməmiş cərimə cəzası qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək bu məqsədlə 27 avqust 2020-ci il tarixdə, saat 23 radələrində qabaqcadan razılaşdıqları kimi həmin evin sahibi Zərərçəkmiş şəxs1 evdə olmadığını və evin açarlarını qardaşı Şahid2 təvhil verib getməsini bilərək sonuncuya məxsus “Opel” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən gizli şəkildə evin açarlarını götürdükdən sonra həmin evin qarşısına getmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra açarla evin qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 200 manat nağd pul, 1350 manat eləyərində rus rublu, ümumi dəyəri 3000 manat olan 2 ədəd qızıl sırğa, sep və üzük dəsti, 2 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl sırğa, 2 ədəd qızıl üzük, 2 ədəd qızıl qolbaq, 2 ədəd sırğanı qanunsuz götürüb aparmaqla ümumilikdə 4550 manat dəyərində oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrar tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək bu məqsədlə 28 avqust 2020-ci il tarixdə saat 24 radələrində qabaqcadan razılaşdıqları kimi həmin evin sahibi Zərərçəkmiş şəxs1 evdə olmadığını və evin açarlarını öz qardaşı Şahid2 təvhil verib getməsini bilərək sonuncuya məxsus “Opel” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən gizli şəkildə evin açarlarını götürdükdən sonra Təqsirləndirilən şəxs3 pusquda dayanaraq Şahid2 evdən çölə çıxmamasına nəzarət etməklə onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib Zərərçəkmiş şəxs1 məxsus evin qarşısına getmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra açarla evin qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 3000 ABŞ dolları məbləğində, yəni yerli valyuta məzənnəsi ilə xeyli miqdar təşkil edən 5100 manat məbləğində pul vəsaitini qanunsuz götürüb aparmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrar xx.xx.2021-ci il tarixdə, saat 01 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 və tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz-Quba avtomobil yolunun 1-ci km-də, yolun sol tərəfində yerləşən Zərərçəkmiş şəxs2 məxsus plastik qapı-pəncərə sexinə getmiş, qabaqcadan razılşdıqları kimi Qurban Zeynalovun idarə etdiyi “Kia Optima” markalı avtomobillə onu və Təqsirləndirilən şəxs2 aparıb həmin sexin yaxınlığına düşürtməsi və avtomobildə oturub sexdən kənarda onların çıxmasını gözləyərək oğurluq etməsinə şərait yaratmasından istifadə edib özü ilə gətirdiyi əskənə (dəmir alət) ilə sexin ofisinin plastik pəncərəsini açıb qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla otaqdakı masanın çəkməcəsindən 4000 manat nağd pul vəsaitini, həmçinin çəkməcədən götürdüyü açarla otaqdakı dəmir seyfin qapısını açıb həmin seyfdən 10000 manat nağd pul vəsaitini, habelə otaqda olan 250 manat dəyərində kameranın yaddaş qurğusunu qanunsuz götürüb aparmaqla ümumilikdə xeyli miqdar miqdar təşkil edən 14250 manat dəyərində oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrar xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində tanışları Təqsirləndirilən şəxs2, X10 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinə getmiş, qabaqcadan razılaşdıqları kimi Aqil Əliyarovun ev sahibi Zərərçəkmiş şəxs4 olduğu “Almaz” şadlıq sarayına gedərək sonuncunun orada qalmasına nəzarət etməklə onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan həyətə aşaraq evin pəncərəsini dəmir parçası ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən bir ədəd 4 min manat dəyərində briliyant qaşlı ağ qızıl dəsti, bir ədəd 1400 manat dəyərində beş qaşlı ağ qızıl üzük, bir ədəd 1000 manat dəyərində brilliant qolbaq, bir ədəd 900 manat dəyərində tək qaşlı qızıl üzük, bir ədəd 700 manat dəyərində tək qaşlı qızıl üzük, bir ədəd 300 manat dəyərində qızıl üzük, bir ədəd 1400 manat dəyərində 3 qaşlı qızıl sırğa və üzük dəsti, bir ədəd 400 manat dəyərində qızıl üzük, bir ədəd 700 manat dəyərində brilliant qaşlı qızıl üzük və sırğa dəsti, bir ədəd 750 manat dəyərində beş qaşlı kişi üçün qızıl üzük, bir ədəd 950 manat dəyərində kəpənək formalı qızıl üzük, sırğa və klon dəsti, ikisi birlikdə 250 manat ^ dəyərində 2 ədəd uşaq üçün qızıl üzük, bir ədəd 400 manat dəyərində ağ qaşlı qızıl sırğa, bir ədəd 300 manat dəyərində zümrüd qaşlı qızıl sırğa, bir ədəd 200 manat dəyərində sadə qızıl sırğa, 03 ədəd hər biri 400 manat, 450 manat və 600 manat dəyərində olan halqa formalı qızıl sırğa, bir ədəd 750 manat dəyərində ürək formalı qızıl üzük və sırğa dəsti, hər biri 200 manat dəyərində olan 2 ədəd və hər biri 260 və 300 manat olan 2 ədəd uşaq üçün qızıl qolbaq, bir ədəd 400 manat dəyərində zümrüd qaşlı üzərində Zümrüd yazısı olan qızıl klon, hər biri 300 manat dəyərində və 110 manat dəyərində olan qızıl qolbaq, bir ədəd 180 manat dəyərində sadə qızıl sırğa, bir ədəd 300 manat dəyərində ulduz formalı qızıl sırğa, bir ədəd 550 manat dəyərində üzərində Naz yazısı olan klonlu qızıl sep, hər biri 100 manat, 300 manat və 500 manat dəyərində olan 3 ədəd sadə qızıl sep, bir ədəd 250 manat dəyərində ürək formalı qızıl üzük, bir ədəd 300 manat dəyərində sadə qızıl üzük, bir ədəd 700 manat dəyərində qızıl kişi qol saatı, hər biri 100 manat dəyərində olan 3 ədəd qızıl klon, bir ədəd 110 manat dəyərində yumru qızıl klon, bir ədəd 130 manat dəyərində qızıl ayətülkürs klonu, bir ədəd 100 manat dəyərində Z hərfi formasında qızıl klon, hər biri 70 manat dəyərində olan 2 ədəd qızıl sancaq, bir ədəd 500 manat dəyərində olan kəpənək formalı qızıl sırğa, bir ədəd 70 manat dəyərində uşaq üçün sadə qızıl sırğa, bir ədəd 110 manat dəyərində açar formasında qızıl klon, bir ədəd 350 manat dəyərində 5 qəpik formasında qızıl, bir ədəd 350 manat dəyərində uzun qızıl sırğa, bir ədəd 150 manat dəyərində sadə qızıl sırğa, bir ədəd 250 manat dəyərində mələk formasında qızıl sep, bir ədəd 200 manat dəyərində ürək formasında qızıl sep və bir ədəd 100 manat dəyərində A hərfi formasında qızıl klon, 40 manat dəyərində əl çantası, 500 manat nağd pul, 120 manat dəyərində masaüstü kompyuter və 100 manat dəyərində kameranın yaddaş qurğusunu qanunsuz götürüb aparmaqla xeyli miqdar təşkil edən ümumilikdə 24420 manat dəyərində oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrar Təqsirləndirilən şəxs2, X6 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində əvvəlcədən razılaşdıqları kimi, yəni Zərərçəkmiş şəxs4 evindən etdiyi oğurluq hadisəsində ona şərait yaratmasına görə Aqil Əliyarova pul və ya sair maddi nemət verilmədiyindən, onun əvəzində Aqil Əliyarovun xx.xx.2021-ci il tarixdə öz doğma qardaşı Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən anasına hədiyyə edilmiş ümumi dəyəri 3300 manat təşkil edən qızıl-zinət əşyaları, yəni 01 ədəd 18 qram çəkidə qızıl sep, 01 ədəd 12 qram çəkidə qızıl qolbaq, 02 ədəd qızıl üzük və 500 manat nağd pul vəsaitini gizli olaraq talamasından sonra xx.xx.2021-ci il tarixdə həmkləndlisi Təqsirləndirilən şəxs2 və tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə getmiş, qabaqcadan razılaşdıqları kimi Qurban Zeynalovun idarə etdiyi “Vaz 2109” markalı, **-BH-*** d.q.nişanlı avtomobil ilə onları aparıb həmin evin yaxınlığına düşürtməsi və avtomobildə oturub yaxınlıqda onları gözləməsindən, habelə Aqil Əliyarovun həmin evin həyət qapısının qıfılını açıq qoyaraq onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətindən tapdığı dəmir alətlə evin çöl qapısının qıfılını sındırıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən birinin qiyməti 15, digərinin qiyməti 30 manat olmaqla 02 ədəd suvenir xəncər götürüb aparmaqla vahid niyyətlə ümumilikdə 3845 manat dəyərində oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək bu məqsədlə 27 avqust 2020-ci il tarixdə, saat 23 radələrində bu məqsədlə 27 avqust 2020-ci il tarixdə, saat 23 radələrində qabaqcadan razılaşdıqları kimi həmin evin sahibi Zərərçəkmiş şəxs1 evdə olmadığını və evin açarlarını Təqsirləndirilən şəxs1 qardaşı Şahid2 təvhil verib getməsini bilərək Təqsirləndirilən şəxs1 sonuncuya məxsus “Opel” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən gizli şəkildə evin açarlarını götürdükdən sonra Təqsirləndirilən şəxs1 ilə həmin evin qarşısına getmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra açarla evin qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 200 manat nağd pul, 1350 manat dəyərində rus rublu, ümumi dəyəri 3000 manat olan 2 ədəd qızıl sırğa, sep və üzük dəsti, 2 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl sırğa, 2 ədəd qızıl üzük, 2 ədəd qızıl qolbaq, 2 ədəd sırğanı qanunsuz olaraq götürüb aparmaqla ümumilikdə 4550 manat dəyərində oğurluq etmişdir. Bundan başqa o, təkrar həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək bu məqsədlə 28 avqust 2020-ci il tarixdə saat 24 radələrində qabaqcadan razılaşdıqları kimi həmin evin sahibi Zərərçəkmiş şəxs1 evdə olmadığını və evin açarlarını Təqsirləndirilən şəxs1 qardaşı Şahid2 təvhil verib getməsini bilərək Təqsirləndirilən şəxs1 sonuncuya məxsus “Opel” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən gizli şəkildə evin açarlarını götürdükdən sonra Təqsirləndirilən şəxs3 küçədə pusquda dayanaraq Şahid2 evdən çölə çıxmamasına nəzarət etməklə onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 məxsus evin qarşısına getmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra açarla evin qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 3000 ABŞ dolları məbləğində, yəni yerli valyuta məzənnəsi ilə xeyli miqdar təşkil edən 5100 manat məbləğində pul vəsaitini qanunsuz olaraq götürüb aparmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar xx.xx.2021-ci il tarixdə, saat 01 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 və tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz-Quba avtomobil yolunun 1-ci km-də, yolun sol tərəfində yerləşən Zərərçəkmiş şəxs2 məxsus plastik qapı-pəncərə sexinə getmiş, qabaqcadan razılşdıqları kimi Qurban Zeynalovun idarə etdiyi “Kia Optima” markalı” avtomobil ilə onu və Təqsirləndirilən şəxs1 aparıb sexin yaxınlığına düşürtməsi və avtomobildə oturub sexdən kənarda onların çıxmasını gözləyərək oğurluq etməsinə şərait yaratmasından istifadə edib özləri ilə gətirdiyi əskənə (dəmir alət) ilə sexin ofisinin plastik pəncərəsini açıb qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla otaqdakı masanın çəkməcəsindən 4000 manat nağd pul vəsaitini, həmçinin çəkməcədən götürdüyü açarla otaqdakı dəmir seyfin qapısını açıb həmin seyfdən 10000 manat nağd pul vəsaitini, habelə otaqda olan 250 manat dəyərində kameranın yaddaş qurğusunu qanunsuz olaraq götürüb aparmaqla ümumilikdə xeyli miqdar təşkil edən 14250 manat dəyərində oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrar, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1, X10 və tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinə getmiş, qabaqcadan razılaşdıqları kimi Aqil Əliyarovun ev sahibi Zərərçəkmiş şəxs4 olduğu “Almaz” şadlıq sarayına gedərək sonuncunun orada qalmasına nəzarət etməklə onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan həyətə aşaraq evin pəncərəsini dəmir parçası ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən bir ədəd 4 min manat dəyərində briliyant qaşlı ağ qızıl dəsti, bir ədəd 1400 manat dəyərində beş qaşlı ağ qızıl üzük, bir ədəd 1000 manat dəyərində brilliant qolbaq, bir ədəd 900 manat dəyərində tək qaşlı qızıl üzük, bir ədəd 700 manat dəyərində tək qaşlı qızıl üzük, bir ədəd 300 manat dəyərində qızıl üzük, bir ədəd 1400 manat dəyərində 3 qaşlı qızıl sırğa və üzük dəsti, bir ədəd 400 manat dəyərində qızıl üzük, bir ədəd 700 manat dəyərində brilliant qaşlı qızıl üzük və sırğa dəsti, bir ədəd 750 manat dəyərində beş qaşlı kişi üçün qızıl üzük, bir ədəd 950 manat dəyərində kəpənək formalı qızıl üzük, sırğa və klon dəsti, ikisi birlikdə 250 manat dəyərində 2 ədəd uşaq üçün qızıl üzük, bir ədəd 400 manat dəyərində ağ qaşlı qızıl sırğa, bir ədəd 300 manat dəyərində zümrüd qaşlı qızıl sırğa, bir ədəd 200 manat dəyərində sadə qızıl sırğa, 03 ədəd hər biri 400 manat, 450 manat və 600 manat dəyərində olan halqa formalı qızıl sırğa, bir ədəd 750 manat dəyərində ürək formalı qızıl üzük və sırğa dəsti, hər biri 200 manat dəyərində olan 2 ədəd və hər biri 260 və 300 manat olan 2 ədəd uşaq üçün qızıl qolbaq, bir ədəd 400 manat dəyərində zümrüd qaşlı üzərində Zümrüd yazısı olan qızıl klon, hər biri 300 manat dəyərində və 110 manat dəyərində olan qızıl qolbaq, bir ədəd 180 manat dəyərində sadə qızıl sırğa, bir ədəd 300 manat dəyərində ulduz formalı qızıl sırğa, bir ədəd 550 manat dəyərində üzərində Naz yazısı olan klonlu qızıl sep, hər biri 100 manat, 300 manat və 500 manat dəyərində olan 3 ədəd sadə qızıl sep, bir ədəd 250 manat dəyərində ürək formalı qızıl üzük, bir ədəd 300 manat dəyərində sadə qızıl üzük, bir ədəd 700 manat dəyərində qızıl kişi qol saatı, hər biri 100 manat dəyərində olan 3 ədəd qızıl klon, bir ədəd 110 manat dəyərində yumru qızıl klon, bir ədəd 130 manat dəyərində qızıl ayətülkürs klonu, bir ədəd 100 manat dəyərində Z hərfi formasında qızıl klon, hər biri 70 manat dəyərində olan 2 ədəd qızıl sancaq, bir ədəd 500 manat dəyərində olan kəpənək formalı qızıl sırğa, bir ədəd 70 manat dəyərində uşaq üçün sadə qızıl sırğa, bir ədəd 110 manat dəyərində açar formasında qızıl klon, bir ədəd 350 manat dəyərində 5 qəpik formasında qızıl, bir ədəd 350 manat dəyərində uzun qızıl sırğa, bir ədəd 150 manat dəyərində sadə qızıl sırğa, bir ədəd 250 manat dəyərində mələk formasında qızıl sep, bir ədəd 200 manat dəyərində ürək formasında qızıl sep və bir ədəd 100 manat dəyərində A hərfi formasında qızıl klon, 40 manat dəyərində əl çantası, 500 manat nağd pul, 120 manat dəyərində masaüstü kompyuter və 100 manat dəyərində kameranın yaddaş qurğusunu qanunsuz olaraq götürüb aparmaqla ümumilikdə xeyli miqdar təşkil edən 24420 manat dəyərində oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrar Təqsirləndirilən şəxs1, X6 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində əvvəlcədən razılaşdıqları kimi, yəni Zərərçəkmiş şəxs4 evindən etdiyi oğurluq hadisəsində ona şərait yaratmasına görə Aqil Əliyarova pul və ya sair maddi nemət verilmədiyindən, onun əvəzində Aqil Əliyarovun öz doğma qardaşı Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən Zərərçəkmiş şəxs3 tərəfindən anasına hədiyyə edilmiş ümumi dəyəri 3300 manat təşkil edən qızıl-zinət əşyaları, yəni 01 ədəd 18 qram çəkidə qızıl sep, 01 ədəd 12 qram çəkidə qızıl qolbaq, 02 ədəd qızıl üzük və 500 manat nağd pul vəsaitini gizli olaraq talamasından sonra xx.xx.2021-ci il tarixdə həmkləndlisi Təqsirləndirilən şəxs1 və tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə getmiş, qabaqcadan razılaşdıqları kimi Qurban Zeynalovun idarə etdiyi “Vaz 2109” markalı, **-BH-*** d.q.nişanlı avtomobil ilə onları aparıb həmin evin yaxınlığına düşürtməsi və avtomobildə oturub yaxınlıqda onları gözləməsindən, habelə Aqil Əliyarovun həmin evin həyət qapısının qıfılını açıq qoyaraq onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra Təqsirləndirilən şəxs1 evin həyətindən tapdığı dəmir alətlə evin çöl qapısının qıfılını sındırmasından sonra yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən birinin qiyməti 15, digərinin qiyməti 30 manat olmaqla 02 ədəd suvenir xəncər götürüb aparmaqla vahid niyyətlə ümumilikdə 3845 manat dəyərində oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək bu məqsədlə 27 avqust 2020-ci il tarixdə, saat 23 radələrində qabaqcadan razılaşdıqları kimi həmin evin sahibi Zərərçəkmiş şəxs1 evdə olmadığını və evin açarlarını Təqsirləndirilən şəxs1 qardaşı Şahid2 təvhil verib getməsini bilərək Təqsirləndirilən şəxs1 sonuncuya məxsus “Opel” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən gizli şəkildə evin açarlarını götürdükdən sonra həmin evin qarşısına getmiş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra açarla evin qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 200 manat nağd pul, 1350 manat dəyərində rus rublu, ümumi dəyəri 3000 manat olan 2 ədəd qızıl sırğa, sep və üzük dəsti, 2 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl sırğa, 2 ədəd qızıl üzük, 2 ədəd qızıl qolbaq, 2 ədəd sırğanı qanunsuz olaraq götürüb aparmaqla ümumilikdə 4550 manat dəyərində oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 təkrar tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək bu məqsədlə 28 avqust 2020-ci il tarixdə saat 24 radələrində qabaqcadan razılaşdıqları kimi həmin evin sahibi Zərərçəkmiş şəxs1 evdə olmadığını və evin açarlarını Təqsirləndirilən şəxs1 qardaşı Şahid2 təvhil verib getməsini bilərək Təqsirləndirilən şəxs1 sonuncuya məxsus “Opel” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən gizli şəkildə evin açarlarını götürdükdən sonra küçədə pusquda dayanaraq Şahid2 evdən çölə çıxmamasına nəzarət etməklə Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsinə qanunsuz daxil olmaqla həmin evdən 3000 ABŞ dolları məbləğində, yəni yerli valyuta məzənnəsi ilə xeyli miqdar təşkil edən 5100 manat məbləğində pul vəsaitini qanunsuz olaraq götürüb aparmalarına şərait yaratmaqla oğurluq etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər, onların əməllərində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərini səmimi etiraf etməklə hərəkətlərindən peşman olmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər törətdiyi qəsdən az ağır cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi halı cinayətin residivini yaratmadığından həmin məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, eləcə də zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməməsini və vurulmuş ziyanın ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslərlə razılıq əldə etməmələrini nəzərə alaraq, barələrində təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş, ona təyin edilmiş cərimə cəzasından 90 manat vəsait ödəmiş, 3910 manat ödənilməmiş cərimə cəzası qalmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 4000 manat cərimə cəzasının ödənilməmiş qalan 3910 manat hissəsi hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə üzərində qəti cəza saxlanılması məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar müstəqil icra edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 25 dekbr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 23 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Eləcə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək “həbs”növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəza çıkməsinin əvvəli həbsə alındığı gündən, yəni 22 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 26 dekabr 2021-ci il tarixli protokoldan və həmin tarixli qərardan, Xaçmaz rayon məhkəməsinin 27 dekabr 2021-ci il və 21 yanvar 2022-ci il tarixli qərarlarından, müstəntiqin təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 26 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 26 dekabr 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsininin 27 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Xaçmaz rayon məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 26 fevral 2022-ci il tarixədək uzadılmış, 26 fevral 2022-ci il tarixdə həbsdə saxlama müddəti başa çatdığından müstəntiqin 26 fevral 2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə o, həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 26 dekabr 2021-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 02 (iki) ay müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan 2 ədəd suvenir xəncərin Zərərçəkmiş şəxs3, 1 ədəd “Samsung” markalı kompyuterin digər Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş, cinayətin aləti olmuş 1 ədəd əskənə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 onlara vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanlarını təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tələb etdiklərini bildirsələr də təqsirləndirilən şəxslərə qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində onlara dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etməmişlər. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən onların təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə ekspertiza xərci olan 50 manat pul təqsiriləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ :

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Xaçmaz rayon məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 4000 (dörd min) manat cərimə cəzasının ödənilməmiş qalan 3910 (üç min doqquz yüz on) manat hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə və 3910 (üç min doqquz yüz on) manat cərimə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar müstəqil icra edilsin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin 25 dekabr 2021-ci il tarixdən hesablansın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 23 dekabr 2021-ci il tarixdən hesablansın.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 26 dekabr 2021-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 02 (iki) ay müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti cəza 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 22 sentyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 2 ədəd suvenir xəncərin Zərərçəkmiş şəxs3, 1 ədəd “Samsung” markalı kompyuterin digər Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş, cinayətin aləti olmuş 1 ədəd əskənə məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş 1 ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar