Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-9/2024 24.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1981-ci ildə Xaçmaz rayonunun Xanlıq-oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqları olan, məhkumluğu olmayan, Xaçmaz rayonunun Xanlıq-oba kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə, saat 14:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Xaçmaz rayonu, Çarxı kəndində yerləşən Azərbaycan X4 Səhmdar Cəmiyyətinin Çarxı dəmir yolu stansiyası ərazisində 141-ci kilometrliyin 5-ci piketində, dəmir yolu keçidinin yanından, tək yolda olan 1060,2 manat dəyərində bir ədəd 17,2 metr uzunluğunda olan R- 65 tipli yarım-yararlı relsi idarə etdiyi Belarus MTZ-80 markalı, **-BA-*** qeydiyyat nömrəli traktorla qanunsuz götürüb özünə məxsus Xaçmaz rayonu, Xanlıqoba kəndində yerləşən əkin sahəsinə aparmaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək (ilk baxış iclasında) ifadəsində göstərdi ki, o, dəmiryolu relsini icazə alaraq, gündüz saat 12 radələrində götürərək aparmışdır. O, ittihamda qeyd olunan bir qism xüsusatlarla razı deyildir, həmin xüsusatları müstəntiq düzgün olmayaraq göstərmişdir. Belə ki, o, həmin relsi götürmək üçün dəmiryolunda polis rəisinin müavini Laçın müəllimdən icazə almış, Laçın müəllim bir nəfər göndərmişdir ki, ona hansı relsi apara bilməsini göstərsin, o da həmin şəxsin ona göstərdiyi relsi götürüb aparmış, sonra onun apardığı relsi başqa yerdən oğurlanmış digər rels kimi təqdim edərək onun boynuna qoymuşlar. Həmçinin bildirdi ki, o, ibtidai istintaq zamanı ifadə verməmiş, ona relsi apardığını demişlər, o da relsi qaytarıb verərək çıxıb getmiş, bundan sonra heç nədən xəbəri olmamış, tərtib edilmiş ifadəsini oxumamış, o, məhkəmənin qərarı əsasında axtarış elan edilməklə həbs edildiyi vaxt xəbəri olmuşdur ki, barəsində belə bir iş var. Onun məhkəmə iclaslarına təqsirləndirilən şəxs qismində çağırılmasından xəbəri olmuşdur. Laçın müəllim Rəşadət adlı şəxsi göndərmişdir ki, ona hansı relsi apara bilməsini göstərsin, ona yararsız vəziyyətdə olan, çıxarılaraq kənara atılmış rels göstərilmiş və o, həmin relsi aparmış, sonra Laçın müəllim ona zəng edib demişdir ki, guya o, onların dediyi relsi deyil, Çarxı kəndi ərazisindəki relsi götürüb aparmışdır, bundan sonra o, relsi apararaq qaytarmışdır. Onun relsi oğurlamaq məqsədi olsaydı, bunu gündüz saatlarında, insanların yanında etməzdi. Ona həmin rels pul ilə satılmamış, o, Laçın müəllimdən ona təsərrüfatda istifadə etməsi üçün rels lazım olduğunu deyərək ona rels verilməsi üçün xahiş etmişdir. O, məhkəmə iclasında elan edilmiş iş materiallarında olan ifadəsindəki xüsusatlardan “relsi oğurlamaqla bağlı” xüsusatlarla razı deyil. O, həmin relsi metal qəbulu məntəqəsinə aparmış, həmin məntəqədə ona bildirilmişdir ki, relsin oğurluq olmamasını təsdiq edən sənəd təqdim etməlidir, o da Laçın müəllimə zəng edərək bu barədə bildirmiş, bundan sonra arxasınca polis göndərmişdir ki, onu polis şöbəsinə gətirsinlər. O, latın qrafikalı Azərbaycan dilində yaza bilmir, kiril qrafikası ilə yazır. İş materiallarında olan ibtidai istintaq zamanı tərtib edilmiş ifadəsinin sonunda diyircəkli qələmlə, kiril qrafikalı Azərbaycan dilində yazılmış “ifadə mənim sözlərimlə yazıldı, doğruluğunu imzamla təsdiq edirəm” yazısı onun tərəfindən yazılmamış, ifadədə onun adının qarşısındakı imza da ona məxsus deyildir. O, ümumiyyətlə hazırkı işlə əlaqədar polis şöbəsində dindirilməmiş, imzalar etməmişdir. O, barəsində olan cinayət işinin istintaqını aparmış müstəntiqi heç vaxt görməmiş, yalnız onun adının Xəyyam olduğunu eşitmişdir. Əlavə olaraq bildirdi ki, o, metal qəbulu məntəqəsinə həmin relsləri satmaq üçün deyil, həmin məntəqədə olan digər metal dirəklərlə dəyişmək üçün aparmışdır. Mülki iddia tələbinə münasibətdə isə bildirdi ki, həmin rels təxminən altı metr uzunluqda olmuş və o, relsi dörd hissəyə deyil, iki hissəyə kəsmişdir. O, əvvəllər məhkum olunmadığını bildirmişdir. O, növbəti məhkəmə iclaslarında özünü təqsirli bilmiş, mülki iddianı qəbul edərək zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmiş və törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 21 aprel 2022-ci il tarixdə, saat 14:30 radələrində o, Xaçmaz rayonu, Çarxı kəndində olarkən orada dəmir yolu xətlərinin kənarında uzun bir rels görmüş, həmin relsin kənddə yerləşən əkin sahəsində işlədilməsi üçün yararlı olduğunu düşünmüş, gizlin götürüb aparmaq qərarına gəlmişdir. Buna görə də o, relsi həmin idarə etdiyi traktorun qoşqusuna bağlamış və əkin sahəsinə aparmışdır. Rels çox ağır olduğu üçün o, relsi hissələrə bölmək qərarına gəlmiş, buna görə də Xaçmaz rayonu, Çarxı kəndində yaşayan qaz qaynaqçısı işləyən Əbülfət adlı şəxsin yanına gedərək ondan sahəsinə gələrək relsi qaynaq aparatı ilə hissələrə bölməsini xahiş etmişdir. Əbülfət ondan buna görə 30 manat pul istəmiş, razılığa gəldikdən sonra Əbülfət gəlib aparatı ilə relsi hissələrə bölmüş, pulunu alaraq çıxıb getmişdir. Rels sahədə işlənilməsi üçün yararsız olduğu üçün o, həmin relsin dörd hissəsindən iki hissəsini aparıb metal qəbulu məntəqəsinə təhvil vermək qərarına gəlmişdir. Buna görə də 23 aprel 2022-ci il tarixdə traktorun təkəri boşaldığı üçün yük avtomobili axtarmağa getmiş və qonşu Çarxı kəndində rastına Kamaz markalı yük avtomobili çıxmışdır. Həmin avtomobilin sürücüsü Elmar adlı şəxslə o, danışmış, relsin hissələrini metal qəbulu məntəqəsinə aparılması üçün 50 manata razılığa gəlmişdir. Həmin günü saat 18:30 radələrində o, sahədən rels hissələrinin ikisini Kamaza yükləmiş, Xaçmaz şəhərində, Xaçmaz-Xudat avtomobil yolunun kənarında yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Lakin məntəqə bağlı olduğu üçün o, məntəqədə işləyən Neyman adlı şəxsə zəng edib yük gətirdiyini demişdir. Həmin şəxs yükü sabah qəbul edə biləcəyini bildirmiş, o da məntəqəyə boşaldacağını, sabah yeni metal gətirərkən ümumi çəkini hesablaşmalarını demiş və razılaşmışdır. Bundan sonra o, yükü boşaldaraq kəndə qayıtmış, orada həmkəndlisi Yaşarı görmüş, ondan xahiş etmişdir ki, qalan iki ədəd rels hissəsini traktorun qoşqusuna yükləməyə ona köməklik etsin. Sonradan o, Yaşarın köməkliyi ilə rels hissəsini traktorun qoşqusuna yükləmiş, sabahısı gün Yaşardan onunla metal qəbulu məntəqəsinə getməsini ona köməklik etməsi üçün xahiş etmişdir. Sabahısı gün, yəni 24 aprel 2022-ci il tarixdə o, idarə etdiyi traktorla qalan iki ədəd rels hissəsini də traktorun qoşqusunda Xudat şəhəri istiqamətində yerləşən metal qəbulu məntəqəsinə aparmış, məntəqəyə çataraq traktordan düşərkən arxasınca polis əməkdaşları gəlmiş, qoşquda olan relsin haradan olduğunu ondan soruşmuşlar. O da hər şeyi olduğu kimi etiraf edərək polis əməkdaşlarına danışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin-mülki iddiaçının nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan X4 Səhmdar Cəmiyyətinin Çarxı dəmir yolu stansiyası ərazisində 141-ci kilometrliyin 5-ci piketində, dəmir yolu keçidinin yanından, tək yolda olan bir ədəd 17,2 metr uzunluğunda olan R- 65 tipli yarım-yararlı relsi oğurlaması nəticəsində zərərçəkmiş şəxsə 1060,2 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin bildirdi ki, həmin rels maddi sübut kimi Xaçmaz st. XPŞ-də saxlanılır, zərərçəkmişə təhvil verilməmişdir. Həmin rels istifadədə olan digər relsi əvəz etmək üçün dəmiryolu xətinin yanında, əvəz ediləcək relsin kənarına qoyulmuş, təqsirləndirilən şəxs həmin relsi oradan oğurlamış və sonuncu tərəfindən kəsilərək hissələndiyi üçün yararsız hala düşmüş, buna görə də həmin relsdən təyinatı üzrə heç cür istifadə etmək mümkün deyil, təqsirləndirilən şəxsin hissələrə kəsərək yararsız hala saldığı həmin relsin zərərçəkmiş şəxsə qaytarılması vurulmuş ziyanı aradan qaldırmır. Hissələrə bölünərək yararsız hala salınmış həmin rels zərərçəkmişə qaytarıldıqda həmin rels metal qırıntısı kimi satıla bilər, lakin bu satışdan əldə ediləcək məbləğ vurulmuş ziyandan çıxıla bilməz. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, təxminən iki-üç il bundan öncə təsərrüfat işlərinin aparılması üçün özünə Belarusiya istehsalı olan MTZ-80 tipli **-BA-*** dövlət qeydiyyat nişanlı traktor almış, traktoru idarə edə bilmədiyinə görə onun işlərində traktorun idarə edilməsini iş üzrə Təqsirləndirilən şəxs idarə etmək üçün sənədsiz vermişdir. Onun traktoru çox vaxt Əfqan idarə etdiyi üçün sonuncuda olmuşdur. Əfqanın dəmiryolu relsinin oğurlamasından və ona məxsus traktorla əkin sahəsinə aparılmasında, həmçinin relsin hissələrini metal qəbulu məntəqəsinə aparmasından onun xəbəri olmamışdır. Onun sonradan polis şöbəsində xəbəri olmuşdur ki, Əfqan rels oğurlamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o özünə məxsus qaz aparatı ilə qaynaqçı işləyərək ailəsini dolandırır. İş üzrə Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gələrək onda özünə məxsus əkin sahəsində özünə aid olan uzun bir rels olduğunu ona demiş, həmin relsi hissələrə kəsməyini ondan xahiş etmiş, o da dəmirin kəsilməsi üçün Əfqandan ona nə qədər verəcəyini soruşmuş, Əfqan da ona 30 manat pul təklif etmişdir. O, Əfqanla razılığa gələrək həmin tarixdə, yəni 23 aprel 2022-ci il tarixdə Əfqanla əkin sahəsinə gedərək orada olan relsi qaynaq aparatı ilə dörd hissəyə kəsmiş, sonra zəhmət haqqısını alaraq çıxıb getmişdir. Lakin həmin relsin dəqiq haradan olmasını bilməmiş, Əfqanın ona dediyinə görə rels onun özünə məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid2 Gülhüseyn oğlu ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hazırkı cinayət işi ilə bağlı tanımışdır. O, idarə etdiyi “Kamaz” markalı avtomobil ilə yük daşımaqla məşğul olur. O, həmin avtomobili ilə işləmək üçün dayandığı yerdə olduğu zaman təqsirləndirilən şəxs ona yaxınlaşmış və metal qəbulu məntəqəsinə aparmaq üçün yükünün olduğunu bildirmiş, onlar zəhmət haqqı barədə razılaşdıqdan sonra təqsirləndirilən şəxslə sonuncunun bildirdiyi yerə getmişlər. Təqsirləndirilən şəxs ona aparacaqları yükün darvaza kənarlarının dəmir dirəkləri olduğunu demiş, o, təqsirləndirilən şəxslə dəmirlərin olduğu yerə çatdıqda isə bunun bir neçə hissəyə kəsilərək bölünmüş rels olduğunu görmüş, o, bu barədə təqsirləndirilən şəxsdən soruşduqda, sonuncu ona həmin relslər barədə polisin məlumatlı olduğunu, narahat olmamasını bildirmişdir. O, təqsirləndirilən şəxslə iki ədəd relsi apararaq metal qəbulu məntəqəsinə verdiyi gündən sonra polis əməkdaşları onun avtomobili ilə işləmək üçün dayandığı yerə gələrək onu polis şöbəsinə dəvət etmişlər və o, bundan sonra məlumatlı olmuşdur ki, həmin rels oğurluq olmuşdur. O, məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 Gülhüseyn oğlunun ifadəsindən müəyyən edilir ki, o, idarə etdiyi “Kamaz” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yük daşımaqla məşğul olur. 23 aprel 2022-ci il tarixdə, saat 18:30 radələrində o, Xaçmaz rayonu, Çarxı kəndi ərazisində olarkən ona Əfqan adlı şəxs yaxınlaşmış, Xanlıqoba kəndində ona məxsus dəmir yükün olmasını, həmin yükü Xaçmaz şəhəri ərazisində yerləşən Xaçmaz-Xudat avtomobil yolunun sağ hissəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb təhvil vermək istədiyini ona demişdir. O da Əfqanla yükü aparması üçün 50 manata razılığa gəlmiş, sonra yükü götürmək üçün Əfqanla Xanlıqoba kəndində yerləşən əkin sahəsinə getmişlər. Orada onlar yükü avtomobilə yüklədikdən sonra o, Əfqanla yükü razılaşdıqları yerə aparmışdır. Lakin məntəqə bağlı olduğu üçün o, yükü boşaldaraq 50 manat yol pulunu alaraq geri qayıtmışdır. Lakin həmin yükün, yəni iki ədəd rels hissəsinin oğurlanması barədə onun heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 oğlu ifadəsində göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs onun həmkəndlisi, həmçinin sinif yoldaşı olmuşlar. Bildiyi qədərilə, Əfqan həmin relsi icazə əsasında götürmüşdür. Əfqanın ondan xahişi ilə o, anası Ədilənin adına olan traktorla kəsilmiş, iki ədəd relsi metal qəbulu məntəqəsinə aparmışlar, bu zaman polis əməkdaşları onlara yaxınlaşmışlar və polis şöbəsinə dəvət etmişlər. O, məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 oğlunun ifadəsindən müəyyən edilir ki, o, 23 aprel 2022-ci il tarixdə həmkəndlisi Əfqanı kənddə görərkən sonuncu ona bildirmişdir ki, onun əkin sahəsində ağır çəkidə olan dəmiri var və o, həmin dəmiri metal qəbulu məntəqəsinə aparıb satmaq istəyir. Buna görə də həmin gün axşam saatlarında o, traktoru ilə onu kənddə yerləşən əkin sahəsinə aparmışdır. Orada Əfqana məxsus iki ədəd rels hissələrini Əfqanın traktoruna yükləməyə köməklik etmiş və 24 aprel 2022-ci il tarixdə səhər saatlarında Əfqanın xahişi ilə sonuncuya kömək etmək üçün Əfqanla həmin relsi sonuncunun idarə etdiyi traktorla Xaçmaz rayonu, Xudat şəhəri istiqamətində, avtomobil yolunun kənarında yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Həmin relsi məntəqəyə çatarkən düşürmək istəyəndə onlara polis əməkdaşları yaxınlaşaraq Əfqandan rels barədə soruşmuşlar. Bu vaxt məlum olmuşdur ki, Əfqan həmin relsi Xaçmaz rayonu, Çarxı kəndindən keçən dəmir yolu xətlərinin kənarından aparmışdır. Buna görə də onlar Əfqanla Xaçmaz st. XPŞ-yə dəvət edilmişlər. Lakin onun həmin relsin Əfqan tərəfindən oğurlanmasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 Abbas oğlunun ifadəsindən müəyyən edilir ki, o, altı aya yaxındır ki, Xaçmaz şəhəri, Bakı prospektinin Xudat şəhəri istiqamətində yerləşən metal qəbulu məntəqəsində metal qəbulçusu işləyir. Təqsirləndirilən şəxs o, bir müştəri kimi bir neçə aydır ki, tanıyır. Bir neçə dəfə Əfqan onun işlədiyi məntəqəyə qırıntı metal hissələri təhvil vermişdir. Buna görə də Əfqanda onun mobil telefon nömrəsi olmuşdur. 23 aprel 2022-ci il tarixdə, axşam saatlarında Əfqan ona zəng edərək məntəqəyə təhvil vermək üçün dəmir gətirdiyini bildirmiş, o da ona hazırda iş vaxtının bitdiyini və dəmir təhvil vermək istəyirsə sabahısı gün gəlməsini demişdir. Lakin Əfqan dəmiri geri qaytarmaq istəmədiyini deyərək dəmiri məntəqənin həyətinə düşürdəcəyini və sabahısı gün yenə dəmir gətirdikdə təhvil verərkən hamısının pulunu bir yerdə alacağını ona bildirmişdir. Buna görə də Əfqan axşam saatlarında yükü boşaldıb çıxıb getmiş, sabahısı gün Əfqan traktorla məntəqəyə gəlib daxil olarkən onun ardınca polis əməkdaşları gələrək onun idarə etdiyi traktorda nə olduğunu soruşmuşlar. Həmin vaxt Əfqanın 23 aprel 2022-ci il tarixdə, axşam saatlarında gətirdiyi yük və 24 aprel 2022-ci il tarixdə, yəni bu gün gətirdiyi yük dəmir yolu xətlərinə aid olan rels olması məlum olmuşdur. Buna görə də Əfqan gətirdiyi yüklə birlikdə Xaçmaz st. XPŞ-nə dəvət edilmiş, lakin onun bir gün öncə axşam saatlarında və bu gün Əfqanın gətirib təhvil vermək istədiyi yük barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan 24 aprel 2022-ci il tarixli “Əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, baxış zamanı Xaçmaz st. XPŞ-nin həyətində Belarusiya istehsalı olan MTZ tipli, **- BA-*** dövlət qeydiyyat nişanlı traktorun 27-Q-275 dövlət qeydiyyat nişanlı lafetində müşahidə olunan 4 ədəd R-65 tipli relsin ölçüləri 2 x 4 m 80 sm, 1 x 3 m 50 sm və 1 x 4 m 10 sm olmaqla cəmi 17 m. 20 sm olması müşahidə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin relsləri Xaçmaz-Çarxı mənzilindən keçən dəmir yol xəttinin kənarından traktora iplə qoşaraq apardığını, özünə məxsus pay torpaq sahəsində doğrayaraq yığdığını, orada relsi dörd yerə böldükdən sonra xx.xx.2022-ci il tarixdə axşam saatlarında iki ədəd rels hissəsini Xaçmaz şəhəri, Bakı prospektinə, Xaçmaz- Xudat avtomobil yolunun sağında yerləşən Neyman adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə aparıb boşaltdığını, digər iki ədəd relsi isə xx.xx.2022-ci il tarixdə aparıb həmin metal qəbulu məntəqəsinə boşaldaraq ümumilikdə dörd ədəd rels hissəsini təhvil verib pul əldə etmək istəyərkən polis tərəfindən aşkar olunduğunu və sonra yerdə olan bir gün əvvəl gətirib boşaltdığı iki ədəd rels hissəsini,ümumilikdə dörd ədəd rels hissəsini traktorun lafetinə yükləyib Xaçmaz st. XPŞ-nə dəvət olunduğu vaxt apardığını bildirmişdir. Aşkar olunan rels hissələri maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Protokol Təqsirləndirilən şəxs da daxil olmaqla, baxışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 24 aprel 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən olunur ki, hadisə yerinin Xaçmaz-Çarxı mənzilinin 141-ci kilometrliyin 5-ci piketində olduğu müəyyən olunmuşdur. Qeyd olunan yerə baxış keçirilən zaman 17,20 metr uzunluğunda R-65 tipli relsin oğurlanması müəyyən olunmuşdur. Baxışda iştrak edən "xxxx" QSC-nin 1 nömrəli Xaçmaz yol sahəsinin 5 nömrəli Çarxı məntəqəsinin yol ustası işləyən, X3 şifahi sorğu zamanı xx.xx.2022-ci il tarixdə Xaçmaz-Çarxı mənzilinin 141-ci km pk 5-də yerləşən cüt yoldan ümumi uzunluğu 17,20 metr olan R-65 relsin oğurlandığı aşkar etdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin yerdə olan 17,20 metr uzunluğunda relsi xx.xx.2022-ci il tarixdə idarə etdiyi traktorun qoşqusuna iplə bağlayaraq gizlin apardığını, sonradan relsi dörd hissəyə böldükdən sonra əvvəl ikisini, daha sonra digər ikisini Xaçmaz şəhəri, Bakı prospektində Xudat şəhəri istiqamətində yerləşən metal qəbulu mətəqəsinə aparıb təhvil verərkən polis tərəfindən aşkar olunduğunu bildirmişdir. Protokol Təqsirləndirilən şəxs da daxil olmaqla, baxışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin 25 aprel 2022-ci il tarixli ərizəsindən müəyyən edilir ki, həmin QSC Xaçmaz st. XPŞ-yə müraciət edərək Xaçmaz rayonu Çarxı stansiyası ərazisində yerləşən 141-ci kilometrliyin 5-ci piketində, dəmir yolu keçidinin yanından, tək yolda qüsurlu relsin yarım-yararlı relslə əvəz edilməsi məqsədilə yolun kənarında bir neçə gün öncə qoyulmuş 1 ədəd 17,20 metrlik R-65 tipli yarım-yararlı relsin 24 aprel 2022-ci il tarixdə naməlum şəxs (şəxslər) tərəfindən oğurlanması barədə məlumat verərək, oğurluq hadisəsini törətmiş şəxsin (şəxslərin) tapılaraq cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" QSC-nin 25 may 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, Xaçmaz-Çarxı mənzilindən xx.xx.2022-ci il tarixdə oğurlanmış 4 ədəd yarım-yararlı müxtəlif uzunluqlarda doğranmış, ümumi uzunluğu 17 metr 20 sm olan relslər yarım-yararlı vəziyyətdə olmuş, oğurlanan zaman yararsız hala salınmışdır. Həmin yarım-yararlı relsin 1 tonunun qiyməti 950,00 manat olmaqla, 17 metr 20 sm olan R-65 relsin çəkisi 1,116 ton və məbləği isə 1060,2 (min altmış manat iyirmi qəpik) manat təşkil edir. Sözügedən hadisə nəticəsində ADY-yə dəymiş ziyanın ümumi dəyəri 1060,2 (min altmış manat iyirmi qəpik) manat təşkil edir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 iyul 2022-ci il tarixli, 9/4075 nömrəli rəyindən müəyyən edilir ki, "xxxx" QSC İnfrastruktur Departamenti tərəfindən tərtib edilmiş məktubdan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən dəmir yoluna məxsus yarım-yararlı 17,20 m uzunluğunda, 1116 kq çəkidə, R-65 tipli relsin 2022-ci ilin aprel ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1060,20 manat müəyyən edilir. İş materiallarında olan 20 sentyabr 2022-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan və 30 dekabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs oğurladığı "xxxx" QSC İnfrastruktur Departamentinə məxsus 17,20 metr uzunluğunda, R-65 tipli, yarımyararlı relsin dörd yerə kəsilmiş vəziyyətdə olan hissələri maddi sübut kimi tanınaraq Xaçmaz st. XPŞ-nin anbarında saxlanılır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Şahid3 oğlunun, Şahid4 Abbas oğlunun, Şahid2 Gülhüseyn oğlunun, Şahid1, Şahid5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2, 177.2.1, 194.1, 194.2.1, 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı (ilk baxış iclasında) özünü təqsirli bilməməsinə dair ifadəsində bildirdiyi xüsusatlara tənqidi yanaşaraq, həmin xüsusatları təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə həmin Məcəllənin 177.2.3-2-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İHB-nın Çarxı kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan, həmçinin EMİS-dən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs evlidir, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı var. (xx.xx.2013, xx.xx.2014, xx.xx.2016) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi əməldən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzasını ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi hallarını, eləcə də zərərçəkmiş şəxsə vurduğu ziyanı aradan qaldırması, zərərçəkmiş şəxslə barışıq əldə edərək zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmaması, himayəsində azyaşlı uşağının olması hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 1(067)-68/2023 saylı qərarından, Xaçmaz st. XPŞ-nin 21 iyun 2023-cü il tarixli məktubundan və “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və o, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 iyun 2023-cü il tarixdə tutularaq həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək həbsdə saxlanılma müddətini, yəni 07 (yeddi) ay 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 02 (iki) ay 06 gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut - Xaçmaz st. XPŞ-nin anbarında saxlanılan, Təqsirləndirilən şəxs oğurladığı "xxxx" QSC İnfrastruktur Departamentinə məxsus 17,20 metr uzunluğunda, R-65 tipli, yarım-yararlı relsin dörd yerə kəsilmiş vəziyyətdə olan hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş materiallarında olan zərərçəkmiş şəxs-mülki iddiaçı "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mülki iddia ərizəsindən, həmçinin zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs "xxxx" QSC-yə məxsus 17,20 metr uzunluğunda, R-65 tipli, yarımyararlı relsi oğurlaması və yararsız hala salması nəticəsində zərərçəkmiş şəxsə 1060,20 manat məbləğində maddi ziyan dəymişdir. Göstəriləndlərə əsasən, təqsirləndirilən şəxsmülki cavabdehdən vurduğu 1060,20 (min altmış manat iyirmi qəpik) manat məbləğində maddi zərərin və mülki iddia ilə əlaqədar ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun alınıb zərərçəkmiş şəxs-mülki iddiaçı "xxxx" QSC-yə ödənilməsi xahiş edilmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək (elektron kabinet), həmçinin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan, mülki iddia tələbi tam ödənilmiş, zərərçəkmiş şəxs-mülki iddiaçının təqsirləndirilən şəxsə qarşı heç bir tələbi yoxdur. Həmçinin iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən (bank) müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs-mülki iddiaçı "xxxx" QSC-nin hesabına vurulmuş ziyan məbləği (mülki iddia tələbi) ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351- 353, 354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 07 (yeddi) ay 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 02 (iki) ay 06 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. (hökmün bu hissədə icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin). Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Xaçmaz st. XPŞ-nin anbarında saxlanılan, Təqsirləndirilən şəxs oğurladığı "xxxx" QSC İnfrastruktur Departamentinə məxsus 17,20 metr uzunluğunda, R-65 tipli, yarım-yararlı relsin dörd yerə kəsilmiş vəziyyətdə olan hissələri hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə zərərçəkmiş şəxs "xxxx" QSC-yə vurulmuş 1060,20 manat maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-9/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-9/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver