Məhkəmə qərarları › İş №1(067)-88/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-88/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-88/2025 07.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991 -ci ildə Xamaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən peşə məktəbinin yataqxanasında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Quba Rayon X2 bölməsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində ittiham aktı tərtib edilməklə baxılmasından ötrü xx.xx.2024-cü il tarixdə Quba Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 yanvar 2025-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gedərək həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra dəmir darvazanın üzərindən aşıb həyətə keçməklə həyətdəki mətbəxin qapısından mətbəxə qanunsuz olaraq daxil olub oradan qiyməti 1000 manat olan 1 ədəd LG markalı 107 diaqonallı televizor və pultu, daha sonra həyətdəki iki mərtəbəli yaşayış evinin pəncərəsindən evə qanunsuz daxil olub ikinci mərtəbədəki yataq otaqlarından bir ədədinin qiyməti 70 manat olan 10 ədəd 700 manat dəyərində 2 nəfərlik yataq dəsti, bir ədədinin qiyməti 100 manat olan 7 ədəd 700 manat dəyərində 2 nəfərlik yataq dəsti, bir ədədinin qiyməti 30 manat olan 6 ədəd 180 manat dəyərində tək nəfərlik yataq dəsti, qiyməti 150 manat olan 1 ədəd və qiyməti 80 manat olan 1 ədəd taxt örtüyü dəsti, bir ədədinin qiyməti 60 manat olan 2 ədəd 120 manat dəyərində yorğan, bir ədədinin qiyməti 20 manat olan 17 ədəd 340 manat dəyərində hamam dəsmalı, bir ədədinin qiyməti 12 manat olan 20 ədəd 240 manat dəyərində əl-üz dəsmalı, bir ədədinin qiyməti 12 manat olan 5 dəst 60 manat dəyərində qab dəsmalı, bir ədədinin qiyməti 2 manat olan 30 ədəd 60 manat dəyərində qab dəsmalı, bir ədədinin qiyməti 40 manat olan 4 ədəd 160 manat dəyərində süfrə, bir ədədinin qiyməti 55 manat olan 2 ədəd 110 manat dəyərində süfrə, bir ədədinin qiyməti 30 manat olan 2 ədəd 60 manat dəyərində qadın gecə geyim dəsti, bir ədədinin dəyəri 100 manat olan 4 ədəd 400 manat dəyərində qadın alt geyim dəsti, bir ədədinin qiyməti 40 manat olan 4 ədəd 160 manat eləyərində kişi qol saatı, qiyməti 500 manat olan 01 ədəd qadın ətiri, bir ədədinin qiyməti 10 manat olan 3 ədəd 30 manat dəyərində əl kremi, bir dəstinin qiyməti 20 manat olan 4 dəst 80 manat dəyərində kişi alt geyim dəsti, bir ədədinin qiyməti 5 manat olan 4 ədəd 20 manat dəyərində kişi alt geyimi, bir ədədinin qiyməti 2 manat olan 10 ədəd 20 manat dəyərində kişi corabı və bir ədədinin qiyməti 50 qəpik olan 3 ədəd 1,50 manat dəyərində göy rəngli, iri həcmli sellofan torbanı qanunsuz olaraq götürüb aparmaqla ümumilikdə 5171 manat 50 qəpik dəyərində maddi ziyan vurmaqla təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, o, 23 yaşınadək Xaçmaz şəhəri, Atatürk küçəsində yaşamış, evləndikdən sonra Xaçmaz şəhəri, Fərruxağa Qayıbov küçəsində yaşamış, arvadından rəsmi boşanmasa da faktiki olaraq ayrılmış, 2 ilə yaxındır ki, Xaçmaz şəhərində ayrı-ayrı ünvanlarda kirayədə qalır. Sonuncu yaşayış yeri Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən peşə məktəbinin yataqxanası olmuşdur. Əvvəl oğurluq cinayəti törətdiyi üçün ona cərimə cəzası təyin edilmişdir, lakin cəzanı tam çəkib bitirməmişdir. Bundan başqa Quba rayonunda oğurluq hadisəsi törətdiyinə görə barəsində cinayət işi başlanıb istintaq tamamlanaraq Quba Rayon məhkəməsinə göndərilib, hazırda iş məhkəmə icraatındadır. Maddi vəziyyəti pis olduğundan yenidən oğurluq etmək fikrinə düşmüşdür. Xaçmaz şəhəri Natəvan küçəsində çayxanaya bir neçə dəfə getmiş, son zamanlar orada yerləşən evlərdən birində yaşayış olmadığını, yəni axşamlar işıqlarının yanmadığını görmüşdür. Buna görə həmin evdən oğurluq etmək fikrinə gəlmişdir. Beləcə xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində Xaçmaz şəhəri, Natəvan küçəsində yerləşən, adını sonradan eşitdiyi Reyhan adlı qadına məxsus evin qarşısına getmiş, küçədə və evdə heç kimin olmadığına əmin olduqdan sonra həyət qapısının üzərindən aşmaqla həyətə girmişdir. Sonra həyətdə 1 mərtəbəli tikiliyə yaxınlaşmış, qapısını əlilə itələmiş və qapı açılmışdır. İçəri baxanda həmin yerin mətbəx olmasını başa düşmüşdür. O, ac olduğundan mətbəxdə olan düyüdən 2 stəkan qazana töküb su ilə qaynadıb yemiş. Sonra isə mətbəxdə olan LG markalı televizoru və pultunu çıxarıb evin altında tikilmiş, lakin istifadə edilməyən, birbaşa küçəyə baxan obyektin içərisinə qoymuşdur. Sonra isə evin pəncərəsin güc verib açıb içəri daxil olmuşdur. O, evin 2-ci mərtəbəsinə qalxmış, çünki aşağı mərtəbə obyektdir, yaşayış otaqları 2-ci mərtəbədədi. O, 2-ci mərtəbədə olan otaqlara baxmış, yataq otağının birindən çoxlu sayda cehizlik kimi yığılmış geyim və yataq dəstləri toplamışdır/ Həmin otaqdan xeyli sayda yataq dəsti, taxt örtüyü, yorğan, hamam dəsmalı, əl-üz dəsmalı, qab dəsmalı, süfrə, geyim əşyaları, ətir, qol saatı götürmüşdür. Evin digər otağında isə kişi geyimləri olmuş, onları da götürüb hamısını 3 ədəd böyük göy rəngli sellofan torbaya yığmış, həmin sellofanları da elə evdən götürmüşdür. Həmin torbaları da aparıb 1-ci mərtəbədki obyektə qoymuşdur. Bundan sonra küçəyə çıxmış, təxminən 15 dəqiqə küçədə dayanıb taksi gözləmiş ki, əşyaları yığıb Xudat şəhərinə aparıb bazarda satsın. Çünki əşyaları Xaçmaz şəhərində ayrı-ayrı şəxslərə sata bilməzdi Xudat şəhərində isə “bit bazarı” deyilən bazar var, həmin bazar həftənin yalnız bazar günləri işləyir, insanlar orada bütün növ əşyaları, ev quşlarını, kənd məhsulları, meyvətərəvəz və sair satır. O, küçədə gözləyəndə qızılı rəngə oxşar rəngdə bir taksi keçirdi, həmin taksiyə işarə edib saxlatmış və ona demiş ki, satılmalı əşyaları var, onları Xudata “bit bazarı”-na aparmaq lazımdır, taksi sürücüsü ilə 15 manata razılaşmışdır. Sonra da oğurladığı əşyaları obyektin qapısından çıxarıb həmin taksiyə yükləmişdir. Çünki obyektin qapısını içəri tərəfdən açmışdır, taksiyə də elə yükləmiş ki, ondan şübhələnməsin. O, evdən çıxanda saat 06:00 radələri olmuşdur. O, Xudat şəhərində yerləşən həmin “bit bazarı”-na gedib taksi ilə bazarın içərisinə daxil olmuşdur. Sonra da əşyaları yerə boşaltmış, həmin vaxt bazarda həddən çox adam olmuş, insanlar bazara gecə yarıdan gəlir. O, bazarda tanımadığı bir nəfərə həmin əşyaları televizor və pultu daxil olmaqla cəmi 300 manata satmışdır. Bütün əşyaları bir nəfərə satmış, televizoru 100 manat hesablayıb satmışdır, əşyaları isə ucuz əşyalar hesab etdiyindən 200 manat hesablayıb satmışdır. Sonra da taksinin pulun verib yola salmışdır, özü bir qədər Xudat şəhərində qalmış, sonra Xaçmaz şəhərinə gəlmiş, əldə etdiyi pulu da kafelərdə xərcləmişdir. Əlavə olaraq qeyd etmişdir ki, oğurluq hadisəsini özü tək törətmiş, bununla bağlı ona kömək edən heç kim olmamışdır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi xx.xx.2025-ci il tarixdə müstəntiq tərəfindən yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi halları əyani olaraq göstərərək ifadəsində qeyd etdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən evdə yaşayır, həmin ev və əşyaları ona məxsusdur. Evi 2 mərtəbəlidir, həmçinin həyətdə ayrıca 1 mərtəbəli mətbəx də tikdirmişdir. xx.xx.2025-ci il tarixdən etibarən həmin evdə olmamışlar, ev 13.01,2025-ci il tarixədək boş olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində yaşadığı evə gələn zaman evin həyətinə daxil olandan sonra mətbəxin qapısın açmaq istəyən zaman görmüş ki, mətbəxin qapısı açıqdır. O, mətbəxə daxil olmuş və görmüş ki, qaz peçinin üzərində kimsə tavada yemək bişirib. Çünki o, evdən çıxan zaman bütün qabları yuyub çıxmışdır. O, mətbəxdə həmçinin qiyməti 1000 manat olan 01 ədəd LG markalı, 107 diaqonallı televizorun və pultunun yerində olmadığını görmüşdür. O, başa düşmüş ki, evdən oğurluq olmuşdur. Sonra o, mətbəxdən çıxıb evin qapısına yaxınlaşmış və görmüş ki, evin də qapısı açıqdır. O, qapıdan içəri daxil olmuş, həmin evin bütün otaqlarına baxmış və ona məlum olmuş ki, 2-ci mərtəbədə yataq otağında olan xeyli əşyalar, yəni qızı və oğlu üçün aldığı cehizlik əşyalar oğurlanmışdır. Belə ki, həmin otaqdan hər birinin dəyəri 70 manat olan 10 ədəd, hər birinin qiyməti 100 manat olan 7 ədəd 2 nəfərlik yataq dəsti, hər birinin qiyməti 30 manat olan 6 dəst tək nəfərlik yataq dəsti, qiyməti 150 manat olan 1 ədəd və qiyməti 80 manat olan 1 ədəd taxt örtüyü dəsti,-hər birinin qiyməti 60 manat olan 2 ədəd yorğan, hər birinin qiyməti 20 manat olan 17 ədəd hamam dəsmalı, hər birinin qiyməti 12 manat olan 20 ədəd əl-üz dəsmalı, hər birinin qiyməti 12 manat olan 5 dəst qab dəsmalı, hər birinin qiyməti 2 manat olan 30 ədəd qab dəsmalı, hər birinin qiyməti 40 manat olan 4 ədəd, hər birinin qiyməti 55 manat olan 2 ədəd süfrə, hər birinin qiyməti 30 manat olan 2 ədəd qadın gecə geyim dəsti, hər birinin dəyəri 100 manat olan 4 ədəd qadın alt geyim dəsti, hər birinin dəyəri 40 manat olan 4 ədəd kişi qol saatı, qiyməti 500 manat olan 01 ədəd qadın ətiri, hər birinin dəyəri 10 manat olan 3 ədəd əl kremi oğurlanmışdır. Bundan başqa evin 2ci mərtəbəsində digər yataq otağından hər birinin dəyəri 20 manat olan 4 dəst kişi alt geyim dəsti, hər birinin dəyəri 5 manat olan 4 ədəd kişi alt geyimi, hər birinin dəyəri 2 manat olan 10 ədəd kişi corabı oğurlanmışdır. Beləliklə ona ümumilikdə 5170 manat ziyan vurulmuşdur. O, hadisə barəsində DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Xaçmaz RPŞ-nin TBnin təqhqiqatçısı, polis mayoru Sədi Məmmədov tərəfindən hadisə yerinə keçirilmiş xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, hadisə yeri ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evdir. Evin həyətə giriş qapısı dəmir materialdandır. Həyətin içərisində sol hissəsində 1 otaqdan ibarət 1 mərtəbəli tikili, sağ hissəsində 1-ci mərtəbəsi obyekt olmaqla 2 mərtəbəli ev vardır, evin 2-ci mərətbəsi 2 yataq, 1 mətbəx və bi hamam otağından ibarətdir. Oğurlanmış əşyalar 2 mərtəbədə yataq otaqlarından, televizor isə həyətdə yerləşən 1 otaqdan ibarət tikilidən(mətbəxdən) oğurlanmışdır. Hadisə yerindən 22 ədəd əl-barmaq izi götürülmüşdür. .Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-13-11/2-809/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2025- ci il tarixdə Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2025-ci il tarixdə KTİ-yə daxil olunmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 12 ədədi (ADİS-in məlumat bankına Xaçmaz və Quba RPŞ-dən daxil olmuş) xx.xx.1991 -ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlin şəhadət (04 dəfə), orta (05 dəfə), sol əlinin böyük, şəhadət və orta barmaqlarının əksi ilə eynilik müəyyən etmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyət Başçısının Xaçmaz İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, 1) Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 1772.3-cü maddələri ilə təqsirli bilinib Təqsirləndirilən şəxs barəsində 3500 manat cərimə cəzası təyin edilmişdir. 2) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2024-ci il tarixdə tərtib olunaraq Quba Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib onun üzərində həmin Məcəllənin 67.1 və 69.4-cü maddələri ilə qəti olaraq 4300 (dörd min üç yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Quba rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(027)-31/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 4300 manat məbləğində cərimə cəzasının ödənilməmiş qalan 235 manat hissəsi ilə tam birləşdirilmiş və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 235 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Cəza çəkmənin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə çıxışları zamanı dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamdan, həmin Məcəllənin 177.2.2-ci maddəsin xaric edilməsini təklif etmişdir. Dövlət ittihamçısı təklifini onunla əsaslandırmışdır ki, İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün əsas, onun Quba rayon X2 bölməsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində ittiham aktı tərtib edilməklə baxılmasından ötrü xx.xx.2024-cü il tarixdə Quba rayon məhkəməsinə göndərilməsinə baxmayaraq təkrarən oğurluq cinayət əməlini törətməsi faktı olmuşdur. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(027)- 31/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə ittiham elan edilməsinə əsas olmuş cinayət işi üzrə Quba rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü vardır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs əməlində oğurluq cinayətinin təkrar törədilməsi olmadığından qeyd olunanları nəzərə alıb, elan olunmuş ittihamdan CM-in 177.2.2-ci maddəsinin xaric edilməsi və dövlət ittihamının müdafiəsinin CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təmin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə dövlət ittihamçısının fikri ilə razılaşaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4--cü maddələrinin tərkib əlamətləri olsa da, 177.2.2-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. Belə olan halda, Təqsirləndirilən şəxs təqsirə görə məsuliyyət pirinsipi baxımından Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır, həmin Məcəllənin 177.2.2-ci maddəsi isə ona elan olunmuş ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 yanvar 2025-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gedərək həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra dəmir darvazanın üzərindən aşıb həyətə keçməklə həyətdəki mətbəxin qapısından mətbəxə qanunsuz olaraq daxil olub oradan qiyməti 1000 manat olan 1 ədəd LG markalı 107 diaqonallı televizor və pultu, daha sonra həyətdəki iki mərtəbəli yaşayış evinin pəncərəsindən evə qanunsuz daxil olub ikinci mərtəbədəki yataq otaqlarından bir ədədinin qiyməti 70 manat olan 10 ədəd 700 manat dəyərində 2 nəfərlik yataq dəsti, bir ədədinin qiyməti 100 manat olan 7 ədəd 700 manat dəyərində 2 nəfərlik yataq dəsti, bir ədədinin qiyməti 30 manat olan 6 ədəd 180 manat dəyərində tək nəfərlik yataq dəsti, qiyməti 150 manat olan 1 ədəd və qiyməti 80 manat olan 1 ədəd taxt örtüyü dəsti, bir ədədinin qiyməti 60 manat olan 2 ədəd 120 manat dəyərində yorğan, bir ədədinin qiyməti 20 manat olan 17 ədəd 340 manat dəyərində hamam dəsmalı, bir ədədinin qiyməti 12 manat olan 20 ədəd 240 manat dəyərində əl-üz dəsmalı, bir ədədinin qiyməti 12 manat olan 5 dəst 60 manat dəyərində qab dəsmalı, bir ədədinin qiyməti 2 manat olan 30 ədəd 60 manat dəyərində qab dəsmalı, bir ədədinin qiyməti 40 manat olan 4 ədəd 160 manat dəyərində süfrə, bir ədədinin qiyməti 55 manat olan 2 ədəd 110 manat dəyərində süfrə, bir ədədinin qiyməti 30 manat olan 2 ədəd 60 manat dəyərində qadın gecə geyim dəsti, bir ədədinin dəyəri 100 manat olan 4 ədəd 400 manat dəyərində qadın alt geyim dəsti, bir ədədinin qiyməti 40 manat olan 4 ədəd 160 manat eləyərində kişi qol saatı, qiyməti 500 manat olan 01 ədəd qadın ətiri, bir ədədinin qiyməti 10 manat olan 3 ədəd 30 manat dəyərində əl kremi, bir dəstinin qiyməti 20 manat olan 4 dəst 80 manat dəyərində kişi alt geyim dəsti, bir ədədinin qiyməti 5 manat olan 4 ədəd 20 manat dəyərində kişi alt geyimi, bir ədədinin qiyməti 2 manat olan 10 ədəd 20 manat dəyərində kişi corabı və bir ədədinin qiyməti 50 qəpik olan 3 ədəd 1,50 manat dəyərində göy rəngli, iri həcmli sellofan torbanı qanunsuz olaraq götürüb aparmaqla ümumilikdə 5171 manat 50 qəpik dəyərində maddi ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Buna görə də, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yügülləşdirən və ağırlaşdran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan Quba rayon məhkəməsinin 04 mart 2025-ci il tarixli, 1(027)-31/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və cərimə cəzaları hazırki hökmlə təyin ediləcək cəzası ilə Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən qismən toplamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci madəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Quba rayon Məhkəməsinin 04 mart 2025ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 235 manat cərimə cəzaları hazırki cəza azadlıqdan məhrum etməyə nisbətdə qismən, cərimə cəzasına nisbətdə isə tamamilə toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası və 235 manat cərimə cəzaları təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş azadlıqdan məhrumetmə cəzası və 235 manat cərimə cəzaları müstəqil icra olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Quba rayon məhkəməsinin 04 mart 2025-ci il tarixli, 1(027)-31/2025 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Quba rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seşilmiş və seçilmiş həbs qətimkan tədbiri həmin tarixdə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir Xaçmaz rayon məhkəməsinin 4(067)-12/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Hazırda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq olunduğundan, onun həbsetmənin əvvəli Quba rayon məhkəməsinin 04 mart 2025-ci il tarixli, 1(027)-31/2025 saylı hökmünə əsasən 16 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Xaçmaz rayon məhkəməsinin 4(067)-12/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsuliyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanını Təqsirləndirilən şəxs tələb etdiyini bildirsə də, cinayət təqibi başlanandan məhkəmə istintaqı qurtaranadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan bir ədəd zərfdə saxlanılan 12 ədəd əl barmaq izi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəflərin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Quba rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 235 manat cərimə cəzaları hazırki cəza azadlıqdan məhrum etməyə nisbətdə qismən, cərimə cəzasına nisbətdə isə tamamilə toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 235 manat cərimə cəzaları təyin edilsin . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 235 manat cərimə cəzaları müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd zərfdə saxlanılan 12 ədəd əl barmaq izi cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah olunsun ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Hökmdən elan edildiyi andan (həbsə alınmış şəxsə münasibətdə hökmü rəsmi qaydada aldığı gündən) 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar