Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-86/2024 22.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxx 1985-ci ildə Xaçmaz rayonu, Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikasi vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, Xacmaz rayonu, Armudpadar kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 08 yanvar 2024-cü il tarixdə saat 19:40-19:50 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə 0,389 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır.Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 08 yanvar 2024-cü il tarixdə Xaçmaz şəhər, N.Nərimanov küçəsinə yerləşən «Xəzər» marketdən çıxarkən yerdə bir ədəd sellofan büküm olduğunu görmüş və həmin sellofan bükümü əlinə götürüb açanda içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür.Tapdığı psixotrop maddəni tanışı üçün saxladığını bildirmişdir. Lakin o, həmin günü, yəni 08 yanvar 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Xaçmaz RPŞ-nə gətirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, valideyinləri ilə birlikdə Xaçmaz rayonu, Armudpadar kəndində yaşayır. Təxminən bir il olarkı nprkotik vasitədən və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 08 yanvar 2024-cü il tarixdə səhər saatlarında şəxsi işi ilə bağlı Xaçmaz şəhər, N. Nərimanov küçəsinə gəlib həmin küçədə yerləşən «Xəzər» marketin yaxınlığından keçib gedərkən yerdə bir ədəd sellofan büküm olduğunu görmüş və həmin sellofan bükümü əlinə götürüb açanda görmüşdür ki, içərisində psixotrop maddə olan metamfetamin var. Özüdə psixotrop maddədən istifadə etdiyi üçün tapdığı metamfetamini atmamış və əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Bundan sonrada o, yaşadığı kəndə getməyib Xaçmaz şəhərində gəzmişdir. 08 yanvar 2024-cü il tarixdə təxminən saat T 8:50 radələrində Xaçmaz şəhəri, N. Nərimanov küçəsində olarkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-in inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı ayağına bağlanmış elektron qolbağın mobil nəzarət qurğusunu, şalvarının sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümü, şalvarının sol arxa cibindən isə iki ədəd ödəniş qəbzlərini çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa heç nə aşkar olunmamışdır. Müstəntiq onun təqdim etdiyi sellofan bükümə baxıb içərisində olan ağ rəngli kristalşəkilli maddənin nə olduğunu, haradan əldə etdiyini soruşmuş, o, da hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddə «patı», yəni psixotrop maddə olan metamfetamindir, özünə məxsusdur, «Xəzər» marketin yaxınlığında yerdən tapmışdır, əvvəllər psixotrop maddə istifadəçisi olduğu üçün saxlamışdır ki, sonradan özü istifadə etsin. Müstəntiq onun təqdim etdiyi sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddəni, yəni metamfetamini elektron tərəzinin üzərinə qoyub çəkmiş və sellofanla birlikdə metamfetaminin çəkisinin 0,46 qram olması müəyyən edilmişdir. Sonra müstəntiq tərəfindən onun üzərində aşkar olunmuş sellofan bükümdə olan metamfetamin bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o, da üzərində aşkar olunmuş metamfetaminin qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. Üzərində aşkar olunmuş iki ədəd ödəniş qəbzləri və mobil nəzarət qurğusu isə götürülməyərək özünə qaytarılmışdır. O, heç kimdən narkotik vasitə və psixotrop maddə almamış, heç kimə də narkotik vasitə, psixotrop maddə satmamışdır. Üzərində aşkar olunmuş metamfetamini isə 08 yanvar 2024-cü il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerdən tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 bildirdi ki, 08 yanvar 2024-cü il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Xaçmaz rayonu, Armudpadar kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Narkotiklərlə mübarizə qrupuna daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 08 yanvar 2024-cü il tarixdə o və Orxan Xudiyv daxil olmaqla əməliyyat qrupu yaradıldı. Həmin gün Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, N.Nərimanov küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşaraq onu Xaçmaz Rayon Polis Şöbəsinə gətirmişlər. Xaçmaz rayon X12 Teyyubovun üzərinə baxış keçirərkən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Şahid Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Xaçmaz rayonu, Armudpadar kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Narkotiklərlə mübarizə qrupuna daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 08 yanvar 2024cü il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun və Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Nemət Xasayevə həvalə olunmuşdur. Həmin gün təxminən saat 18:50 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, N.Nərimanov küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Xaçmaz Rayon Polis Şöbəsinə gəlməyə razılaşmış və onlar onu polis şöbəsinə gətirmişlər. Xaçmaz Rayon Polis Şöbəsində X10 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəlcilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra X10 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində olan əşyaları özü təqdim etsin. X7 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən ayağına bağlanmış elektron qolbağın mobil nəzarət qurğusunu, şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, şalvarının sol arxa cibindən isə iki ədəd ödəniş qəbzlərini çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində başqa heç nə aşkar olunmamışdır. X10 sellofan bükümü əlinə götürüb içərisində olan ağ rəngli kristalşəkilli maddənin nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddə «patı», yəni psixotrop maddə olan metamfetamindir, özünə məxsusdur, «Xəzər» marketin yaxınlığında yerdən tapmışdır, əvvəllər psixotrop maddə istifadəçisi olduğu üçün saxlamışdır ki, sonradan özü istifadə etsin, o, heç kimdən narkotik vasitə almamış və heç kimə narkotik vasitə satmamışdır. X10 Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan ağ rəngli lcristalşəkilli maddəni elektron tərəzinin üzərinə qoyub çəkmiş və 01 ədəd sellofan bükümdə olan ağ rəngli lcristalşəkilli maddənin sellofanla birlikdə çəkisinin 0,46 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddə X10 tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər, iki ədəd ödəniş qəbzləri və mobil nəzarət qurğusu isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 bildirdi ki, 08 yanvar 2024-cü il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Xaçmaz rayonu, Armudpadar kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni gəbul etməsi və qanunsuz olaraq daşıması barədə məlumat daxil olmuşdur.Təqsirləndirilən şəxs Xaçmaz rşəhəri, N.Nərimanov küçəsində tərəflərindən saxlanılmış və Xaçmaz rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərinə baxış keçirilərkən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Sonra isə ekspertizaya təqdim edilməsi üçün qablaşdırıldı. Şahid Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Xaçmaz rayonu, Armudpadar kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Narkotiklərlə mübarizə qrupuna daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 08 yanvar 2024cü il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun və Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Nemət Xasayevə həvalə olunmuşdur. Həmin gün təxminən saat 18:50 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, N.Nərimanov küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Xaçmaz Rayon Polis Şöbəsinə gəlməyə razılaşmış və onlar onu polis şöbəsinə gətirmişlər. Xaçmaz Rayon Polis Şöbəsində X10 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəlcilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra X10 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində olan əşyaları özü təqdim etsin. X7 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən ayağına bağlanmış elektron qolbağın mobil nəzarət qurğusunu, şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, şalvarının sol arxa cibindən isə iki ədəd ödəniş qəbzlərini çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində başqa heç nə aşkar olunmamışdır. X10 sellofan bükümü əlinə götürüb içərisində olan ağ rəngli kristalşəkilli maddənin nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddə «patı», yəni psixotrop maddə olan metamfetamindir, özünə məxsusdur, «Xəzər» marketin yaxınlığında yerdən tapmışdır, əvvəllər psixotrop maddə istifadəçisi olduğu üçün saxlamışdır ki, sonradan özü istifadə etsin, o, heç kimdən narkotik vasitə almamış və heç kimə narkotik vasitə satmamışdır. X10 Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan ağ rəngli lcristalşəkilli maddəni elektron tərəzinin üzərinə qoyub çəkmiş və 01 ədəd sellofan bükümdə olan ağ rəngli lcristalşəkilli maddənin sellofanla birlikdə çəkisinin 0,46 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddə X10 tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər, iki ədəd ödəniş qəbzləri və mobil nəzarət qurğusu isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 bildirdi ki, 08 yanvar 2024-cü il tarixdə Xacmaz Rayon Polis Şöbsinin inzibati binasində təxminən saat 19-00-a Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs üzərində axtarış aparılmasını və həmin axtarışda onun çəkiliş aparılmasını xahiş etmişlər. O, etiraz etməyərək həmin axtarışda iştirak etmişdir.Axtarış zamanı Təqsirləndirilən şəxs şüzərinə baxış keçirildi, baxış zamanı üzərində selofan büküm çıxdı və özü etiraf etdiki selofan bükümdə olan maddə «patı», yəni psixotrop maddə olan metamfetamindir. Şahid Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Xaçmaz rayonu, Armudpadar kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Narkotiklərlə mübarizə qrupuna daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 08 yanvar 2024-cü il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun və Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Nemət Xasayevə həvalə olunmuşdur. Həmin gün təxminən saat 18:50 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, N.Nərimanov küçəsində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Xaçmaz Rayon Polis Şöbəsinə gəlməyə razılaşmış və onlar onu polis şöbəsinə gətirmişlər. Xaçmaz Rayon Polis Şöbəsində X10 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəlcilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra X10 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində olan əşyaları özü təqdim etsin. X7 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən ayağına bağlanmış elektron qolbağın mobil nəzarət qurğusunu, şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü, şalvarının sol arxa cibindən isə iki ədəd ödəniş qəbzlərini çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərində başqa heç nə aşkar olunmamışdır. X10 sellofan bükümü əlinə götürüb içərisində olan ağ rəngli kristalşəkilli maddənin nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddə «patı», yəni psixotrop maddə olan metamfetamindir, özünə məxsusdur, «Xəzər» marketin yaxınlığında yerdən tapmışdır, əvvəllər psixotrop maddə istifadəçisi olduğu üçün saxlamışdır ki, sonradan özü istifadə etsin, o, heç kimdən narkotik vasitə almamış və heç kimə narkotik vasitə satmamışdır. X10 Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan ağ rəngli lcristalşəkilli maddəni elektron tərəzinin üzərinə qoyub çəkmiş və 01 ədəd sellofan bükümdə olan ağ rəngli lcristalşəkilli maddənin sellofanla birlikdə çəkisinin 0,46 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan ağ rəngli kristalşəkilli maddə X10 tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar zərfin üstünə və protokola imza etmişlər, iki ədəd ödəniş qəbzləri və mobil nəzarət qurğusu isə götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. İş materillarında olan şəxsi axtarış aparılması haqqında 08 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs üzərinə şöbəsinin inzibati binasında şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibində 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək aşkar edilərək götürülmüşdür. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə müstəntiq tərəfindən baxış keçirilmiş, baxış zamanı şəxsi axtarış aparılması haqqında 08 yanvar 2024-cü il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/67 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №58» dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs imza..» ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zəıfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,389 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 03 fevral 2024-cü il tarixli 695 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 09 yanvar 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalan 0,339 qram olan metamfetamin saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcısı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 5(067)-2/2024 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Xaçmaz rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 08 yanvar 2024cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması səzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(067)-116/2023 saylı hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması səzasına məhkum edilmişdir.Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(067)-1/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə barəsində 08 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkum xx.xx.2024-cü il tarixədək cəzasının 02 ay 25 gününü çəkmiş, çəkilməmiş 02 il 03 ay 01 gün qalmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 149 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun, Armudpadar kəndində yaşayır, ailə tərkibi xx.xx.1960-cı il təvəllüdlü anası X1 ibarətdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun, Armudpadar kəndində yaşayır. Yaşadığı müddət ərzində qonşular və kənd sakinləri ilə münasibəti normal olmuşdur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 08 yanvar 2024-cü il tarixdə saat 19:40-19:50 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə 0,389 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar metamfetamin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi qəsdən az ağır cinayət əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi halı cinayətin residivini yaratmadığından həmin məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə hərəkətlərindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin residivini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Xaçmaz rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(067)- 116/2023 saylı hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması səzasına məhkum edilmişdir.Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(067)- 1/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə barəsində 08 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkum xx.xx.2024-cü il tarixədək cəzasının 02 ay 25 gününü çəkmiş, çəkilməmiş 02 il 03 ay 01 gün qalmışdır. Cəkilməmiş 02 il 03 ay 01 gün azadlığın məhdudlaşdırılması səzası 01 (bir) il 01 ay 15 gün azadlıqdan məhrum etmə cəzasına bərabərdir. Məhkəmə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq Xaçmaz rayon məhkəməsinin 29 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırki günə çəkilməmiş qalan 01 (bir) il 01 ay 15 gün hissəsinin hazırki hökm üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla tamamilə və ya qismən birləşdirilərək üzərində qəti cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 4(067)-1/2024 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 08 yanvar 2024-cü il tarixdən hesablanmaqla, 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri secilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs X3 cəza çəkməsinin əvvəli (cəzaçəkmə müddəti) həbsə alındığı gündən, yəni 08 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X5 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalan qalan 0,339 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 29 avqust 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının, çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay 01 (bir) gün hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 01 (bir) il 01 ay 15 gün müddət hazırkı hökmlə ona təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 08 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təhqiqata sərfdən sonra qalıq çəkisi 0,339 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : NƏRMİN ABİYEVA.
Məhkəmə qərarları › İş №1(067)-86/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-86/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver