Məhkəmə qərarları › İş №1(067)-9/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-9/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-9/2023 19.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünası Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əməllərində cinayətlərin residivi olan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Xaçmaz rayon məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməklə 20 fevral 2023-cü il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Sumqayıt Apelyasiya Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarına əsasən Xaçmaz rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli hökmü dəyişdirilərək cəzasının 03 ilə endirilməsinə və 16 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda əməlində cinayətin residivi olmaqla, istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,671 qram çəkidə narkotik vasitə heroini və 12,515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bu fakt 10 dekabr 2021-ci il tarixdə saat 18 radələrində o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri Ü.Hacıbəyov küçəsində saxlanılaraq polis şöbəsinə dəvət edilmiş və Xaçmaz şəhəri H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında saat 19:05-19:15 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində 7,874 qram və 01 ədəd folqa kağızı bükümündə 4,641 qram çəkidə olmaqla ümumilikdə 12,515 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd folqa kağızı bükümündə 0,671 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, əməlində cinayətlərin residivi olmaqla, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü ilk öncə təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və təxminən bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. 09 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Xaçmaz şəhər mərkəzi bazarının yaxınlığında olduğu zaman yerdə olan bir ədəd kibrit qutusunun olduğunu görmüş, həmin vaxt siqaret çəkmək üçün üstündə alışqan olmadığından həmin kibrit qutusunu yerdən götürmüş, içərisində kibrit çöpü olubolmamasını yoxlamaq üçün onu açanda kibrit qutusunun içərisində yaşıl rəngli bitki kütləsinin və bir ədəd gümüşü rəngli falqa bükümün olduğunu görmüşdür. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyi üçün kibrit qutusunun içərisindəki bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu tanımış, kibrit qutusunun içərisindəki gümüşü rəngli falqa bükümü açıb baxanda isə içərisində tünd qəhvəyi rəngli toz şəkilində kütlənin olduğunu görmüşdür. Əvvəllər bir neçə dəfə narkotik vasitə heroindən də istilada etdiyi üçün həmin kütlənin narkotik vasitə heroin olduğunu bilmişdir. Bundan sonra həmin narkotik vasitə heroini falqa bükümə büküb içərisində marixuana olan kibrit qutusu ilə birlikdə yerdən tapdığı başqa bir falqaya bükmüş və onları şəxsi istifadəsi üçün əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur. Lakin bununla bağlı heç kimə heç nə deməmiş və onun üzərində narkotik vasitə olmasını heç kim bilməmişdir. Səhəri gün yəni, 10 dekabr 2021-ci il tarixdə gönorta saatlarında kibrit qutsunun içərisində olan qurudulmuş marixuanadan bir qədər götürmüş, onun müəyyən hissəsini siqaretə doldurub çəkməklə istifadə etmiş, qalan hissəsini isə sonradan istifadə etmək üçün başqa bir falqa kağıza bükərək, həmin bükülünü və içərisində heroin olan falqa bükümünü içərisində marixuana olan kibrit qutusu ilə birlikdə başqa bir falqa kağızına bükmüş və əynindəki gödəkcəsinin sağ yan cibinə qoymuşdur. 10 dekabr 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Xaçmaz şəhəri Ü.Hacıbəyov küçəsində olan zaman iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və Xaçmaz RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqla daşıması barədə onlarda məlumat olduğunu bildirmiş və onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmiş və yolda polis əməkdaşları hərəkətlərinə nəzarət etdiklərindən üzərində olan narkotik vasitələri kənarlaşdıra bilməmişdir. Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti otaqda olan zaman müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunmasından ötrü Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim edilmiş və videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış aparılacağı bildirilmişdir. Üstünə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirəndən sonra ona üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, əvvəlcə əynindəki qara rəngli uzunqol qış gödəkcəsinin sağ yan cibində olan bir ədəd gümüşü rəngli falqa bükümünü çıxarıb masanın üzərinə qoymuş, sonra isə həmin gödəkcənin sol yan cibində olan konfetləri və gödəkcənin sağ cibindən bir ədəd siqareti, həmçinin əynindəki şalvarın sağ yan cibindən 1 və 5 manatlıq pul əskinasalardan ibarət olmaqla ümumilikdə 7 manat məbləğində pulu çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üstü axtarılmıfş, lakin üstündən başqa heç nə aşkar edilməmişdir. Onun təqdim etdiyi gümüşü rəngli falqa büküm müstəntiq tərəfindən açıldıqda içərisindən bir ədəd kibrit qutusu və iki ədəd falqa bükümlər aşkar edilmişdir. Daha sonra kibrit qutusu və 02 ədəd falqa bükümlər açılmış, kibrit qutusunun və falqa bükümlərdən bir ədədinin içərisində tünd yaşıl rəngli bitki kütləsinin, digər falqa bükümün içərisində isə tünd qəhvəyi rəngli kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, kibrit qutusunun və falqa bükümlərindən bir ədədinin içərilərində olan yaşıl rəngli bitki kütlələrinin «nəşə», yəni narkotik vasitə qurudulmuş marixuana, digər falqa bükümün içərisindəki qəhvəyi rəngli kütlənin isə «kakos», yəni narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Narkotik vasitələri haradan əldə etməsi soruşulduqda o, həmin narkotik vasitələri 09 dekabr 2021-ci il tarixdə Xaçmaz şəhər mərkəzi bazarının yaxınlığında, yerdən tapdığını, marixuanadan bir hissəsini istifadə etdiyini və qalan narkotik vasitələri isə şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığımı bildirmişdir. Bundan sonra üstündən aşkar edilmiş narkotik vasitələr qurudulmuş marixuana və heroin müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürləndikdən sonra imzalarla təsdiq edilərək götürülmüş, 7 manat məbləğində pul, konfetlər və bir ədəd siqaret isə onun özünə qaytarılmışdır. Növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsinə əlavə etməklə bildirmişdir ki, onun üzərindən yalnız 0,2 qram narkotik vasitə aşkar edilmişdir. Qalan narkotik vasitələr ona məxsus olmayıb, polis əməkdaşları onu evində yaxalayıb, təzyiq göstərməklə tələb etmişdirlər ki, lazimi sənədlərə imza etsin. O da, sənədlərə imza etmişdir. Lakin, Təqsirləndirilən şəxs son sözlə məhkəməyə müraciət edərək, törətdiyi əməli səmimi etiraf etməklə, ona güzəşt edilərək yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X4 Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 10 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə Xaçmaz RPŞ-nə daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz RPŞ-nin NMQ-nun digər əməkdaşları ilə birlikdə Xaçmaz şəhəri ərazisində müşahidələr aparmaqla Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinə başlamışlar. Qeyd olunan tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri Ü.Hacıbəyov küçəsində olduğunu müşahidə edib ona yaxınlaşmış, özlərini təqdim edəndən sonra ona qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və daşıması barədə məlumat olduğunu bildirib Xaçmaz RPŞ-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə şöbəyə gəlmiş və o, bu barədə raportla rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X3 həvalə olunduğundan onun tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin oluna bilmə hüquqları izah edilmiş və Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 şöbəyə dəvət edilərək Sərdvar Şirinova təqdim olunmuşdur. Keçiriləcək şəxsi axtarışın görüntülərinin videoçəkiliş vasitəsi ilə qeydə alınması Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 həvalə olunandan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və daşımaqda şübhəli olduğu üçün Xaçmaz RPŞ-nə gətirildiyi və videoçəkiliş vasitəsi ilə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, ondan üstündə qanunla qadağan olunmuş əşyalar olubolmaması soruşulmuş və üstündə olan əşyaları çıxarıb, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində bir gün əvvəl bazarın yanından tapdığı əşya olduğunu demiş və əvvəlcə əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqa bükülü, daha sonra həmin gödəkçənin sol yan cibindən bir neçə ədəd konfet, sağ yan cibindən 01 ədəd siqaret dənəsi və şalvarının sağ yan cibindən iki ədədi 1 və bir ədədi isə 5 manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 7 manat məbləğində pul çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstündə axtarış davam etdirilmiş, lakin onun üstündən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli falqa bükülü açıldıqda onun içərisindən 01 ədəd kibrit qutusu və 02 ədəd kiçik ölçülü falqa bükülülər aşkar olunmuşdur. Kibrit qutusu açıldıqda onun içərisində spesifik qoxuya malik, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlənin, falqa bükülülər açıldıqda isə onlardan bir ədədinin içərisində spesifik qoxuya malik, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlənin, digər bükülünün içərisində isə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs kibrit qutusunun və falqa bükülülərdən bir ədədinin içərisindəki yaşıl rəngli bitki kütləsinin nəşə, yəni narkotik vasitə qurudulmuş marixuana, digər falqa bükülünün içərisindəki kütlənin isə kakos, yəni narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Ondan narkotik vasitələri haradan əldə etməsi, hansı məqsədlə saxlaması, narkotik vasitədən istifadə edibetməməsi və satışı ilə məşğul olub-olmaması soruşulduqda o, həmin narkotik vasitələri bir gün əvvəl Xaçmaz şəhər mərkəzi bazarının yaxınlığında, kibrit qutusunun içərisində yerdən tapdığını, narkotik vasitədən istifadə etdiyindən kibrit qutusunu gümüşü rəngli falqa kağızma bükərək şəxsi istifadəsi üçün üstündə saxladığını, kibrit qutusundakı marixuanadan müəyyən hissəsini istifadə etdiyini, müəyyən hissəsini isə istifadə etmək məqsədi ilə ayırıb falqaya bükərək saxladığını, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində yaşıl rəngli bitki kütləsi olan 01 ədəd kibrit qutusu, 01 ədəd falqa bükülü və içərisində qəhvəyi rəngli kütlə olan 01 ədəd falqa bükülü ekspertizaya göndərilməsindən ötrü 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və ağzı möhürlənməklə üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 01 ədəd siqaret dənəsi, konfetlər, 5 və 1 manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 7 manat məbləğində pul iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünə axtarış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi Şahid3 tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınmış və faktla bağlı müstəntiq Şəhriyar Kərimli tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, Şahid3 Şahid2 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsi axtarış aparılması haqqında 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş vəziyyətdə olan 01 ədəd kibrit qutusunun və 01 ədəd falqa bükülünün içərilərində narkotik vasitə qurudulmuş marixuana, həmçinin 01 ədəd falqa bükülünün içərisində narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini, üstündən aşkar edilmiş narkotik vasitələri bir gün əvvəl bazarın yaxınlığında, yerdən tapdığını və şəxsi şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 11 dekabr 2021-ci il tarixli, 6/5461 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün № 58» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən...» və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,671 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Resprublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 11 dekabr 2021-ci il tarixli, 7/1274 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri yazılmış kağız paketdə folqaya bükülmüş bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,874 qram və bir ədəd folqa kağızı bükülüdə təmiz çəkisi 4,641 qram, cəmi 12,515 qram çəkidə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş kağız paketdə bir ədəd kibrit qutusunda və bir ədəd folqa kağızı bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinin, şəxsi axtarış zamanı onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş vəziyyətdə olan 01 ədəd kibrit qutusunun və 01 ədəd falqa bükümünün içərilərində narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd falqa bükülünün içərisində isə narkotik vasitə heroin olmasının görüntüləri öz əksini tapmışdır. Elektron məlumat daşıyıcısına baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin video görüntüdə qeydə alınmış şəxsin özünün olduğunu, görüntünün qeydə alındığı 10 dekabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən üstünə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı 09 dekabr 2021-ci il tarixdə Xaçmaz şəhərində, mərkəzi bazarın yaxınlığında kibrit qutusunun içərisində yerdən taparaq gümüşü rəngli falqaya büküb şəxsi istifadəsi üçün əynindəki gödəkçənin sağ yan cibində saxladığı içərilərində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusunu, 01 ədəd falqa bükülünü və içərisində narkotik vasitə heroin olan 01 ədəd falqa bükülünü çıxarıb təqdim etdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 10 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş ümumilikdə 12,515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 0,671 qram çəkidə narkotik vasitə heroin, habelə 10 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsinə dair video görüntülər köçürülmüş 01 ədəd CD disk 13 dekabr 2021-ci il tarixdə iş üzrə maddi sübut hesab edilmiş, narkotik vasitə qurudulmuş marixuananın 0,1 qramının, narkotik vasitə heroinin isə 0,05 qramının tədqiqatlara sərf edilməklə istifadə olunması, habelə 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, qalan 12,415 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 0,621 qram çəkidə narkotik vasitə heoin ayrı-ayrılıqda 02(iki) ədəd kağız paketə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 58 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRlN və PSİXOSTİMULYATORLARİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq , həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1978-ci ildə Xaçmaz şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsillidir, subaydır, ünvan 1 ünvanda yaşayır və müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, həmçinin Xaçmaz rayon Məhkəməsindən alınmış hökmlərin, habelə Sumqayıt Apellyasiya Məhkəməsindən alınmış qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 12 may 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan cinayət əməlini tərətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 23-1 maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 03 (üç) il azadlıqdan şərti məhrum olunmuş, Xaçmaz rayon Məhkəməsinin 25 aprel 2003cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3- cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 03 il azadlıqdan məhrum etməyə 02 il şərti sınaq müddəti cəzasına, 22 noyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 20%-i tutulmaqla 01 il islah işləri cəzasına, 02 sentyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 68.1, 68.1.3 və 67.1 -ci maddələri tətbiq edilməklə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarı ilə CM-nin 234.1 -ci maddəsi ilə təyin edilmiş 01 il azadlıqdan məhrum etmə cəzası 01 il 06 aya endirilmiş, CM-nin 67.1 -ci maddəsinə əsasən üzərində 01 il 08 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış və 30 yanvar 2015-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə 09 ay 22 gün vaxtından əvvəl şərti azad olunmuş, bundan başqa Xaçmaz rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 20%-i tutulmaqla 01 il müddətinə islah işləri və 01 il 06 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum etmə cəzasına, 07 avqust 2018-ci il tarixli hökmünə əsasən isə Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarı ilə Xaçmaz rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli hökmü dəyişdirilərək cəzası 03 ilə endirilmiş və 16 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 12 may 2022-ci il tarixli 382 nömrəli məktubundan görünür ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “28 May- Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.5-ci bəndinə əsasən o, Xaçmaz rayon İcra Şöbəsinin 08 avqust 2016-cı il tarixli qərarı ilə Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təyin edilmiş 01 il 06 ay müddətinə islah işləri cəzasından azad olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(067)- 54/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, “həbs” qətimkan tədbiri seçilmişdir. İş materillarında olan axtarışda olan şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə saat 17:00-da Quba rayonu ərazisində tutularaq Xaçmaz rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilk öncə özünü təqsirli bilməsinin və törətdiyi əməli etiraf etməsinin, daha sonra isə özünü qismən təqsirli bilməsi və üzərində aşkar edilərək götürümüş narkotik vasitəsinin ona aid olmaması, həmin narkotik vasitəsinin polis əməkdaşları tərəfindən üzərinə atılması kimi ifadəsində irəli sürdüyü dəlillər təqsirləndirilən şəxsin özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşımaqla aparılmış məhkəmə araşdırması zamanı hər hansı mötəbər sübutla öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Sumqayıt Apelyasiya Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarına əsasən Xaçmaz rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli hökmü dəyişdirilərək cəzasının 03 ilə endirilməsinə və 16 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda əməlində cinayətin residivi olmaqla, istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,671 qram çəkidə narkotik vasitə heroini və 12,515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bu fakt 10 dekabr 2021-ci il tarixdə saat 18 radələrində o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri Ü.Hacıbəyov küçəsində saxlanılaraq polis şöbəsinə dəvət edilmiş və Xaçmaz şəhəri H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında saat 19:05-19:15 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində 7,874 qram və 01 ədəd folqa kağızı bükümündə 4,641 qram çəkidə olmaqla ümumilikdə 12,515 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd folqa kağızı bükümündə 0,671 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, əməlində cinayətlərin residivi olmaqla, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə məhkumluğu olmayan hesab edilirlər. İş materiallarında olan sənədlərə və cinayət qanunvericiliyinin sadalanan normalarına istinadən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarına əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmiş və 16 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Yəni, Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixədək məhkum edilmiş şəxs hesab olunur. İş materialları ilə isə təsdiq olunur ki, Təqsirləndirilən şəxs yeni cinayəti qəsdən 10 dekabr 2021-ci il tarixdə törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması müəyyən olunduğdan ona cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təyin edilməli, cəzaçəkmə müəssisəsinin növü isə həmin Məcəllənin 56-cı maddəsinə uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin yüngülləşdirən halların olmamasını, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi, habelə iş materiallarında olan tələbnaməsindən göründüyü kimi əvvəllər bir neçə dəfə müxtəlif maddələrlə məhkum olunmasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş 12 dekabr 2021-ci il tarixdə isə tutulmadan azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixdən 12 dekabr 2021-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 20 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 12,415 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 0,621 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini və yaşadığı evinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 189,90 (bir tüz səksən doqquz manat, doxsan qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixdən 12 dekabr 2021-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu gündən, yəni 20 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 12,415 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 0,621 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza xərci olan 189,90 (bir tüz səksən doqquz manat, doxsan qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar