Məhkəmə qərarları › İş №1(067)-87/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-87/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-87/2025 28.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə ünvan 2az şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan barəsində “ev dustaqlığı” qətimkan tədbiti seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəni üzərində saxlamaqla daşımış, bu fakt o, ünvan 2az Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 08 yanvar 2025-ci il tarixdə saat 21:40-21.55 müddətində ünvan 2az şəhəri, Alı Mustafayev küçəsində yaxalanıb üstünün yoxlanılması zamanı əynindəki qəhvəyi rəngli uzunqol köynək ilə bədəni arasında sol tərəfdə bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi 256,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 2az şəhəri, Koroğlu küçəsi, ev 22 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. 2024-cü ilin avqust ayında ünvan 2az rayonu, Xaspoladoba kəndində yerləşən meşə massivində olan zaman ağacların birinin kənarında 01 ədəd sellafon torba olmasını görmüş və həmin torbanın içərisinə baxan zaman yaş halda, narkotik vasitə olan marixuna kütləsinin olmasını aşkar etmiş və həmin kütləni oradan götürərək ünvan 2az şəhəri, A.Mustafayev küçəsinin yaxınlığında yerləşən rus qəbiristanlığında gizlətmişdir, xx.xx.2025-ci il tarixdə, saat 21:00-da yaşadığı ünvandan çıxaraq həmin qəbiristanlığa getmiş və bir qədər axtardıqdan sonra həmin 01 ədəd sellafon torbanı oradan götürüb piyada şəkildə yaşadığı ev istiqamətinə hərəkətə başlamışdır. Daha sonra ünvan 2az şəhəri, A.Mustafayev küçəsi ilə hərəkət edən zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq ünvan 2az RPŞ-nin əməkdaşları olmalarını qeyd etmişlər və bildirmişlər ki, o, narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinir. Budan sonra polis əməkdaşları üstünü yoxlamışlar və əynində olan qəhvəyi rəngli uzunqol köynəyin altında gizlətdiyi 01 ədəd sellafon torbanı aşkar etmişlər. Əlavə olaraq bildirir ki, polis əməkdaşlarından biri videoçəkiliş aparırmış. Belə ki, onlar həmin 01 ədəd torbaya baxış keçirmişlər və içərisində narkotik vasitə olan qurudulmuş marixuana kütləsini aşkar etmiş və bundan sonra həmin sellafon torbanı içərisində olan qurudulmuş marixuana kütləsi ilə birlikdə kağız zərfə qoyaraq möhürləyərək qablaşdırıb götürmüşlər. Daha sonra isə onu ünvan 2az RPŞ-yə gətirmişlər. ünvan 2az RPŞ-yə gətirildikdən sonra onun və onu gətirən polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş 01ədəd sellafon torbaya baxış keçirilmiş, daha sonra isə həmin büküm təkrar olaraq möhürlənərək qablaşdırılmaqla götürülmüşdür. Ardınca isə ünvan 2az RPŞ-də təhqiqatçı tərəfindən hüquqları izah olunmaqla ona müdafiəçi təqdim olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul deyildir və polis əməkdaşları tərəfindən saxlanılan zaman və RPŞ-də olarkən onun hüquqları pozulmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən ünvan 2az RPŞ-nin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 2az şəhəri, Koroğlu küçəsi, ev 22 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən də onu saxlamaq qərarına gəlmişlər. Buna görə də 08 yanvar 2025-ci il tarixdə, saat 21:40-da ünvan 2az RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, Şahid2 və X4 ilə birlikdə Təqsirləndirilən şəxs ünvan 2az şəhəri, Alı Mustafayev küçəsində tərəflərindən saxlanılmışdır. O və digər polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud hər hansısa bir qanunsuz əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansısa bir predmetin olmadığını bildirmiş, daha sonra isə Şahid2 tərəfindən Təqsirləndirilən şəxs onun hüquqları izah olunmuşdur. Sonra isə Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzəri mış, yoxlanış zamanı Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli köynək ilə bədəni arasında sol tərəfdə bir ədəd şəffaf sellofan torba aşkar edilmişdir. Şahid2 tərəfindən Təqsirləndirilən şəxs həmin torbanın içərisindəki kütlənin nə olduğu soruşulduqda, sonuncu həmin kütlənin "nəşə” olduğunu bildirmişdir. Əməliyyat müvəkkili tərəfindən həmin torba açılaraq içərisinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin torbanın içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə vardır. Təqsirləndirilən şəxs 4-5 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, həmin kütləni avqust ayında meşədə tapdığını və qəbiristanlıqda gizlətdiyini, həmin torbanı isə götürərək şəxsi istifadə etmək məqsədilə evinə apardığını bildirmişdir. Ardınca isə Şahid2 həmin kütləni sellofan torba ilə birlikdə elektron tərəzidə çəkən zaman kütlənin çəkisi torba ilə birlikdə 265 qram olması müəyyən olunmuş, bundan sonra içərisində marixuanaya bənzər bitki kütləsi olan kütlə bir ədəd ağ rəngli zərfə qoyularaq üzəri möhürlənməklə bağlanmış və istintaq hərəkətinin iştirakçıları tərəfindən həmin zərfin üzəri imzalanaraq baxış yekunlaşmışdır. Ardınca isə Təqsirləndirilən şəxs ünvan 2az RPŞ-yə gətirilmişdir. RPŞ-də olan zaman isə ilk əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, o, Şahid2 və Səxavət Abbasovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və tərəflərindən qablaşdırılmış ağ rəngli zərf açılaraq yenidən həmin bükümə baxış keçirilmiş, həmin büküm təhqiqatçı tərəfindən açıldıqdan sonra müəyyən olunmuşdur ki, bükümün içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə vardır. Təqsirləndirilən şəxs həmin bükümün nə olduğu soruşulduqda sonuncu həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və onu tapdığını, şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm elektron tərəziyə qoyulan zaman bu zaman çəkisinin 270 qram olması müəyyən edilmiş, ardınca isə həmin büküm yenidən təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş və tərəflərindən imzalanmışdır. Ardınca isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla, sonuncu müdafiəçi ilə təmin olunmaqla şübhəli şəxs qismində tutulmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahidlər ünvan 2az rayon Polis Şöbəsinin əməkdaşları X4 və Şahid2 məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan ünvan 2az Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis mayoru X4 tərəfindən tərtib olunmuş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 08 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış video görüntülər bir ədəd «DVD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan ünvan 2az Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış diskə 05 fevral 2025-ci il tarixdə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərində 01 ədəd şəffaf sellofan torbada narkotik vasitə qurudulmuş marixuananın olmasının görüntüləri öz əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 09 yanvar 2025-ci il tarixli, 7/37 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə 01 ədəd zərfdə...” yazıları və imzalar olan kağız paketdə olan bir ədəd sellofanda təmiz çəkisi 256 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Məhkəmə - Narkoloji Ekspertizasının 16 yanvar 2025- ci il tarixli 252 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan müvafiq olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda qeyd olunmuşdur ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananın mənbəyini, həmçinin həmin narkotik vasitə marixuananı həqiqətən də taparaq əldə etməsini müəyyən olunması mümkün olmamışdır, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı satış məqsədi ilə deyil, öz istifadəsi üçün üzərində saxlaması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan maddi sübut kimi tanınma qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükülüdə təmiz çəkisi 256 qram olan bitki mənşəli kütlə tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və marixuananın ekspertiza tədqiqatından sonra qalan 255,95 qram qalığının 01 ədəd kağız zərfdə saxlanmasından ötrü ünvan 2az RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan maddi sübut kimi tanınma qərarından görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «DVD» formatlı disk 11 yanvar 2025-cü il tarixli qərar ilə maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan nikah haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə X3 xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü Elgün Həsənov və xx.xx.2014-cü il təvəllüdlü Nicat Həsənov adlı övladları doğulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan ünvan 2az rayon İcra Hakimiyyət Başçısının ünvan 2az şəhər inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş 23 yavnar 2025-ci il tarixli, 267 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan tutma protokolundan müəyyən olunur ki, 08 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan ünvan 2az rayon məhkəməsinin 10 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəni üzərində saxlamaqla daşımış, bu fakt o, ünvan 2az Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 08 yanvar 2025-ci il tarixdə saat 21:40-21.55 müddətində ünvan 2az şəhəri, Alı Mustafayev küçəsində yaxalanıb üstünün yoxlanılması zamanı əynindəki qəhvəyi rəngli uzunqol köynək ilə bədəni arasında sol tərəfdə bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi 256,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əldə etdiyi narkotik vasitənin miqdarının, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulduğundan və barəsində istintaq müddətinin sonunadək “ev dustaqlığı” qətimkan tədbiri seçildiyindən cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 08 yanvar 2025ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və ünvan 2az Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 255,95 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 70 (yetmiş) manat pul Təqsirləndirilən şəxsdən tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 08 yanvar 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs narkomaniyandan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və ünvan 2az Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 255,95 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 70 (yetmiş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə ünvan 2az rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar