Məhkəmə qərarları › İş №1(067)-87/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-87/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-87/2021 08.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1nın və onun müdafiəçisi X4 iştirakları ilə xx.xx.1973-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, müvəqqəti işləməyən, 2-ci qrup əlil, evli, məhkumluğu olan, Xaçmaz şəhəri, A.Mustafayev küçəsi, ev 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1973-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, müvəqqəti işləməyən, evli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : İbtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadələri üçün narkotik vasitə əldə etmək məqsədi ilə 27 avqust 2020-ci il tarixdə Şahid4 qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşmaqla 30 manat pul vəsaiti vermiş və sonuncunun vasitəçiliyi ilə həmin pul vəsaitinə Təqsirləndirilən şəxs2 şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Xaçmaz şəhəri, Ş.Sultanov küçəsində əldə edib üzərində saxlamaqla daşımış, bu fakt 27 avqust 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən Xaçmaz RPŞ-nin inzibati binasında onun üstünə saat 17:45-18:15 müddətində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibində bir ədəd kağız bükümdə olmaqla 0,865 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. İttihama əsasən Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşıdığı ümumi xalis çəkisi 1,507 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin bir bükümdə olan 0,865 qramını 27 avqust 2020-ci il tarixdə, saat 12 radələrində Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ilə Məktəbli küçəsinin kəsişməsində Şahid4 30 manat pul vəsaiti müqabilində satmış, qalan hissəsini isə üzərində saxlamaqladaşımış, Şahid4 da 30 manat pul vəsaiti müqabilində əldə etdiyi həmin narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs1 vermiş,bu fakt 27 avqust 2020-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən Xaçmaz RPŞnin inzibati binasında onun üstünə 27 avqust 2020-ci il tarixdə saat 23:40- dan 28 avqust 2020-ci il tarixdə saat 00:10-dək olan müddət ərzindəşəxsi axtarış keçirilərkənəynində olan ağ rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə olmaqla 0,642 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməklə saxlamış, daşımış habelə satmışdır. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Xaçmaz şəhəri, A.Mustafayev küçəsi, ev 3-də anası Saatxanım, arvadı Sevil, 8 yaşlı oğlu Gülmalı və 5 yaşlı qızı Məleykə ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, 2-ci qrup əlildir. İki ildən çoxdur ki, narkotik vasitə olan herioni şprisə doldurub damara vurmaq yolu ilə qəbul etmişdir. 27 avqust 2020-ci il tarixdə, saat 11 radələrində tanışı Xaçmaz şəhər sakini Şahid4 yaşadığı küçədən təsadüfən keçərkən onunla rastlaşmış, biri-birilərinin narkotik qəbul etdiklərini bildikləri üçün söhbət əsnasında Namik ona demişdir ki, bədəni narkotik tələb etdiyindən ağrıyır, heroin olsa vurar. O, da Namikə demişdir ki, pulu var, narkotik vasitə olan heroin tapa bilirsə tapıb alsın ikisi də istifadə etsinlər. Namik öz telefonu ilə onun tanımadığı bir neçə nəfərə zəng etmiş və heç kimdən narkotik tapa bilməmişdir. Namik ona demişdir ki, tanışı Əkpər var, o tapa bilər, lakin nömrəsini bilmir. O, Əkpərin nömrəsini tapıb Namikə vermiş, Namik Əkpərə zəng etmiş və Əkpərdən narkotik istəmişdir. Əkpər də Namikə narkotik satan tanışının olmasını və ondan narkotik alıb verə biləcəyini demişdir. O, Namiklə birlikdə tanımadıqları bir taksi tutub Əkpərin yaşadığı yerə getmişlər. Həmin ərəfədə Əkpərlə münasibətləri pozulmuş olduğundan bir qədər kənarda həmin avtomobildə uzanaraq gözləmişdir ki, Əkpər onu görməsin. Namik saat 12 radələri olarmış onun verdiyi 30 manat pulu da götürüb həmin vaxt Xaçmaz şəhəri, Məktəbli küçəsi ilə H.Z.Tağıyev küçəsinin kəsişməsində onu gözləyən Əkpərin yanına getmişdir. Namik Əkpərlə görüşərək 30 manat pulu ona vermiş, Əkpər də pulu götürüb harasa gedib təqribən 30 dəqiqədən sonra bir bükülüdə narkotik vasitə olan heroini alaraq gətirib Namikə vermişdir. O, taksidən Namikin Əkpərə pul verməsini görmüş, lakin Əkpər onu görməmişdir. Namik narkotiki alandan sonra qayıdıb gəlmiş və onlar həmin taksi ilə də Namikin yaşadığı küçəyə getmiş, kənar bir yerə çəkildikdən sonra heroindən şprisə doldurub hər ikisi qolunun damarına vurmuşdur. Heronin pulunu özü verdiyindən qalan hissəsini Namikdən almış və özündə saxlamışdır ki, sonra özü tək istifadə edər. 27 avqust 2020-ci il tarixdə, saat 18 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını demiş və narkotik vasitələrin istifadəsində, daşınmasında və saxlanmasında barəsində məlumat olduğundan onu polis şöbəsinə dəvət etmişlər. O, özünü şübhələndirməmək üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Xaçmaz rayon Polis Şöbəsinə getmişdir. Yolda gələrkən polis əməkdaşları onun hərəkətlərinə daim nəzarət etdikləri üçün üzərində saxladığı narkotiki özündən kənarlaşdıra bilməmişdir. Polis Şöbəsində təhqiqatçı Əhməd Muradov tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının dövlət hesabına müdafiə olunması üçün müdafiəçi ilə təmin edildikdən sonra ona videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və o, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyini təklif etmişdir. O, üzərində olan narkotiki təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü, həmin şalvarın sol yan cibindən azadlığın məhdudlaşdırılması cəzasının icrası üçün nəzərdə tutulmuş qara rəngli aparatı, şalvarın sağ arxa cibindən 01 ədəd qara rəngli eynəyi, sol arxa cibindən 01 ədəd qələmi, 01 ədəd vintaçanı, əynindəki gödəkçəsinin sağ yan cibindən 01 ədəd ətir qabını, 02 ədəd alışqanı, 01 ədəd «Arqo» markalı siqareti çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bükümü açarkən içərisindən qəhvəyi rəngli kütlə aşkar olunmuş, o bu kütlənin narkotik vasitə olan heroin olduğunu etiraf edərək, öz istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi davam etdirilmiş, üzərindən qanunla qadağan olunan heç nə aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan həmin büküm qablaşdırılıb möhürlənərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə o, sonra isə bütün iştirakçılar protokola və maddi sübut kimi götürülmüş içərisində narkotik vasitə tiryəkin olduğu bükümün qablaşdırmasının üzərini imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişlər. Polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etməsini soruşduqda o, həqiqəti gizlətməyərək narkotik vasitəni tanışı namikin vasitəsilə Əkpərdən almalarını demişdir. onun məlumatı əsasında Namik və Əkpər saxlanılmış və üzərlərinə baxış zamanı onlardan da narkotik vasitə aşkar olunmuşdur. O, törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək 2-ci qrup əlil olmasının və himayəsində 2 azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda ona Azərbaycan Respublikası CM-in 234.2ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərərək göstərmişdir ki, o ünvan 1-də anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Arvadı və uşaqları Bakı şəhərində yaşayırlar. Rəsmi evli ollsalar da, faktiki olaraq 3-4 ildir ki, ayrılmışlar. 3 ildir ki, kakos kimi tanıdığı narkotik vasitə olan herioni iyləmək və çəkmək yolu ilə qəbul etmişdir. 27 avqust 2020-ci il tarixdə, saat 11:30-12:00 radələrində tanışı olan və əvvəllər birlikdə narkotik qəbul etdikləri Xaçmaz şəhər sakini Şahid4 ona zəng vuraraq bədəni ağrıdığından narkotik vasitə olan heroin qəbul etmək istəməsini, lakin tapa bilməməsini və ona narkotik almaqda köməklik etməsini xahiş etmişdir. O, da narkotik satan tanışının olmasını və hazırda narkotikin olubolmamasını öyrənib deyəcəyini ona bildirmişdir. O, Xaçmaz şəhər sakini Hüseyn adlı şəxsin narkotik vasitə olan heroin satmasını bildiyindən və əvvəllər bir neçə dəfə ondan narkotik vasitə alaraq istifadə etməsinə görə istifadəsində olan 055 285 71 24 və 070 808 69 04 mobil nömrələrindən biri ilə Hüseynin istifadəsində olan 050 *** ** ** mobil nömrəsinə zəng vuraraq ondan satdıq narkotik vasitə olan heroin olub-olmamasını soruşmuş, Hüseyn də heroinin olmasını və pulunu gətirib gəlib apara biləcəyini demişdir. O, həmin vaxt özünün də narkotik qəbul etməyə ehtiyacının olmasına görə Hüseyndən narkotik alıb Namikə verəcəyi vaxt üstündən öz istifadəsi üçün də götürəcəyini fikirləşib Namikə zəng vuraraq tanışında narkotik vasitə olan heroinin olmasını və alıb verə biləcəyini demişdir. Namiklə Xaçmaz şəhəri, Məktəbli küçəsi ilə H.Z.Tağıyev küçəsinin kəsişməsində görüşmüş, Namik həmin vaxt ona 30 manat pul vermiş, o da gedərək Hüseynin yaşadığı evin qarşısında onunla görüşərək 30 manat pulu Hüseynə vermiş, Hüseyn də gedib ona 30 manat dəyərində bir bükülüdə narkotik vasitə olan heroin gətirib vermişdir. O, bir kənara çəkilib bükülünü açaraq heroinin üstündən bir az öz istifadəsi üçün götürərək şalvarının sağ yan cibinə qoymuş və qalanını aparıb Namikə vermişdir. Namik də ondan bir bükülüdə olan heroini götürüb çıxıb getmişdir. O, Namikin həmin vaxtı narkotik vasitə almağa tanışı Ağamalı ilə birlikdə gəlmələrini, həmçinin Ağamalının taksidə Namiki gözləməsini görməmişdir. Onun əvvəllər birlikdə narkotik istifadə etdiyi tanışı Ağamalı ilə münasibətləri pozulduğundan Ağamalı ona zəng etməmiş və ya Namiklə birlikdə onun yanına gəlməmişdir. Həmin günü, yəni 27 avqust 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və onun tərəfindən narkotik vasitələrin istifadəsi, daşınması, saxlanması və satılması barədə məlumat olduğundan onu polis şöbəsinə dəvət etmişdirlər. O, özünü şübhələndirməmək üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Xaçmaz rayon Polis Şöbəsinə getmişdir. Yolda gedərkən polis əməkdaşları onun hərəkətlərinə daim nəzarət etdikləri üçün üzərində saxladığı narkotiki özündən kənarlaşdıra bilməmişdir. Polis Şöbəsində təhqiqatçı Əhməd Muradov tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının dövlət hesabına müdafiə olunması üçün müdafiəçi ilə təmin edildikdən sonra ona videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və o, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyini təklif etmiş, o üzərində olan narkotiki təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, könüllü olaraq əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellafan bükümü, 01 ədəd mobil telefonu, 02 ədəd açarı, 01 ədəd alışqanı, 04 ədəd 100 manatlıq və 02 ədəd 10 manatlıq əskinasları masanın üzərinə qoyaraq təqdim etmişdir. Sellofan bükümü açarkən içərisindən qara rəngli büküm və bu bükümü açarkən isə içərisindən qəhvəyi rəngli kütlə aşkar olunmuş və o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu etiraf edərək, həmin heroini Xaçmaz şəhər sakini Hüseyn adlı şəxsdən almasını gizlədərək, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerdən tapdığını, bir hissəsini Namik adlı şəxsə satdığını, üzərindən aşkar ediləni isə öz istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi davam etdirilmiş, üzərindən qanunla qadağan olunan heç nə aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan həmin büküm qablaşdırılıb möhürlənərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə o, sonra isə bütün iştirakçılar protokola və maddi sübut kimi götürülmüş içərisində narkotik vasitə heroinin olduğu bükümün qablaşdırmasının üzərinə imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişlər. O, narkotik vasitədən istifadə etməyə tövbə etdiyindən məhkəmə istintaqı zamanı hər şeyi olduğu kimi, yəni düzünü danışmışdır. O, narkotik vasitədən istifadə etməyə və Namikin verdiyi 30 manat pula Hüseyndən narkotik vasitə alaraq ona verməsinə görə peşman olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyini, narkotik vasitədən istifadə etməyə tövbə etməsinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 bildirdi ki, Xaçmaz RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləməklə, polis baş leytenantı rütbəsindədir. 27 avqust 2020-ci il tarixdə ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələri qanunsuz olaraq əldə edib, saxlamaqla, daşıması barədə Xaçmaz RPŞ-nin NMQ-na əməliyyat məlumat daxil olmuşdur. Qeyd olunan məlumatla bağlı Təqsirləndirilən şəxs1 ifşa olunması məqsədilə o və işlədiyi şöbənin CAB-nın əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinin hər birinə hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. Onlar 27 avqust 2020-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Xaçmaz şəhəri, A.Mustafayev küçəsində olmasını müəyyən etmiş və həmin yerdə ona yaxınlaşıb özlərini təqdim edərək, sonuncuya onlarla Xaçmaz RPŞ-yə getməsini, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda və üzərində saxlamaqda şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs1 Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 də onlarla birlikdə Xaçmaz RPŞ-nə getmişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs1 davranışına nəzrət etmişlər ki, əgər üzərində narkotik vasitə varsa üzərindən kənarlaşdıra bilməsin. Xaçmaz RPŞ-nin inzibati binasına getdikdə təhqiqatçı Əhməd Muradov tərəfindən Təqsirləndirilən şəxs1 hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Bundan sonra videoçəkilişlə müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılacağı barədə Təqsirləndirilən şəxs1 məlumat verilmiş, sonuncu isə bununla bağlı etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindəki əşyaları çıxarıb təqdim etməsi təklif olunmuş, sonuncu isə qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü, həmin şalvarın sol yan cibindən azadlığın məhdudlaşdırılması cəzasının icrası üçün nəzərdə tutulmuş qara rəngli aparatı, şalvarın sağ arxa cibindən 01 ədəd qara rəngli eynəyi, sol arxa cibindən 01 qələmi, 01 ədəd atverkanı, əynindəki gödəkçəsinin sağ yan cibindən 01 ədəd ətir qabını, 02 ədəd alışqanı, 01 ədəd arqo markalı siqareti çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi büküm təhqiqatçı Əhməd Muradov tərəfindən açılarkən içərisindən qəhvəyi rəngli kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs1 bu kütlənin narkotik vasitə olan heroin olduğunu etiraf edərək, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi davam etdirilmiş, üzərindən qanunla qadağan olunan heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan həmin büküm qablaşdırılıb möhürlənərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə Təqsirləndirilən şəxs1 özü, sonra isə bütün iştirakçılar protokola və maddi sübut kimi götürülmüş içərisində narkotik vasitə heroinin olduğu bükümün qablaşdırmasının üzərinə imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 bildirdi ki, Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləməklə, polis mayoru rütbəsindədir. 27 avqust 2020-ci il tarixdə ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələri qanunsuz olaraq əldə edib, saxlamaqla, daşıması və satması barədə Xaçmaz RPŞ-nin CAB-na əməliyyat məlumat daxil olmuşdur. Qeyd olunan məlmatla bağlı Təqsirləndirilən şəxs2 ifşa olunması məqsədilə o və Xaçmaz RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinin hər birinə hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. Onlar 27 avqust 2020-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Xaçmaz şəhəri, Məktəbli küçəsində olmasını müəyyən etmiş və həmin yerdə Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim edərək, onlarla Xaçmaz RPŞ-yə getməsini qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs2 Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 də onlarla birlikdə Xaçmaz RPŞ-nə getmişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs2 davranışına nəzrət etmişlər ki, əgər üzərində narkotik vasitə varsa onun üzərindən kənarlaşdıra bilməsin. Xaçmaz RPŞ-nin inzibati binasına gəldikdə təhqiqatçı Əhməd Muradov tərəfindən Təqsirləndirilən şəxs2 hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Bundan sonra videoçəkilişlə müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılacağı barədə Təqsirləndirilən şəxs2 məlumat verilmişdir. Təqsirləndirilən şəxs2 isə bununla bağlı etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindəki əşyaları çıxarıb təqdim etməsi təklif olunmuş, sonuncu könüllü olaraq əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü, 01 ədəd mobil telefonu, 02 ədəd açarı, 01 ədəd alışqanı, 04 ədəd 100 manatlıq və 02 ədəd 10 manatlıq əskinasları masanın üzərinə qoyaraq təqdim etmişdir. Sellofan bükümü açarkən içərisindən qara rəngli büküm və bu bükümü açarkən isə içərisindən qəhvəyi rəngli kütlə aşkar olunmuş və Təqsirləndirilən şəxs2 bu kütlənin narkotik vasitə olan heroin olduğunu etiraf edərək, həmin heroini təxminən bir ay əvvəl Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerdən tapdığını, bir hissəsini Namik adlı şəxsə həmin günü günorta saatlarında 30 (otuz) manata yaşadığı ünvanın yaxınlığında Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində satdığını, üzərindən aşkar ediləni isə öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi davam etdirilmiş, Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunan heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan heroin olan həmin büküm qablaşdırılıb möhürlənərək götürülmüş bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə o, sonra isə bütün iştirakçılar protokola və maddi sübut kimi götürülmüş içərisində narkotik vasitə heroinin olduğu bükümün qablaşdırmasının üzərinə imzalayaraq protokolun doğruluğunu və qablaşdırmanın tamlığını təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid1 ifadəsi ilə analoji məzmunda ifadə vermişdir. Şahid qismində ifadə vermiş Şahid4 bildirmişdir ki, Xaçmaz şəhəri, Ş.Sultanov küçəsi, ev 5A-da arvadı Almaz, 20 yaşlı oğlu Vahid, 15 yaşlı qızı Sevinc, 8 yaşlı oğlu Nahid və himayəsinə götürüb saxladığı 2 yaşlı Azadla birlikdə yaşamışdır. Fərdi əməklə məşğul olaraq qəssab kimi Xaçmaz şəhərində yerləşən bazarda işləmişdir. 3 ildir ki, kakos kimi tanıdığı narkotik vasitə olan heroini şprisə doldurub damara vurmaqla qəbul etmişdir. 27 avqust 2020-ci il tarixdə, saat 11 radələrində yaşadığı küçədə tanışı Xaçmaz şəhər sakini Ağamalı ilə təsadüfən rastlaşmışdır. Bir birilərinin narkotik qəbul etdiklərini bildikləri üçün Ağamalı ona söhbət əsnasında narkotik qəbul etmələrini demişdir. O, Ağamalıya üzərində tiryək olması barədə deməmişdir. İkisində də narkotik olmadığını başa düşən Ağamalı ona demişdir ki, 30 manat pulu var, həmin pulun dəyərində narkotik vasitə olan heroin alsın və birlikdə qəbul etsinlər. O, bir neçə tanışına zəng etsə də narkotik tapa bilməmiş, sonra Ağamalıdan tanışı Əkpərin nömrəsini alıb ona zəng vuraraq narkotik tapmağa ona köməklik etməsini xahiş etmiş. Əkpər də ona narkotik satan tanışının olmasını və ondan alıb verə biləcəyini demişdir. Əkpər sonra ona zəng vuraraq tanışı ilə danışmasını və narkotik olan heroin alıb verə biləcəyini demişdir. O, Ağamalı ilə tanımadıqları bir taksi tutub Əkpərin yaşadığı yerə getmişlər. Ağamalının həmin ərəfələr Əkpərlə münasibəti pozulmuş olduğundan bir qədər kənarda həmin avtomobildə uzanaraq gözləmişdir ki, Əkpər onu görməsin. Saat 12 radələri olmuşdur. Xaçmaz şəhəri, Məktəbli küçəsi ilə H.Z.Tağıyev küçəsinin kəsişməsində Əkpərlə görüşmüş və Ağamalının ona verdiyi 30 manat pulu Əkpərə vermiş, Əkpər gedərək təqribən 30 dəqiqədən sonra gəlib bir büküm kakos kimi tanıdığı narkotik vasitə heroini ona vermişdir. Əkpər onun gəldiyi taksini görməmişdir. Əkpəri yola saldıqdan sonra Ağamalının yanına getmiş və həmin taksi ilə də onun yaşadığı küçəyə getmişlər. Kənar bir yerə çəkilərək aldığı heroini Ağamalıya vermişdir ki, damara vurmaq üçün şiprisləri dolduraraq hazırlasın. Ağamalının hazırladığı şprisləri özü və Ağamalı da qollarının damarına vurmuşdur. Pulunu Ağamalı verdiyi üçün heroinin qalan hissəsini Ağamalı özünə götürmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 Təqsirləndirilən şəxs2 Xaçmaz şəhər sakini kimi tanıdığını, nə Əkpərə nə də ki başqa şəxslərə narkotik vasitə satmadığını, ***-***-**-** nömrəli mobil nömrənin ona məxsus olmadığını və heç vaxt onun istifadəsində olmadığını bildirmişdir. Məhkəmədə aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Şahid5 birbaşa üzünə onun yalan danışmasını, 050.580.11.03 mobil nömrəsini Şahid5 işlətməsini, istifadəsində olan 055.285.71.24 və 070.808.69.04 mobil nömrələri ilə Şahid5 istifadəsində olan 050.580.11.03 mobil nömrəsi ilə dəfələrlə əlaqə saxlayaraq ondan narkotik alıb istifadə etməsini, Şahid4 ona zəng vuraraq narkotik vasitə olan heroin almaq istəməsini və 30 manat pulunun olmasını bildirdikdə, o həmin vaxt narkotik vasitə qəbul etmək istədiyindən buna razılıq vermiş, Namiq Əzizovdan 30 manat pulu aldıqdan sonra mobil telefonla Şahid5 istifadəsində olan 050.580.11.03 mobil nömrəsi ilə danışıb razılaşaraq gedərək 30 manat pulu Hüseynə verib ondan narkotik vasitə olan heroin almış, həmin heroinin üstündə özünün istifadə etməsi üçün bir az götürüb qalan hissəsini isə aparıb onu gözləyən Şahid4 vermişdir. O, Şahid4 30 manat pul alaraq verdiyi narkotik vasitə olan heroini Şahid5 30 manat pula almasını Şahid5 üzünə birbaşa demişdir. Məhkəmə istintaqı zamanı götürülmüş telefon danışıqları barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Şahid5 arasında həqiqətən telefon danışıqları olmuşdur. Belə ki, "xxxx" MMC tərəfindən Xaçmaz Rayon Məhkəməsinə daxil olmuş 24 sentyabr 2021-ci il tarixli, 20094 saylı izahlı qaimədən görünür ki, Şahid5 istifadəsində olan 050 580 11 03 saylı mobil nömrə ilə X2 istifadəsində olan 070 808 69 04 mobil nömrə arasında 27 avqust 2020-ci il tarixdə, saat 13:30-da 170 saniyə danışıq olmuşdur. "xxxx" MMC tərəfindən Xaçmaz Rayon Məhkəməsinə daxil olmuş 28 sentyabr 2021-ci il tarixli, AZF/LGL-28109/21 saylı izahlı qaimədən görünür ki, Şahid5 istifadəsində olan 050 580 11 03 saylı mobil nömrə ilə X2 istifadəsində olan 070 808 69 04 mobil nömrə arasında 27 avqust 2020-ci il tarixdə, saat 13:30-da 169 saniyə danışıq olmuşdur. Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xaçmaz Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 7(067)-72/2021 saylıqərarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 1(067)-113/2019 saylı, 11 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən dərhal azad edilmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz Rayon Məhkəməsinin 27.11.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 08 dekabr 2021-ci il tarixli, 47/2018 saylıməktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz Rayon Məhkəməsinin 27.11.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza müddəti 29.09.2021-ci il tarixdə başa çatdığı üçün Xaçmaz Rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiklərindən onların məhkumluqlarının ödənilməməsinin CM-in 18 və 83-cü maddələrinə əsasən cinayətin residivini yaratmamasını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 11 iyul 1997-ci il 1 №-li qərarının 18-ci bəndində göstərilmişdir ki, bu məddələrin müəyyən edilməsi xüsusi bilik tələb etdiyi üçün onların qanunsuz dövriyyəsi ilə əlaqədar işlərin istintaqı və məhkəmə baxışı zamanı bu və ya digər obyektlərin narkotik vasitələrə, yaxud psixotrop maddələrə aid edilməsi haqqında bioloji və ya kimyəvi ekspertizanın rəyi olmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının 28 avqust 2020-ci il tarixli, 6/1695 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1” sözləri yazılmış bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,865 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərində “Təqsirləndirilən şəxs2” sözləri yazılmış bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,642 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 adlı şəxsdən götürülmüş heroin Təqsirləndirilən şəxs2 adlı şəxsdən götürülmüş heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3–X8 Ekspert Komissiyasının 01 oktyabr 2020-ci il tarixli, 2723 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs1 ll qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3–X8 Ekspert Komissiyasının 01 oktyabr 2020-ci il tarixli, 2703 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil İstismar İdarəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz Mənzil İstismar İdarəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Təqsirləndirilən şəxs1nın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Lakin məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsiylə tövsif etməsi ilə razılaşmır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 27 avqust 2020-ci il tarixdə saat 11-12 radələrində ona mobil telefonla zəng edərək ağrıları olduğundan narkotik vasitə heroindən damara vurmaq yolu ilə qəbul etmək istəyən tanışı Şahid4 ondan narkotik almağa kömək etməsini xahiş etdiyinə görə, tanışı Xaçmaz şəhər sakini Şahid5 ilə mobil telefonla əlaqə saxlayaraq onda satılıq narkotik vasitə olan heroin olmasını öyrənib, Şahid4la görüşərək onun narkotik vasitə alması üçün verdiyi 30 manat pulu alaraq aparıb Şahid5la görüşərək ona verərək həmin pulun dəyərində bir bükümdə narkotik vasitə olan heroin alaraq bükülünü açıb üstündən öz istifadəsi üçün 0,642 qramını götürərək şalvarının sağ yan cibində gizlətmiş, qalan narkotik vasitəni isə aparıb bir bükülüdə Şahid4 vermiş, 27 avqust 2020-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən Xaçmaz RPŞ-nin inzibati binasında onun üstünə 27 avqust 2020-ci il tarixdə saat 23:40dan 28 avqust 2020-ci il tarixdə saat 00:10-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə olmaqla 0,642 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bu əməli ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmçinin CM-in 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair yetərincə sübutlar toplanmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkətlər başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin öz ixtiyarında saxlanılması ilə əlaqədar olan hər hansı bir qəsdən edilən hərəkətlərin saxlama kimi başa düşülməlidir (məsələn, üstündə, güclü saxlanc yerlərində, binalarda və s.). Satma dedikdə, narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla yayılması başa düşülməlidir (satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc olaraq vermə, başqa şəxsə iynə vurmaq və s.) “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunda qeyd edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Həmin qanunda şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Plenum Qərarının 9-cu bəndində izah olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk olaraq aşkar olunmuş narkotik vasitənin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, hazırlanmasının və s. hərəkətlərin satış məqsədi ilə edilməsi sübuta yetirilməlidir. Narkotik vasitə satış məqsədi olmadan qanunsuz olaraq əldə olunaraq saxlanılırsa, həmin əməl narkotik vasitənin şəxsi istehlak miqdarından artıq istənilən miqdarda olduğu halda da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla əsaslandırılmamış, təqsirləndirilən şəxsin hansısa qazanc əldə etməsi, eləcə də hansı şəxsi maraq naminə maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi iş üzrə müəyyən olunmamışdır. Həmin qərarda həmçinin qeyd edilir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməlinə aid hissədə işin halları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən tam və hərtərəfli araşdırılmamış, gəldiyi nəticənin həqiqətə uyğunluğu barədə öz mövqeyini yetərincə əsaslandırmamış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində sübutların kifayət etməməsinə yetərincə diqqət yetirməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Velikova Bolqarıstana qarşı 04 oktyabr 2000-ci il tarixli qərarında göstərilir ki, “Əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin yaxud faktlara əsaslanan analoci təkzibedilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlaması özünün ibtidai araşdırma zamanı verdiyi və məhkəmə iclaslarında tədqiq edilmiş ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə tərəfindən araşdırılmış və tədqiq edilmiş işin digər materialları ilə tam təsdiq olunur. Lakin ibtidai istintaq orqanı düzgün olmayaraq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. İstər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əməlində ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispoziyasında nəzərdə tutulan cinayət tərkibi mövcud deyildir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə, təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli səmimi olaraq etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, İİ qrup əlil olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin yaşını, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, CM-in 59.1.4-cü maddəsində nəzərdə tutulan himayəsində 2 azyaşlı uşağının olmasını, 2-ci qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini 21:00-dan 08:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Təqsirləndirilən şəxs2 narkotik vasitəni aldığı şəxs barədə məlumat verərək müvafiq araşdırma aparılmasna kömək etməsini, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsində nəzərdə tutulan cinayətin açılmasına və onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, CM-in 59.1.4-cü maddəsində nəzərdə tutulan himayəsində 2 azyaşlı uşağının olmasını, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona məhkəmə tərəfindən tövsif edilmiş maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini 21:00-dan 08:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, üzərinə narkomaniyadan məcburi müalicə olunması vəzifəsi qoyulmalı və məcburi müalicə olunmasına nəzarət Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 0,642 qram narkotik vasitə heroinin 31 avqust 2020-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin narkotik vasitənin ekspert tədqiqatından sonra qalıq qalmış 0,592 qramı və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 0,865 qram narkotik vasitə heroinin 31 avqust 2020-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin narkotik vasitənin ekspert tədqiqatından sonra qalıq qalmış 0,815 qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri olan 65 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Şahid5 narkotik satışı ilə məşğul olmasına dair məlumatla bağlı qərar çıxarılmalı və onun barəsində ibtidai araşdırma aparılması üçün qərar və məhkəmə iclas protokollarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroruna göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETD İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 27 avqust 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27 avqust 2020-ci il tarixdən 27 yanvar 2021-ci il tarixədək həbsdə olduğu 05 (beş) ay müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın və onun üzərinə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə narkomaniyadan məcburi müalicə olunmasına nəzarət Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Şahid5 narkotik satışı ilə məşğul olmasına dair məlumatla bağlı qərar çıxarılsın və onun barəsində ibtidai araşdırma aparılması üçün qərar və məhkəmə iclas protokollarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xaçmaz rayon prokuroruna göndərilsin. İş üzrə maddi sübut, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunara götürülmüş 0,642 qram narkotik vasitə heroinin 31 avqust 2020-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin narkotik vasitənin ekspert tədqiqatından sonra qalıq qalmış 0,592 qramı və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 0,865 qram narkotik vasitə heroinin 31 avqust 2020-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin narkotik vasitənin ekspert tədqiqatından sonra qalıq qalmış 0,815 qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri olan 65 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən, elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə məhkumlar apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar