Məhkəmə qərarları › İş №1(067)-88/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-88/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-88/2024 04.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşadığı qayınanası Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evdə 2023-cü ilin sentyabr ayının sonlarından 31 dekabr 2023-cü il tarixədək olan müddət ərzində bir neçə dəfəyə evin artıq avadanlığının yığılması üçün istifadə edilən otaqda olan çarpayının üzərindəki yorğan-döşəyin arasında olan parça materialdan hazırlanmış pul kisəsinin içərisindən qayınanası Zərərçəkmiş şəxs məxsus 3200 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz götürüb öz ehtiyaclarına xərcləməklə oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Xaçmaz rayonu Köhnə- Xaçmaz kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. 15 yanvar 2019-cu il tarixdə Xaçmaz şəhər sakini Aybəniz Axundova ilə ailə həyatı qurmuş və iki azyaşlı uşaqları vardır. Təxminən 2022-ci ilin mart ayından 31 dekabr 2023-cü il tarixə qədər ünvan 2 ünvanında yaşayan qaynanası Zərərçəkmiş şəxs evində yaşamışdır. Həmin evdə onlardan başqa həyat yoldaşından ayrılaraq həmin evə qayıdıb gəlmiş baldızı Pərvanə Axundova da yaşamışdır. 26 dekabr 2023-cü il tarixdə səhər saat 05 radələrində hamı evdə yatdığı zaman həmin evdəki artıq avadanlığın yığılması üçün istifadə edilən otağa daxil olub və həmin otaqdakı çarpayının üzərində olan yorğan-döşəyin axtararkən orada yorğan-döşəyin arasında parçadan tikilmiş pul kisəsinin içində pulların olmasını görmüşdür. Həmin pulların qayınanası Zərərçəkmiş şəxs məxsus olmasını başa düşərək həmin pullardan bir qədər götürüb və ehtiyacları üçün xərcləmək qərarına gəlmişdir. Həmin pullardan 700 manat pulu götürüb və qalan pulları isə yerinə qoymuşdur. Oğurladığı qayınanasına məxsus pullardan 300 manat pulu «Rabitə bank»-a olan kredit borcunu ödəmiş və həmin qəbzi isə yadında qalmadığı yerə tullamışdır. Bundan sonra yəni 27 dekabr 2023-cü il tarixdə axşam saat 23 radələrində hamı evdə yatdığı zaman yenə də həmin evdəki artıq avadanlığın yığıldığı otağa daxil olub və həmin otaqdakı çarpayının üzərində olan yorğan-döşəyin arasında parçadan tikilmiş pul kisəsinin içindən bu dəfə 50 manat məbləğində pulu götürüb və həmin oğurladığı pulu öz ehtiyacları üçün xərcləmişdir. 28 dekabr 2023-cü il tarixdə gündüz saat 12 radələrində evdə olduğu zaman yenidən həmin evdəki artıq avadanlığın yığıldığı otağa daxil olub və həmin otaqda çarpayının üzərində olan yorğan-döşəyin arasındakı parçadan tikilmiş pul kisəsinin içindən 50 manat məbləğində pul oğurlamışdır. Evdən oğurladığı həmin pullardan 100 manat pula 1 ədəd işlənmiş «Samsunq A02S» mobil telefon alaraq həyat yoldaşı Aybənizə verib və həmin mobil telefonu öz puluna almasını ona deyərək onu aldatmışdır. Bundan başqa oğurladığı pullardan hissə-hissə ümumilikdə 300 manat pul qayınanasına verərək guya həmin pulları qazandığını ona bildirib və yerdə qalan pulun bir qismini isə öz ehtiyacları üçün xərcləmişdir. Evdəki otaqda olan çarpayının üzərindəki yorğan-döşəklərin arasındakı parça kisənin içindən ümumilikdə 800 manat pul oğurlamışdır. Həmin kisənin içində qayınanasına məxsus yenə də məbləğini dəqiq bimədiyi pullar olmasına baxmayaraq həmin pullara toxunmamışdır. 31 dekabr 2023-cü il tarixdə qayınanası Zərərçəkmiş şəxs evində həmin özünə məxsus pulların oğurlanması barədə Xaçmaz RPŞ-nə müraciət etdikdən sonra o, özü bu barədə ondan soruşduqda həmin ona məxsus 800 manat pulları oğurlayaraq xərcləməsini ona etiraf etmişdir. 31 dekabr 2023-cü il tarixdə qayınanası ilə arasında münasibətləri pisləşdiyinə görə onun qızı Aybənizi anasının evində qoyaraq özü isə yaşadığı Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən evinə çıxıb getmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs göstərdi ki, Xaçmaz şəhəri M.Hüseyn küçəsi ev 8-də yaşayır və Xaçmaz şəhər bazarında xırda ticarətlə məşğul olmaqla dolanır. Qızı Aybəniz 15.01,2019-cu ildə Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yaşayan Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş və onların 2 azyaşlı uşaqları vardır. Yeznəsi Mübariz, qızı Aybəniz və azyaşlı uşaqları ilə birlikdə təxminən iki ilə yaxın yəni-2022-ci ilin mart ayından onun evində yaşamışlar. Evində onlardan başqa həyat yoldaşından ayrılaraq evinə qayıdıb gəlmiş qızı Pərvanə də yaşayır. Həyat yoldaşı Əlibala vəfat etmişdir. Özünə məxsus 6000 manat pulunu parçadan tikilmiş pul kisəsinin içinə qoyaraq yaşadığı evdə artıq avadanlığını yığmaq üçün istifadə etdiyi otaqdakı çarpayının üzərində olan yorğandöşəyin arasında gizlətmiş və bu barədə heç kimə deməmişdir. Həmin 6000 manat məbləğində pulları aldığı pensiyasından və Xaçmaz şəhəri bazarında xırda ticarətlə məşğul olaraq hissə-hissə toplamaqla yığmışdır. 31 dekabr 2023-cü il tarixdə səhər saatlarında rəfiqəsinin ad gününə getmək üçün pullardan götürmək məqsədilə həmin pulları qoyduğu yerə baxdıqda ona məxsus 6000 manat pulundan 3200 manat pulunun yerində olmadığını aşkar etmişdir. Qalan 2800 manat pulu isə yerində qalmışdır. Buna görə də DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verdikdən bir neçə dəqiqə sonra Xaçmaz RPŞ-nin əməkdaşları yaşadığı evə gəlmişlər. Polis əməkdaşları yaşadığı evə baxış keçirərək sənədləşdirmə işləri apardıqları zaman evindən 3200 manat pulunun oğurlanması barədə ərizə ilə Xaçmaz rayon PŞ-nə müraciət etmişdir. Evinə hər hansı bir kənar şəxs daxil olmadığına və evinin qapı və pəncərələrində heç bir zədə və ya sınıq yerləri olmadığına görə həmin pullarının yeznəsi Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasından şübhələnmişdir. Ona görə ki, Mübariz onunla yaşadığı müddət ərzində yəni 2023-cü ilin dekabr ayının axırlarında hissə-hissə ona 250 manat pul verərək həmin pulları guya özü qazandığını demişdir. Bundan başqa qızı*Aybəniz həyat yoldaşı Mübarizin onun üçün bir ədəd mobil telefon almasını ona bildirmişdir. Buna görə də yeznəsi Təqsirləndirilən şəxs bu barədə soruşduqda o, həmin ona məxsus pulları özü tək evindən oğuradığmı və həmin pulları öz ehtiyacdan üçün xərcləməsini etiraf etmişdir. 31 dekabr 2023-cü il tarixdə yeznəsi Mübariz arasında münasibətləri pisləşdiyinə görə o, qızı Aybənizi uşaqları ilə birlikdə evində qoyaraq özü yaşadığı Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən evinə çıxıb getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Xaçmaz şəhəri M.Hüseyn küçəsi ev 8-də anası Zərərçəkmiş şəxs və iki azyaşlı uşaqları ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. xx.xx.2019-cu ildə Xaçmaz rayonu Köhnə- Xaçmaz kəndində yaşayan Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş və onların 2 azyaşlı uşaqları vardır. Həyat yoldaşı Təqsirləndirilən şəxs və iki azyaşlı uşaqları ilə birlikdə 2022-ci ilin mart ayından təxminən 2 ilə yaxın ata evində anasının yanında yaşamışlar. Həmin evdə onlardan başqa həyat yoldaşından ayrılaraq evlərinə qayıdıb gəlmiş bacısı Pərvanə də yaşayıb. Anası Zərərçəkmiş şəxs pensiyaçı olmaqla yanaşı Xaçmaz şəhər bazarında xırda ticarətlə məşğul olaraq dolanır. 31 dekabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdə olduğu zaman anası Zərərçəkmiş şəxs onun yanına gələrək rəfiqəsinin ad gününə getmək üçün yaşadıqları evdə artıq avadanlığı yığdığı otaqdakı çarpayının üzərində olan yorğan-döşəyin arasında gizlətdiyi parçadan tikilmiş pul kisəsinin içinə baxdığını və oradakı 6000 manat pulundan 3200 manat pulun yerində olmadığını ona bildirmişdi. Anası özünə məxsus 3200 manat pulunun naməlum şəraitdə oğurlandığını dedikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra Xaçmaz rayon PŞ-nin əməkdaşları yaşadıqları evə gələrək baxış keçirib və sənədləşdirmə işləri apardıqları zaman anası evdən özünə məxsus pulların oğurlanması barədə ərizə ilə Xaçmaz RPŞ-nə müraciət etmişdir. Evlərinin qapı və ya pəncərələrində heç bir sınıq və ya zədə yerləri olmadığına görə anası evdən oğurluq etməkdə həyat yoldaşı Təqsirləndirilən şəxs şübhələndiyini bildirmişdir. Həmin anası ilə yaşadıqları ərəfədə yəni 2023-cü ilin dekabr ayının əvvələrində həyat yoldaşı onun üçün 1 ədəd işlənmiş «Samsunq A02S» markalı mobil telefon alaraq həmin mobil telefonu aldığı pulları özü işləyərək qazındığını ona demişdir. Anası ərinin hissə- hissə ümumilikdə 250 manat pul ona verərək həmin pulları özü qazandığını ona bildirərək onu aldatmışdır. Ona görə ki, anası sonradan həyat yoldaşı Mübarizlə söhbət edərkən həmin pulları özü tək evdən oğurlayaraq onun üçün mobil telefon aldığını və qalan pulları isə öz ehtiyacları üçün xərcləmisini ona etiraf etmişdir. 31 dekabr 2023-cü il tarixdə həyat yoldaşı ilə aralarındakı münasibətləri pisləşdiyinə görə o, uşaqları ilə birlikdə onu anasının evində qoyaraq özü isə yaşadığı Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən evinə çıxıb getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verərək, eyni xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 31 dekabr 2023-cü il tarixdə RPŞ-nin TB-nin təhqiqatçısı X5 tərəfindən keçirilmiş baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ev ünvan 3 ünvanında yerləşir, evin artıq avadanlıqları yığması üçün istifadə edildiyi otaqda olan çarpayının üzərindəki yorğan- döşəyin arasında parçadan tikilmiş pul kisəsinin içində 2800 (iki min səkkiz yüz) manat məbləğində pul aşkar edilmiş və ev sahibi Zərərçəkmiş şəxs həmin özünə məxsus ümumilikdə 6000 manat məbləğində puldan 3200 manat pulunun oğurlanmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 15 yanvar 2024-cii il tarixli əşyaya baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid1 hədiyyə etdiyi «Samsunq AO2S» markalı mobil telefon işlənmiş vəziyyət olan mobil telefondur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs arvadı Şahid1 hədiyyə etdiyi «Samsunq AO2S» markalı mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2024-cü il tarixli qərarla maddi sübut hesab edilməklə saxlanılması üçün Şahid1 təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan DİN-nin tələbnaməsindən gönürdüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayonu, Köhnə-Xaçmaz kənd İƏD-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, evlidir, Xaçmaz rayonu, Xaçmaz-Xaçmaz kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 19 sentyabr 2019-cu il tarixli, AZ-İV 862943 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X1 Şahid1 oğlu ilə birgə nikahlarından 16 avqust 2019-cu il təvəllüdlü X4 adında oğlan övladları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 23 fevral 2022-ci il tarixli, AZ-İV 862952 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X1 Şahid1 oğlu ilə birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X3 adında qız övladları vardır. Lakin Təqsirləndirilən şəxs deməsinə görə ailəsi ilə ayrı yaşadığından, övladları hazırda onun himayəsində deyillər və bu səbəbdən o, övladlarına hər hansı bir maddi dəstək göstərmir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşadığı qayınanası Zərərçəkmiş şəxs qızma məxsus ünvan 2 ünvanında yerləşən evdə 2023-cü ilin sentyabr ayının sonlarından 31 dekabr 2023-cü il tarixədək olan müddət ərzində bir neçə dəfəyə evin artıq avadanlığının yığılması üçün istifadə edilən otaqda olan çarpayının üzərindəki yorğan-döşəyin arasında olan parça materialdan . hazırlanmış pul kisəsinin içərisindən qayınanası Zərərçəkmiş şəxs məxsus 3200 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz götürüb öz ehtiyaclarına xərcləməklə oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlində Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını əməlini qismən etiraf etməklə əməlindən peşman olmasını, əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədəmüvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs arvadı Şahid1 hədiyyə etdiyi «Samsunq AO2S» markalı mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2024-cü il tarixli qərarla maddi sübut hesab edilməklə saxlanılması üçün Şahid1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə Təqsirləndirilən şəxs arvadı Şahid1 hədiyyə etdiyi «Samsunq AO2S» markalı mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2024-cü il tarixli qərarla maddi sübut hesab edilməklə saxlanılması üçün Şahid1 təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olmaması nəzərə alınsın. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunan əmlakın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar