Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-89/2022 05.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1999-cu ildə Xaçmaz rayonunun Armudpadar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Xaçmaz rayonunun Armudpadar kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il tarixdə saat 22 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə hasarın üstündən keçməklə Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu. Armudpadar kəndindəki evin həyətinə daxil olub mətbəxin pəncərəsi üzərində olan toru cırdıqdan sonra pəncərənin qarşısından götürdüyü taxta parçası ilə mətbəxin pəncərə şüşəsini sındırmaqla evə qanunsuz daxil olub yataq otağında olan sandığın qapağını üzərində olan asma qıfılı sındıraraq açıb içərisindən 15 manat dəyərində 01 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, içərisində «ЗАРЯ» yazısı olan qadın qol saatını, 5 manat dəyərində 01 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış boyunbağını, 3 manat dəyərində 01 ədəd “X” hərfi şəkilli kulonu, 10 manat dəyərində 01 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində ağ şəffaf qaşları olan qadın üzüyünü, 425 manat dəyərində bir cüt 5 qram çəkidə 583 əyarlı qızıl sırğanı götürüb aparmaqla ümumilikdə 458 manat məbləğində oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, anası Ədalət və qardaşı Samirlə birlikdə Xaçmaz rayonu, Aımudpadar kəndində yaşayır. 03 fevral 2022-ci il tarixdə pulu olmadığı üçün qərara gəlmişdir ki, kənd ərazisində gəzsin və yaşayış olmayan evə olarsa daxil olub oğurluq etsin. Bu məqsədlə də həmin gün axşam saatlarında yaşadığı kənd ərazisində piyada gəzərkən yaşadığı evdən təxminən 300-400 metr aralı məsafdə yerləşən bir mərtəbəli evin həyət qapısı üzərində asma qıfıl olduğunu görüb başa düşmüşdür ki, həmin evdə adam yoxdur. O, həmin evə daxil olub oğurluq etmək qərarına gəlmiş və 03 fevral 2022-ci il tarixdə təxminən saat 22 radələrində hasardan keçməklə həmin evin həyətinə daxil olmuşdur. Həyat qaranlıq olduğu üçün özü ilə gətirdiyi alışqanın fənərini yandırıb baxanda görmüşdür ki, evin giriş qapısı bağlıdır. Bu səbəbdən o, evin arxa tərəfində olan pəncərənin üzərindəki toru əli ilə dartaraq çırmış, sonra isə pəncərənin qarşısında olan taxta parçasını götürüb pəncərənin şüşəsini sındırıb həmin yerdən içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra bütün otaqları axtarsada pul və ya başqa qiymətli əşya tapa bilməyib yataq otağında olan sandığın qzəritıdəki asma qıfılı sındırıb sandığın qapağını açmışdır. Alışqanın fənərini yandırıb sandığın içərisinə baxanda görmüşdür ki, sandığın içərisində bir cüt sırğa, üzərində «X» hərfi şəkilində kulon olan nazik boyunbağı, bir ədəd qadın qol saatı və bir ədəd üzük var. O, sırğanı, boyunbağını, qadın qol saatını və üzüyü götürdükdən sonra pəncərədən həyətə, sonra isə hasardan keçməklə küçəyə çıxıb yaşadığı evə getmişdir. Səhəri gün oğurladığı sırğalara, boyunbağına, qadın qol saatına və üzüyə diqqətlə baxanda görmüşdür ki, qadın qol saatı, üzük və boyunbağı qızıl deyil, ona görə də boyunbağının üzərində olan kulonu sındırmış, qadın qol saatını, üzüyü və boyunbağını isə yaşadığı evin həyətində olan quyunun içərisinə atmışdır. Həmin qadın qol saatını, üzüyü və boyunbağını isə istintaqa təqdim etmişdir. Oğurladığı bir cüt sırğanın qızıl olduğuna əmin olduğu üçün onu atmayıb satmaq qərarına gəlmişdir. Fikirləşmişdir ki, sırğaları Xaçmaz şəhərində satsa tutula bilər, ona görə də 04 fevral 2022-ci il tarixdə Bakı şəhərinə getmişdir ki, sırğaları orada olan qızıl mağazalarından birinə satsın. Bakı şəhərinə çatdıqdan sonra o, «Moskva» ticarət mərkəzinə gedib oğurladığı bir cüt qızıl sırğanı orada olan tanımadığı şəxsə 220 manata satmışdır. Bundan sonra o, qayıdıb yaşadığı Aımudpadar kəndinə gəlmiş və bir cüt qızıl sırğanı satıb əldə etdiyi 220 manat pulu sonrakı günlərdə öz şəxs ehtiyacları üçiin xərcləmişdir. O, başqa heç bir yerdən oğurluq etməmiş, o, ancaq həmkəndlisi Ruhiyyənin yaşadığı evə daxil olaraq bir ədəd qadın qol saatını, bir ədəd üzüyü, bir ədəd boyunbağını və bir cüt qızıl sırğanı oğurlamışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs göstərdi ki, o, Xaçmaz rayonu, Armudpadar kəndində qeydiyyatdadır və 2021- ci ilin sentyabr ayınadək oğlu Ravillə birlikdə Xaçmaz rayonu, Armudpadar kəndində olan özünə məxsus evdə yaşamışdır. 2021-ci ilin sentyabr ayının əvvəllərində oğlu Ravil Bakı şəhərinə getmiş, 21 sentyabr 2021-ci il tarixdə isə o, özü Bakı şəhərinə getmişdir, hal-hazırda Bakı şəhəri. Xətai rayonu, Babək prospektində kirayədə yaşayır və Xətai rayonu ərazisində yerləşən restoranda xadimə işləyir. Onun Xaçmaz rayonu, Armudpadar kəndində olan evi bir mərtəbəli olmaqla ön və sol yan tərədən daş hasarla, digər iki tərədən isə tor hasarla əhatə olunmuşdur, evinin giriş qapısı bir laylı, həyət qapısı isə iki laylı dəmir qapıdır. Bakı şəhərinə getməmişdən bir neçə gün əvvəl o, özünə məxsus bir cüt qızıl sırğanı, sarı metaldan olan bir ədəd qadın saatını, bir ədəd boyunbağını və bir ədəd ağ qaşları olan qadın üzüyünü yataq otağında olan sandığın içərisinə qoymuş, sandığın qapağını isə asma qıfılla bağlayıb açarını özü ilə götürmüşdür. 21 sentyabr 2021-ci il tarixdə o, evdən çıxıb Bakı şəhərinə gedərkən evin giriş qapsını və həyət qapısını asma qıfılla bağlamış, açarı isə heç kimə verməyib özü ilə aparmışdır. Sonrakı müddətdə Bakı şəhərində yaşasada o, özü hər ay Xaçmaz rayonu, Armudpadar kəndində olan evinə gəlib bir gün qalmış, səhəri gün isə evin qapısın və həyət qapısını asma qıfılla bağlayıb Bakı şəhərinə getmişdir. Sonuncu dəfə 25 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonu, Armudpadar kəndinə gəlib bir gün evində qalmış, 26 dekabr 2021-ci il tarixdə isə evin qapısın və həyət qapısını asma qıfılla bağlayıb Bakı şəhərinə getmişdir. Həmin gün evdə olan bütün əşyalar öz yerində olmuşdur və evdə olan heç bir əşyaya toxunulmamışdır. Sonrakı müddətdə işi ilə əlaqədar Xaçmaz rayonu, Armudpadar kəndinə gələ bilməmiş və 04 fevral 2022-ci il tarixdə Armudpadar kəndində onunla qonşuluqda yaşayan Faiq ona zəng vurub demişdir ki, evinin pəncərə şüşəsi sındırılmışdır, deyəsən onun evinə oğru girib. Faiqlə danışdıqdan sonra o, özü həmin gün Xaçmaz rayonu, Armudpadar kəndində olan evinə gəlmiş və baxanda görmüşdür ki, evinin arxa tərəfində olan mətbəxin pəncərəsi açıqdır və pəncərənin üzərində olan şüşəsi sındırılıb. O, evin giriş qapısını açıb içəri daxil olmuş və baxanda görmüşdür ki, otaqlarda olan əşyalar dağıdılıb, yataq otağında olan sandığın qapağına bağladığı asma qıfıl isə sındırılaraq otağın döşəməsinə atılıb. O, sandığın qapağını açıb içərisinə baxanda görmüşdür ki, bir cüt qızıl sırğa, sarı metaldan olan bir ədəd qol saatı, bir ədəd boyunbağı və üzərində ağ qaşlar olan qadın üzüyü qoyduğu yerdə yoxdur. Başa düşmüşdür ki, evinə daxil olmuş şəxs mətbəxin pəncərə şüşəsini sındırıb içəri daxil olaraq otaqlarda olan əşyaları dağıtmışdır və yataq otağında olan sandığın qapağına bağladığı asma qıfılı sındırıb sandığın qapağını açaraq içərisində olan ona məxsus bir cüt qızıl sırğanı, sarı metaldan olan bir ədəd qol saatını, bir ədəd boyunbağını və üzərində ağ qaşlar olan qadın üzüyünü oğurlamışdır. Bundan sonra o, Xaçmaz rayon polis şöbəsinə gəlib ərizə yazaraq evindən bir cüt qızıl sırğanın və bir ədəd boyunbağının oğurlanması barədə məlumat vermişdir. Polis şöbəsində izahat verdikdən sonra polis əməkdaşları onunla birlikdə Armudpadar kəndinə yaşadığı evə gedib onun iştirakı ilə baxış keçirmişlər. Yaşadığı evdən ona məxsus 5 qram çəkidə 583 əyarlı bir cüt qızıl sırğa, sarı rəngli metaldan olan bir ədəd boyunbağı, bir ədəd üzərində ağ qaşlar olan qadın üzüyü, bir ədəd qadın qol saatı oğurlanmışdır və bununla bağlı ona 400 manatdan çox maddi ziyan dəymişdir. Ərizəsində səhfən boyunbağının qızıl olmasını göstərmişdir. Armudpadar kəndində olan evindən oğurlanmış boyunbağı qızıl olmamış, həmin boyunbağı sarı rəngli metaldan olmuş, üzərində olan kulonu isə 3 manata almışdır. Xaçmaz rayonu, Armudpadar kəndində olan evinin mətbəxinin pəncərə şüşəsi adi ağ şüşədən olmuş və həmin pəncərə şüşəsinin sındırılması nəticəsində ona 15 manat maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmiş və buna görə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və təli yoxdur. Zərərçəkmiş şəxs bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Xaçmaz rayon Polis Şöbəsinin, Cinayət Axatarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o. Xaçmaz rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04 fevral 2022-ci il tarixdə Xaçmaz rayonu, Armudpadar kənd sakini Zərərçəkmiş şəxs ərizə ilə Xaçmaz rayon polis şöbəsinə müraciət edərək 25 dekabr 2021-ci il tarixdən 04 fevral 2022-ci il tarixədək olan müddət ərzində Xaçmaz rayonu, Armudpadar kəndində olan evindən bir cüt qızıl sırğanın və bir ədəd boyunbağının naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Onun tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus evə 03 fevral 2022-ci il tarixdə Xaçmaz rayonu, Armudpadar kəndində yaşayan Təqsirləndirilən şəxs daxil olub bir ədəd qadın qol saatını, bir ədəd qadın üzüyünü, bir ədəd boyunbağını və bir cüt qızıl sırğanı oğurlaması müəyyən edilmiş və 07 mart 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs olduğu yeri müəyyənləşdirərək onu Xaçmaz rayon polis şöbəsinə dəvət etmişdir. Həmin gün Təqsirləndirilən şəxs Xaçmaz rayon polis şöbəsinə gəlmiş və polis şöbəsində Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evdən bir ədəd qadın qol saatını, bir ədəd qadın üzüyünü, bir ədəd boyunbağını və bir cüt qızıl sırğanı oğurlayıb-oğurlamadığını soruşduqda o, etiraf edərək bildirmişdir ki, 03 fevral 2022-ci il tarixdə saat 22 radələrində hasardan keçməklə həmkəndlisi Zərərçəkmiş şəxs həyətinə, daha sonra isə pəncərənin şüşəsini sındırmaqla evə daxil olaraq yataq otağında olan sandığın içərisindən bir ədəd qadın qol saatını, bir ədəd qadın üzüyünü, bir ədəd boyunbağını və bir cüt qızıl sırğanı oğurlamışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs izahatı alındıqdan sonra bununla bağlı raport yazılmış və sonuncu alınmış izahatla birlikdə müstəntiqə təqdim olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Armudpadar kəndində yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndlisidir. Onun Salehlə qohumluq əlaqəsi yoxdur. Ruhiyyə isə dayısı arvadıdır. Onun Saleh və Ruhiyyə ilə münasibəti yaxşı olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Ruhiyyənin yaşadığı ev onun evinin qonşuluğunda yerləşir. Həmin evdə Ruhiyyə ilə oğlu Ravil yaşamışlar, 2021-ci ilin sentyabr ayından isə onlar Bakı şəhərində yaşayırlar. Ancaq Ruhiyyə özü aradabir Xaçmaz rayonu, Armudpadar kəndinə gəlib yaşadığı evə baxmışdır. 04 fevral 2022-ci il tarixdə günorta saatlarında o, yaşadığı evin həyətində gəzərkən görmüşdür ki. Ruhiyyənin evinin arxa tərəfində olan pəncərə açıqdır, pəncərənin örtüyü isə bayıra çıxıb. O, bir qədərdə yaxma gəlib baxanda pəncərənin üzərində olan şüşənin sındığını görmüş və Ruhiyyənin özünə zəng vurub demişdir ki, evinin pəncərə şüşəsi sındırılmışdır, deyəsən onun evinə oğru girib. Həmin gün Ruhiyyə Xaçmaz rayonu, Armudpadar kəndində olan evinə gəlib baxdıqdan sonra onlara demişdir ki, yataq otağında olan sandığın içərisindən ona məxsus bir ədəd qadın qol saatı, bir ədəd boyunbağı, bir ədəd qadın üzüyü və bir cüt qızıl sırğa oğurlanmışdır. Sonradan o, eşitmişdir ki. Ruhiyyənin evinə həmkəndlisi Təqsirləndirilən şəxs daxil olaraq bir ədəd qadın qol saatını, bir ədəd boyunbağını, bir ədəd qadın üzüyünü və bir cüt qızıl sırğanı oğurlamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mrəkəzinin 30 mart 2022-ci il tarixli 6/1496-9/1805 nömrəli rəyindən görünür ki, təqdim edilən 01 ədəd sarı rəngli metaldan, içərisində «ЗАРЯ» yazısı olan qol saatı-metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 26,81 qramdır; 01 ədəd sarı rəngli metaldan boyunbağı-metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 3,88 qramdır; 01 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük-metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 6,58 qramdır, qaşları qiymətli qaşlara aid deyil. Ekspertizaya təqdim edilmiş məmulatların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 30,0 manat müəyyən edilir. Təqdim olunmayan bir cüt 5 qram çəkidə 583 əyarlı qızıl sırğanın 2022-ci ilin fevral ayına olan nəzəri qiyməti təxminən 425,0 manat müəyyən edilir. İş materiallarında olan əşyaya baxış keçirilməsi haqqında 07 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd boyunbağını, bir ədəd qadın qol saatını və bir ədəd qadın üzüyünü təqdim edərək 03 fevral 2022-ci il tarixdə saat 22 radalərində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Armudpadar kəndindəki evdən oğurladığını bildirmiş. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd boyunbağının, bir ədəd qadın qol saatının və bir ədəd qadın üzüyünün Xaçmaz rayonu, Armudpadar kəndindəki evdən oğurladığını və özünə məxsus olduğunu bildirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd boyunbağı, bir ədəd qadın qol saatı və bir ədəd qadın üzüyü 17 may 2022-ci il tarixli qərar ilə maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayonu, Yergüc kənd İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, subaydır. Xaçmaz rayonu, Armudpadar kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır. İş materiialarında olan iş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəmə istintaqı zamanı təqdim ediyi 14 iyun 2022-ci il tarixli, notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs təfəindən ona vurulmuş zərər tam ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il tarixdə saat 22 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə hasarın üstündən keçməklə Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu. Armudpadar kəndindəki evin həyətinə daxil olub mətbəxin pəncərəsi üzərində olan toru cırdıqdan sonra pəncərənin qarşısından götürdüyü taxta parçası ilə mətbəxin pəncərə şüşəsini sındırmaqla evə qanunsuz daxil olub yataq otağında olan sandığın qapağını üzərində olan asma qıfılı sındıraraq açıb içərisindən 15 manat dəyərində 01 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, içərisində «ЗАРЯ» yazısı olan qadın qol saatını, 5 manat dəyərində 01 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış boyunbağını, 3 manat dəyərində 01 ədəd “X” hərfi şəkilli kulonu, 10 manat dəyərində 01 ədəd sarı rəngli qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində ağ şəffaf qaşları olan qadın üzüyünü, 425 manat dəyərində bir cüt 5 qram çəkidə 583 əyarlı qızıl sırğanı götürüb aparmaqla ümumilikdə 458 manat məbləğində oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzanı yüngülləşdirən hal kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 00:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədəmüvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut olan qızıl-ziynət əşyalarının ibtidai araşdırma zamanı sahibizərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 150 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 00:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Ağdaş rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan qızıl-ziynət əşyalarının ibtidai araşdırma zamanı sahibizərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 150 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddianın və müsadirə olunan əmlakın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-89/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-89/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver