Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-87/2024 04.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu ildə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şabran şəhəri, Şabran küçəsində nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə qetməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 17 dekabr 2022-ci il və 19 dekabr 2022-ci il tarixlərində gecə saatlarında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz-Xudat Mənzilinin Xaçmaz rayonu, Müşviq kəndi ərazisində yerləşən dəmir yolu xətlərinin 154-cü km-nin 5-ci piketindən ümumi dəyəri 1129 manat 26 qəpik olan ümumi uzunluğu 28 metr olan 442,5 manat dəyərində R-43 tipli və ümumi uzunluğu 37,5 metr olan 686,76 manat dəyərində R-50 tipli relsləri qanunsuz götürüb aparmaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, kolin şirkətində ekskavatorcu işləyirdi.Qazıntı zamanı yerdən köhnə rels dəmirlər çıxmış və o, tikdiyi evinin yarımcıq qaldığını və həmin relslərin sataraq 10 ədəd şifer alaraq evin üstünü vurub evini tamamladığını fikirləşmişdir. O, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə vurduğu ziyanı tam olaraq ödəmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqında dindirilən zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Hüquq İdarəsi Məhkəmələrlə iş şöbəsinin hüquqşünası işləyir. Qeyd olundu kimi Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il və 19 dekabr 2022-ci il tarixlərində gecə saatlarında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz-Xudat Mənzilinin Xaçmaz rayonu, Müşviq kəndi ərazisində yerləşən dəmir yolu xətlərinin 154-cü km-nin 5-ci piketində yerləşən qorunmayan dəmir yolu keçidindən 28 metr olan R-43 tipli reslərini və ümumi uzunluğu 37,5 metr olan R-50 tipli relsləri qanunsuz olaraq oğurlanmışdır. Oğurluq nəticəsində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə 1129 manat 26 qəpik dəyərində ziyan dəymişdir. Oğurlanan relslər olduğu vəziyyətdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmışdır. Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirdişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərmişdir ki, o, dəmir qəbulu ilə məşqul olur.21 dekabr 2022-ci il tarixdə axşam saat 20-00-21-00 radələri olardı bir nəfər Niva markalı avtomaşınla ona yaxınlaşaraq dəmir yolu xəttinin yanın dəmir olduğunu və orada olan traktoisdə tapşırdığını deyərək gedib onları götürməyini bildirmişdir.O, da o deyən yerdən gedib traktorisdən onları götürdü. İki üç gündən sonra polis əməkdaşları gəlib aldığı həmin dəmirləri götürüb aparmışlar. Sonra o, həmin şəxsi axtarıb ona bildirmişdir ki, polis əməkdaşları onun işlədiyi yerə gələrək həmin dəmirlərin oğurluq olduğunu deyib onları götürmüşlər. Lakin həmin şəxs onların oğurluq olmadığını, yerdən çıxan dəmirlər olduğunu bildirmişdir. Polis əməkdaşları dəmirlərlə birlikdə onun özünüdə polis şöbəsinə gətirərək dəmirlərin dəmir yoluna aid olduğunu bildirmişlər. Həmin dəmirlər palçıqlı paslı dəmirlər olmuşlar. İş materiallarında olan Yalama st.XPB-nin TQ-nun təhqiqatçısı polis kapitanı tərəfindən hadisə yerinə keçirilmiş 23 dekabr 2022-ci il tarixli baxış protokolundan görünür ki, baxış zamanı, hadisə yeri Xaçmaz rayonu, Müşviq kəndi ərazisində yerləşən qorunmayan dəmir yolu keçidi olduğu yerdir. Baxış zamanı iştirak edən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastrutur Departamentinin 1 №-li Xaçmaz yol sahəsində yol ustası vəzifəsində işləyən, Xaçmaz rayonu, Qusarçay kəndində yaşayan X1 şifahi sorğu zamanı bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Xaçmaz-Xudat mənzilinin 154-cü km pk 5-də yerləşən ərazidə 28 metr olan R-43 tipli rels və 37,5 metr olan R-50 tipli rels kənar şəxs və ya şəxslər tərəfindən oğurlanması faktı aşkar olunmuşdur. Baxış saat 10:00 dəqiqədə başlamış və saat 10:40 dəqiqədə başa çatmışdır. Hadisə yerindən heç bir əl-barmaq izi və digər predmet götürülməmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 13-1/2-661/2023 saylı məktubundan görünür ki, 17 dekabr 2022-ci il və 19 dekabr 2022-ci il tarixlərində Təqsirləndirilən şəxs tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz-Xudat mənzilinin 154-cü km pk 5-də yerləşən qorunmayan dəmir yolu keçidindən 28 metr olan R-43 tipli reslərin və ümumi uzunluğu 37,5 metr olan R-50 tipli reslərin oğurlanması nəticəsində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə 1129 manat 26 qəpik dəyərində ziyan dymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 mart 2023-cü il tarixli 9/1114 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 13-1/2-661/2023 saylı arayışına əsasən ekspertiza təyinatı haqqında qərarda qeyd edilən istismara yararsız vəziyyətdə olan reslərin 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzər qaydada təxminən 1129,26 manat müəyyən edilmişdir. O cümlədən: 1.28 metr R-43 tipli rels (1,25 ton çəkidə)-442,50 manat; 2.37,5 metr R-50 tipli rels (1,94 ton çəkidə)-686,76 manat. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinə məxsus 28 metr uzunluğunda olan R-43 və ümumilikdə 37.5 metr uzunluğunda olan R-50 tipli rels hissələri maddi sübut kimi tanılaraq saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına təhvil verilmişdir. İş materiallarında olan 07 mart 2024-cü il tarixli aktdan görünür ki, iş üzrə maddi sübut olan Xaçmaz st. XPŞ-nin anbarında saxlanılan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinə məxsus 28 metr uzunluğunda olan R-43 və ümumilikdə 37.5 metr uzunluğunda olan R-50 tipli rels hissələri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 01 saylı Xaçmaz yol sahəsinin əməkdaşı olan X6 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin saxlanc yerində saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə göndərilmiş ərizədən görürünr ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əmlaklar əvvəlki vəziyyətində qaytarlmış, maddi ziyan ödənildiyindən ondan heç bir şikayətləri və tələbləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər üzrə nümayəndəsi tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli, 5-74/2-6099/23 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı uşağı var. İş materiallarında olan Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər üzrə nümayəndəsi tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli, 5-74/2-6109/23 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 23 fanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 17 dekabr 2022-ci il və 19 dekabr 2022-ci il tarixlərində gecə saatlarında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz-Xudat Mənzilinin Xaçmaz rayonu, Müşviq kəndi ərazisində yerləşən dəmir yolu xətlərinin 154-cü km-nin 5-ci piketindən ümumi dəyəri 1129 manat 26 qəpik olan ümumi uzunluğu 28 metr olan 442,5 manat dəyərində R-43 tipli və ümumi uzunluğu 37,5 metr olan 686,76 manat dəyərində R-50 tipli relsləri qanunsuz götürüb aparmaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməllərində Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunundan görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ittiham olunduğumaddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin ediliş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək;n 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan növbəti gün 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Şabran rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə qetməmək haqqında ”növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədəmüvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan iş üzrə maddi sübut olan Xaçmaz st. XPŞ-nin anbarında saxlanılan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinə məxsus 28 metr uzunluğunda olan R-43 və ümumilikdə 37.5 metr uzunluğunda olan R-50 tipli rels hissələri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 01 saylı Xaçmaz yol sahəsinin əməkdaşı olan X6 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin saxlanc yerində saxlanılması üçün təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Şabran rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə qetməmək haqqında» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə maddi sübut olan iş üzrə maddi sübut olan Xaçmaz st. XPŞ-nin anbarında saxlanılan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinə məxsus 28 metr uzunluğunda olan R-43 və ümumilikdə 37.5 metr uzunluğunda olan R-50 tipli rels hissələri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 01 saylı Xaçmaz yol sahəsinin əməkdaşı olan X6 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin saxlanc yerində saxlanılması üçün təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №1(067)-87/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-87/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver