Məhkəmə qərarları › İş №1(067)-86/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-86/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-86/2025 07.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1985-ci ildə Xaçmaz rayonunun Rəhimoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olan, Xaçmaz rayonunun Rəhimoba kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125, 128, 157.1 və 177.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3800 manat məbləğində cərimə cəzasına məhkum edilməsinə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib barəsində təyin edilmiş 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına əvvəlki hökmlə təyin edilmiş və ödənilməmiş 3800 manat məbləğində cərimə cəzasının tamamilə birləşdirilərək qəti olaraq 03 ay azadlıqdan məhrumetmə və 3800 manat məbləğində cərimə cəzalarına məhkum edilməsinə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin olunmuş 3800 manat məbləğində cərimə cəzasının 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsinə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ona təyin olunmuş 06 ay azadlığın məhdudlaşdırılması cəzasının 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsinə və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, qeyri-rəsmi ərarvad münasibətlərində olduğu, mənəvi cəhətdən ondan asılı olan Zərərçəkmiş şəxs1 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 01 iyul 2021-ci il tarixdə Xaçmaz şəhəri, A.İmamverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində sonuncuya qəsdən bir sillə vuraraq zərərçəkmiş şəxsə “sol yanaq nahiyəsinin qançırı” kimi dərəcəsi təyin olunmayan xəsarət yetirməsi, bundan başqa, 01 oktyabr 2022-ci il tarixdə, saat 23:30 radələrində Xaçmaz şəhəri, Vidadi küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evində Zərərçəkmiş şəxs1 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunu döyərək zərərçəkmiş şəxsə “sağ göz ətrafının, sağ tərəf sifətin qançırları, sağ göz almasına geniş qansızma” ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması, habelə, 20 iyun 2024-cü il tarixdə, saat 05:30 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Xaçmaz şəhəri, Vidadi küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin ikinci mərtəbəsindəki dəhlizin pəncərəsindən mənzildə yaşayan zərərçəkmiş şəxsin iradəsi ziddinə qəsdən qanunsuz mənzilə daxil olaraq, sonuncunun yatdığı zaman köməksiz vəziyyətindən istifadə edərək Zərərçəkmiş şəxs1 qəsdən bir yumruq zərbəsi vurub sonuncuya “sağ gözün iç bucağında əzilmiş-cırılmış yara” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması, həmçinin mütəmadi olaraq zərərçəkmiş şəxsə fiziki əzab verib onunla amansız rəftar etməsi, onun ünvanına nalayiq ifadələr işlədərək zərərçəkmiş şəxsin ləyaqətini mütəmadi olaraq alçaltması, habelə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü qızı Şahid1 himayəsinə götürüb Zərərçəkmiş şəxs1 doğma qızı ilə görüşməsindən məhrum edəcəyinə dair sonuncuya hədə-qorxu gəlmə yolu ilə Zərərçəkmiş şəxs1 23 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində Xaçmaz şəhəri, H.Əliyev 63 prospektində yerləşən Xaçmaz RPŞ-nin NBM-nin giriş qapısının qarşısında əvvəlcədən üzərinə neft məhsulu tökdüyü geyim əşyalarını kibritlə yandıraraq özünə “ağır dərəcəli yanıq şoku ilə müşayiət olunan başın, üzün, hər iki qulaq seyvanlarının, boynun, hər iki yuxarı ətrafların, gövdənin və hər iki budun İİİ dərəcəli termiki yanıqları, yuxarı tənəffüs yollarının yanığı (ümumi bədən səthinin 82 %-ni əhatə edən)” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsinə səbəb olan Zərərçəkmiş şəxs1 özünü öldürməyə cəhd həddinə çatdırmış, bununla da o, özündən sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürməyə cəhd həddinə çatdırmış, habelə Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuş, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 avqust 2024-cü il tarixdə, saat 11 radələrində Xaçmaz Rayon Polis şöbəsinin inzibati binasından şərq istiqamətində 200 metr aralı məsafədə olmaqla Xaçmaz şəhəri, Atatürk küçəsində yerləşən kafenin həyətində oturan zaman həmin kafeyə daxil olmuş Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 800 manat olan, dişi cinsli, 01 yaşlı, qara rəngli, yerli sort, hər biri ayrı- ayrılıqda 100 kq çəkidə olan iki baş dananı (buzovu) Şahid6 qəsdən sataraq Zərərçəkmiş şəxs2 1600 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 128, 157.1 və 177.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 128, 157.1 və 177.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxsi aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində dəfələrlə döymüş və vuraraq xəsarət yetirmişdir. Lakin zərərçəkmiş şəxs özünü onun barəsində ibtidai istintaq orqanında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə araşdırma gedən vaxt yandırmış, onun CM-nin 125-ci maddəsində nəzərdə tutulmuş cinayətə heç bir aidiyyəti yoxdur. O, alkoqol sərxoşluğu vəziyyətində gecə saatlarında gələrək zərərçəkmiş şəxsin yaşadığı evə qapısı bağlı olduğundan və qapını sındırmamaq üçün pəncərədən daxil olmuş, bu zaman onunla zərərçəkmiş şəxsin arasında mübahisə olmuşdur, lakin o, zərərçəkmişə xəsarəti həmin vaxt deyil, bundan əvvəl yetirmişdir. O, həmin evə bir vaxtlar, dörd ilə kimi özü də orada zərərçəkmiş şəxslə birlikdə yaşadığı üçün daxil olmuş, gedib-gəldiyi ev olmuşdur. Həmçinin bildirdi ki, o, evə daxil olan vaxt zərərçəkmişin evdə olub-olmadığını bilməmiş, qapını döymüş, lakin açan olmadığından nərdivan qoyaraq pəncərədən daxil olmuşdur. Lakin o, həmin vaxt zərərçəkmişlə hansı səbəbdən mübahisə etdiyini sərxoş olduğundan xatırlamır. Onda həmin evin açarları olmamışdır. Zərərçəkmiş şəxs mütəmadi olaraq ona demişdir ki, banklara borcları var, özünü yandıracaqdır, o isə zərərçəkmişə demişdir ki, özünün kənddəki evini sataraq borclarını ödəyəcəkdir, zərərçəkmişin özünü yandırması da özünün “ayıblarını” batırmaq üçün olmuşdur. O, zərərçəkmiş şəxsin özünü yandırmasının dəqiq səbəbini bilmir, lakin özünü yandırması onun özünə görə olmamışdır. O, zərərçəkmiş şəxsi əvvəllər dəfələrlə döymüşdür, bir dəfə də xəsarət yetirdiyinə görə CM-nin 128-ci maddəsi ilə məhkum olunmuş, həmin əməlinə görə məsuliyyətə cəlb olunsa da, bundan sonra da zərərçəkmişi dəfələrlə döymüş, lakin həmin döymələr yüngül mübahisələrlə bağlı olmuş və o, həmin əməllərini etiraf edir, həqiqətən də həmin əməlləri törətmişdir. O, ittihamda qeyd olunan oğurluq əməlini tam etiraf edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, lakin özünü CM-nin 125-ci maddəsi ilə təqsirli bilmir. O, 2013-cü ildən zərərçəkmiş şəxslə ərarvad münasibətlərində olmuş, zərərçəkmiş şəxs hazırkı işlə əlaqədar özünü öldürməyə cəhd edənədək birgə övladları olduğundan bir-birinin yanına gedib-gəlmişlər, 2018-ci ilədək isə ərarvad kimi birlikdə yaşamışlar. O, zərərçəkmişin yanına uşaqları ilə görüşmək üçün getmişdir. O, işləyərək, aliment verməklə uşaqların saxlanılmasına köməklik etməmişdir. Zərərçəkmiş şəxs ondan hər hansı maddi vəsait istəməmişdir, həmçinin özünü öldürmək istəyən şəxs özünü başqa yerdə yandırardı, həmin vaxt onun barəsində CM-nin 128 və 177.1-ci maddəsi ilə istintaq gedən zaman, polis şöbəsinin qarşısında yandırmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir asılılığı yoxdur. O, zərərçəkmiş şəxsdən heç vaxt pul istəməmişdir. O, işləməmişdir (işsiz olmuşdur). O, zərərçəkmişlə aralarında mübahisələr olsa da, sonuncunu heç vaxt təhqir etməmişdir. O, hazırkı işlə əlaqədar həqiqətən də zərərçəkmiş şəxsi vuraraq xəsarət yetirmiş, həmçinin danaları (buzovları) oğurlamışdır, lakin o, qapalı yerə daxil olmamış, danalar oturduğu kafeyə gəlmiş və o, danaları oradan götürərək satmışdır. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 2013-cü ildə Zərərçəkmiş şəxs1 ilə tanış olmuş və sonuncu ilə aralarında qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. Onun Humay ilə birgə münasibətlərindən 1 qız və 1 oğul övladı dünyaya gəlmişdir. Aylin adlı qızının 10, Yusif adlı oğlunun isə 9 yaşı var. O, Humayın Xaçmaz RİHB-nın Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində süpürgəçi işlədiyini bildirmişdir. Humayla 2018-ci ilə kimi münasibəti normal olmuş və sonuncu ilə aralarında heç bir dava-dalaş olmamışdır. Humayla münasibəti yaranan vaxtdan ünvan 1 ünvanında sonuncu ilə birlikdə kirayədə yaşamışdır. Münasibətlərinin pisləşməsinə baxmayaraq qızını görmək üçün Humayın yaşadığı evə gedibgəlmişdir. Oğlu Yusif isə hazırda Quba rayonu Zərdabi qəsəbəsində yerləşən uşaq evindədir. O, Humayın süpürgəçi kimi sonuncuya yaraşmayan geyimdə, yəni dar şalvar geyinib işə getməsinin daima onu qəzəbləndirdiyini bildirmişdir. Belə ki, Humayın geyim tərzinin Humayın işinə uyğun olmadığını, Humayı qısqandığı üçün dar şalvar geyinməməsini sonuncudan tələb etsə də, Humay onun sözlərinə baxmamış, istədiyi formada geyinib işə getmişdir. O, ordan-burdan Humayın dar şalvar geyinməsi ilə bağlı söz-söhbətlərin qulağına gəlib çatdığını və qısqandığı üçün geyiminə fikir verməsini Humaydan tələb etmişdir. Geyim söz-söhbətinə görə Humayla onun arasında münasibət korlanmış və onun sözünə baxmadığı üçün Humayı 4-5 dəfə döymüşdür. Lakin Humayı döyərkən sonuncuya ciddi bədən xəsarəti yetirməmiş və Humayın sağlamlığına ağır zərər vurmamışdır. Humayı döyməsi ilə əlaqədar o, Xaçmaz RPŞ-yə rəsmi qaydada müraciət etmiş və barəsində qanunauyğun tədbir görülmüşdür. Belə ki, 2022-ci ilin oktyabr ayında yaşadıqları evdə Humaydan 10 manat pul istəmiş, vermədiyinə görə aralarında mübahisə yaranmış və Humayı döymüşdür. Bu əməlinə görə Xaçmaz rayon məhkəməsinin hökmü ilə 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzasını çəkib azadlığa buraxılmışdır. Bundan başqa, 2024cü ilin iyun ayında anası X2 yataq xəstəsi olduğu üçün anasına baxmaq məqsədilə bir müddətlik Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən ata evinə gedib orada qalmışdır. Həmin ərəfələr Humayla aralarındakı münasibət soyumuş, Humay isə qızını ona göstərməmişdir. Humay ayıq vəziyyətdə olanda qızını parka aparıb-gətirə biləcəyini və bu zaman Aylini görə biləcəyini bildirmişdir. 20 iyun 2024-cü il tarixdə, saat 06 radələrində sərxoş vəziyyətdə Humayın yaşadığı evə gəlmiş və darvazanın arxadan qıfılla bağlandığını görmüşdür. Evin hasarından həyətə daxil olub nərdivan vasitəsilə evin ikinci mərtəbəsindəki pəncərəni açıb evə daxil olaraq Humayın otağındakı yataqda yatmışdır. Həmin gün hazırda xatırlamadığı vaxtda Humayın evində olarkən onun səhər saatlarında harada olmasını soruşmuş və buna görə aralarında mübahisə yaranmışdır. Həmin vaxt yumruqla Humayın sağ qaş nahiyəsinə bir zərbə vuraraq onu döymüşdür. Bu məsələyə görə Xaçmaz RPŞ-də barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. Bununla yanaşı, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Xaçmaz şəhərində yerləşən Çənlibel parkı yaxınlığından keçdiyi zaman 2 baş buzovun orada nəzarətsiz olduğunu görərək yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Xaçmaz şəhərində M.K.Atatürk küçəsində yerləşən Bilal adlı şəxsin işlətdiyi adsız kafedə olduğu zaman həmin 2 baş buzovun kafe ərazisinə girdiyini görmüşdür. Bilal həmin buzovları kafedən çıxarmağa çalışmışdır. Həmin vaxt buzovların bir gün əvvəl Çənlibel parkında gördüyü buzovlar olduğunu müəyyən edərək onları oğurlamaq qərarına gəlmiş və buna görə də buzovları kafedən çölə çıxarmışdır. Kafedə olan şəxslərə isə buzovların ona məxsus olduğunu və buzovları (danaları) satmaq istədiyini bildirmişdir. Bilal tanıdığı bir nəfərin buzovları ala biləcəyini bildirmişdir. O, həmin şəxsi zəng edib çağırmasını Bilala demişdir. Bilal tanıdığı şəxsə zəng etdikdən sonra Şahid6 olduqları kafenin yaxınlığına gəlmişdir. Davud onunla görüşdükdən sonra buzovlara baxmış və heyvanları neçəyə satdığını soruşmuşdur. Buzovların hər birini 500 manat olmaqla, ümumilikdə 1000 manata satmaq istədiyini bildirmişdir. Davud isə 900 manat verə biləcəyini demiş və sonda Davudla razılaşmışdır. O, 900 manat pulu ona verərək buzovları gəldiyi yük avtomobili ilə aparmışdır. Bundan sonra o, kafedən uzaqlaşmışdır. Davuddan aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. O, oğurluq etdiyinə görə də Xaçmaz RPŞ-də barəsində cinayət işi başlandığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində o, qızı Aylini bacısı Aygüngilə qoyub gəldikdən sonra Humayı güdmək qərarına gəlmişdir. O, düşünmüşdür ki, Humayın başqa şəxslərlə münbasibəti var. O, Humayı güdərək həqiqəti aşkara çıxaracaqdır. O, Humayın iş yeri yaxınlığına çatdıqda Humayın tanımadığı bir kişi ilə söhbət etdiyini, onu gördükdən sonra uzaqlaşdığını görmüşdür. O, Humaya yaxınlaşaraq həmin şəxsin kim olmasını Humaydan soruşduqda Humay ona həmin şəxsi tanımadığını və nə üçün bura gəldiyini demişdir. Onlar birlikdə piyada evə gələrək yolda mübahisələr etmiş, daha sonra Humay qızı Aylini götürmək üçün bacısı Aygüngilə getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində ünvan 1 ünvanında yerləşən evdə yatan zaman Xaçmaz RPŞ-nin əməkdaşları evə gəlib onu şöbəyə aparmışlar. Həmin vaxt öyrənmişdir ki, Humay Xaçmaz RPŞ-nin qarşısında üstünə benzin tökərək özünü yandırmış və xəstəxanaya aparılmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Humayın hansısa şəxslə arasında dava-dalaş, mübahisə və şəxsi ədavətinin olub-olmamasını dəqiq bilmir. Zərərçəkmiş şəxs1 təxminən 1 həftə əvvəl özünü öldürəcəyini ona demişdir. Ancaq Humayın bu fikirə düşməsinin səbəbini bilmir. Zərərçəkmiş şəxs1 ilə amansız rəftar edən, sonuncunun ləyaqətini mütəmadi olaraq alçaldan və ya Humaya hədə qorxu gələn şəxs və ya şəxslər olmamışdır. Humayla yalnız onun arasında mübahisə olmuş və bir neçə dəfə Humayı döymüşdür. Humay hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Humayın dediyinə görə sonuncunun banka borcu olmuşdur. Lakin Humayın hansı bankdan nə qədər məbləğdə kredit götürdüyünü bilmir. Zərərçəkmiş şəxs1 özünü yandıraraq öldürməyə cəhd etməsi ona görə olmamışdır. Hadisə günü Humayla arasında heç bir problem olmamışdır. Pula ehtiyacı olduğu üçün 02 baş buzovun nəzarətsiz olduğunu görüb gəlir əldə etmək məqsədilə özünü sahibsiz heyvanların yiyəsi kimi təqdim edərək buzovları satıb və həmin heyvanların sahibini müəyyən etmək məqsədilə hüquq-mühafizə orqanlarına xəbər verməmişdir. Hadisə baş verəndə də evdə yatmış və heç nədən xəbəri olmamışdır. Özünü təqsirli bilmir. Çünki Humayı özünü öldürmə həddinə çatdırmamışdır. Humay ona görə özünü yandırmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla 2013-cü ildən ailəli olmuş və onların biri oğlan, biri isə qız olmaqla iki övladları var. Təqsirləndirilən şəxs ifadəsində onların son vaxtlara kimi birlikdə yaşadıqlarını yalan olaraq demişdir. Belə ki, o özü təkbaşına yaşayaraq, süpürgəçi işləyərək qazanc əldə etməklə özünü təmin etmişdir. Təqsirləndirilən şəxs onun yaşadığı həmin evə hər dəfə bir bəhanə ilə gəlmiş, ondan pul istəmiş, onu döymüş və nalayiq ifadələrlə təhqir etmişdir. Sonuncu dəfə isə onu yolda, küçədə döymüşdür. Onun özünü yandırmasının səbəbkarı Təqsirləndirilən şəxsdur, ifadələrində isə sonuncu özünü təmizə çıxarmaq üçün deyir ki, özünü yandırması guya ona görə olmamışdır. O, təqsirləndirilən şəxsin qanunsuz daxil olaraq ona xəsarət yetirdiyi evdə kirayə olaraq qızı ilə birlikdə yaşayır, oğlu isə dörd ildir ki, uşaq evində qalır. O, təqsirləndirilən şəxsə ayrıldıqlarını bildirməklə həmin evə daxil olmamağı hər dəfə demiş, lakin təqsirləndirilən şəxs onun etirazlarına baxmayaraq hər dəfə qızını görmək istədiyini bəhanə edərək gecə saatlarında yaşadığı evə gəlmişdir. Halbuki uşağın saxlanması üçün heç nə etmir. Təqsirləndirilən şəxsə evinə gəlməməsini bildirdikdə isə sonuncu onu hər dəfə təhqir etmiş və döymüşdür. Onu özünü yandırmağa təqsirləndirilən şəxs məcbur etmişdir, bank borcu ilə bağlı dediyi isə tamamilə yalandır. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin onu neçə dəfə döyməsi yadında deyil, bu hal dəfələrlə olmuş, polisə şikayət etmişdir, lakin heç bir tədbir görülməmişdir. Özünü yandırdığı vaxt isə təqsirləndirilən şəxs ona qızını verməyəcəyini, qızını bir daha görməyəcəyini deyərək küçədə onu döymüş, sonra isə saçından tutaraq yolun içərisində sürütləmiş və tapdalamışdır, təqsirləndirilən şəxs bu zaman sərxoş olmuşdur, bundan sonra o, təqsirləndirilən şəxsin bacısının evinə getmiş və qızını oradan götürərək qaçmış, təqsirləndirilən şəxs də onun arxasınca qaçaraq qızından tutaraq dartmış, lakin o, qızı ilə birlikdə təqsirləndirilən şəxsin əlindən çıxaraq qaçmış, təqsirləndirilən isə ona demişdir ki, onu öldürüb qızını əlindən alacaqdır və həmin gün də o, birbaşa polis şöbəsinin qarşısına gedərək özünü yandırmışdır. Onun özünə qəsd etməsinin səbəbi bu olmuşdur ki, təqsirləndirilən şəxs onu bezdirmişdir. O, gecə saat 05 radələrində evində olmaqla yatmış, qızı da evdə olmuşdur, təqsirləndirilən şəxs evə xəbərsiz girmiş və onun yatmış olduğu zaman sifətinə yumruqla vurmuş və sifətindən qan fışqırmış, qızı bunu gördükdə isə təqsirləndirilən şəxs qızına “anan yıxılıb” demişdir. Onun təqsirləndirilən şəxslə qətiyyən barışmaq fikri yoxdur. Onunla təqsirləndirilən şəxs 2018-ci ildən ayrı yaşayır, təqsirləndirilən şəxs anasının, yaxud da bacısının evində yaşamışdır. Təqsirləndirilən şəxs qızını görmək istəyirdisə, ayıq vəziyyətdə, gündüz saatlarında gəlib görə bilərdi, lakin həmişə sərxoş halda, yıxıla-yıxıla gəlmişdir. Təqsirləndirilən şəxs tez-tez sərxoş vəziyyətdə gələrək onu evin içində döymüş, təhqir etmişdir, buna görə də o, qızı ilə görüşməsinə imkan verməmişdir. Onun təqsirləndirilən şəxsdən heç bir maddi asılılığı olmamış, o özü işləyərək qazanc əldə etmiş, əksinə, təqsirləndirilən şəxs özü ondan pul istəmiş, gələrək onu hədələmişdir ki, pul verməsə, onu öldürəcəkdir. Təqsirləndirilən şəxs onu dəfələrlə döymüş və hədələmiş, o, bununla bağlı dəfələrlə polisə, DİN-nin 102 xidmətinə müraciətlər etmiş, lakin polis iş üzrə təqsirləndirilən şəxsi hər dəfə buraxmış, lakin niyə buraxdıqlarını, hansı tədbir görüldüyünü bilmir, təqsirləndirilən isə ona polisin heç nə edə bilməyəcəyini deyirdi. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 2013- cü ildə Təqsirləndirilən şəxs ilə tanış olmuş və 2018-ci ildədək qeyri-rəsmi olaraq Amil ilə birlikdə yaşamışdır. Lakin onların rəsmi nikahları olmamışdır. Onların Aylin adında bir qız və Yusif adında bir oğlan övladları olmuşdur. Yusif Əsədov hazırda Quba rayonunda yerləşən internat məktəbində, Şahid1 isə onunla birlikdə yaşayır. Onlar ayrıldıqdan sonra Təqsirləndirilən şəxs Aylini görmək məqsədilə ara-sıra onun yaşadığı fərdi yaşayış evinə gəlib-getmişdir. Amil çox vaxt sərxoş halda olduğuna görə Aylini gəzdirmək istədiyini bildirmişdir. Lakin o, buna icazə vermədiyini Amilə bildirdikdə onların arasında mübahisə yaranmağa başlamışdır. Yaranmış mübahisələrin sonunda o, Amil tərəfindən döyülərək ləyaqəti alçaldılmış və buna görə də Amilin evə gəlməsinə icazə verməmişdir. O, son 5 ilini qorxu altında keçirmişdir. Təqsirləndirilən şəxs dəfələrlə onu qısqandığını bəhanə edərək onu döyüb bədəninin müxtəlif nahiyələrinə yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə evə gələrək ondan pul istəmiş, verməyəcəyi təqdirdə isə döyərək onun ləyaqətini alçaltmışdır. 20 iyun 2024-cü il tarixdə, saat 05 radələrində Amil sərxoş vəziyyətdə onun yaşadığı fərdi yaşayış evinin hasarını aşaraq fərdi yaşayış evinin pəncərəsini açmaqla içəri daxil olub yatdığı vəziyyətdə anidən onun sağ qaş nahiyəsindən bir dəfə yumruqla zərbə vurmuşdur. Bu zaman onun qışqırıq səslərinə qızı Aylin yuxudan oyanmış və onun yanına gəlmişdir. Aylin onun qanlar içərisində olan sifət nahiyəsini görüb daha da qorxmağa başlamışdır. Amilə nə üçün onun yaşadığı fərdi yaşayış evinə gəldiyini soruşduqda o, nə üçün qapını açmadığını və bu vaxtadək niyə yatdığını soruşmuşdur. O isə birazdan işə gedəcəyini və yaşadığı fərdi yaşayış evini tərk etməsini Amildən tələb etmişdir. Amil evi tərk etdikdən sonra o, dərhal DİN-nin “102” Xidməti ilə əlaqə saxlayaraq Amil tərəfindən döyüldüyünü bildirmişdir. Şikayəti Xaçmaz RPŞ-də qeydiyyata alınmış və polis əməkdaşları tərəfindən bu barədə izahatı alınmışdır. Xaçmaz RHİB-nın Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində süpürgəçi olaraq 2 növbəli iş rejimində işləmişdir. Həmin iş rejiminin saatları saat 08:00-dan 11:00-dək və 14:00-dan 16:00-dək olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 11:00-da işdən evə qayıdarkən Amil anidən onun qarşısına çıxaraq onunla birlikdə yaşadığı evə daxil olmuşdur. Amil Aylini götürüb bacısı Aygüngilə aparacağını və Aylinə Aygün tərəfindən bəzi üst geyim əşyaları verəcəyini bildirmişdir. O isə Aylini 1 saatlıq apara biləcəyinə dair icazə vermişdir. Daha sonra Amil evdən çıxdıqdan sonra onun da 2-ci növbə iş saatı başladığına görə işə getmişdir. Saat 16 radələrində işdən evə qayıdarkən yolüstü Amili görmüşdür. Bu zaman Amilin yanında Aylin olmamışdır. Aylinin harada olması barədə Amildən soruşduqda Amil Aylini bir daha görə bilməyəcəyini ona demişdir. Amil hər dəfəsində Aylini ondan uzaqlaşdırmağa çalışmış, o isə Aylini dərhal evə gətirməsini Amildən tələb etmişdir. Amil isə küçənin ortasında ona qarşı nalayiq ifadələr işlədərək ona qarşı zorakılıq göstərmişdir. O isə piyada Amildən qaçaraq Aygüngilə getmişdir. Aygünün yaşadığı fərdi yaşayış evinə gəlib çatdıqda Amilin oraya ondan qabaq çatdığını görmüşdür. Amil isə onu görməmişdir. O tez Aygünün yaşadığı evin qapısını döyərək Aylini verməsini tələb etmişdir. Lakin Aygün evdə olmadığından evin qapısını açan olmamışdır. Bu zaman Aygün evin giriş qapısına yaxınlaşaraq Aylinin evdə olduğunu və Amil görmədən qızını götürüb getməsini istəmişdir. Bu zaman Amil onu görüb qışqıraraq və söyərək onun ardınca gəlib Aylini bura gətirməsini tələb etmişdir. Lakin o, sürətli şəkildə qızı Aylin ilə birlikdə oradan qaçmışlar. Daha sonra yolüstü yanacaqdoldurma məntəqələrinin birindən benzin alaraq qızı Aylin ilə birlikdə Xaçmaz RPŞ-nə doğru getmişdir. Şöbənin qarşısına çatmamış benzini öz üzərinə töküb Xaçmaz RPŞ-nin X4 doğru yaxınlaşmışdır. Orada polis əməkdaşlarına Təqsirləndirilən şəxs tərəfindən güdülməsi və zorakılığa məruz qalması barədə məlumat vermişdir. Daha sonra Xaçmaz RPŞ-nin polis əməkdaşları izahat verməsi üçün onu içəriyə doğru dəvət etmişlər. O, artıq dəfələrlə izahat verdiyini, lakin Amil barəsində heç bir tədbir görülmədiyini polis əməkdaşlarına bildirərək əvvəlcədən üzərinə tökdüyü benzinli üst geyimlərini kibrit ilə yandıraraq özünü öldürmək istəmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Xaçmaz RPŞ-nin NBM-nin qarşısında özünü yandırmaqda məqsəd özünü öldürmək olmuşdur. Təqsirləndirilən şəxs ona qarşı göstərdiyi qeyri-insani rəftar, onu küçədə və evdə daima döyməsi, zorakılıq göstərməsi və ləyaqətini alçaltması onu tək çıxış yolunun özünü öldürmək olması qənaətinə gətirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, bir neçə baş keçini Xaçmaz rayonunun Qobuqırağı kəndində yaşayan Əsgər adlı şəxsə saxlaması üçün vermiş, bundan bir qədər sonra isə hər birini 800 manata aldığı iki baş dananı da Əsgərə saxlaması üçün vermiş, sonradan isə sonuncu gələrək ona demişdir ki, onun həmin iki baş danası oğurlanmışdır. Sonra isə ona məlum olmuşdur ki, həmin iki baş danasını Amil adlı şəxs oğurlamış və Davud adlı şəxsə satmışdır. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin oğurladığı danalar ona qaytarılmamış, çünki qəssab danaları artıq kəsmişdir, təqsirləndirilən şəxs vurduğu ziyanla bağlı heç bir məbləğ ödəməmişdir. O, təqsirləndirilən şəxsə qarşı şikayətçidir və ona vurduğu ziyanı tələb edir. O, təqsirləndirilən şəxsi əvvəldən tanımamışdır. O, təqsirləndirilən şəxsin həbs edilməsini istəmir, çünki həbs olunmaqla onun ziyanı ödənilməyəcək, o isə ziyanının ödənilməsini istəyir. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid5 həmkəndlisi kimi tanımış, araları daima yaxşı olmuşdur. Əsgərlə söhbət etdiyi zaman özünə məxsus keçilərin olmasını və saxlamaqda çətinlik çəkdiyini demiş, Əsgər isə özünün həyətyanı torpaq sahəsi olmasını və həmin heyvanlara orada baxa biləcəyini bildirmişdir. 2024-cü ilin iyun ayında 19 baş keçiləri Əsgərə əmanət etmiş, bunun müqabilində çəpiş verəcəyini düşünmüşdür. Təxminən 1 ay sonra Xaçmaz bazarında iki baş dişi, hər biri 100 kq çəkidə olan yerli sort buzovlar almış və həmin heyvanlara baxması üçün Əsgərə vermişdir. xx.xx.2024-cü il tarixdə Əsgər yaşadığı ünvana gələrək heyvanları evinin qarşısında buraxdığı zaman orada iki baş buzovun qaçmasını və tapa bilməməsini bildirmişdir. Əsgər bu barədə artıq Xaçmaz RPŞ-nə müraciət etdiyini də ona bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin İTB-nin sahə polis nəfəridir. O, polis şöbəsinin qarşısında dayandığı zaman bir nəfər şəxsin özünü yandırdığı görmüş, dərhal yaxınlaşaraq söndürmüşlər. Onlar həmin qadının əynindəki paltarlarının alovlanmasını söndürüb qurtarandan sonra sonuncu onlara demişdir ki, “qızımı atasına verməzsiz”. Həmçinin bildirdi ki, o, zərərçəkmiş şəxsin özünü yandırmasının səbəbini bilmir, çünki o, həmin vaxt yolun digər tərəfində olmuş, o, zərərçəkmiş şəxsi özünü yandırdıqdan sonra görmüşdür. Zərərçəkmiş həmin vaxt uşağı ilə birlikdə olmuşdur. Şahid8 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 2018-ci ildən Xaçmaz RPŞ-nin İTB-nin polis serjantı rütbəsi ilə sahə polis nəfəri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Xaçmaz RPŞ-nin yaxınlığında olan ərzaq dükanlarının birinə getmişdir. Bu zaman şöbənin nəzarət buraxılış məntəqəsinin qarşısında qəfildən bir nəfər qadının paltarlarının alovlandığını görmüş, dərhal həmin qadına müdaxilə edərək alovun sönməsi istiqamətində tədbirlər görmüşdür. Bu zaman məntəqədə xidmət aparan polis əməkdaşı Şahid9 da onunla birlikdə alovu söndürməyə çalışmışdır. Onlar birlikdə xidməti gödəkçələrini çıxardaraq qadının üzərinə atıb onu bükməyə çalışmışlar. Vaxtında müdaxilə edərək az xəsarətlərlə qadının yanaraq ölməsinin qarşısını ala bilmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəlcədən üzərinə yandırıcı maddə tökərək Xaçmaz RPŞ-nin X4 yaxınlaşmış və hansı səbəbə görə özünü yandırması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs ailə olaraq birlikdə, mehriban yaşamışlar. Sonradan isə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında mübahisələr olmuş, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yanına uşaqlarını görmək üçün getmiş, lakin zərərçəkmiş uşağı göstərməkdən imtina etmiş, ayrıldığını bildirərək təqsirləndirlən şəxsə çıxıb getməsini bildirmiş, təqsirləndirilən şəxs isə buna baxmayaraq uşaqlarına görə dəfələrlə zərərçəkmiş şəxsin yanına getmişdir. Hadisənin baş verdiyi gün Humay xanım uşağı onun yaşadığı evə göndərmişdir. O, həmin gün evdən çıxaraq diş həkiminə, daha sonra gözəllik salonuna getmiş, oradan qayıdaraq evinə gəlmiş, Amil isə evlərinin yaxınlığında olan marketin qarşısında iki nəfər qonşusu ilə söhbət etmişdir. O, yaşadığı evə çatanda Humayı evin qarşısında görmüş və sonuncu ona evin qapısını açaraq qızı Aylini ona verməsini demişdir. O, evdə olmadığı müddətdə Aylin onun qızı ilə birlikdə evdə olmuş, qızı ona sonradan demişdir ki, Humay gələrək Aylinə qapı kilidli olduğundan hasardan çölə tullanmasını demiş, onun qızı isə anasının, yəni onun gəlməsini gözləməyini demişdir. O, qapını açan kimi Humay dərhal içəri girərək Aylini götürmüş və küçə ilə qaça-qaça getmiş, o isə Humaya dayanaraq nə baş verdiyini deməsini istəmiş, Humay isə qardaşı Amilin nələrsə etdiyini deyərək qaçmaqda davam etmişdir. Amil də həmin vaxt yüngül sərxoş vəziyyətdə olmuşdur, Humayın həmin sözlərindən sonra Amil də onun yanına gələrək demişdir ki, Humayın qardaşı onu (Amili) küçədə döymüş və Amil ondan bu barədə 102 xidmətinə zəng edərək şikayət etməsini xahiş etmiş, o isə Amilə onların ailə işinə qarışmaq istəmədiyini bildirmiş, bundan sonra Amil ondan ayrılaraq Humayın arxasınca gedərək gözdən itmiş, yəni bundan sonra Amillə Humayın arasında nə baş verdiyini görməmişdir. Həmçinin bildirdi ki, o, ibtidai istintaq orqanında da hadisə ilə bağlı gördüyü, bildiyi xüsusatlar barədə ifadə vermiş və həmin ifadəsini təsdiq edir. Qardaşı Amil zərərçəkmiş şəxsin yaşadığı ünvana yalnız uşaqlarını görmək üçün gedib-gəlmişdir, lakin zərərçəkmiş şəxs qardaşına uşaqları ilə görüşməyə imkan verməmişdir, imkan verməməsinin səbəbini isə zərərçəkmiş şəxs qardaşının sərxoş vəziyyətdə gəldiyini və uşaqları döyməsini bildirmişdir. O, Amillə Humayın birgə necə yaşadıqlarını, aralarındakı mübahisələri görməmişdir, çünki onlardan ayrı yaşayır, lakin Amil hərdən onun yaşadığı evə gələndə üzündə xəsarətlərin olduğunu görmüş, o, həmin xəsarətlər barədə sonuncudan soruşduqda demişdir ki, Humay yaşadığı evdə sonuncu öz qardaşını çağıraraq onu sərxoş vəziyyətindən istifadə edərək döydürtmüşdür. Şahid2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Amil 2013-cü ildə Zərərçəkmiş şəxs1 ilə tanış olmuş və hazırkı dövrədək qeyri-rəsmi ər-arvad münasibətində yaşamış, Yusif və Aylin adında övladları olmuşdur. Yusif hazırda Quba rayonunda yerləşən internat məktəbində, Aylin isə anası Humay ilə birlikdə yaşayır. Amil isə Xaçmaz rayonu, Rəhimoba kəndində ata evində yaşayır. Lakin qızı Humayı görmək məqsədilə Xaçmaz şəhərində Humayın yaşadığı fərdi yaşayış evinə gəlib-getmişdir. Son zamanlar Amil və Humay arasında mübahisələr baş vermiş və daha da artmışdır. Amil sərxoş olduğu hallarda həmin mübahisələr yaranmışdır. Belə ki, Humay Amilə cavablar qaytararaq onun sözlərinə baxmadığından Amilin sərxoş vəziyyətdə evə gələn Humayı döydüyünün şahidi olmuşdur. Lakin o, baş verənlərin ailədaxili məsələlər olduğuna görə onlara qarışmamışdır. Bir neçə dəfə Humayın qardaşı Elnur ailə daxili məsələlərə qarışaraq Amil ilə mübahisələr etmiş və ona əl-qol atmışdır. xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində Amil və Aylin onun evinə qonaq gəlmişdir. Aylin qızı İlahə ilə evdə oyun oynamaq məqsədilə digər otağa keçmişdir. Amil isə evdə onunla söhbət edib hal-əhval tutaraq İlahənin bəzi köhnə əşyalarından istifadə olunmayanları Aylinə verməsini xahiş etmişdir. O, İlahənin geyim əşyalarını artıq Aylin üçün ayırdığını, gedəndə isə Aylinə verəcəyini bildirmişdir. Daha sonra saat 15:00-da diş həkimində növbəyə yazıldığı üçün evdən çıxmışdır. Bu zaman Amil də evi tərk etmiş və o, qapını kilidləyərək oradan ayrılmışdır. Təxminən diş həkimində bir saat müayinə olunduqdan sonra gözəllik salonunda işlərini görmək üçün oraya getmişdir. Bütün işlərini bitirdikdən sonra saat 18 radələrində evə gəldikdə Amilin orada olduğunu və qonşularla söhbət etdiyini görmüşdür. Evə çatdıqda qızı İlahə Aylinin anası Humayın gizlin oraya gəldiyini və Aylini aparmaq istədiyini bildirmişdir. İlahə isə Humaya onun evdə olmadığını və qapının kilidli olmasını bildirmişdir. Bir qədər sonra Humay yenidən evin qapısını döyərək Aylini aparmaq istədiyini bildirmişdir. O isə Aylini Humaya verərək Amil ilə mübahisə etməməsini, qonşuları narahat etməməsini demişdir. Humay Amil tərəfindən döyüldüyünü, artıq bezdiyini və Amilin uzaq durmasını tələb etmişdir. O isə bu mübahisələr barədə günahı olmadığını, bu məsələlərə qarışmadığını bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 özünü yandıraraq öldürməyə cəhd etməsi barədə məlumatı Təqsirləndirilən şəxs almış və bunun səbəbi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 qardaşıdır. Onun hadisənin, yəni bacısı Humayın özünü yandırmasının necə baş verməsindən məlumatı olmamış, bundan yalnız hadisənin baş verdiyi gün xəstəxanadan zəng edərək bildiriləndə xəbəri olmuşdur. Lakin həmin hadisədən əvvəl təqsirləndirilən şəxs sərxoş vəziyyətdə bacısı Humayın yaşadığı evə gedərək döymüş, uşağı döyən vaxtların birində isə ona kömək üçün zəng edib deyildiyindən o özü də Humayın yaşadığı evə getmiş və görmüşdür ki, təqsirləndirilən şəxs içəri kimsənin daxil olmaması üçün qapını bağlayaraq uşağını döyür, bacısına da tapşırmışdır ki, qardaşına, yəni ona zəng edib deməsin, bacısı isə uşağını qapını bağlayaraq döydüyünü görüb ona zəng edib bu barədə demiş, o, gəlib çatanda təqsirləndirilən şəxs onu görərək uşağı buraxmışdır. O özü də dəfələrlə polisə, DİNnin 102 xidmətinə təqsirləndirilən şəxsin barəsində şikayət etmişdir, belə ki, təqsirləndirilən dəfələrlə sərxoş vəziyyətdə, gecə saatlarında Humayın yaşadığı evə gəlmiş, gecə saatlarında hətta onun yaşadığı evə də gəlmiş, onun zəngindən sonra polis gələrək təqsirləndiriləni götürərək aparmışdır. Təqsirləndirilən şəxs bacısı Humayı dəfələrlə küçədə qarşısını kəsərək, hətta bıçaqla da hədələyərək spirtli içki və siqaret ala bilməsi üçün Humaydan pul tələb etmişdir, bu halları görmüş tanışları da ona bu barədə məlumat vermişlər. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi neçə dəfə döydüyünü bilmir, çünki döymələrinin sayı-hesabı yoxdur. Onun bacısı Humayın özünü yandırmaq fikri olduğunu əvvəlcədən bilməmişdir. Təqsirləndirilən şəxs onun bacısı Humaya dəfələrlə uşağı əlindən alacağı, qardaşını, yəni onu öldürəcəyi ilə hədələmişdir. O, təqsirləndirilən şəxsin uşağını, yəni bacısı Humayın uşağını döyməsinin şəxsən şahidi olmuşdur, belə ki, bacısı ona bu barədə zəng edib kömək üçün çağırmış, o gedərək görmüşdür ki, təqsirləndirilən şəxs qarşısına arağı qoyaraq qapını da kilidləyib uşaqla otaqda təkdir, uşaq ağlayır və həmin vaxt uşaq təqsirləndirilənin onu döydüyünü demişdir. Onlar tərəfindən təqsirləndirilən şəxsin bacısı Humaya qarşı etdikləri barədə dəfələrlə polisə, DİN-nin 102 xidmətinə məlumat verilmiş, o, polisin hansı tədbirlər görməsini bilmir, inzibati həbs edilibsə də, onun bundan xəbəri yoxdur. Şahid3 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 onun bacısıdır. O, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə tanış olmuş və təxmini olaraq onlar birlikdə 2018-ci ildədək qeyri-rəsmi yaşamışlar. Onların Aylin adında bir qız və Yusif adında bir oğlan övladı olmuşdur. 2018-ci ildən hazırkı dövrədək Amildən ayrıldıqdan sonra Amil qızını görmək üçün Humayın yaşadığı fərdi yaşayış evinə gəlib-getmişdir. Humay xadimə işləyir və qızı Aylin isə ya onların evində, ya da nənəsigildə qalmışdır. Aylin evdə tək olduğu zamanlarda isə Amil evə gələrək ondan evin qapısını açmasını və Humayın evdə olub- olmamasını dəqiqləşdirmişdir. Bu səbəbdən mütəmadi olaraq Humay və Amil arasında mübahisələr olmuşdur. O, bir neçə dəfə Amilin sərxoş şəkildə evə gəlib Humayı döydüyünün şahidi olmuşdur. Amil spirtli içki aludəçisi olmaqla tüfeyli həyat tərzi yaşamışdır. Humay isə zəhmətkeş qadın olub övladlarına baxmaq üçün hər işdə işləmişdir. Humay Amilin etdiyi zorakılıqlar barədə dəfələrlə Xaçmaz RPŞ-nə müraciət etmişdir. Amil barəsində qanunamüvafiq tədbirlər görüləməsinə baxmayaraq Amilin etdiyi qanunsuz hərəkətlərin qarşısını almaq mümkün olmamışdır. 2024-cü ilin iyun ayında Humay Amil tərəfindən yaşadığı fərdi yaşayış evində döyülmüş və nəticədə sağ qaş nahiyəsindən xəsarət almışdır. Humayın sözlərinə görə Amil sərxoş halda evin yaxınlığına gəlib qızı Aylini görmək istədiyini bəhanə edərək fərdi yaşayış evinin pəncərəsindən daxil olaraq Humayı yatdığı vəziyyətdə bir dəfə yumruqla vurmuşdur. O, bunu öyrəndikdə Humaya Amilin cəzalandırılması üçün bu barədə Xaçmaz RPŞ-yə müraciət etməsini tələb etmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 Xaçmaz RPŞ-nin qarşısında özünü yandıraraq özünü öldürməyə cəhd etməsi barədə məlumat almışdır. Humayın özünü yandıraraq öldürməyə cəhd etməsinin yeganə səbəbi Amilin Humaya qarşı etdiyi zorakılıqlar olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun anası, Təqsirləndirilən şəxs isə onun atasıdır. Atası Amil anası Humayı dəfələrlə döymüş, o aralarına keçərək atasının anasını döyməməsinə mane olmağa çalışmışdır. Atası səhərə yaxın yaşadıqları evə daxil olaraq anasını vurub qaş nahiyəsinə xəsarət yetirmişdir. Atası onu anasının əlindən alaraq bibisinin evinə aparmışdır. Anası onu bibisinin evində götürmüş, həmin gün atası ilə anasının arasında mübahisə olmuş, anası onu bibisinin evində götürdükdən sonra onunla birlikdə polis şöbəsinin qarşısına getmiş və anası orada üzərinə benzin tökərək özünü yandırmışdır. Həmçinin bildirdi ki, anası onu bibisinin evindən götürərək birbaşa polis şöbəsinə gəlmiş, gələrkən yolda benzin almış, o, anasından benzin almasının səbəbini soruşmuş, anası isə özünü yandıracağını bildirmiş, o, anasına mane olsa da, onun sözünə baxmamışdır. Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 onun anasıdır. Hazırda anası ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs isə onun atasıdır. Xaçmaz şəhərində yerləşən 2 nömrəli tam orta məktəbin 5-ci sinfində təhsil alır. Təhsili ilə daima anası Humay maraqlanır. Atası Təqsirləndirilən şəxs ondan ayrı Xaçmaz rayonu, Rəhimoba kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Lakin buna baxmayaraq atası Amil hər dəfə Humayın arxası ilə gəlmiş və sonuncuya küçədə, cəmiyyət ortasında əxlaqsız sözlər demiş və döymüşdür. Amil Humaya yaxınlaşdıqda daima sonuncudan pul istəmiş və sərxoş vəziyyətdə olmuşdur. Atası Amil mütəmadi olaraq yaşadıqları fərdi yaşayış evinə gələrək anası Humaydan evin qapısını açmasını tələb etmiş, əks təqdirdə isə qapını və pəncərəni sındıracağını bildirmişdir. Humay isə məcbur qalaraq qapını açmış və Amil tərəfindən döyülməyə başlanmışdır. Bəzən isə atası Amil evin qapısının açılmadığını görərək pəncərəni sındırıb evə daxil olmuş və yenidən Humaya qarşı zorakılıq göstərmişdir. Atası Amilin qanunsuz hərəkətləri barədə Xaçmaz RPŞ-yə müraciətlər ünvanlamışlar. 2024-cü ilin iyun ayında Amil ilə Humayın dava-dalaş səslərinə oyanmış və Humayın yanına getmişdir. Bu zaman anası Humayın sifət nahiyəsindən xəsarət aldığını və qanaxma baş verdiyini görmüşdür. Humaya nə üçün sifət nahiyəsinin qanadığını sual verdikdə Humay Amil tərəfindən döyüldüyünü və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə, saat 11:00-da anası Zərərçəkmiş şəxs1 işdən evə qayıdarkən Amil ilə birlikdə evə daxil olmuşdur. Amil onu bibisi Aygüngilə aparacağını və Aygün tərəfindən ona bəzi üst geyim əşyaları verəcəyini Humaya bildirmişdir. Anası Humay isə onu 1 saatlıq apara biləcəyinə dair atası Amilə icazə vermişdir. Daha sonra atası Amil onu bibisigilə aparmışdır. Bir müddət orada qaldıqdan sonra saat 17 radələrində anası Humay onu evə aparmaq üçün Aygüngilə gəlmişdir. Bu zaman Aygün evdə olmadığından anası Humaya qapını açan olmamışdır. Daha sonra Aygün gəlib Humaya onu götürüb aparmasını və buradan uzaqlaşmasını tələb etmişdir. O, uzaqdan atası Amilin qışqırıq səslərini eşitmiş, anası Humay isə iti addımlarla oradan uzaqlaşmışdır. Daha sonra anası Humay yolüstü yanacaqdoldurma məntəqələrinin birindən benzin alaraq onunla birlikdə Xaçmaz RPŞ-yə getmişdir. Anası Humay şöbənin qarşısına çatmamış benzini öz üzərinə töküb Xaçmaz RPŞ-nin X4 doğru yaxınlaşmışdır. Orada polis əməkdaşlarına Humay Təqsirləndirilən şəxs tərəfindən güdüldüyünü və zorakılığa məruz qaldığını demişdir. Xaçmaz RPŞ-nin polis əməkdaşları izahat verməsi üçün anası Humayı içəriyə dəvət etmişlər. Lakin anası Humay əvvəlcədən üzərinə tökdüyü benzinli üst geyimlərini kibrit ilə yandıraraq özünü öldürmək istəmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs1 qarşı etdiyi zorakılıqlar səbəbindən xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Xaçmaz RPŞ-nin NBMnin qarşısında anası Zərərçəkmiş şəxs1 özünü yandırmışdır. Məhkəmə istintaqı zamanı Şahid9 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəridir. Hadisənin baş verdiyi vaxt o, xidmətdə olmuş, iş üzrə zərərçəkmiş şəxs axşamüstü saatlarında polis şöbəsinin qapısına yaxınlaşmış və iş üzrə təqsirləndirilən barəsində narazılığını bildirmiş, Amilin dəfələrlə inzibati həbsləri olmuş, lakin bu, zərərçəkmişi qane etməmiş, istəmişdir ki, Amilə birdəfəlik azadlıqdan məhrumetmə cəzası verilsin. Bu vaxt o benzin iyini hiss etmiş və bunula bağlı dərhal çölə, zərərçəkmişin olduğu tərəfə çıxanda sonuncu özünü yandırmış, o isə pencəyi ilə zərərçəkmiş şəxsin yanmasının davam etməsinin qarşısını almışdır. Həmçinin bildirdi ki, zərərçəkmiş şəxs hadisədən əvvəl gələrək təqsirləndirilən şəxsin onu adamların arasında söydüyünü, vurduğunu demişdir, bundan başqa da onların bu kimi şikayətləri dəfələrlə olmuşdur. Şahid9 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 2012-ci ildən Xaçmaz RPŞ-nin PPXB-nin polis serjantı rütbəsi ilə polis nəfəri vəzifəsində işləyir. Hər gün saat 09:00-dan 20:00-dək Xaçmaz RPŞ-nin NBM-nin naryadı xidmətinə təyin olunur. xx.xx.2024-cü il tarixdə Xaçmaz RPŞ-nin X3 xidmət apararkən təxminən saat 18 radələrində Zərərçəkmiş şəxs1 məntəqənin giriş qapısına yaxınlaşıb qeyri-rəsmi yaşadığı əri Amil adlı şəxsin onu bezdirdiyini, sonuncunun aldığı cəzalardan bir nəticə çıxarmadığını bildirmişdir. Humay qapıya yaxınlaşanda ondan kəskin benzin iyi gəlmişdir. Daha sonra Humay özünü yandırmaq istədiyini bildirəndə artıq Humayın özünə nəsə edə biləcəyindən şübhələnərək NBM-nin binasından çıxıb Humaya yaxınlaşarkən Humay qəfildən əlindəki alışqanla üzərindəki geyim əşyalarını yandırmışdır. Humaya doğru yaxınlaşıb əynindəki xidməti gödəkçəni çıxardaraq alovun qarşısını almağa çalışmışdır. Orada olan və hadisəni görən polis əməkdaşı Şahid8 də xidməti gödəkçəni çıxardaraq alovun sönməsinə köməklik göstərməyə başlamışdır. Daha sonra polis əməkdaşları su gətirərək alovun qarşısını tam ala bilmişlər. Dərhal bu barədə Xaçmaz RMXna məlumat verilmiş və hadisə yerinə gələn X14 briqadasının həkimləri Humaya ilkin tibbi yardım göstərərək onu X14 avtomobili ilə xəstəxanaya təxliyyə etmişlər. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2lə ortaq olaraq mal-heyvan saxlamışlar. Onlar oğurlanmış həmin iki baş dananı bazardan təzə almışlar. O, heyvanlara baxmağı oğluna tapşırmış, lakin üç başı gəlmiş, ikisi gəlməmiş, oğlu da ona demişdir ki, iki baş dana yoxdur. Onlar həmin iki baş dananı üç-dörd gün axtarmışlar, lakin tapılmamış, bundan sonra onlar polisə müraciət etmişlər. Sonra isə polis tərəfindən zəng edilərək həmin iki baş dananı oğurlayan şəxsi tapıldığı bildirilmiş, onlar polis şöbəsinə getmişlər və orada oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Şahid5 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 17 avqust 2024-cü il tarixdə Xaçmaz RPŞ-nə ərizə ilə 2 baş dananın itməsi ilə bağlı müraciət etmiş, lakin həmin itmiş danalar ona məxsus deyil, Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Həmin danalar saxlanılmasından ötrü ona verilmişdir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 11:00 radələrində övladı Abdulla İsmayıllı ilə birgə özlərinə məxsus olan 05 baş iri buynuzlu heyvanları Xaçmaz rayonu. Qobu-qırağı kəndində yerləşən evlərinin yaxınlığında, küçə ərazisində otarmışdır. Həmin heyvanlardan 2 başı Əhmədin danaları olmuşdur. Digər 3 iri buynuzlu heyvanlar isə ona məxsus olmuşdur. Daha sonra onlar heyvanları küçədə qoyaraq su içmək üçün evə daxil olmuşlar. Bundan təxminən 15 dəqiqə sonra küçəyə çıxan zaman heyvanların yerində olmamasını görmüşlər. Həmin danaları axtardığı zaman özlərinə məxsus olan 03 baş iri buynuzlu heyvanları digər küçə ərazisində tapmışlar. Lakin 02 baş, dişi cinsli, qara rəngli və təxminən hər biri 100 kiloqram çəkidə olan Əhmədə məxsus olan heyvanları tapa bilməmişdir. Belə ki, həmin heyvanlar yeni olduqlarından yaxınlıqda olmamışdır. O, həmin gündən danaları axtarmış, lakin tapa bilməmişdir. Sonradan polis əməkdaşlarına danaların itməsi barədə şikayət vermişdir. Belə ki, 22 avqust 2024-cü il tarixdə Xaçmaz şəhərində yerləşən Zəfər parkının yaxınlığında olan zaman ona bildirdilər ki, son günlər ərzində parkın yaxınlığında 02 baş heyvan görülmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadəsindən müəyyən edilir ki, o, 5-6 ilə yaxındır ki, mal-qara alışı və satışı ilə məşğuldur və təxminən 10 gün bundan əvvəl Xaçmaz RPŞ-nin yaxınlığında yerləşən çay evini kirayə əsasında işlədən Məzlum adlı şəxs ona zəng edərək bildirmişdir ki, bir nəfər şəxs 02 baş buzov satır. Bu zaman o, Xaçmaz şəhəri ərazisində olmuş və qeyd olunan ünvana gələrək heyvanlara baxmışdır. Heyvanları satan şəxs Təqsirləndirilən şəxs ona bildirmişdir ki, guya həmin heyvanları Quba rayonunda yerləşən yaylaqdan gətirmişdir. Aralarında aparılan danışıqlardan sonra 02 baş dişi cinsli buzovları Amildən 900 (doqquz yüz) manata almışdır. xx.xx.2024-cü il tarixdə həmin heyvanları Xaçmaz şəhərində yerləşən bazara aparıb tanımadığım şəxsə 1100 (min yüz) manata satmışdır. Bildirmişdir ki, həmin heyvanların oğurluq olması barədə məlumatsız olmuş və Təqsirləndirilən şəxs həmin heyvanların özünə məxsus olmasını bildirmişdir. Şahid6 məhkəməyə teleqram ünvanlayaraq, hazırkı cinayət işinin məhkəmə iclasında səhhətilə bağlı iştirak edə bilməyəcək. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən müəyyən edilir ki, təxmini olaraq 2022-ci ilin avqust ayından hazırkı dövrədək Zərərçəkmiş şəxs1 övladı Aylin ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində kirayə olaraq yaşayır. Zərərçəkmiş şəxs1 qeyri-rəsmi yaşadığı əri Təqsirləndirilən şəxs olmuşdur. Amil ara-sıra qızı Aylini görmək məqsədilə evə gəlib-getmişdir. Qonşular həmin fərdi yaşayış evində mübahisələr olması və səs-küy səbəbindən yata bilməmələri barədə ona şikayətlənmişlər. O isə mütəmadi olaraq Humay ilə əlaqə saxlamış və ara-sıra nəzarət etmək məqsədilə evə getmişdir. Qonşuların təkidi ilə dəfələrlə evi tərk etməsinə dair Humaya xəbərdarlıqlar etsə də, qızı ilə tək yaşamasına görə evdən çıxarılmasını ertələmişdir. Evə gəldiyi zamanlar evin pəncərələrinin şüşələrinin sındığını görmüş və Humaya nə üçün evin belə vəziyyətdə olduğunu soruşduqda Humay evin pəncərəsinin şüşələrinin Amil tərəfindən sındırıldığını bildirmişdir. Belə ki, Humay Amili evə qoymadıqda Amil evin pəncərəsini sındıraraq evə daxil olmuşdur. O, Zərərçəkmiş şəxs1 hər gördüyündə sonuncunun üzündə və gözündə xəsarətlər qançırlar müəyyən etmişdir. Həmin xəsarətlərin necə baş verməsini Humaydan soruşduqda Humay Amil tərəfindən zorakılığa məruz qaldığını və Amildən canını necə qurtaracağını fikirləşdiyini demişdir. O isə dəfələrlə Amil barəsində tədbir görülməsi məqsədilə sahə rəislərinə məlumat vermişdir. Xaçmaz RPŞ-də Amil barəsində tədbirlər görülsə də, o bir müddət saxlanıldıqdan sonra yenidən qayıdıb Humayı döymüşdür. Şahid4 məhkəməyə ərizə ünvanlayaraq, hazırkı cinayət işinin məhkəmə iclaslarında ailə vəziyyətilə əlaqədar iştirak edə bilmədiyini göstərərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 ifadəsindən müəyyən edilir ki, o, Zərərçəkmiş şəxs2 və Şahid5 tanımır. Aralarında hər hansı münasibət olmamışdır. Təqsirləndirilən şəxs Xaçmaz şəhər sakini kimi tanıyır, Amil ilə aralarında hər hansı bir münasibət olmamışdır. Hazırda Xaçmaz şəhəri, M.K.Atatürk küçəsində yerləşən kafeni arendaya götürməklə işlədir. Təqsirləndirilən şəxs da həmin kafeyə mütəmadi olaraq gələn müştəri olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat təxminən 11 radələrində Amil işlətdiyi kafeyə gəlib, tək əyləşərək içki içmişdir. Bir qədər sonra kafenin həyətinə diqqət etdikdə iki baş buzovun kafeyə daxil olmasını görmüşdür. Həmin buzovları kafenin həyətindən çıxarmaq istədikdə Amil buzovların özünə məxsus olmasını bildirmişdir. Amil buzovları kafenin həyətindən çıxararaq buzovları satmaq istədiyini bildirmişdir. Amil heyvanları ala biləcək şəxslərin olub-olmamasını ondan dəqiqləşdir. O, Şahid6 mal-qara alqı-satqısı ilə məşğul olduğunu, bu barədə Davuda zəng edərək gəlib heyvanlara baxa biləcəyini bildirmişdir. Təxminən 30 dəqiqə sonra Davud onun kafesinə gələrək iki baş buzovu 900 manata almaq barəsində Amil ilə razılaşlar. Davud yerindəcə Amilə 900 manat pul verərək həmin buzovları özü ilə gətirdiyi qazelə yükləyib və oradan uzaqlaşlar. Bir qədər sonra Amil də kafedən getmişdir. Sonradan polis əməkdaşları ona həmin buzovların oğurluq olmasını bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 3(067)-831/2021 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 döyməsi faktına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(067)-167/2022 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına yüngül zərər vurmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli raportdan müəyyən edilir ki, iş üzrə zərərçəkmiş şəxs X8 xx.xx.2024-cü il tarixdə, saat 05:34 radələrində DİN-nin 102 xidmətinə zəng edərək, qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs onun yaşadığı evə pəncərəni açaraq gizlin daxil olub, yatan zaman onu döyməsi barədə məlumat vermişdir. İş materiallarında olan 20 iyun 2024-cü il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 11:52-də Xaçmaz RMX-nın tibb bacısı Əliyeva Xaçmaz RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək iş üzrə Zərərçəkmiş şəxs1 “alın nahiyəsinin əzilmiş-cırılmış yarası” diaqnozu ilə xəstəxanaya daxil olması, həmçinin xəstənin onu qeyri-rəsmi yaşadığı şəxsin döyməsini bildirməsi barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsin Quba rayon şöbəsinin 20 iyun 2024cü il tarixli, 463 saylı ekspert rəyindən müəyyən edilir ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər - sağ gözün iç bucağında əzilmiş-cırılmış yara küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi 20 iyun 2024-cü il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 11 fevral 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs1 vuraraq xəsarət yetirdiyi ünvan 1 ünvanında Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vuraraq xəsarət yetirdiyi vaxt həmin ünvanda yerləşən fərdi yaşayış evinə necə daxil olduğunu əyani olaraq göstərmişdir. İş materiallarında olan 23 dekabr 2024-cü il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 18:45-də Xaçmaz RMX-nın tibb bacısı Həsənova Xaçmaz RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək iş üzrə Zərərçəkmiş şəxs1 “hər iki qulaq seyvanının, üzün, boyunun öndivarının, döş qəfəsinin ön səthinin, qarnın ön divarının 2-ci dərəcəli olan yanığı” diaqnozu ilə xəstəxanaya daxil olması, həmçinin xəstənin özünü benzin tökərək yandırdığını bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan 24 dekabr 2024-cü il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə, saat 00:42-də Bakı şəhər X10 RPŞ-nin Növbətçi Hissəsinə zəng edilərək iş üzrə Zərərçəkmiş şəxs1 “hər iki qulaq seyvanının, üzün, boyunun öndivarının, döş qəfəsinin ön səthinin, qarnın ön divarının 2-ci dərəcəli olan yanığı” diaqnozu ilə xəstəxanaya daxil olması, həmçinin xəstənin özünü benzin tökərək yandırdığını bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən Xaçmaz Rayon Polis X5 Məntəqəsinin (NBM) qarşısıdır. Məntəqənin qarşısında ümumi yol və ətrafında nəqliyyat vasitələri görünür. Zərərçəkmiş şəxs1 üzərinə yandırıcı maddə tökərək həmin məntəqənin qarşısında özünü öldürməyə cəhd etmişdir. Həmin zaman məntəqə naryadında xidmət göstərən Xaçmaz RPŞnin polis əməkdaşları Şahid9 və Şahid8 sözlərinə görə Zərərçəkmiş şəxs1 üzərinə yandırıcı maddə tökərək həmin məntəqənin qarşısında özünü öldürməyə cəhd etmiş, onlar dərhal hadisənin qarşısını almaq məqsədilə müvafiq tədbirlər görmüş və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına məlumat vermişlər. Hadisə yerində hər hansısa yandırıcı vasitə və yaxud sübut əhəmiyyətinə malik ola biləcək predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin 21 yanvar 2025-ci il tarixli, 132 saylı ekspert rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 məhkəmətibbi ekspertizasına, adına tərtib olunmuş xəstəlik tarixinə əsaslanaraq, hadisə barədə qərarda göstərilənləri nəzərə alıb və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs1 ağır dərəcəli yanıq şoku ilə müşayiət olunan başın, üzün, "hər iki qulaq seyvanlarının, boynun, hər iki yuxarı ətrafların, gövdənin və hər iki budun İİİ dərəcəli termiki yanıqları, yuxarı tənəffüs yollarının yanığı (ümumi bədən səthinin 82%-ni əhatə edən) müəyyən edilmişdir. Xəsarətlər yüksək hərarətin (alovun) yerli termiki təsirindən törənmişdir, qərarn təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, özü tərəfindən özünə yetirilə bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan 11 fevral 2025-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında Xaçmaz Rayon Prokurorluğunda üzləşdirmə aparılmış, zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirdiyi xüsusatları (Təqsirləndirilən şəxs tərəfindən döyülmələr, təhqir olunmalar, bu halların səbəbləri, uşağını əlindən alması və bununla onu hədələmələri, xx.xx.2024-cü il tarixdə evə qanunsuz daxil olub yatdığı yerdə vuraraq xəsarət yetirməsi və özünü öldürməyə cəhd həddinə çatdığını Təqsirləndirilən şəxs bu hərəkətlərinin nəticəsində baş verməsi) üzləşdirmə zamanı bir daha təqsirləndirilən şəxsin üzünə demişdir. İş materiallarında olan Xaçmaz RMX-nın 06 dekabr 2024-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs həkim-narkoloqun və həkimpsixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 yanvar 2025-ci il tarixli, 39 saylı rəyindən müəyyən edilir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyəti vardır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin məhkəmə-psixoloji ekspertizasının 30 yanvar 2025ci il tarixli, 246 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətçillik, emosionallıq, qıcığa qarşı həssaslıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malik olmuşdur. Zərərçəkmiş şəxs1 özünü öldürməyə cəhd etməzdən bilavasitə əvvəlki dövrdə psixi-emosional vəziyyətində həyəcan, gərginlik, bezikmə, əsəbilik kimi hallar yaranmış, nevrotik reaksiya halını keçirmişdir. Həmin halın yaranması situasiya ilə şərtlənmişdir. Zərərçəkmiş şəxs1 özünü öldürməyə cəhd edərkən keçirdiyi psixi-emosional vəziyyəti Təqsirləndirilən şəxs ona qarşı etdiyi mütəmadi hərəkətləri nəticəsində yarandığı qənaətinə gəlinir. İş materiallarında olan ərizədən müəyyən edilir ki, 17 avqust 2024-cü il tarixdə Şahid5 Xaçmaz RPŞ-yə müraciət edərək, 13 avqust 2024-cü il tarixdə günorta saatlarında qara rəngli, dişi cinsli, hər biri 100 kq civarında olan 02 baş danasının (buzovun) Xaçmaz rayonunun Qobuqırağı kəndində yerləşən küçə sahəsində naməlum şəraitdə itdiyi barədə məlumat verərək, həmin 02 baş buzovun tapılmasında köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan 17 avqust 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz rayonunun Qobuqırağı kəndində yaşayan Şahid5 Qəndob-Yalama yolunun 10.1-ci kilometrliyindən 300 metr şərq istiqamətdə yerləşən yaşadığı evinin yaxınlığından keçən küçə ərazisidir. Əsgər İsmayıll baxış zamanı əli ilə küçə sahəsini işarə edərək 02 baş, dişi cinsli, çəkiləri ayrı-ayrılıqda taxminən 100 kiloqrama yaxın olan buzovların küçə ərazisindən naməlum şəraitdə itməsini bildirmişdir. O, sonuncu dəfə buzovların Xaçmaz şəhəri, Zəfər parkının yaxınlığında görülməsi barədə məlumatlı olmasını qeyd etmişdir. İş materiallarında olan 01 dekabr 2024-cü il tarixli “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus olan iki baş dananı oğurlaması ilə bağlı verdiyi ifadəsini əyani şəkildə göstərməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin inzibati binasından şərq istiqamətində 200 metr aralı məsafədə olmaqla Xaçmaz şəhəri, Atatürk küçəsində yerləşən Şahid7 işlətdiyi kafeyə gedilməli olmasını bildirmiş, həmin kafeyə gedildikdə o, kafenin həyətyanı sahəsini göstərərək xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində həmin kafedə oturduğu zaman iki baş buzovun oraya daxil olmasını, kafeni işlədən Bilalın onları kafenin həyətindən çıxarmaq istəməsini görüb həmin buzovların onun özünə məxsus olmasını bildirməsini demişdir. O, kafedə həmin buzovları satmaq istəməsini bildirmiş, sonradan Bilalın Şahid6 bu barədə məlumat verməsini, bir qədər sonra isə həmin buzovları kafenin qarşısında Şahid6 900 manat müqabilində satmasını bildirmiş, bununla da o, ifadəsində göstərdiklərini əyani şəkildə göstərməklə bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2024-cü il tarixli, 9/7909 nömrəli ekspert rəyindən müəyyən edilir ki, qərarda göstərilən 02 baş, dişi cinsli, qara rəngli, yerli sort, 01 yaşlı, hər biri ayrı-ayrılıqda 100 kq çəkisi olan heyvanların (buzovların) 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1600 manat (02 baş x 800 manat) müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilməməsinə dair ifadəsində bildirdiyi xüsusatlara tənqidi yanaşaraq, bu xüsusatı təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir və onun zərərçəkmiş şəxsi özünü öldürmə (cəhd) həddinə çatdırması iş materialları ilə, habelə işin məhkəmə araşdırması zamanı öz təsdiqini tapır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1, 128, 125 və 177.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma həmin Məcəllənin 157.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən: İ. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən: İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. İİ. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.2-ci maddəsinə əsasən, Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma həmin Məcəllənin 128-ci maddəsinin tərkibini yaradır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na görə: Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur; Sağlamlığın qısa müddət pozulması dedikdə isə əmək qabiliyyətinin 21 gündən (3 həftədən) az olan müddətdə müvəqqəti itirilməsi başa düşülür; Ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10%-ə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma həmin Məcəllənin 125-ci maddəsinin tərkibini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2022-ci il tarixli Qərarında göstərilir ki, bu cinayətin ictimai təhlükəliliyi nəinki insanın ən ümdə və ayrılmaz hüququ olan yaşamaq hüququna qəsd edilməsi, həmçinin təqsirkarın mənəviyyata zidd, qeyrihumanist, məkrli və amansız hərəkətləri ilə xarakterizə olunur. Bu cinayətin obyektini başqa şəxsin həyatının təhlükəsizliyi ilə bağlı münasibətlər təşkil edir. Özünü öldürmə həddinə çatdırmanın obyektiv cəhəti mürəkkəbdir, buraya təqsirkarın davranışı (hədə-qorxu gəlmə, amansız rəftar, alçaltma), zərərçəkmişin təqsirkardan asılılığı, bunların nəticəsində şəxsin özünü öldürməsi və ya özünü öldürməyə cəhd həddinə çatması daxildir. Cinayət maddi tərkibli olmaqla, zərərçəkmişin özünə qəsd etdiyi vaxtdan və yaxud özünə qəsd etməyə cəhd etdiyi andan başa çatmış hesab edilir. Bu baxımdan zərərçəkmişin həqiqətən özünü öldürməyə cəhd etməsi, intihara cəhdin “səhnələşdirilmə” olmaması dəqiq müəyyən edilməlidir. Eyni zamanda bu cinayət tərkibinin yaranması üçün təqsirkarın hərəkətləri ilə zərərçəkmişin intiharı və ya ona cəhd arasında səbəbli əlaqə olmalıdır. Maddədə özünü öldürmə həddinə çatdırma əməlinin törədilməsinin üsulları dəqiq göstərilmişdir: amansız rəftar etmə, ləyaqətini mütəmadi olaraq alçaltma, hədə-qorxu gəlmə. Bu baxımdan, bir şəxsin digər hüquqa zidd hərəkətləri (məsələn, əmək haqqının ödənilməsinin sistematik gecikdirilməsi, borcun vaxtında qaytarılmaması) nəticəsində digər şəxsin özünü öldürmə həddinə çatması, bu maddə ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Eyni zamanda, şəxsin hər hansı qanuna zidd olmayan hərəkətləri (qanuni əsaslarla əmək münasibətlərinə xitam verilməsi, evlilik təklifinin rədd edilməsi, törədilən cinayət barəsində məlumatın verilməsi və s.) nəticəsində digər şəxsin intihar etməsi də bu maddə ilə nəzərdə tutulan cinayət tərkibini yaratmır. Amansız rəftara təqsirkarın zərərçəkmiş şəxsə mütəmadi olaraq fiziki və ya mənəvi əzab verməsi, onu ac, susuz, paltarsız, tibbi yardımsız qoyması, qapalı məkanda saxlaması, fiziki işlərə, cinsi münasibətlərə məcbur etməsi, zərərçəkmiş şəxsin təqsirkar tərəfindən onun yaxın adamlarına əzab verildiyini dərk etməsi və s. aid edilə bilər. Göründüyü kimi, amansız rəftar həm hərəkət, həm də hərəkətsizlik ilə törədilə bilər. Qeyd edilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “amansız rəftar” qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranıb-yaranmamasının müəyyən edilməsi üçün rəftarın “amansız” olub-olmaması konkret işin hallarından asılı olaraq müəyyən edilməlidir. Əməlin Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş şəxs təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmalıdır. Sair asılılıq dedikdə, maddi və xidməti asılılıq istisna olmaqla, bütün digər asılılıqlar başa düşülür. Buraya təqsirkarla zərərçəkmiş arasında mövcud olan münasibətlərin xarakterindən asılı olaraq fiziki (məsələn, xəstə ilə ona qulluq edən şəxs arasında və s.), mənəvi (ailə üzvləri, məşqçi ilə idmançı, müəllim ilə şagird arasında və s.), sosial (qapalı sosial qrupların, kollektivlərin (sinif, hərbi hissə, dini sekta və s.) qeyri-formal liderlərindən olan asılılıq), psixoloji asılılıq (zərərçəkmişlə onun azadlığını məhdudlaşdıran şəxs arasında, rüsvayedici məlumata malik olan şəxsdən asılılıq və s.) və s. kimi asılılıq formalarını aid etmək olar. İctimai münasibətlərin müxtəlifliyi, yeni münasibət növlərinin yaranması (məsələn, virtual) şərh edilən maddədəki “sair cəhətdən asılılıq” anlayışının məzmununu genişləndirir. Bəzi hallarda asılılığın dərəcəsi yalnız zərərçəkmiş şəxsin həyat tərzinə, şəxsiyyətinə, işinə və ailəsinə təsiri baxımından müəyyən edilə bilər. Bu qəbildən olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması, zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığının forması göstərilməli və təqsirləndirilən şəxsin hərəkətləri ilə özünü öldürmə və ya ona cəhd arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, özgənin əmlakını gizli olaraq talama əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda həmin Məcəllənin 177.1-ci maddəsinin tərkibi yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 128, 157.1 və 177.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmlərin, qərarların surətlərindən və Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; həmin məhkəmənin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3800 manat məbləğində cərimə cəzasına məhkum edilmiş; həmin məhkəmənin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3800 manat məbləğində cərimə cəzası təyin edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuş; Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(067)-67/2023 saylı qərarına əsasən ona məhkəmənin xx.xx.2022-ci il tarixli (xx.xx.2017) hökmü ilə təyin edilmiş 3800 manat məbləğində cərimə cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş; həmin məhkəmənin xx.xx.2024-cü il tarixli 7(067)-23/2024 saylı qərarına əsasən ona məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Hülövlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Rəhimoba kəndində yaşayır, iki övladı var. O, yaşadığı kənddə kənd sakinləri ilə yaxşı münasibətdədir. Barəsində Nümayəndəliyə heç vaxt, heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətin köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi halını müəyyən etdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin barəsində cəzanı ağırlaşdıran hal kimi cinayətin köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi halını, eləcə də törətdiyi əməllərdən peşman olmaması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsi və vurduğu ziyanı aradan qaldırmaması hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza, Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza, Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işlərinin dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla islah işləri cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan, tutulmadan azad edilmə və qətimkan tədbirinin seçilməsi barədə 25 dekabr 2024cü il tarixli qərardan və xx.xx.2024-cü il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı (CM-nin 128 və 177.1-ci maddələri üzrə) 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İş materiallarında olan 25 dekabr 2025-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 4(067)-164/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 125, 128, 157.1 və 177.1-ci maddələri ilə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə islah işləri cəzasının dörd günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutularaq 01 ay 15 gün müddətinə azadlıqdan məhrumətmə cəzası ilə əvəz olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq ona hazırkı hökmlə təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları olması izah edilsin. Hökmün icrası Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon Polis Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar