Məhkəmə qərarları › İş №1(067)-88/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-88/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-88/2023 21.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1962-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi ev 25-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmasına və 22 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda əməllərində cinayətlərin residivi yaranmaqla istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi yivli odlu avtomatik döyüş silahı hesab edilən avtomat silahını, döyüş sursatı olan 7,62 mm kalibrli patronları və «Калашников» konstruksiyalı «AK» («AKM», «AKC», «AKMC») markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan sandıqçanı üzərində saxlamaqla gəzdirmişdir. Belə ki, o, Xaçmaz şəhəri, Bakı prospektində saxlanılaraq Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 16 yanvar 2023-cü il tarixdə, saat 17:30-17:45 müddətində şəxsi axtarış keçirilərkən əlində tutduğu göy rəngli sellofan torbanın içərisində olan ağ rəngli kisənin içərisində 01 ədəd İjevsk mexaniki zavodunda istehsal edilmiş, «Калашников» konstruksiyalı, 5,45 mm kalibiii, «AKC-74» markalı, nömrəsi silinmiş, çaxmağın üzərində «687», çaxmaq çərçivəsinin üzərində «..7», lülə qutusunun üzərində «...7..7» zavod işarələri olan, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan yivli odlu avtomatik döyüş silahı hesab edilən avtomat silahı, 22 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrii olmaqla həmin kalibrə malik «Калашников» konstruksiyalı «AK» («AKM», «AKC», «AKMC») markalı avtomat silahlarda, «РПК» («РПКС») markalı əl pulemyotlarında, «CKC» karabinində və digər yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə (atəşə) yararlı döyüş sursatı hesab edilən patronlar və 01 ədəd «Калашников» konstruksiyalı «AK» («AKM», «AKC», «AKMC») markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissələri olmaqla zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, təyinatı üzrə istifadəyə yararlı sandıqça aşkar edilib götürülmüşdür. Bununla da o, qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib saxlamaqla gəzdirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, qazanc əldə etmək üçün müxtəlif yerləri gəzərək metal qırıntıları yığıb metal qəbulu məntəqələrinə satmaqla məşğul olur. O, Şabran rayonunun ərazisindən keçən Vəlvələ çayın yaxınlığında yerləşən köhnə karxanaya gedərək metal qırıntıları yığmışdır. 2023-cü ilin yanvar ayının, səhv xatırlamırsa, on üçü o yenə həmin karxanaya getmiş, lakin onun tanıdığı şəxs orada olmamış, orada olduğu zaman yerdə içərisində kisə olan sellofan torbanın olduğunu görmüş, ayağı ilə vurduqda ağır olduğunu hiss etmiş və fikirləşmişdir ki, içərisində metal qırıntıları olmuş olar, o, həmin torbanı açanda içərisində kalaşnikov avtomatını və səhv xatırlamırsa, 22 ədəd patronun olduğunu görmüşdür. O, fikirləşmişdir ki, həmin silahı apararaq polis şöbəsində təqdim edər və pul mükafatı alar. O, içərisində avtomat silahı və digər hissələri olan həmin torbanı əlində tutaraq Xaçmaz şəhəri avtovağzalında gəlib düşərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, o da həmin polis əməkdaşlarına demişdir ki, “elə mən də polis şöbəsinə gəlirdim”, polis əməkdaşları ondan əlindəki torbada nəyin olduğunu soruşmuşlar, o da silah olduğunu demişdir, onu polis şöbəsinə dəvət edərək aparmışlar, o, polis şöbəsində hər şeyi könüllü olaraq etiraf etmişdir. Lakin o, həmin avtomat silahından istifadə etməmişdir. Həmçinin bildirdi ki, ona həmin avtomat silahının orada olması barədə heç kim heç nə deməmiş, nə də o, tapdığı həmin silahlar barədə kimsəyə heç nə deməmişdir. O, bundan da əvvəl metal axtararkən kəsilmiş ov tüfəngi tapmış, bununla bağlı da o, 2021-ci ildə məhkum olunmuşdur. O, iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsində onun həmin avtomat silahını taparaq iki gün özündə saxlaması ilə bağlı tərtib edilmiş xüsusatla razı deyil, o, ifadəsində belə bir xüsusat bildirməmişdir, o, silahı tapan gün saxlanılmışdır. O, barəsində olan bundan əvvəlki cinayət işi üzrə tapdığı silahı bir neçə gün saxlamışdır. Bir daha bu kimi hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq orqanında verdiyi ifadəsi elan olunaraq həmin ifadədən müəyyən edilir ki, o, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi, ev 25-də tək yaşayır. O, hər gün səhər saatlarında özünə məxsus əl arabasını götürüb ayrı-ayrı yerləri gəzmiş və qarşısına çıxan metal qırıntılarını arabaya yığıb Xaçmaz şəhəri ərazisində olan metal qəbulu məntəqələrinə gətirib sataraq çörək pulu qazanmışdır. 14 yanvar 2023-cü il tarixdə, səhər saatlarında o, Şabran şəhərində yaşayan qızı Yasəmənin evinə getmiş, günorta saatlarında isə qızının evindən çıxıb Şabran şəhər avtovağzalına gedərək avtobusa əyləşib Xaçmaz şəhərinə yola düşmüşdür. Xaçmaz rayonu ilə Şabran rayonunun sərhədindən keçən Vəlvələ çaya yaxınlaşanda qərara gəlmişdir ki, avtobusdan düşüb yaxınlıqda olan karxanalara getsin və həmin karxanaların ətrafında metal qırıntıları olsa, Xaçmaz şəhərinə gətirib metal qəbulu məntəqəsinə satsın. Vəlvələçayın Şabran rayonu ərazisində olan sahili ilə gedərkən yerdə bir ədəd ağ rəngli sintetik materialdan olan kisə olduğunu görüb əlinə götürmüşdür. Kisənin bir qədər ağır olmasını və içərisində bərk əşya olmasını hiss edib əvvəlcə elə fikirləşmişdir ki, kisənin içərisindəki əşya karxanalarda istifadə olunmuş metal qırıntılarıdır, lazımsız olduğu üçün atmışlar. O, kisəni açıb baxanda içərisində bir ədəd avtomat silahı və başqa bir ədəd qara rəngli sellofan torba olduğunu görmüş və həmin torbanı da açıb baxanda görmüşdür ki, içərisində patronlar olan bir ədəd avtomat sandıqçası var. Tapdığı avtomat silahını və içərisində patronlar olan sandıqçanı atmamış və ağ rəngli sintetik materialdan olan kisənin içərisinə qoyaraq büküb Xaçmaz şəhəri istiqamətində gəlmişdir. Bir qədər gəldikdən sonra məişət tullantılarının atıldığı yerdə yapışqan lent olduğunu görmüş və həmin yapışqan lenti götürüb kisənin ağız hissəsini bağlayaraq üzərinə sarımış, sonra isə kisəni həmin yerdən götürdüyü başqa bir sellofan torbanın içərisinə qoyaraq yoldan bir qədər aralıda olan kolların arasında gizlədib Xaçmaz şəhərinə gəlmişdir. Sonrakı günlərdə tapdığı avtomat silah, sandıqça və patronlar gizlətdiyi yerdə qalmışdır. 16 yanvar 2023-cü il tarixdə, təxminən saat 13 radələrində o, avtomat silahını gizlətdiyi yerə getmiş və kisədə olan avtomat silahını və içərisində patronlar olan sandıqçanı gizlətdiyi yerdən çıxarıb əynində olan gödəkçənin altında gizlədərək Xaçmaz şəhərinə gəlmişdir. Həmin gün təxminən saat 16:30 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən təzə avtovağzalın yaxınlığında avtobusdan düşüb 10 metr uzaqlaşmışdır ki, ona polis əməkdaşları yaxınlaşmışlar və özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O, etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə, qanunsuz olaraq odlu silahı əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müstəntiq tərəfindən ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O da əlində tutduğu polietilen torbanı açıb baş hissəsinə başqa bir polietilen torba keçirdiyi ağ rəngli kisəni masanın üstünə qoymuşdur. Müstəntiq kisənin üzərinə sarıdığı yapışqan lenti qayçı vasitəsi ilə kəsərək açıb içərisində olan avtomat silahını və qara rəngli sellofana bükdüyü sandıqçanı görüb ondan həmin avtomat silahını və içərisində patronlar olan sandıqçanı haradan və nə məqsədlə əldə etdiyini soruşmuş, o da hər şeyi könüllü olaraq etiraf edib bildirmişdir ki, avtomat silah, sandıqça, patronlar onundur, bir müddət əvvəl Şabran rayonu ərazisində Vəlvələçayın sahilində tapmışdır və həmin yerdə də gizlədib saxlamışdır. Polis əməkdaşları sandıqçanın içərisində olan patronları tək-tək çıxarıb saymışlar və sandıqçanın içərisində 22 ədəd avtomat patronu olması müəyyən edilmişdir. Sonra təqdim etdiyi sandıqça və patronlar müstəntiq tərəfindən qara rəngli sellofana bükülüb avtomat silahı ilə birlikdə ağ rəngli kisənin içərisinə qoyulub qablaşdırılaraq protokol tərtib edilmişdir. O da əlində gəzdirdiyi kisədə aşkar olunmuş avtomat silahının, sandıqçanın və patronların qablaşdırıldığı kisənin üzərinə yapışdırılmış kağızın üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. O, avtomat silahını ağ rəngli kisənin içərisində tapmışdır və həmin avtomat silahının üzərində olan nömrə silinmişdir. Tapdığı avtomat silahının üzərinə həkk olunmuş nömrəni o silməmiş və həmin avtomat silahını satmaq niyyəti olmamışdır. Avtomat silahını, sandıqçanı və patronları tapdıqdan sonra nə edəcəyini müəyyənləşdirə bilməmiş, ona görə də avtomat silahını, sandıqçanı və patronları tapdıqdan sonra gizlədib saxlamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xaçmaz Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinə Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi, ev 25-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması və üstündə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Cinayət axtarış bölməsinə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 16 yanvar 2023-cü il tarixdə CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, Şahid1, CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması istintaq bölməsinin müstəntiqi Şəhriyar Kərimliyə həvalə olunmuşdur. Həmin gün təxminən saat 16:30 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, Bakı prospektində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən Xaçmaz RPŞ-yə gəlməyə razılaşmış və onlar onu polis şöbəsinə gətirmişlər. Xaçmaz RPŞ-də X10 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə, qanunsuz olaraq odlu silah əldə edib saxdamaqda və gəzdirməkdə şübhəli şəxs qismində tutulmuş, sonra isə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra X10 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində olan əşyaları özü təqdim etsin. X5 təklifindən sonra Təqsirləndirilən şəxs əlində tutduğu göy rəngli polietilen torbanı açıb baş hissəsinə başqa bir polietilen torba keçirilmiş ağ rəngli kisəni çıxararaq masanın üstünə qoymuşdur. X10 kisənin üzərinə sarınmış yapışqan lenti qayçı vasitəsi ilə kəsib açdıqda içərisində 01 ədəd avtomat silahı və qara rəngli sellofana bükülmüş içərisində avtomat patronları olan sandıqça olduğunu görmüşlər. X10 Təqsirləndirilən şəxs avtomat silahını və içərisində patronlar olan sandıqçanı haradan və nə məqsədlə əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs «bunu mən əldə eləmişəm Dəvəçi zonasından, Vəlvələçay deyilən körpüyə 100 metr qalmış» deməklə cavab vermişdir. Bundan sonra sandıqçanın içərisində olan patronlar tək-tək çıxarılaraq sayılmış və sandıqçanın içərisində 22 ədəd avtomat patronu olması müəyyən edilmişdir. X10 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi sandıqça və patronlar özünün, vəkilin və onların iştirakı ilə qara rəngli sellofana bükülüb avtomat silahı ilə birlikdə ağ rəngli kisənin içərisinə qoyularaq qablaşdırılıb protokol tərtib edilmiş, iştirakçılar da avtomat silahının, avtomat patronlarının və sandıqçanın qablaşdırıldığı ağ rəngli kisənin üzərinə yapışdırılan kağızın üstünə və bununla bağlı yazılmış protokola imza etmişlər. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs onlara həmin avtomat silahını bir-iki gün əvvəl tapdığını demişdir. Onlar təqsirləndirilən şəxsi saxlayarkən sonuncu onlara həmin silahı polis şöbəsinə təqdim etmək üçün apardığını deməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xaçmaz RPŞ-yə iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı ilə əlaqədar onlar 16 yanvar 2023-cü il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müstəntiqin, müdafiəçinin də iştirakı ilə, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun əlində olan torbanın içərisindən avtomat silahı, sandıqça və onun içərisindən 22 ədəd patron aşkar edilərək götürülmüşdür. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsə yaxınlaşıb torbada nə olduğunu soruşduqda onlara silah olduğunu demişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid4 ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid3 və Şahid2 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid3, Şahid2 və Şahid4 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X1 RPŞ-nin inzibati binasında xidməti iş otağında Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3 və Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X12 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. X10 özünü təqdim edərək 16 yanvar 2023-cü il tarixdə Xaçmaz RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun hissələrini əldə edib üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu, həmin məlumat əsasında Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-yə dəvət edilib şübhəli şəxs qismində tutulduğunu, videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini və hüquqlarının müdafiəsi üçün Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X12 təyin olunduğunu bildirərək Təqsirləndirilən şəxs bununla bağlı etirazı olub-olmadığını soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. Bundan sonra müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını, əlində tutduğu torbada nə olduğunu soruşur, Təqsirləndirilən şəxs də «odlu silah» deməklə cavab verir və müstəntiq təqdim etməsini təklif edir, Təqsirləndirilən şəxs də torbanı açıb ağ rəngli kisəyə bükülərək baş hissəsinə polietilen torba keçirilmiş bağlamanı çıxarıb masanın üzərinə qoyur. X6yçı vasitəsilə kisənin üzərinə sarınmış yapışqan lenti kəsib açıqdıqda içərisində 01 ədəd avtomat silahı və qara rəngli sellofana bükülmüş içərisində patronlar olan 01 ədəd avtomat sandıqçası olması müəyyən edilir. Müstəntiq həmin avtomat silahını haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs Dəvəçi rayonu ərazisində, Vəlvələ çayın üzərində olan körpüdən 100 metr aralı məsafədə olan yerdən tapdığını, oradan götürüb qeyri bir yerdə gizlədib saxladığını, iki gün keçdikdən sonra, yəni 16 yanvar 2023-cü il tarixdə gedib hamin silahı gizlətdiyi yerdən götürüb marşrut avtobusu ilə Xaçmaz şəhərinə gətirdiyini, Xaçmaz şəhərində təzə avtovağzal ərazisində avtobusdan düşüb 10 metr uzaqlaşanda tanımadığı iki nəfər şəxsin yaxınlaşıb özlərini təqdim edərək onu polis şöbəsinə gətirdiklərini bildirir. Bundan sonra sandıqçanın içərisində olan patronlar çıxarılıb sayılaraq 22 ədəd olduğu bildirilir. Müstəntiq aşkar olunan predmetlərin ekspertizaya təqdim olunması üçün qablaşdırılıb götürüləcəyini bildirərək 01 ədəd avtomot sandıqçasını və 22 ədəd avtomat patronlarını qara rəngli sellofana büküb avtomat silahı ilə birlikdə ağ rəngli kisənin içərisinə qoyub qablaşdıraraq möhürləmiş, daha sonra isə Təqsirləndirilən şəxs, iştirakçıların və müdafiəçinin soyadlarını ağ vərəqə yazıb imza etdirdikdən sonra kisənin üzərinə qoyub yapışqan lent vasitəsi ilə bağlamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2023-cü il tarixli, 3/92 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah İjevsk mexaniki zavodunda istehsal edilmiş, «Калашников» konstruksiyalı, 5,45 mm kalibrli, «AKC-74» markalı, nömrəsi silinmiş, çaxmağın üzərində «687», çaxmaq çərçivəsinin üzərində «..7» və lülə qulusunun üzərində «...7..7» zavod işarələri olan avtomat silahdır - yivli odlu avtomatik döyüş silahı hesab edilir, saz, vəziyyətdədir və atəş açmaq üçün yararlıdır; tədqiqata təqdim edilmiş 22 (iyirmi iki) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla həmin kalibrə malik «Калашников» konstruksiyalı «AK» («AKM», «AKC», «AKMC») markalı avtomat silahlarda, «РПК» («РПКС») markalı əl pulemyotlarında, «CKC» karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar - döyüş sursatıdırlar və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim olunmuş 22 (iyirmi iki) ədəd patronların kalibri 7,62 mm olduğu üçün onlardan istifadə edərək tədqiqata təqdim edilmiş 5,45 mm kalibrli «AKC-74» markalı, nömrəsi silinmiş, çaxmağın üzərində «687», çaxmaq çərçivəsinin üzərində «..7» və lülə qutusunun üzərində «...7..7» zavod işarələri olan avtomat silahdan istifadə edilməsi üçün nəzərdə tutulmamışlar və atəş açılması mümkün deyil; tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça «Калашников» konstruksiyalı «AK» («AKM», «AKC», «AKMC») markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissələri olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır və təyinatları üzrə istifadəyə yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən daxil olmuş 11 fevral 2023-cü il tarixli məktubdan müəyyən edilir ki, təqdim edilmiş 01 ədəd 5,45 mm kalibrli, nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı “AKS-74” modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan 10 mart 2023-cü il tarixli “Maddi sübutun tanınması barədə” qərardan, həmin tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 01 ədəd İjevsk mexaniki zavodunda istehsal edilmiş, «Калашников» konstruksiyalı, 5,45 mm kalibrli, «AKC-74» markalı, nömrəsi silinmiş, çaxmağın üzərində «687», çaxmaq çərçivəsinin üzərində «..7» və lülə qutusunun üzərində «...7..7» zavod işarələri olan avtomat silah, 22 (iyirmi iki) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli patronlar və 01 (bir) ədəd «Калашников» konstruksiyalı «AK» («AKM», «AKC», «AKMC») markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan sandıqça maddi sübut kimi tanınaraq, Xaçmaz Rayon Polis Şöbəsində saxlanılır. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs «Калашников» konstruksiyalı, 5,45 mm kalibrli, «AKC-74» markalı, nömrəsi silinmiş, çaxmağın üzərində «687», çaxmaq çərçivəsinin üzərində «..7» və lülə qutusunun üzərində «...7..7» zavod işarələri olan avtomat silahını, 22 ədəd avtomat patronlarını və 01 ədəd sandıqçanı əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə bir sıra əməliyyataxtarış tədbirləri keçirilməsinə baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, şəxsi axtarışın keçirilməsinin köçürüldüyü DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkibini yaradır. Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 №-li qərarında göstərilir ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinə və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlanılması üzərində nəzarət haqqında” 1978-ci il 28 iyun tarixli Avropa Konvensiyasının müddəalarına əsasən odlu silah və döyüş sursatına – a) Avtomatik silah; b) Yarımavtomatik mexanizmli, yenidən doldurma tələb edən mexanizmli və ya tək-tək atəş açan mexanizmli qısalüləli silah; c) Yarımavtomatik mexanizmli və ya yenidən doldurulma tələb edən mexanizmli minimum bir yivli lüləli mexanizmli uzunlüləli silahı; ç) Yivli lüləsi birdən az olmayan təkatılan uzunlüləli silah; d) Əl reaktiv qranatomyotlar (qumbara atanlar); e) Hücum və ya müdafiə oqnemyotları (odsaçanlar); ə) Yay tipli atıcı mexanizmli silah aiddir. Odlu silahlara həmçinin yivli lüləsi olan müxtəlif növ tapançalar, minaatanlar, təyyarə vuran toplar və “a-ə” yarımbəndlərində göstərilən xüsusiyyətlərə malik olan digər silahlar da aiddirlər. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən – döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyadır. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına - hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə, kalibri 4,5 mm-dən çox, gülləsinin uçuş surəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu silahın idman obyektlərindən kənarda saxlanılması, istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağan olunduğundan, həmin növ silahların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228 və ya 232-ci maddələrinin tərkibini yaradır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmdən və Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 1(067)-115/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış; Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən qeyd olunan cəzası 06 ay azaldılmış, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa çalışmış, ətrafındakılara qarşı mehriban olmuşdur. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 1(067)-115/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış; Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən qeyd olunan cəzası 06 ay azaldılmış, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının sonu ilə azad edilsə də, onun həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən o, 16 yanvar 2023-cü il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bununla da o, məhkumluğu ödənilmədən və ya götürülmədən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin barəsində cəzanı ağırlaşdıran cinayətlərin residivi halını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 16 yanvar 2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 18 yanvar 2023-cü il tarixli qərardan və xx.xx.2023-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə tutularaq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarından müəyyən edilir ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 01 ədəd İjevsk mexaniki zavodunda istehsal edilmiş, «Калашников» konstruksiyalı, 5,45 mm kalibrli, «AKC-74» markalı, nömrəsi silinmiş, çaxmağın üzərində «687», çaxmaq çərçivəsinin üzərində «..7» və lülə qutusunun üzərində «...7..7» zavod işarələri olan avtomat silah, 22 (iyirmi iki) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli patronlar və 01 (bir) ədəd «Калашников» konstruksiyalı «AK» («AKM», «AKC», «AKMC») markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan sandıqça Xaçmaz Rayon Polis Şöbəsində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 01 ədəd İjevsk mexaniki zavodunda istehsal edilmiş, «Калашников» konstruksiyalı, 5,45 mm kalibrli, «AKC-74» markalı, nömrəsi silinmiş, çaxmağın üzərində «687», çaxmaq çərçivəsinin üzərində «..7» və lülə qutusunun üzərində «...7..7» zavod işarələri olan avtomat silah, 22 (iyirmi iki) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli patronlar və 01 (bir) ədəd «Калашников» konstruksiyalı «AK» («AKM», «AKC», «AKMC») markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan sandıqça Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş 01 ədəd İjevsk mexaniki zavodunda istehsal edilmiş, «Калашников» konstruksiyalı, 5,45 mm kalibrli, «AKC-74» markalı, nömrəsi silinmiş, çaxmağın üzərində «687», çaxmaq çərçivəsinin üzərində «..7» və lülə qutusunun üzərində «...7..7» zavod işarələri olan avtomat silah, 22 (iyirmi iki) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli patronlar və 01 (bir) ədəd «Калашников» konstruksiyalı «AK» («AKM», «AKC», «AKMC») markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan sandıqça Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar